Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-208/2023 14.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 14:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1996-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, Salyan rayonu, Yolüstü kəndində qeydiyyatda olan və yaşayan, barəsində 08 avqust 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə saat 22 radələrində orta dərəcəli sərxoş vəziyyətdə və nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarəetdiyi texniki cəhətdən saz vəziyyətdə olan Şahid1 məxsus “Vaz 2106 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri M.Mirzəyev küçəsində hərəkətdə olarkən «X10» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan idarə etməli olduğu halda, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edilməsi nəticəsində, nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda və həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində-saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda bunları etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda nəqliyyat vasitəsinin idaretməsini itirib aşırması nəticəsində ehtiyatsızlıqdan həmin nəqliyyat vasitəsində sərnişin olan zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs “sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişən sınığı kimi” ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 20 may 2023-cü il tarixdə, saat 19 radələrində tanışı və onunla bir kənddə yaşayan Zərərçəkmiş şəxs ilə birlikdə “Azəri” kafesində spirtli içki qəbul etmişlər. Həmin vaxt Əsəd ona maşın tapmasını və Şirvan şəhərində yerləşən “Banı Çiçək” çay evinə gedib qəlyan çəkmələrini demişdir. Tanışı Seymura zəng edərək avtomobil ilə onların olduğu yerə gəlməsini demişdir. Təxminən 10 dəqiqə sonra Seymur idarə etdiyi “Vaz 2106” markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onların olduğu yerə gəlmiş və o, Seymura onları Şirvan şəhərinə aparsını demişdir. Onlar Seymurun avtomobilinin yanına yaxınlaşmışlar. Bu zaman Seymur demişdir ki, avtomobildə arxa oturacaq yoxdur, o arxa oturacaqda oturacaq, avtomobili isə Nihad idarə etsin, Əsəd isə onun yanında otursun, bundan əlavə avtomobilə benzin vursunlar. Nihad bununla razılaşmışdır. Bundan sonra avtomobilə əyləşmiş, Əsəd və Seymur da avtomobilə əyləşərək, Şirvan şəhərinə yola düşmüşlər. Avtomobilə 5 manatlıq benzin vurduqdan sonra yola davam etmişlər. Onlar Şirvan şəhərinə çatdıqdan sonra idarə etdiyi avtomobillə şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan zaman X14 avtomobilini görmüşdür. Sonra telefonuna zəng gəldiyindən geri qayıtmalı olduğundan Polis şöbəsinin işıqforundan sağa dönərək hərəkətə başlamış və həmin yolda T.Ələkbərov küçəsinə dönmüş və hərəkət etmişdir. “Dəniz” marketin yanına çatan zaman DYP-nin avtomobilinin arxaları ilə gəldiyini görmüş və hərəkətinə davam etmişdir. Şəhərin M.Mirzəyev küçəsində hərəkətdə olan zaman YPXnin avtomobili onun sol tərəfinə keçmişdir. YPX-nin avtomobilini vurmamaq üçün avtomobili sağa çəkmişdir. Bu zaman avtomobilin idarə etməsini itirmiş və yolun torpaq hissəsinə çıxaraq orada olan işıq dirəyinin beton hissəsinə dəymişdir. O, avtomobildən qırağa düşmüş və yerdən qalxandan sonra birtəhər ayağa durub avtomobilə yaxınlaşmışdır. Əsədi avtomobildən çıxartmışdır. Həmin vaxt Seymur avtomobildən bir az kənarda oturmuşdur. Sonra yoldan keçən avtomobillər saxlamış, bir müddət sonra polis əməkdaşları ora gəlmiş, onları oradan Şirvan şəhər xəstəxanasına gətirmişlər. Orada onlara ilkin tibbi yardım göstərilmiş, hadisə vaxtı həyəcanlı olduğundan avtomobili surəti yadında qalmamışdır. Cəza təyin edilərkən onkoloji xəstə olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidin ifadəsi, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və sxem, nəqliyyat vasitəsinə baxış və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat ekspertizasının rəyləri, məhkəmə lifli materialların tədqiqi ekspertizasının rəyi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 20 may 2023-cü il tarixdə, saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Yolüstü kəndində yerləşən “Azəri” yeməkxanasında yemək yemiş və birlikdə spirtli içki qəbul etmişlər. Həmin vaxt Nihad Şirvan şəhərində qəlyan çəkməyə getmələrini demişdir. Sonra Nihad telefonu ilə kimsə ilə danışaraq onlar olan yerə çağırmışdır. Bir müddət sonra Seymur adlı şəxs onların yanına gəlmiş və Nihad Seymura demişdir ki, onları Şirvan şəhərinə aparsın. Nihad Seymura demişdir ki, avtomobili özü idarə edəcək. Həmin vaxt o Nihada etiraz etsə də, Nihad onlara məhəl qoymamışdır. Sonra Seymur arxa oturacaqda oturmuş, o isə sağ ön oturacaqda oturmuşdur. Nihad isə sürücü yerində oturmuşdur. Sonra onlar yola çıxmış və Şirvan şəhərinə yola düşmüşlər. Onlar Şirvan şəhərinə çatdıqda, şəhərin H.Əliyev prospektində “Şirvan” kanal körpüsünü keçdikdən sonra Nihad idarə etdiyi avtomobil ilə işıqforun qırmızı işığında keçmiş, həmin vaxt arxalarına YPX-nin avtomobili düşmüş, xəbərdarlıq işığı vermiş, lakin Nihad avtomobili saxlamamış və hərəkətə davam etmişdir. Onlar PŞ-nin qabağına çatanda Nihada avtomobili saxlamasını bildirmişdir. Lakin Nihad onun sözünü eşitməmişdir. Bundan sonra Nihad avtomobil ilə işıqforun qırmızı işığından keçərək, polis şöbəsinin qabağı ilə avtomobili sürmüş və oradan yolun solundan sağa dönərək “Dəniz” marketə tərəf gəlmiş, orada da işıqforun qırmızı işığından keçmiş və üzü Salyan rayonuna tərəf hərəkət etmişdir. Həmin vaxt YPX-nin avtomobili arxalarında gəlmiş və işıqlarla xəbərdarlıq etmişdir. Onlar şəhərin M.Mirzəyev küçəsinə çatdıqda YPX-nin avtomobili yolun soluna keçmiş və sonra onlardan önə keçmiş, lakin Nihad avtomobili saxlamayaraq hərəkəti davam etdirmiş və bu zaman Nihad anidən tormoz vermiş və avtomobilin idarəetməsini itirmişdir. Avtomobilin sağı yolun kənarında olan dirəyə dəymiş və avtomobil aşmışdır. Həmin vaxt özündə olmamış, sonra xəstəxanada ayılmışdır. Hadisə zamanı Nihad avtomobili təxminən 120-130 kilometr/saat sürətlə idarə etmişdir. Baş vermiş hadisə nəticəsində aldığı xəsarətlə bağlı tibbi müalicə olunmağı ilə əlaqədar ona ümumilikdə 7000 min manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin DYPBnin YPX-nin inspektoru Şahid3 ifadəsində bildirdi ki, 20 may 2023-cü il tarixdə, saat 22 radələrində Şirvan şəhər polis şöbəsinin DYPB-nin inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə Şirvan şəhərində, H.Əliyev prospektində “Mersedes C klass” markalı, **-YP-*** qeydiyyat nişanlı avtopatrul maşını ilə hərəkətsiz vəziyyətdə xidmətdə olarkən “Vaz 2106” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobilin “Salyan dairəsi” istiqamətindən Hacıqabul şəhəri istiqamətində hərəkət etdiyini və arxa işıq cihazlarının işlək vəziyyətdə olmadığını görüb, ona sayrışan işıqlar və səs gücləndirici vasitəsi ilə saxla əmri vermişlər. Lakin həmin avtomobil sürətini artıraraq manevr qaydalarını kobud şəkildə pozaraq digər yol hərəkəti iştirakçılarında təhlükə yaradaraq onlardan uzaqlaşmağa başlamışdır. Həmin sürücünün spirtli içkinin təsiri altında olmasına onlarda şübhələr yaranmışdır. Bu zaman onlar radio-cihaz vasitəsilə yuxarı rəhbərliyə həmin avtomobilin saxla əmrlərinə tabesizlik göstərməsini, spirtli içkinin təsiri altında avtomobil idarə etməsinə əsaslı şübhələr olmasını və həmin avtomobilin sürücüsünün saxla əmrinə tabesizlik göstərməsini bildirib avtomobili izləməyə başlamışlar. Sürücü Şirvan şəhər Polis şöbəsinin qarşısındakı işıqfordan sağ tərəfə hərəkət etmişdir. Həmin avtomaşının arxasınca hərəkət etmişlər və “Vaz 2106” markalı avtomobili idarə edən adını sonradan bildikləri Nihad adlı şəxs “Dəniz” market tərəfə hərəkət edərək işıqforun qırmızı işığında dayanmayaraq hərəkətini “Salyan dairəsi” istiqamətində davam etdirib 1-ci əks istiqamətli qoşa zolağın tələbini pozaraq dairəyə əks istiqamətdə daxil olub avtomobili “Çılpaqlı” qəsəbəsi istiqamətində idarə etmişdir. Həmin vaxt avtopatrul maşınını özü idarə etmiş, dəfələrlə saxla əmri versələrdə sürücü qanuni tələbinə tabe olmamışdır. Növbətçi hissəyədə bu barədə məlumat vermişlər. “Vaz 2106” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobili idarə edən Nihad adlı sürcününün öz hərəkətləri ilə insan həyat və sağlamlığına real təhlükələr yaratdığına görə Azərbaycan Respublikası “X10” qanunun 85-ci maddəsinin Qeyd hissəsini əsasən onun arxasınca hərəkətlərini davam etdirib həmçinin radio-cihaz vasitəsi ilə Hacıqǝhramlı qəsəbəsində stasionar xidmət aparan post patrul xidməti avtomobilinə məlumat verərək süni tıxac vasitəsi ilə “Vaz 2106” markalı avtomobilin dayandırılmasını bildirmişlər. Bundan sonra dərhal “Vaz 2106” markalı avtomaşını “Çılpaqlı” qəsəbəsində ötərək ondan təxminən 500 metr uzaqlaşaraq post patrul avtomobilin xidmət apardığı istiqamətə hərəkətlərini davam etdirmişlər. Güzgü vasitəsi ilə geriyə baxdıqda “Vaz 2106” markalı avtomobilin gəlmədiyini görmüşdür. Bir neçə dəqiqə sonra digər avtopartul maşını radio-cihaz vasitəsi ilə qəza olduğunu bildirmiş və onlar geriyə doğru hərəkət etdikdə Nihad adlı sürücünün “Vaz 2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili “Çılpaqlı” qəsəbəsində işıq dirəyinə vurduğunu görmüşlər. Dərhal həmin istiqamətə yaxınlaşanda sürücünün sərxoş olduğu müəyyən edilmişdir. Avtomobildə sürücüdən başqa iki nəfər sərnişin olmuşdur. Adını sonradan bildiyi Əsəd adlı sərnişinin xəsarət aldığını, sürücü və digər sərnişinin isə xəsarət almadığını görmüşlər. Nihad adlı sürücü sürücülük hüquq olmadan avtomobili idarə etmişdir. Həmin vaxt avtomobilin sahibi də avtomobildə sərnişin qismində əyləşmişdir. Polis əməkdaşları ətrafdakı şəxslərin köməyi ilə onları tibbi yardım üçün Şirvan şəhər Mərəkəzi Xəstəxanasına aparmışlar. Xidməti istifadələrində olan “Mersedes C klass” markalı, **-YP-*** qeydiyyat nişanlı maşında video-müşahidə kamerası vardır. Həmçinin ifadəsini təsdiq edəcək görüntülər vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin DYPBnin YPX-nin inspektoru X6 ifadəsində Şahid3 vermiş olduğu ifadəsi ilə oxşar ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 21 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; hadisə yerinə baxış keçirilməsi haqqında 21 may 2023-cü il tarixli protokoldan görünür ki, Şirvan şəhər Polis şöbəsinin DYPB-nin YPX-nin inspektorları Şahid3, X3, hal şahidləri X2 və X1 iştirakları ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir; sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 113 nömrəli, xx.xx.2023-cü il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olmuşdur; sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 114 nömrəli, xx.xx.2023-cü il tarixli aktından görünür ki, Zərərçəkmiş şəxs orta dərəcəli sərxoş olmuşdur; sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 46 nömrəli, xx.xx.2023-cü il tarixli aktından görünür ki, Şahid1 ayıq olmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Şirvan RQİ və TB şöbəsinin 07 iyun 2023-cü il tarixli, 3-13-16/-7/2-3452/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin olması barədə Baş X15i İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir; məhkəmə tibbi ekspertizasının 31 may 2023-cü il tarixli, 211 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişən sınığı-bərk küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 20 may 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir; məhkəmə lifli materialların tədqiqi ekspertizasının 16 iyun 2023-cü il tarixli, 6/2974 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Vaz 2106” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol sürücü oturacağından kəsilərək götürüldüyü qeyd edilən söykənəcək və oturacaq hissəsinin üzlüklərinin səthləri üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər; məhkəmə yol-nəqliyyat hadisələri hallarının tədqiqi ekspertizasının 24 iyun 2023-cü il tarixli 8/1599 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Vaz 2106” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X10” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində icazə verilən maksimum 60 km/saat sürətdən artıq sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «X10» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X10» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; Həmçinin, məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş hadisənin baş verməsini özündə əks etdirən videoçəkilişə baxış keçirilmiş və şahid qsimində dindirilmiş şəxslərin vermiş olduğu ifadələrin əyani olaraq sübuta yetirildiyi aşkar edilmişdir. Belə ki, diskdə 3 ədəd videofayl vardır. 1-ci videofaylda 1 dəqiqə 20 saniyəlik görüntünün olduğu görünür. Baxış zamanı videofaylda olan 1-ci görüntüyə baxdıqda yol patrul xidməti avtomobilinin və onun qarşısında “Vaz 2106” markalı avtomobilin sürətlə Şirvan şəhəri H.Əliyev prospektindən üzü Hacıqabul istiqamətində hərəkət etməsi, Şirvan ŞPŞ-nin inzibati binasının qarşısında işıqfordan sağa doğru hərəkət etməsi, saxla əmrinə tabe olmaması görünür. Baxış zamanı videofaylda olan 2-ci görüntüyə baxdıqda 2 dəqiqə 24 saniyəlik görünütün olması görünür. Bu görütülərdə Yol patrul xidməti avtomobilinin “Vaz 2106” maraklı avtomaşının araxasınca hərəkət etməsi, “Vaz 2106” maraklı avtomobili ötməyə çalışması, “Vaz 2106” markalı avtomobilin Dəniz marketin qarşısından yenidən H.Əliyev prospektinə qayıtması, yol patrul xidməti avtomobilinin “Vaz 2106” maraklı avtomobili ötüb keçməsi görünür. Videogörüntünün 37-ci saniyəsində “Vaz 2106” maraklı avtomobilin H.Əliyev prospektindən “Salyan dairəsi” deyilən istiqamətə hərəkət edərək yol patrul xidməti avtomobilini sürətlə keçərək əks istiqamətli hərəkət zolağına çıxması və videgörünütünün 46 saniyəsində dairəyə əks istiqamətdən daxil olaraq şəhərin Hacıqəhrəmanlı qəsəbəsi istiqamətində sürətlə Mahir Mirzəyev küçəsində hərəkətini davam etdirməsi, saxla əmrinə tabe olmaması, videgötünütünün 2-ci dəqiqəsində yol patrul xidməti avtomobilinin “Vaz 2106” maraklı avtomobili ötüb keçməsi, “Vaz 2106” markalı avtomobilin geridə qalması görünür. Videogörünütün 2-ci dəqiqəsinin 15-ci saniyəsində yol patrul xidməti maşının yoldan geriyə dönərək Şirvan şəhəri istiqamətində qayıtması görünür. Videofaylda olan 3-cü görüntüyə baxdıqda 3 dəqiqə 05 saniyə görünütün olması görünür. Yol patrul xidməti avtomobilinin üzü Şirvan şəhəri istiqamətində hərəkət etməsi, “Vaz 2106” maraklı avtomobilin müşahidə kamerasında görünmədiyi görünür. Videogörünütün 20-ci saniyəsində isə “Vaz 2106” markalı avtomobilin qəzaya düşməsi, qəzadan sonrakı görünütlərinin olması, ətrafda digər avtomobillərin və çoxlu sayda adamların toplaşdığı, qəzada xəsarət alanlara kömək edildiyi görünür; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X9 16 iyun 2023-cü il tarixli PHŞ-6-68/2-1269/2023 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixoloji-nevroloji kabinetdə qeydiyyatda yoxdur; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şahid3 və Şahid2 əməllərində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir; Salyan rayonu İcra Hakimiyyəti başçısının Yolüstü kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir; qətimkan tədbirinin seçilməsi barədə 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Onko- Hematologiya şöbəsinin xəstəlik tarixindən çıxarışından (epikrizdən) görünür ki, Təqsirləndirilən şəxs sağ xayanın xərçəngi xəstəliyindən əziyyət çəkir; sübutların qiymətləndirilməsi haqqında 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 187 və 264-cü maddələrinin tərkib əlamətləri olmadığından, həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq saxlanılmasından ötrü Şirvan şəhər prokurorluğunun dəftərxanasına verilmişdir. Şahid1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1ci maddəsinin tərkib əlamətləri olduğundan həmin hissə üzrə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Şirvan ŞPŞ-nin DYPB-nə göndərilmişdir. Şirvan ŞPŞ-nin DYPB-nin YPX-nin əməkdaşlarının əməli barədə Şirvan Şəhər Prokurorluğunun 06 iyun 2023-cü tarixli qərarı nəzərə alınmışdır. “Vaz 2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmaqla məhkəmə baxışınadək Şirvan ŞPŞ-nin dayanacağında saxlanılması nəzərə alınmışdır. İş üzrə hadisə anı ilə bağlı 1 ədəd DVD diskdə olan videogörüntülər və 1 ədəd DVD diskdə Təqsirləndirilən şəxs hadisə ilə bağlı vermiş olduğu ifadəsinə dair videogörüntülər əhəmiyyət kəsb etidiyindən maddi sübut kimi tanınmış və cinayət materiallarına əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli şalvar və 1 ədəd tünd mavi rəngli köynək cinayət işi üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs və müdafiəçi X7 tanış olması üçün təqdim edildikdən sonra saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə lifli materialların tədqiqi ekspertizasının 16 iyun 2023cü il tarixli 6/2974 nömrəli rəyinin Zərərçəkmiş şəxs aid hissəsi sübut növü kimi qiymətləndirilmişdir. İttihamı təsdiq edən Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, videogörüntülər olan 2 ədəd DVD disk, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və sxem və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi, məhkəmə-yol nəqliyyat ekspertizasının rəyi, məhkəmə lifli materialların tədiqiqi ekspertizasının rəyi və digər rəsmi sənədlər sübut kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edib əməlindən peşman olduğunu, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan “Vaz 2106 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi Şahid1, 1 ədəd qara rəngli şalvar və 1 ədəd tünd mavi rəngli köynək Təqsirləndirilən şəxs qaytarılmalı və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Vaz 2106 minik” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi Şahid1, 1 ədəd qara rəngli şalvar və 1 ədəd tünd mavi rəngli köynək Təqsirləndirilən şəxs qaytarılsın və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 239 (iki yüz otuz doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-208/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-208/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver