Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-174/2023 07.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və müdafiəçisi - Bakı şəhəri 31 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1982-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 12 fevral 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs4 sosial pensiyaya çıxardacağı və əlillik qrupunu təşkil edəcəyi adı ilə yalan vəd verib aldadaraq, sonuncunun oğlu Zərərçəkmiş şəxs3 vasitəsi ilə Şirvan şəhər mərkəzi xəstəxanası inzibati binasının həyətində 2022-ci ilin fevral ayının sonunda 800 manat pul alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 800 manat pulunu dələduzluq edib ələ keçirmiş, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs7 Şirvan şəhər mərkəzi xəstəxanasında xadimə işinə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, sonuncudan Şirvan şəhər İcra Hakimiyyəti binasının qarşısında 2022-ci ilin sentyabr ayının ortalarında 1600 manat pul alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs7 1600 manat pulunu dələduzluq edib ələ keçirmiş, yəni təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs2 Şirvan şəhər mərkəzi xəstəxanasında xadimə işinə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, sonuncudan vahid niyyətlə Şirvan şəhər İcra Hakimiyyəti binasının qarşısında 25 sentyabr 2022-ci il tarixdə 1700 manat və Şirvan şəhər mərkəzi xəstəxanası binasının həyətində 03 oktyabr 2022-ci il tarixdə 2500 manat pulu alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 4200 manat pulunu dələduzluq edib ələ keçirmiş, yəni təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs6 Şirvan şəhər mərkəzi xəstəxanasında xadimə işinə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, sonuncudan Zərərçəkmiş şəxs6 məxsus ünvan 3 ünvanında 26 sentyabr 2022-ci il tarixdə 2000 manat pulu alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs6 2000 manat pulunu dələduzluq edib ələ keçirmiş, yəni təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs3 Şirvan şəhər mərkəzi xəstəxanasında bağban işinə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, sonuncudan Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində 29 saylı binanın həyətində 2022-ci ilin sentyabr ayının sonunda 2500 manat pulu alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 2500 manat pulunu dələduzluq edib ələ keçirmiş, yəni təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs5 Şirvan şəhər mərkəzi xəstəxanasında xadimə işinə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, sonuncunun xalası oğlu Zərərçəkmiş şəxs3 vasitəsi ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində 29 saylı binanın həyətində 2022-ci ilin sentyabr ayının sonunda 1200 manat pul alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs5 1200 manat pulunu dələduzluq edib ələ keçirmiş, yəni təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs1 Şirvan şəhər mərkəzi xəstəxanasında sürücü işinə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, sonuncunun dostu Zərərçəkmiş şəxs3 vasitəsi ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində 29 saylı binanın həyətində 14 oktyabr 2022-ci il tarixdə 2500 manat pul alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 2500 manat pulunu dələduzluq edib ələ keçirmiş, yəni təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini bildirsə də, məhkəmənin sonrakı baxış iclaslarında özünü təqsirli bilərək ifadəsində sosial pensiyaya çıxardacağı və əlillik qrupunu təşkil edəcəyi adı ilə 2022-ci ilin fevral ayının sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs4 800 manat pulunu, Şirvan şəhər mərkəzi xəstəxanasında xadimə işinə düzəldəcəyi adı ilə 2022-ci ilin sentyabr ayının ortalarında zərərçəkmiş Zərərçəkmiş şəxs7 1600 manat pulunu, Şirvan şəhər mərkəzi xəstəxanasında xadimə işinə düzəldəcəyi adı ilə 25 sentyabr 2022-ci il tarixdə 1700 manat və 03 oktyabr 2022-ci il tarixdə 2500 manat olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 4200 manat pulunu, Şirvan şəhər mərkəzi xəstəxanasında xadimə işinə düzəldəcəyi adı ilə 26 sentyabr 2022-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs6 2000 manat pulunu, Şirvan şəhər mərkəzi xəstəxanasında bağban işinə düzəldəcəyi adı ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 2500 manat pulunu, Şirvan şəhər mərkəzi xəstəxanasında xadimə işinə düzəldəcəyi adı ilə 2022-ci ilin sentyabr ayının sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs5 1200 manat pulunu, Şirvan şəhər mərkəzi xəstəxanasında sürücü işinə düzəldəcəyi adı ilə 14 oktyabr 2022-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 2500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini etiraf etdi, əməlindən peşman olduğunu bildirdi, bir övladının xəstə olmasının, digər övladının gənc yaşda vəfat etməsinin nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 hər biri ayrı-ayrılıqda ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrini təsdiq etdiklərini bildirib, Təqsirləndirilən şəxs şikayətçi olduqlarını, pullarının geri qaytarılmasını xahiş etdilər. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 43, mənzil 2-də qeydiyyatdadır və yaşayır, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin sentyabr ayından tanıyır, belə ki, Nəsibə 2021-ci ilin sentyabr ayından 2022-ci ilin oktyabr ayınadək ona məxsus ünvan 4 ünvanında kirayə yaşamışdır. Heç yerdə işləmədiyindən işləmək qərarına gəlmiş, özünə iş axtarmışdır. 2022-ci ilin yanvar ayında Nəsibə ilə söhbət əsnasında rəsmi iş olarsa işləmək istədiyini demiş, 2022-ci ilin sentyabr ayının əvvəlində Nəsibə (055) ***-**-** mobil nömrədən onun mobil nömrəsinə zəng edib Şirvan ŞMX-da vakant bağban işinin olduğunu, işi düz-qoş edə biləcəyini və onunla görüşmək istədiyini demiş, o, Nəsibə ilə razılaşıb Nəsibənin kirayə yaşadığı evə getmişdir. Nəsibə həmin vaxt evdə tək olmuşdur. Söhbət əsnasında Nəsibə ona 2500 manat pulun müqabilində Şirvan ŞMX-da bağban işinə düzəldə biləcəyini demiş, bunu da, xəstəxanada işləyən, adını demədiyi rəhbər vəzifəli şəxsin vasitəsi ilə edə biləcəyini söyləmişdir. O, razılaşmış, yaxın zamanlarda pulu tapdıqdan sonra ona xəbər edəcəyini demişdir. O, 2500 manat pul tapıb 2022-ci ilin sentyabr ayının sonunda Nəsibəyə zəng edib görüşüb ona dediyi pulu verə biləcəyini demişdir. Nəsibə onu kirayə yaşadığı evə dəvət etmişdir. O, binanın həyətinə getmiş, Nəsibə ilə görüşərək Nəsibənin dediyi kimi 2500 manat pul, şəxsiyyət vəsiqəsi və hərbi biletinin surəti, əmək kitabçası və fotoşəkillərini onu Şirvan ŞMX-da bağban kimi işə düzəltməsi üçün Nəsibəyə vermişdir. Pulu verdikdən sonra Nəsibə ona xx.xx.2022-ci il tarixdə dediyi işə qəbul olub işə başlayacağını söyləmişdir. 29 oktyabr 2022-ci il tarixdə Nəsibənin mobil telefonuna zəng edib işin nə yerdə olduğunu soruşduqda ona şəxsi işləri ilə bağlı Bakı şəhərində olduğunu demiş, həmin gündən sonra Nəsibəyə zəng etsə də, Nəsibə onun zənglərinə cavab verməmişdir. 02 noyabr 2022-ci il tarixdən isə Nəsibə mobil telefonunu söndürmüş, Nəsibənin kirayə yaşadığı ona məxsus evə getmiş, qapının bağlı olduğunu görmüş, Nəsibənin Şirvan ŞMX-da xadimə işlədiyini bildiyi üçün tək həmin yerə getmiş, lakin xəstəxanada Nəsibəni tapa bilməmiş, ona oradan Nəsibənin 10 günlük icazə aldığını demişlər. Elə orada sonradan adlarını bildiyi əvvəldən tanımadığı Güllər və Vüsalə adlı şəxsləri görmüş, onlar da, Nəsibəni axtarmışlar, o, biləni onun kimi Nəsibə onları da, aldatmışdır. Aldadıldığını bilib Şirvan ŞPŞ-nə ərizə ilə müraciət etmişdir. Konkret olaraq Nəsibə ondan Şirvan ŞMX-da bağban işinə düzəldəcəyi adı ilə 1 dəfəyə, 2022-ci ilin sentyabr ayının sonunda Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ona məxsus mənzilin qarşısında 2500 pul almış, həmin pulu Nəsibəyə verərkən onların yanında kənar şəxslərdən heç kim olmamışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs3 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayının sonunda anası Zərərçəkmiş şəxs4 sosial pensiyaya çıxardacağı və əlillik qrupunu təşkil edəcəyi adı ilə Şirvan ŞMX-nın həyətində 800 manat pul vermiş, puldan başqa anasının şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Bundan başqa xalası qızı Zərərçəkmiş şəxs5 Şirvan ŞMX-da xadimə işinə düzəldəcəyi adı ilə Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının sonunda 1200 manat pulu ona məxsus, lakin Nəsibənin kirayə yaşadığı evin qarşısında vermişdir. Həmin pulu da, Nəsibəyə verərkən yanlarında kənar şəxslərdən heç kim olmamış, puldan başqa Səidənin şəxsiyyət vəsiqəsinin surəti və məktəb ləvazimatları satılan mağazadan əmək kitabçası alıb Nəsibəyə vermiş, faktiki olaraq 1200 manat pul Səidəyə məxsus olmuşdur. Səidənin Nəsibə ilə heç bir tanışlığı və münasibəti olmamışdır. Bundan başqa dostu Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 Şirvan ŞMX-da Təcili tibbi yardımda sürücü işinə düzəltmək adı ilə 2022-ci ilin oktyabr ayının 14-də Nəsibənin kirayə yaşadığı evin qarşısında 2500 manat pul vermiş, həmin pulu Nəsibəyə verərkən kənar şəxslərdən heç kim olmamış, lakin dostu Hikmət onlardan bir neçə metr kənarda avtomobildə tək əyləşib gözləmiş, yəni Hikmət Nəsibə ilə görüşməmiş, pulu onun vasitəsi ilə vermiş, faktiki olaraq maddi ziyan Zərərçəkmiş şəxs1 dəymişdir. Nəsibə ona anasını sosial pensiyaya çıxardacağını DSMF-də tanışlarının olduğunu, lakin dəqiq söz demədiyini, onu və xalası qızı Səidəni işə düzəltməyini isə Şirvan ŞMX-da rəhbər şəxslərdən birini tandığını, onun evinə gedib gəldiyini, həmin şəxsin vasitəsi ilə bu işləri düzüb qoşacağını demişdir. Hansı sənədlər hazırlayacağını və həmin sənədləri hara təqdim edəcəyini deməmiş, Nəsibə ilə birlikdə heç yerə getməmişdir. Nəsibəyə verdiyi pulların müqabilində ona haradansa heç bir sənəd aldığını deməmiş, hansısa sənədi göstərməmiş və ya verməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Şirvan şəhəri, Şirvan küçəsi ev 41-də qeydiyyatda olmaqla faktiki Şirvan şəhəri, Gülbala Şıxbala oğlu küçəsi ev 23-də yaşayır, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, belə ki, Nəsibənin uşağı onun qardaşı uşağı ilə eyni məktəbdə təhsil almış, həmçinin Nəsibə Şirvan ŞMX-da xadimə işləmiş, beləcə onunla münasibəti yaranmışdır. Maddi cəhətdən sıxıntısı olduğundan işləmək qərarına gəlmiş, özünə iş axtarmış, 2022-ci ilin yay aylarında Nəsibəni xəstəxananın həyətində görmüş, söhbət əsnasında Nəsibəyə işləmək istədiyini demişdir. 2022-ci ilin avqust ayının ortalarında Nəsibə (055) ***-**-** mobil nömrədən onun mobil nömrəsinə zəng edib Şirvan ŞMX-da vakant xadimə işinin olduğunu və onunla görüşmək istədiyini demişdir. Nəsibə ilə razılaşıb Şirvan şəhər İcra hakimiyyətinin yerləşdiyi inzibati binanın qarşısında görüşmüş, Nəsibə tək gəlmiş, o, da, tək olmuşdur. Söhbət əsnasında Nəsibə 4200 manat pulun müqabilində onu Şirvan ŞMX-da xadimə işinə düzəldə biləcəyini demiş, bunu da, xəstəxanada işləyən hazırda adını xatırlamadığı şəxsin vasitə ilə görəcəyini söyləmişdir. O, razılaşmış, yaxın zamanlarda pulu tapdıqdan sonra xəbər edəcəyini demiş, müxtəlif şəxslərdən borc 4200 manat pul tapmış, xx.xx.2022-ci il tarixdə Nəsibəyə zəng edib görüşüb ona dediyi pulu verə biləcəyini demişdir. Həmin gün Nəsibə ilə mobil telefonla danışmış, Şirvan şəhər İcra Hakimiyyəti inzibati binasının qarşısında Nəsibə ilə tək görüşmüş, əvvəl 1700 manat pulu Nəsibəyə vermişdir. Özü 1700 manat pul vermiş ki, birdən Nəsibə onun işini düzəltməz, biraz söhbət etdikdən sonra Nəsibə çıxıb getmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Nəsibə istifadəsində olan (055) ***-**-** mobil nömrəsinə zəng edib qalan 2500 manat pulu verməyini demiş, yaşadığı evdən yenə də, tək çıxıb Şirvan ŞMX-nın qarşısına getmiş, xəstəxananın qarşısında 2500 manat pul və Nəsibənin ona deməsinə görə əmək kitabçası alıb birlikdə vermişdir. Həmin pulu Nəsibəyə verərkən ona demişdir ki, “sənin işin alınacaq, xx.xx.2022-ci il tarixdə həmin xəstəxanada xadimə işinə qəbul olacaqan”. Pulları verdikdən sonra bir neçə dəfə Nəsibənin mobil telefonuna zəng edib işin nə yerdə olduğunu dedikdə Nəsibə ona hər dəfə narahat olmamağını söyləmiş, xx.xx.2022-ci il tarixdə mən Nəsibənin mobil nömrəsinə zəng etmiş, lakin mobil telefona zəng çatmamış, aldadıldığını başa düşmüşdür. xx.xx.2022-ci il tarixdə Şirvan ŞMX-na gedib Nəsibəni soruşduqda xəstəxanadan ona demişdirlər ki, Nəsibə icazə alıb bir neçə gün olmayacaq. Aldadıldığını başa düşüb Şirvan ŞPŞ-nə ərizə ilə müraciət etmişdir. Konkret olaraq Şirvan ŞMX-da xadimə işinə düzəldəcəyi adı ilə Təqsirləndirilən şəxs 2 dəfəyə, 1-ci dəfə 25 sentyabr 2022-ci il tarixdə Şirvan ŞİH-nin yerləşdiyi inzibati binanın qarşısında 1700 manat, ikinci dəfə isə 03 oktyabr 2022-ci il tarixdə Şirvan ŞMX-nın həyətində 2500 manat, ümumilikdə 4200 manat pul vermişdir. Həmin pulları Nəsibəyə verərkən yanlarında kənar şəxslərdən heç kim olmamışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 həmçinin bildirmişdir ki, xx.xx.2022ci il tarixdə Nəsibədən işin nə yerdə olduğunu soruşmaq üçün Şirvan ŞMX-na gedəndə orada əvvəl tanımadığı, heç bir qohumluq əlaqəsi olmadığı, lakin sonradan adlarını bildiyi Mirəli və Vüsalə adlı şəxsləri də, aldatdığını bilmiş, lakin hansı məbləğdə və nə adı ilə pul aldığı barədə məlumatı olmamışdır. Nəsibə ona dəqiq söz deməmiş, onu xatırlamış ki, ilk dəfə Nəsibəyə pulu verərkən ona demişdir ki, həmin xəstəxanada bir xanım var, pulu ona verəcək, həmin xanım da, pulu baş həkimə verəcəkdir. Nəsibə ona heç bir sənəd verməmiş, göstərməmiş, hansısa sənəd hazırladığını deməmiş, yalnız ona dediyinə görə məktəb ləvazimatı olan mağazadan əmək kitabçası alıb Nəsibəyə vermişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi ev 43, mənzil 2-də qeydiyyatdadır və yaşayır, Zərərçəkmiş şəxs3 onun oğludur, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2021ci ilin sentyabr ayından tanımış, Nəsibə 2021-ci ilin sentyabr ayından 2022-ci ilin oktyabr ayınadək onlara məxsus ünvan 4 ünvanında kirayə yaşamışdır. Nəsibəni qiyabi olaraq tanısa da, bir neçə dəfə üzünü görmüşdür. Sosial pensiya almır və əlillik dərəcəsi olmamış, bunun üçün kimisə axtarmış ki, bəlkə onu kimsə sosial pensiyaya çıxardar və əlillik dərəcəsi təyin edər. Həmin fikrini oğlu Mirəliyə də, demişdir. 2022-ci ilin fevral ayının sonunda evində kirayişin yaşayan Nəsibə oğluna bu işləri düz-qoş edə biləcəyini demiş, oğlu da, bunu ona söhbət əsnasında söyləmiş, o, da, razılıq vermiş, sosial pensiyaya çıxacağı və əlillik qrupunu təşkil edəcəyi adı ilə Nəsibənin oğluna və oğlunun da, ona deməsinə görə, 800 manat pulu Mirəliyə vermişdir. Bundan başqa Nəsibə onun şəxsiyyət vəsiqəsinin surətini də, istəmiş, oğlu Mirəli qeyd etdiyi vaxtda, yəni 2022-ci ilin fevral ayının sonunda Nəsibə ilə görüşüb 800 manat pulu və onun şəxsiyyət vəsiqəsinin surətini Nəsibəyə vermişdir. Bunu o, oğlundan eşitmişdir. Nəsibəyə pul verməmiş, oğluna Nəsibəyə verməsindən ötrü vermişdir. Pulu oğlu Nəsibəyə versə də, faktiki maddi ziyan ona dəymişdir. Həmin vaxtdan bir müddət keçsə də, Nəsibə onu sosial pensiyaya çıxartmamış və əlillik qrupu təşkil etməmişdir. Ondan başqa isə Mirəli özünə və bacısı qızı Səidə üçün də, müxtəlif məbləğlərdə Nəsibəyə pul vermişr, lakin Nəsibə onların pulunu alıb aldatmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirdi ki, Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 11, mənzil 11-də qeydiyyatdadır və orada yaşayır, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin sentyabr ayından qiyabi olaraq tanımış, belə ki, Nəsibə xalası Afətə məxsus evdə kirayişin yaşamışdır. Heç yerdə işləmədiyindən işləmək qərarına gəlmiş, özünə iş axtarmış, bu fikrini xalası Afətə də demişdir. Mirəli onun xalası Afətin oğludur, Mirəli ilə söhbət zamanı ona demişdir ki, evində kirayişin yaşayan Nəsibə müxtəlif şəxsləri pul müqabilində Şirvan ŞMX-da bağban, xadimə və.s işlərə düzəldir. Onun da, işləməyə, pul qazanmağa ehtiyacı olduğundan Nəsibənin Mirəliyə və Mirəlinin ona deməsinə görə Şirvan ŞMX-da xadimə işinə düzələcəyi üçün 2022-ci ilin sentyabr ayının sonunda 1200 manat pul vermiş, Mirəli isə həmin pulu kirayə verdiyi evin qarşısında Nəsibəyə vermişdir. Puldan başqa işə düzəlmək üçün lazım olan əmək kitabçası, fotoşəkillər və şəxsiyyət vəsiqəsinin surətini Nəsibəyə verməsindən ötrü Mirəliyə vermişdir. Nəsibəyə pulu Mirəli versə də, faktiki olaraq 1200 manat maddi ziyan ona dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi ev 40, mənzil 3-də qeydiyyatdadır və yaşayır, Zərərçəkmiş şəxs3 onun uşaqlıq dostudur. Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qiyabi tanımış, belə ki, ilk dəfə həmin qadını 2022-ci ilin oktyabr ayının 14-dən avtomobildə olarkən Mirəli ilə söhbət edərkən görmüşdür. Hazırda işsizdir, rəsmi iş axtarmış, bu fikrini dostu Mirəliyə demişdir. 2022-ci ilin oktyabr ayının əvvəlində Mirəli söhbət əsnasında ona demişdir ki, bir nəfər qadın var, adı Nəsibədir, Şirvan ŞMX-da xadimə işləyir, həm də, onun evində kirayə yaşayır, müxtəlif şəxsləri pul müqabilində işə düzəldir. Onun da, iş axtardığını Mirəli bildiyi üçün həmin qadınla Mirəli söhbət etmiş və 2500 manat pulun müqabilində Şirvan ŞMX-da sürücü işinə düzəlməyi üçün həmin pulu Nəsibəyə verməsi üçün Mirəliyə vermişdir. Puldan başqa şəxsiyyət vəsiqəsi, hərbi bileti və sürücülük vəsiqəsinin surətini, əmək kitabçamı və fotoşəkillərini vermişdir. 2022-ci ilin oktyabr ayının 14-də Mirəli ilə birlikdə Nəsibənin kirayə yaşadığı Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsinə getmişlər, o, avtomobildə gözləmiş, Mirəli qeyd etdiyi sənədləri və 2500 manat pulu aparıb Nəsibənin yaşadığı binanın qarşısında Nəsibəyə vermişdir. O, Mirəlinin Nəsibəyə pul və sənədlərin surətlərini verdiyini görmüş, lakin avtomobildən düşməmiş, Nəsibə ilə də, heç bir söhbət etməmişdir. Nəsibənin Mirəliyə deməsindən və Mirəlinin ona deməsindən bilmiş ki, xx.xx.2022-ci il tarixdə o, Şirvan ŞMX-da sürücü kimi işə başlayacaqdır. Nəsibənin dediyi tarixdə heç bir xəbər çıxmamış, Mirəlidən nə baş verdiyini soruşduqda Mirəli ona Nəsibənin hər ikisini aldatdığını demişdir. O, da, bundan sonra aldadıldığını bilmişdir. Faktiki olaraq Nəsibəyə pulu Mirəli versə də, 2500 manat ziyan ona dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, ünvan 5 ünvanda 2 azyaşlı qızları ilə birlikdə yaşayır, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2019cu il tarixdən tanıyır, belə ki, Nəsibə 2019-cu ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayınadək ona məxsus ünvan 7 ünvanında kirayə yaşamışdır. Nəsibənin də, Şirvan ŞMXda xadimə işlədiyini bilmişdir. Nəsibə onun evində kirayə yaşadığı müddətdə münasibətləri yaranmış, hazırda yaşadığı evə gəlib getmişdir. Heç yerdə işləmədiyindən işləmək qərarına gəlmiş, özünə iş axtarmış, bunu Nəsibəyə demişdir. 2021-ci ilin sentyabr ayında Nəsibənin yaşadığı evi satmaq qərarına gəlmiş və evi satmışdır. Bundan sonra da, onun Nəsibə ilə münasibəti davam etmiş, Nəsibə onun evində kirayə yaşadığı zaman Nəsibə ilə birlikdə Şirvan ŞMX-na getmiş, Nəsibə ora işə düzəlmək istəmiş, həmin vaxt o, yadımda olmuş ki, Nəsibəni heç kim qəbul etməmiş, lakin sonradan Nəsibədən eşitmiş ki, işə qəbul olunub, lakin necə qəbul olunduğu barədə heç bir məlumatı olmamışdır. 2022-ci ilin avqust ayının əvvəlində Nəsibə ilə mobil telefonla danışarkən Nəsibə ona demişdir ki, “mən məzuniyyətdəyəm, məzuniyyət bitəndən sonra 2000 manat pulun müqabilində səni işə düzəldəcəm”. Mütəmadi olaraq istifadəsində olan mobil nömrə ilə Nəsibənin istifadə etdiyi (055) ***-**-** mobil nömrə ilə əlaqə saxlamış, 2022-ci ilin sentyabr ayının sonunda Nəsibə onun iş barəsində görüşmək istədiyini və yaşadığı evə gələcəyini demiş, 2000 manat pul tapmış, 2022-ci ilin sentyabr ayının 26-da Nəsibə tək hazırki yaşadığı evə gəlmiş, Nəsibə ilə görüşmüş, hal-əhval tutmuş, onu Şirvan ŞMX-da xadimə işinə düzəldə biləcəyini demişdir. Bunu da, xəstəxanada işləyən, adını demədiyi rəhbər vəzifəli şəxsin vasitəsi ilə edə biləcəyini söyləmiş, o, razılaşmış, 2000 manat pulu sayıb evdə Nəsibəyə vermişdir. Puldan başqa Nəsibə ondan heç bir sənəd və ya sənədin surətini istəməmiş, evdə olarkən Nəsibə onun xx.xx.2022-ci il tarixdə Şirvan ŞMX-da xadimə kimi işə düzələcəyini söz vermişdir. Həmin vaxtdan təxminən 15-20 gün sonra Nəsibədən heç bir xəbər çıxmadığını görüb narahat olmuş, Nəsibəyə zəng edib pulunu geri istəmiş, lakin Nəsibə ona “narahat olma, səni bu yaxınlarda xəstəxanada işə düzəldəcəm” demişdir. 02 noyabr 2022-ci il tarixdə Nəsibə ilə mobil telefonla danışıb işinin nə yerdə olduğunu və əgər alınmırsa verdiyi pulu tələb etdikdə Nəsibə ona qızının ərinin Göyçay rayonunda avtomobil vurduğunu, bununla bağlı başının qarışıq olduğunu demişdir. Həmin gündən sonra Nəsibə mobil telefonunu söndürmüşdür. O, əlacsız qalıb Nəsibənin işlədiyi Şirvan ŞMX-na getmiş, lakin xəstəxanada Nəsibəni tapa bilməmiş, ona orada işləyən hazırda xatırlamadağı şəxs demişdir ki, Nəsibə 10 günlük icazə alıb, xx.xx.2022-ci il tarixdə işdə olacaqdır. Sonradan isə o, bu barədə Şirvan ŞPŞ-nə gəlib ərizə ilə müraciət edərkən ona məlum olmuş ki, Nəsibə ondan başqa Mirəli və Vüsalə adlı şəxsi də, aldatmışdır. Nəsibənin ondan və qeyd etdiyi şəxslərdən başqa kimdənsə pul alıb aldatdığı barədə heç bir məlumatı olmamışdır. Konkret olaraq Nəsibə ondan Şirvan ŞMX-da xadimə işinə düzəldəcəyi adı ilə 1 dəfəyə, 2022-ci ilin sentyabr ayının 26-da yaşadığı ünvan 9 ünvanındakı evdə 2000 pul almışdır. Həmin pulu Nəsibəyə verərkən onların yanında kənar şəxslərdən heç kim olmamışdır. O, Şirvan ŞPŞ-nə müraciət etdikdən sonra Nəsibənin qızı Sahibə ilə mobil telefonla danışmış, Sahibə anasına görə ona dəymiş 2000 manat pulu gətirib ödəmişdir. Ona görə də, onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və iddiası olmaması barədə yenidən Şirvan ŞPŞ-nə ərizə ilə müraciət etmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs6 həmçinin bildirmişdir ki, Nəsibə ona dəqiq söz deməmiş, yəni həmin pulu kimlərə verəcəyini, hansı sənədlər hazırlayacağını və həmin sənədləri hara təqdim edəcəyini ona söyləməmişdir. Təqsirləndirilən şəxs verdiyi pulun müqabilində ona heç bir sənəd verməmiş, göstərməmiş, hansısa sənəd hazırladığını deməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs7 məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq ona vurulmuş maddi ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətinin olmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs7 həmin ifadəsində bildirmişdir ki, ünvan 10 ünvanda qeydiyyatdadır və orada ailə üzvləri ilə birlikdə yaşayır, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından tanımış, belə ki, Nəsibəni rəfiqəsi və qohumu Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olmuş, onu Nəsibə ilə Güllər tanış etmişdir. Güllər ona demişdir ki, “tanışım Nəsibə var, o, müxtəlif şəxsləri işi düzəldir”. Ona da, iş lazım olduğundan Güllərə bu barədə demiş, 2022-ci ilin sentyabr ayının ortalarında Güllər ilə birlikdə Şirvan ŞMX-nın həyətinə getmişlər, Güllər Nəsibəyə zəng etmiş və birlikdə Nəsibə ilə xəstəxananın həyətində tək görüşmüşlər, Güllər onu Nəsibə ilə tanış etmiş, o, adını, soyadını Nəsibəyə bildirmiş və ailə vəziyyəti ilə bağlı işləmək istədiyini dedikdə Nəsibə ona bu işləri düz-qoş edə biləcəyini söyləmişdir. O, xəstəxananın həyətində nə işinə qəbul olunacağını və nə vaxtdan işə başlayacağını, ona görə nə qədər pul verəcəyini soruşmuş, Nəsibə elə xəstəxananın həyətində Şirvan ŞMX-na xadimə işinə düzəldə biləcəyini, özünün Şirvan ŞMX-da tanışlarının olduğunu və bu işləri onların vasitəsi ilə görəcəyini və xadimə işinə qəbul olunmaq üçün camaata 2000 manata, lakin ona hörmət əlaməti olaraq 1600 manata düzəldə biləcəyini söyləmişdir. O, razılaşmış, bundan sonra Güllər ilə birlikdə oradan çıxıb getmişdir. Həmin gündən təxminən 3 gün sonra 2022-ci ilin sentyabr ayının ortalarında 1600 manat pul düzəltmiş, həmçinin 3 gün fikirləşmiş ki, görəsən pulu versin və ya verməsin. Sonradan düşünmüş ki, onun işləməyə ehtiyacı var, ona görə də, Güllərə zəng edib Nəsibə ilə görüşmək istədiyini demiş və həmin gün Güllər ilə birlikdə Nəsibənin dediyi kimi Şirvan şəhər İcra Hakimiyyətinin yerləşdiyi binanın qarşısına getmişlər. Nəsibə tək gəlmiş, gəlməmişdən qabaq isə Güllərə demişdir ki, şəxsiyyət vəsiqəsinin surəti və əmək kitabçası lazım olacaqdır. O, da həmin sənədləri və pulu götürüb Nəsibə ilə görüşmüş, 1600 manat pulu sayıb Nəsibəyə vermiş, Nəsibə həmin pulu ondan almış, Nəsibə ona vəd vermiş ki, 1600 manat pulun müqabilində 2022-ci ilin oktyabr ayının 1-dən Şirvan ŞMX-da xadimə işinə düzələcəkdir. Həmin vaxt Nəsibənin mobil nömrəsini istəmiş, Nəsibə (055)350-93-50 mobil nömrə işlətdiyini söyləmişdir. Həmin gündən sonra 2022-ci ilin sentyabr ayının sonunda istifadəsində olan (055) ***-**-** mobil nömrə ilə əlaqə saxlamış, işin nə yerdə olduğunu və nə vaxt işə qəbul olunacağımı soruşduqda Nəsibə hər dəfə onu müxtəlif bəhanələrlə aldatmışdır. 2022-ci ilin oktyabr ayı ərzində də, qeyd etdiyi mobil nömrə ilə Nəsibəyə zəng etmiş, lakin Nəsibə gah mobil telefona cavab verməmiş, gah da, onu müxtəlif bəhanələrlə aldatmışdır. O, da, aldadıldığını bilib Şirvan ŞPŞ-nə ərizə ilə müraciət etmişdir. Konkret olaraq Şirvan ŞMX-da xadimə işinə düzəldəcəyi adı ilə Təqsirləndirilən şəxs 1 dəfəyə 2022-ci ilin sentyabr ayının ortalarında Şirvan ŞİH-nin yerləşdiyi inzibati binanın qarşısında 1600 manat pul vermiş, həmin pulu Nəsibəyə verərkən onun yanında rəfiqəsi və qohumu Zərərçəkmiş şəxs2 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, 2017-ci il tarixdən Şirvan şəhər Onkologiya xəstəxanasında kiçik tibb bacısı işləyir, Təqsirləndirilən şəxs 2021-ci il tarixdən tanıyır, belə ki, Nəsibə 2021-ci il tarixdən işlədiyi xəstəxanada bağban işləmişdir. Nəsibə ilə münasibəti çox yaxşı olmuş, demək olar ki, hər gün onunla bir yerdə olmuşlar, işə birlikdə gedib gəlmişlər. Nəsibənin müxtəlif şəxslərdən pul aldığını bilmiş, lakin nə adı ilə pul aldığını dəqiq bilməmiş, çünki ona deməmişdir. Onun yanında dəfələrlə olmuşdur ki, Nəsibənin mobil telefonuna zəng gəlmiş, lakin Nəsibə cavab verməmişdir. O, Nəsibədən zənglərə niyə görə cavab vermədiyini soruşduqda, ona bir söz deməmiş, elə hər dəfə deyinib “bu da vaxt tapdı zəng etməyə”, gah da “bu məndən nə istəyir, işini düzəldəcəm də” demişdir. Bir neçə dəfə Nəsibənin mobil telefonuna zəng gələndə telefonu açıb gedib kənarda danışmışdır. Sonuncu dəfə o, “Kapitalbank”dan 1400 manat kredit götürmüş, Nəsibə ondan xahiş etmiş ki, 700 manatı ona versin, Nəsibə israr etdikdən sonra, həm də, Nəsibə ilə rəfiqə olduğu üçün 700 manatı Nəsibəyə vermişdir. Nəsibə hər ay onun kreditinə görə 30 manat pul verməli olmuş, 1 il Nəsibə pulu verməkdən boyun qaçırmış, o, nə qədər dedikdən sonra krediti ödəmişdir. Beləcə Nəsibə 350 manatı ödəmiş, lakin 350 manat borclu qalmış, Nəsibənin əvəzinə krediti özü ödəmişdir. Nəsibədən son zamanlar, yəni 2022-ci ilin oktyabr-noyabr aylarında şübhələnmiş, çünki Nəsibə onunla birlikdə Şirvan şəhərində mobil telefon mağazalarına gedib özünə bahalı mobil telefon almış, cibində çoxlu sayda 100 manatlıq pul əskinasları olmuşdur. O, Nəsibədən bankdan kredit götürdüyünü soruşduqda Nəsibə ona söz tapıb deyə bilməmiş, həmin pulların özünə məxsus olduğunu qeyd etmişdir. Son zamanlar yəni 2022-ci ilin sentyabr-noyabr ayları müddətində Nəsibə hər gün dəfələrlə harasa gedib gəlmiş, üzü gülmüş, şübhəli halları olmuş, lakin ona heç bir söz deməmişdir. O, Nəsibəyə onun verdiyi pula görə, yəni 350 manat kreditə borcu olduğuna görə, utandığından bir söz deməmişdir. Sonradan işlədiyi yerə Şirvan şəhər sakinləri, əvvəldən tanımadığı şəxslər gəlmişlər, Nəsibənin onları aldatdığını, işə qəbul olmaq üçün pul verdiklərini demişdirlər. O, həmin vaxt bilmiş ki, Nəsibə müxtəlif şəxslərdən pul alıb aldatmışdır. Həmin şəxslər Nəsibəni axtardıqları vaxtdan Nəsibə işə gəlməmişdir. O, Nəsibəyə zəng edib harada olduğunu soruşduqda hər dəfə müxtəlif bəhanələr gətirmiş, hətta onun da, 350 manat pulunu verməmişdir. Bundan başqa o, eşitmiş ki, Şirvan şəhəri, Köhnə şəhər deyilən yerdə Nəsibə “lotereya” oynamış, ilk pulu o, götürmüş və sonradan heç bir pul verməmişdir. İşlədiyi xəstəxanada da, Nəsibə bir neçə şəxslərdən pul alıb aldatmış, lakin həmin şəxslər şikayət etməmişlər. Həmin şəxslərdən konkret olaraq kim və ya kimlər olduğunu dəqiq bilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 30 mart 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis kapitanı X3 icraatına qəbul edilmişdir; 30 mart 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır; 30 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 30 mart 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir; 03 dekabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis kapitanı X3 icraatına qəbul edilmişdir; 07 dekabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; 09 dekabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; 13 dekabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır; 13 dekabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır; 14 dekabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; 27 dekabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır; 14 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 14 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılmış Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, ittiham elan edilməsi üçün tutularaq Şirvan ŞPŞ-nin MSY-nə yerləşdirilməsi qərara alınmış, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunana qədər dayandırılmışdır; 11 fevral 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Göyçay rayonunda tutularaq Şirvan şəhərinə gətirilib Şirvan şəhər polis şöbəsinin MSY-nə təhvil verilmişdir; 11 fevral 2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması üçün dayandırılmış icraat təzələnmişdir; 14 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi haqqında qərar ona xx.xx.2023-cü il tarixdə, saat 09:00-da Şirvan ŞPŞ-də müdafiəçisinin iştirakı ilə elan olunmuşdur; Şirvan şəhər Məhkəməsinin 12 fevral 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmışdır; Şirvan İcra Hakimiyyəti başçısının Bayramlı qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının Bayramlı qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır; 30 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay 20 (iyirmi) gün müddətinə, yəni - 30 iyun 2023-cü il tarixədək uzadılmışdır; 25 iyun 2023-cü il tarixli cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, yəni 30 avqust 2023-cü il tarixə kimi uzadılmışdır; Şirvan şəhər Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay müddətinə, yəni 30 avqust 2023cü il tarixədək uzadılmışdır; Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməkdə təqsirli olması, onun özünün, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X2 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasının əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-174/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-174/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver