Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-171/2025 04.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:15-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,190 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Şirvan şəhər polis şöbəsinin Cinayət-axtarışı bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 01 oktyabr 2025-ci il tarixdə saat 22:30-da Şirvan şəhəri Gülbala Şıxbala oğlu küçəsində tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan boz rəngli cins şalvarının arxa sağ yan cibindən 01 ədəd qızılı kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,190 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, 01 oktyabr 2025-ci il tarixdə təxminən 22 radələrində Şirvan şəhərində köhnə şəhər deyilən ərazidə Kür çayının kənarı ilə gedərkən yerdə bir ədəd bağlama görüb götürmüşdür. İçərisində nə olduğuna baxmış, içərisində kristallar olduğunu görüb daha öncə də hərdən istifadə etdiyi üçün psixotrop maddə metamfetamin olduğunu bilib cibinə qoyaraq oradan uzaqlaşmışdır. Tapdığı psixotrop maddə metamfetamini şalvarın arxa sağ yan cibinə qoymuşdur ki, ürəyi istədikdə çəksin. Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində olarkən polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı predmet gəzdirib gəzdirmədiyini sual etmişlər. Daha sonra polis əməkdaşı üzərinə baxış keçirərkən əynində olan boz rəngli cins şalvarının arxa sağ yan cibindən 01 ədəd qızılı kağıza bükülmüş bükümdə aşkar edilmişdir. Bükümün içərisinə baxıldıqda psixotrop maddə metamfetamin aşkar edilmişdir. Daha sonra ondan götürülmüş predmet yanında ağ rəngli zərfə qoyularaq möhürlənmişdir. Zərfin içərisinə yerləşdirib üzəri möhürləndikdən sonra üzrərindən protokol iştirakçılarının və onun tərəfindən imzalanmışdır. Şirvan şəhər Polis şöbəsində təhqiqat bölməsində olarkən vəkilin iştirakı ilə üzərindən aşkar olunaraq zərfə qoyulmuş psixotrop maddə olan metamfetaminə video görüntü vasitəsi ilə baxış keçirilmişdir. Aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş, bükümün 0,30 qram olması müəyyən edilmişdir. Sonra üzərindən aşkar olunmuş 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin olan zərfin üzəri möhürlənmiş və onlar tərəfindən imzalanmışdır. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul deyil, arabir psixotrop maddə metamfetamin istifadə edir. Əlavə olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən heç bir qanunsuz təzyiq və təsirə məruz qalmamışdır, əməlindən peşmandır. Bundan başqa anası 1941-ci il təvəllüdlü X1 ürək çatışmazlığından əziyyət çəkən hərəkət məhdudiyyətli xəstə olmaqla onun himayəsindədir, belə ki, anası ürək əməliyyatı olunmuşdur, həmçinin İİ tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir, dərmanlarının vaxtı-vaxtında qəbul edilməsi və həkimə aparılması onun vasitəsilə həyata keçirilir. Anasının yeganə övladıdır, ona qulluq edəcək başqa şəxs də yoxdur. Qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, hazırda Şirvan şəhər Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 oktyabr 2025-ci il tarixdə saat 22 radələrində Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi psixotrop maddəni saxlaması və daşıması barədə şəhər polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və Şirvan ŞPŞ-nin ƏRQnin operatoru polis baş serjantı X7 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Tərəflərindən 01 oktyabr 2025-ci il tarixdə saat 22:30-da başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı əməliyyat qrupunun üzvləri ilə birlikdə Şirvan şəhəri G.Şıxbala oğlu küçəsində Təqsirləndirilən şəxs saxlanılmış və özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirərək ona saxlanmasının səbəbini izah etmişlər. Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əynində olan şalvarının sağ arxa cibindən 1 ədəd qızılı rəngli siqaret kağızı bükümündə metanfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş metanfetaminə bənzər kütlə iştirakçıların qarşısında videoçəkilişlə müvafiq qaydada zərfə qablaşdırılmış və zərfin üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Təqsirləndirilən şəxsə qarşı Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsini əks etdirən videoçəkilişlərə baxış keçirilmişdir. Videoçəkilişlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı arxa sağ yan cibindən 1 ədəd siqaret qızılı kağızına bükülmüş metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülür. Daha sonra 01 ədəd qızılı rəngli siqaret kağızının içərisində psixotrop maddə olması ehtimal edilən kütlə qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükülüyə baxış keçirilmişdir. Həmin zərfin içərisində 01 ədəd qızılı rəngli siqaret kağızı açdıqda içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, 01 oktyabr 2025-ci il tarixdə saat 22:30-dan 22:36-dək olan müddət ərzində PŞ-nin NMQ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüş 01 ədəd qızılı rəngli siqaret kağızının içərisində psixotrop maddə olması ehtimal edilən kütlə qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükülüyə baxış keçirilmişdir. Həmin zərfin içərisində 01 ədəd qızılı rəngli siqaret kağızı açdıqda içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə oxşar kütlə elektron tərəzi ilə çəkilərək siqaret kağızı ilə birlikdə 0,30 qram olması müəyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırıldıqdan sonra məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəyi izah edilmiş və ekspertiza rəyi əldə edildikdən sonra sonuncunun rəylə tanış olunacağı bildirilmişdir. Sonra isə həmin bükülü qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı sorğu edilərkən Təqsirləndirilən şəxs həmin psixotrop maddəyə oxşar kütlənin Şirvan şəhəri, İ.Qayıbov küçəsində Kür çayının sahilindən yerdən tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını, sonra polis əməkdaşları tərəfindən yaxalandığını, yaxalanan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq olunmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs azadlığı xx.xx.2025-ci il tarixdə, saat 22:30 dəqiqədən məhdudlaşdırılmış, xx.xx.2025-ci il tarixdə, saat 23:45-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli cinayət işini başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər X14 Bölməsinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2025-ci il tarixli 18/717 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində : “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi- 0,190qram olan maddə kustar üsulla hazırlnamış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,190 qram, tədqiqatda sərf edildi - 0,05 qram, qalıq – 0,140 qram. xx.xx.2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X18 X16- Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 6402 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(001)-706/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(001)-706/2022 saylı qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 07 ay 17 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 558 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı. Şirvan şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 18- 1-35/2-1257/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsinin ruhi-əsəb və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. Narkoloji kabinetdə “RF 11.5 Tiryək alkaloidlərinin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X19 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 4915 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X19 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 356 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X19 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır. ünvan 4 ünvanda yaşayan X6, ünvan 4 ünvanda yaşayan X8, ünvan 5 ünvanda yaşayan X11 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həqiqətən Təqsirləndirilən şəxs ünvan 6 ünvanda ailə üzvləri - X5 ilə birlikdə yaşayır. Aktı öz imzaları və Şirvan şəhər İcra Hakimiyyəti Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinin nümayəndəsinin imzaları ilə təsdiq etmişlər. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin xx.xx.2026-cı il tarixli 51 nömrəli arayışın surətindən görünür ki, 1941-ci il təvəllüdlü X5 tip İİ şəkərli diabet xətəliyi ilə Şirvan ŞMPnın endokrinoloji kabinetində qeydiyyatdadır. Cinayət işinin materiallarında olan epikrizin surətindən görünür ki, X3 xx.xx.2017-ci ildə koronar angioplastika : RCA damardakı darlıq nahiyyəsinə 3.0X18mm ölçüdə “ Resolute İntegrity” stenti və LAD damardakı darlıq nahiyyəsinə 2.5x18 mm ölçüdə “ Resolute İntegrity” stentləri uğurlu implante edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İİ siyahısının 118-ci bəndinə görə metamfetaminin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,190 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunması, həmçinin kəskin ürək çatışmazlığından və İİ tip şəkərli diabet xəstəliyindən əziyyət çəkən 85 yaşlı (1941-ci il təvəllüdlü) anasının onun himayəsində olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə psixotrop maddə metamfetaminin çəkisinin yuxarıda göstərilən qanunla müəyyən edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum çəkiyə yaxın olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 oktyabr 2025-ci il tarixdən 03 oktyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 2 (iki) gün müddət 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,140 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri - 67 (altmış yeddi) manat 30 (otuz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************,SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Cinayət işinə əlavə edilmiş iki ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 349-cu, 351-353cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 oktyabr 2025-ci il tarixdən, 03 oktyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 2 (iki) gün müddət 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhər İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri - 67 (altmış yeddi) manat 30 (otuz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,140 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işinə əlavə edilmiş iki ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-171/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-171/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver