Məhkəmə qərarları › İş №1(032)-22/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-22/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-22/2023 17.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 11:25-də Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ayıq vəziyyətdə 30 iyun 2022-ci il tarixdə saat 13 radələrində etibarnamə əsasında idarəetdiyi texniki cəhətdən saz vəziyyətdə olan "X7" markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri X5 prospektində üzü Elit ticarət Mərkəzi istiqamətində hərəkətdə olarkən«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib, ehtiyatsızlıqdan yolu sağdan sol tərəfə keçən Zərərçəkmiş şəxs avtomobilin sol güzgüsü ilə vuraraq, Zərərçəkmiş şəxs “sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı” kimi dərəcəsinə görə həyat üçün təhlükəli olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, baş vermiş hadisə zamanı idarəetdiyi “Ford Transit” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş, 30 iyun 2022-ci il tarixdə saat 13 radələrində o, idarəetdiyi “Ford Transit” narkalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin M.Ə.Rəsulzadə küçəsində üzü Elit ticarət mərkəzinə doğru hərəkət edən zaman Zərərçəkmiş şəxs qucağında uşağı ilə yolu keçməyə başladığını görmüş, həmin vaxt aralarında təxminən 2-3 metr məsafə olmuş, bu zaman Zərərçəkmiş şəxs yolu qaçaraq keçmək istəmiş və yolun ortasında irəli və önə doğru hərəkət etmiş, o, maneədən yayınmaq və Zərərçəkmiş şəxs və uşağı vurmamaq üçün avtomobilin əyləc sistemindən istifadə etmiş, bu zaman o, avtomobili sağa çəkmiş, lakin Zərərçəkmiş şəxs özünü avtomobilin sol güzgüsünə çırpmış və yerə yıxılmışdır. Bundan sonra o, avtomobili saxlamış və avtomobildən düşərək, Zərərçəkmiş şəxs və uşağa yaxınlaşmış, sonra onları Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirmiş, orada Zərərçəkmiş şəxs və Gülay Əhmədzadəyə ilkin tibbi yardım edilmişdir. Bundan başqa o bildirmişdir ki, hadisə zamanı heç bir xəsarət almamış, idarəetdiyi avtomobildə heç bir nasazlıq olmamış, hadisə vaxtı idarəetdiyi avtomobildə tək olmuş, kənar şəxs olmamış, hadisə vaxtı və ondan əvvəl nə spirtli içki nə də ki, narkotik vasitə qəbul etməmiş, hadisə vaxtı o, 30-40 km saat surətlə hərəkət etmiş, hadisə zamanı o, avtomobili manevr edərək, maneədən yayınmış, bu zaman əyləcdən istifadə etmiş, lakin Zərərçəkmiş şəxs qucağında uşaqla avtomobilə tərəf gəlmiş və özünü avtomobil sol güzgüsünə çırpmış, həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs hadisə zamanı özünü itirməsindən və ya başqa səbəbdən avtomobilin sol güzgüsünə dəyməsi barədə bir söz deyə bilməmişdir. Təqsirləndirilən şəxs etdiyi əmələ görə çox peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş,iş üzrə icraata xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, 30 iyun 2022-ci il tarixdə saat 13 radələrində o, az yaşlı qızı X3 ilə birlikdə öz işlərinin dalınca getmiş, həmin vaxt Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində Tural şadlıq sarayının yanında qızı Gülay Əhmədzadə ilə birlikdə yolu keçməyə başlamışlar. Həmin vaxt avtomobillər onların yolu keçməklərinə şərait yaratmışlar, onlar yolun orta xəttinə çatıb oradan hərəkəti davam etdirən zaman qarşı tərəfdən avtomobili gəlmədiyini görmüşlər, lakin onlar hərəkətə başlayandan sonra şəhərin Naxçıvan küçəsi istiqamətindən gələn “Ford Transit” markalı ** MV *** d.q.n-lı avtomobil onların üzərinə gəlmiş və avtomobilin ön sol hissəsi ona və qızı Gülaya dəymiş və onlar zərbədən yerə yıxılmışlar. Sonra avtomobilin sahibi və orada olan digər şəxslər onları şəhər xəstəxanasına gətirmişlər. Həmin vaxt onlara orada ilkin tibbi yardım olunmuşdur. Bundan başqa o bildirmişdir ki, o, avtoqəza zamanı sağ ayağından xəsarət almış, az yaşlı qızı Gülay Əhmədzadə başından və belindən xəsarət almış, hadisə zamanı ona və qızına məxsus heç bir əşya zədələnməmiş və yararsız hala düşməmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və sxemdən görünür ki, hadisə baş verən yer şəhərin M.Ə.Rəsulzadə prospektində “Tural” şadlıq sarayının yanıdır, Hadisə yeri yaşayış məntəqəsi daxilidir, yol asfalt örtüklü, quru, düz və hamardır. Hərəkət iki istiqamətlidir, hərəkət istiqamətləri 1.3 üfüqi nişanlanma xətti ilə ayrılır. Bir istiqamətdə hərəkət zolaqları düz xətlə bölünmüşdür. 4 hərəkət zolağı olmaqla, hərəkət hissənin eni bir istiqamətdə 3,7 metrdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 30 iyun 2022-ci il tarixli 85 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Şirvan RQİ və TB şöbəsinin 24 noyabr 2022-ci il tarixli 306-6971-1222 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2012-ci il tarixdə 1 (bir) il müddətinə məhdudlaşdırılmış və həmin müddət bitdikdən sonra Şirvan RQİ və TBŞ-nə təhvil verdiyi sürücülük vəsiqəsi özünə qaytarılmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunması barədə məlumat mövcud deyildir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 506 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı, yerdəyişən sınığı-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 30 iyun 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisələrinə dair 11 avqust 2022-ci il tarixli 8/1840 nömrəli rəydən görünür ki, Ford Transit markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-də heç bir məlumat yoxdur. İş materiallarında olan 24 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Şirvan şəhər PŞ-nin DYPB-nə göndərilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, sonuncunun zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanını ödənilməsini, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və onunla barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Şirvan şəhər PŞ-nin DYPB-nə göndərilməsi nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icratına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Şirvan şəhər PŞnin DYPB-nə göndərilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Qərardan elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə qərarın surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar