Məhkəmə qərarları › İş №1(032)-166/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-166/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-166/2023 19.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 09:35-də Şirvan şəhəri Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən yataqxanada yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0,980 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 16 mart 2023-cü il tarixdə saat 19 radələrində şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı həmin çəkidə narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 16 mart 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı yataqxananın yaxınlığında gəzişən zaman zibilqabının yaxılığında yerdə torpağın üstündə bir ədəd polietilen büküm diqqətimi çəkmiş və həmin bükümü yerdən götürüb açanda narkotik vasitə heroin olduğunu görmüşdür. O, əvvəllər də bir neçə dəfə heroin istifadə etdiyi üçün həmin maddəni tanıyır və necə olduğunu bilir. Buna görə də həmin bükümü şalvarının cibinə qoymuşdur ki, sonra istifadə edə bilsin. Həmin gün saat 19 radələrində G.Şıxbala oğlu küçəsində piyada hərəkətdə olduğu vaxt üzdən tanıdığı, lakin adlarını bilmədiyi Şirvan şəhər Polis Şöbəsinin mülki geyimli əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparmaq istədiklərini bildirmişlər. O, polis əməkdaşlarına üzərində belə bir şeyin olmadığını bildirib onlardan yayınmaq istəmişdir. Çünki həmin vaxt narkotik vasitə heroin cibində olmuşdur. Lakin polislər onu Şirvan şəhər Polis Şöbəsinə dəvət etmişlər. O, əvvəlcə polis əməkdaşlarına polis şöbəsinə getmək istəmədiyini bildirsə də, sonradan razılaşıb birlikdə Şirvan şəhər Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində polis əməkdaşları tərəfindən hüquq və vəzifələri izah ediləndən sonra vəkillərin siyahısı təqdim olunmuşdur. Həmin siyahıda adı qeyd olunmuş vəkil X1 hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil İlqar Tapdıqov polis şöbəsinə gələndən sonra polis əməkdaşları vəkilin yanında videoçəkilişlə üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa könüllü təqdim etməyini istəyəndə o, əynində olan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxardaraq təqdim etmiş və üzərində ondan başqa heç bir narkotik vasitə və qanunsuz əşya olmadığını bildirmişdir. Həmin bükülü vəkilin iştirakı ilə açılaraq içərisinə baxıldıqda içərisində heroinə bənzər maddə olduğu bildirililmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış aparılsa da üzərindən başqa heç bir narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər aşkar olunmamışdır. Polis işçilərinin sorğusuna cavab olaraq bildirmişdir ki, şəxsi axtarış zamanı könüllü olaraq təqdim etdiyi bir ədəd bükülünün içərisindəki heroindir. Həmin maddəni yaşadığı yataqxananın yaxınlığından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Aşkar olunan bükümdəki maddə boş zərfə qablaşdırılmış, üzəri möhürlə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış aparılması ilə əlaqədar polis işçiləri tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət və tələbi olmadığından tərtib edilmiş protokolu özü də imzalamışdır. Əməlindən peşmandır. Himayəsində xəstə anası, azyaşlı bacısı və hamilə həyat yoldaşı vardır ki, hər biri onun himayəsindədir. Ailədə işləyən və qazanc gətirən yeganə şəxsdir. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan, yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şirvan şəhər polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyirərkən 16 mart 2023cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlaması və daşıması ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o, dərhal rəhbərliyə raportla müraciət etmiş və tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında özü, ŞPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Farid Vəliyev, ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 və ŞPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Mustafa Əsgərovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs oğu 16 mart 2023-cü il tarixdə, saat 19 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış aparılması ilə əlaqədar olaraq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, əlavə və düzəliş edən olmamış, düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs əynindəki əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan 16 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə narotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 17 mart 2023cü il tarixli 18/313 nömrəli rəyin nəticə hissəsindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,980 qram narkotik vasitə heroindir. Heroinin ümumi çəkisi 0,980 qram, tədqiqata sərf edilən miqdarı 0,05 qram, qalıq 0,930 qramdır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə, saat 20.30-da şübhəli şəxs qismində tutulmuş, 18 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 aprel 2023-cü il tarixdə verilmiş 2444 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli 2299 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 18 aprel 2023-cü il tarixli, 1082 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “üzvi şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş üzvi şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan üzvi şəxsiyyət pozuntusu onu düzgün ifadə vermək qabiliyyətindən məhrum etmir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrini təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin dərk etmək və onarı idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan X3 Mərkəzinin spiral kompyuter-tomoqrafiya müayinəsinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs anası Pərvanə Məmmədova “Subaraxnodial beyin qansızması” keçirmişdir. İş materiallarında olan Rəngli doppler ultrasəs müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Qayıbova Sevinc 3,5-4,0 həftəlik hamilədir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, anasının xəstə olmasını və həyat yoldaşının hamilə olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,930 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,930 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar