Məhkəmə qərarları › İş №1(032)-24/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-24/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-24/2025 05.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:12-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, Şirvan şəhər Məhəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə edərək, Zərərçəkmiş şəxs2 Səyyad oğluna "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləməsi ilə bağlı yalan məlumatlar verməklə, istədiyi şəxsi işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunu "xxxx" ASC-də işə düzəldəcəyinə dair yalan vədlər verib, aldadaraq, etibarından suiistifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 20 fevral 2024-cü il tarixdə Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən çay evində 3000 manat, 2024-cü ilin fevral ayının sonlarında həmin ünvanda 7000 manat, 05 mart 2024-ci il tarixdə ünvan 3ndə yerləşən çay evində 5000 manat pulu alaraq, ələ keçirib, verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdarda 15000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edərək, Zərərçəkmiş şəxs1 "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləməsi ilə bağlı yalan məlumatlar verməklə, istədiyi şəxsi işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunu "xxxx" ASC-də işə düzəldəcəyinə dair yalan vədlər verib, aldadaraq, etibarından sui-istifadə edib, 08 mart 2024-cü il tarixdə X3 şəhəri, Səməd Vurğun küçəsində yerləşən 10 saylı məktəbin qarşısında görüşüb 2500 manat pul alıb, ələ keçirərək sonradan verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli bildi, CM-nin 178.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə isə təqsirli bilməyərək ibtidai istintaq zamanı verdiyi ifadələrini əsasən təsdiq etməklə ifadəsində göstərdi ki, 2005-ci ildən 2013-cü ilə qədər olan müddət ərzində “Azərenerji” şirkətində nəzarətçi işləmiş, 2013-cü ildə işdən çıxmışdır. 2018-ci ildən 2021-ci ilə qədər olan müddət ərzində "xxxx" ASC-nin Hacıqabul rayonunda yerləşən şəbəkəsində işləmişdir. Hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs2 ilə 1977-ci ildən 1988-ci ilə qədər olan müddət ərzində Şirvan şəhərində yerləşən 10 saylı tam orta məktəbdə birlikdə oxumuşlar. 2024-cü ilin fevral ayında Bakı şəhərində olduğu zaman Zərərçəkmiş şəxs2 ona zəng vurmuş, iş axtardığını bildirmişdir. Zərərçəkmiş şəxs2 maraqlanacağını, iş olarsa onunla əlaqə saxlayacağını demişdir. 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs2 ona zəng vurmuş, onunla görüşmək istədiyini demiş, o da Zərərçəkmiş şəxs2la razılaşmışdır. 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs2la Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən çay evində görüşmüşlər. Zərərçəkmiş şəxs2 ona iş tapmasını xahiş etmiş, o da razılıq vermişdir. Zərərçəkmiş şəxs2 onu "xxxx" ASC-yə texniki şöbəyə rəis müavini işinə düzəltmək adı ilə ayrı-ayrı vaxtlarda - əvvəlcə Şirvan şəhərində çay evində 3000 manat, Bakı şəhərində 7000 manat və sonuncu dəfə 2024-cü ilin mart ayının 5-də 5000 manat olmaqla, ümumilikdə 15000 manat pul almışdır. Həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyandan ödəməmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 1977-ci ildən 1988-ci ilə qədər olan müddət ərzində Şirvan şəhərində yerləşən 10 saylı tam orta məktəbdə birlikdə oxumuşdur. 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs1 Şirvan şəhərində görən zaman Fərhad ona iş axtardığını bildirmiş, Fərhada bildirmişdir ki, iş olsa ona deyər. 2024-cü ilin mart ayının əvvələrində Zərərçəkmiş şəxs1 zəng vurmuş, ona yalandan bildirmişdir ki, onu "xxxx" ASC-yə dispeçer vəifəsinə işə düzəldə bilər. 08 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə Şirvan şəhəri, Səməd Vurğun küçəsində yerləşən 10 saylı orta məktəbin qarşısında görüşmüş, Zərərçəkmiş şəxs1 ona 2500 manat pul vermişdir. Fərhad Baxişyevdən aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyandan ödəniş etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 bildirdi ki , Təqsirləndirilən şəxs ilə Şirvan şəhərində yerləşən 10 nömrəli tam orta məktəbdə birlikdə oxumuşlar. Orta məktəbi bitirdikdən sonra Təqsirləndirilən şəxs ilə əlaqəsi olmamışdır. 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs ona zəng vurmuş, söhbət əsnasında Vidadiyə işsiz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona "xxxx" ASC-də nəzarətçi mühəndis işlədiyini, onu da həmin təşkilatda işə düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, onu həmin şirkətdə olan tekniki şöbəyə rəis işinə düzəldə bilər. Təqsirləndirilən şəxs elektirik sahəsində təhsil almadığını, bu işin onun ixtisasına uyğun olmadığını desə də Təqsirləndirilən şəxs ona bildirmişdir ki, əsas odur ki, diplomun var. 17 fevral 2024-cü il tarixdə Şirvan şəhərinə gəlmiş, Təqsirləndirilən şəxs zəng vurmuş, sonuncuya Şirvan şəhərində olduğunu bildirmiş, Təqsirləndirilən şəxs ilə Şirvan şəhərində yerləşən “Şəlalə” adlı kafedə görüşmüşlər. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, rəhbərlik ilə danışmış, dediyi işə düzəlməsi üçün 15000 manat pul verməlidir. Təqsirləndirilən şəxs bildirmişdir ki, işə düzəldikdən sonra həmin pulu verər. 19 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurmuş, bildirmişdir ki, işə düzəlmək üçün əvvəlcədən 3000 manat pul verməlisən. Həmin pulu şirkətin kadrlar şöbəsinin rəisinə verəcək. 20 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Şirvan şəhəri, Heydər Əliyev parkında yerləşən çay evində görüşmüşlər. Çay evində Təqsirləndirilən şəxs 3000 manat pul vermişdir. 2024-cü ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng vurmuş, bildirmişdir ki, işə düzəlmək üçün texniki departamentin müdirinə 7000 manat pul verməlisən. Təqsirləndirilən şəxs ilə razılaşmış, 2024-cü ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs ilə Şirvan şəhəri, Heydər Əliyev parkında yerləşən çay evində görüşmüşlər. Təqsirləndirilən şəxs 7000 manat pul vermişdir. 05 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ünvan 3ndə yerləşən çay evində görüşmüş, Təqsirləndirilən şəxs 5000 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan aldıqdan sonra bildirmişdir ki, 12 mart 2024-cü il tarixdə şirkətinin müdirinin müavini onu qəbul edəcək və bundan sonra işə çıxacaqdır. Aldadıldığını polis şöbəsinə şikayət etdikdən sonra başa düşmüşdür. Belə ki, polis şöbəsindən ona bildirmişlər ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, "xxxx" ASC-də işləmir. Təqsirləndirilən şəxs onu aldatması nəticəsində ona 15000 manat maddi zərər dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ziyandan ümumiyyətlə ödəniş edilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs ilə Şirvan şəhərində yerləşən 10 nömrəli tam orta məktəbdə birlikdə oxumuşlar. Təqsirləndirilən şəxs ilə münasibətləri normal olmuşdur. 2024-cü ilin əvvələrində Təqsirləndirilən şəxs Şirvan şəhərində görmüş, söhbət əsnasında Vidadi ona "xxxx" ASC-də nəzarətçi mühəndis işlədiyini demiş, o da bildirmişdir ki, "xxxx" ASC-də iş olsa onu da işə düzəltsin. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, iş olsa ona xəbər edəcəkdir. 2024-cü ilin mart ayında Təqsirləndirilən şəxs ona zəng vurmuş, demişdir ki, "xxxx" şirkətində dispeçer işi var. Həmin işə görə rəhbərlik ilə danışmış, 3000 manat pul istəyirlər, lakin onu 2500 manat pul müqabilində ora işə düzəldə bilər. Təqsirləndirilən şəxs ümumilikdə 2500 manat pul vermişdir. Həmin müddətdən sonra Təqsirləndirilən şəxs onu nə işə düzətmiş, nə də ki, pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs sonuncu günədək özünün "xxxx" ASC-də işləməsini bildirmiş, onun "xxxx" ASC-dən işdən çıxmasından xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxs onu aldatması nəticəsində ona 2500 manat maddi zərər dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə fakta görə Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməsi qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 12:30-da vəkilin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(032)-169/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbsetmənin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmaqla 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə fakta görə Azərbaycan Respublikası CMin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işlərinin bir icraatda birləşdirilməsi, iş üzrə istintaqın ********* nömrəsi ilə davam etdirilməsi və iş üzrə əməlin Azərbaycan Respublikası CM-in 178.2.4-cü və 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-ci maddələrindən həmin Məcəllənin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli işə qəbul edilməsi barədə əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Hava və Kabel Xidmətində X1 üzrə 2(iki) il sınaq müddəti ilə elektrik quraşdırıcısı vəzifəsinə təyin olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, Texniki departament Hava və X4 Xidmətinin Şirvan RETSİnin X1 üzrə elektrik quraşdırıcısnın əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2021-ci il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 02 il islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya barədə qərarının 1.5-ci bəndinə əsasən cəzanın qalan hissəsini çəkməkdən azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-35/2-1447/2024 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin psixoloji-nevroloji kabinetində qeydiyyatda yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 432 nömrəli xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. xx.xx.2024-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi və bu barədə materialın ayrılaraq Şirvan şəhər prokurorluğuna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə ; xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin CM-nin 178.2.3-cü maddəsi ilə özünü təqsirli bilməməsinə dair hissədə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, məsuliyyətini yüngülləşdirmək məqsədi güdür və işin faktiki hallarına uyğun gəlmir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci,178.2.3-cü və 178.2.4-cü maddələrinin tərkibini təşkil edir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci,178.2.3-cü və 178.2.4-cü maddələrinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübutun, ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar