Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-243/2023 23.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1988-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu, Hamarqışlaq ərazi dairəsi, Xəlilabad kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava Şitilliyi 275 ünvanda yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda 01 ədəd “CONDOR LACRİMOGENEO” markalı qaz silahını qanunsuz olaraq əldə edib gəzdirməklə və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,670 narkotik vasitə heroini isə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 27 iyul 2023-cü il tarixdə saat 04:20-də Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri Nizami küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan sarı rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd zavod üsulu ilə istehsal edilmiş “CONDOR LACRİMOGENEO” əmtəə göstəriciləri olan sprey balonun içərisində qaz halında olan maddənin tərkibi o-xlorobenzilimalononitril-bibər qoxusuna bənzər açıq sarı rəngli, kristilalik, zəhərli yanar maddədən və digər qaz qarışıqları olan istifadəyə yararlı qaz silahı və şalvarının sol yan cibində isə qanunsuz olaraq saxladığı 01 ədəd bükümdə təmiz çəkisi - 0,670 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən, yəni CM-nin 228.4cü maddəsi ilə təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri CM-nin 234.1-ci maddəsinə aid hissədə təsdiq etmədi, onlardan qismən imtina etdi və qeyd etdi ki, polis şöbəsinə gətirilən zaman üzərində yalnız qaz silahı olmuş, narkotik vasitə olan heroindən hərdən istifadə etsə də, polis şöbəsinə aparıldığı zaman üzərində narkotik vasitə olmamış, həmin narkotik vasitə sonradan polis əməkdaşları tərəfindən ona məlum olmayan şəraitdə üzərinə qoyulmuşdur. Qaz silahını Bakı şəhərində yaşadığı məhəllədə gəzən zaman yerdən tapmış və üzərində saxlamışdır. Şirvan şəhərinə dostunun yanına gəlmiş və həmin vaxt tapmış olduğu qaz silahı üzərində olmuşdur. Şirvan şəhər polis şöbəsində tutulduğu andan müdafiəçi ilə təmin edilmiş, ona qarşı hər hansı fiziki və ya mənəvi təsir göstərilməsə də orada olduğu zaman qorxduğundan etirafedici ifadə vermişdir. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, arabir narkotik vasitələrdən isifadə etdir. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhərində yaşadığı küçədə gəzərkən yerdə bir ədəd sellofan büküm və yanında qara rəngli dəmir metala oxşar balon görmüş, həmin sellofan bükümü və balonu yerdən götürmüş, sellofan bükümün açıb içərisinə baxdıqda, içərisində narkotik vasitə heroin olduğunu görmüş və həmin bükümdəki narkotik vasitədən istifadə etməsi üçün özü ilə götürmüş, qara balonun qapaq hissəsini açdıqda gözyaşardıcı qaz buraxdığına görə istifadə edəcəyini düşünmüş və onuda götürərək cibinə qoymuşdur. 27 iyul 2023-cü il tarixdə saat 04 radələrində dostu ilə görüşmək üçün Şirvan şəhərinə gəlmiş, həmin vaxt şəhərin Nizami küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, özünü şübhəli apardığına görə onu polis şöbəsinə dəvət etmişlər, o, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmiş, Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmüş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmişdir. Vəkil Müdafiəçi1 gəldikdən sonra ona hüquq və vəzifələri izah olunaraq üzərində şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın video müşahidə vasitəsi ilə aparılacağı və buna etirazının olub olmadığı soruşulmuş, heç bir etirazının olmadığını bildirmiş, sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən silah və sursat olduğu təqdirdə onu təqdim etməyi təklif edildikdə o üzərimdə olan sarı rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonunu və onun yanında olan gözyaşardıcı qaz balonunu stolun üzərinə qoymuş, sonra həmin şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini təqdim etmiş, sonra verilən şifahi sorğu zamanı gözyaşadırıcı qaz balonun və narkotik vasitə heroini yerdən tapdığını və götürərək istifadə edəcəyi üçün saxladığını bildirmişdir. Polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı bunlardan əlavə olaraq qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamış, sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunmuş kütlə və qaz balonu müvafiq qaydada qablaşdırılmış, protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Bundan başqa o bildirmişdir ki, əvvəllər psixotrop maddələrin və narkotik vasitələrin satış ilə məşğul olmamış, o, Şirvan şəhər PŞnə gətirildikdən sonra ona müdafiəçi təyin olunmuş, ona Şirvan şəhər PŞ-də heç bir fiziki və ya mənəvi təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 27 iyul 2023-cü il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, sonra həmin qərarın icra olunması ilə bağlı o, Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 və Təhqiqat bölməsinin təhqiqatçısı X2 ibarət əməliyyat qrupu yaradılmış və 27 iyul 2023-cü il tarixdə əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri Nizami küçəsinə getmişlər. Həmin küçədə olarkən saat 04:20 radələrində Təqsirləndirilən şəxs görüb daxil olmuş məlumatın yoxlanılması məqsədilə sonuncuya yaxınlaşıb, özlərini təqdim edib Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər, bu zaman Təqsirləndirilən şəxs imtina etməyə çalışsa da onlar sonuncunu Şirvan şəhər Polis Şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Şirvan şəhər Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunduqda, siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmiş və vəkil Müdafiəçi1 gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmişdir. Buna hər hansı bir etirazının olub olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş, sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə və ya silah, həmçinin cinayət xarakterli digər əşya və ya predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan sarı rəngli şalvarının sağ yan cibindən qara rəngli “samsung” markalı mobil telefon və qara rəngli gözyaşardıcı qaz balonuna bənzər əşyanı stolun üzərinə qoymuş, sonra həmin şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuş, verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni 26 iyul 2023-cü il tarixdə Bakı şəhərində yaşadığı evin yaxınlığında yerdən tapmışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm və göz yaşardıcı qaz silahına bənzər əşya qablaşdırılaraq götürülmüş, protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. Bundan başqa o bildirmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər ərazisində üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair fakt təsdiqini tapmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan sarı rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü və sağ yan cibindən bir ədəd qaz balonunu çıxarıb masanın üzərinə qoymuş, həmin sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu və qaz balonunun ona məxsus olmasını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş 27 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 05:15-də tutulmuşdur; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 18/760 nömrəli, 27 iyul 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs təqdim etdiyi..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,670 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı); Heroinin təmiz çəkisi - 0,670 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,620 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 27 iyul 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İB-nə verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 27 iyul 2023-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X1 icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 28 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 14 avqust 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başlanmış olan ********* nömrəli cinayət işi X4 icraatına qəbul edilmiş və ibtidai istintaq davam etdirilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 15 avqust 2023-cü il tarixli məcburi gətimə barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi Təqsirləndirilən şəxs istintaq şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır; Cinayət işi materiallarına əlavə olunmuş 18 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 18 avqust 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat dayandırılmışdır; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1215; 3/1315 nömrəli, 21 avqust 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zavod üsulu ilə istehsal edilmiş “Condor Lacrimogeneo” əmtəə göstəriciləri olan 01 (bir) ədəd sprey balonun içərisində qaz halında olan maddənin tərkibi o-xlorobenzilimalononitril-bibər qoxusuna bənzər açıq sarı rəngli, kristilalik, zəhərli yanar maddədən və digər qaz qarışıqlarından ibarətdir. Bir çox üzvi həlledicilərdə, xüsusilə də aseton, metilen xlorid, dioksan, etil asetat və benzolda həll olunur. Təsiredici dairəsi- 2,5 metrə qədər olub və gözün selikli qişasına qıcıqlandırıcı və gözyaşardıcı təsir göstərir. Həmin aerozol qurğu qaz silahıdır, istifadəyə yararlıdır, üzərində sonradan dəyişiklik edilməyib; Cinayət işi materiallarına əlavə olunmuş 31 avqust 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:45-də tutulmuşdur; Cinayət işi materiallarına əlavə olunmuş 31 avqust 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 01 sentyabr 2023-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİdən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Cəlilabad rayon İcra Hakimiyyətinin Hamarqışlaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində onun haqqında Hamarqışlaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyə yazılı və yaxud şifahi şikayət daxil olmamışdır; Cinayət işi materiallarında olan məhkəmə - narkoloji ekspertizasının 06 oktyabr 2023-cü il tarixli, 6345 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür; Cinayət işi materiallarında olan cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işi materiallarında olan 18 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir; Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verərək onu qəbul etmir və bildirir ki, həmin ifadə işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində (barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi ifadəsi daxil olmaqla) onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, etirafedici izahat və ifadələr vermiş, nə müdafiəçisinə, nə videoçəkiliş zamanı narazılığını, etirazını bildirməmişdir. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 31 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sonradan Təqsirləndirilən şəxs tərəfindən barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Semral İbadov tərəfindən 18 avqust 2023-cü il tarixdə axtarış elan edilmiş və cinayət təqibi üzrə icraat dayandırılmışdır. 31 avqust 2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və Şirvan şəhəri Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilərək, Təqsirləndirilən şəxs barəsində 03 (üç) müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 27 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 159 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,620 qram olan narkotik vasitə heroin və “Condor Lacrimogeneo” əmtəə göstəriciləri olan 01 (bir) ədəd sprey qaz balonu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək olan dövr üzrə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,620 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan “Condor Lacrimogeneo” əmtəə göstəriciləri olan 01 (bir) ədəd sprey qaz balonu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 159 manat 95 qəpik manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-243/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-243/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver