Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-170/2023 05.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12.30-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olmaqla yaşayan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 7,23 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Sünbül” kafesinin yaxınlığında saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,23 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı gün qardaşı ilə Sabirabad rayonundan çıxıb Şirvana gəlmiş, orada Roma adlı tanışının avtomobilinə əyləşmiş, sonuncu onları “Sünbül” kafesinin yaxınlığına gətirmiş, onlara işi olduğunu, 5-10 dəqiqəyə qayıdacağını bildirərək çıxıb getmiş, təxminən 2-3 dəqiqədən sonra polislər onlara yaxınlaşaraq hər ikisini polis şöbəsinə gətirmişlər. Orada ona təzyiq göstərilmiş və üzərinə narkotik vasitə qoyulmuşdur. Həmin narkotik vasitə ona məxsus olmayıb. Saxlanıldığı gün üzərində heç bir qanunsuz əşya olmamışdır, yalnız, şəxsi əşyaları olan, mobil telefonu, siqareti və təsbehi olmuşdur. Məhkəmə iclasından fərqli olaraq ibtidai istintaq zamanı elan olunmuş ittiham üzrə təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında o, yaşadığı Sabirabad rayonu, Həşimxanlı kəndində olmuşdur. Həmin vaxtı o, yolun qırağında kibrit qutusu olduğunu görmüş və həmin qutu onun diqqətini cəlb elədiyi üçün yerdən götürmüş və açan zaman içərisində marixuana olduğunu görmüş və özüdə istifadə etdiyindən həmin qutunu götürüb əynində olan şalvarın cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdən saat 23 radələrində o, qardaşı Amidlə danışmış və Amid Şirvan şəhərində olduğunu bildirmişdir. Bir neçə saat sonra yəni xx.xx.2023-cü il tarixinə keçən gecə saat 01 radələrində Şirvan şəhərinə gəlmişdir. Şirvan şəhərinə gedən zaman həmin tapdığı kibrit qutusuda üzərində olmuşdur. Həmin kibrit qutusu üzərində olduğu zaman Şirvan ŞPŞ-nin mülki geyimli əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılmasında ötəri onu polis şöbəsinə dəvət etmişlər. Oda etiraz etməmiş və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil seçmişdir. Bir qədər keçdikdən sonra vəkil gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə o, üzərində olan 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana olduğunu bildirdikdən sonra əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Samsung J2” markalı mobil telefon aşkar olunaraq götürülmüş, bundan əlavə qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. (i.v.56-57) Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun törətmiş olduğu cinayət əməli şahidlərin və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə icraatına Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitə saxlamaqda, istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, CAB-nin əməliyyat müvəkkili Şahid2 və TB-nin təhqiqatçısı X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra saat 03 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, H.Əliyev prospektinə getmişlər. Həmin küçədə olarkən “Sünbül” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi etməsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində təhqiqatçı Samir Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusu çıxarıb masanın üzərinə qoymuş və həmin qutuda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunda olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə yaşadığı Sabirabad rayonu, Həşimxanlı kəndində yolun kənarından tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung” J-2 markalı mobil telefon aşkar edildikdən sonra üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadığı üçün Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkildikdə kibrit qutusu ilə birlikdə 10,40 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuana təhqiqatçı tərəfindən qablaşdırıldıqdan sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Allahverdiyev X4 Səfərlinin göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v.105-107) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq, təhqiqatçı Samir Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində Şirvan şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.63-68) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüş, daha sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sabirabad rayonunda yerdən tapdığını bildirmiş, elektron tərəzi vasitəsilə həmin narkotik vasitəyə bənzər kütlə çəkilən zaman həmin kütlənin çəkisinin 10,40 qram olduğu müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung J 2” markalı telefon aşkar olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. (i.v.30-31) Məhkəmə iclasında nümayiş etdirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd CD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Şəxsi axtarış və götürmə aparılan zaman təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu təqdim edir və narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirir. Büküm qablaşdırılır və zərf möhürlənir, elektron tərəzidə çəkilir. Əlavə axtarış zamanı təqsirləndirilənin üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v 32) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/432 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda, təmiz çəkisi 7,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i.v.38-40) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3627 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabionidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.110-111) Tələbnamədən və məhkəmə hökmlərindən görünür ki, Xancanov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə əzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı cəzası 03 il 06 aya endirilmişdir. (i.v.82-83) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 1(99)-17/2019 saylı hökmü ilə təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 1(106)-304/2019 nömrəli qərarına əsasən azaldılmış azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. «Sabirabad rayon mərkəzi xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ- 6-70/2-349 nömrəli məktubunda göstərilmişdir ki, Sabirabad rayonu, Həşimxanlı kənd sakini xx.xx.1987-ci il təvəllüdlü Xancanov X2 RMX-nın poliklinka şöbəsinin “Narkoloji” kabinetində xx.xx.2018-ci il tarixdən, hazıradək “F.12.2-ND” diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v.85) İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, narkotik vasitə olan qurudulmuş marixuananı haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri keçirilmiş, müsbət nəticə əldə edilməmiş və bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə əməliyyat məlumatları və məxfi agentlərdən əldə olunmuş məlumatlara əsəsən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən olunmamışdır. (i.v.91) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Mil-Muğan Regional filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-117195/2023 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə görə 1200,00 (bir min iki yüz) manat məbləğində birdəfəlik müavinət almışdır. Hal-hazırda Təqsirləndirilən şəxs filialdan heç bir növ aylıq müavinət, təqaüd və əmək pensiyası almır. (i.v 92) Sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuannanın ekspertiza təhqiqatından sonrakı 7,21 qram qalığı xüsusiyyətinə , əlamətinə, aşkar edildiyi vaxta və yerə görə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olnaraq maddi sübutların saxlama otağına təhvil verilmişdir. (i.v.112-119) Məhkəmə cinayət işi ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan əlavə təqsirləndirilən şəxsin istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, fiziki zor göstərilərək döyülməsi ilə əlaqədar bildirdiklərinə gəldikdə isə, məhkəmə qeyd edir ki, bu xüsusatları Xancanov nə ilkin, nə də ki, barəsində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəmədə iştirakı zamanı göstərməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Xancanov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə əzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 03 il 06 aya endirilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 1(99)-17/2019 saylı hökmü ilə təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 1(106)-304/2019 nömrəli qərarına əsasən azaldılmış azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Hazırda isə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halların olmamasını, onun əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkumluq həyatı yaşamasını, bundan başqa əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Həmçinin Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə bununla əlaqədar hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 3627 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X6 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,21 qram qurudulmuş marixuanna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X6 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,21 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-170/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-170/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver