Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-195/2023 02.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhəri Saat 11:00 Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxx 1963-cü il tarixdə Qazaxıstan Respublikası Kustanay vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 19 iyun 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdə saat 11:30 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri L-nt İbrahimov küçəsində yerləşən “köhnə bazar” deyilən ərazidəki adsız qızıl dükanında Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs qızıl mağazasında saçından tutaraq yerlə sürüyərək, Zərərçəkmiş şəxs alının sol yarısının tüklü hissəsində qansızmalar kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, oğlu Şahid3 əvvəllər tanımadıqları Şirvan şəhər sakini olan Zərərçəkmiş şəxs ilə qeyrirəsmi olaraq ailə kimi yaşayır. O, oğluna dəfələrlə xəbərdarlıq etmişdir ki, həmin qızdan uzaq dursun. Çünki oğlu subaydır, Nobat isə normal həyat tərzi keçirmir. Belə ki, Şirvan şəhərində onu “Nina” kimi ləqəbi vardır. O, dəfələrlə Nobata və ailəsinə xəbərdarlıq etmişdir ki, “mən Sənana Nobatı sənə alan deyiləm”. Buna baxmayaraq Nobat oğlundan əl çəkmir və oğlu Sənanda ondan ayrılmır. Oğlu Sənan 20 may 2023-cü il tarixdən konkret olaraq evlərinə gəlmirmiş. O, bu barədə maraqlandıqda ona bildirmişlər ki, Sənan Şirvan şəhəri kənd evləri yaşayış massivində kirayə ev tutaraq Nobatla birlikdə qalır. Onların qaldığı evi maraqlandıqda ona məlum olmuşdur ki, Nobatın əvvəllər qaldığı nənəsinin evinin yaxınlığında Sənan kirayə ev tutub və orada Nobatla birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında həmin ünvana getmiş, darvazada qıfıl olduğu üçün bilmişdir ki, evdə heç kim yoxdur. Bundan sonra evə gedərkən yolüstü Nobatın işlədiyi dükanın qarşısından keçərkən görmüşdür ki, dükan da bağlıdır. Əmin olmuşdur ki, oğlu Sənanla Nobat bir yerdədilər. Həmin gün Nobat ona zəng vuraraq onu nəlayiq söyüşlərlə təhqir edərək, nə səbəbdən onların yaşadığı məhəlləyə getməsini soruşmuşdur. O, Nobata bildirmişdir ki, Sənan oğludur, ona görə narahatdır və bu səbəbdən də onu axtarır. Nobat ona cavab olaraq bildirmişdir ki, “Sənan sənin oğlun deyil, mənim rəsmi olaraq ərimdir”. O, da Nobata cavab olaraq bildirmişdir ki, “Allah xeyrini verməsin”. Nobat onu polisə şikayət edəcəyi ilə hədələmişdir. Bundan sonra telefonu söndürmüşdür. Sənan həmin gecəni evə gəlmədiyi üçün yenə də narahat olaraq səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 11:30 radələrində Nobatın işlədiyi Şirvan şəhəri köhnə bazar deyilən yerdə olan qızıl və ətriyyat dükanına getmişdir. Dükana daxil olduqda Nobat divanda əyləşmiş, iş yoldaşı Aysel də dükanda olmuşdur. Bundan əlavə dükanda usta olmuşdur. O, Nobatdan Sənandan əl çəkməsini sözlə tələb etmişdir. Həmin vaxt Nobat onu təhqir etdiyi və təpik atdığı üçün Nobatın saçından tutaraq dükandan çölə çıxartmaq üçün sürüməyə başlamışdır. Həmin vaxt əsəbi olduğu üçün nə etdiyini bilməmişdir. Dükanda olan usta Nobatı onun əlindən almağa çalışmışdır. Lakin həmin vaxt hirsli olduğu üçün Nobatın saçını əlindən buraxmamışdır. Nəhayət çöldə olan iki nəfər şəxs də dükana daxil olaraq ondan xahiş etmişlər ki, Nobatı buraxsın. Bundan sonra onu buraxmışdır. Daha sonra oradan uzaqlaşıb evə getmişdir. Təxminən onların arasında 2-3 dəqiqə münaqişə olmuş, sonra onu Nobatdan aralamışdır. Yaşlı qadın olmasının nəzərə alınmaqla məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, təxminən iki ildir Şirvan şəhər sakini olan Şahid3 ilə nişanlıdır. Əvvəldən Sənanın anası X4 onların ailə qurmaqlarına razılıq verməmişdir. Lakin Sənanla bir-birlərini sevdikləri üçün rəsmi olaraq evlənmək qərarına gəlmişlər. Sənanla birlikdə Sabirabad rayonunda yerləşən ASAN xidmətə rəsmi olaraq nikah bağlanması üçün müraciət etmişlər. Bundan sonra Sənanın anası Nərminə xx.xx.2023-cü il tarixdə o işdə olduğu müddətdə yaşadığı evə gəlmiş, lakin o evdə olmadığı üçün qonşulardan onu soruşmuşdur. O, həmin gün işdən evə gedərkən qonşular bu barədə ona məlumat vermişdir. Sənana zəng vurub bu barədə məlumat vermiş və anası Nərminənin mobil telefon nömrəsini almışdır. Təqsirləndirilən şəxs zəng vuraraq nə səbəbdən onun evinə gəlməsini soruşduqda, Nərminə onu nəlayiq ifadələrlə təhqir edərək telefonu söndürmüşdür. xx.xx.2023-cü il tarixdə, saat təxminən 11 radələrində işlədiyi “köhnə bazar” deyilən yerdə olan ətriyyat dükanında iş yoldaşı Aysel ilə olarkən Nərminə dükana aqressiv şəkildə daxil olaraq onu nəlayiq ifadələrlə söyməyə başlamışdır. Nərminəni nizam intizama dəvət etsə də, Nərminə nəlayiq hərəkətlərini davam etdirmişdir. Bundan sonra Nərminə onun üzərinə hücum etmiş və heç bir səbəb olmadan onun saçından tutaraq onu yerlə sürüməyə başlamışdır. Bu vaxt dükanda olan kamera quraşdıran usta Rəhim və dükandan çöldə qonşu dükanlarda işləyən Əkbər və Əli köməyə gələrək onu Nərminənin əlindən almağa çalışsalar da Nərminə onun saçından tutub dartdığı üçün mümkün olmamışdır. İş yoldaşı Aysel isə Nərminənin ona qarşı etdiyi hərəkətləri telefonu ilə videoya çəkmişdir. Həmin vaxt onun saçı başının dərisindən qoparaq Nərminənin əlində qalmışdır. Bundan sonra Nərminəni köməyə gələn qeyd etdiyi şəxslər dükandan çölə çıxarıb yola salmışlar. Nərminənin dükana daxil olub onunla münaqişə edərək dükandan çıxanadək olan müddət təxminən 15-20 dəqiqə olarmış. İşlədiyi dükan bazarda yerləşdiyi üçün bazara gələn şəxslər və onu Nərminən əlindən alan şəxslər Nərminənin bu hərəkətlərinin şahidi olmuşlar. Nərminə onun saçından tutaraq dartmış və saçını dərisindən ayırmış, həmin vaxt boyun nahiyəsində ağrılar olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmamışdır, onun barəsində qanunla nəzərdə tutulmuş ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Şirvan şəhər ərazisində yerləşən kamera quraşdırma dükanında usta kimi işləyir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 11:30 radələrində Şirvan şəhəri “köhnə bazar” adlanan yerdə tanımadığı şəxsin dükanında kamera quraşdırdığı vaxt dükana çöldən bir nəfər qadın daxil olaraq dükanda işləyən satıcı ilə mübahisə etməyə başlamışdır. Onların arasında mübahisə münaqişəyə çevrilmiş və həmin qadın dükanda satıcı işləyən sonradan adını bildiyi Nobat adlı qadının saçından tutaraq dükandan çölə sürüməyə başlamışdır. Həmin vaxt qadının qolundan tutaraq onları aralamaq istəmiş, lakin həmin qadın Nobat adlı qızın saçından möhkəm tutduğu üçün onları aralaya bilməmişdir. Bu vaxt dükanın çöl hissəsindən iki nəfər oğlan dükana girərək ona köməklik etmiş və bundan sonra qadının əlindən Nobatı ala bilmişdirlər. Onları aralıdıqdan sonra Nərminə çıxıb getmişdir. Onların arasında hansı səbəbdən münaqişə olmasından məlumatı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid1 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində bildirmişdir ki, Şirvan şəhəri Köhnə bazar deyilən yerdə icarəyə qızıl dükanı işlədir. Nobat Zeynalov onunla birlikdə həmin dükanda ətriyyat satışı hissəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində Nobatla birlikdə dükanda olarkən Nobatın nişanlısı Sənanın anası Nərminə dükana daxil olaraq Nobatı nəlayiq ifadələrlə təhqir etməyə başlamışdır. O dərhal telefonu ilə Nərminənin bu hərəkətlərini vedeoya çəkməyə başlamışdır. Həmin vaxt dükanda kamera quraşdıran usta Rəhim də orada olmuşdur. Nərminə Nobatı söyüb təhqir etdikdən sonra Nobatın üzərinə hücum edərək saçından tutub yerlə sürüməyə başlamışdır. Bu vaxt usta Rəhim və dükan yoldaşları Əkbər ilə Əlidə dükana girərək Nobatı Nərminənin əlindən almağa çalışırmışlar. Nərminə Nobatın saçından möhkəm tutduğu üçün Nərminəni ayıra bilmirmişlər. Nəhayət Nobatın saçı dərisindən qoparaq Nərminənin əlində ayrılmışdır. Bundan sonra Nərminəni zorla dükandan çölə çıxarıb yola salmışlar. Nərminənin dükana daxil olub Nobatla münaqişə edərək dükandan çıxanadək olan müddət təxminən 15-20 dəqiqə çəkmişdir. İşlədikləri dükan bazarda yerləşdiyi üçün bazara gələn şəxslər və Nobatı Nərminənin əlindən alan şəxslər Nərminənin bu hərəkətlərinin şahidi olmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 Hacı oğlu məhkəməyə gəlməmişdir. Şahid2 Hacı oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid2 Hacı oğlu həmin ifadəsində bildirmişdir ki, fərdi əməklə məşğuldur, əvvəllər məhkum olunmamışdır. Şirvan şəhəri “köhnə bazar” deyilən yerdə icarəyə dükan götürərək saatsazlıq və saat satışı ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə saat təxminən 11:30 radəlində dükanda olarkən qonşu dükanda səs-küy eşidib dükandan çölə çıxmışdır. Görmüşdür ki, qonşu dükanda işləyən Nabat adlı qadının saçından başqa bir tanımadığı qadın tutaraq dükanın çöl hissəsinə sürüyür. O və qonşu dükanda işləyən Əkbər dərhal Nobatın işlədiyi dükana girərək həmin qadını Nobatdan aralayaraq həmin qadını çölə çıxartmışlar. Bundan sonra səs-küyə tanımadıqları şəxslərdə gəlmişlər. Qadın oradan uzaqlaşaraq çıxıb getmişdir. Nobatla qeyd etdiyi qadının arasında baş vermiş münaqişə vaxtı hər hansı birinin əlində alət olmasını görməmiş və onların arasında hansı səbəbdən münaqişə olduğundan məlumatı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid5 məhkəməyə gəlməmişdir. Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid5 həmin ifadəsində bildirmişdir ki, Şirvan şəhəri “köhnə bazar” deyilən yerdə icarəyə dükan götürərək kişi geyimlərinin satışı ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə saat təxminən 11:30 radəlində dükanda olarkən qonşu dükanda səs-küy eşitmiş və dükandan çölə çıxmışdır. Görmüşdür ki, qonşu dükanda işləyən Nobat adlı qadının saçından başqa bir tanımadığı qadın tutaraq dükanın çöl hissəsinə sürüyür. O və qonşu dükanda işləyən Əli dərhal Nobatın işlədiyi dükana girərək həmin qadını Nobatdan aralayaraq qadını çölə çıxartmışlar. Bundan sonra səs-küyə tanımadıqları şəxslərdə gəlmişlər. Qadın oradan uzaqlaşaraq çıxıb getmişdir. Nobatla qeyd etdiyi qadının arasında baş vermiş münaqişə vaxtı hansınınsa əlində hər hansı bir alət olmasını görməmiş və onların arasında hansı səbəbdən münaqişə olduğundan məlumatı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid3 məhkəməyə gəlməmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid3 həmin ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs nişanlısıdır. Onunla ailə qurmağına anası razı deyil. Bu səbəbdən də anasının onunla və nişanlısı Nobatla münasibəti yoxdur. Dəfələrlə Nobatın ailəsinə və özünə bildirmişdir ki, “mən Sənana imkan verməyəcəm ki, Nobatla ailə qursun.” Onlar isə bir-birilərini sevdikləri üçün anasının bu maneələrinə qarşı çıxmışlar. Təxminən 2023-cü ilin iyun ayının 2-də Bakı şəhərində işdə olarkən Nobat ona zəng vuraraq anasının onların ünvanına getdiyini və onu soruşduğunu bildirmişdir. Bundan sonra Nobat anası Nərminənin mobil nömrəsini ondan istəmiş və anasına zəng vuracağını bildirmişdir. O, Nobata etiraz etməyərək anasının mobil nömrəsini ona vermişdir. Nobatın anasına zəng vuraraq nə danışdıqlarından məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində Nobat ona zəng vuraraq bildirmişdir ki, anası onun işlədiyi dükana gəlmiş və aralarında münaqişə olmuş, anası Nərminə Nobatı döyərək xəsarət yetirmişdir. Bu səbəbdən də Nobat anasından polis şöbəsinə şikayət etmişdir. O, Nobata bu barədə heç bir fikir bildirməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 225 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxsnun bədən səthində aşkar olunan xəsarətlər-alının sol yarısında tüklü hissəsində qansızmalar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 04 iyun 2023-cü il tarixdə saçın yolunması nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 423 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və Şirvan şəhər polis şöbəsinin İB-nin müstəntiqi X1 icraatına qəbul edilmişdir. təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 iyun 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən əməli törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması özünün etirafedici, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X3 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu qadın olmaqla yaşının 60-dan yuxarı olmasını, cinayəti etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 1500 (min beş yüz) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-195/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-195/2023
02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver