Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-202/2023 04.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:35-də Şirvan şəhəri Şirvan şəhər Məhkəməsinin hakimi X14 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Yardımlı rayonu, Dağüzü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 126.2.2, 126.2.4, 221.3,66.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən xx.xx.2013-cü il tarixli hökm dəyişdirilib AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissəsi və CM-nin 66.3-cü maddəsi xaric edilib Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4-cü maddələri ilə 03 il 04 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,679 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, Xanlar küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,679 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, 10 iyun 2023-cü il tarixdə səhər saatlarında ünvan 2 ünvanında, yaşadığı evin qapısının qarşısında dayanmışdır. Həmin vaxt atasının yas mərasimi idi. Bu zaman Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid1 avtomobili saxlayıb, ondan bir nəfər şəxsi soruşmuş, o isə onlara həmin şəxsi tanımadığını bildirmişdir. Onlar həmin şəxs barədə məlumat verməsini təkid etmişlər, o isə bir daha həmin şəxsi tanımadığını bildirmişdir. Bundan sonra onu öz avtomobillərinə mindirib polis şöbəsinə aparmışlar. Polis şöbəsində ikinci mərtəbədə onu döyərək, üzərinə narkotik vasitə yerləşdirmişlər. Videoçəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirməsini tələb etmişlər. Bir neçə dəfə etiraz etmiş, razılaşmamış, lakin, onu yenə döymüşlər. O məcbur olub həmin narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Bu barədə nə müdafiəçiyə məlumat vermiş, nə də başqa yerlərə şikayət etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə ifadəsini qəbul etmir və bildirir ki, təqsirləndirilən şəxsin ifadəsi işin hallarına uyğun gəlmir və özünümüdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə, ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq olunan, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, ünvan 3 ünvanda ailə üzüvləri ilə birlikdə yaşayır, hal-hazırda heç bir yerdə işləmir. Heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. Qeyd etmişdir ki, o, bir müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saat 11 radələrində yaşadığı Şirvan şəhəri, Xanlar küçəsində piyada hərəkət edən zaman yolun kənarında 1 sellofan büküm onun diqqətini çəkmişdir. O, yaxınlaşaraq həmin bükümü yerdən götürmüş və həmin bükümün içini açıb baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görüb, istifadə etmək məqsədilə həmin bükümü əynində olan boz rəngli cin şalvarın sağ yan cibinə qoyaraq üzərində saxlamışdır ki, münasib bir vaxtda istifadə edər. xx.xx.2023-cü il tarixdə 12:30 radələrində Şirvan şəhəri, Xanlar küçəsində hərəkətdə olarkən Şirvan ŞPŞ-nin mülki geyimli əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış və baxış aparılmasında ötəri onu polis şöbəsinə dəvət etmişlər. Oda buna etiraz etməmiş və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər keçdikdən sonra vəkil Salman Fərəcov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman o, üzərində 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olduğunu bildirib, sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükülüdə olan narkotik vasitə heroini və şalvarının sol yan cibindən nokia markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. X15 tərəfindən təqdim etdiyi narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkildikdə 0,72 qram olması müəyyən edilmişdir. Daha sonra təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırılmış, sonra protokol tərtib olundqdan sonra oda bütün iştirakçılar kimi protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şirvan şəhər polis şöbəsinin cinayət axtarış bölməsinin, baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhəri, Xanlar küçəsi, döngə 4 ev 25-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi etməsi və satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid2 və TB-nin baş təhqiqatçısı X7 ibarət əməliyyat qrupu yaradıldıqdan sonra əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Xanlar qəsəbəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs hərəkətdə olmasını görüb sonuncuya yaxınlaşıb və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi etməsi və satışı ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində baş X15 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olduğunu bildirib, ilkin olaraq əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu təqdim etmiş və daha sonra əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümündə narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Ayxan Cəlilov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkildikdə 0,72 qram olması müəyyən edildikdən sonra, verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 10 iyun 2023-cü il tarixdə Xanlar küçəsində yolun kənarından tapdığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şirvan şəhər Polis şöbəsinə gətirilərkən və orada olarkən ona qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir, 10 iyun 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı küçədən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan əlavə, müdafiəçi X9 ona hər hansı fiziki zorakılıq tətbiq edilib-edilməsinə dair Təqsirləndirilən şəxs sual verir, sonuncu ona heç bir fiziki zorakılıq tətbiq edilmədiyini bildirir. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə, saat 13.00-də şübhəli şəxs qismində tutulmuş, 11 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan İşə əlavə edilmiş tələbnamədən və məhkəmə hökm və qərarlarından görünür ki, Nəciyev X8 Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 126.2.2, 126.2.4, 221.3,66.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökm dəyişdirmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin cinayət kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli qərar ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində baxılmasına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilib, cinayət əməli CM-nin 29, 120.2.2, 29,120.2.3, 29, 120.2.7, 29, 120.2.10-cu maddələrindən CM-nin 131.2-ci maddəsinə tövsif edilrək 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həbsdə saxlama müddəti nəzərə alınaraq azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin cinayət kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli qərar ləğv edilərək, cinayət işi yenidən apellyasiya məhkəməsinin baxışına göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs CMnin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar hökmdən xaic edilib, əməli CM-nin 131.2-ci maddəsinə tövsif edilib. AR CM-nin 75.1.1 maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib. xx.xx.2017-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən xx.xx.2013-cü il tarixli hökm dəyişdirilib AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissəsi və CMnin 66.3-cü maddəsi xaric edilib AR CM-nin 126.2.2, 126.2.4-cü maddələri ilə 03 il 04 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/618 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən ....” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi -0,679 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,679 qram, tədqiqata istifadə olundu-0,05 qram, qalıq-0,629 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3767 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllılıq sindiromu Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 iyul 2023-cü il tarixdə verilmiş 3751 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 iyul 2023-cü il tarixdə verilmiş 3751 saylı Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası”Publik Hüquqi şəxsin 30 iyun 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan 1989-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3 23 iyun 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 1 saylı X2 heç bir növ sosial müavinət pensiya və təqaüd almır. İş materiallarında olan Şirvan şəhər Prokurorluğunun 25 sentyabr 2023-cü il tarixli Qərarından (Cinayət işinin başlanmasının rədd edilməsi haqqında) görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı öz təsdiqini tapmadığından 25 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə iclasında təqsirləndirilən şəxs X11 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ona təzyiq edilməsini bildirsə də, məhkəmə, Təqsirləndirilən şəxs ifadəsinə qiymət verərək onu qəbul etmir, həmin ifadələr işin halları ilə təkzib olunur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətin residivinin olmasını, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X5 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,629 qram narkotik vasitə heroin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi 2 gün həbsdə saxlanılma müddəti təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq ona 01 il 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,629 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının 49 manat 74 qəpik miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-202/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-202/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver