Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-168/2024 28.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X7 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxx 1990-cı il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 01 iyul 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" MMC-nin ********** mobil nömrəsi ilə çalışan “Redmi 13” markalı mobil telefonunda fəaliyyət göstərən “Whatsapp” proqramı vasitəsi ilə onun əri Şahid məxsus olmaqla "xxxx" MMC-nin ********** mobil nömrəsi ilə çalışan “Redmi 10” markalı mobil telefonunda fəaliyyət göstərən “Whatsapp” proqramına göndərdiyi Zərərçəkmiş şəxs fərdi qaydada özü tərəfindən çəkilən şəxsi həyatının sirrini təşkil etməklə intim görüntülərini özündə əks etdirən 34, 53 və 44 saniyəlik üç ədəd pornoqrafik xarakterli video faylları öz yaşadığı ünvan 1 ünvanında olan zaman ərinin mobil telefonunda həmin gün aşkar edib onların intim əlaqələrini yəqin etdikdən sonra qeyd olunan 3 ədəd videogörüntünü istifadəsində olan "xxxx" MMC-nin ********** mobil nömrəsi ilə çalışan “Samsung Galaxy A21S” markalı mobil telefonunda fəaliyyət göstərən “Whatsapp” proqramına göndərməklə qanunsuz olaraq toplayıb Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gedərək onun əri ilə olan intim əlaqəsini sübut edən sözügedən videogörüntüləri kənar şəxslər arasında yayaraq sonuncunu biabır edəcəyini sonuncuya bildirmiş, qəsdən Zərərçəkmiş şəxs ailə üzvləri və kənar şəxslər arasında rüsvay edib qisas almaq məqsədilə sonuncunun yaşadığı binanın qarşısında Zərərçəkmiş şəxs əri X13 ilə görüşüb həmin videogörüntüləri ona göstərmiş, daha sonra onun mobil telefon nömrəsini özündən öyrənərək “Whatsapp” proqramı vastəsilə "xxxx" MMC-nin ***-***-**-** mobil nömrəsinə, Ehtibar Əkbərovdan zərərçəkmiş şəxsin anası X3 mobil nömrəsini öyrəndikdən sonra “Whatsapp” proqramı vastəsilə onun "xxxx" MMC-nin ***-***-**-** mobil nömrəsinə və evə qayıdan zaman təsadüfən qonşuları X2 görüb ona həmin videogörüntüləri nümayiş etdirdikdən sonra sonuncunun istifadəsində olan "xxxx" MMC-nin ***-***-**-** mobil nömrəsində fəaliyyət göstərən “Whatsapp” proqramına göndərib Zərərçəkmiş şəxs şəxsi və ailə həyatının sirrini əks etdirməklə pornoqrafik materiallar hesab olunan video çəkiliş materiallarını qanunsuz toplayıb başqalarına verməklə yayıb şəxsi həyatın toxunulmazlığını pozmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 156.1 və 242-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq edib bildirdi ki, həyat yoldaşı Şahid Zərərçəkmiş şəxs ilə münasibəti olmuş və bundan sonradan xəbərdar olmuşdur. Bu barədə həyat yoldaşı Şahid bildirsə də, sonuncu belə bir şeyin olmadığını bildirmişdir. Şahid məxsus telefonda fəaliyyət göstərən “Whatsapp” proqramına baxan zaman Zərərçəkmiş şəxs çılpaq görüntüləri olan intim xarakerli videolar göndərilməsini görmüşdür. Həmin videoları öz mobil telefonuna yükləmişdir. Sonradan həmin videogörüntüləri aparıb Zərərçəkmiş şəxs həyat yoldaşına göstərmiş, sonuncunun istəyi ilə videogörüntüləri “Whatsapp” proqramı vasitəsilə ona da göndərmişdir. Qeyd edilən videogörüntüləri yaymaq məqsədi olmamış, sadəcə Sevilə ilə ərinin münasibətdə olmalarını ifşa etmək istəmişdir. Digər şəxslər Zərərçəkmiş şəxs anası Ayidə Ağalarova və qonşuluqda yaşayan Şirinbacı Muradovaya isə özləri istədikləri üçün həmin videogörüntüləri onlara göstərmişdir. Əməlindən peşmandır, himayəsində iki azyaşlı uşaqları vardır. Hazırda həyat yoldaşı Şahid ilə nikahları pozulma ərəfəsindədir, uşaqlara təkbaşına baxır. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş, sonuncunun ondan heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, çılpaq görüntüləri olan videoları 26 iyun 2024-cü il tarixdə özü qeydə almış, məqsədi həyat yoldaşına göndərmək olmuşdur. Şahid 2018-ci il tarixdən tanıyır, onunla qonşu olmuşdur. Şahidla borc məsələsinə görə əlaqəsi olmuş, ona “Whatsapp” mobil tətbiqi vastəsi ilə mesaj yazmış, videoları həyat yoldaşına göndərən zaman səhvən Şahid göndərmişdir. Bundan sonra Şahid zəng edərək sözügedən videoları silməsini istəmiş, Şahid videoları silməsinə baxmayaraq ona məxsus telefonun zibil qutusunda qalmış və həyat yoldaşı Təqsirləndirilən şəxs görmüşdür. Sanirə Abasova həmin videoları digər şəxslərə göstərib gööndərmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, 26 iyun 2024-cü il tarixdə ona məxsus olan “Redmi” markalı mobil telefona “Whatsapp” mobil tətbiqi vastəsi ilə Zərərçəkmiş şəxs videolar göndərmişdir. Videolar gəldikdən sonra Sevilə ona zəng vurmuşdur. Ona ərinə video atmaq istəyən zaman həmin videoları səhvən ona göndərdiyini demişdir. Ondan həmin videoları silməyi xahiş etmişdir. O da həmin videoları silmişdir. 26 iyun 2024-cü il tarixdə, saat 13 radələrində arvadı Samirənin yaşadıqları evdə olmadığını görmüşdür. Bundan sonra arvadı Samirəyə zəng vurmuş, harada olduğunu soruşmuşdur. Samirə ona qardaşı Telmangildə olduğunu demiş, o isə yaşadıqları evə gəlməsini bildirmişdir. Samirə ona evə gəlmək istəmədiyini, mobil telefonunda Sevilənin videolarını gördüyünü, həmin videoları yayacağını, Seviləni biabır etdikdən sonra evə gələcəyini demişdir. Sevilənin videolarını o yaymamış, həmin videoları arvadı Samirə yaymışdır. Onun telefonuna ünvanlanmış olan videoçəkilişləri telefondan silməsinə baxmayaraq, həmin çəkilişləri zibil qutusunda qalmış və həyat yoldaşı video fayılları telefonun yaddaşından götürərək, şəxsi telefonuna yükləmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər polis şöbəsinin İB-nin müstəntiqi X5 icraatına qəbul edilmişdir; zərərçəkmiş şəxs qismində tanıma haqqında 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; şübhəli şəxsin tutulması haqqında 29 iyun 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024cü il tarixdə, saat 20:20-də tutulmuşdur; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CMnin 242-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; qətimkan tədbirinin seçilməsinə dair 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 iyul 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11/492 nömrəli, 02 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, 01 ədəd diskdə olan videogörüntülər pornoqrafik xarakterlidir; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 16 sentyabr 2024-cü il tarixli, 18-1-35/2-1365/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx xxxxx 1990-cı il təvəllüdlü Biləsuvar rayonunda anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin Poliklinika şöbəsinin psixoloji - nevroloji kabinetlərində qeydiyyatda yoxdur; cinayət işi üzrə əməlin tövsif edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 əməli Azərbaycan Respublikası CM-nin 242-ci maddəsindən, həmin Məcəllənin 156-cı və 242-ci maddələrinə tövsif edilmişdir; birgə istintaq qrupunun yaradılması haqqında 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X16 və Şirvan şəhər polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X4 ibarət birgə istintaq qrupu yaradılmış, istintaq qrupuna rəhbərlik Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X11 tapşırılmışdır; cinayət işinin icraata qəbul edilməsi haqqında 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 156.1 və 242-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X9 icraatına qəbul edilmişdir; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 418 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; sübutların qiymətləndirilməsi haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 156.1 və 242-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur; təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1 və 242-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir; şəxsin qohumluq əlaqələri barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X18 adlı uşaqları var; Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməsi, yəni şəxsi həyatın toxunulmazlığını pozmaqla pornoqrafik materialları yayması və onun həmin əməli törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X8 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, törətmiş olduğu cinayəti etiraf etməklə əməlindən peşman olduğunu, yaşayış və iş yerindən müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin digər növdə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə, saat 20:20-də şübhəli şəxs qismində tutulmuş və 01 iyul 2024-cü il tarixdə, saat 13:05-də saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 03 (üç) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 100 (yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 156.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə qazancından 10 faizi dövlət nəfinə tutulmaqla 07 (yeddi) ay müddətinə islah işləri cəzasına, Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə qazancından 10 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qazancından 10 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyun 2024-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanıb 08 (səkkiz) gün islah işləri cəzası ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq qazancından 10 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkməsinin əvvəli onun qazancından ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 03 (üç) ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-168/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-168/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver