Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-237/2023 15.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:55-də Şirvan şəhəri Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, həbsetmənin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablanmaqla barəsində Şirvan şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,763 qram psixotrop maddə olan metamfetamini əldə edərək əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış və 26 iyul 2023-cü il tarixdə, saat 17:30 radələrində Şirvan şəhər polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Xəqani küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,763 qram olan psixotrop maddə olan metamfetamin əynində olan qara rəngli şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 26 iyul 2023-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 18 nömrəli məktəbin yaxınlığında olduğu zaman yerdə 1 ədəd sellofan bükümün olduğunu görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün bükümü yerdən götürmüş, içərisinə baxdıqda psixotrop maddə olan metamfetaminin olduğunu görmüşdür. Özü narkotik vasitə və psixotrop maddə istifadə etdiyi üçün həmin bükümü cibinə qoymuş, lakin istifadə etməmişdir. 26 iyul 2023-cü il tarixdə saat 17:30 radələrində Şirvan şəhəri, Xəqani küçəsində olan zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş, polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmiş, bir müddət sonra vəkil Müdafiəçi1 gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm, həmin şalvarın sol yan cibindən 1 ədəd “Kgtel” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bükümdə psixotrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi psixotrop maddə olan metamfetamini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təqdim etdiyi psixotrop maddə olan metamfetamin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Üzərinə şəxsi axtarış keçirlən zaman təqdim etdiyi bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin olduğu halda səhv olaraq həmin maddənin heroin olmasını bildirdiyini, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, polis şöbəsinə gətirilərkən ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirliliyi onun özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 26 iyul 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhəri, Sahib Zeynalov küçəsi, ev 6, mənzil 50-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni daşımaqla saxlayır, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın icrası ilə əlaqədar Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 ibarət əməliyyat qrupu yaradılmış, sonra 26 iyul 2023-cü il tarixdə saat 17 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Xəqani küçəsinə getmişlər. Həmin küçədə saat 17:30 radələrində Təqsirləndirilən şəxs görmüşlər, barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər polis şöbəsinə dəvət etsinlər. Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdə, Faiq Məmmdov onların polis əməkdaşı olduğunu görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməyə müvəffəq olmuşlar. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs Təhqiqat bölməsində vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmiş, vəkil Müdafiəçi1 gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümdə psixotrop maddə olan metamfetaminin olmasını bildirmişdir. Sonra həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Sonra həmin şalvarın sol yan cibindən “kgtel” markalı mobil telefon təqdim etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdə olan maddə narkotik vasitə olan heroindir. Həmin maddəni 26 iyul 2023-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 18 nömrəli tam orta məktəbin yaxınlığında yerdən tapmış və istifadə etmək üçün üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir sellofan bükümdə olan maddə bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olsa da məlumatın təsdiqini tapmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxan maddənin heroin olduğunu bildirsə də, sonradan məlum olmuşdur ki, heroin yox, psixotrop maddə olan metamfetamindir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişdən görünür ki, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümdə psixotrop maddə olan metamfetaminin olmasını bildirmişdir. Sonra həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Sonra həmin şalvarın sol yan cibindən “kgtel” markalı mobil telefon təqdim etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdə olan maddə narkotik vasitə olan heroindir. Həmin maddəni 26 iyul 2023-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 18 nömrəli tam orta məktəbin yaxınlığında yerdən tapmış və istifadə etmək üçün üzərində gəzdirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan, qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17.30-da saxlanılmış, həmin tarixdə saat 18.20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə barədə protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 27 iyul 2023-cü il tarixli, 18/758 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən…” sözləri yazılmış 01 ədəd bükümündə təmiz çəkisi 0,763 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Tədqiqata sərf edildi- 0,05 qram, qalıq-0,713 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator Məcburi-Narkoloji tibbi müayinənin ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, 6056 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 20 sentyabr 2023-ci il tarixli, 725/3 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX-nin narkoloji kabinetində “opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci madəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CMin 66.5-ci maddəsinə əsasən CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə əvvəlki Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını hazırki iş üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,713 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 66.5-ci və 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 26 sentyabr 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,713 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-237/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-237/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver