Məhkəmə qərarları › İş №1(032)-21/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-21/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-21/2024 07.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1988-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Salyan rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2. 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2 və 67.1-ci maddələrinə əsasən 02 il 06 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən Şirvan İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında olarkən həmin yerin yaxınlığında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Vaz 2106” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, avtomobilin arxa qapısını məftildən istifadə etməklə açıb, avtomobilə daxil olaraq, “qoltuqaltı”-nı güc tətbiq etməklə açaraq, həmin “qoltuqaltı”da olan 1000 manat pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 18 fevral 2023-cü il tarixdə saat 11 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Şirvan” Ticarət Mərkəzinin yaxınlığında olarkən həmin yerdə avtomobil yolunda saxlanılmış Zərərçəkmiş şəxs4 Elçin oğluna məxsus “Daewoo Nexia” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, avtomobilin açıq vəziyyətdə olan qapısından avtomobilə daxil olaraq, oturacağın üzərindəki pul qabıdan 157 manat pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Elçin oğluna 157 (yüz əlli yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 mart 2023-cü il tarixdə saat 19 radələrində Şirvan şəhərində yerləşən “Sərvət” şadlıq evinin yanında olan zaman həmin yerdə saxlanılmış Nümayəndə məxsus “Qaz-3110” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildən taladığı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid Zərərçəkmiş şəxs6 məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 676867******5909 saylı bank kartından 16 mart 2023-cü il tarixdə ünvan 3 ünvanda quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomat vasitəsilə 220 manat pulu çıxarıb, gizli talayaraq Zərərçəkmiş şəxs6 220 (iki yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 aprel 2023-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən X1rşısında saxlanılmış zərərçəkmiş şəxs Sabirabad rayon sakini Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2107” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobildən taladığı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid Zərərçəkmiş şəxs1 məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 510307******3214 saylı bank kartından 17 aprel 2023-cü il tarixdə saat 14:35-də ünvan 3 ünvanda quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan cinayətdən xəbəri olmayan X6 vasitəsilə 150 (yüz əlli) manat pulu çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 26 iyun 2023-cü il tarixdə saat 11 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən «Şirvan» Ticarət Mərkəzinin yaxınlığında olarkən həmin yerdə avtomobil yolunda saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus “VAZ 21099” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, avtomobilin qapısını açmaqla daxil olaraq, avtomobilin salonunda ötürücü qurğunun yanında olan 3 manat miqdarında qəpikləri, ön orta tərəfində yerləşən qoltuqaltını açıb, oradan 1 ədəd 180 manat dəyərində “Samsung A52” markalı mobil telefonu, telefonun arxa üzlüyündə olan 703 manat pulu pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 886 (səkkiz yüz səksən altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 26 iyul 2023-cü il tarixdə saat 13 radələrində şəhərin F.Eynullayev küçəsində Şirvan şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus sərnişini olduğu “Mercedes ML” markalı avtomobilin ön sağ oturacağında olan sumkanın içərəsindəki pul qabından 327 manat pulu və 1 ədəd bank kartını talayıb, avtomobildən düşən zaman Zərərçəkmiş şəxs2 və avtomobilin sahibi Şahid3 avtomobilə tərəf gəlməsini görüb, avtomobilin arxa qapısından düşərək, qanunsuz əməlini aşkar edən şəxslərin gözü qarşısında öz qanunsuz əməlini dərk edərək, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirməklə törətdiyi cinayət əməlini dayandırması ilə bağlı çağırışlarına məhəl qoymayıb, hadisə yerindən uzaqlaşaraq qaçıb getməklə, özgə əmlakını açıq talayıb, Zərərçəkmiş şəxs2 327 (üç yüz iyirmi yeddi) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə elan olunmuş ittihamda heç bir epizod üzrə özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etmədi, onlardan imtina etdi və bildirdi ki, polis əməkdaşlarından şikayət etmiş, “Tik-Tok” sosial şəbəkəsində şikayətini paylaşmışdır. Bundan sonra ona qarşı qərəz yaranmışdır. Həmçinin, ilk dəfə məhkum olunan zaman günahı olmamış, lakin sənədlərə imza etmişdir. Cəmi bir dəfə icazəsiz avtomobilə daxil olmuşdur. Belə ki, Şirvan şəhəri ərazisində olan dəmiryolu xəttinin yaxınlığında hərəkətdə olarkən ağ rəngli avtomobilin içərisində əməliyyatçıları görmüş, həmin ağ rəngli avtomobilin onu izləməsindən şübhələnərək küçədə dayanan “Mercedes ML” markalı avtomobilin arxa tərəfinə keçib, baqajının açıq olub-olmamasını yoxlamış, baqajı açmış və içinə girmişdir. Əməliyyatçılar olan avtomobilin getməsini görmüş, avtomobilin arxa sağ qapısını açaraq, avtomobildən çıxmışdır. Oradan qaçıb uzaqlaşan zaman arxadan kiminsə onu çağırmasını eşitmiş, lakin yoluna davam etmişdir. Sonra geri qayıtmış və avtomobilin sahibinin yanına gəlmişdir. Bu zaman avtomobilin sahibi ona nə səbəbdən avtomobilə girməsini soruşmuş, onlardan üzr istəyərək, iki az yaşlı uşağının olmasını, onu bağışlamalarını bildirmişdir. Oğurluq və ya soyğunçuluq etməmiş, yalnız polis əməkdaşlarının onu izləməsi və ona qarşı olan qərəzli münasibəti səbəbindən avtomobildə gizlənmişdir. Ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən digər avtomoboillərdən də oğurluq etməmişdir. Məhkəmə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina etdikdən sonra polis şöbəsinə aparılmış, orada təzyiqə məruz qalaraq narkotik vasitə ilə “yüklənəcəyi” bildirilmiş, əməliyyatçıların iştirakı ilə sənədlərə qorxduğu üçün imza etmişdir. Onun barəsində ittiham hökmü çıxarılacağı təqdirdə himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etdi. Cinayət işi materiallarında olan və Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq bildirmişdir ki, əvvəllər ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə olunmamış, əvvəllər məhkum olunmuş, hazırda barəsində Şirvan şəhər məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 326.2-ci maddələri ilə məhkəmə istintaqı aparılmış cinayət işi üzrə 02 il 06 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası seçilmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 2022-ci ilin yanvar ayında, təxminən 14 yanvar 2022-ci il tarixdə o, Şirvan şəhəri İcra Hakimiyyətinin yaxınlığında “Vaz 2106” markalı avtomobili yolun kənarında görüb həmin avtomobilə yaxınlaşmış və həmin avtomobilin içərisində heç kimin olmadığını görmüş, daha sonra yerdən götürdüyü məftil ilə həmin avtomobilin arxa sol qapısını açmağa başlamış, qapını açmış və arxa tərəfdən avtomobilə daxil olmuşdur. Həmin vaxt hava günəşli olmuş, lakin ətrafda heç kəs olmamış, saat təxminən 11 radələri olmuşdur. Avtomobilə daxil olduqdan sonra qoltuqaltı hissəsinin bağlı olmasını görmüş və onu güc tətbiq edərək açmış, içərisinə baxan zaman orada bükülü vəziyyətdə pul olmasını görmüş, həmin pulu götürüb cibinə qoymuş və avtomobildən düşərək dərhal oradan uzaqlaşmışdır. Yolda gedən zaman pulu saymış və 1000 manat pul olduğunu görmüşdür. Həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 2023-cü ilin fevral ayında 18 fevral 2023-cü il tarixdə saat 11 radələrində Şirvan şəhərində yerləşən “Şirvan” Ticarət Mərkəzinin yaxınlığında hərəkət edərkən “Daevoo Nexia” markalı ağ rəngli avtomobil onun diqqətini çəkmiş, həmin vaxt ətrafda ondan başqa adam olmamış, o, avtomobilə yaxınlaşmış, qapıları yoxlayan zaman qapıların açıq olmasını görmüş, sürücü tərəfdə yerləşən qapını açmış və avtomobilə əyləşmişdir. Əyləşən zaman yan oturacaqda qoyulmuş pulqabı diqqətini çəkmiş, həmin pulqabını götürmüş və içərisinə baxan zaman içərisində 157 manat pul olmasını görmüş, həmin pulu götürmüş, lakin pulqabını yerinə qoymuşdur. Daha sonra avtomobildən düşərək oradan uzaqlaşmışdır. Oğurladığı 157 manat pulu Şirvan şəhəri ərazisində öz ehtiyaclarına xərcləmişdir. O, yuxarıda göstərmiş olduğu və törətdiyi oğurluqlardan başqa oğurluq etməmişmişdir. Bundan başqa bildirmişdir ki, 13 aprel 2023-cü il tarixdə şəhərin M.Ə.Rəsulzadə küçəsində olmuş, həmin vaxt o, maddi vəziyyəti ağır olduğundan oğurluq etmək və bu yolla qazanc əldə etmək qərarına gəlmiş, bundan sonra o, şəhərin M.Ə.Rəsulzadə küçəsində piyada gəzərək, oğurluq etmək üçün avtomobil axtarmağa başlamış, həmin vaxt X8 adlanan yerin qarşısından keçərkən yolun kənarında “Vaz 2107” markalı avtomobili görmüş, avtomobilə yaxınlaşan zaman avtomobilin şüşəsinin açıq olmasını görmüş və avtomobilin ön sağ şüşəsindən qapısını açmış və avtomobilin içərisini axtarmış, həmin vaxt avtomobilin salonunda olan sol tərəfdəki günlüyü açan zaman günlüyün içərisində 1 ədəd xarici pasport və 1 ədəd bank kartı olmasını görmüş, sonra həmin bank kartını özü ilə götürmüş və oradan uzaqlaşıb getmişdir. 17 aprel 2023-cü il tarixdə şəhərin G.Şıxbalaoğlu küçəsində yerləşən "xxxx" ASC-yə məxsus “ATM” aparatına yaxınlaşmış, sonra kartı bankomata salmış və pasportdan götürdüyüm vətəndaşın təvəllüdünü kartın şifrə yerinə yazmış və kartın balansı açılmış, həmin vaxt kartın balansında avans yerində 150 manat pul olmuş, o da, həmin 150 manat avans pulu çəkmiş, sonradan oradan uzaqlaşıb xatırlamadığı yerə gəlmiş və orada bank kartını atmışdır. Oradan da, işlərinin dalınca getmişdir. 28 iyun 2023cü il tarixdə saat 12 radələrində Şirvan şəhərində olarkən polis əməkdaşları ona yaxınlaşaraq, oğurluq törətməkdə şübhəli olduğunu bildirmişlər və onu PŞ-nə dəvət etmişlər, o da, onların təklifi qəbul etmiş və onlarla birlikdə polis şöbəsində gəlmiş, PŞ-də mənim üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, şəxsi axtarış zamanı üzərimdən ona məxsus 2 ədəd qara rəngli pul qabı (pulqabının birinin içərisindən 1 ədəd patronla birlikdə), 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd “Texno” markalı mobil telefon, elektron nəzarət vasitəsinə aid 1 ədəd qurğu, 2 cüt açar toplusu aşkar edilmiş, bundan başqa, “Texno” markalı mobil telefonun arxasından 1 ədəd ona məxsus bank kartı, həmçinin ona məxsus pul qabının içərisində 24 manat pul 20 qəpik pul, 1 ədəd “Beynəlxalqbank”a məxsus bank kartı aşkar edilmişdir. Bundan başqa, 26 iyul 2023-cü il tarixdə saat 14 radələrində o, evdən çıxmış və qardaşıgilə gedirmiş, həmin vaxt görmüşdür ki, ağ rəngli avtomobilin içərisində əməliyyatçıları görmüş, sonra isə gəldiyi yolla 10 nömrəli mikroavtobusa minmiş, oradan bir başa Aytac şadlıq sarayının yanına gəlmiş, oradan bazara tərəf getmiş, həmin vaxt əməliyyatçılar avtomobili orada görmüş, orada marketə girmiş və oradan 1 ədəd “GO” markalı içki almış, oradan çıxıb dəmir yolun keçərək, yolun sol tərəfinə keçmiş, həmin vaxt ağ rəngli avtomobilin dəmir yolunu keçməsini görmüş, sonra o da, ara yola gimiş, orada küçədə “Mercedes ML” markalı avtomobil dayanmış, o da, avtomobilin arxa tərəfinə keçib, baqajının açıq olub olmamasını yoxlamış və əlini açacağa salan kimi baqaj açılmış, o da, baqaja girmiş, sonra əməliyyatçılar olan avtomnobilin getməsini görmüş, sonra avtomobilin arxa sağ qapısını açaraq, avtomobildən çıxmış, həmin vaxt o, oradan qaçıb uzaqlaşan zaman arxadan kiminsə onu çağırmasını eşitmiş, lakin yoluna davam etmiş, sonra geri qayıtmış və avtomobilin sahibinin yanına gəlmiş bu zaman avtomobilin sahibi ona nə səbəbdən avtomobilə girməyini soruşmuş, o isə onlardan üzr istəyərək, 2 az yaşlı uşağının olmasını, onu bağışlamalarını bildirmiş, lakin orada olan sonradan adının Elşad olduğunu bildiyi şəxs onunla mübahisə edərək ona yumruq təpik atmağa başlamış, həmin vaxt zərbələrdən bir ikisi ona dəymiş, həmin vaxt onların uzlaşmayacağını görmüş və oradan qaçaraq uzaqlaşıb getmişdir. Bundan başqa bildirmişdir ki, hadisə vaxtı o tək olmuş, onu kənardan görən olmamış, Nümayəndə məxsus avtomobildən oğurluq etməmiş, bu barədə bir söz deyə bilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 26 iyul 2023-cü il tarixdə saat 14 radələrində o və qohumu Şahid3la birlikdə sonuncunun idarə etdiyi “Mercedes ML” markalı avtomobillə şəhərin F.Eynullayev küçəsində olarkən mağazaya su almaq üçün girmişlər, alış veriş etdikdən sonra avtomobilə qayıdan zaman görmüşlər ki, bir nəfər şəxs sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs avtomobilin arxa sağ tərəfindən qapını açıb düşərək qaçıb getmiş, onun arxasınca qışqırıb dayanmasını tələb etsələr də həmin şəxs dayanmamışdır. Həmin vaxt əvvəlcə avtomobilə baxmışlar, avtomobilin ön oturacağında onun sumkası olmuş, sumkanın içərisinə baxdıqda, içərisində olan pul qabındakı 327 manat pulun və bank kartının yerində olmadığını görmüş, sonra DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişlər və hadisə yerində gözləməyə başlamışlar. Təxminən 2-3 dəqiqə sonra avtomobilə girən Təqsirləndirilən şəxs dəmiryolu tərəfdən onlara tərəf gəlmiş və bank kartını üstünə ataraq, onun barəsində şikayət etməməyini, iki az yaşlı övladı olmasını bildirmişdir. Həmin vaxt qohumu Elşad Təqsirləndirilən şəxs götürdüyü pulu qaytarmasını bildirmiş, lakin sonuncu isə ona onda pul olmadığını bildirmiş, bu zaman Elşadla Şahid arasında mübahisə düşmüş, lakin Şahid Elşadın əlindən çıxaraq oradan uzaqlaşıb getmişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilə oğurluq etmək üçün avtomobilə girdiyini bilmiş, çünki Təqsirləndirilən şəxs onları görən kimi avtomobildən düşərək qaçıb oradan uzaqlaşıb getmiş, həmçinin, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs geri gələrək, bank kartını üzərinə atmış və onun barəsində şikayət etməməsini bildirmişdir. Təqsirləndirilən şəxs Elşadla mübahisə edən zaman onları aralaşdırmaq istəyən zaman əlində olan telefon yerə düşərək telefonun ekranı sınmış, ekranın sınması nəticəsində ona 50 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, özünə məxsus “Vaz 2106” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, həmin avtomobili 2022-ci ilin noyabr ayında Sumqayıt şəhərində tanımadığı şəxsə satmış, 2022-ci ilin yanvar ayının 14-də avtomobilini Şirvan şəhər İcra Hakimiyyətinin yaxınlığında saxlamış, həmin gün saat təxminən 11:00 radələrində o, İcra Hakimiyyətinin yaxınlığında olan poçta getmiş, avtomobil isə İcra Hakimiyyətinin yaxınlığında saxlamışdır. Poçta gedən zaman avtomobilin qapılarını açarla bağlamış, həmin vaxt avtomobildə özünə məxsus olan 1000 manat pul olmuşdur. Pulu avtomobilin salonunda yerləşən qoltuqaltının içinə qoymuş və qoltuqaltını da açarla bağlamış, poçtda təxminən 25 dəqiqə yubandıqdan sonra avtomobilinə doğru yaxınlaşmışdır. Avtomobilin arxa sol qapısının açıq vəziyyətdə olmasını görmüş, dərhal çevik addımlarla avtomobilə yaxınlaşmış və avtomobilin qapısını açan zaman görmüşdür ki, 1000 manat pulu qoyduğu qoltuqaltı da kənar təsir nəticəsində açılmış, içəridə olan 1000 manat pul oğurlanmışdır. Ətrafa bir qədər diqqət etmiş, lakin yaxınlıqda heç bir müşahidə kamerasının olmadığını görmüş, törədilmiş oğurluq əməli nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Sonradan oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini öyrənmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirdi ki, “Vaz 21099” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, həmin avtomobil onun mülkiyyətindədir. 26 iyun 2023-cü ilt tarixdə, saat 08 radələrində idarə etdiyi avtomobili ilə evindən çıxmış və oradan birbaşa Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” ticarət mərkəzinin yanına gəlmiş və orada olan “Nargilə” kafesinin yanında avtomobilini saxlamışdır. Həmin vaxt mobil telefonu avtomobilin ön orta hissəsində yerləşən “qoltuqaltı” adlanan yerə qoymuş, telefonun arxasında isə 700 manat pul olmuşdur. Həmçinin, avtomobilin ötürücü qurğusunun yanında üç manat məbləğində qəpikləri olmuşdur. Avtomobildən düşmüş və avtomobilin qapıların kilidləmiş, işlərinin dalınca getmişdir. Təxminən bir saat sonra avtomobilinə qayıdan zaman avtomobilin qapısını açmış və avtomobil əyləşmiş, görmüşdür ki, qəpiklər yerində yoxdur. Sonra “qoltuqatı”nı açıb içərisinə baxan zaman ora qoyduğu “Samsung A 52” markalı mobil telefonununda yerində olmadığını görmüş, bundan sonra avtomobilindən oğurluq olmasını bilmiş, bu barədə şikayət etmək üçün Şirvan şəhər polis şöbəsinə gəlmiş və ərizə ilə şikayət etmişdir. Ona məxsus avtomobildən bir ədəd 650 manat dəyərində “Samsung A 52” markalı mobil telefon, telefonun arxasında olan 700 manat pul və üç manat məbləğində qəpiklər oğurlanmışdır. Sonradan oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini öyrənmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, "xxxx" ASC-nin Sabirabad rayon bölməsində dispeçer vəzifəsində işləyir, aylıq əməkhaqqını "xxxx" ASC-yə məxsus bank kartı vasitəsi ilə alır. Mütamadi olaraq bank kartını avtomobilinin günlük hissəsində saxlayır, maaş köçən zaman bank kartını oradan götürür və maaşını bankomatdan əldə edir. 13 aprel 2023-cü il və 14 aprel 2023-cü il tarixdə idarə etdiyi “Vaz 2107” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsinə əmisi qızının əməliyyat olunması üçün gəlmiş və həmin vaxtlarda avtomobilini “Diaqnostika Mərkəzi”nin qarşısında avtomobillər dayanan yerdə saxlamış, maaş kartının yerində olub olmamasını yoxlamamış, 19 aprel 2023-cü il tarixdə işdə olarkən iş yoldaşından aylıq maaşının köçməsini öyrənmiş, maaşını götürmək üçün bank kartını avtomobilin günlük yerindən götürmək qərarına gəlmiş, lakin günlük yerinə baxdıqda, kartının yerində olmadığını görmüşdür. Bundan sonra evinə getmiş, evdə də, kartını axtarmış, lakin tapa bilməmişdir. Sonra kartının oğurlandığına əmin olmuş və həmin gün bankın qaynar xəttinə zəng edərək, kartını bağlatdırmışdır. Səhəri gün isə "xxxx" ASC-yə gedib maaşını əlbəəl çəkmək istəyən zaman bankın işçisi ona demişdir ki, onun kartında olan 150 manat avans pul 17 aprel 2023-cü il tarixdə çəkilmişdir. Həmin pulda onun aylıq maaşından çıxılmışdır. Bu barədə çıxarış almış və aidiyyəti üzrə Şirvan şəhər PŞ-nə gəlib ərizə ilə şikayət etmişdir. Ona məxsus avtomobildən bir ədəd bank kartından başqa heçnə oğurlanmamışdır. Sonradan oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini öyrənmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs6 onun bibisidir, sonuncu qeydiyyatda olan ruhi-əsəb xəstəsi kimi hal-hazırda Respublika 1 saylı Psixiatrik Xəstəxanada stasionar müalicə alır, onun təqaüd kartı etibarnamə əsasında onda olur. 05 mart 2023-cü il tarixdə həyat yoldaşı ilə birlikdə Şirvan şəhərinə toy məclisinə gəlmiş, həmin vaxt ailə üzvlərinin təqaüd kartları idarə etdiyi avtomobildə olmuş, ümumiyyatlə həmişə təqaüd kartlarını avtomobilin “qoltuqaltı” hissəsində saxlamışdır. Həmin gün avtomobili “Sərvət” şadlıq sarayının qarşısında saxlamış, avtomobilin qapısını açarla bağlamış, toy məclisindən çıxdıqdan sonra Hacıqabul rayonu ərazisində olan zaman avtomobilə yanacaq doldurmaq məqsədi ilə yanacaq doldurma məntəqəsinə yaxınlaşmış, avtomobilin benzin çəninin açarının avtomobildə olmadığını görmüş, fikirləşmişdir ki, açarları evdə unutmuşdur. Sonra bir neçə gün müddətində yaxın qohumu rəhmətə getdiyi üçün bu məsələ ilə maraqlana bilməmiş, təxminən mart ayının 27-də Hacıqabul rayonunda yerləşən banka yaxınlaşmış, bank əməkdaşları ona kartından heç bir çıxarışın olunmadığını bildirmişdir. Yenə düşünmüşdür ki, kartları evdə itirmişdir. Daha sonra bibisi Zərərçəkmiş şəxs6 adına olan plastik kartı yoxlatdırmış və məlum olmuşdur ki, həmin kart hesabından Şirvan şəhərində 220 manat pul çıxarılmışdır. Bundan sonra bu barədə şikayət etmişdir. Ona məxsus “Qaz 3110” markalı avtomobildən üç ədəd bank kartı, bir ədəd tək qara rəngdə tutacağı olan üzərində rus əlifbası ilə “Qaz” sözü yazılmış avtomobilinin açarı, evinin açarları və 60 manat pul oğurlanmışdır. Sonradan oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini öyrənmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs4 məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq ona vurulmuş maddi ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətinin olmamasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs4 həmin ifadəsində bildirmişdir ki, 18 fevral 2023-cü il tarixdə, saat 11 radələrində özünə məxsus “Daewoo Nexia” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhərində yerləşən “Elit bazar” adlanan yerə gəlmiş, avtomobilini bazarın çöl hissəsində saxlamış, bu vaxt avtomobilin qapıları açıq vəziyyətdə qalmış, belə ki, avtomobilinin qapılarının kilidi nasaz vəziyyətdə olmuşdur. Bu vaxt pulqabını avtomobildə unutmuşdur. Bundan sonra avtomobildən düşərək bazara daxil olmuş, bazarda bir qədər ayaqqabı mağazasında ayaqqabılara baxdıqdan sonra geri qayıtmış, pulqabının yerində olduğunu, lakin onun içərisində olan 157 manat pulun oğurlanmasını aşkar etmiş, bundan sonra Şirvan şəhər polis şöbəsinə gələrək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 2022-ci ilin yanvar ayının ortalarında o, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə üzü “Asudə vaxt” adlanan yerə piyada gedən zaman Şirvan şəhər İcra Hakimiyyətinin qarşısından keçərkən yolun kənarında dayanmış “Vaz 2106” markalı avtomobilin arxa sol qapısını bir nəfər şəxsin açaraq avtomobilə girməsini görmüş, həmin şəxsin avtomobilin sahibi olacağını fikirləşib, yoluna davam etmişdir. Lakin 29 iyul 2023-cü il tarixdə “Oxu.az” internet səhifəsinə baxarkən həmin səhifədə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs bir nəfər qadının əl çantasında olan pul qabısını oğurlamasını oxumuş, Təqsirləndirilən şəxs səhifədə olan fotoşəkilini görən kimi, sonuncunun 2023-cü ilin yanvar ayında İcra hakimiyyətinin qarşısında dayanmış “Vaz 2106” markalı avtomobilə girməsini xatırlamış, onun üzü yadına düşmüş, bu səbəbdən vicdanlı bir vətəndaş olaraq hüquq mühafizə orqanlarına kömək etmək və vətəndaşlıq borcunu yetirmək üçün Şirvan şəhər Polis şöbəsinə gələrək bu barədə ərizə ilə rəsmi qaydada məlumat vermişdir. 2022-ci ilin yanvar ayında Şirvan şəhər İcra Hakimiyyətinin qarşısından keçərkən yolun kənarında dayanmış “Vaz 2106” markalı avtomobilə girərkən gördüyü şəxslə “Oxu.az” saytında gördüyü şəxs eyni şəxsdir, hadisə günorta vaxtı baş vermiş, hava aydınlıq olmuş, Təqsirləndirilən şəxs üzünü tam olaraq görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Mustafa oğlu vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid1 məhkəməyə gəlməmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində bildirmişdir ki, 2023cü ilin fevral ayında təxminən saat 10-11 radələrində şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığında olmuş, həmin vaxt evi üçün gündəlik ərzaq məhsulları almış, ərzaq məhsullarını idarə etdiyi avtomobilə yığmış, bu zaman ticarət mərkəzinin yaxınlığında olmuş və görmüşdür ki, bir nəfər şəxs özünü şübhəli apraraq “Daewoo” markalı avtomobilin sol qapısını açıb içinə girmişdir. Düşünmüşdür ki, həmin şəxs avtomobilin sahibi ola bilər. Çünki avtomobilin qapısına heç bir müdaxilə etmədən avtomobilə girmiş, sonra idarə etdiyi avtomobilə minmiş və yoluna davam etmişdir. 31 iyul 2023-cü il tarixdə o, “Elit” ticarət mərkəzinin yaxınlığındakı parkın içində olan çay evində olarkən polis əməkdaşları çay evinə daxil olmuşlar və ona və orada olan digər şəxslərə fotoşəkillər göstərərək Şirvan şəhərində baş vermiş oğurluq hadisələri ilə bağlı həmin şəxslərin həmin oğurluq hadisələrini törədən zaman görüb-görməmələrini soruşmuşlar. Fotoşəkillərə baxan zaman həmin fotoşəkillərdən aşağı hissəsində adının “Təqsirləndirilən şəxs” yazılmış fotoşəkildəki şəxsi “Elit” ticarət mərkəzinin qarşısında dayanan “Daewoo” markalı avtomobilə girərkən gördüyünü bildirmişdir. Öz anket məlumatlarını və əlaqə nömrəsini polis əməkdaşlarına vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində hər hansı bir vasitə olmamış, sadəcə onun avtomobilə girdiyini görmüş, onun avtomobilin sahibi olduğunu düşündüyündən onun oğurluq məqsədi ilə girdiyini düşünməmiş, avtomobilinə minib yoluna davam etmiş, əgər oğurluq niyyətini bilsə imiş, vətəndaşlıq borcunu yerinə yetirərək ona müdaxilə edərmiş və polisə məlumat verəcəyini bildirmişdir. həmin vaxt gündüz saatları olmuş, hava aydın olmuş, həmçinin həmin şəxsin özünü şübhəli aparmasından üzü yadında qalmış, sonradan onu fotoşəkildə görən zaman tam dəqiq xatırlamışdır. Cinayət işi materiallarına əlavə edilmiş, məhkəmə istintaqında tədqiq edilən: 20 aprel 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X4 icraatına qəbul edilmişdir; 20 aprel 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır; 20 aprel 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; 20 aprel 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 Elçin oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır; 20 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 20 aprel 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; 19 iyun 2023-cü il tarixli zərərçəkmiş şəxsin nümayəndəsinin tanınması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 nümayəndəsi qismində etibarnamə əsasında Nümayəndə tanınmışdır; 19 iyun 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X4 icraatına qəbul edilmişdir; 19 iyun 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; 28 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs oğlunun üzərində axtarış aparılmış, axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, predmet və ya narkotik vasitə vardırsa könüllü olaraq təqdim etməyi təklif edilmiş və üzərində olan əşyaları masanın üzərinə qoyması bildirilmiş, Təqsirləndirilən şəxs də əynində olan açıq boz rəngli şalvarın sağ arxa cibindən 2 ədəd qara rəngli pul qabı, sağ ön cibindən 1 ədəd elektron qurğu, sol ön cibindən 2 ədəd mobil telefon, sol arxa cibindən 2 cüt açar toplusunu təqdim etmişdir. 1 ədəd qara rəngli pul qabının içərisindən 24 manat 20 qəpik pul, 1 ədəd “Beynəlxalq bank”a məxsus kartı, digər pul qabından 1 ədəd patron, 1 ədəd “Samsung” markalı mobil telefonun arxasından 1 ədəd "xxxx"a məxsus bank kartı aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əşya, predmet və narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs verilmiş şifahi suallara cavab olaraq bildirmişdir ki, 1 ədəd “Texno” markalı mobil telefon, "xxxx"a məxsus bank kartı, 2 ədəd pulqabı, 1 patron, 24 manat 20 qəpik pul ona məxsusdur. 1 ədəd “Samsung” markalı mobil telefonu avtomobildən oğurlamış, 1 ədəd “Beynəlxalq bank”a məxsus bank kartını yerdən tapmış, 2 cüt açarı isə avtomobili təmir edilən yerdən götürmüşdür. Şəxsi axtarış zamanı 1 ədəd patron müvafiq qaydada ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan başqa aşkar edilmiş digər, yəni 1 ədəd “Texno” markalı mobil telefon, "xxxx"a məxsus bank kartı, 2 ədəd pulqabı, 24 manat 20 qəpik pul, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd “Beynəlxalq bank”a məxsus bank kartı əldə edildikləri yer və başqa xüsusatlar müəyyən edilməsi üçün götürülmüşdür; 28 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 15:55-də tutulmuşdur; 30 iyun 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi, cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X4 icraatına qəbul edilməklə ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, istintaq ********* nömrə altında aparılmış və ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir; 30 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 30 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir; 30 iyun 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; 26 iyul 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X4 icraatına qəbul edilmişdir; 26 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023cü il tarixdə, saat 18:40-da tutulmuşdur; 27 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; 28 iyul 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq ********* nömrə altında aparılmış və ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələrinə tövsif edilmişdir; 28 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2023-cü il tarixli, 3/1092 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronun fiziki qüvvə ilə ayrılmış hissələridir, gülləsidir-gilizidir, təqdim edilmiş vəziyyətdə döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə yararsızdır; Şirvan şəhər prokurorluğunun 03 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair toplanmış material üzrə Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X3 və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X13 məhkəmə - tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 364 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; 17 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2023-cü il tarixli, 9/7146 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Hindistan istehsalı “Samsung” markalı, “SM-A525D/DS” modelli, qara rəngli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, istifadədə olması və üzərində olan qüsurları nəzərə alınmaqla 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 180 manat müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2023-cü il tarixli, 3/1214 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə nömrələnmiş iki ədəd açar “VAZ” markalı, “2” rəqəmi ilə nömrələnmiş açar isə “Mercedes” markalı avtomobillərin istismarı üçün nəzərdə tutulmuş açarlardır. Lakin həmin açarların hansı modelli avtomobillərə məxsus olmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş “3” rəqəmi ilə nömrələnmiş açarın üzərində hər hansı avtomobilə məxsus zavod yazısı, nişanı olmadığından həmin açarın hansı markalı avtomobilə məxsus olmasını müəyyən etmək mümkün deyildir. “Təqdim edilən 1 cüt açar toplusunda olan açarlar “VAZ-2106”, “DAEVOO NEXİA” kimi avtomobillərin qapı kilidlərinin açılmasında istifadə edilə bilərmi?” sualı ekspert trasoloqun səlahiyyətinə aid olmadığı üçün həmin suala cavab verilmədi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2023-cü il tarixli, 3/1259 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə nömrələnmiş açar üzərində olan zavod yazısına görə “Tayota” markalı, “2” rəqəmi ilə nömrələnmiş açar “QA3” markalı, “3” rəqəmi ilə nömrələnmiş açar isə “Renault” markalı avtomobillərin istismarı üçün nəzərdə tutulmuş açarlardır. Lakin açarların üzərində avtomobilin modelini bildirən xüsusi əlamətli zavod yazıları, nişanı olmadığından həmin açarların konkret olaraq hansı modelli avtomobilə məxsus olmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş açarlar üzərində sonradan hər hansı bir düzəlişlərin və dəyişikliklərin aparılması müşahidə edilmədi “Təqdim edilən 1 cüt açar toplusunda, olan açarlar “VAZ-2106”, “DAEVOO NEXİA” kimi avtomobillərin qapı kilidlərinin açılmasında istifadə edilə bilərmi?” sualı ekspert trasoloqun səlahiyyətinə aid olmadığı üçün həmin suala cavab verilmədi; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. 177.2.3-1, 326.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 02 ay azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa o, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2. 177.2.3-1, 326.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 02 il 06 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 312 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Azərbaycan Respublikasının AZE 11288738 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva Aysun xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Əhmədova Ayseldir; Azərbaycan Respublikasının AZE 11288739 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva Aynur xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Əhmədova Ayseldir; Sabirabad rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflərin övladı - xx.xx.2010-cu il təvəllüdlü Əliyeva Aysun Şahid qızı və xx.xx.2012-ci il təvəllüdlü Əliyeva Aynur Şahid qızı - atası Təqsirləndirilən şəxs yanında və himayəsində qalmaları qət edilmişdir; Şirvan şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökm üzrə təyin edilmiş cəzaya əvvəlki Salyan rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 01 ay 09 gün hissəsi qismən birləşdirilərək qəti olaraq ona 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 05 ay 16 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 11 ay 02 gün çıxmaqla qəti olaraq ona 02 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilən azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı hökmü xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və məhkum xx.xx.2022-ci il tarixdə qeydiyyata düşmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixə kimi Təqsirləndirilən şəxs cəzasından 07 ay 21 günü çəkilmiş, 01 il 11 ay 7 gün çəkilməmiş cəzası qalmışdır; 12 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay müddətinə, yəni 26 noyabr 2023-cü il tarixədək uzadılmışdır; Zərərçəkmiş şəxs2 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur; Zərərçəkmiş şəxs4 Elçin oğlunun ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilməmiş, lakin təqsirləndirilən şəxsdən heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verərək onu qəbul etmir və bildirir ki, həmin ifadə işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələlərində onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etmiş, törətmiş olduğu əməllərə dair etirafedici izahat və ifadələr vermiş, lakin istintaqın yekun mərhələsində özünü təqsirli bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsində zorakılığa məruz qalması barədə söylədikləri Şirvan şəhər prokurorluğu tərəfindən araşdırılmış və Şirvan şəhər prokurorluğunun müstəntiqi X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair toplanmış material üzrə Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X3 və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə inanıb onu qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi onun özünün məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir; Həmin Məcəllənin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2005-ci il tarixli qərarının 3-cü və 7-ci bəndlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkar hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə CM-nin 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, vurulmuş maddi ziyanın qismən ödənilməsini CM-nin 59.1.14-cü maddəsinə, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağrlaşdıran halın olmamasını, lakin əvvəllər iki dəfə digər qəsdən eyni xarakterli cinayət törətməyə görə barəsində məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasından nəticə çıxarmayaraq hazırki qəsdən cinayət əməlini törətməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələrinin sanksiyası daxilində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələrinin sanksiyası həddi daxilində, CM-nin 66.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 28 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə olduğu 2 gün müddət nəzərə alınmalı, CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki, yəni Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-216/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 il 06 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd üzərində “Qaz” sözü yazılmış və 2 ədəd üzərində “Vaz” sözü yazılmış açarlar, 1 ədəd “Samsung A 52” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılmalı, cinayət işinə əlavə edilmiş 08 (səkkiz) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri 334 (üç yüz otuz dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsi nəzərə alınmalı, digər zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 07 (yeddi) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 11 (on bir) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd üzərində “Qaz” sözü yazılmış və 2 ədəd üzərində “Vaz” sözü yazılmış açarlar, 1 ədəd “Samsung A 52” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 334 (üç yüz otuz dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 8 (səkkiz) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsi nəzərə alınsın, digər zərərçəkmiş şəxslərə (zərərçəkmiş şəxsin nümayəndəsinə) maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar