Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-2/2023 25.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11.40-da Şirvan şəhər Məhkəməsi Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Ənnağı oğlunun iştirakı ilə, xx xxxxxxx 1990-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Salyan rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş cərimə cəzası dəyişdirilərək 5 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş , Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası dəyişdirilərək 02 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmiş , məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Şirvan şəhəri Upramxor qəsəbəsində yaşayan, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə haqqında axtarış elan edilərək tapıldıqda barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək haqqında həbs qətimkan tədbiri seçilmiş , xx.xx.2022-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Ənnağı oğlunun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Ənnağı oğlu cavabdeh kimi ondan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulmasının əvvəlinin Şirvan şəhər Məhkəməsinin 14 avqust 2018-ci il tarixli 2(032)-1582/2018 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Rafiq qızına verilməsinə dair Şirvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 avqust 2018-ci il tarixli , 2(032)- 1582/2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Şirvan şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 3(032)-429/2021 saylı qərarları ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsindən, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci il, xx.xx.2021-ci il və sonuncu dəfə xx.xx.2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixinədək cəmi 2730,0 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Ənnağı oğlu Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Ənnağı oğlu özünü ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Rafiq qızı ilə 2013-cü ildə qeyri rəsmi ailə qurmuş, münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X3 anadan olmuş, sonradan münasibətləri pozulmuş və həmin vaxtdan da Zərərçəkmiş şəxs uşağı götürüb birlikdə yaşadıqları evdən getmişdir. Ayrılandan sonra Pərvanə uşağın saxlanılması ilə əlaqədər aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-1582/2018 saylı qətnaməsinə əsasən ondan qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Rafiq qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra qeydiyyatda olduğu yer üzrə Şirvan Şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Aliment borcunu ödəmədiyindən Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(032)-429/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. O, Bakı şəhərində ev təmiri ilə məşğul olur, hazırda işləmir. Maddi imkanı çatmır ki, aliment borcunu ödəsin. Bundan sonra şərait yaradılarsa qətnaməni hissə-hissə olmaqla icra edə bilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs Ənnağı oğlu ilə qeyri rəsmi ailə qurmuş, münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X3 anadan o muş, sonradan münasibətləri pozulmuş və həmin vaxtdan da övladı ila birlikdə ayrı yaşamışdır. Ayrılandan sonra Səbuhi övladının saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərmədiyindən aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-1582/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs Ənnağı oğlundan qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(032)-634/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(032)- 429/2021 saylı qərarı ilə yenidən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs 4320 manat olan aliment borcundan cəmi 1590 manat aliment ödəmiş, 2730 manat aliment borcu qalmışdır. Təqsirləndirilən şəxs hər dəfə yalan vədlər verərək aliment borcunu ödəmədiyindən ona ciddi cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 göstərdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1582/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2018ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla borclu Təqsirləndirilən şəxs Ənnağı oğlundan hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs Rafiq Təqsirləndirilən şəxs Ənnağı oğlu qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu şöbəyə dəvət olunmuş, ona hüquq və vəzifələri izah olunmuş və onunla fərdi söhbətlər aparılaraq icra sənədi üzrə tələbi icra etməyəcəyi halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)-270/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs Ənnağı oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və məhkəmə qərarını icra etmədiyi üçün borclunun barəsində Şirvan Şəhər Məhkəməsinin 3(032)-634/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Bundan sonra, borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi üçün məsuliyyəti elan olunmaqla dəfələrlə xəbərdarlıq edilmiş,lakin tələb tam icra olunmamışdır. İcra sənədinin icra olunması məqsədi ilə borclunun qeydiyyatda olduğu ünvanına gedilmiş,lakin həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Yaşayış yerinin müəyyən olmaması səbəbindən xx.xx.2020-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Şirvan şəhər Polis Şöbəsinə göndərilmiş və Təqsirləndirilən şəxs Ənnağı oğlu axtarış işi açılmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Ənnağı oğlu polis əməkdaşları tərəfindən gətirilərək Şirvan Şəhəri üzrə İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Aliment borcunu ödəməyərək qətnamənin icrasından müxtəlif bəhanələrlə yayınmaqla icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 3(032)-494/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Ənnağı oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibatı həbs tətbiq olunmuşdur. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla üti yeni müddət verilmiş, Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş, tələb yenə icra olunmamışdır. Təqsirləndirilən şəxs Ənnağı oğlu öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tələbkara ödəməli olduğu 4320,00 manat aliment pulundan ümumilikdə 1590,00 manat tələbkara ödəmiş, 2730,00 manat borcu qalmışdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 14 avqust 2018-ci il tarixli 2(032)-1582/2018 saylı qətnamənin surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(032)-3040/2015 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat miqdarında alimentin dəyişdirilərək artırılması, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulmasının əvvəlinin Şirvan şəhər Məhkəməsinin 14 avqust 2018-ci il tarixli 2(032)-1582/2018 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Təqsirləndirilən şəxs Ənnağı oğlundan hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Rafiq qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli 3(032)-634/2019 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ənnağı oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (gün) müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 3(032)-429/2021 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ənnağı oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (gün) müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, Salyan rayon Məhkəməsinin 1(032)127/2016 saylı, xx.xx.2016-ci il tarixli hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs Ənnağı oğlu barəsində olan cərimə cəzası 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, onun Şirvan şəhər məhkəməsinin qərarı ilə 7 gün müddətə tutularaq həbsdə saxlanılması CM-nin 69.3-cü maddəsinə əsasən 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməklə qəti olaraq üzərində 5 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs Ənnağı oğlunun yaşayış yerini axşam saat 22:00-dan ertəsi gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Şirvan şəhəri üzrə ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmuş, cəzasının icrası onun yaşadığı yer üzrə Şirvan şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ənnağı oğluna Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Salyan rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 2000 manat cərimə cəzasının 05 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və çəkilməmiş 4 ay 4 gün müddəti 2 ay 2 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Ağayev X4 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş cərimə cəzası dəyişdirilərək 5 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş , Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası dəyişdirilərək 02 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs Ənnağı oğlu xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində tutularaq aidiyyəti üzrə təhvil verilmişdir. İş materiallarında olan 29 aprel 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ənnağı oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Ənnağı oğlu cavabdeh kimi ondan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulmasının əvvəlinin Şirvan şəhər Məhkəməsinin 14 avqust 2018-ci il tarixli 2(032)-1582/2018 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Rafiq qızına verilməsinə dair Şirvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 avqust 2018-ci il tarixli , 2(032)- 1582/2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Şirvan şəhər Məhkəməsinin 29 dekabr 2019 -cu il tarixli, 3(032)-634/2019 saylı və Şirvan şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 3(032)-429/2021 saylı qərarları ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci il, xx.xx.2021-ci il və sonuncu dəfə xx.xx.2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixinədək cəmi 2730,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş, törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə,bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin ədalət mühakiməsi əleyhinə olan münasibətlərinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs Ənnağı oğluna cəza təyin edərkən cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Ənnağı oğlunun Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi . İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ənnağı oğluna Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsi cəzanın məqsədlərini təmin etmədiyindən ona daha ciddi cəza olan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınmaldır. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, h ö k m e t d i: Təqsirləndirilən şəxs Ənnağı oğlu Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək 02 gün həbsdə saxlanılma müddəti təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-2/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-2/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver