Məhkəmə qərarları › İş №1(032)-177/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-177/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-177/2023 28.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15.55-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs rəsmi sənəd hesab olunan şəxsiyyət vəsiqəsini digər şəxsi niyyətlə məhv etmişdir. Belə ki, o 27 aprel 2023-cü il tarixdə, saat 15 radələrində Şirvan şəhəri, “Köhnə bazar” adlanan ərazidə yerləşən adsız geyim mağazasında gizli olaraq talamaqla ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus pul qabının içərisindəki rəsmi sənəd olan 1 ədəd AZE № ******** serialı şəxsiyyət vəsiqəsini həmin tarixdə Şirvan şəhəri, F.Eynullayev küçəsində yerləşən 9 nömrəli tam orta məktəbin yaxınlığında cırıb atmaqla rəsmi sənədi, törətmiş olduğu qanunsuz əməli gizlətmək məqsədilə məhv etmədən ibarət cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ərəbova Bahar onun xalasının qızı, Şahid xalasının oğludur. 27 aprel 2023-cü il tarixdə, saat 15 radələrində onlarla Şirvan şəhərinə alış-veriş etməyə gəlmiş, geyim mağazalarını gəzmiş, “Köhnə bazar” adlanan yerdə olarkən, oradakı paltar mağazalarından birinə daxil olmuş, mağazada qadın paltarları satıldığına görə Mahir çöldə gözləmiş, Bahar ilə o isə içəridə paltarlara baxmışlar. Daha sonra geyim paltarlarının üstündə pul qabı görmüş, götürüb Mahirin əvvəlcədən alış-veriş etdiyi içində paltar olan sellofan torbaya atmışdır. Sonra Bahar çölə çıxmış və onlar birlikdə yola davam etmişlər. Bu zaman arxalarında bir qadın onları səsləmiş, onlara pul qabısının itməsi, içəridə bir qadın var idi, onun hara getdiyini görüb görməkləri barədə sual vermiş, onlar da həmin qadının “Elit” market tərəfə getdiyini bildirmişlər. Daha sonra dəmir yolunu keçib Şirvan şəhər 9 nömrəli tam orta məktəbin yanına gəlmişlər. Ora çatdıqda Bahar və Mahir taksi axtarmaq üçün yanından uzaqlaşıb getmişlər. Onlar getdikdən sonra pul qabını çıxarıb, içərisinə baxmış, pul qabının içərisində olan 50 qəpik pulu, 1 ədəd “Samsung Galaxy J3” markalı mobil telefonu götürüb əlində saxlamış və pul qabının içərisində olan şəxsiyyət vəsiqəsini isə gələcəkdə ona problem yarada biləcəyindən qorxub cırıb tullamışdır. Bundan əlavə pul qabının içərisində olan 1 ədəd işıq kartı və 2 ədəd qəbz olmuş, o daha sonra pul qabını işıq kartı və qəbzlərlə birlikdə məktəbin arxasında olan uşaq baxçasının yanına otluq sahəyə tullamış, daha sonra Mahir çağırdığı taksi ilə onları evə aparmış, səhəri gün, saat 13 radələrində polis əməkdaşları onların ünvanına gəlib, Baharı, onu və xalasının oğlunu polis şöbəsinə dəvət etmişlər. Həmçinin məhkəməyə bildirmişdir ki, Bahar və Mahirin onun pul qabını oğurlamasından məlumatları olmamışdır. Pul qabının içərisində yalnız 1 ədəd “Samsung Galaxy J3” markalı mobil telefon, 50 qəpik pul, işıq kartı, şəxsiyyət vəsiqəsi və 2 ədəd qəbz olmuş, o, şəxsiyyət vəsiqəsini cırmış, “Samsung Galaxy J3” markalı mobil telefonu evdə gizlətmiş, 50 qəpiyi götürdü pul qabını içindəki işıq kartı və qəbzlərlə birlikdə tullamışdır. Hazırda əməlindən çox peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəyib, onunla barışmışdır, yeni ailə həyatı qurmuşdur, məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 27 aprel 2023-cü il tarixdə, saat 12 radələrində o, əmisi qızı ilə birlikdə Şirvan şəhərinin “Köhnə bazar” adlanan ərazisinə gəlmiş, bir neçə mağazaya baxdıqdan sonra paltar mağazasına daxil olmuş, bir paltar bəyənmiş və həmin paltarı geyinib yoxlamaq istəmiş, əlində olan pulqabını vitrinin üzərinə qoymuş, geyinmə otağına girmişdir. O, otağa girib paltarı geyinmiş, xoşuna gəldiyi üçün almaq qərarına gəlmiş və otaqdan çıxıb pulqabını götürmək istəyən zaman görmüşdür ki, pul qabı yerində yoxdur. Bundan sonra orada olanlardan bu barədə soruşduqda, onlar da pul qabını görmədiklərini bildirmişlər. Dəyəri 10 manat olan pul qabının içərisində 1 ədəd 120 manat dəyərində “Samsung” markalı mobil telefon, 43 manat 50 qəpik pul, şəxsiyyət vəsiqəsi, işıq kartı və qəbzlər olmuş, o, mobil telefonuna zəng etdirən zaman oradan olan iki nəfər qadın mağazadan çıxmış, o da, şübhələndiyindən həmin qadınların arxasında getmiş və onlara pul qabının oğurlandığını bildirmiş, onlar isə ona mağazada olan göy rəngli paltar geyinən qadının pul qabını apardığını və həmin qadının Elit marketə tərəf getdiyini bildirmişlər. O, isə çəkindiyindən həmin tərəfə getməmiş və oradan bir başa evinə getmiş, həmin günün səhəri də bu barədə şikayət etmişdir. Hazırda ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində o və bacısı Şirvan şəhərinə alış-veriş etməyə getmiş, xalası qızı Höküməxanım da onlarla birlikdə olmuşur. Onlar geyim mağazalarını gəzmiş, köhnə bazar adlanan yerdə olarkən paltar mağazalarından birinə daxil olmuşlar. Həmin mağazada qadın paltarları satıldığına görə o çöldə gözləmişdir. Bir qədər sonra Höküməxanım çölə çıxmış, ona əvəlcədən alış-veriş etdiyi içində paltar olan sellofan torbanı vermişdir. Bundan sonra onun arxasınca Bahar da çölə çıxmış və yola davam etmişlər. Bu zaman arxalarından bir qadın onları səsləmiş, onlara içəridə pul qabı itib, içəridə bir qadın var idi, onun hara getdiyini görüb görməməkləri barədə sual vermişdir. Onlar da həmin qadını əvvəlcədən gördükləri üçün onun “Elit” market tərəfə getdiyini bildirmişlər. Daha sonra dəmir yolunu keçib Şirvan şəhər 9 nömrəli tam orta məktəbin yanına gəlmişlər. Orada o və bacısı Bahar taksi axtarmaq üçün Höküməxanımın yanından uzaqlaşmış, təxminən 5-10 dəqiqə sonra küçədə taksi tapmış, həmin taksiyə minib Höküməxanımın yanına gəlmiş, oradan onlar birlikdə yaşadıqları Hacıqəhrəmanlı qəsəbəsinə gəlmişlər. Həmin gün Höküməxanım onlarda qalmışdır. Səhəri gün saat 13 radələrində xalası zəng edərək, polis əməkdaşlarının onları axtardığını və polis şöbəsinə dəvət etdiklərini bildirmiş, onlar da polis şöbəsinə gəlmişdir. Höküməxanımın kiminsə pul qabısını gizli götürməsindən, şəxsiyyət vəsiqəsini cırmasından məlumatı sonradan olub. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X1 15 may 2023-cü il tarixli, PHŞ-6-35/2-272 (1)/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v 34) Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-də heç bir məlumat yoxdur. (i.v 37) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsinə əsasən rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, vurulmuş ziyanı tamamilə ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, törətmiş olduğu əməli səmimi etiraf etməsi, əməlinə tənqidi münasibəti, peşman olması isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, mövcud yüngülləşdirici halları və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə işləri cəzasının təyin olunmasını, hökmün icrasının Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi ziyan, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: T Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkməsinin əvvəli onun qazancından ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar