Məhkəmə qərarları › İş №1(032)-211/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-211/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-211/2023 20.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 09:55-də Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Cəngən kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin iyun ayında tanışı Zərərçəkmiş şəxs məxsus Şirvan şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin açarlarını sonuncunu avtomobili ilə iş yerinə düşürən zaman açarların avtomobildə qalmasından istifadə etməklə əldə edib, yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə açarla qapını açıb, qanunsuz olaraq daxil olmaqla, evdən Zərərçəkmiş şəxs məxsus 1500 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 01 fevral 2023cü il tarixdə tanışı Zərərçəkmiş şəxs məxsus Şirvan şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin açarlarını sonuncunu avtomobili ilə iş yerinə düşürən zaman açarların avtomobildə qalmasından istifadə etməklə əldə edib, yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə açarla qapını açıb, qanunsuz olaraq daxil olmaqla, evdən Zərərçəkmiş şəxs məxsus və zərərçəkmişin qiymətləndirdiyi 01 ədəd 200 manat dəyərində «HP» markalı “noutbuk” tipli kompyuteri, 01 ədəd 60 manat dəyərində “İmou” markalı müşahidə kamerasını, 01 ədəd 100 manat dəyərində qızıl dişi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 360 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə 2022-ci ilin iyun ayında Hacıqabul rayonunda yerləşən Muğan restoranında birlikdə işləmişlər. O, Zərərçəkmiş şəxs özünə məxsus olan «Vaz 2107» markalı avtomobil ilə hər gün işə aparmışdır. Zərərçəkmiş şəxs evinin açarlarını onun avtomobilinə qoymuşdur. Onun övladı xəstə olduğu üçün ona pul lazım olmuşdur. Bunun üçün oğurluq etmək qərarına gəlmişdir. 2022-ci ilin iyun ayında Rövșən Səfərovu yașadığı evdən götürüb Hacıqabul rayonunda yerləşən "Muğan" restoranına getmişlər. Rövșən Səfərov evinin açarlarını avtomobilinə qoymuşdur. O, bundan sonra Hacıqabul rayonundan Şirvan şəhərinə gəlmişdir. Zərərçəkmiş şəxs məxsus olan Şirvan şəhəri, Naxçıvan küçəsinə getmişdir. Mașından Rövșən Səfərovun evinin açarlarını götürmüşdür. Sonra evinin həyətinin qapısını açarla açmışdır. Həyətə daxil olmuşdur. Sonra evin qapısını açmış və evə daxil olmuşdur. Evin yataq otağında olan şkafa baxan zaman orada təqribən 3-4 min manat pulun olduğunu görmüşdür. O, həmin puldan 1500 manat götürmüş, sonra evin qapılarını bağlayıb evdən çıxmışdır. Həmin müddətdən sonra Zərərçəkmiş şəxs ilə münasibatləri normal olmuşdur. 01 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Hacıqabul rayonunda yerləşən Muğan restoranına aparmış, sonuncunu restoranda düşürdükdən sonra Şirvan şəhərinə gəlmiş, Zərərçəkmiş şəxs yasadığı evə getmişdir. Evin qapısını açıb evə daxil olmuşdur. Evdən 1 ədəd «HP» markalı kompyuter, 1 ədəd qızıl diş və 1 ədəd kameranı oğurlamışdır. 01 fevral 2023-cü il tarixdə saat 24 radələrində Zərərçəkmiş şəxs ona zəng vuraraq bildirmişdir ki, evindən oğurluq etmişdir. Evində olan kameraya düşmüşdür. O, Rövșən Səfərova bildirmişdir ki, evindən oğurladığı pulu və kompyuteri geri qaytaracaq. 02 fevral 2023-cü il tarixdə Rövșən Səfərovun evindən oğurladığı kompyuteri, kameranı ve 750 manat pulu geri qaytarmışdır. 750 manat pulu və 1 ədəd qızıl dişi isə qaytarmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs onun barəsində ərizə ilə Şirvan ŞPŞ-yə müraciət etmişdir. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam şəkildə aradan qaldırmışdır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Şivan şəhəri, Naxcıvan küçəsi, ev 501 ünvanında özünə məxsus fərdi yaşayış evi vardır, həmin evdə yoldaşı X1 ilə birlikdə yaşayır, təxminən 2022-ci ilin mart ayında axşam vaxtı evə gəlmiş, bu zaman yoldaşı ona kiminsə evə girdiyini bildirmiş, bunu evdə olan əşyaların yerinin fərqli olmasından və şkafların qapısının açılmasından hiss etmişlər. Yoldaşı Şirvan şəhər MX-da işləyir, o isə evə gecələr gəlir, buna görə evləri gündüzlər boş olur, naməlum şəxsin evlərinə daxil olması nəticəsində evdən oğurluq edib-etməməsini müəyyən edə bilməmişlər, heç bir əşya oğurlanmamışdır. Bu hadisədən sonra təxminən 2022-ci ilin may ayında axşam radələrində evə gəlmiş, yoldaşı yenə də evə kiminsə daxil olduğunu, ev əşyalarının dağınıq olduğunu bildirmişdir. Onlar evi axtarmışlar və gözlə görünən əşyalardan oğurlanmadığı üçün bu barədə heç bir quruma müraciət etməmişlər. X8 toy etmək üçün pul yığmış, qızı Almaniya Respublikasında yaşayır, qızının toyu üçün yığdıqları pulu yaşadıqları evdə şkafda saxlamışlar, 2022-ci ilin iyun ayında axşam radələrində evə gəldikdə yoldaşı ona yığdıqları puldan 1500 manat olmadığını və oğurlandığını bildirmiş, həmin pulu oğurlayan şəxsi bilmədikləri üçün yenə də bu barədə PŞ-nə müraciət etməmişlər, lakin kiminsə evlərinə mütəmadi olaraq daxil olmasından şübhələnməyə başlamışlar. Bu barədə oğlu Orxan Səfərova məlumat vermişlər, Orxan onlara Almaniya Respublikasından evə quraşdırmaq üçün kamera göndərmiş, həmin kameranı evə quraşdırmış və mobil telefon vasitəsilə evə nəzarət etmək mümkün olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam radələrində evə gələn zaman evdə yenədə dəyişikliklər olduğunu hiss etmişlər və kameraya baxmışlar, bu zaman Həmid kimi tanıdığı şəxsin evə daxil olduğunu görmüşdür. Həmidi uzun müddətdir ki, tanıyır, onunla bir müddət Hacıqabul rayonunda yerləşən Muğan restoranında işləmişlər, kamerada həmin şəxsin onun evini gəzdiyini və evdən 01 ədəd qızıl diş, 01 ədəd HP markalı «notebook» tipli kompyuter və 01 ədəd müşahidə kamerasını götürdüyünü görmüş, bundan sonra həmin şəxsə zəng etmiş, Həmidə bu barədə PŞ-nə ərizə ilə müraciət edəcəyini bildirmişdir. Həmid ona şikayət etməməyini və bütün oğurladığı əşyaları qaytaracağını bildirmiş və o da şikayət etməmiş, bundan sonra həmin şəxs oğurladığı kompyuteri və 01 ədəd kameranı geri qaytarmış, sonra isə ümumilikdə 750 manat pulu geri qaytarmış, oğurladığı 750 manat pulu və 01 ədəd qızıl dişi isə qaytaracağını bildirmişdir. Həmin qızıl dişin qiyməti 100 manat olmuşdur, bundan sonra bir neçə dəfə Həmidlə əlaqə saxlasa da ona geri qalan məbləği və qızıl dişi qaytaracağını bildirmişdir. Həmidin həmin məbləği geri qaytarmayacağını bildiyi üçün xx.xx.2023-cü il tarixdə PŞ-nə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Evindən 2022-ci ilin iyun ayında 1500 manat pul, 01 fevral 2023-cü il tarixdə isə 01 ədəd 200 manat dəyərində HP markalı «notebook» tipli kompyuter, 01 ədəd 100 manat dəyərində qızıl diş, 01 ədəd 60 manat dəyərində müşahidə kamerası oğurlanmış və ona ümumilikdə 1860 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 10 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. İş materiallarında olan götürmə aparılması haqqında qərardan, götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd kompyuter «notebook» tipli olmaqla «HP» markalıdır, kompyuter açılıb-bağlanandır, gövdəsi qara rəngdədir, işlək vəziyyətdədir, üzərində istifadə olunmasını bildirən cızıq izləri vardır. Təqdim olunmuş bir ədəd müşahidə kamerası «İmou» markalı olmaqla, kameranın əsası ağ rəngdədir, orta hissəsi qara rəngdə şüşədəndir, kamera işlək vəziyyətdədir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, təqdim etdiyi müşahidə kamerasını və kompyuteri evindən Həmid adlı şəxs oğurlamış, sonradan isə həmin əşyaları ona qaytarmışdır. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 28 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, özünü həmişə intizamlı aparmış, özündən böyüklərin hörmətini saxlamış, yaşıdları arasında nüfuz qazanmış, kəndin xeyir, şər və digər ictimai işlərində fəal iştirak etmiş və onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 28 iyul 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Nağıyev X3 rayonu, Cəngan kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan AZ-İİİ № 763116 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Nağıyeva (Əskərova) Sona Teymur qızıdır. İş materiallarında olan epikrizdən görünür ki, Təqsirləndirilən şəxs qızı X5 anadangəlmə ürək qüsurludur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin ultrasəs ilə müayinəsindən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X7 onkoloji xəstədir. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “44 günlük Vətən müharibəsi”nin iştirakçısı olmuş, o, “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdr. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuş, 12 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin iyun ayında tanışı Zərərçəkmiş şəxs məxsus Şirvan şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin açarlarını sonuncunu avtomobili ilə iş yerinə düşürən zaman açarların avtomobildə qalmasından istifadə etməklə əldə edib, yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə açarla qapını açıb, qanunsuz olaraq daxil olmaqla, evdən Zərərçəkmiş şəxs məxsus 1500 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 01 fevral 2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs məxsus Şirvan şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin açarlarını sonuncunu avtomobili ilə iş yerinə düşürən zaman açarların avtomobildə qalmasından istifadə etməklə əldə edib, yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə açarla qapını açıb, qanunsuz olaraq daxil olmaqla, evdən Zərərçəkmiş şəxs məxsus və zərərçəkmişin qiymətləndirdiyi 01 ədəd 200 manat dəyərində «HP» markalı “noutbuk” tipli kompyuteri, 01 ədəd 60 manat dəyərində “İmou” markalı müşahidə kamerasını, 01 ədəd 100 manat dəyərində qızıl dişi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 360 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini təşkil edir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ğdəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, eyni zamanda yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, “44 günlük Vətən müharibəsi”nin iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə Neftçala rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 01 ədəd “HP” markalı, “noutbuk” tipli kompyuterin və 01 ədəd müşahidə kamerasının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdən, 12 may 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Neftçala rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Neftçala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Neftçala rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 01 ədəd “HP” markalı, “noutbuk” tipli kompyuterin və 01 ədəd müşahidə kamerasının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar