Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-206/2023 13.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:55-də Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə2, zərərçəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1, təqsirləndirilən şəxsin müdafiəçisi vəkil Müdafiəçi2 və təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər 1) Şirvan şəhər Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 il 06 ay sınaq müddəti təyin edilməklə cəzası şərti hesab edilmiş, 2) Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək qəti olaraq üzərində 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, Şirvan şəhəri, Heydər Əliyev prospekti, ev 28A, 28-də yaşayan, həbsetmənin əvvəli 27 may 2023-cü il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Şirvan şəhəri, X4 küçəsində yerləşən Zərərçəkmiş şəxs2 adlı mağazada yerləşən Zərərçəkmiş şəxs1nə məxsus ödəmə terminalından oğurluq etmək qərarına gələrək, əvvəlcədən planlaşdırdığı kimi 25 may 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 adlı mağazanın yanına gəlib, özü ilə gətirdiyi mantirovka ilə mağazanın plastik materialdan olan giriş qapısını açıb, qanunsuz olaraq binaya daxil olmaqla, həmin mağazada olan Zərərçəkmiş şəxs1nə məxsus içərisində 5694 manat pul olan 02217 saylı ödəmə terminalının saxlanc yeri hesab edilən pul saxlanılan kassa hissəsini özü ilə gətirdiyi laqonda vasitəsilə kəsib, ödəmə terminalındakı pul saxlanılan kassanı, həmçinin Zərərçəkmiş şəxs2 adlı mağazada quraşdırılmış müşahidə kameralarının yaddaş qurğusu olan 208 manat dəyərində DVR qurğusunu və vitrində olan 01 ədəd 1 manat dəyərində «Glucose» adlı enerqetik içkini gizli olaraq talayıb, zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1nə xeyli miqdar təşkil edən 5694 manat məbləğində, Zərərçəkmiş şəxs2nə isə ümumilikdə 209 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, hadisədən 3 gün əvvəl Şirvan şəhərində yerləşən Qaçqın şəhərciyində olan “Al” marketdə quraşdırılmış ödəmə terminalını sındıraraq oradan pulları oğurlamaq qərarına gəlmişdir. Bu səbəbdən həmin gün şəhərciyə gələrək qeyd etdiyi “Al” marketə Bizon enerji içkisi almaq bəhanəsi ilə daxil olmuşdur. Marketə girməkdə isə niyyəti müşahidə aparmaq və həmin terminalın orada olub-olmamasına əmin olmaq olmuşdur. Bizon alarkən müşahidə etmişdir ki, həmin MilliÖn terminal vasitəsi marketdədir və fəaliyyət göstərir. Bizonu alıb marketdən çıxaraq marşrutla evə gəlmişdir. Evə gəldikdən sonra hadisəni etdiyi günə kimi özündə həmin marketə necə daxil olub orada olan terminal vasitəsindən necə pulu götürəcəyini planlaşdırmışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Şirvan şəhəri köhnə bazar deyilən ərazidə yerləşən inşaat materiallarının təmiri və kirayəsi dükanına gələrək oradan 5 manat pul verərək gündəlik işlətmək üçün kəsici alət olan laqonda aparatı kirayəyə götürmüşdür. Əvəzində isə ***-***-**-** saylı mobil nömrəsini məlumat üçün təqdim etmişdir. Laqondanı götürüb evlərinə aparmış və evdə laqondanın işlək vəziyyətdə olmasını yoxladıqda əmin olmuşdur ki, laqonda işləyir. Bundan sonra evdə olan atasına məxsus mantrovkanı (dəmir mismar çıxaran) və laqondanı sellofan paketə qoyub özü ilə götürərək evdən çıxmışdır. Həmin vaxt Şirvan şəhərində yerləşən Fizuli adına parka gələrək orada dayanıb havanın qaralmasını gözləmişdir. Saat təxminən 21 radələrində Fizuli parkından çıxaraq oğurluq edəcəyi yerə yaxın olduğunu fikirləşərək Şirvan şəhəri 20 saylı orta məktəbin həyətinə gəlmişdir. Təxminən bir saat məktəbin həyətində gözlədikdən sonra oğurluq edəcəyi mağazaya yaxınlaşmaq məqsədi ilə oradan çıxıb Qaçqın şəhərciyinə yaxın olan düzənlik yerə gəlmişdir. Düzənlikdə olarkən sellofan torbada gətirdiyi mantrovkanı çıxararaq orada torpaq yeri qazmış və fikirləşmişdir ki, oğurluq edəcəyi marketdən götürəcəyi nəzarət kamerasının yaddaş qurğusunu hadisəni etdikdən sonra gətirib qazdığı yerdə gizlədər. Orada təxminən 1 saat gözlədikdən sonra saata baxdıqda görmüşdür ki, saat 23:08-dir və dayandığı düzəngahlıqdan çıxaraq Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən “Al” marketin yaxınlığına gəlmişdir. Marketin ətrafını müşahidə etdikdən sonra tam əmin olmuşdur ki, ətrafda onu görən olmayacaq. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 01 radələrində “Al” marketin qarşısına gəlmişdir. Sellofanda özü ilə gətirdiyi mantrovka ilə marketin qarşısında olan plastik qapısını açmışdır. İçəri daxil olaraq marketin qapısını içəridən qıfılı ilə bağlamışdır. Marketdə olan kassa aparatına yaxınlığında divara bərkidilmiş mağazanın videogörüntüsünü özündə əks etdirən aparatı görüb onu elektrik cərəyanından ayıraraq kameralardan həmin yaddaş qurğusuna daxil olan kabelləri də ayıraraq qurğunu əlində olan sellofana qoymuşdur. Bundan sonra özü ilə gətirdiyi laqondanı sellofandan çıxarıb terminal vasitəsinin kabelini elektrik qutusundan ayıraraq həmin elektrik qutusuna laqondanın kabelini taxmışdır. Laqondanı işə salaraq “Miliön” aparatının qarşısında olan kassa hissəsini qoruyan dəmir kəmərini kəsmişdir. Sonra kassanın qapısını mantrovka ilə aralamış, aça bilmədiyi üçün kilidini laqonda ilə kəsmişdir. Kassanın qapısını açdıqdan sonra pulların yerləşdiyi plastik materialdan olan yeşiyi götürmüşdür. Pul yeşiyini və özü ilə gətirdiyi alətləri sellofana qoyub marketdən çıxmışdır. Marketdən çıxarkən vitrindən bir ədəd özü içməyə enerji içkisi olan “Clikoza” götürmüşdür. Marketdən çıxıb qapısını örtmüş və marketin sol tərəfində olan cığırdan istifadə edərək marketin arxa tərəfinə görünməyən yerə keçmişdir. Ətrafda heç kim olmadığına əmin olaraq sellofana qoyduğu pul yeşiyini çıxararaq əlində olan mantrovka ilə açarla bağlanan yerini qırıb içərisində olan pul əskinaslarını götürərək cibinə qoymuş və plastik pul yeşiyini orada olan dərəyə atmışdır. Bundan sonra əlində olan sellofan torbanı götürüb oradan ara küçələrlə uzaqlaşmışdır. Həmin küçədə hərəkətdə olarkən əlində olan sellofan torbadakı mantrovkanı çıxararaq tanımadığı sahibsiz həyətə hasardan içəri atmışdır. Sonra oğurluğa gəlməmişdən əvvəl olduğu düzəngahlığa gələrək marketdən götürdüyü kamera görüntülərinin yaddaş qurğusunu və bir cüt əlcəyi orada yer qazaraq gizlətmişdir. Əynində olan idman gödəkcəsinidə çıxarıb oraya atmışdır. Bundan sonra əlində olan sellofan torbanı yerə sərərək cibində olan pulları sellofanın üstünə tökərək saymağa başlamışdır. Pulları saydıqda görmüşdür ki, ümumilikdə 5694 manat pul vardır. Pulları cibinə qoyub özü ilə gətirdiyi sellofan torbada olan alətləri götürüb evə gəlmişdir. Gecə evdə yatıb tezdən qalxaraq laqondanı götürüb evdən çıxmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində kirayəyə götürdüyü laqondanı sahibinə təhvil vermək üçün həmin dükana gəlmişdir. Həmin dükan bağlı olduğundan yanında yerləşən tərəvəz mağazasında işləyən satıcıya təhvil verərək götürdüyü dükanın sahibinə verməsini xahiş etmişdir. Laqondanı verdikdən sonra köhnə bazar deyilən ərazidən taksiyə əyləşərək Şirvan şəhər avtovağzalına gəlmişdir. Həmin taksiyə oğurladığı puldan 5 manat yol haqqı vermişdir. Avtovağzalda bir ədəd “Sobiranie” siqareti və bir ədəd enerji içkisi olan “Redbull” alaraq 10 manat vermişdir. Həmin yerdən taksi ilə Bakı şəhərinə getmişdir. Yolda YDM-də marketdən yenidən 2 ədəd “Redbull” içkisi alaraq 9 manat vermişdir. Taksidən Qaradağ rayon ərazisində olan Lökbatan dairəsində düşərək taksiyə yol haqqı olaraq 30 manat pul ödəmişdir. Bundan sonra taksiyə əyləşərək 15 manat ödəyərək Biləcəri qəsəbəsinə gəlmişdir. Biləcəri qəısəbəsində “Kristal” otelə yerləşmişdir. Orada qalmaq üçün 2 gününə 100 manat ödəmişdir. Oteldə qaldığı müddətdə otelin barından və yeməkxanasından istifadə edərək 2 gün ərzində 450 manat xərcləmişdir. Oteldə qaldığı birinci gecə oteldən çıxaraq taksi ilə tarqovuda yerləşən “Troya klub”a getmişdir. Klubda oğurladığı puldan 350 manat xərcləmişdir. Səhəri günü otelin yaxınlığında olan bərbərə gedərək saçını düzəltdirmiş və 50 manat pul ödəmişdir. Həmin puldan telefonunun ekranı qırıq olduğu üçün ekranını dəyişərək 60 manat ödəmişdir. Oteldə qaldığı müddətdə özü üçün mağazadan aldığı pal-paltara 320 manat xərcləmişdir. Oteldə qaldığı müddətdə Bakı şəhərində yaşayan tanışı Xalidə adlı qadını mobil nömrəsinə zəng vuraraq otelə qonaq çağırmış və onunla bir gecə qalmışdır. Ümumiyyətlə xx.xx.2023-cü il tarixdə marketdə olan terminal vasitəsindən oğurladığı 5694 manat puldan 3022 manatını 3 gün ərzində öz məsrəflərinə xərcləmiş, qalan 2474 manatı isə tutularkən cibində olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, xərclədiyi pullar təxmini yadındadır. Hadisəni törədərkən tək olmuş, bu işdə ona heç kim köməklik etməmişdir. Hadisəni törətməmişdən qabaq tam olaraq marketin ətrafını müşahidə etmiş və tam əmin olmuşdur ki, kənarda heç kim yoxdur və hadisəni törədərkən onu heç kim görməyəcək. Marketə daxil olub oğurluq hadisəsini törədərək marketdən çölə çıxana kimi təxminən 15 dəqiqə vaxt sərf etmişdir. Əməlindən peşmandır. Mülki iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə baxışında zərərçəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 ifadə verərək göstərdi ki, 2019-cu ildən Zərərçəkmiş şəxs1 MMC-də müxtəlif vəzifələrdə işləmiş, hazırda qeyd etdiyi MMC-də Təhlükəsizlik Departamentinin Təhlükəsizlik üzrə Baş mütəxəssisi vəzifəsində işləyir. MMCyə məxsus Respublikanın müxtəlif rayon və şəhərlərində yerləşən obyektlərdə "xxxx" ödəmə terminalı quraşdırılmışdır. Eləcə də, Şirvan Şəhəri F.X.Xoyski küçəsində yerləşən “Al”marketin daxilində qeyd etdiyi ödəmə terminal vasitəsi quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə saat 00:58-də terminaldan şirkətə gələn bildiriş siqnalı dayandırılmışdır. xx.xx.2023cü il tarixdə səhər saatlarında onlara məlum olmuşdur ki, qeyd etdiyi marketdə quraşdırılmış terminal vasitəsi naməlum şəxs tərəfindən təhlükəsizlik kəməri sındırılaraq terminal vasitəsinin pul kaseti oğurlanmış və həmin pul kasetinin içərisində vətəndaşlar tərəfindən köçürülmüş 5694 manat olmuşdur. Təqsirləndirilən şəxs 2474 manat alınaraq şirkətin xəzinədarlığına mədaxil edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulmuş halhazırki məbləği 5535 manat təşkil edir və ondan şikayətçidir. Mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə2 ifadə verərək göstərdi ki, 2018-ci ilin dekabr ayından “Al” market mağazalar şəbəkəsində müxtəlif vəzifələrdə çalışmışdır. Belə ki, 2021-ci ilin avqust ayından şəbəkə tərəfindən Şirvan şəhəri üzrə bölgə müdiri vəzifəsinə təyin olunmuşdur. Şəbəkəyə aid olan Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən “Al” marketə onun təyinatından əvvəl Zərərçəkmiş şəxs1 MMC tərəfindən "xxxx" terminal ödəmə vasitəsi quraşdırılmışdır. MMCnin əməkdaşları tərəfindən bir gündən bir terminal açılır və ödənilən pullar götürülür. xx.xx.2023-cü il tarixdə işçisi olan qeyd olunan marketin müdiri vəzifəsini icra edən Tural Xaliqzadə 08:05-də ona zəng vuraraq bildirmişdir ki, mağazada oğurluq hadisəsi baş vermişdir, mağazada quraşdırılmış terminal vasitəsi sındırılaraq içərisində olan pul vəsaitləri oğurlanmışdır. O, dərhal Şirvan şəhərində kirayədə qaldığı evdən çıxaraq qeyd olunan mağazaya gəlmiş, mağazada görmüşdür ki, terminal vasitəsi sındırılaraq içərisində olan pul vəsaitləri oğurlanmışdır. Mağazaya diqqət yetirdikdə görmüşlər ki, mağazadan heç bir əşya oğurlanmamışdır. Sadəcə olaraq mağazaya qanunsuz daxil olan şəxs və ya şəxslər eləcə terminal vasitəsinin təhlükəsizlik kəmərini laqonda kəsici alətlə kəsərək aparatda yerləşən pul kasetini oğurlamışlar. O, dərhal rəhbərliyinə bu barədə məlumat vermişdir. Təxminən 4 ay hadisədən əvvəl şəbəkənin Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən mağazanın naməlum şəxsin daxil olduğu qapısının qıfılı şirkətin ustası olan Şahid5 tərəfindən dəyişilərək qıfıla aid 4 ədəd açarlarını mağazada olan mağaza müdiri Rəşad Abdullayevə vermişdir. Oğurluq hadisəsi baş verdikdən sonra həmin açarların 2-nin əldə olması, qalan 2 ədədi isə ortada olmaması və itməsi aşkar olunmuşdur. Mağazaya daxil olan şəxs tərəfindən mağazadan 208 manat dəyərində müşahidə kameralarının yaddaş qurğusu, yəni DVR və 01 ədəd 1 manat dəyərində “Glikoza” oğurlanmış, lakin müşahidə kameralarının yaddaş qurğusu, yəni DVR onlara qaytarılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, 2021-ci ilin iyun ayından “Al” market mağazalar şəbəkəsinin Şirvan şəhər üzrə marketlərində satıcı, müdir müavini və müdir vəzifələrində işləmişdir. 2022-ci ilin avqust ayından qeyd etdiyi mağazalarda müdür vəzifəsində çalışır. Belə ki, xx.xx.2023-cü il tarixdən Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən “Al” marketin müdiri Rəşad Abdullayev növbəti məzuniyyətə çıxdığı üçün həmin gündən sonuncunun vəzifələrini müvəqqəti olaraq əvəz etmişdir. xx.xx.2023-ci il tarixdə saat 08:00-da işə gələrək mağazanı açmışdır. Həmin gün saat 17:00da iş saatı bitdiyi üçün müavini Şahid3 növbəni təhvil verərək çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 07:53-də satıcı Hakim Əliyevlə mağazaya gəlib mağazanı açmışlar və daxil olduqda görmüşdür ki, mağazada quraşdırılmış "xxxx" ödəmə terminalı sındırılmış və içərisində olan pul kaseti oğurlanmışdır. Həmin vaxtı mağazanın qarşısında olan digər qapıdan müştəri içəri daxil olduqda görmüşdür ki, həmin qapı ona məlum olmayan səbəbdən açıq olmuşdur. Dərhal fikirləşmişdir ki, kənar şəxs və ya şəxslər həmin qapıdan mağazaya daxil olaraq terminal vasitəsini sılndıraraq içərisində olan pulu kaseti ilə birlikdə oğurlamışdır. Bundan sonra müavini Aqşinə zəng vuraraq bu barədə bildirmiş və axşam mağazanı bağlayıb getdiyi üçün mağazanın həmin qapısını bağlayıb-bağlamadığını soruşmuşdur. Aqşin ona bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam vaxtı mağazanı satıcı Süleymanla birlikdə hər iki qapını bağladıqdan sonra yoxlamışlar və çıxıb getmişlər. Qapıda heç bir zədə olmadığından onlara naməlum şəxsin həmin qapını necə açması və mağazaya daxil olması məlum olmamışdır. O, bundan sonra bölgə müdürləri olan Nümayəndə2 zəng vuraraq bu barədə məlumat vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, 2021ci ilin iyun ayından “Al” market mağazalar şəbəkəsinin Şirvan şəhər üzrə marketlərində ilkin olaraq satıcı, sonradan isə mağaza müdiri müavini vəzifəsində çalışır. Təxminən 7-8 aydır ki, Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən “Al” marketdə müdir müavini vəzifəsində işləyir. 2022-ci ilin qış aylarında işlədiyi marketə ödəmə terminal vasitəsi quraşdırılmışdır. Həmin dövrdən qeyd etdiyi terminal vasitəsi marketdə fəaliyyət göstərir. Onlar müdirlə aralarında bir gündən bir mağazanın açılıb bağlanmasını təmin edirlər. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 22:30-da satıcı Süleymanla birlikdə dükanın gün ərzində olan satış pulunu ümumilikdə 2200 manat pulu kassadan götürərək Süleymanın iştirakı ilə mağazada olan MilliÖn terminal vasitəsi ilə “Al” marketin öz hesabına göndərərək qəbzi götürmüşdür. Bundan sonra Süleymanla birlikdə mağazanı bağlayaraq mağazanın yaxınlığında olan kafedə oturub çay içmişlər və təxminən 23:30 radələrində kafedən çıxaraq evlərinə getmişlər. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində müdiri Şahid4 ona zəng vuraraq bildirmişdir ki, mağazaya gecə kənar şəxs daxil olmuş və mağazada olan terminal ödəmə aparatını sındıraraq pulları oğurlamışdır. O, dərhal evdən çıxaraq evləri mağazaya yaxın olduğu üçün təxminən 10 dəqiqəyə mağazaya çatmışdır. Mağazaya daxil olduqda görmüşdür ki, mağazada olan terminal ödəmə vasitəsi sındırılmış və içərisindən pullar oğurlanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, 2022ci ilin yanvar ayından “Al” market mağazalar şəbəkəsinin Şirvan şəhər üzrə marketlərində satıcı vəzifəsində çalışır. Təxminən 9 aydır ki, Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən “Al” marketdə satıcı-kassr vəzifəsində çalışır. İşlədiyi mağazada ödəmə terminal vasitəsi quraşdırılmışdır. Həmin dövrdən qeyd etdiyi terminal vasitəsi marketdə fəaliyyət göstərir. Belə ki, xx.xx.2023-ci il tarixdə saat 22:30-da müdir müavini olan Şahid3 ilə birlikdə dükanın gün ərzində olan satış pulunu ümumilikdə 2200 manat pulu kassadan götürərək mağazada olan "xxxx" terminal vasitəsi ilə “Al” marketin öz hesabına göndərərək qəbzi Aqşin götürmüşdür. Bundan sonra Aqşinlə birlikdə mağazanı bağlayaraq mağazanın yaxınlığında olan kafedə oturub çay içmişlər və təxminən 23:30 radələrində kafedən çıxaraq evlərinə getmişlər. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində müdir müavini Şahid3 ona zəng vuraraq bildirmişdir ki, mağazaya gecə kənar şəxs daxil olmuş və mağazada olan terminal ödəmə aparatını sındıraraq pulları oğurlamışdır. O, dərhal evdən çıxaraq evləri mağazaya yaxın olduğu üçün təxminən 10 dəqiqəyə mağazaya çatmışdır. Mağazaya daxil olduqda görmüşdür ki, mağazada olan terminal ödəmə vasitəsi sındırılmış və içərisindən pullar oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid7 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərdi ki, rəsmi olaraq 2021-ci ilin may ayından “Al” market mağazalar şəbəkəsində usta işləyir. Şəbəkədən ona deyilən respublikanın müxtəlif rayonlarında yerləşən “Al” market mağazasında hər hansı bir təmir işinə ehtiyac olarsa o, dərhal həmin rayona gedərək deyilən mağazada ehtiyac olan təmir işini görüb qayıdır. Belə ki, təxminən 4 ay bundan əvvəl şəbəkədən ona göstəriş gəlmişdir ki, bir neçə rayonlarda olan mağazaların qapı qıfılları və müxtəlif təmir işləri görülməlidir. Verilən siyahıda Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən şəbəkəyə məxsus mağazanın qapı qıfılının dəyişdirilməsidə göstərilmişdir. O, həmin vaxt Şirvan şəhərinə gəlmiş və yadında qalmayan inşaat materialları mağazasından bir ədəd qıfıl alaraq mağazanın qapılarından ehtiyac olunan birinin qıfılını dəyişmişdir. Qıfılın qutusundan çıxan qıfıla aid 4 ədəd açarlarını isə mağazada olan məsul şəxsə vermişdir. Bundan sonra mağazadan çıxıb siyahıda göstərilən təmirə ehtiyacı olan mağazalara getmişdir. O, bir çox rayonlara və bir çox mağazalara təmir işləri üçün gedir. Bu səbəbdəndə həmin vaxtdan 4 ay keçdiyi üçün yaddaşına gətirə bilmir ki, hansı mağazadan həmin qıfılı almışdır. Amma onu deyə bilər ki, qıfılın qutusunu “Al” marketdə olan məsul şəxsin yanında açmış və onun iştirakı ilə qıfılı dəyişərək qıfıla aid 4 ədəd açarları məsul şəxsə təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, 2012-ci ildən Şirvan şəhəri “Köhnə bazar” adlanan yerdə elektrik avadanlıqlarının təmiri və kirayəsi sexi vardır. Həmin sexdə inşaat elektrik avadanlıqlarınıda gündəlik olaraq kirayəyə verir. Belə ki, xx.xx.2023-cü il tarixdə sonradan adını bildiyi Coşqun adlı şəxs sexə gələrək ondan kəsici alət olan 115 dm-lik laqondanı evində kafel-metlak kəsmək üçün bir günlüyə kirayə istəmişdir. Coşquna bildirmişdir ki, kirayə avadanlığı şəxsiyyət vəsiqəsi zamin qoymaqla verir. Coşqun ona bildirmiş ki, şəxsiyyət vəsiqəsi hazırda üzərində yoxdur, ona özünə məxsus mobil nömrəsi olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. O həmin nömrəyə Coşqunun yanında zəng vurmuş və əmin olmuş ki, nömrə Coşquna məxsusdur. O Coşquna inanaraq ondan 5 manat almış və laqondanı ona bir günlük kirayəyə vermişdir. Həmçinin dəftərinə bu barədə qeydiyyatını aparmışdır. Səhəri günü, yəni, xx.xx.2023-cü il tarixdə saat təxminən 09:30 radələrində işə gəldikdə sexi ilə qonşu dükan olan meyvə-tərəvəz dükanını işlədən Elçin ona bildirmiş ki, “mənə bir ədəd laqonda verdilər ki, sənə verim”. Həmin laqondaya baxdıqda görmüş ki, qeyd etdiyi bir gün əvvəl verdiyi Coşqun adlı şəxsin ondan kirayə götürdüyü laqondadır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 25 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, X4 küçəsində yerləşən Zərərçəkmiş şəxs2 adlı mağazadır. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 27 may 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman Zərərçəkmiş şəxs2 adlı mağazadakı ödəmə terminalından oğurladığı 5694 manat puldan qalan 2474 manat pul əynində olan şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş bir ədəd diskdə bir ədəd 01 dəqiqə 03 saniyə müddətində videogörüntü vardır. Videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntünün 24 saniyəsində bir nəfər şəxs əynində papaqlı köynək ilə mağazaya giriş qapısından daxil olur, daxil olan şəxsin başında papaq olduğundan sifəti aydın görünmür, mağazaya daxil olan şəxs mağazanın içərisi ilə hərəkət edib mağazada olan kompyuter və kassaya yaxınlaşıb axtarış aparır, əlində sellofan torba və dəmir mismar çıxaran alət olması görünür, həmin şəxs kompyuter masasına yaxınlaşıb nə isə axtarır və orada görüntü dayanır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan papaqlı köynəkdəki şəxsin özünün olduğunu, mağazaya daxil olduğunu və mağazada müşahidə kameralarının yaddaş qurğusunu axtardığını və qurğunu tapdıqdan sonra onu çıxardığını, sonra isə laqondadan istifadə etməklə ödəmə terminalının pul kassasını oğurladığını bildirmişdir. İş materiallarında olan 30 may 2023-cü il tarixli dəymiş ziyan barədə aktdan görünür ki, Zərərçəkmiş şəxs1 MMC şirkətinin şəxsi mülkiyyəti olan 02217 saylı ödəmə aparatının üzərində quraşdırılmış 33 manat dəyərində təhlükəsizlik kəməri kəsilmiş, 33 manat dəyərində “Gerion” inkasassiya qapısının daxilı qıfılı, 1799 manat dəyərində MEİ ADVANCE SCN 8327 əskinazqəbuledici zədələnmiş və sındırılmışdır. Ödəmə aparatının təmiri, bərpası üçün 240 manat istifadə ediləcək. Cinayət əməli nəticəsində, Zərərçəkmiş şəxs1 MMC şirkətinə 2105 manat məbləğində maddi ziyan vurulmuşdur. İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 MMC şirkəti cinayət mühakimə icraatı qaydasında onlara vurulmuş maddi ziyanın, yəni 5535 manat məbləğində pulun təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq onlara verilməsini xahiş edir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 iyul 2023-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuş, 29 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, barəsində Şirvan şəhər Məhkəməsinin 29 may 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 27 may 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan tələbnamədən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 il 06 ay sınaq müddəti təyin edilməklə cəzası şərti hesab edilmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək qəti olaraq üzərində 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Şirvan şəhəri, X4 küçəsində yerləşən Zərərçəkmiş şəxs2 adlı mağazada yerləşən Zərərçəkmiş şəxs1nə məxsus ödəmə terminalından oğurluq etmək qərarına gələrək, əvvəlcədən planlaşdırdığı kimi 25 may 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 adlı mağazanın yanına gəlib, özü ilə gətirdiyi mantirovka ilə mağazanın plastik materialdan olan giriş qapısını açıb, qanunsuz olaraq binaya daxil olmaqla, həmin mağazada olan Zərərçəkmiş şəxs1nə məxsus içərisində 5694 manat pul olan 02217 saylı ödəmə terminalının saxlanc yeri hesab edilən pul saxlanılan kassa hissəsini özü ilə gətirdiyi laqonda vasitəsilə kəsib, ödəmə terminalındakı pul saxlanılan kassanı, həmçinin Zərərçəkmiş şəxs2 adlı mağazada quraşdırılmış müşahidə kameralarının yaddaş qurğusu olan 208 manat dəyərində DVR qurğusunu və vitrində olan 01 ədəd 1 manat dəyərində «Glucose» adlı enerqetik içkini gizli olaraq talayıb, zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1nə xeyli miqdar təşkil edən 5694 manat məbləğində, Zərərçəkmiş şəxs2nə isə ümumilikdə 209 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibini təşkil edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin mülkiyyət münasibətlərinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni 27 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan 01 cüt əlcək və 01 ədəd mismar çıxaran alət məhv edilməlidir. İş üzrə maddi sübut olan 2474 manat məbləğində pulun və 01 ədəd DVR qurğusunun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunmalı, mülki cavabdeh Təqsirləndirilən şəxs 5535 (beş min beş yüz otuz beş) manat məbləğində pul alınaraq mülki iddaçı Zərərçəkmiş şəxs1 MMC şirkətinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni 27 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 5535 (beş min beş yüz otuz beş) manat məbləğində pul alınaraq mülki iddaçı Zərərçəkmiş şəxs1 MMC şirkətinə verilsin. İş üzrə maddi sübut olan 2474 manat məbləğində pulun və 01 ədəd DVR qurğusunun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan 01 cüt əlcək və 01 ədəd mismar çıxaran alət məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-206/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-206/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver