Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-166/2024 20.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X7 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət işi başlanması, həmin maddələrin sanksiyası həddində ən ağır cəza ilə cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, 2010-cu ildə Şirvan şəhəri, Heydər Əliyev prospekti 8 D ünvanında qeyri-yaşayış obyekti (çayxana) inşa etmişdir. xx.xx.2014-cü il tarixdə qeyri-yaşayış obyektinə mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə aldırmışdır. X4 qardaşı icarə hüququ əsasında onun obyektindən təxminən 80-100 metr aralıda çayxana işlədir. O, obyekti tikdiyi andan X7 müxtəlif dövlət instansiyalarına onun barəsində böhtan xarakterli müraciətlər etmiş, eləcə də sosal şəbəkələrdə bu barədə videogörüntülər yerləşdirmişdir. Belə ki, Şahin Mirzəyev dəfələrlə Şirvan Şəhər Polis Şöbəsinə əsassız şikayətlər verərək guya onun onu ölümlə hədələdiyini bildirmiş, daha sonra guya onu söyüb təhqir etdiyini bildirmişdir. Qeyd edilən məsələ ilə bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə Şahin Mirzəyev həm ərizə ilə, həm də sosial şəbəkələrdə videomüraciətlə prokurorluq orqanlarına müraciət edərək guya o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına rüşvət verərək övladlarıkı hərbi xidmət keçmədən yayındırmışdır. Qeyd edilən məsələdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə 2024-cü ilin avqust ayında Şahın Mirzəyev yenidən Şirvan Şəhər Polis Şöbəsinə müraciət edərək guya onun onu təhqir etdiyini bildirmişdir. Şirvan Şəhər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli qərarı ilə barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işə xitam verilmişdir. Şahin Mirzəyev dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edərək mənim onun guya qanunsuz torpaq zəbt etdiyini, zəbt etdiyi torpaq sahəsində qanunsuz tikinti işləri apardığını bildirsə də, şikayətinə əlavə etdiyi qərarlardan göründüyü kimi həmin məsələlər də araşdırılaraq cinayət işinin başlanması rədd edilmişdir. Şahin Mirzəyev internet resusrlarında yaydığı videogörüntülərin altından guya müxtəlif şəxslər adından (fake səhifələr yaradaraq) rəylər yazaraq guya onun narkotik maddələrin satışı ilə məşğul olduğunu, həbs edilməli olduğunu yazaraq onun şərəf və ləyaqətini alçaldaraq ona böhtan atır. Şikayətinə əlavə etdiyi qərarlardan, videogürüntülərdən göründüyü kimi X7 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və əri nüfuzdan salan məlumatları şəxsən çəkdiyi videoları internet informasiya ehtiyatlarında yayaraq böhtan atmışdır. Bundan əlavə Şahin Mirzəyev guya onun vəzfəli şəxslərə mütəmadi olaraq rüşvət verməklə övladlarını hərbi xidmətdən yayındırmaqla bağlı hüquq-mühafizə orqanlarına ərizələr yazmaqla, eləcə də yenədə şəxsən çəkdiyi videoları internet informasiya ehtiyatlarında yayaraq onu ağır cinayətdə iitham etməklə ona böhtan atmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsini və şikayətin icraata qədul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 şikayətdə qeyd edilənlərlə razı olmadığını bildirərək şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində qeyd olunur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-nin (bundan sonra CPM) 293.3-cü maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) (293.3.1), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, (293.3.2.), onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), şikayətin verildiyi tarix (il, ay və gün) və yer (293.3.6) göstərilməlidir. Göründüyü kimi X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), şikayətin verildiyi tarix (il, ay və gün) göstərilməmişdir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. CPM-nin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərar çıxarır. Beləliklə xüsusi ittiham qaydasında verilən şikayətdə göstərilən hallar üzrə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin bu əsaslarla məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 293, 300.1.3, 302.2.3 və 300.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Şahin Ərəbxan oğlu barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət işi başlanması, həmin maddələrin sanksiyası həddində ən ağır cəza ilə cəzalandırılmasına dair xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan elan edildiyi gündən 20 (iyirmi) gün müddətinə Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-166/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-166/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver