Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-215/2023 23.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında 28 avqust 2003-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 30 may 2023cü il tarixli qərarı ilə, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 may 2023-cü il tarixdə, saat 15 radələrində ictimai yer hesab olunan Şirvan şəhəri Nəriman Nərimanov küçəsində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 ilə mübahisə edərək, ucadan sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs3 qəsdən sifətindən yumruqla vuraraq, sonuncuya sol ordun iç səthində qansızma ilə əhatə olunan əzilmiş-cırılmış yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya ald xəsarət yetirdikdə, hadisə yerinə gələn ictmai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Şirvan şəhər polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ictimai qaydaya riayət olunması ilə bağlı iradlarına məhəl qoymayıb, ətrafdakı şəxslərin gözü qarşısında silah qismində istifadə etdiyi bıçağı tətbiq edərək ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirib onu nizam-intizama dəvət edən polis əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkərək, sağlamlıqlarına zərər vurması ilə bağlı hədə-qorxu gəlib, qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs3 atası ilə mübahisə edən zaman görmüş və onun yanına gedərək onu sillə ilə vurmuş, ona yumruq atmamışdır. Atasını xəstəliyi ilə bağlı xəstəxanaya apardıqdan sonra həmin yerdən keçən zaman polis əməkdaşları onun üzərinə gəlmiş, onlardan yayınaraq qaçmaq istəmiş, yerdə istifadəyə yararsız bıçaq olduğunu görmüşdür. Həmin bıçağı yerdən götürərək özünə xəsarət yetirməyi qərara almış, bıçağı yerdən götürüb polis əməkdaşlarına “yaxın gəlməyin, özümə xəsarət yetirəcəyəm” deyərək öz qoluna xəsarət yetirmiş və polis əməkdaşlarının ondan uzaqlaşacağını fikirləşmişdir. Bundan sonra onu xəstəxanaya aparmışlar. Heç kimə xəsarət yetirmək fikri olmamış, sadəcə özünə xəsarət yetirmişdir ki, polis əməkdaşları oradan uzaqlaşıb getsinlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, Şirvan şəhəri Nəriman Nərimanov küçəsində meyvə satışı ilə məşğuldur. Şirvan şəhər sakini Elman 28 may 2023-cü il tarixdə saat 12 radələrində onun yanına gəlmiş, Elman satdığı almadan götürmək istəmiş, o, Elmana bildirmişdir ki, almanı götürməsin. Bundan sonra Elman onu söyüb-təhqir etmişdir. Sonra Elman ondan uzaqlaşıb getmişdir. Həmin gün saat 15 radələrində Elmanın oğlu Təqsirləndirilən şəxs onun meyvə satdığı Şirvan şəhəri Nəriman Nərimanov küçəsinə gəlmişdir. Təqsirləndirilən şəxs ona atası ilə mübahisə etdiyini bildirmişdir. O, Sahilə demişdir ki, atası onu təhqir edib. Bundan sonra Təqsirləndirilən şəxs onun üz nahiyəsinə bir dəfə yumruq vurmuşdur. Təqsirləndirilən şəxs onu vurduqdan sonra ona bildirmişdir ki, binanın arxasına gəlsin. Təqsirləndirilən şəxs Şirvan şəhəri Nərimanov Nərimanov küçəsində uca səslə onu söyübtəhqir etmişdir. Həmin vaxt ətrafda olan tanımadığı şəxslər onlara yaxınlaşmışdır. Həmin şəxslər Təqsirləndirilən şəxs ondan aralaşdırmışlar. Təqsirləndirilən şəxs ilə aralarında mübahisə təqribən 15-20 dəqiqə davam etmişdir. Ətrafdan tanımadığı şəxslər toplaşmışdır. Həmin vaxt əraziyə polis əməkdaşları da gəlmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs nizam-intizama dəvət etsə də, Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirərək, onun ünvanına uca səslə söyüş söyməyi davam etdirmişdir. Sonra Təqsirləndirilən şəxs Şirvan şəhəri Heydər Əliyev prospekti istiqamətində getmişdir. Polis əməkdaşları da Təqsirləndirilən şəxs ardınca getmişdir. Təqsirləndirilən şəxs onu xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri Nəriman Nərimanov küçəsində döymüşdür. Təqsirləndirilən şəxs onun üz nahiyəsinə bir dəfə yumruq vurmuşdur. Təqsirləndirilən şəxs bıçaq ilə ona xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs üzərində bıçaq olmasını görməmişdir. Təqsirləndirilən şəxs onu döyən və söyüb-təhqir edən zaman ətrafdan 6-7 nəfər şəxs toplaşmış, həmin şəxsləri tanımır. Təqsirləndirilən şəxs ilə aralarında mübahisə içtimai yerdə olduğundan orda xeyli sayda adam olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, hazırda Şirvan şəhər Polis şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir. 28 may 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 ilə birlikdə Şirvan şəhəri, Heydər Əliyev prospektində xidmətdə olmuşlar. Şirvan şəhəri Nəriman Nərimanov küçəsində bir qrup şəxsin toplaşdığını görmüşlər. Onlar xidməti avtomobil ilə həmin əraziyə yaxınlaşmışlar. Orada adını sonradan bildiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 üz nahiyəsinə yumruq vurduğunu görmüşdür. Ətrafda olan şəxslər Təqsirləndirilən şəxs sakitləşdirmək istəmişdir. Təqsirləndirilən şəxs isə uca səslə Zərərçəkmiş şəxs3 ünvanına nalayiq ifadələr işlətdiyinin şahidi olmuşlar. Onlar avtomobildən düşüb Zərərçəkmiş şəxs3 yaxınlaşmışlar. Təqsirləndirilən şəxs nizamintizama dəvət etmişlər. Təqsirləndirilən şəxs isə hərəkətlərini davam etdirmişdir. Onların qanuni tələblərinə məhəl qoymamış, bıçaq çıxarıb həmin bıçaqla onlara hədə-qorxu gəlməyə başlamış, onların ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Onlar Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nə dəvət etsələr də sonuncu onlardan yayınıb getmişdir. Onlar Təqsirləndirilən şəxs ardınca getmişlər. Təqsirləndirilən şəxs onların ardınca gəlməklərini görüb bıçaqla onlara yenə də hədə-qorxu gəlmişdir. Onlara bildirmişdir ki, bıçaqla onlara xəsarət yetirəcək. Bıçaq ilə üzərlərinə hücum çəkmişdir. Sonra əlində olan bıçaq ilə bir neçə dəfə qoluna xəsarət yetirmişdir. Onlar Təqsirləndirilən şəxs yenidən nizam-intizama dəvət etsələr də, sonuncu onların ünvanlarına nalayiq ifadələr işlətməyə davam etmişdir. O və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs əlində olan bıçağı almışlar. Sonra Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri ilə ictimai qaydanı 15-20 dəqiqə ərzində pozmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 mübahisə edən zaman ətrafdan təqribən 10-15 nəfər adam toplaşmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş hazırda Sabirabad rayon Polis şöbəsinin Qaragüney Polis bölməsinin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiklərini təsdiq etdi və bildirdi ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Törətmiş olduğu əmələ görə ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 212 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar olunan xəsarət - sol ordun iç səthində qansızma ilə əhatə olunan əzilmiş-cırılmış yara küt əşya təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən 28 may 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; Cinayət işi materiallarında olan məhkəmə-ballistik ekspertizasının 18 avqust 2023cü il tarixli, 18/812 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bıçaq tiyəsi və dəstəyi ayrılma xətti üzrə birləşdirildikdə zavod üsulu ilə istehsal edilmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, təyinatı üzrə istifadəyə yararsız, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən, təsərrüfatməişət təyinatlı mətbəx bıçağını təşkil edirlər; Cinayət işi materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 avqust 2023-cü il tarixli, 2173 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, təsvir etmək və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə pataloji meyillilik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur; Cinayət işi materiallarında olan 28 may 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İB-nin müstəntiqi Sahil Şıxalıyevin icraatına qəbul edilmişdir; Cinayət işi materiallarında olan 28 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 17:00-da tutulmuşdur; Cinayət işi materiallarında olan 30 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Cinayət işi materiallarında olan 30 may 2023-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Cinayət işi materiallarına əlavə olunmuş 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi X3 tərəfindən aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi əməlində cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; Cinayət işi materiallarında olan 18 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir; Cinayət işi materiallarında olan 25 avqust 2023-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 (on beş) gün müddətinə, yəni - 12 sentyabr 2023-cü il tarixədək uzadılmışdır; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Cinayət işinə əlavə edilmiş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 468 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında (həmçinin ibtidai araşdırma zamanı) verdiyi ifadələrinə qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr işin halları ilə (zərərçəkmiş şəxslərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə) təsdiq olunmur. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadələrinə inanınb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ilə olunan hərəkətlər başa düşülür. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X2 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 28 may 2023cü il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 34 manat 38 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 may 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 34 manat 38 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-215/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-215/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver