Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-19/2023 20.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:30-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 İbiş oğlunun, Zərərçəkmiş şəxs2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1970-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən sürücülük məktəbinin yataqxanasının qarşısında ictimai yer hesab edilən küçədə 15 avqust 2022-ci il tarixdə, təxminən saat 20 radələrində orta dərəcəli sərxoşluq halında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını pozan qərəzli hərəkətlər edib, heç bir əsaslı səbəb olmadan arvadı, xx.xx.1966-cı il təvəllüdlü Şahid2 Azərbaycan Respublikası DİN “102” xidməti-zəng mərkəzinə etdiyi onun tərəfindən döyülməsi barədə şifahi müraciəti ilə bağlı hadisə yerinə Şirvan ŞPŞ-nin əməliyyat-istintaq qrupunun üzvləri ŞPŞ-nin Təşkilati inspektor qrupunun baş inspektoru, gündəlik istintaq-əməliyyat qrupunun rəhbəri, polis mayoru Zərərçəkmiş şəxs5 İbiş oğlu, təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Zərərçəkmiş şəxs2 və Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Zərərçəkmiş şəxs3 gəldiyini görüb, yaşadığı mənzilə qalxaraq 3 ədəd silah qismində istifadə olunan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaqları götürüb, bıçaqlardan birini əynində olan şalvarının bel nahiyəsinə taxıb gizlətmiş, digər bıçaqları isə hər bir əlində tutmaqla küçəyə düşüb, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında uca səslə cinayətkar hərəkətlərinə son qoyulmasını tələb edən ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, Şirvan ŞPŞ-nin hadisə yerinə gəlmiş gündəlik əməliyyat-istintaq qrupunun üzvlərinin ünvanlarına nalayiq ifadələr işlədib, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, törətmiş olduğu xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən polis əməkdaşlarına qarşı hərəkətlərini davam etdirərək əllərində tutduğu bıçaqlarla polis əməkdaşlarının sağlamlıqlarına zərər vurmaqla zor tətbiq edəcəyi ilə hədə-qorxu gəlib qərəzli hərəkətlər edib ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, 15 avqust 2022-ci il tarixdə, saat 21 radələrində ünvan 3 ünvanında yerləşən polis şöbəsinin inzibati binasına gətirildikdən sonra cinayət əməli olan xuliqanlıq hərəkətlərini davam etdirib ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib binanın giriş qapısına təpiklə, növbətçi hissənin qarşısında olan vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş kiçik ölçülü pəncərənin sağ hissəsinə yumruqla vurub əzməklə özgə əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib ŞPŞ-nin inzibati binasına 300 manat məbləğdə maddi ziyan vurduqdan sonra uca səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, yaşadığı mənzilin mətbəxindən götürərək əynində olan şalvarının bel nahiyəsinə taxıb gizlətdiyi silah qismində istifadə olunan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfaf-məişət təyinatlı soyuq silah hesab edilməyən bıçağı çıxararaq, ŞPŞ-nin inzibati binasının həyətinə çıxıb xuliqanlıq hərəkətlərini qərəzli formada davam etdirərək, orada onu zərərsizləşdirməyə, bıçağı əlindən almağa çalışan ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, növbətçi hissənin sürücüsü, polis baş serjantı Zərərçəkmiş şəxs4 sol qoluna silah qismində istifadə etdiyi bıçaqla vuraraq sonuncuya sol bazunun aşağı 1/3-də qançır, sol əlin İİ barmağının daraq falanqa səviyyəsində səthi dəri kəsiyi kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinin tələblərindən daha da hiddətlənib qərəzli xuliqanlıq hərəkətlərinin davamı olaraq silah qismində istifadə edilən bıçağı onun əlindən almaq istəyən zaman Şirvan ŞPŞ-nin məsul növbətçisi, polis mayoru Zərərçəkmiş şəxs1 sağ əlinin İV barmağının kəsilmiş yarası kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarət yetirərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə təkrarən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 avqust 2022-ci il tarixdə Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən aptekdən 3 ədəd içməli spirt almış, həmin sipirtləri götürüb yaşadığı mənzilə gəlmiş, arvadı Şahid2 əlində olan spirt qablarını görmüşdür. Oğlu Şahid1 bildirmişdir ki, yaşadıqları mənzildən getsinlər. Yaşadığı mənzildə aptekdən aldığı 3 ədəd spirtdən birinə su qatıb içmiş, bir müddət sonra yaşadığı binanın həyətinə düşmüşdür. Binanın həyətində olduğu zaman Şirvan ŞPŞ-nin əməkdaşları yaşadığı binaya yaxınlaşmış, onlara nə üçün yaşadığı binaya gəldiyini soruşmuş, onlar arvadı Şahid2 barəsində Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə müraciət etməyini bildirmişlər. Bundan sonra yaşadığı mənzilə qalxmış, mənzildən 3 ədəd bıçaq götürmüş, həmin bıçağın birini şalvarının yan hissəsində gizlətmiş, digər 2 ədəd bıçağı əlinə götürüb binanın qarşısına çıxmış, binanın qarşısında əlində polis əməkdaşlarına bildirmişdir ki, ona yaxınlaşmasınlar. Bundan sonra uca səslə söyüş söymüş, həmin vaxt binanın qarşısında olan Əlqardaş adlı qonşusu ona söyüş söyməməsini, binada qadınların da yaşadığını bildirmişdir. Onunla Əlqardaş adlı şəxs arasında mübahisə yaranmış, Əlqardaş Əliyevin üzərinə getmiş, Əlqardaş Əliyevi söyüb-təhqir etmiş, həmin şəxslər Əlqardaşdan kənarlaşdırmışlar. Əlində olan bıçaqlar ilə arvadı Şahid2 üzərinə getmiş, ona nə üçün barəsində polisə müraciət etdiyini bildirmiş, söyüş söyən zaman ətrafdan insanlar toplaşmış, Şirvan ŞPŞ-nin əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsə də, polis əməkdaşlarının sözlərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmişdir. Şirvan ŞPŞnin əməkdaşları əlindən 2 ədəd bıçağı almış, 15 avqust 2022-ci il tarixdə saat 20:30-da Şirvan ŞPŞ-yə gətirmişlər. Şirvan ŞPŞ-nin növbətçi hissəsinin qapısına və Şirvan ŞPŞ-nin inzibati binasının giriş qapısına təpik vurmuş, Şirvan ŞPŞ-nin növbətçi hissəsinin şüşəsinə yumruq ilə vurmuş, sonra Şirvan ŞPŞ-nin həyətinə düşmüşdür. Bıçaq ilə özünə xəsarət yetirmək istəyən zaman Zərərçəkmiş şəxs1 yaxınlaşıb bıçağı ona verməsini təklif etmiş, o, bıçağı Zərərçəkmiş şəxs1 verməkdən imtina etmiş, bu zaman onu tanımadığı polis əməkdaşı vurmuş, Nəzərə Nəzərov üzərinə gəlmiş, əlindən bıçağı almaq istəyən zaman onun əlini bıçaq kəsmişdir. Zərərçəkmiş şəxs1 qəsdən bıçaq ilə xəsarət yetirməmiş, Zərərçəkmiş şəxs1 əlindən bıçağı alan zaman bıçaq onun əlini kəsmişdir. Polis şöbəsində isə yuxarıda qeyd olunan hərəkətləri etməyinə səbəb polis əməkdaşlar tərəfindən ona zor tətbiq edilməsi olmuşdur. Hazırda əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hazırda Şirvan şəhər polis şöbəsinin məsul növbətçisi vəzifəsində xidmət edir. 15 avqust 2022-ci il tarixdə xidmətdə olmuşdur. Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən sürücülük məktəbinin yataqxanasında yaşayan Şahid2 həmin tarixdə, saat 19:44-də Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə müraciət edərək, əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermiş, dərhal hadisə yerinə Şirvan ŞPŞ-nin Təşkilati inspektor qurupunun baş inspektoru, gündəlik istintaq-əməliyyat qrupunun rəhbəri, polis mayoru Zərərçəkmiş şəxs5, Şirvan ŞPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Zərərçəkmiş şəxs2, Şirvan ŞPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Zərərçəkmiş şəxs3 və Şirvan ŞPŞ-nin növbətçi hissəsinin sürücüsü, polis baş seryantı Zərərçəkmiş şəxs4 getmişdir. Əməliyyatistintaq qrupu hadisə yerinə getdikdən bir qədər sonra Təqsirləndirilən şəxs adlı şəxsin Şirvan şəhəri sürücülük məktəbinin qarşısında səs-küy salması, əlində olan bıçaqla vətəndaşların və polis əməkdaşlarının üzərinə hücum çəkməsi barədə əməliyyat-istintaq qrupundan Şirvan ŞPŞ-nin növbətçi hissəsinə məlumat daxil olmuş, hadisə yerinə Şirvan ŞPŞ-nin Post-patrul xidməti bölüyünün əməkdaşlarını göndərmişdir. Saat 20 radələrində Şirvan ŞPŞ-nin əməliyyat-istintaq qrupu Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-yə gətirmişdir. Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin növbətçi hissəsinin qarşısında olduğu zaman sonuncu ilə bağlı olan məlumatları dəftərə qeyd etdiyi an qəfildən şalvarının yan hissəsində gizlətdiyi bir ədəd bıçağı çıxardıb polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinin inzibati binasında səsküy salaraq, onun və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamış, Şirvan ŞPŞ-nin növbətçi hissəsinin qarşısında olan pəncərəyə yumruq vurmuş və növbətçi hissənin pəncərəsini zədələmiş, giriş qapısına və növbətçi hissəsinin qapısına təpik vuraraq əlində olan bıçaqla ona və digər polis əməkdaşlarına hədə-qorxu gəlmiş, sonra Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin həyətinə düşərək uca-səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O xidməti borcunu yerinə yetirərək Təqsirləndirilən şəxs yaxınlaşıb onu sakitləşdirmək istəmiş, Təqsirləndirilən şəxs isə əlində olan bıçaq ilə onun sol əl nahiyyəsinə xəsarət yetirmiş, növbətçi hissəsinin sürücüsü Zərərçəkmiş şəxs4 üzərinə gedərək bıçaq ilə sonuncunun əl nahiyyəsinə xəsarət yetirmiş, sonra polis əməkdaşları ilə birtəhər Təqsirləndirilən şəxs sakitləşdirib inzibati binaya gətirmişlər. Hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ondan və Zərərçəkmiş şəxs4 başqa heç kimə xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxsin barəsində ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 İbiş oğlu ifadəsində göstərmişdir ki, Şirvan ŞPŞ-nin Təşkilati inspektor qrupunun baş inspektoru, gündəlik istintaq-əməliyyat qrupunun rəhbəri işləyir. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Şirvan ŞPŞ-nin rəisinin müvafiq əmri ilə gündəlik qrupa rəhbərlik etməyə başlamışdır. Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən sürücülük məktəbinin yataqxanasında yaşayan Şahid2 həmin tarixdə saat 19:44-də Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə müraciət edərək, əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Dərhal hadisə yerinə rəhbəriyi ilə ŞPŞ-nin Təhqiqat Bölməsin təhqiqatçısı Zərərçəkmiş şəxs2, ŞPŞnin Cinayət axtarışı bölməsin əməliyyat müvəkkili, polis leytenatı Zərərçəkmiş şəxs3 və ŞPŞ-nin Növbətçi hissəsinin sürücüsü, polis baş seryantı Zərərçəkmiş şəxs4 getmişlər. Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən sürücülük məktəbinin yataqxanasına yaxınlaşmış, yataqxananın qarşısında olan küçədə Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs onları görərək iti yerişlərlə yaşadığı mənzilə qalxıb hər bir əlində bıçaqla binanın qarşısında olan küçəyə çıxaraq, ünvanlarına uca səslə nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt əlində olan bıçaqla üzərinə gəlib öldürəcəyi ilə hədələmişdir. Onlar Təqsirləndirilən şəxs nizam-intizama dəvət edərək, ictimai qaydanı və yataqxanada yaşayan sakinlərin rahatlığını pozmamasını bildirsələr də, Təqsirləndirilən şəxs iradlarına məhəl qoymayıb ictimai qaydanın pozulmasına yönəlmiş öz qanunsuz hərəkətlərini davam etdirmiş və qanuni tələblərindən sonra daha da hiddətlənmiş, söyüşlərinin daha uca səslə söyməyə başlamışdır. Onlar bundan sonra Təqsirləndirilən şəxs hərəkətləri barədə Şirvan ŞPŞ-nin növbətçi hissəsinə məlumat vermişlər. Bir müddət sonra hadisə yerinə Şirvan ŞPŞ-nin post-patrul xidməti bölüyünün əməkdaşları gəlmiş, Təqsirləndirilən şəxs sakitləşdirmək istəsələr də uca səslə söyüş söyərək ətrafdakı şəxslərin diqqətini özünə cəlb etmiş, ora Şirvan şəhər sakinləri toplaşmışdır. Həmin vaxt binanın qarşısında olan Əlqardaş adlı şəhid atası Təqsirləndirilən şəxs binanın qarşısında söyüş söyməməyini, binada insanların ailələrinin yaşadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan bıçaqlar ilə Əlqardaş adlı şəxsin üzərinə getmiş, həmin vaxt orada olan şəxslər onu Əlqardaş Əliyevdən uzaqlaşdırmışlar. Təqsirləndirilən şəxs binanın qarşısında Əlqardaş Əliyevin ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. O Təqsirləndirilən şəxslə söhbət edib sonuncunu sakitləşdirərək əlində olan iki ədəd bıçağı almış, sonra isə polis əməkdaşları ilə birlikdə orun ŞPŞ-nın inzibati binasına gətirmişlər. ŞPŞ-nın inzibati binasına gəldikdən sonra Təqsirləndirilən şəxs növbətçi hissənin qarşısında qəflətən şalvarının sağ yan hissəsində gizlətdiyi bir ədəd bıçağı çıxarıb polis şöbəsinin inzibati binasında səs-küy salmağa başlamış, polis əməkdaşlarının ünvanına yenidən nalayiq ifadələr işlətmişdir. Növbətçi hissənin qarşısında olan kiçik pəncərəyə yumruqla zərbə endirərək pəncərəni zədələmiş, Təqsirləndirilən şəxs polis şöbəsinin həyətinə çıxaraq uca səslə polis əməkdaşlarının ünvanına söyüş söyməyə davam etmiş, Şirvan ŞPŞ-nin məsul növbətçisi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yaxınlaşıb onu sakitləşdirmək istəmiş, Təqsirləndirilən şəxs əlində olan bıçaq ilə Zərərçəkmiş şəxs1 üzərinə getmiş, Zərərçəkmiş şəxs1 sol əl nahiyəsinə bir dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdikdən sonra heç bir səbəb olmadan əlində olan bıçaq ilə Zərərçəkmiş şəxs4 üzərinə gəlmiş və bıçaqla Zərərçəkmiş şəxs4 sağ əl nahiyəsinə və sağ qol nahiyəsinə bıçaq ilə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs təxminən 20 dəqiqə ərzində öz qanunsuz və cinayətkar hərəkətlərini davam etdirərək polis şöbəsinin iş rejimini pozmuş və hakimiyyət nümayəndəsi olaraq polis əməkdaşlarına müqavimət göstərərək xəsarət yetirmiş, sonra isə Şirvan ŞPŞ-nin növbətçi hissənin pəncərəsini və qapısına qəsdən təpik və yumruq ilə vuraraq zədələmişdir. Bu hərəkətləri etdikdən sonra Təqsirləndirilən şəxs tərəflərindən zərərsizləşdirilmiş və tərəflərindən ŞPŞ-nin rəisinə raport yazaraq müraciət etmişlər. Hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxsə qarşı ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şirvan ŞPŞ-nin TB-də təhqiqatçı işləyir. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Şirvan ŞPŞ-nin rəisinin müvafiq əmri ilə gündəlik qrupda xidmətə başlamışdır. Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən sürücülük məktəbinin yataqxanasında yaşayan Şahid2 həmin tarixdə, saat 19:44-də Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə müraciət edərək, əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Dərhal hadisə yerinə Zərərçəkmiş şəxs5 rəhbərliyi ilə, ŞPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis leytenatı Zərərçəkmiş şəxs3 və ŞPŞ-nin Növbətçi hissəsinin sürücüsü, polis baş seryantı Zərərçəkmiş şəxs4 getmişlər. Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən sürücülük məktəbinin yataqxanasına yaxınlaşmış, küçədə Təqsirləndirilən şəxs görmüşlər, Təqsirləndirilən şəxs onları görərək iti yerişlərlə yaşadığı mənzilə qalxıb hər bir əlində bir ədəd bıçaqla binanın qarşısında olan küçəyə çıxaraq, ünvanlarına uca səslə nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt əlində olan bıçaqla üzərinə gəlib onları öldürəcəyi ilə hədələmişdir. Onlar Təqsirləndirilən şəxs nizam-intizama dəvət etmiş, ictimai qaydanı və yataqxanada yaşayan sakinlərin rahatlığını pozmamasını bildirsələr də, Təqsirləndirilən şəxs iradlarına məhəl qoymamış ictimai qaydanın pozulmasına yönəlmiş öz qanunsuz hərəkətlərini davam etdirmiş və qanuni tələblərindən sonra daha da hiddətlənmiş, söyüşlərinin daha uca səslə söyməyə başlamışdır. O özünə məxus telefonla Təqsirləndirilən şəxs etdiyi bütün hərəkətləri videoçəkiliş etmiş, həmin çəkilişi diskə köçürmüşdür. Onlar Təqsirləndirilən şəxs hərəkətləri barədə Şirvan ŞPŞ-nin növbətçi hissəsinə məlumat vermişlər. Bir müddət sonra hadisə yerinə ŞPŞ-nin Post-patrul xidməti bölüyünün əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs sakitləşdirmək istəsələr də o, uca səslə söyüş söyərək ətrafdakı şəxslərin diqqətini özünə cəlb etmiş, ora tanımadığı Şirvan şəhər sakinləri toplaşmışdır. Həmin vaxt binanın qarşısında olan Əlqardaş Təqsirləndirilən şəxs binanın qarşısında söyüş söyməməyini, binada insanların ailələrin yaşadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan bıçaqlar ilə Əlqardaş adlı şəxsin üzərinə getmiş, şəxslə onu Əlqardaş Əliyevdən uzaqlaşdırmışlar. Qrup rəhbəri Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxslə söhbət edib sonuncunu sakitləşdirərək əlində olan iki ədəd bıçağı almış, sonra isə polis əməkdaşları ilə birlikdə onun ŞPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsinin inzibati binasına gəldikdən sonra Təqsirləndirilən şəxs növbətçi hissənin qarşısında qəflətən şalvarının sağ yan hissəsində gizlətdiyi bir ədəd bıçağı çıxarıb polis şöbəsinin inzibati binasında səs-küy salmağa başlamış, polis əməkdaşlarının ünvanına yenidən nalayiq ifadələr işlətmiş, Növbətçi hissənin qarşısında olan kiçik pəncərəyə yumruqla zərbə endirib pəncərəni zədələmişdir. Həmin vaxt pəncərənin üzərində olan rəqəmləri yerə salaraq öz qanunsuz və cinayətkar hərəkətlərini daha qərəzli şəkildə davam etdirmiş, əlində olan bıçaqla polis əməkdaşlarına hədə-qorxu göstərməkdə davam etmişdir. Şirvan ŞPŞ-nin məsul növbətçisi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yaxınlaşıb onu sakitləşdirmək istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan bıçaq ilə Zərərçəkmiş şəxs1 üzərinə getmiş, Zərərçəkmiş şəxs1 sol əl nahiyəsinə bir dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdikdən sonra heç bir səbəb olmadan əlində olan bıçaq ilə Zərərçəkmiş şəxs4 üzərinə gəlmiş və bıçaqla Zərərçəkmiş şəxs4 sağ əl nahiyəsinə və sağ qol nahiyəsinə bıçaq ilə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs təxminən 20 dəq ərzində öz qanunsuz və cinayətkar hərəkətlərini davam etdirərək polis şöbəsinin iş rejimini pozmuş və hakimiyyət nümyəndəsi olaraq polis əməkdaşlarına xəsarət yetrmişdir. Sonra isə Şirvan ŞPŞ-nin növbətçi hissənin pəncərəsinə və qapısına qəsdən təpik və yumruq ilə vuaraq zədələmişdir. Təqsirləndirilən şəxsə qarşı ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayədəsi Nümayəndə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanı ödəməməsini, onun barəsində qanunamüvafiq qaydada cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 İbiş oğlunun, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onların göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki, Teymur teztez sipirtli içki qəbul etmiş, yaşadıqları evə gəlib onunla mübahisə etmişdir. 15 avqust 2022-ci il tarixdə, saat 19 radələrində oğlu Şahid1 ilə yaşadıqları Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən sürücülük məktəbinin yataqxanasında yerləşən mənzilə Teymur sərxoş vəziyyətdə gəlmiş, Teymurun əlində 3 ədəd spirt qabı olmuşdur. Cavadağaya bildirmişdir ki, yaşadıqları mənzildən getsinlər. Teymur onun sözlərini eşitdikdən sonra onun uca səslə söyüb təhqir etmiş və onun üzərinə gəlmişdir. Onun sinə nahiyəsinə bir dəfə təpik vurmuş, sonra bədəninə təpik və yumruq vurmuşdur. Bundan sonra yaşadığı mənzildən çıxıb binanın həyətinə düşmüşdür.Həmin vaxtı Teymurun onu döyməsindən əsəbləşdiyindən Azərbaycan Respublikası X1 “102” xidmətinə müraciət edərək, Teymurun onu döyməsi barədə məlumat vermişdir. Bir müddət sonra yaşadığı binanın qarşısına Şirvan ŞPŞ-nin əməkdaşları gəlmişdir.Teymur Şirvan ŞPŞ-nin əməkdaşlarını gördükdən sonra iti yerişlərlə yaşadıqları mənzilə qalxıb hər iki əlində bıçaqla binanın qarşısına çıxmışdır. Teymur ona polisə müraciət etdiyini demiş, bundan sonra binanın qarşısından bir qədər kənara qaçmışdır. ŞPŞ-nin əməkdaşları Teymura qanunazidd əməllərinə son qoymasını, binanın qarşısında söyüş söyməməsini bildirmişlər. Bundan sonra Teymur polis əməkdaşlarının və digər şəxslərin də ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt əlində olan bıçaqla ətrafdakı şəxslərin və polis əməkdaşlarının üzərinə gəlib onları öldürəcəyi ilə hədələmişdir. Bundan sonra hadisə yerinə Şirvan ŞPŞ-nin Post-patrul xidməti bölüyünün əməkdaşları gəlmiş, polis əməkdaşları Teymur ilə söhbət edib sonuncunu sakitləşdirərək əlində olan iki ədəd bıçağı almaqla ŞPŞ-nə aparmışlar. Hazırda əri Teymur ilə barışmış, onun barəsində daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs mütəmadi olaraq sipirtli içki qəbul edir, anası ilə mühaisə edir və onu döyür. 15 avqust 2022-ci il tarixdə, saat 19 radələrində Atası Teymur sərxoş vəziyyətdə yaşadıqları mənzilə gəlmiş, Teymurun əlində 3 ədəd spirt qabı olmuş, anasını uca səslə söyüb təhqir etmiş, sonra onun üzərinə gəlmiş, anasının sinə nahiyəsinə bir dəfə təpik vurmuş, sonra anasının bədəninə təpik və yumruq vurmuşdur. O atası Teymuru anasından uzaqlaşdırmışdır. Bundan sonra anası yaşadığı mənzildən çıxıb binanın həyətinə düşmüşdür. Anası Azərbaycan Respublikası X1 “102” xidmətinə müraciət edərək, Teymurun onu döyməsi barədə məlumat vermiş, bir müddət sonra yaşadıqları binanın qarşısına Şirvan ŞPŞ-nin əməkdaşları gəlmişdir. O və anası Əlqardaş ilə yaşadıqları binanın qarşısına çıxmışlar. Həmin vaxt atası Teymur binanın qarşısında olmuş, Teymur Şirvan ŞPŞ-nin əməkdaşlarını gördükdən sonra yaşadıqları mənzilə qalxıb hər iki əlində bıçaqla binanın qarşsına çıxmışdır. Anasına “sən polisə müraciət etmisən deyə ”üzərinə getmişdir. Anası və Əlqardaşı uca səslə söyüb-təhqir etmiş, anası bundan sonra binanın qarşısından qaçıb bir qədər kənarlaşmışdır. Şirvan ŞPŞ-nin əməkdaşları atası Teymura qanunazidd əməllərinə son qoymasını, binanın qarşısında söyüş söyməməsini bildirmişlər. Bundan sonra Teymur polis əməkdaşlarının və digər şəxslərin də ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır, həmin vaxt əlində olan bıçaqla ətrafdakı şəxslərin və polis əməkdaşlarının üzərinə gəlib onları öldürəcəyi ilə hədələmiş, polis əməkdaşları ona hakimiyyət nümayəndəsi olduqlarını, onların qanuni tələblərinə əməl etməsini bildirmişlər.Bundan sonra hadisə yerinə Şirvan ŞPŞ-nin Post-patrul xidməti bölüyünün əməkdaşları gəlmiş, polis əməkdaşları Teymur ilə söhbət edib sonuncunu sakitləşdirərək əlində olan iki ədəd bıçağı almaqla ŞPŞ-nə aparmışlar. Hazırda anası ilə atası barışmışlar. Vətən müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq atası barəsində yüngül cəza verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanda yerləşən Şirvan şəhər polis şöbəsinin inzibati binası və inzibati binanın həyətidir. Polis şöbəsinin inzibati binası 4 mərtəbəli olmaqla həmin binanın qarşı tərəfi, sol və sağ tərəfləri dəmir barmaqlıqlarla əhatəyə alınmışdır, dəmir barmaqlıqlar ətrafında şam ağacları əkilmişdir. Polis şöbəsinin inzibati binasına pilləkanla qalxılır və pilləkanla qalxdıqdan sonra qarşıda şüşədən ibarət giriş qapısı qoyulmuşdur ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs1 qapının şüşə hissəsini göstərib, hadisə vaxtı polis şöbəsinə DİN «102» xidmətindən daxil olmuş məlumat əsasında gətirilmiş Təqsirləndirilən şəxs məhz həmin yerə təpiklə zərbə endirdiyini bildirmişdir. Polis şöbəsinin inzibati binasına giriş qapısından daxil olduqda, girişdən sol tərəfdə xüsusi otaq vardır ki, həmin otağın dəmirdən giriş qapısı vardır, həmin otaq məsul növbətçi üçün nəzərdə tutulmuş otaqdır, otağın qarşısı 1 metr hündürlükdən sonra şüşədən ibarətdir və şüşədə vətəndaşların qəbulu üçün kiçik pəncərə qoyulmuşdur ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs1 pəncərənin yan tərəfində əzilmiş yeri göstərib, hadisə günü Təqsirləndirilən şəxs məhz həmin yerə yumruqla vurub əzdiyini bildirmişdir. Növbətçi hissənin qarşısında yerdə şüşədə olan rəqəmlərin yerə düşməsi müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs zərbəsindən sonra həmin rəqəmlərin yerə düşdüyünü bildirmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 növbətçi hissənin giriş qapısını göstərib, hadisə günü Təqsirləndirilən şəxs təpiklə məhz həmin qapıya zərbə endirdiyini bildirmişdir. (cild 1, i.v 9-13) Baxış keçirilməsi haqqında 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd bıçaq eyni tipli bıçaqlardan olmaqla, hər bir bıçağın dəstəyi qara rəngli plastmas materialdan olmaqla, plastmass hissə bıçağın dəstək hissəsinin hər iki tərəfinə dəmir plomblarla bərkidilmişdir. Bıçaqlarının birinin dəstəyinin üzərinə skotç bağlanmışdır. Hər bir bıçağın dəstəyi 10 sm uzunluğundadır. Bıçaqların hər birinin tiyəsinin bir tərəfi itilənmişdir, tiyələrin hər biri 13 sm uzunluqdadır və tiyələrin ucları sındırılmış vəziyyətdədir. Bıçağın tiyəsinin birinin üzərində qana bənzər ləkələr müşahidə olunur. Tiyələr dəmir metaldandır, tiyələrin ikisinin yuxarı sol hissələrində kiçik ölçülü deşik açılmışdır. (cild 1, i.v.33-35) 06 oktyabr 2022-ci il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə yazılmış “VhatsApp Video 2022-08-16 at 10.18.43....” adlı fayılda olan videoçəkilişdə Təqsirləndirilən şəxs ayağında çəkələk, qara rəngli şalvar və ağ rəngli qolsuz köynək ilə yaşadığı yataqxananın qapısından çölə çıxaraq nəlayiq sözlər və söyüşlər işlətməsi müşahidə edilir. (cild 1, i.v. 215-217) Məhkəmə-tibbi ekspertizasının 17 avqust 2022-ci il tarixli, 466 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs4 bədən səthində aşkar olunan xəsarətlər sol bazunun aşağı 1/3-də qançır küt əşya təsirindən törənmiş, sol əlin İİ barmaq daraq falanqa səviyyəsində səthi dəri kəsiyi iti xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 15 avqust 2022-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. (cild İ, i.v. 63-64) Məhkəmə-tibbi ekspertizasının 18 avqust 2022-ci il tarixli, 468 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarət sağ əlin İV barmağının kəsilmiş yarası iti xassəyə malik alət təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən 15 avqust 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. (cild 1, i.v. 13-140) Məhkəmə-tibbi ekspertizasının 20 oktyabr 2022-ci il tarixli, 466/1 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs4 bədən səthində aşkar olunan xəsarətlər sol bazunun aşağı 1/3-də qançır küt əşya təsirindən törənmiş, sol əlin İİ barmaq daraq falanqa səviyyəsində səthi dəri kəsiyi iti xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 15 avqust 2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. (cild 2, i.v.106-108) Məhkəmə-tibbi ekspertizasının 20 oktyabr 2022-ci il tarixli, 468/1 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarət sağ əlin İV barmağının kəsilmiş yarası iti xassəyə malik alət təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. (cild 2, i.v. 109-110) Şirvan ŞPŞ-dən daxil olmuş 10 oktyabr 2022-ci il tarixli, ***-*******22 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə xx.xx.2022-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin inzibati binasında və həyətində ictimai qaydanı pozmaqla polis əməkdaşlarına qarşı zor tətbiq edib, polis şöbəsinin inzibati binasının giriş qapısını, növbətçi hissənin pəncərəsini, növbətçi hissəsinin giriş qapısını zədələmiş və bununla da polis şöbəsinə 300 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla əlaqədar zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi Şirvan ŞPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı Nümayəndə təyin edilmişdir. Həmçinin məktubda qeyd olunan digər xüsusatlarla bağlı nəzərinizə çatdırırıq ki, Şirvan şəhər polis şöbəsinin həyətində və inzibati binasında quraşdırılmış müşahidə kameralarındakı görüntülər silindiyinə görə xx.xx.2022-ci il tarixə olan videogörüntüləri təqdim etmək mümkün deyildir. (cild 2, i.v. 7) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 15 avqust 2022-ci il tarixli, 122 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı orta dərəcəli sərxoşluq halında olmuşdur. (cild 1, i.v.24) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 177 və 221-ci maddələri ilə məhkum olunmuş, sonuncu dəfə isə Şirvan şəhər Məhkəməsinin 22 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 2, i.v. 72-74) İş materiallarına əlavə edilmiş İ-2451 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Cavadağ oğlunun oğlu Şahid1 oğlu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil,hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrıayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan bıçaq ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməsi iş üzrə toplanmış istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsləri təhqir etməsi, bıçaqla xəsarət yetirməsi, hərəkətləri ilə o, həqiqətən də özünün müstəsna şəxsiyyət olduğunu, ictimai qaydanı qəsdən pozmasını, bununla da əməlin subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivinin öz gücünü nümayiş etdirmək, qalmaqal salmaq, özünü ictimai qaydaya qarşı qoymaq məqsədi daşıdığını göstərir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə özünü qismən təqsirli bilməsini isə məhkəmə məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıması kimi qiymətləndirərək işin sübuta yetmiş halları, zərərçəkmiş şəxs və şahid ifadələri ilə tam təkzib olunması qənaətinə gəlir. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib peşman olmasını, oğlu Şahid1 “Vətən müharibəsi iştirakçısı” olduğunu, yaşını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin yuxarıda sadalanan obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, həmçinin zərərçəkmiş şəxslərin də ona qarşı şikayətçi olmalarını, hazırki zamanda məhkumluğunun olmamasına baxmayaraq, onun əvvəllər də həyat və sağlamlıq əleyhinə o cümlədən xuliqanlıq hərəkətlərində ittiham olunaraq məhkumluq həyatı yaşamasını onun şəxsiyyətini xarakterizə edən hallar kimi diqqətdən qaçırmır və təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, cəzaçəkmə müddətinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan iş üzrə maddi sübut üç ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 57 (əlli yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin, zərərçəkmiş şəxsə dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan iş üzrə maddi sübut üç ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 57 (əlli yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxsə izah edilsin ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-19/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-19/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver