Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-188/2023 23.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 17:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,180.2.2, 29,180.2.3 və 66.3-cü maddələri ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə üzərində 06 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2017-ci il Qanunu tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzası 05 il 06 ay müddətinə azaldılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad olunmuş, bundan başqa Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3 və 67.1-ci maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 04 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuş, cəzasını tam çəkib qurtarmamış, hər iki hökm üzrə məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarı ilə, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 04 mart 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanındakı fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həyətyanı sahədə yerləşən hindən hər birinin dəyəri 10 (on) manat olan 14 (on dörd) ədəd toyuğu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 140 (yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,087 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 09 may 2023-cü il tarixdə saat 12:00-da Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, 1 May küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-1,087 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etmədi, onlardan imtina etdi və bildirdi ki, narkotik vasitə olan heroindən istifadə etsə də, 09 may 2023-cü il tarixdə polis əməkdaşları onu yaşadığı evdən polis şöbəsinə aparmışlar, həmin vaxt üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis şöbəsində olarkən hədə-qorxu nəticəsində narkotik vasitənin ona məxsus olması və oğurluq əməli törətməsi barədə etirafedici ifadələr verməyə məcbur edilmişdir. Qorxduğu üçün razılaşmışdır. Hazırda düzgün ifadə verir, bunların nəzərə alınmasını xahiş edir. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddətdir narkotik vasitələrdən isifadə edir. 04 mart 2023-cü il tarixdə, saat 02:00 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən həyət evindən küçəyə çıxmış, pul lazım olduğu üçün oğurluq edərək pul əldə etmək qərarına gəlmiş, həmin məqsədlə Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən həyət evinə yaxınlaşdıqda toyuq səsləri eşitdiyi üçün hasardan aşıb həyətə daxil olmuş, həyətə daxil olduqda həyətdə hin olduğunu görüb hinə daxil olmuş, həyətdə yerləşən hinə daxil olduqda hində təxminən 20-30 ədəd toyuq olduğunu görmüş, toyuqların 14 ədədini əlində tutaraq eyni yolla həyətdən çıxmış, həmin toyuqların hamısını səhəri gün, yəni 05 mart 2023-cü il tarixdə Sabirabad yolunun üzərində yolun kənarında tanımadığı şəxsə 50 manata satmışdır. xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində polis əməkdaşları ona yaxınlaşmışlar. Ona polis şöbəsinə getməyinin zəruriliyi bildirilmiş, etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. 08 may 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı küçədə gəzərkən yerdə bir ədəd sellofan büküm görmüş və həmin sellofan bükümü yerdən götürüb açıb içərisinə baxdıqda, içərisində narkotik vasitə heroin olduğunu bilmiş, həmin bükümü sonradan istifadə etmək üçün özü ilə görmüşdür. 09 may 2023-cü il tarixdə, saat 12 radələrində şəhərin 1 May küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, özünü şübhəli apardığından onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində olarkən ona hüquqlarının müdafiəsi üçün vəkillərin siyahısı təqdim olunmuş, siyahıdan Müdafiəçi1 seçmişdir. Müdafiəçi1 gəldikdən sonra ona hüquq və vəzifələri izah olunaraq, üzərində video müşahidə vasitəsi ilə şəxsi axtarış aparılacağı və buna etirazının olub olmadığı soruşulduqda heç bir etirazının olmadığını bildirmişdir. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə polis əməkdaşı tərəfindən üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa onları könüllü təqdim etməyi təklif edilmiş, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş və şifahi sorğulara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan kütlə narkotik vasitə heroindir, yerdən tapmış, istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa üzərindən başqa heç bir qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə aşkar olunmamışdır. Vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunmuş kütlə müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, protokol ilə tanış olaraq orada imza etmiş, ondan başqa vəkil və polis əməkdaşlarıda protokola imza etmişlər. Törətmiş olduğu cinayət əməllərindən peşmandır, Şirvan şəhər polis şöbəsində ona psixi və fiziki təsir göstərilməmişdir. Oğurluq cinayətini tək törətmiş, həmin vaxt kimsə onu görməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ünvan 3-də yaşayır, həyətyanı sahəsində yerləşən hində özünə məxsus 30 ədəd toyuq saxlayır, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saatlarında həyətdə gəzən 30 ədəd toyuğu hinə salmış və qapını bağlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində hinin qapısını açıb toyuqları həyətə buraxmaq üçün hinə yaxınlaşdığı zaman hinin qapısının açıq olduğunu görmüş, qapını açıb toyuqları bir-bir saydıqda toyuqların 14 ədədinin hində olmadığını müəyyən etmiş, daha sonra həmin gün toyuqlarının oğurlanması barədə DİN-nin 102 Məlumat Mərkəzinə zəng edərək məlumat vermiş, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirildikdən sonra polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsinin törədilməsində şübhələndiyi şəxs və ya şəxslər olmamış, oğurluq hadisəsi nəticəsində ona 140 manat maddi ziyan dəymiş, oğurlanmış toyuqların əlamətləri dəqiq olaraq yadında qalmamış, oğurlanmış toyuqların hər birinin qiyməti təxminən 10 manat olmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir tələb və ya şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 09 may 2023-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş və 09 may 2023-cü il tarixdə, saat 12 radələrində o, Şirvan CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şirvan şəhəri, 1 May küçəsində getmişlər. Həmin küçədə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüşlər və onun barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədi ilə onu Şirvan şəhər Polis şöbəsinə dəvət etsinlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb Şirvan şəhər Polis şöbəsinin əməkdaşı olduqlarını bildirdikdə, sonuncu onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar onu Şirvan şəhər Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təkliflərini qəbul etmiş və onlarla birlikdə Şirvan şəhər Polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs Şirvan şəhər Polis şöbəsinin TB-də vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmiş, vəkil Müdafiəçi1 gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində videokamera vasitəsi ilə şəxsi axtarış aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin bir ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bir ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs Şirvan şəhər ərazisində üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə ona məlumat daxil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 məhkəmə iclasında vermiş olduğu ifadəsi ilə oxşar ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 09 may 2023-cü il tarixli, 18/485 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 1,087 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı); Heroinin təmiz çəkisi - 1,087 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 1,037 qramdır. Cinayət işi materiallarında olan məhkəmə - narkoloji ekspertizanın 07 iyul 2023-cü il tarixli, 4224 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının əsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olduğundan ona narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmamalıdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 (məhkəmə-psixiatrik ekspertizasının) 24 iyun 2023-cü il tarixli, 1773 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xıəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə edib qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,180.2.2, 29,180.2.3 və 66.3-cü maddələri ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə üzərində 06 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2017-ci il Qanunu tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzası 05 il 06 ay müddətinə azaldılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış, bundan başqa Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3 və 67.1-ci maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 04 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işi materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 224 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan 09 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 13:30-da tutulmuşdur. Cinayət işi materiallarında olan 09 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 15:40-da tutulmuşdur. Cinayət işi materiallarında olan 10 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 11 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarında olan 11 may 2023-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan 14 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verərək onu qəbul etmir və bildirir ki, həmin ifadə işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində (barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi ifadəsi daxil olmaqla) onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, etirafedici izahat və ifadələr vermiş, nə müdafiəçisinə, nə videoçəkiliş zamanı narazılığını, etirazını bildirməmişdir. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin təhlükəli residivini yaratdığından onun cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,180.2.2, 29,180.2.3 və 66.3-cü maddələri ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə üzərində 06 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2017-ci il Qanunu tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzası 05 il 06 ay müddətinə azaldılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad olunmuş, bundan başqa Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3 və 67.1-ci maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 04 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuş, cəzasını tam çəkib qurtarmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətdiyindən onun barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilmiş və çəkilməmiş qalan 04 (dörd) ay 19 (on doqquz) gün müddəti hazırki hökmlə təyin ediləcək cəzaya birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2 və 18.2.1-ci maddələrinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin təhlükəli residivə görə üçdə ikisindən az ola bilməz. Məhkəmə hesab edir ki, həmin hallar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də dəfələrlə məhkum edilməsinə baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 09 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 09 may 2023-cü il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,037 qram iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və ona Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilmiş və çəkilməmiş 04 ay 19 gün müddəti CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 1,037 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-188/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-188/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver