Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-165/2025 18.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin sədri X1, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxan Şirvan Şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlunun öz-özünə verdiyi etiraza 11 dekabr 2025-ci il tarixdə Şirvan şəhərində Şirvan Şəhər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİM: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 09 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şirvan Şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu öz-özünə etiraz ərizəsi verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 09 dekabr 2025-ci il tarixdə Şirvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Həmin cinayət işi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində 1(032)-165/2025 nömrəsi ilə qeydiyyata alınmış və təsadüfi paylanaraq işə baxan hakim təyin edilmişdir. İşin hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına özü-özünə etiraz edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərəfindən 17 iyul 2025-ci il tarixdə qəbul edilmiş 3(032)- 737/2025 saylı qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Eyni zamanda barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdən sonra Təqsirləndirilən şəxs ona və digər hakimlərə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında ağır cinayətdə ittiham etməklə böhtan atmış, şərəf və ləyaqətimizi nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Bununla bağlı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edilərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 1(032)-467/2025 hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Eyni zamanda Şirvan Şəhər Məhkəməsinin də yurisdiksiyasına aid olduğu Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. Təqsirləndirilən şəxs barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh verilməsi, cinayət işi üzrə zərəşəkmiş şəxs olması işin nəticəsində hər hansı marağı və ya qərəzi olmasa da hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə həm onun, həm də Şirvan Şəhər Məhkəməsinin hakimləri tərəfindən baxılması gələcəkdə qəbul ediləcək qərarın obyektivliyinə xələl gətirə bilər. Ona görə də hazırkı iş üzrə özü-özünə etiraz edərək müvafiq qərarın qəbul edilməsi üçün təqdim edir. Etirazı və iş materiallarını araşdıraraq hesab edirəm ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə başqa birinci instansiya məhkəməsində baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.1-ci maddəsinə əsasən hakimə (məhkəmə tərkibinə) edilən etirazın əsasları göstərilmişdir. Həmin Məcəllənin 109.1.8-ci maddəsinə əsasən hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda hakimə etiraz əsaslı sayıla bilər. Həmin Məcəllənin 109.3.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı - həmin məhkəmənin sədri tərəfindən həll edilir. Həmin Məcəllənin 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi etiraz məsələsini həll edir. «Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 3 nömrəli qərarının 2.2-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Hesab edirəm ki, ümumiyyətlə həmin cinayət işinə Şirvan Şəhər Məhkəməsində hakimin baxılmasında və nəticəsində hər hansı marağı və ya qərəzi olmasa da gələcəkdə qəbul ediləcək qərarın obyektivliyinə xələl gətirə bilər. Ona görə də hazırki cinayət işi başqa birinci instansiya məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 109, 321-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə başqa birinci instansiya məhkəməsində baxılması üçün Şirvan Apellyasiya məhkəməsinə göndərilsin. Məhkəmənin sədri:
Məhkəmə qərarları › İş №1(032)-165/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-165/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver