Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-2/2025 19.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:35 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Hacıqabul şəhəri M.P.Vaqif küçəsi ev 42 qeydiyyatda olan,ünvan 1 ünvanında yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinə dəyişdirilərək axtarışı elan edilmiş, xx.xx.2024-cü il tarixdə tutulmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi vasitəsi ilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbəri olmayan yaxın dostu Şahid7 vasitəsilə tanıdığı Şirvan şəhər sakini Zərərçəkmiş şəxs3 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlu X4 barəsində təyin edilmiş cəzanın Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə 4 il müddətində azaldılmasına köməklik edəcəyinə inandırıb yalan vəd verərək, ondan 2020-ci ilin noyabr ayında Şahid7 yaşamış olduğu ünvan 2 ünvanda 6000 manat pulunu ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs3 6000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbəri olmayan tanışı Şahid5 vasitəsilə Sabirabad rayon sakini Zərərçəkmiş şəxs5 oğlu X9 barəsində Sabirabad rayon məhkəməsinin 21 fevral 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə yalan vəd verərək onu aldadıb, sonuncudan 23 fevral 2023-cü il tarixdə Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasının qarşısında ondan 2.040 (23 fevral 2023-cü il tarixdə məzənnəsi 1.70 manat olmaqla 1200 ABŞ dolları) manat və 3960 (üç min doqquz yüz altmış) manat məbləğində pulu alıb ələ keçirib, Zərərçəkmiş şəxs5 ümumilikdə 6000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbəri olmayan tanışı Şahid2 vasitəsilə tanıdığı Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 həyat yoldaşı X5 iş yerini Sabirabad rayonu Azadkənd kənd orta məktəbindən Şirvan şəhəri 18 nömrəli tam orta məktəbinə dəyişməklə bağlı yalan vəd verib, ondan 17 fevral 2023-cü il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində 2000 (iki min) manat pulunu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 atası X3 Salyan rayon prokurorluğunda barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə işinin həll olunmasın dair yalan vəd verib, ondan 14 yanvar 2023-cü il tarixdə Salyan rayonu Qarabağlı kəndində 2000 (iki min) manat pulu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbəri olmayan Şahid4 vasitəsi ilə tanıdığı İmişli rayon sakini Zərərçəkmiş şəxs4 oğlu X10 barəsində İmişli rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.2.1-ci maddələri ilə təqsirli bilinərək barəsində təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasını digər cəza növü ilə dəyişdirmək barədə yalan vəd verib, ondan 31 mart 2022-ci il tarixdə saat 18:37:01-də İmişli rayonu Qaradonlu kəndi ərasində yerləşən mağazada quraşdırılmiş "e Manat" ödəmə terminalı vasitəsi ilə 5000 (beş min) manat pulu, 31 mart 2023-cü il tarixdə saat 18:43:14-də “e Manat" ödəmə terminalı vasitəsi ilə 1000 (min) manat pulu "Rabitəbank” ASC-yə aid 5261 6333 3619 3611 bank kartına köçürtdürməklə və 03 aprel 2023-cü il tarixdə Şahid4 vasitəsi ilə Şirvan şəhərində 2500 (iki min beş yüz) manat pulu sonuncudan almaqla, həmin pulun 150 (yüz əlli) manatını Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili X8 müdafiəçi xərci olaraq sonuncuya verib, qalan ümumilikdə 8350 manat pulu ələ keçirib, verdiyi vədə əmək etməyərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 8350 (səkkiz min üç yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Nailə Qafarovanı dostu Mehdinin bacısı kimi tanıyır. Nailənin oğlu Əlizadə Qafarlı 2020-ci ildə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2020-ci ilin noyabr ayında Mehdi ilə bir yerdə olan zaman Mehdi bacısı oğlunun cəzasının azladılmasında onlara kömək etməsini xahiş etmiş, o da ona kömək edəcəyini demişdir. Bir müddət sonra Mehdinin yaşadığı ünvanda onunla evdə görüşmüş, Mehdi ona 6000 (altı min) manat pul vermiş, o da, Mehdiyə Əlizadənin cəzasını azaldacağına dair söz vermişdir. Bir müddət sonra o, Nailə ilə birlikdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə getmişdir. Əlizadənin hal-hazırda adını xatırlamadığı vəkili ilə görüşmüşlər. Həmin vəkil Lənkəran Ağır Cinayətlər Məhkəməsində Əlizadənin işinə çıxdığını və Şirvan Apellyasiya Məhkəməsinə şikayət verməsi üçün ondan 1000 (min) manat pul istəmişdir. O, həmin vəkilə 400 (dörd yüz), Nailə isə 100 (yüz) manat pul vermişdir. O, vəkilə qalan 500 (beş yüz) manat pulu Şirvanda verəcəyini demişdir. Bir neçə gün sonra həmin vəkil Şirvan şəhərinə gəlmiş və ona əlavə 500 (beş yüz) manatı da vermişdir. Əlizadənin işi üzrə Şirvan Apellyasiya Məhkəməsinə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bir müddət sonra o, Mehdinin yaşadığı evə getmiş və ona 5000 (beş min) manat pul vermişdir. Bir müddət sonra Mehdi yenidən ona zəng edərək Əlizadəyə köməklik göstərməyini xahiş etmişdir. O da, Əlizadənin işinin azaldılmasına köməklik edəcəyinə söz vermişdir. Bu məqsədlə Mehdi ona yaşadığı həyətdə 4500 (dörd min beş yüz) manat pul vermişdir. Həmin ərəfədə pulu olmadığından həmin puldan öz şəxsi ehtiyaclarına xərcləmiş və Mehdiyə qaytara bilməmişdir. Hazırda isə Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında əvvəldən tanıdığı Hamil ona zəng edərək, Rəqailin bacısı oğlunun bir müddət əvvəl Sabirabad rayon prokurorluğu tərəfindən tutulduğunu, barəsində Sabirabad rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirindən Şirvan Apellyasiya Məhkəməsinə şikayət verildiyini və ona kömək etməyini xahiş etmişdir. O, ilk əvvəl Rəqaildən xoşu gəlmədiyi üçün razılıq verməsə də, daha sonra həmin tutulan şəxs olan Elvin Eyvazovun atası Böyükkişi ona zəng etdikdən sonra o, Elvinə kömək edəcəyini bildirmişdir. Həmin şəxs onunla görüşmək istədiyini demişdir. O da, onunla razılaşmışdır. Həmin gün Hamil, Rəqail, Hilal, Tehmir, Elvin Eyvazovun atası Böyükkişi və o Şirvan şəhər Miqrasiya İdarəsinin yanında yerləşən çay evində görüşmüşlər. Görüşən zaman həmin şəxslər ona Elvinin qonşusunu zorlamasına görə tutulduğunu demişlər və onlara kömək etməyini xahiş etmişlər. O da buna razılıq vermişdir. Görüş qurtardıqdan sonra o, Elvinin adını bilmədiyi vəkili ilə görüşmüşdür. Görüş zamanı vəkil Elvinə kömək edəcəyini demişdir. Təxminən 3 - 4 gün sonra Elvin Eyvazovun barəsində seçilmiş həbs qətimkan tədbiri seçilməsindən Şirvan Apellyasiya Məhkəməsində şikayətə baxılmalı olmuş, həmin gün yəni, 2023-cü ilin fevral ayında o yenidən Hamil, Rəqail, Hilal, Tehmir və Elvin Eyvazovun atası Şirvan şəhər Apellyasiya Məhkəməsinin qarşısında görüşmüşdür. Görüşən zaman o, Hamili kənara çəkərək sonuncuya Elvin Eyvazovun buraxılması üçün 6000 (altı min) pul lazım olduğunu demişdir. Təxminən 1 saat sonra Hamil ona Şirvan Apellyasiya Məhkəməsinin qarşısında sellofan torbanın içərisində pul vermişdir. O, pulu sayması üçün Tehmiri yanlarına çağırmışdır. Tehmir də onların yanına gələrək 5500 (beş min beş yüz) manat pulu sayaraq ona vermişdir. O, Hamildən qalan 500 (beş yüz) manatın harada olduğunu soruşduqda Hamil qalan 500 manat pulu da göndərəcəyini demişdir. Pulu aldıqdan sonra o, Elvinin vəkili ilə görüşmüş, Elvinin vəkili ona Elvinin tutulması səbəbini izah etmiş və işin başqa günə təxirə salınacağını bildirmişdir. Bir neçə gün sonra Apellyasiya Məhkəməsində Elvin Eyvazovun işinə baxılmışdır. Elvin Eyvazov barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində qalmışdır. Bir müddət sonra pulun 1000 (min) manatını Elvinin atasına qaytarmışdır. Qalan 4500 (dörd min beş yüz) manat pul isə xəstəliyi səbəbindən xərcləndiyi üçün həmin pulu qaytara bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs5 dəymiş ziyanı tam ödəmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, tanışı Coşqun ona Xəzər adlı şəxsin həyat yoldaşını Sabirabad rayonunda işlədiyi məktəbdən Şirvan şəhərinə köçürməyin mümkün olub-olmadığını soruşmuş, o, Coşquna Xəzər ilə görüşmək istədiyini demişdir. 17 fevral 2023-cü il tarixdə o, Xəzər ilə görüşmüş, Xəzərə bunun üçün 4000 (dörd min) manat pul lazım olduğunu demiş, Xəzər də onunla razılaşmış və ona həmin tarixdə 2000 (iki min) manat pul və həyat yoldaşına dair yadında qalmayan sənədlərin surətini təqdim etmişdir. Xəzər ona qalan 2000 (iki min) manat pulu isə işi düzəltdikdən sonra verəcəyini bildirmişdir. Həmin müddətdən sonra o, Xəzərin həyat yoldaşını Şirvan şəhərində yerləşən 18 nömrəli tam orta məktəbə köçürmənin mümkün olub-olmadığı barədə maraqlanmış, maraqlanan zaman ona bununla bağlı imtahanı verilməsi olduğunu demişlər. Bir müddət sonra Xəzərdən almış olduğu 2000 (iki min) manat pul xəstəliyi səbəbindən xərcləndiyi üçün həmin pulu qaytara bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam ödəmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 2-3 ildir tanıyır. 2023-cü il yanvar ayının 14-də Zərərçəkmiş şəxs2 əmisi Akif Süleymanovla birlikdə Şirvan şəhərinə gəlib, ona zəng edərək, görüşmək istədiyini bildirmiş, o da, onunla Şirvan şəhərində görüşmüşdür. Həmin vaxt Zaur ona atası Abbas Süleymanovun barəsində Salyan rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğunu, ona köməklik etmək lazım olduğunu bildirmiş, o da Zaura birlikdə Salyan rayon prokurorluğuna getmələrini, oradan işlə maraqlanıb, sonra nəticəsini deyə biləcəyini demişdir. Bundan sonra onlar birlikdə Salyan rayon prokurorluğuna getmişlər. O, özü tək prokurorluğa girib, Abbasın işi ilə maraqlanmış, lakin ona heç bir köməklik edilə bilməyəcəyini öyrənmişdir. Bundan sonra o, Zaurun yanına qayıdaraq müstəntiqlə danışdığını, işinin həlli üçün 4000 manat pul lazım olduğunu demiş, onlar da ona əvvəl 2000 manat pul verəcəklərini, Abbas çıxdıqdan sonra isə qalan 2000 manat pulu verəcəklərini demişlər. O da, onlarla razılaşmış və həmin gün Salyan rayonu Qarabağlı kəndində 2000 manat pulu Zərərçəkmiş şəxs2 əlbəəl almış, sonra birlikdə Salyan rayon prokurorluğuna gəlmişlər, orada o, tək prokurorluğa girmiş və bir az içəridə gözlədikdən sonra geri qayıdıb, işin həll olduğunu demiş, pulu isə öz ehtiyacları üçün xərcləmişdir. O, aldığı 2000 manat pulu həmin vaxt qaytarıb verə bilməsə də, hazırda Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 əvvəllər tanımamış, Şahid4 isə 20 ildən artıq bir vaxtdır ki, tanıyır. 2022-ci ilin fevral ayında, Ələmdarın oğlunun yasına gəlmişdir. Ələmdar ona demişdir ki, Gündüz adlı tanışının qardaşı oğurluq üstündə həbs edilmişdir, ona kömək etmək lazımdır. O da həmin vaxt Ələmdara demişdir ki onun vəkil tanışı var, danışıb ona bir söz deyəcəkdir. Bir həftə keçəndən sonra Mədinə və Gündüz onun yaşadığı Şirvan şəhərinə gəlmişlər. O, onları yaşadığı evdə qarşılamışdır. Ondan işlə bağlı nə iş görməyini soruşduqda o hələ vəkillə görüşmədiyini demişdir. Onların yanında o, Əkbər Yusifli adlı vəkilə zəng vurmuş, onunla işinin olmasını demiş, sonuncu isə Beylaqan rayonundan gəldiyi, yol üstü Hacıqabul rayonu ərazəsində Qədri-Xum restoranında görüşə biləcəyini demişdir. O, Gündüzlə Qədri-Xum restoranına getmiş, Mədinə isə onun evində qalmışdır. Orada Əkbərlə görüşüb ona İsmayılın həbsdə olmasını və şikayəti əsasında onun işinə Şirvan Apellyasiya məhkəməsində baxılacağını demişdir. Əkbər ona həbs müddətinin azaldılmasına və daha sonrakı mərhələlərdə isə onu tamamilə həbsdən çıxarmağın mümkün olduğunu demişdir. Vəkil kimi qonarar olaraq 1000 manat da pul istəmişdir. X30 demişdir ki, onun əvvəlki vəkilli Zaur adlı şəxsdən imtina olunacaqdır, o vəkil kimi onun işinə buraxılacaq və pul da ona çatacaqdır. Bir neçə gün keçmiş, Şirvan Apellyasiya məhkəməsində işə baxılmağa az bir müddət qalmış, İsmayılın həbsinin azaldılmasından ötrü əlavə pula da ehtiyac olduğundan Gundüzə zəng vurub demişdir ki, əvvəlki vəkili Zaur İsmayılın həbsinin bir il azaldılması üçün 6000 manat pul istəmişdir. Onun adına olan «Rabitə bank» kartına o, 6000 manat pul köçürmüşdür. Həmin pulu o, həmin gün göndərilən tarixdə kartdan Şirvan səhərində bakomatdan çıxarmış, həmin pulun 1000 manatı Əkbərə huquqi yardım göstərməsi üçün vermişdir, qalan pulu isə özü xərcləmişdir. İşə baxılandan sonra Şirvan Apellyasiya məhkəməsində İsmayılın 4 il həbs müddəti bir il azaldılmış və 3 il müddətinə cəza təyin edilmişdir. İşə həmin vaxt Şirvan Apelliyasiya Məhkəməsinin hakimi Kamil Bəşirov baxırmış, sonra orada həmin qərardan prokuror protest vermiş, protestdə yenidən Ali Məhkəmədə baxılmalı olmuş, ona görə o, Əkbərə demişdir ki, prokuror həbsin azaldıldığı üçün protest vermişdir, əvvəlki hökmün qüvvədə saxlanılmasını tələb etmişdir. Ona görə ona göndərilən puldan 500 manat da Əkbərə əlavə vermişdir ki, İsmayılın həbsinin azaldılmasına köməklik göstərsin. Ona göndərilən puldan 4500 manat qalmışdır. Sonuncu dəfə isə o, Gündüzlə telefonla danışmış və işlə bağlı əlavə 2500 manat pul lazım olduğunu demiş və Gündüzdə həmin pulu Ələmdar vasitəsi ilə ona göndərəcəyini demişdir. 03 aprel 2023-cü il tarixdə o, Ələmdarla Şirvan şəhərində görüşmüş və ondan əlbəəl 2500 manat pul almışdır. Aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs4 dəymiş 8350 manat puldan ziyandan 4500 manat ödəniş etmiş, 4000 manat ödənilməmiş qalmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 bildirdi ki, oğlu X21 Ağır Cinayətlər Məhkəməsində 8 il azadlıqdan məhrum edilmişdir. Əlizadə həbs edildikdən sonra o, Şirvan şəhər sakini kimi Təqsirləndirilən şəxs tanımışdır. Ravil qardaşı Mehdi ilə yaxın dost olmuş, o, da eşitmşdir ki, Ravil məhkəmədə böyük nüfuz sahibidir. Təxminən 2020-ci ilin noyabr ayında o, evdə olduğu zaman Mehdi ona zəng vuraraq, Ravillə evinə gələcəyini söyləmişdir. Hər ikisi- Mehdi ilə Ravil yaşadığı evə gəlmişdir. Ravil ona övladı Əlizadənin cinayət işi ilə əlaqədar suallar verməyə başlamış, sonra isə ona Əlizadəyə Şirvan Apelyasiya Məhkəməsində bəraət verdirəcəyini və yaxud da oğluna verilmiş həbsin müddətini 4 ilə saldıracağını bildirmişdir. O da, Ravillə razılaşmış, lakin Ravil ona məhkəmə prosesləri üçün hakimə 6 min manat pul verməli olduğunu söyləmişdir. O, oğlu Əlizadənin maşınını sataraq, bundan əlavə bank krediti götürərək həmin 2020-ci ilin noyabr ayında qardaşı Mehdinin evində Ravilla görüşmüşdür. Həmin vaxtda o, Ravila qardaşı Mehdinin ailəsinin yanında 6000 manat pul vermişdir. Ravil pulu aldıqdan sonra qısa müddətdə övladını həbsdən çıxardacağını bildirmişdir. Həmin vaxtdan da bəri Ravillə dəfələrlə əlaqə saxlamış, hər dəfəsində isə Ravil ona müxtəlif bəhanələr gətirərək, qısa zamanda məsələnin həllini ona demişdir. Bundan sonra o aldadıldığını başa düşmüşdür. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs3 məhkəmə bildirişi verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını,ona dəymiş maddi ziyanın tam olaraq ödənilməsini, ona qarşı heç bir şikayətinin, iddiasının və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 bildirdi ki , oğlu X6 oğurluq cinayəti törətdiyi üçün 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Oğlu həbs olunduğu üçün o onun həbsdən çıxarmaq üçün adamlar axtamağa başlamışdır. Onunla bir yerdə yaşayan böyük oğlu Şahid1 İmişli rayonu Qaragüvəndikli kəndinə işi ilə əlaqədar olarkən orada həmin kəndin Bələdiyyə sədri Ələmdar adlı şəxslə tanış olmuş, oğlu orada Azər işığın isçisi olduğundan həmin ərazidə aparıcı mühəndis kimi çalışmışdır. Ələmdarı da həmin kənddə görmüşdür. Ələmdar oğlu Gündüzün bikef halda olmasını soruşduqda o, bildirmişdir ki, qardaşı İsmayıl həbsdədir, İsmayılı həbsdən azad etmək üçün adam axtarır. Həmin vaxt Ələmdar ona bildirmişdir ki, onun Şirvan şəhərində bir tanışı vardır, həmin şəxsin Şirvan Apelyasiya Məhkəməsində tanışları vardır, orada vəkil kimi çalışır. O, istəsə qardaşını həbsdən çıxarda bilər. İmişli rayon məhkəməsinin oğlu barəsində olan hökmündən qüvvəyə minməmişdən əvvəl oğlunun əvvəlki vəkili hökmdən apellyasiya şikayəti etmiș, Şirvan Apelyasiya Məhkəməsində işə baxılarkən onun cəzasından 1 il azadılmış və 3 il saxlanılmışdır. l il həbs müddəti azaldıldığı üçün Şirvan Apelyasiya Məhkəməsinin prokuror tərətindən protest verilmiş, işə təkrar Ali məhkəmədə baxılacaqdır. 29 mart 2022-ci ildə Ələmdar oğlu Gündüzlə telefonla danışıb həmin şəxsin, yəni Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələcəyini demişdir. Oğlu Gündüzdə onlarla İmişli rayon Bəhrəmtəpə qəsəbəsində kafelərdən birində oturub söhbət etmişlər. Orada Ravil özünü Şirvan Apellyasiya Məhkəməsinin vəkili kimi təqdim etmiş, o, bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinə gedib işlə tanış olandan sonra Gündüzə bir söz deyəcəkdir. Həmin gün axşam Ələmdar oğlu Gündüzə zəng vurub demişdir ki, “valideyini götür gəl bizə”. Gündüz də onu götürüb Ələmdarın evinə axşam saat 22 radələrində aparmış, Ələmdarı orada o, ilk dəfə idi ki, görmüşdür. Ələmdar onlara demişdir ki, Ravil məhkəmədə olub işlə maraqlanıb, İsmayılın həbsdən azad olması üçün məhkəmə hakimləri ilə razılaşıb, onlara verməkdən ötrü 8500 manat pul istəmişdir. O, Ələmdara demişdir ki, onlar həmin şəxsi tanımamış, ona necə bu qədər pulu verə bilərlər, Ələmdar demişdir ki, “ortada mən varam”. “Pulunuzdan l qəpik də oyan buyan ola bilməz, mən cavabdehəm. Əgər uşağınızı çıxarmasa pulu məndən alarsız və mən pulunuzu sizə geri qaytaracaqam”. O, Ələmdara sözlərinə inanıb Ravillə razılaşmış, Ələmdar onları Ravillə görüntülü danışdırmış, o, da Ələmdarın dediklərini bir daha telefonda onlara demiş, oğluna demişdir ki, “şəxsiyyət vəsiqəni götür gəl, səninlə müqavilə bağlanacaqdır və əvvəlki vəkilindən imtina et, sənədləri al gətir ver mənə”, oğlu Zaurla Hacıqabulda görüşmüş, sənədləri ondan almış, Ravillə Şirvan Apelyasiya məhkəməsinin qarşısında görüşmüş, həmin sənədləri ona təqdim etmişdir. Ravil pulu onun "xxxx" ASC-yə aid 5261 6333 3619 3611 kartına göndərməyi oğluna tapşırmışdır. Oğlu İmişli rayona gəldikdən sonra evdən 6000 (altı min) manat pulu götürüb iki dəfə , yəni 5000 manat və 1000 manat olmaqla Ravilin həmin kart hesabına terminaldan göndərmişdir. Yerdə qalan 2500 manat pulu həmin gün evdə olmadığından göndərə bilməmişlər. 3 gün sonra Ələmdar demişdir ki, Şirvana gedəcəkdir, Ravillə görüşəcəkdir, onlarda 2500 manat borca pul tapıb Ələmdara vermişlər ki, aparıb Ravilə çatdırsın. Sonradan Ravil məhkəmə proseslərində oğlu Gündüzə heç bir kömək etməmiş, pulunu da Təqsirləndirilən şəxs geri ala bilməmişdir. Lakin Ələmdardan verdikləri pulu geri istədikdə Ələmdar ona Ravilə çatdırmaq üçün verdikləri 2500 manat geri qaytarmışdır. Qalan pulu Ravildən gedib ala bilməmişlər. Sonradan bilmişdir ki, Ravil heç də vəkil kimi çalışmır. Ravil ondan aldığı 8500 manat puldan 1000 manatını Bakı şəhərində vəkil kimi çalışan Əkbər Yusif oğluna vermiş, oğlu üçün vəkil tutmuş, Ravil pulu almazdan əvvəl Əkbər Yusif oğlu da Hacıqabul rayonuna gələrək, Qədri-Xum restoranında 31 mart 2022-ci ildə müqavilə bağlamışdır. Ravil Əkbəri oğlu üçün vəkil tutmuşdur. Şirvanda məhkəmədə bir il proses davam etmişdir. Ali Məhkəmədə prokurorun protesti əsasında işə baxılarkən yenidən müqavilə bağlanmasını tələb etmiş, 13 fevral 2023-cü ildə oğlu İsmayılın müdafiəçi olmaqdan ötrü Əkbərlə yenidən müqavilə bağlanmışdır. Qalan pulu isə Ravil özü mənimsəmişdir. Oğluna isə heç bir kömək etməmişdir. Əkbər isə Apelyasiyaya şikayət edərək oğlunun həbs müddətinin 1 il azaldılmasına nail olmuşdır. Ali Məhkəmədə Şirvan Apelyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Əkbər Ravildən ilk dəfə oğlu Gündüzlə aralarında müqavilə bağlanarkən 1000 manat pul almasını onlara bildirmişdir. Başqa heç bir pul almadığını demişdir. Ona dəymiş 8500 manat ziyandan 3000 manat pul ödənilmişdir. Vəkilə müqavilə haqqı olaraq verilmiş 1000 manat pulu tələb etmir. Ona 4500 manat ödənilməmiş pul qalmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs5 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək ona dəymiş zərərin tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir iddiasının və tələbinin olmamasını bildirdiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, oğlu X11 barəsində Sabirabad rayon prokurorluğunda AR CM-nin 149 və 157-ci maddələri ilə istintaqı aparılan cinayət işi üzrə istintaq aparılmış, istintaq zamanı oğlu Elvin Eyvazov barəsində məhkəmə tərəfindən 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Onlarda oğlu Elvinin həbsdən azad edilməsi üçün kimisə tapmaq qərarına gəlmişlər. Bunun üçün tanışlarından bu barədə maraqlanmışlar. Həmin vaxt o, tanışlarından və qohumlarından bu barədə soruşanda, bildirmişlər ki, onlarla bir rayonda yaşayan Hamil adlı şəxs bu işi həll edə bilər. Bundan sonra onlar Hamili tapmışlar. Həmin vaxt Hamil onlara demişdir ki, o onun oğlu Elvinin işin həll edə bilər, onun Şirvan şəhərində tanışı Ravil adlı şəxs var. Sonra Hamil ona demişdir ki, o bu barədə Ravillə danışıb, onlara deyəcəkdir. Növbəti gün, yəni 23 fevral 2021-ci il tarixdə Hamil ona zəng edərək, işin 4000 manat pula həll olacağını bildirmiş, ona demişdir ki, 4000 manat pulu özü ilə götürməyini, Şirvan şəhərinə Apelyasiya Məhkəməsinin qarşısına getməyini bildirmişdir. Onlarda, yəni o, Hilal və Rəqail birlikdə Şirvan şəhərinə gəlmişlər. Həmin vaxt onlar Apelyasiya Məhkəməsinin qarşısına gəlmişlər. Orada Ravillə görüşmüşlər. Onlar Ravillə görüşəndən sonra sonuncuya əlbəəl 4000 manat pulu vermişdir. Ravildə pulu ondan alıb orada bir başa məhkəmənin binasına daxil olmuşdur. Təxminən 20 dəqiqə sonra Ravil geri qayıdaraq, əlavə 3000 manat lazım olmasını, lakin pulu 2000 manata endirdiyini bildirmiş və demişdir ki, Elvinin işinin həll olması üçün ümumilikdə 6000 manat pul lazımdır. O da, məcbur qaldığından Ravillə razılaşmışdır. Bundan sonra o, Sabirabad rayonuna evinə zəng edərək, nəvəsi Tehmirlə danışmış və ona demişdir ki, 2000 manat pulu evdən götürsün və pulu Hamilə versin. Hamil pulu Şirvan şəhərinə gətirəcəkdir. Təxminən 1 saat sonra Hamil onların yanlarına gəlmişdir. 2000 manat pulu ona vermişdir. Sonra o, həmin 2000 manat pulu 4000 manat pulun üzərinə qoyub, Ravilə 1200 ABŞ dolları və 3960 manat, ümumilikdə 6000 manat pulu Ravilə vermişdir. Sonra Ravil bir başa onların yanlarından məhkəmə binasına girmişdir. Onlarda oradan uzaqlaşmışlar və Sabirabad rayonuna yola düşmüşlər. Bir neçə gün sonra oğlu Elvinin müdafiəçisi Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti vermiş, lakin apelyasiya məhkəməsi şikayəti təmin etməmişdir. Onlarda bu barədə Ravildən soruşan zaman sonuncu ona dəfələrlə yalan vədlər verərək, oğlu Elvinin işinin həll edəcəyini demiş, lakin Ravildən heç bir xəbər olmamışdır. O da, Ravilin dələduzluq etməsini bilmiş, lakin səhhətində problemlər olduğu üçün Ravil barəsində qohumların Hilal və Rəqail şikayət etmişlər. İndiyədək Ravil tərəfindən alınan 6000 manat pulun 1500 manatı qaytarılmış, qalan 4500 manat pul isə qaytarılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, ərizə göndərərək ona dəymiş zərərin tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir iddiasının və tələbinin olmamasını bildirdiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2-3 ildir tanıyır. Ravil Şirvan şəhərində yaşayır, onun əvvəlki müddətdə ayrı-ayrı şəxslərə hüquqi işlərdə köməklik göstərməsini eşitmiş, 2023-cü il yanvarın 13-də atası X1 rayon prokurorluğunun müstəntiqi Ceyhun Quliyev tərəfindən azyaşlı Sevinc Abdullayevaya qarşı törətdiyi seksual xarakterli zorakılıq hərəkətləri ilə bağlı tutulmuş, 2023-cü il yanvarın 14-də o, əmisi Akif Süleymanov ilə birlikdə Şirvan şəhərinə gedib Ravil ilə görüşmüşlər. Ravilə atasının Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulduğunu demişlər və onlara kömək etməsini xahiş etmişlər. Ravil isə problem olmadığını, atasını azadlığa çıxara biləcəyini demişdir. Bundan sonra Ravil mobil telefonda kiməsə zəng etçiş və danışdı. Telefonu söndürdükdən sonra Ravil atasının azadlığa çıxması üçün 4000 manat pul lazım olduğunu demiş, o da evdə 2000 manat pulunun olduğunu dedikdə qərara gəlmişlər ki, yaşadığı evə gedib həmin pulu götürək və daha sonra birlikdə Salyan rayon prokurorluğuna getsinlər. Bundan başqa, razılığa gəlmişlər ki, atası azadlığa çıxdığı gün o, qalan 2000 manat pulu da verəcəkdir. Bundan sonra Ravilin idarə etdiyi ağ rəngli "Chevrolet" markalı avtomobil ile Salyan rayonu Qaraçala qəsəbəsinə onun yaşadığı evə getmişlər. Evdən 2000 manat pulu götürüb yenidən Salyan rayon prokurorluğuna getmək üçün yola çıxmışlar. Yolda gəldikləri vaxt Salyan rayonu Qarabağlı kəndi ərazisində o, avtomobilin içində 2000 manat pulu sayaraq Ravilə vermişdir. Ravil həmin pulu kağıza büküb cibinə qoymuşdur. Saat 12 radələrində Salyan rayon prokurorluğunun qarşısına gəlmişlər. Orada Ravil ona və əmisi Akifə avtomobildə gözləmələrini, müstəntiqlə görüşüb qayıdacağını demişdir. Bundan sonra Ravil prokurorluğun binasına daxil olmuş, Ravil prokurorluqda konkret olaraq haraya getdiyini və yaxud kimin otağına daxil olduğunu görməmişlər. Təxminən yarım saat sonra Ravil prokurorluğun binasından çıxaraq onların yanlarına gəlmiş, Ravil müstəntiq Ceyhun Quliyevlə görüşüb söhbət etdiyini, 2000 manat pulu müstəntiq Ceyhun Quliyevə verdiyini, işin həll olunduğunu demişdir. Ravilin deməsinə görə atası növbəti həftənin bazar ertəsi, yəni yanvarın 16-da azadlığa çıxacaqdır. Bundan sonra Ravilin idarə etdiyi avtomobil ilə Salyan rayonu Qaraçala qəsəbəsinə onun yaşadığı evə getmişlər. Əmisi Akif ilə birlikdə avtomobildən düşdükdən sonra Ravil çıxıb getmişdir. Yanvarın 16-da səhər saatlarında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları onunla əlaqə saxlayaraq atası Abbasın Bakı İstintaq Təcridxanasına etap olunacağını və atası üçün geyim getirməyini demişlər. O, dərhal Ravilə zəng edib nə baş verdiyini soruşmuş, Ravil isə evdə gözləməyini demiş, təxminən yarım saat sonra Ravil idarə etdiyi avtomobil ilə onun yaşadığı evə gəlmiş, o, avtomobilə əyləşdikdən sonra birlikdə yenidən Salyan rayon prokurorluğunun qarşısına gəlmişlər. Ravil ona avtomobildə gözləməyini demiş və avtomobildən düşüb prokurorluğun binasına daxil olmuş, o, yenə də Ravilin prokurorluqda konkret olaraq haraya getdiyini yaxud kimin otağına daxil olduğunu görməmişdir. Bir müddət sonra geri qayıdaraq atası Abbas barəsində həbs qətimkan tədbirinin seçildiyini demiş, o, Ravildən pulu qaytamasını istədikdə o, pulun müstəntiq Ceyhun Quliyevdə olduğunu və müstəntiqin başının həmin vaxt qarışıq olduğunu, pulu daha sonra qaytaracağını demişdir. Bundan sonra Ravil tanışı olan vəkillə mobil telefonda danışmış və onunla görüşmək üçün Bakı şəhərinə getmişlər. Bakı şəhərində Ravil ilə birlikdə tanımadığı 3 vəkillə görüşüb söhbət etmişlər. Onlar hər üçün atasının cezasını azalda biləcəklərini, lakin azadlığa çıxa bilməyəcəyini demişlər. Daha sonra onlar Salyan rayonuna qayıtmışlar. Növbəti gün, əmisi Akifin tanışı olan vəkil Namiq Hacıyevlə müqavilə bağlamışlar. Həmin gün Ravil ilə əlaqə saxlayıb pulu soruşduqda Ravil pulun müstəntiq Ceyhun Quliyevdə olduğunu, pulu aldığı vaxt onlara qaytaracağını demişdir. Sonrakı günlərdə Ravil ilə her gün mobil telefonda danışmışlar, Ravil 2-3 ərzində pulu qayataracağını deyib, müxtəlif bəhanələrlə vaxt uzatmışdır. Sonrakı müddətdə Ravil telefon zənglərinə cavab vermədiyi üçün təxminən 1 ay sonra o, Şirvan şəhərinə getmişdir. Orada Ravil ilə görüşdüyü vaxt o yenə də pulun müstəntiq Ceyhun Quliyevdə olduğunu, buna görə pulu onlara qaytara bilmədiyini demişdir. Təxminən 2-3 gün sonra Ravil onun yaşadığı evə gəlmiş və əmisi Akifə 1000 manat pul qaytarmış, Ravil qalan 1000 manat pulun da müstəntiq Ceyhun Quliyevdə olduğunu, 2- 3 gün ərzində qaytaracağını demişdir. Lakin sonrakı günlərdə də Ravil yenə müxtəlif bəhanələr işlətməyə başlamış, hətta telefon zənglərinə cavab verməmişdir. Hazırki müddətə qədər də Ravil ona 1000 manat pulu qaytarmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs1 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, ərizə göndərərək ona dəymiş zərərin tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir iddiasının və tələbinin olmamasını bildirdiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, onun uzun müddətdir ki, Şirvan şəhərində bərbər işləyən Coşqun adlı şəxslə münasibəti vardır. 2023-cü ilin fevral ayının əvvəllərində Coşqunun işlədiyi bərbərxanada saçını kəsdirən zaman o, Coşquna həyat yoldaşı X5 Sabirabad rayonu, Azadkənd kəndində yerləşən tam orta məktəbdə ibtidai sinif müəllimi işlədiyini və onu Şirvan şəhərində yerləşən məktəblərin birinə köçürmək istədiyini demiş, Coşqun ona Şirvan şəhərində yaşayan Təqsirləndirilən şəxs məhz həmin işi görə biləcəyini demişdir. O, Coşqundan Ravilə zəng etməsini və xahiş etməsini demişdir. Coşqun da Ravilə zəng edərək məsələni ona izah etmiş, bundan sonra 2023cü ilin fevral ayının 17-də o, Ravil ilə Coşqunun bərbərxanasının yanında görüşmüşlər. Coşqun da həmin vaxt onların yanlarında olmuş, o, üzbəüz Ravilə həyat yoldaşı X5 Sabirabad rayonu, Azadkənd kəndində yerləşən tam orta məktəbdə ibtidai sinif müəllimi işlədiyini və onu Şirvan şəhərində yerləşən məktəblərin birinə köçürmək istədiyini demişdir. Ravil bunun mümkün olduğunu və onun həyat yoldaşı Ülviyyə Hacıyevanı 5000 (beş min) manat müqabilində Şirvan şəhərində yerləşən 18 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi kimi köçürə biləcəyini demişdir. O, Ravilə inanaraq onunla razılaşmışdır. Lakin o, Ravilə ilkin olaraq ona 2000 (iki min) manat verə biləcəyini qalan 3000 (üç min) manatı isə iş düzəldikdən sonra verəcəyini bildirmişdir. Ravil onunla razılaşmış və ondan özünün, yoldaşının, övladlarının şəxsiyyət vəsiqəsini, nikah haqqında şəhadətnaməni və yoldaşının diplomunu istəmiş, o, Ravillə sövdələşib razılaşdıqdan sonra evə getmişdir. Evdən Ravilin qeyd etdiyi sənədləri və 2000 (iki min) manat pulu götürüb geri qayıtmışdır. 2023-cü ilin fevral ayının 17-də saat təxminən 16:30 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən Coşqunun işlətdiyi bərbərxananın içərisində Coşqunun yanında Ravilə 2000 (iki min) manat pul vermişdir. Pulu verən zaman Ravil təxminən 15-20 gün ərzində həyat yoldaşını Şirvan şəhərində yerləşən 18 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi kimi köçürəcəyinə dair vəd vermişdir. Bir neçə ay müddətində o. Ravillə “whatsapp” vasitəsilə danışmışdır. Ravil ona işini düzəldəcəyini, düzəlmədiyi təqdirdə isə pulunu qaytaracağına dair səslər atmışdır. Bir müddət sonra isə Ravil onun mobil zənglərinə cavab verməmişdir. Bir neçə ay keçdikdən sonra isə o, Ravilin onu aldatdığını və Ravilin ondan başqa da bir neçə nəfəri aldadaraq pul aldığını bilib bu barədə Şirvan ŞPŞ-yə ərizə ilə müraciət etmişdir. Bundan başqa o bildirmişdir ki, həyat yoldaşı Ülviyyə Hacıyevanın onun onu Şirvan şəhərində yerləşən 18 nömrəli tam orta məktəbə köçürmək istədiyindən və bunun üçün Ravilə 2000 (iki min) manat verməyindən xəbəri olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, tanışı Ələmdarla qardaşının həbs olunması barədə danışmış, Ələmdar ona bildirmişdir onun Şirvan şəhərində bir tanışı vardır, həmin şəxsin Şirvan Apelyasiya Məhkəməsində tanışları vardır, orada vəkil kimi çalışır, o, istəsə qardaşını həbsdən çıxarda bilər. 29 mart 2022-ci ildə Ələmdar oğlu Gündüzlə telefonla danışıb danışmış, daha sonra onlarla İmişli rayon Bəhrəmtəpə qəsəbəsində kafelərdən birində oturub söhbət etmişlər. Orada Ravil özünü Şirvan Apelyasiya Məhkəməsində hakimin yaxın adamı kimi təqdim etmişdir. Həmin gün axşam saat 22 radələrində Ələmdarın yaşadığı evinə getmiş, Ələmdar onlara demişdir ki, Ravil məhkəmədə olub işlə maraqlanıb, İsmayılın həbsdən azad olması üçün məhkəmə hakimləri ilə razılaşıb, onlara verməkdən ötrü 8500 manat pul istəmişdir. Onlar Ravillə razılaşmış, Ələmdar onları Ravillə görüntülü danışmış, o, da Ələmdarın dediklərini bir daha telefonda onlara demişdir. Ravil pulu onun "xxxx" ASC-yə aid 5261 6333 3619 3611 kartına göndərməyi ona tapşırmışdır. O, İmişli rayona gəldikdən sonra evdən 6000 (altı min) manat pulu 31 mart 2022-ci ildə 5000 manat və 1000 manat olmaqla 6000 manatı Təqsirləndirilən şəxs məxsus karta göndərmişdir. Yerdə qalan 2500 manat pulu həmin gün evdə olmadığından göndərə bilməmişlər. 3 gün sonra Ələmdar demişdir ki, Şirvana gedəcəkdir, Ravillə görüşəcəkdir, onlarda 2500 manat borca pul tapıb Ələmdara vermişlər ki, aparıb Ravilə çatdırsın. Sonradan Ravil məhkəmə proseslərində Gündüzə heç bir kömək etməmiş, pulu da Təqsirləndirilən şəxs geri ala bilməmişlər. Lakin Ələmdardan verdikləri pulu geri istədikdə Ələmdar ona Ravilə çatdırmaq üçün verdikləri 2500 manat geri qaytarmışdır. Ümumlikdə Ravilə verilmiş 8500 manat puldan 2500 manat Ələmdar onlara qaytarmış, 1000 manat vəkilə verilmiş, 500 manat isə karta atılmış, 4500 manat ödənilməmiş pul qalmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5 göstərdi ki, Sabirabad rayon prokurorluğunda AR CM-nin 149 və 157-ci maddələri ilə istintaqı aparılan cinayət işi üzrə istintaq aparılmış, istintaq zamanı Elvin Eyvazov barəsində məhkəmə tərəfindən 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.O, Elvinin atasına bildirmişdir ki, tanışı Ravil adlı şəxs Elvinin işin həll edə bilər. Sonra Hamil ona demişdir ki, o bu barədə Ravillə danışıb, onlara deyəcəkdir. 23 fevral 2021-ci il tarixdə Hamil zəng edərək, işin 4000 manat pula həll olacağını bildirmiş, ona demişdir ki, 4000 manat pulu özü ilə götürməyini, Şirvan şəhərinə Apelyasiya Məhkəməsinin qarşısına getməyini bildirmiş, o, Hilal və Rəqail ilə birlikdə Şirvan şəhərinə, Apellyasiya Məhkəməsinin qarşısına gəlmiş, orada Ravillə görüşmüşlər. Onlar Ravillə görüşəndən sonra sonuncuya əlbəəl 4000 manat pulu vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şahid X2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş X7 ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şahid2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq , işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şahid3 Hacımayıl oğluna məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Şahid3 Hacımayıl oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq , işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 Hacımayıl oğlu ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şahid6 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq , işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid6 ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şahid7 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Şahid7 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq , işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid7 ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işinin icraata qəbul edilib iş üzrə istintaqın davam etdirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və istintaq ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsinin CAB-də 260746/23 nömrəli axtarış işi açılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində tutularaq Şirvan şəhər Polis Şöbəsinin İB-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 15.20-də Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılaraq saat 17:10-da Salyan rayon Polis Şöbəsinə gətirilmiş və barəsində müvafiq sənədləşmə aparıldıqdan sonra rayon Polis Şöbəsinin MSY-nə yerləşdirillmişdir. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 178.1, 178.2.2-ci və 178.2.4-cü maddələrindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və istintaq ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşməklə istintaq ********* nömrə altında aparılması və cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.4-cü və 320.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulmasına dair” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozan şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22.30-da müdafiəçinin iştirakı ilə tutulmuşdur. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.4-cü və 320.1-ci maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında ” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X31 “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X29 xx.xx.2023-cü il tarixli , 18-1-3/2-2994/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası İİ Hemodializ şöbəsində “ N18.5-XBX V mərhələ, E112.-diabetik nefropaiya, D63.8-Renal anemiya, Z49.1- proqramlı hemodializ, İ11.2-Nefrogen hipertenziya” diaqnozları ilə həftədə 3 dəfə 4 saatlıq hemodializ seansları alır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və onun dərhal saxlanıldığı X13 azad edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi və ********* nömrəli cinayət işi ilə bir icraatda birləşməklə istintaq ********* nömrə altında aparılması və cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.4-cü və 320.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. “Şirvan şəhər mərkəzi xəstəxanası” X29 xx.xx.2023-cü il tarixli, 18-1-35/2- 751/2023 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 537 nömrəli xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Şirvan -X14 xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Şirvan-Salyan (şirvan,Hacıqabul) Regional filialından Orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə müəyyən edilmiş şəxslərə təyin olunan sosial müavinət və təqaüd alır . Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinə şikayət etmişdir. Şikayətini geri götürür, ona qarşı heç bir iddiası , şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış,ona dəymiş maddi ziyan 2000 (iki min) manat Ravil tərəfindən tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 Rusiya Federasiyasından məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona dəymiş zərər tam ödənilmişdir. Ona qarşı heç bir iddiası və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış,ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəmə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ondan şikayətçidir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1968-ci ildə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Hacıqabul şəhəri M.P.Vaqif küçəsi ev 42 qeydiyyatda olan,ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi,qərarın icrasının Şirvan şəhər Polis şöbəsinə həvalə edilməsi, qərarın icrasına nəzarət edilməsi üçün surəti prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər Prokurorluğuna göndərilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs tapılanadək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-111/2-33119/24 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli 1(032)-64/2024 nömrəli cinayət işi üzrə verilmiş axtarış qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2024-cü il tarixdə Şirvan ŞPŞ-nin CABda 261283/24 nömrəli axtarış işi açılmış xx.xx.1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhər M.F.Axundov küçəsi ev 42-də qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri ərazisində yeri müəyyən edilərək tutulmuş və Şirvan şəhər PŞnin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində açılmış 261283/24 nömrəli axtarış işinə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Müalicə Müəssisəsinin xx.xx.2025-ci il tarixli , 20-04/147 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs, 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı istintaq təcridxanasından təcili qaydada Müalicə müəssisəsinə köçürülmüşdür. Anamnezindən məlum olur ki, Təqsirləndirilən şəxs 2022-ci ildən Akademik Mirqasımov adına Respublika klinik xəstəxanası X31 İl hemodializ şöbəsinə proqramlı hemodializ qəbul edirmiş. O, kliniki, laborator, insturumental müayinələrdən keçirilmiş, ixtisaslı həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə “Xroniki böyrək xəstəliyi V mərhələ. Proqramlı hemodializ. Hipertoniya xəstəliyi İİ dərəcə. Renal anemiya. AKŞ cərrahı əməliyyatından sonrakı vəziyyət. İnsulin tələbli şəkərli diabet İl tip” diaqnozu müəyyən edilmişdir. Xəstə xx.xx.2024-cü il tarixdən (həftənin 1-İİ-V günləri) saat 12:00da Akademik Mirqasımov adına Respublika klinik xəstəxanası X31 İİ hemodializ şöbəsinə proqramlı hemodializ alması məqsədi aparılır. Hazırda xəstəyə tibbi tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.2-ci və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrinin tərkibini təşkil edir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 vurulmuş maddi ziyanı ödəməklə dəymiş ziyanın qismən ödənilməsini CM-nin 59.1.14-cü maddəsinə, orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə (İ qrup) əlilliyi müəyyən edilmiş şəxs olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə 01 (bir) gün, xx.xx.2023-cü il tarixdə 01 (bir) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi 03 (üç) gün şübhəli şəxs qismində tutulmuş, Şirvan şəhər Məhəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək axtarışı elan edilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuşdur . Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən həmin hal nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMin 178.2.2-ci və 178.2.4-cü maddləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 dəymiş maddi ziyanın ödənilməsi nəzə alınmalı, digər Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023cü il tarixdə 01 (bir) gün, xx.xx.2023-cü il tarixdə 01 (bir) gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi 03 (üç) gün şübhəli şəxs qismində həbsdə olduğu cəmi 05 (beş) gün təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq ona 02 (iki) il 05 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 dəymiş maddi ziyanın ödənilməsi nəzə alınsın. İş üzrə Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın . Cinayət işinə əlavə edilmiş bir ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-2/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-2/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver