Məhkəmə qərarları › İş №1(032)-186/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-186/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-186/2024 21.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1993-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərarı ilə, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18 avqust 2024-cü il tarixdə saat 21 radələrində ictimai yer hesab olunan Şirvan şəhəri Vidadi küçəsində yerləşən “Deman” adlı kafedə Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında yumruqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif hissələrindən bir neçə dəfə qəsdən vurub, kafedə olan şəxslərin onları ayırmasına baxmayaraq, öz cinayətkar əməlini davam etdirərək, daha da azğınlaşıb, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək məqsədilə yaşadığı ünvana gedib, istintaq zamanı yerini müəyyən etmək mümkün olmayan bıçağı götürərək, saat 23 radələrində ünvan 3 ünvanda yerləşən Qanuni nümayəndə yaşadığı evin qarşısına gəlib, səs-küy salmaqla həmin küçədəki fərdi yaşayış evlərində yaşayan şəxslərin dincliyini pozaraq, Zərərçəkmiş şəxs küçəyə çağırdıqdan sonra silah qismində istifadə etdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub, Zərərçəkmiş şəxs sağ çiyin qurşağının ön səthində, sağ bazunun yuxarı 1/3-də, döş qəfəsinin sol yarısında deşilmişkəsilmiş yaralar, qarının ön divarının sol yarısında cızıq kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək, xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, əvvəllər heç bir ədavətləri olmamış, dost münasibətində olmuşlar. 18 avqust 2024-cü il tarixdə təxminən saat 19:00 radələrində Zərərçəkmiş şəxs ona zəng vuraraq harada olduğunu soruşmuş, o, evdə olduğunu dedikdə, Vüqar onu kafeyə çağırmışdır. Təxminən saat 20:00 radələrində “Deman” kafesinə gəldikdə Zərərçəkmiş şəxs orada olmadığını görmüşdür. O, gedib mağazadan spirtli içki alaraq yenidən adı çəkilən kafeyə qayıtmış və almış olduğu spirtli içkini tək içəiçə kafedə olan digər şəxslərlə damino oynamağa başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs kafeyə gəlib digər stolda əyləşmiş və ona “Ata burdasan? Gəl bəri dedikdə”, o, cavab olaraq “hə əmi oyunumu bitirim gəlirəm” demişdir. Vüqar onunla razılaşmış və gözləmişdir. Təxminən saat 21:15 radələrində “domino” oynayarkən içkini bitirdikdən sonra Vüqar təkrarən onu masaya çağırmışdır. O, masaya əyləşdikdən sonra Vüqar ona içkini azaltması ilə bağlı iradını bildimiş, o isə onun bu iradına etiraz olaraq əlində olan pisə bakalını Vüqara tamışdır. Bunda sonra o başında küt ağrı hiss etmişdir. Spritli içkinin təsiri altında olduğundan hesab edir ki, onu Vüqar pivə bakalı ilə vurmuşdur. Zərbənin təsirindən başının partladığını və qan axdığını görmüşdür. Həmin vaxt kafedə ətrafda xeyli adamlar olmuş və onlar anidən onlara baxmışlar. O, qəzəblənərək, ətrafda kənar şəxslərin olmasına baxmayaraq Zərərçəkmiş şəxs dayanmadan yumruq zərbələri endirməyə və sonuncuya ucadan nalayiq qeyri etik ifadələr işlətməyə başlamışdır. Vüqar bundan sonra zərbələrin təsirindən yerə yıxılmışdır. Ətrafda olan insanlar onları ayırmaq istəmişlər. O, təkrar Vüqarın kafenin çölündə olduğunu görüb sonuncunu vurmaq üçün yanına getdikdə, kənarda olan şəxslər onu kənara çəkmiş, bundan istifadə edən Vüqar oradan uzaqlaşmışdır. Bu hadisə ona pis təsir etdiyindən o, Vüqarı cəzalandırmaq qərarına gəlmişdir. O, Vüqarın Valerinin evində qaldığını bildiyinə görə yaşadığı evə gedib bıçaq götürərək Vüqara xəsarət yetirmək məqsədi ilə Valerinin evinə getmişdir. O, Vüqarın həyətdə oturduğunu görüb çölə çıxmasını bildirmişdir. Bundan sonra Vüqar çölə çıxmış, o, Vüqara spirtli içkinin təsiri altında olduğundan kor təbii şəkildə əlində olan tiyəsi qırıq bıçaqla vuraraq xəsarətlər yetirmişdir. Həmin vaxt Valerinin oğlu da küçəyə çıxmışdır. Hadisə təxminən saat 23:00 radələrində baş vermişdir. Daha sonra o, bıçağı ataraq uzaqlaşaraq oradan getmişdir. Törətmiş olduğu əməl üzrə özünü tam təqsirli bilir, əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və ya şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, “Ata” kimi tanıdığı əsl adı Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, heç bir ədavətləri olmamış, münasibətləri yaxın olmuşdur. 18 avqust 2024-cü il tarixdə təxminən saat 19:00 radələrində Bakı şəhərindən Şirvan şəhərinə qohumu Valerigilə qonaq gəlmişdir. İlk öncə Şirvan şəhərində yerləşən “Deman” adlı kafedə oturmuşdur. Mobil nömrəsinin aylığının vaxtı keçdiyinə görə telefonu işləməmiş, buna görə adını xatırlamadığı kafenin sahibi kimi tanıdığı şəxsdən xahiş etmişdir ki, qohumu Valeriyə aid 055 *** ** ** saylı mobil nömrəyə zəng edib onun yuxarıda adı çəkilən kafedə olduğunu, bura gəlməsini bildirsin. Bir müddət sonra Valeri onun əyləşdiyi kafeyə gəlmiş və onunla hərəsi ayrı ayrılıqda iki bakal pivə içmişlər. Daha sonra Valerinin yaşadığı ünvana getməyi qərara alaraq yola düzəlmişlər. Valeri yolda adını xatırlamadığı mağazadan 0,5 litr spirtli içki almışdır. O, yolda olarkən Təqsirləndirilən şəxs Valerinin telefonu vasitəsi ilə yığaraq onunla görüşmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs ona cavab olaraq “Deman” adlı kafeyə gələcəyini, ora gəlməyini demişdir. Onlar Valerinin evinə çatdıqda yolda olarkən aldığı spirtli içkini ikisi birlikdə içmişlər. Təxminən saat 21:00 radələrində, o, Valeriyə “Ata ilə işim var” deyərək təkrar həmin kafeyə getmişdir. Adı çəkilən kafeyə çatdıqda Əlizamanın da orada digər tanımadığı şəxslərlə birlikdə domino oynadığını və spirtli içkini heçnəsiz içdiyini müşahidə etmişdir. O, Əlizamana spirtli içkini belə içməsini irad tutmuş və yanına çağırmışdır. Əlizaman domino oynadığını deyərək, gözləməyini istəmişdir. Bir müddət sonra təkrar Əlizamanı çağırmış və sonuncu yanına gələrək əyləşmişdir. Yüksək dozada spirtli içki qəbul etdiyi üçün danışığını bilməmişdir. Stolda olan pivə dolu bakalı onun üstünə dağıtmış və ətrafda olan kənar şəxslərin yanında ona ucadan qeyri etik nalayiq söyüşlər söymüşdür. O, bundan qəzəblənərək Əlizamanın baş nahiyyəsinə bir dəfə bakal ilə vurmuşdur. Bundan sonra Əlizaman onu ətrafda olan digər şəxslərin yanında ünvanına nalayiq sözlər istifadə etməklə bədəninin müxtəlif hissələrinə yumruq zərbələri vurmuşdur. Həmin vaxt zərbələrin təsirindən yerə yıxılmış, ətrafda olan adını xatırlamadığı şəxslər onları ayırmışdır. Kafenin yan tərəfində yenidən Əlizaman onu tutaraq vurmaq istədikdə yenə ətrafdakı insanlar onları ayırmış və o, oradan uzaqlaşıb Valerinin evinə getmişdir. Təxminən saat 23:00 radələrində həyətdə Valerinin oğlu Şahid3la oturub söhbət etmişlər. Valeri isə yuxarıda yatmışdır. Bu vaxt qapının döyüldüyünü, Əlizamanın onu küçəyə çağırdığını eşitmişdir. Küçəyə çıxdıqda Əlizaman əlində olan bıçaqla ona hücum edib, sağ çiynindən və sağ qolunun çiyinə birləşən hissəsindən eyni zamanda sol qol altı hissələrindən xəsarətlər yetirməyə başlamışdır. Küçəyə Valerinin oğlu çıxdıqda artıq Əlizaman bıçağı kənara atmış və uzaqlaşaraq oradan qaçıb getmişdir. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. O, həyətə girmiş, Valeri və sonuncunun arvadı Ruhiyyə onun yaralarını bintlə sarğı etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirdi ki, “Deman” adlı kafeni qeyri-rəsmi olaraq artıq üçüncü ildir ki, icarəyə vermişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hərdən kafeyə gedib gələn müştəri kimi tanımışdır. 18 avqust 2024-cü il tarixdə saat təxminən 19:00 radələrində qeyd etdiyi kafeyə Zərərçəkmiş şəxs gələrək əyləşdiyini görmüş, sonuncu ona Valeriyə məxsus nömrəni deyərək yığmasını, burada olmağını deməyini xahiş etmişdir. O, zəng vuraraq Valeri ilə danışmış, təxminən 30 dəqiqə sonra Valeri kafeyə daxil olmuşdur. Valeri Zərərçəkmiş şəxsla birlikdə oturaraq hərəyə iki bakal pivə içmişlər. Sonra kafeni tərk edib getmişlər. Saat 20:00 radələrində kafeyə Təqsirləndirilən şəxs gəldiyini görmüş, sonuncunun əlində 0,5 litr həcmində spirtli içki olmuşdur. Əlizaman Şahid2 icazə alaraq kafedə domino oynayan digər müştərilərin yanında əyləşmişdir. Əlizamanın heçnəsiz spirtli içki içdiyini görərək Şahid2 Əlizamana pomidor və çörək vermişdir. Təxminən saat 21:00 radələrində Zərərçəkmiş şəxs kafeyə daxil olaraq tək oturmuş və Şahid2 pivə gətirməyini istəmişdir. O pivə gətirmək üçün mətbəxə keçmiş və bu zaman yeməkxanada mübahisə olduğunu eşitmişdir. O, mətbəxtdən qayıtdıqda Vüqarla Əlizamanın mübahisə etdiklərini və orda olan şəxslərin onu ayımağa çalıdırlarını görmüşdür. Sonra orda iştirak edən şəxslər tərəfindən Vüqar ilə Əlizamanı ayırmağa müvəffəq olmuşlar. Kafenin kənarında Əlizaman yenə Vüqarla mübahisə etməyə cəhd etmiş, lakin kafedə iştirak edən şəxslər tərəfindən onları bir daha ayırmışlar. Bundan sonra Vüqar həmin yerdən uzaqlaşaraq getmişdir. Ona və istifadəsində olan kafeyə heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Qanuni nümayəndə ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır, qohumdurlar, münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs tanıyır, qonşudurlar, münasibətləri normaldır. 18 avqust 2024-cü il tarixdə saat təxminən 19:00 radələrində evdə yatdığı zaman istifadə etdiyi 055 *** ** ** saylı mobil nömərəsinə “Deman” adlı kafenin sahibi Mehman zəng edərək Zərərçəkmiş şəxs yanında olduğunu, onu ora çağırdığını bildirmişdir. Bir müddət sonra o, kafeyə getmiş, Zərərçəkmiş şəxsla əyləşib hərəsi ayrı ayrılıqda iki bakal pivə içmişlər. Daha sonra Zərərçəkmiş şəxsla evə getməyi qərara alaraq kafedən çıxmışlar. O, mağazadan 0,5 litrlik spirtli içki almışdır. Zərərçəkmiş şəxs yolda olarkən onun telefonu ilə Təqsirləndirilən şəxs yığaraq onunla görüşmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs cavab olaraq “Deman” adlı kafeyə gələcəyini, ora gəlməyini demişdir. Təxminən saat 20:00 radələrində onlar evə çatmışlar. Evdə oturaraq birlikdə spirtli içkini qəbul etməyə başlamışlar. Sonra təxminən saat 20:50 radələrində Zərərçəkmiş şəxs “Ata ilə işim var” deyərək təkrar kafeyə getmişdir. O, yorğun olduğuna görə evdə qalaraq yatacağını bildirmişdir. Həmin vaxt evdə o, həyat yoldaşı və oğlu İlham olmuşdur. Birdən təxminən saat 23:00 radələrində qapının qarşısında qışqırtı səsləri gəldiyini eşitmiş, həmin vaxtı övladı İlham onun yanına gələrək həyəcanlı şəkildə Zərərçəkmiş şəxs qonşuları Təqsirləndirilən şəxs kəsici alət ilə xəsarətləndirdiyini gördüyünü, Zərərçəkmiş şəxs bədənində qan olduğunu demişdir. Dərhal ayağa qalxaraq həyat yoldaşı Şahid4 ilə birlikdə həyətə düşmüşlər. Həyətdə Zərərçəkmiş şəxs bıçaq xəsarətləri aldığını, bədəninin qanlı olduğunu görmüşlər. X6 yaralarını sarımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid qismində vermiş olduğu ifadəsində şahid Qanuni nümayəndə ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəməyə gəlməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində bildirmişdir ki, “Deman” adlı kafeni qeyri-rəsmi olaraq artıq üçüncü ildir ki, işlədir. Zərərçəkmiş şəxs tanıyır, işlətdiyi kafedə müştəri kimi gəlib getdiyinə görə tanımış, münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs tanıyır, münasibətləri normaldır. 18 avqust 2024-cü il tarixdə saat təxminən 19:00 radələrində qeyd etdiyi kafeyə Zərərçəkmiş şəxs gələrək əyləşdiyini görmüş, sonuncu kafenin sahibi Mehmana Valeriyə məxsus nömrəni deyərək yığmasını, burada olmağını deməsini xahiş etmişdir. Mehman zəng vuraraq Valeri ilə danışmış, təxminən 30 dəqiqə sonra Valeri kafeyə daxil olmuşdur. Valeri Zərərçəkmiş şəxsla birlikdə oturaraq hərəyə iki bakal pivə içmişlər. Sonra kafeni tərk edib getmişlər. Saat 20:00 radələrində kafeyə Təqsirləndirilən şəxs gəldiyini görmüş, sonuncunun əlində 0,5 litr həcmində spirtli içki var idi. Ondan icazə alaraq kafedə domino oynayan digər müştərilərin yanında əyləşmişdir. Əlizamanın heçnəsiz spirtli içki içdiyini görərək sonuncuya pomidor və çörək vermişdir. Təxminən saat 21:00 radələrində Zərərçəkmiş şəxs kafeyə daxil olaraq tək oturmuş və ondan pivə gətirməyini istəmişdir. Ətrafda xeyli adamlar vardır. Vüqar Əlizamana spirtli içkini belə içməsini irad tutmuş və yanına çağırmışdır. Əlizaman domino oynadığını deyərək, gözləməyini istəmişdir. Bir müddət sonra təkrar Əlizamanı çağırmış, Əlizaman Vüqarın yanına gələrək əyləşmişdir. Həmin vaxt o, Vüqar əvvəl tək oturduğuna görə sonuncuya paralel olan masada əyləşmişdir. Əlizaman yüksək dozada spirtli içki qəbul etdiyi üçün danışığını bilməmiş, stolda olan pivə dolu bakalı Vüqarın üstünə dağıtmış və ətrafda olan kənar şəxslərin yanında Vüqara ucadan qeyri etik nalayiq söyüşlər söyməyə başlamışdır. Anidən Vüqar bundan qəzəblənərək ayağa qalxıb Əlizamanın başından içdiyi pivənin bakalı ilə vurmuşdur. Bundan sonra bakal əlindən yerə düşərək sınmışdır. X7 yumruqlamağa başlamışdır. Ətrafdakı insanlar və o, onları ayırmışlar. Əlizaman və Vüqar bir birlərinə qarşı ucadan nalayiq ifadələr işlətmişlər. Sonra Vüqarın kafenin yanına tərəf getdiyini görüb Əlizaman yenə Vüqara tərəf gedərək kafenin çölündə ətrafda olan insanların qarşısında ucadan nalayiq ifadə işlədərək vurmağa çalışmışdır. Yenə ətrafda olan insanlar buna mane olmuşdur. Sonra Vüqar oradan uzaqlaşaraq evə getmişdir. Əlizaman qəzəbli tərzdə Vüqarı ətrafda axtarmışdır. Sonra kənarda olan insanlar Əlizamanı sakitləşdirməyə çalışaraq evə yola salmışlar. Hadisə müddəti ümumilikdə təxminən 15 dəqiqə çəkmişdir. Əlizamanın başından qan axmış, lakin imkan verməmişdir ki, ona köməklik göstərsinlər. Onun işlətdiyi kafeyə heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid3 məhkəməyə gəlməmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid3 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə həmin ifadəsində bildirmişdir ki, 18 avqust 2024-cü il tarixdə təxminən saat 20:00 radələrində atası Valeri, əmi dediyi Zərərçəkmiş şəxs onlara qonaq gətirmişdir. Onlar özləri ilə spirtli içki almışlar. Evdə oturaraq onlar spirtli içkini qəbul etməyə başlamışlar. Həmin vaxt evdə anası ilə oturmuşdur. Birdən Zərərçəkmiş şəxs təxminən saat 20:50 radələrində “Ata ilə işim var” deyərək “Deman” adlı kafeyə getmişdir. Bundan sonra o, evdə oyun oynamışdır. Artıq axşam tərəfi olanda atası və anası yatmağa getmişdir. O isə havanın isti olması səbəbindən həyətə düşərək telefonla oynamışdır. Təxminən saat 22:40 radələrində Zərərçəkmiş şəxs həyətə gəlmiş, onun yanında əyləşib birlikdə söhbət etməyə başlamışlar, ona telefonla oynamağı irad bildirmişdir. Birlikdə dayısı və nənəsigil barəsində söhbət etmişlər. Birdən təxminən saat 23:00 radələrində qapıdan Zərərçəkmiş şəxs çağırdıqlarını eşitmişdir. Qonşuları olduğuna görə çağıranın Təqsirləndirilən şəxs olduğunu səsindən tanımışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona gedib evdən şalvarının cibində olan siqareti gətirməyini bildirmişdir. O, artıq evdə olarkən çöldən nalayiq söyüş səsləri və qışqırtı eşitmişdir. Zərərçəkmiş şəxs bədənindən qan axdığını görüb dəqiq anlamışdır ki, Təqsirləndirilən şəxs Vüqarı bıçaqla vurmuşdur. Dərhal evə gedərək atasını çağırmışdır. Atası və anası durub yanlarına gəlmiş, o, onlara Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasını bildirmişdir. Anası Şahid4 Zərərçəkmiş şəxs yaralarını sarımışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis leytenantı X4 icraatına qəbul edilmişdir; şübhəli şəxsin tutulması haqqında 20 avqust 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024cü il tarixdə, saat 14:40-da tutulmuşdur; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 4(032)-181/2024 saylı, 22 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şirvan şəhər Məhkəməsinin 1(032)- 190/2021 saylı, 02 dekabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; məhkəmə-tibbi ekspertizasının 21 avqust 2023-cü il tarixli, 424 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - sağ çiyin qurşağının ön səthində, sağ bazunun yuxarı 1/3-də, döş qəfəsinin sol yarısında deşilmişkəsilmiş yaralar, qarının ön divarının sol yarısında cızıq iti xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 18 avqust 2024-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 06 sentyabr 2024-cü il tarixli, 18-1-35/2-1309/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx xxxx 1993-cü il təvəllüdlü, Əli-Bayramlı şəhərində anadan olmuş, azərbaycanlı, orta təhsilli, işsiz, ünvan 1da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji kabinetlərdə qeydiyyatda yoxdur; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 427 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir; «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ilə olunan hərəkətlər başa düşülür. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X3 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, əməlini etiraf edib, peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də eyni xarakterli cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq islah olunmamasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının CM-nin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 avqust 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar