Məhkəmə qərarları › İş №1(032)-219/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-219/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-219/2023 10.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:30-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 09 iyun 2023-cü il tarixdə, saat 21 radələrində Şirvan şəhəri, X2 küçəsində Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onun qohumlarına qarşı etdiyi hərəkətlər səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs yumruqla bədəninin sol qabırğaaltı hissəsindən vuraraq, sonuncuya sol Vİİ və İX qabırğaların sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur, onunla münasibətləri normaldır. Zərərçəkmiş şəxs qohumu Gülnarəni mütəmadi olaraq narahat etdiyi üçün qohumu Gülnarə ona bildirmişdir ki, Zərərçəkmiş şəxs onu narahat edir. O, Gülnarəyə bildirmişdir ki, Zərərçəkmiş şəxs barəsində polisə müraciət etsin. 09 iyun 2023cü il tarixdə, saat 20 radələrində Gülnarənin qızı Günay ona bildirmişdir ki, Zərərçəkmiş şəxs onu narahat edir. O, Günaya bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə danışar, narahat etməz. 09 iyun 2023-cü il tarixdə Şirvan şəhəri, X2 küçəsində yerləşən mənzilinin həyətinə düşmüş, binanın həyətində Zərərçəkmiş şəxs və qohumu Sərdarın mübahisə etdiklərini görmüş,Zərərçəkmiş şəxs yaxınlaşmış, bir müddət sonra xalası Çiçək onlara yaxınlaşmışdır. Çiçək Zərərçəkmiş şəxs bildirmişdir ki, Gülnarəni nə üçün narahat edir. Bundan sonra Zərərçəkmiş şəxs ilə Çiçək arasında mübahisə yaranmış, Zərərçəkmiş şəxs Çiçəyi itələmiş, Çiçək yerə yıxılmış, o, Zərərçəkmiş şəxs nə üçün Çiçəyi itələdiyini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs onun əynində olan köynəyin yaxasından tutmuş və onun köynəyini cırmışdır. Zərərçəkmiş şəxs ilə bir-birlərinə xəsarətlər yetirməyə başlamışlar. Sonra Zərərçəkmiş şəxs yerdən daş götürmüş, daşı baş nahiyəsinə vurmuş, o da baş nahiyəsindən xəsarət almışdır. O, Zərərçəkmiş şəxs qabırğa nahiyəsinə yumruq ilə vurmuş, Zərərçəkmiş şəxs xəsarətlər almışdır. Həmin vaxt yaxınlıqda olan Sərdar, Çiçək onlara yaxınlaşmış, onları sakitləşdirmişlər. O, bundan sonra həmin ərazidən getmişdir. Mübahisə təqribən 5 dəqiqə davam etmişdir. Etdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı aradan qaldırdığını nəzərə alıb barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs ilə münasibətləri normaldır. 06 iyun 2023-cü il tarixdə Gülnarə ilə aralarında mübahisə yaranmışdır. 09 iyun 2023-cü il tarixdə Şirvan şəhəri, X2 küçəsində yerləşən mənzilin həyətinə düşmüş, binanın həyətində qonşuları Sərdarı və Çiçəyi görmüş, təsadüfən Çiçəyə toxunmuş, Sərdar ona nə üçün Çiçəyə toxunduğunu bildirmiş, o Sərdardan üzr istəmiş, bundan sonra Sərdar ona qohumu Gülnarəni nə üçün narahat etdiyini bildirmişdir. Sərdar ilə arasında sözlə mübahisə yaranmış, bir müddət sonra Təqsirləndirilən şəxs ona yaxınlaşmış, Təqsirləndirilən şəxs ona xalasına nə üçün toxunduğunu demiş, sonra Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmış, yerdən daş götürüb Təqsirləndirilən şəxs vurmuş, Təqsirləndirilən şəxs də qabırğa nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Qabırğa nahiyəsindən xəsarət almış, həmin vaxt orada olan Sərdar və Çiçək onları sakitləşdirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur, ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, X2 küçəsində yerləşən mənzildə yaşayan Gülnarə Hacıyeva bacısı qızıdır. 06 iyun 2023-cü il tarixdə Gülnarə Hacıyeva ona bildirmişdir ki, Zərərçəkmiş şəxs onu narahat edir. O, Gülnarə Hacıyevaya bildirmişdir ki, polisə müraciət etsin. 09 iyun 2023-cü il tarixdə, saat 21 radələrində arvadı Şahid1 ilə yaşadıqları binanın həyətinə düşmüş, binanın həyətində Zərərçəkmiş şəxs görmüş, sonuncu həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs təsadüfən arvadı Şahid1 dəymiş, Şahid1 yerə yıxılmışdır. O, bundan sonra Vahid Şironova nə üçün arvadına dəydiyini, yol gedəndə diqqətli olmağını demişdir. Zərərçəkmiş şəxs ondan üzr istəmiş və bilmədən olduğunu demişdir. O, sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, Gülnarə Hacıyevanı da narahat etməsin. Zərərçəkmiş şəxs ondan üzr istəmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs binanın həyətinə gəlmiş, sonuncu Zərərçəkmiş şəxs bildirmişdir ki, xalasına nə üçün vurmuşdur. Zərərçəkmiş şəxs bilmədən xalasına toxunduğunu demişdir. Sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs yerdən daş götürmüş və daşı Təqsirləndirilən şəxs baş nahiyəsinə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuş, onlar Vahid və Cavidi sakitləşdirmişdir. Cavid və Vahid arasında mübahisə təqribən 5 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafdan insanlar toplaşmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (i.v 84-878) . Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə mübahisə etdiklərini, sonuncunu yumruqla vurduğunu hadisə yerində əyani göstərmişdir. (i.v. 116-118) Məhkəmə-tibbi ekspertizasının 25 iyun 2023-cü il tarixli, 281 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – sol Vİİ-İX qabırğaların sınığı küt əşya təsirindən törənmiş, müayinə olunanın dediyi 09 iyun 2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (i.v.119-121) Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də, 09 iyun 2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Şirvan şəhərinin X2 küçəsində baş vermiş hadisə zamanı ictimai qaydanın pozulması hallarına yol verilməsi müəyyən olunmamış, hadisəni görən hər hansı bir şahid bazasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, hadisə yerində hər hansı bir müşahidə kamerasının olması müəyyən olunmamışdır. (i.v. 96) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.135-137) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 127.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını nəzərə alaraq təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasına etiraz etmədiyini bildirdi. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 347,356, 384-cü maddələrini rəhbər tutub, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar