Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-174/2025 27.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:35-də Şirvan Şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, A oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, Əli-Bayramov küçəsi, döngə 7, ev 4A-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşımadan ibarət cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, yəni 0,590 qram psixotrop maddə metamfetamini, xeyli miqdarda, yəni 460,0 qram narkotik vasitə qurudulmuş marixuananı və xeyli miqdarda, yəni tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,160 qram olan 04 ədəd narkotik vasitə “Methadon F/M 40” həblərini qanunsuz olaraq əldə edib, həmin çəkidə 01 ədəd bükümdə psixotrop maddə metamfetamini üzərində, həmin çəkidə 01 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi “KHAZAR” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobildə və 04 ədəd narkotik vasitə olan “Methadon F/M 40” həblərini isə Şirvan şəhəri, Əli-Bayramov küçəsi döngə 7, ev 4A-da yerləşən fərdi yaşayış evində daşımaqla saxlamış, 17 sentyabr 2025-ci il tarixdə saat 12 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz qaydada binalara, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında qərar əsasında Şirvan şəhəri, 1 May küçəsində idarə etdiyi “KHAZAR” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən saxlanılaraq, videoçəkiliş vasitəsilə saat 12:40-dan saat 14:30-dək üzərinin yoxlanılması zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi- 0,590 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ona məxsus olan “KHAZAR” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobildən 01 ədəd polietilen torbada təmiz çəkisi-460,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və Şirvan şəhəri, Əli-Bayramov küçəsi döngə 7, ev 4A-da yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evdə olan paltar dolabından metadon təsir maddəsinin ümumi miqdarı 0,160 qram olan 04 ədəd narkotik vasitə olan açıq qəhvəyi rəngli “Methadon F/M 40” həbləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şirvan şəhəri, “Su kanal” idarəsinin “KVN-nin” kənarında gəzən zaman yerdə 01 ədəd sellofan torba diqqətini çəkmiş, o, həmin sellofan torbanı yerdən götürüb açıb içinə baxdıqda içərsində narkotik vasitə olan qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və 04 ədəd metadon həbi olmasını görmüş, həmin sellofan torbanı özü ilə götürmüş və yaşadığı Şirvan şəhəri, Ə.Bayramov küçəsi döngə 7, ev 4 A-da yerləşən fərdi yaşayış evinə gətirmiş, 04 ədəd metadon həbini yataq otağında olan dolabda, narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi “KHAZXAR” markalı **-HR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində və psixotrop maddə metamfetamini isə əynində olan qara rəngli cins şalvarının sol yan cibində istifadə etmək məqsədilə saxlamışdır. 17 sentyabr 2025-ci il tarixdə saat 12 radələrində Şirvan şəhəri, 1 May küçəsində “KHAZXAR” markalı **-HR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində oturub üzərində olan psixotrop maddə metamfetamindən istifadə etmək istəyən zaman Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün onu saxladıqlarını bildirmiş və həmin vaxtı üzərində 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, “KHAZXAR” markalı **-HR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin arxa sərnişin oturacağında isə sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana olmuş və polis əməkdaşları tərəfindən ona üzərində hər hansı bir kütlənin olub-olmaması soruşulduqda o, üzərində, yəni əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxladığı psixotrop maddə metamfetamin olmasını bildirib, təqdim etdikdən sonra baxış keçirilərək müvafiq olaraq zərfdə qablaşdırılıb möhürləndikdən sonra sorğu edilmiş və həmin vaxtı avtomobilində qurudulmuş marixuana və yaşadığı ünvanda isə 04 ədəd metadon həbinin olmasını bildirib, avtomobilinin arxa sərşinin oturacağından 01 ədəd sellofan torbada olan qurudulmuş marixuananı təqdim etdikdən sonra həmin marixuanaya baxış keçirilərək müvafiq olaraq zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra yaşadığı ünvan 1 ünvanına getmişlər və giriş qapısının qarşısında ərizə ilə yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Daha sonra yaşadığı ünvan 2 ünvanına daxil olmuşlar və orada yataq otağındakı dolabda gizlətdiyi pul kisəsini götürüb içində olan 04 ədəd metadon həbini polis əməkdaşlarına təqdim etdikdən sonra baxış keçirilmiş, müvafiq olaraq zərfdə qablaşdırılmış və möhürləndikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. O da buna etiraz etməmiş və birlikdə Şirvan Şəhər Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil seçmişdir. Bir müddət sonra vəkil gəldikdən sonra ona məxsus qablaşdırılmış psixotrop maddə metamfetaminə, metadon həblərinə və narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı psixotrop maddə metamefatminə bənzər kütlə və qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra zərfdə qablaşdırılaraq möhürlənmiş və zərfi imzaları ilə təsdiq etmişlər. Daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 17 sentyabr 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində üzərində, avtomoilində və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlamaqla məşğul olur. Bununla bağlı tərəfindən rəsmi qaydada Şirvan şəhər PŞ-nin rəhbərliyinə müraciət edilmiş, bundan sonra təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həmin qərar əsasında əməliyyat axtarış qrupu yaradılmış, qrup üzvləri olaraq o, CAB-nin əməliyyat müvəkkili Şahid3, CAB-nin əməliyyat müvəkkili Şahid2 və PPXB-nin polis nəfəri Şahid4 təsdiq olunmuşdur. 17 sentyabr 2025-ci il tarixdə saat 12 radələrində Şahid3 tərəfindən aparılan videoçəkilişlə xidməti avtomobillərlə Şirvan şəhəri, 1 May küçəsinə gəlmişlər və həmin küçədə Təqsirləndirilən şəxs idarə etdiyi KHAZAR markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilində saxlanılmış və ona özlərini təqdim edərək, saxlanılma səbəbini izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmiş, aşkar olunan kütlə bir ədəd zərfdə qablaşdırılmış, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi KHAZAR markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobildən 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, aşkar olunan 01 ədəd sellofan torbada olan kütlə qablaşdırılmışdır. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun yaşadığı ünvan 4 ünvanda narkotik vasitə metadon vardır. Bundan sonra avtomobillərlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 fərdi yaşayış evinin qarşısına gəlinmiş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı yazılı ərizə vermiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evində olan dolabdan 04 ədəd metadon həbi aşkar edilmişdir. Aşkar edilən həblər bir ədəd zərfə qablaşdırılmış, bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Şirvan şəhər Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində keçirilmiş əməliyyat tədbirinə dair tərəfindən müvafiq protokol tərtib edilmiş və protokolu özü və digər iştirakçılar imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 17 sentyabr 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2025-ci il tarixdə, şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 sentyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 04 dekabr 2025-ci il tarixli qətimkan tədbirinin təsdiq edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş 19 sentyabr 2025ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri təsdiq edilmişdir. İş materiallarında olan 17 sentyabr 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya daxil olma və baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan və 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 17 sentyabr 2025-ci il tarixdə saat 12:40-dan saat 14:30-dək olan müddət ərzində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Vahid oğlunun əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, “KHAZAR” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobildən 01 ədəd polietilen torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və yaşadığı Şirvan şəhəri, Əli Bayramov küçəsi döngə 7, ev 4A-da yerləşən fərdi yaşayış evindəki paltar dolabından 04 ədəd dərman həbi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Kompleks məhkəmə bioloji və məhkəmə kimyəvi ekspertizasının 18 sentyabr 2025-ci il tarixli 18/679-680 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs məxsus...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,590 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs məxsus...” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi-460,0 qram olan kütlə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Metamfetaminin təmiz çəkisi-0,590 qram, tədqiqata sərf olundu- 0,10 qram, qalıq-0,490 qram, marixuananın ümumi çəkisi-460,0 qram, cəmi tədqiqata sərf edildi-0,10 qram, qalıq-459,90 qram. İş materiallarında olan Məhkəmə kimyəvi ekspertizasının 19 sentyabr 2025-ci il tarixli 6/3102 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs məxsus...” sözləri olan zərfdəki üzərilərində “Methadon 40” göstəricili olan blister kəsiklərində 04 ədəd “F/M40” göstərici olan açıq-qəhvəyi rəngli dərman tabletlərinin əsas təsiredici maddəsi metadondur və həmin dərman tabletlərinin üzərilərindəki göstəricilərə əsasən tərkibində metadonun təsir maddəsinin ümumi mqidarı 0,160 qram təşkil edir. Metadon həbinin sayı-4 ədəd tablet, tədqiqata sərf edildi-1 ədəd tablet, qalıq-3 ədəd tablet. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs üzərindən, avtomobilindən və yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələr satış məqsədi ilə əldə edib-etməməsi, narkotik vasitələrin və psixotrop madələrin satışı ilə məşğul olub-olmaması, narkotik vasitələri və psixotrop maddələri hardan və kimdən əldə edib etməməsi istiqamətində müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olubolmaması, kimə və ya kimlərə narkotik vasitə və ya psixotrop maddə satması və narkotik vasitələri və psixotrop maddələri hardan və kimdən əldə edib etməməsi istiqamətində müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Şirvan şəhər məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli 5 (032)-233/2025 nömrəli qərarından görünür ki, Şirvan şəhər Polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 “əməliyyat-axtarış tədbiri keçirilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X7 09 oktyabr 2025-ci il tarixli 18-1-35/2-1215/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın PHŞ-nin poliklinika şöbəsinin əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan 22 oktyabr 2025-ci il tarixli Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin 04 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-c-cü maddəsi ilə təqsirli bilinərək, 01 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 02 iyul 2021-ci ildə cəzası başa çatmış və şöbənin qeydiyyatından çıxarılmışdır. Şirvan şəhər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-c-cü maddəsi ilə təqsirli bilinərək, 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun 23 oktyabr 2025-ci il tarixli 3-17- 1/2-2564/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sosial ödəniş almasına dair məlumat Nazirliyin elektron informasiya ehtiyatlarında aşkar olunmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 09 oktyabr 2025-ci il tarixli 6278 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Mustafayev Xalid Əli oğlu və xx.xx.2016-cı il təvəllüdlü X2 adlı iki övladı vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bildiyini, əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladının olduğunu bildirib, barəsində «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin tətbiq edilərək təqsirləndirildiyi hazırki cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktının 1.16-cı bəndinin təsir dairəsinə düşür. Belə ki, «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 5.1-ci bəndində qeyd edilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü bəndində qeyd edilir ki, birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnın barəsində yuxarıda qeyd olunan amnistiya aktının 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə yekun nəticəyə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilməli və o, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində aparılan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri - 215 manat 60 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 459,90 qram qurudulmuş marixuana, 0,490 qram psixotrop maddə metamfetamin, 03 ədəd metadon həbi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməldir. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilsin və o, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri - 215 manat 60 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 459,90 qram qurudulmuş marixuana, 0,490 qram psixotrop maddə metamfetamin, 03 ədəd metadon həbi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN:
Məhkəmə qərarları › İş №1(032)-174/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-174/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver