Məhkəmə qərarları › İş №1(032)-18/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-18/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-18/2024 23.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil bürosunun vəkili X1 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1988-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 16 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən ittiham olunur ondan ötrü ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs5 birgə ticarətlə məşğul olmaq barədə yalan vəd verərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2021-ci ilin may ayında “Opel Astra” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoydurmaqla 3000 manat pulunu Şirvan şəhəri Salyan dairəsi adlanan yerdə yerləşən “Nur” kafesində ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs5 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini X4 yalan vədlər verərək, sonuncunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəldəcəyini bildirib, ondan vahid niyyətlə əhatə olunmuş qəsdlə 25 iyul 2021-ci il tarixdə Şirvan şəhəri Salyan dairəsi adlanan yerdə yerləşən “Nur” kafesində 1500 manat pulu və 15 oktyabr 2021-ci il tarixdə Şirvan şəhəri Salyan dairəsi adlanan yerdə yerləşən “Nur” kafesində 3000 manat pulu alaraq aldadıb, verdiyi vədinə əməl etməyərək, zərərçəkmiş şəxs Sədcat Azərpura ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak hüquqlarını əldə etmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs3 yalan vədlər verib etibarından sui istifadə edərək, 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs3 məxsus 3700 manat dəyərində “BMW” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyət hüququnu Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən Şirvan Notariat Kontorunda öz adına rəsmiləşdirməklə ələ keçirib, Zərərçəkmiş şəxs3 3700 (üç min yeddi yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs6 birgə sahibkarlıqla məşğul olmaq barədə yalan vədlər verərək, sonuncudan vahid niyyətlə əhatə olunmuş qəsdlə 2021-ci ilin oktyabr ayında Şirvan şəhəri Salyan dairəsi adlanan yerdə yerləşən “Nur” kafesində 700 manat pulu və 2022-ci ilin yanvar ayının əvvəllərində Şirvan şəhəri Salyan dairəsi adlanan yerdə yerləşən “Nur” kafesində 300 manat pulu alaraq onu aldadıb, verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 birgə sahibkarlıqla məşğul olmaq barədə yalan vədlər verərək, sonuncudan vahid niyyətlə əhatə olunmuş qəsdlə 01 oktyabr 2021-ci il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən Şirvan Notariat Kontorunda 8000 manat pulu, 14 noyabr 2021-ci il tarixdə Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən “Şirvan Petrol” yanacaq doldurma mətəqəsində 2000 manat pulu və 15 dekabr 2021-ci il tarixdə isə Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən “Şirvan Petrol” yanacaq doldurma mətəqəsində 8000 manat pulu alaraq onu aldadıb, verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 18000 (on səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs2 birgə sahibkarlıqla məşğul olmaq barədə yalan vədlər verərək, sonuncudan vahid niyyətlə əhatə olunmuş qəsdlə 2021-ci ilin noyabr ayında Şirvan şəhəri Salyan dairəsi adlanan yerdə yerləşən “Nur” kafesində 5300 manat pulu alaraq onu aldadıb, verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 5300 (beş min üç yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işi məhkəmənin icraatına daxil olmuş və məhkəmənin hazırlıq iclası 23 may 2024-cü il tarixdə təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Əhməd Baloğlanov barəsində xüsusi qərar çıxarılması və qətimkan tədbiri həbsin dəyişdirilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Rusiya Federasiyasının ərazisində tutulan və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin ibtidai araşdırması aparılan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması məqsədilə Azərbaycan Respublikasına verilməsi məsələsinə baxılmasına dair Rusiya Federasiyasının Baş Prokurorluğuna sorğu edilmişdir. Eyni zamanda, həmin məktubda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına verilməsinə səbəb olan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə zəmanət verilmişdir. Rusiya Federasiyası Baş Prokurorluğunun 27 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə verilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti təmin edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına təhvil verilmişdir. İstintaq orqanı tərəfindən razılığa gələn tərəf olan Rusiya Federasiyasaının razılığı olmadan Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə düzgün olmayaraq ittiham irəli sürməklə təqsirləndirilən şəxsin ümdə hüquqlarından olan müdafiə hüququ kobud qaydada pozulmuşdur. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin ittiham aktının düzgün tərtib edilməməsi məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Vəsatətdə göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 84, 303 və 307-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılması xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Şirvan Regional Vəkil bürosunun vəkili X3 qanuni və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilnən şəxs Təqsirləndirilən şəxs məhkəməmin hazırlıq iclasında vəsatətin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı 28 oktyabr 2023-cü il il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Zaur Qasımov tərəfindən təsdiq edilərək, iş baxılması üçün Şirvan şəhər məhkəməsinə göndərilmişdir; Şirvan şəhər Məhkəməsinin hazırlıq iclasının 15 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkəməyə verilməklə, cinayət işi məhkəmə baxışına təyin edilmişdir; Şirvan şəhər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Şirvan şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinməsinə dair Şirvan şəhər Məhkəməsinin 1(032)-18/2024 saylı, 15 fevral 2024-cü il tarixli hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş vəsatətə əsasən apellyasiya protestinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir; Şirvan Apellyasiya Məhkəməsinin 06 may 2024-cü il tarixli qərarından görünür ki, apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirvan şəhər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(032)-18/2024 saylı hökmü və təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışı iclasının təyin edilməsi barədə 15 noyabr 2023-cü il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün Şirvan şəhər Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmışdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir. 1.2-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək; hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər tətbiq etməkməkdən ibarətdir. 10-cu maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsində qeyd edilir ki, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul edilmiş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 2.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət prosessual qanunvericiliyi həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir. 3.4-cü maddəsinə əsasən xarici dövlətin cinayət-prosessual qanunvericiliyinin normalarının Azərbaycan Respublikasının ərazisində tətbiqinə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda və Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin vəzifə və prinsiplərinə zidd olmadıqda yol verilir. 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 12.3-cü maddəsinə əsasən cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır. 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. 91.4-cü maddəsinə əsasən müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və ona müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın “faktiki tərəfi” və “hüquqi tövsifi”)” təqsirləndirilən şəxsin hüququdur. 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələlərə baxılır. 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, həmçinin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması müəyyən edildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. 488.2-ci maddəsinə əsasən hüquqi yardım göstərilməsinə dair və ekstradisiya haqqında Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə bu Məcəllənin, “Cinayət işlərinə dair hüquqi yardım haqqında” və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının qanunlarının müddəaları tətbiq edilir. Göstərilənlər bilavasitə ittihamın mahiyyətini əks etdirdiyindən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin ittiham aktının düzgün tərtib edilməməsi məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Hüquqi məsələlər: Hüquqi yardım həm ölkələr arasında ikitərəfli müqavilələr, həm də çoxtərəfli konvensiyalar əsasında həyata keçirilir. Azərbaycan Respublikası cinayətkarlıqla mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahələrində beynəlxalq əməkdaşlığın inkişafı və səmərəliliyinin artırılması məqsədi ilə “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına, “Cinayət işləri üzrə hüquqi yardım haqqında” 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyasına, Minsk Konvensiyasına, X2 Dövlət Başçıları Şurasının iclasında imzalanmış “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasına (bundan sonra - Kişinyov Konvensiyası) qoşulmuşdur. Qeyd olunan beynəlxalq konvensiyaların normaları Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiya olunaraq, bir sıra normativ hüquqi aktlarda öz əksini tapmışdır. Konstitusiyada və mövcud qanunvericilikdə şəxsin verilməsinin həyata keçirilməsini məhdudlaşdıran bir sıra şərtlər mövcuddur. Konstitusiyanın 53-cü maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. Azərbaycan Respublikasının 13 yanvar 2004-cü il tarixli Qanunu ilə, Rusiya Federasiyasının Federasiya Şurası tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının 66-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət məsuliyyətinə cəlb etmək üçün verilmə elə bir əməllərə görə həyata keçirilir ki, həmin əməllər sorğu edən və sorğu alan Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə əsasən cinayət qanunu ilə cəzalandırılan və törədilməsinə görə bir ildən az olmayan azadlıqdan məhrumetmə cəzası və ya daha ciddi cəza nəzərdə tutmuş olsun. Həmin Konvensiyanın 80-ci maddəsinin 1-ci bəndinə əsasən sorğu alan razılığa gələn tərəfin razılığı olmadan verilmiş şəxsi cinayət məsuliyyətinə cəlb etmək və ya onun verilməsinə qədər törətdiyi həmin cinayətlə əlaqədar verilmədiyi cinayətə görə cəzaya məruz qoymaq olmaz. Belə ki, ittihamın mahiyyətinin dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 3-cü maddəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir: a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq; b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq və s. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli, 352 saylı Fərmanı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Satşaşvili Almaniyaya qarşı işi” üzrə 15 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, 6-cı maddənin “3 d” bəndinin təsbit etdiyi bu prinsipə görə təqsirləndirilən şəxs məhkum edilməzdən əvvəl adətən ona qarşı bütün sübutlar onun iştirakı ilə keçirilən açıq dinləmədə ona təqdim edilməlidir ki, o, əks arqumentini irəli sürə bilsin. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmazlıqları olan cinayət işlərinin və ya cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Rusiya Federasiyasının ərazisində tutulan və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin ibtidai araşdırması aparılan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması məqsədilə Azərbaycan Respublikasına verilməsi məsələsinə baxılmasına dair Rusiya Federasiyasının Baş Prokurorluğuna sorğu edilmiş, həmin məktubda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına verilməsinə səbəb olan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə zəmanət verilmişdir. Rusiya Federasiyası Baş Prokurorluğunun 27 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə verilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti təmin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına təhvil verilmişdir. Göründüyü kimi istintaq orqanı tərəfindən razılığa gələn tərəf olan Rusiya Federasiyasının razılığı olmadan Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə düzgün olmayaraq ittiham irəli sürməklə təqsirləndirilən şəxsin müdafiə hüququ kobud qaydada pozulmuşdur. Beləliklə, məhkəmə cinayət işi materiallarını nəzərdən keçirib, hesab edir ki, məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan, müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyinə görə cinayət işinin baxılmasına xitam verilərək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvəsində saxlanılmaqla, həbsdə saxlanılma müddəti uzadılmalı və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvəsində saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni 23 iyun 2024-cü il tarixədək uzadılsın. Qərarın icrası təqsirləndirilən şəxsin həbsdə saxlanılması məsələsinin həll edilməsi hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar