Məhkəmə qərarları › İş №1(032)-22/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-22/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-22/2025 08.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:51 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 , barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi soyuq silah olan bir ədəd bıçağı üzərində daşımaqla gəzdirmiş, 24 noyabr 2024-cü il tarixdə saat 20:10-da Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən Şirvan şəhəri, Heydər Əliyev prospektində səs küy salaraq ictimai qaydanı pozan zaman nizam intizama dəvət edilməsinə baxmayaraq, irada məhəl qoymayıb öz hərəkətlərini davam etdirdiyinə və narkotik vasitə istifadəsində şübhəli bilindiyindən saxlanılaraq X8 hissəsinə gətirilib üzərinə baxış keçirilən zaman əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik, təsərrüfat-məişət təyinatlı turist bıçağı olmaqla tiyənin küt tərəfi sonradan kustar üsulla nazildilib itilənmiş, ilkin təyinatı dəyişdirilmiş, iki tərəfi kəsici, ucu batıcı xassəli xəncərlərin tiyəsinə uyğunlaşdırılmış, istifadəyə yararlı və soyuq silah hesab edilən bıçaq aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 noyabr 2024-cü il tarixdə saat 20 radələrində o, şəhərin H.Əliyev prospektində “Fizuli” parkı tərəfdə piyada gəzdiyi vaxt şəxsi problemləri ilə bağlı əsəbləşdiyindən ucadan nalayiq söyüşlər söymüş, bu zaman ona iki nəfər şəxs yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər və onu nizam intizama dəvət etmişlər. O, qorxduğu üçün üzərində bıçaq olmasını polis əməkdaşlarına bildirməmişdir. Sonra polis əməkdaşları onu Şirvan şəhər polis şöbəsinə gətirmişlər. Onlar polis şöbəsinə gəldikdən sonra onu X8 hissəsinə aparmışlar, orada ona üzərində olan əşyaları təqdim etməyini bildirmişlər, o da məcbur qalıb əynində olan şalvarının sağ yan cibindən 1 ədəd açılıb qatlanan bıçağını təqdim etmiş, bundan sonra təqdim etdiyi əşyalarla bağlı müvafiq akt tərtib edilmişdir. Bundan sonra onu polis şöbəsinin 1-ci mərtəbəsində yerləşən otaqlardan birinə aparılmış, orada təhqiqatçı tərəfindən onun və hal şahidlərinin iştirakı ilə üzərindən aşkar edilmiş 1 ədəd bıçağa baxış keçirilmiş, bundan sonra isə onun izahatı alınmışdır. Üzərindən aşkar edilmiş 1 ədəd bıçağı təxminən 1 il əvvəl Bakı şəhərindən yadında qalmayan mağazadan almış, həmin bıçağı üzərində meyvə tərəvəz yeyən zaman kəsib doğramaq üçün istifadə etmək məqsədi ilə saxlamışdır. Qeyd edilən bıçağı o, itiləməmiş, həmin bıçaq alınanda hər iki tərəfi itilənmiş vəziyyətdə olmuşdur. Həmin əməlindən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 noyabr 2024-cü il tarixdə Şirvan şəhər X8 hissəsində məsul növbətçi kimi növbətçi köməkçisi Şahid2 ilə birlikdə xidmətdə olarkən, PŞ-nin CAB-nin əməliyyat müvəkkili X3 və PŞ-nin PPXB-nin polis nəfəri X2 şəhəri, S.Ə.Şirvani küçəsi döngə 4, ev 1A-da yaşayan X4 narkotik vasitə istifadəsində şübhəli olduğundan və ictimai qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmadığı üçün PŞ-nin Növbətçi hissəsinə gətirmişlər və onun barəsində rəsmi qaydada raport yazaraq növbətçi hissəyə təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs barəsində Növbətçi hissədə qeydiyyat aparılmış və barəsində inzibati qaydada icraat açılması üçün növbədə olan sahə rəisinə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində hansısa qanunsuz əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd açılıb qatlanan bıçağı təqdim etmişdir. Bundan sonra tərəflərindən müvafiq akt tərtib edilməklə qeyd olunan predmetlər həmin akta əlavə edilmiş və akt tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şirvan şəhər X8 hissəsində növbətçi köməkçisi Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərarın surətindən görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən predmet 1 ədəd açılıb qatlanan bıçaqdır. Bıçağın tiyəsi boz rəngli materialdan ibarətdir və tiyənin üzərində “stainless” sözləri yazılmışdır. Bıçağın dəsti boz rəngli materialdan olmaqla dəstəyin üzərində qırmızımtıl rəngli taxta materialdan olan hissə vardır. Həmin hissə dəstəyin üzərinə bərkidilmişdir. Bıçağın ümumi uzunluğu 20 sm, tiyə hissəsinin uzunluğu 9 sm, tiyə hissəsinin maxsimum eni 2.5 sm,dəstək hissəsinin uzunluğu 11 sm-dir. Bıçağın tiyə hissəsi sonradan nazildilərək itilənmiş vəziyyətdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab verərək bildirmişdir ki, həmin bıçaq ona məxsusdur. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-ci il tarixli 18/935 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, lakin tiyənin küt tərəfi sonradan kustar üsulla nazildilib itilənmiş və ilkin təyinatı dəyişdirilmişdir, iki tərəfi kəsici, ucu batıcı xassəli xəncərlərin tiyəsinə uyğunladırılmışdır, hazırki vəziyyətdə soyuq silah hesab edilir, istifadəyə yararlıdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-1020/2024 saylı qərarı ilə 01 ay müddətinə inzibati həbs qərarı nəzərə alınmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli, 3-13-111/2-31051/2024 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd soyuq silah hesab edilən bıçağı haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla, sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu olan şəxsdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X12 xx.xx.2024-cü il tarixli, 18-1-35/2-1663/2024 nömrəli məktubundan görünür ki, Əsədov X7 şəhər Mərkəzi Xəstəxanası PHŞ-in polikilinika şöbəsinin ruhi-əsəb narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 6431 saylı arayışdan görünür ki, Əsədov X7 şəhəri S.Ə.Şirvani küçəsi döngə 4, ev 1 A saylı ünvanda qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli 507 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın surətindən görünür ki, təqsirləndirilən şəxs 01 ədəd soyuq silah olan bıçaq maddi sübut qismində tanınmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsinin 05.2022-ci il tarixli ,253 nömrəli arayışdan görünür ki, N saylı hərbi hissədə xidmət etmiş mərhum X10 xx.xx.2010-cu il tarixdə xidməti vəzifəsini yerinə yetirən zaman gövdənin donvurması nəticəsində vəfat etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən , xx.xx.2010-cu il tarixdən X10 “Şəhid” , onun ailəsi “ Şəhid ailəsi” hesab edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına” dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 228.4cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakılar qeyd edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, şəhid ailəsi olmaqla qardaşı X5 xx.xx.2010cu il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirərkən şəhid olmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu olsa da hazırda törətmiş olduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğuna görə bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmır və onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, əməlindən peşman olması, “şəhid ailəsi” olması kimi yüngülləşdirici halları, ağırlaşdıran halların olmamasını nəzərə alır, lakin, onun əvvəllər də dəfələrlə cinayət törədərək məhkum olunmasına tənqidi mövqedən yanaşır və onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, üzərinə müvafiq olaraq daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X13 maddi sübutların saxlanma otağında saxlanılan soyuq silah hesab edilən 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 34 (otuz dörd) manat 38 (otuz səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, X1 ( kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsində saxlanılan soyuq silah hesab edilən 1 (bir) ədəd bıçaq məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 34 (otuz dörd) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar