Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-224/2023 11.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:55-də Şirvan şəhəri Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Şirvan şəhəri, Həzi Aslanov küçəsi, ev 35-də qeydiyyatda olmaqla yaşayan, həbsetmənin əvvəli 15 iyun 2023-cü il tarixdən hesablanmaqla barəsində Şirvan şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgə əmlakını talamaq niyyəti ilə 15 iyun 2023-cü il tarixdə saat 15 radələrində şəhərin G.Şıxbalaoğlu küçəsində yerləşən pərakəndə meyvə tərəvəz satılan yerin qarşısında stula əyləşmiş Şirvan şəhər sakini Zərərçəkmiş şəxs əlində olan 1 ədəd 10 manat dəyərində içərisində 1 ədəd 45 manat dəyərində gümüş üzük və 35 manat 70 qəpik pul olan pul qabını sonuncunun əlindən alan zaman Zərərçəkmiş şəxs tərəfindən onun qanunsuz əməlini aşkar edilib, pul qabını qaytarması barədə ona bildirməsinə baxmayaraq, öz qanunsuz əməlini dərk edərək, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirməklə törətdiyi cinayət əməlini dayandırması ilə bağlı çağırışlarına məhəl qoymayıb, taladığı 1 ədəd pul qabını özündə saxlamaqla, hadisə yerindən qaçaraq uzaqlaşıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 90 manat 70 qəpik (doxsan manat yetmiş) maddi ziyan vurmaqla özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,565 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 15 iyun 2023-cü il tarixdə saat 16:10-da Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibində cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,565 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən və metadondan istifadə edir. 15 iyun 2023-cü il tarixdə yaşadığı şəhərin H.Aslanov küçəsində yerləşən evinin yaxınlığında piyada gəzərkən yerdə bir ədəd sellofan büküm görmüş, həmin vaxt o ətrafda kimsə olmadığına əmin olduqdan sonra həmin sellofan bükümü yerdən götürmüş, bükülünün açıb içərisinə baxdıqda, içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və istifadə etmək üçün götürmüş, həmin gün saat 15 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində olan zaman üzərində pul olmadığından hardansa və hansısa yolla pul əldə etmək qərarına gəlmiş, ətrafa baxan zaman şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs yolun kənarında olan meyvə-tərəvəz mağazasının yanında qoyulmuş stulda oturduğunu və əlində pul qabını tutduğunu görmüş və Həbibə Zərgəlinin pul qabısını oğurlamaq qərarına gələrək ona yaxınlaşmış, Həbibənin əlində tutduğu pulqabını onun əlindən alaraq, heç nəyə məhəl qoymayıb, oradan qaçaraq uzaqlaşmış, oradan bir qədər uzaqlaşdıqdan sonra həmin pulqabını açmış, içərisində bir ədəd gümüş üzük və 19 manat pul olmasını görmüşdür. Bundan sonra həmin pulqabını içərisində olanla birlikdə cibinə qoymuş, həmin gün saat 16 radələrində şəhərin G.Şıxbalaoğlu küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və ona soyğunçuluq cinayətini törətməkdə şübhəli olduğunu bildirib, onu Şirvan şəhər polis şöbəsinə dəvət etmiş, o da onlara etiraz etməmiş və Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarımın müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş, o həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmiş, vəkil Müdafiəçi1 gəldikdən sonra ona üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılacağı və bununla bağlı etirazının olub olmadığı soruşulmuş, o etirazının olmadığını bildirmiş, bundan sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməsi təklif edilmiş, o əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Bundan sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd pulqabını çıxarıb masanın üzərinə qoymuş və həmin pulqabını Zərərçəkmiş şəxs oğurladığını bildirmiş, bundan sonra həmin sellofan büküm onun və digər iştirakçıların iştirakı ilə açıldıqda içərisində narkotik vasitə olan heroin olması müəyyən olunmuş, polis əməkdaşları ondan həmin heroini haradan əldə etməsini soruşduqda o həmin bir ədəd sellofan bükümdə olan narkotik vasitəni yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmiş, daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz heç bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamış, daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra imza etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində evdən çıxaraq özünə bir neçə ərzaq məhsulları almaq üçün Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində yerləşən “Oba Market” ərzaq mağazasına gəlmiş, orada bir neçə ərzaq məhsulu aldıqdan sonra mağazadan çıxmış, mağazadan çıxdıqdan sonra mağazanın sol tərəfində yerləşən meyvə-tərəvəz mağazasına gəlmiş, ona su verilməsini xahiş etmiş, bundan sonra orada olan stulda əyləşmişdir. Bu vaxt o pulqabısını götürmüş və əlində olan 1 manat pulu pulqabının içərisinə qoymuş, həmin vaxt orada Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qəflətən üzərinə gələrək onun sağ əlində tutduğu pulqabını onun əlindən alaraq qaçıb oradan uzaqlaşmış, o Mirələkbərə pulqabını qaytarması barədə xəbərdarlıq etsə də, Mirələkbər ona məhəl qoymamış və oradan qaçıb uzaqlaşaraq getmişdir. O da dərhal bu barədə DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Pulqabının qiyməti 10 manat, pulqabının içərisində bir ədəd gümüş üzüyü qiyməti 45 manat olmuş və bundan əlavə pulqabının içərisində 35 manat 70 qəpik pul olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şirvan şəhər polis şöbəsinin ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 iyun 2023-cü il tarixdə polis şöbəsində olan zaman xx.xx.2023-cü il tarixdə Şirvan şəhər sakini X1 qarşı törədilmiş soyğunçuluq cinayətini şübhəli bilinən xx.xx.1966-cı il təvəllüdlü, Əli- Bayramlı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs hal-hazırda Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində olması barədə məlumat daxil olmuş, məlumat aldıqdan sonra həmin vaxt Şirvan ŞPŞ-nin ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid2 ilə birlikdə təxminən saat 16:00 radələrində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsinə getmiş, Mirələkbəri həmin küçədə hərəkətdə olarkən görmüş, ona yaxınlaşıb özünü təqdim etmişdir. Mirələkbərə onlarla polis şöbəsinə getməsini bildirmiş, o da etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkil dəvət edilmiş, Mirələkbərə hüquq və vəzifələri izah edildikdən sonra onun üstünə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Mirələkbərin əynindəki şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli pulqabı, həmin pulqabının içərisindən 01 ədəd gümüş üzük, 02 ədəd 5 manatlıq əskinas və 09 ədəd 1 manatlıq əskinas, sol yan cibindən isə 01 ədəd sellofan büküm və həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş, sorğu-sual zamanı Mirələkbərin özü üzərindən aşkar olunmuş içərisində 19 manat pul və 01 ədəd gümüş üzük olan pulqabını xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində Şirvan şəhər sakini Zərərçəkmiş şəxs əlindən olaraq qaçdığını, 01 ədəd sellofan bükümün içərisində isə narkotik vasitə olan heroin olduğunu, həmin heroini yaşadığı evin yaxınlığında yerdən tapdığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı ilə və videoçəkilişlə qablaşdırılaraq zərfə qoyularaq 55 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib etdilmiş, iştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 15 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli pulqabı, həmin pulqabının içərisindən 01 ədəd gümüş üzük, 02 ədəd 5 manatlıq əskinas və 09 ədəd 1 manatlıq əskinas, sol yan cibindən isə 01 ədəd sellofan büküm və həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş, sorğu-sual zamanı Mirələkbərin özü üzərindən aşkar olunmuş içərisində 19 manat pul və 01 ədəd gümüş üzük olan pulqabını xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində Şirvan şəhər sakini Zərərçəkmiş şəxs əlindən olaraq qaçdığını, 01 ədəd sellofan bükümün içərisində isə narkotik vasitə olan heroin olduğunu, həmin heroini yaşadığı evin yaxınlığında yerdən tapdığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 16 iyun 2023cü il tarixli 18/641 saylı rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi – 0,565 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə, saat 17.15-də şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Şirvan şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 15 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 iyul 2023-cü il tarixdə verilmiş 3752 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 iyun 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 06 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5299 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilmə qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan Regional filialının 23 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara məcburi müalicə tətbiq oluna bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 2407 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs “şəxsiyyətin emosional-davamsız tip pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozutusu o dərəcədə ifadə olunmamışdır ki, o, təsvir edilən hadisələrini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmdür. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, eyni zamanda əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və İİ dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə, əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. «Oğurluq,soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2005-ci il tarixli qərarının 3cü və 7-ci bəndlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır.Bu zaman təqsirkar hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki,ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn,talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək,yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək),oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.1-ci maddələrinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu andan, yəni 15 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,515 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, digər maddi sübutlar 01 ədəd pulqabının, 02 ədəd 5 manatlıq əskinazın, 09 ədəd 1 manatlıq əskinazın və 1 ədəd gümüş üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları cinayətlərin məcmusu qaydasında qismən toplamaq yolu ilə ona qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,515 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, digər maddi sübutlar 01 ədəd pul qabının, 02 ədəd 5 manatlıq əskinazın, 09 ədəd 1 manatlıq əskinazın və 1 ədəd gümüş üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-224/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-224/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver