Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-23/2025 30.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1971-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, Natəvan küçəsi, ev 25 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 11 sentyabr 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,415 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 sentyabr 2024-cü il tarixdə, saat 20:33 radələrində Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən Məcburi köçkün qəsəbəsində tibb məntəqəsinin yaxınlığında idarə etdiyi Tayota Prius markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilində olarkən saxlanılaraq videoçəkilişlə üstünün yoxlanılması zamanı üzərində qanunsuz saxladığı 0,415 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, əvvəllər psixotrop maddə metamfetamindən istifadə etsə də, hazırda istifadə etmir. 09 sentyabr 2024-cü il tarixdə istifadəsində olan avtomobildə olarkən Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərindən bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Ondan aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin çəkildikdən sonra polis əməkdaşları tərəfindən zərfə qoyulub qablaşdırılmış, tərtib edilmiş müvafiq protokolla tanış olduqdan sonra digər iştirakçılar kimi onun tərəfindən də imzalanmışdır. Polsi əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə baxış keçirilərkən videoçəkilişdən istifadə edilmişdir. Aşkar olunmuş psixotrop maddə metamfetamini tutulmamışdan əvvəl Salyan rayonu ərazisində toy məclisində olarkən tanımadığı həmin rayonun sakini ona vermiş, o, da şəxsi istifadəsi üçün həmin psixotrop maddə metamfetamini üzərində saxlamışdır. Axırıncı dəfə məhkum olunduqdan sonra narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Saxlanıldığı zaman, Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və ya təzyiq olmamış, polis şöbəsinə aparıldıqdan sonra müdafiəçi ilə təmin edilmişdir. Hazırda əməlindən peşmandır, cəza təyin edilərkən himayəsində xəstə və yaşlı atasının olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, iş üzrə keçirilmiş ekspertiza rəyləri, videoçəkiliş və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin KMQnun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 09 sentyabr 2024-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində qanunsuz yolla əldə etdiyi psixotrop maddəni saxlaması və daşıması barədə şəhər polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, Şirvan ŞPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3 və KTQ-nun baş inspektoru X1 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Tərəflərindən 09 sentyabr 2024-cü il tarixdə, saat 20:33 dəqiqədə başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində Şirvan şəhəri X8 küçəsində yerləşən “Məcburi Köçkünlər” şəhərciyinin ərazisində yerləşən tibb məntəqəsinin inzibati binasının yan hissəsində sükan arxasında olan zaman yaxalanaraq avtomobildən endirilmiş və xüsusi vasitə olan qandal tətbiq edilməklə onun tərəfindən tədbirin obyektiv keçirilməsinə qarşı ola biləcək süni maneənin qarşısı alınmışdır. Bundan sonra şübhəli şəxsin anket məlumatları dəqiqləşdirilmişdir. Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, predmet olması soruşulduqda, üzərində belə əşyanın olmasını bildirmişdir. Daha sonra tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən kağız pul, qəpik əskinazları, 01 ədəd alışqan, ödəmə qəbzi və bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin maddəni “patı” kimi tanımasını, həmin maddənin özünə məxsus olmasını bildirmişdir. Sıfırlanmış elektron tərəzidə çəkilərək həmin maddənin çəkisinin 0,48 olması müəyyən edilmişdir. Daha sonra bir ədəd zərfdə həmin psixotrop maddənin qablaşdırılmasına başlanılmışdır. Qablaşdırma zamanı iştirakçılar və şübhəli şəxs bir daha özlərini təqdim etmişlər. Bir ədəd sellofan bükümdə 0,48 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd zərfdə qablaşdırıldıqdan sonra üzəri DİN-nin “zərflər üçün” olan “55” saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra şübhəli şəxsdən aşkar olunmuş bir ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq, 9 ədəd 1 manatlıq əskinazlar, iki ədəd 20 qəpik, bir ədəd 10 qəpik, bir ədəd 5 qəpik sikkələr sayılmışdır. Şübhəli şəxs avtomobilində mobil telefonunun olmasını bildirmişdir. Təqsirləndirilən şəxs soruşulduqda, avtomobilində qanunsuz əşya, predmet olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin qapısını açaraq baxış üçün təqdim etmişdir. Avtomobilin sürücü qapısının iç hissəsindən bir ədəd mətbəx bıçağına bənzər dəstəyi qara rəngli bıçaq aşkar olunmuşdur. Avtomobilin sürətlər qutusundan aşkar olunan bir ədəd “Samsung” markalı mobil telefon götürülmüş, digər hər hansı qanunsuz predmet aşkar olunmamışdır. İçərisində bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin olan qablaşdırılmış zərfin üzəri tərəflərindən və şübhəli şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi Şahid3 və Şirvan şəhər Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid2 vermiş olduqları ifadələrində Şahid1 göstərdiklərini təsdiq etməklə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmasını özündə əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, 09 sentyabr 2024-cü il tarixdə, saat 20:33-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və istifadəsində olan avtomobilindən 01 (bir) ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Həmçinin, məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş əməliyyataxtarış tədbirinin nəticəsində götürülmüş əşyalara, predmetlərə baxış keçirilməsi və onların götürülməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmuş əşyalara, predmetlərə baxış keçirilərkən qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin zərfin içərisində olan şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan bükümə baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, təqdim olunan psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı küçədə gəzərkən yerdən tapmış və özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlə sıfırlanmış elektron tərəzidə çəkilərək miqdarının 0,46 qram olması müəyyən olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə məhkəmə-kimyəvi ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş 09 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 21:30-da tutulmuşdur; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 18/794 nömrəli, 10 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə olan 01 ədəd kağız paketin içərisində 01 ədəd bükümdə təmiz çəkisi - 0,415 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi - 0,415 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,365 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 10 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər polis şöbəsinin İB-nin müstəntiqi X2 icraatına qəbul edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 11 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şirvan ŞPŞ-nin İstintaq Bölməsinin müstəntiqi İlqar Novruzovun ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətmkan tədbirinin seçilməsi barədə vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs MSYdən dərhal azad olunmuşdur; Cinayət işi materiallarına əlavə olunmuş 11 sentyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 sentyabr 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 18/796 nömrəli, 16 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir; Cinayət işi materiallarında olan qəbzdən görünür ki, Şirvan ŞPŞ-nin İB-də istintaq edilən cinayət işi üzrə avtomobilindən aşkar olunaraq götürülmüş ona məxsus 01 ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etmədiyindən 16 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs təhvil verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 25 sentyabr 2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, psixotrop maddə metamfetaminin ekspert rəyindən sonrakı qalığı, yəni 01 ədəd bağlamada 0,365 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlanma otağına təhvil verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə - tibbi ekspertizasının 10 sentyabr 2024-cü il tarixli, 475 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə - narkoloji ekspertizasının 08 oktyabr 2024-cü il tarixli, 6720 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimuluyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİdən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilmiş, sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 02 ay 02 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 12 may 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır; Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə - psixiatrik ekspertizasının 08 oktyabr 2024-cü il tarixli, 2932 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təsvir edilən hadisəni törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs təsvir edilən hadisəni törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 477 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 06 noyabr 2024-cü il tarixli, 18-1-35/2-1578/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü, Əli-Bayramlı şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Əliyev X5 şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin ruhi-əsəb, nevroloji kabinetlərində qeydiyyatda yoxdur. Narkoloji kabinetdə “opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır; Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, əvvəllər də dəfələrlə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsinə, lakin məhkumluğunun ödənilməsinə baxmayaraq islah olunmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,365 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri 89 (səksən doqquz) manat 35 (otuz beş) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlanması nəzərə alınıb cəzasından 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 30 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,365 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 89 (səksən doqquz) manat 35 (otuz beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-23/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-23/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver