Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-25/2024 24.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 14:11 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Cəlilova (Hacıyeva) Aygün İbrahim qızına verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(032)-899/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(032)-291/2022 saylı qərarı ilə 500 manat inzibati cərimə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(032)-676/2022 saylı qərarı ilə isə səkkiz gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixinədək cəmi 4360 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Cəlilova (Hacıyeva) Aygün İbrahim qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Şirvan şəhər 16 saylı orta məktəbi bitirmiş, daha sonra hərbi xitmətə yollanmışdır. Qayıdandan sonra hərbi sahədə işləmişdir. Daha sonra hərbi təlim zamanı qəlpə yarası almış, hərbiyə yararsız olduğundan hərbidən tərxis olunmuşdur. Ona 3-cü qrup əlillik verilmiş və 2021-ci ilin avqust ayındadək hər ay 185 manat müavinət almışdır. Cəlilova (Hacıyeva) Aygün İbrahim qızı ilə rəsmi ailə qurmuş, el-adəti ilə toy etmişlər. Lakin nikahlarının rəsmləşdirilməsi sonradan olmuşdur. Münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 adında iki övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər. Məhkəməyə boşanmaq üçün müraciət etmişdir. Həmin vaxtdan Zərərçəkmiş şəxs (Hacıyeva) uşalarla birlikdə yaşayır. Zərərçəkmiş şəxs (Hacıyeva) uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərilmədiyini və uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ondan əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Cəlilova (Hacıyeva) Aygün İbrahim qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 500,00 manat inzibati cərimə, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə isə səkkiz gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, xəstəliyi ilə bağlı müavinət aldığı müddətlər də ödənişlər etmiş, 2021-ci ilin avqust ayından müavinəti dayandırıldığı üçün ödənişlər etməmiş, nəticədə təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək qətnamə üzrə cəmi 4360 manat aliment borcu yaranmışdır. Qeyd edilən məhkəmə qətnaməsi ilə razı olmasa da, qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət etməmişdir. 2020-ci il tarixdə maldarlıq təsərrüfatı ilə məşğul olmaq üçün məşğulluq mərkəzinə müraciət etmiş, lakin növbəli şəkildə aparıldığından ona gözləməsi bildirilmişdir. Bundan başqa adına əvvəllər **-BG-*** nömrəli maşın olmuşdur, lakin sonradan (tarix yadında deyil) həmin maşını etibarnamə əsasında satmış, kimə satdığı və hazırda kimin adına olması, kim tərəfindən idarə olunması barədə məlumatı yoxdur. Bu müddət ərzində yaşadığı şəhərdə fəhlə işləmiş, təxmini aylıq gəliri 150-200 manat olur. Həmçinin qardaşı Azər Hacıyevin adına olan **-BJ-*** nömrəli maşınla yük daşıyır və taksi fəaliyyəti ilə məşğul olur. Hazırda rəsmi evlidir və iki az yaşlı övladı var. Qazancı ancaq özünün, yenidən qurduğu ailə və uşaqlarının tələbatına çatır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə rəsmi ailə qurmuş, münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 adında iki övladları anadan olmuşdur. Təqsirləndirilən şəxs ilə bir müddət mehriban yaşasalar da sonradan ailəsinə baxmadığından münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər, həmin vaxtdan övladları ilə birlikdə yaşayır. Bu müddət ərzində Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. Uşaqları tək başına saxlaya bilmədiyindən ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 500 manat inzibati cərimə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə isə səkkiz gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Aparılmış bütün icra tədbirlərinə baxmayaraq fəhlə kimi işləməsinə, qardaşının adına olsa da özü istifadə etdiyi maşınla taxsi fəaliyyəti ilə məşğul olmasına və yetərli qədər gəlir əldə etməsinə baxmayaraq Təqsirləndirilən şəxs ödəməli olduğu aylıq alimenti qərəzli olaraq vaxtıvaxtında ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək qətnamə üzrə cəmi 4360 manat aliment borcu yaranmışdır. Əlavə olaraq qeyd etmişdir ki, əvvəllər Ceyhun əlilliyə görə müavinət almış və icra məmurlarının məcburiyyəti ilə hər ay alimenti ödəmişdir. Lakin sonradan əlilliyi dayanmış və bundan sonra aliment ödəməmişdir. Qeyd edilən yaranmış aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməklə barəsində daha ağır cəza - azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini istəyir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 göstərdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 899/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Cəlilova (Hacıyeva) Aygün İbrahim qızına verilməlidir. Göstərilən icra sənədi xx.xx.2018-ci il tarixdə İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə tərəflərə göndərilmiş, lakin borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirlərinin tətbiq olunması məqsədi ilə Təqsirləndirilən şəxs mülkiyyətində tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin müəyyən edilməsi məqsədi ilə icra tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Aliment öhdəliyinin yerinə yetirməyən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşamaması aşkar olunduğundan, eyni zamanda yaşayış yerini müəyyənləşdirmək mümkün olmadığından onun barəsində xx.xx.2022-ci il tarixdə “borclunun axtarılması barədə” qərar qəbul edilərək icra edilməsi Şirvan şəhər Polis şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə sonuncu Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən tutularaq İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Borcludan hüquq və vəzifələri izah edilməklə yazılı izahat alınaraq icra sənədi üzrə yığılmış aliment borcunu ödəməsi tələb olunmasına baxamayaraq o, tələbi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində protokol tərtib edilərək baxılması üçün Şirvan Şşəhər Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin 3(032)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilmişdir. Daha sonra borclu icra sənədinin icrasından üzrsüz səbəbdən boyun qaçırdığından və çağırışlara gəlmədiyindən onun barəsində təkrarən xx.xx.2022-ci il tarixdə “borclunun axtarılması barədə” qərar qəbul edilərək icra edilməsi üçün Şirvan ŞPŞnə göndərilmiş və borclu barəsində Aİ/260256/22 saylı axtarış işi açılmışdır. xx.xx.2022-ci il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən borclu Təqsirləndirilən şəxs tutularaq İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya hüquq və vəzifələri izah olunmuş və izahatı alınmış, icra sənədi üzrə tələbi icra etməyəcəyi halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Alimentin ödənilməsi üçün Təqsirləndirilən şəxsa dəfələrlə şifahi və rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, o, üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün AR İXM-nin 528.1-ci maddəsi ilə borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şirvan Şəhər Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin 3(032)-676/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, bir daha rəsmi xəbərdarlıq edilmiş, lakin tələb yenə icra olunmamışdır. Şirvan Şəhər Məhkəməsinin 8(032)-51/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Aparılmış bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tələbkara tam şəkildə ödəməmiş və bununla da təqdimat verilən günə kimi 4360 manat borcu yaranmışdır. Tələbkar Cəlilova (Hacıyeva) Aygün İbrahim qızı xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, məhkəmə qərarını icra etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış və bununla da tələbkar Zərərçəkmiş şəxs (Hacıyevanın) qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-899/2018 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Cəlilova (Hacıyeva) Aygün İbrahim qızına verilməsinə dair qət edilmişdir. Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 15 noyabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmasına dair qərar qəbul edilmişdir. Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 23 fevral 2023-cü il tarixli aktdan görünür ki, borclunun göstərilən ünvanda yaşamaması və borclunun hesabına götürülməli əmlakın olmaması aşkar edilmişdir. Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 24 fevral 2022-ci tarixli borclunun axtarılması barədə qərardan görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-899/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 3 ünvanında qeydiyyatda olması göstərilən borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, qərarın surəti icra olunması üçün Şirvan şəhər Polis Şöbəsinə göndərilmişdir. Şirvan şəhər Polis Şöbəsinin 305-7412-1222 saylı 11 mart 2022-cil tarixli və Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 225629/10-2 saylı 09 mart 2022-cil tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinə təhvil verildiyi üçün axtarış işinə xitam verilmişdir. Şirvan şəhər Məhkəməsinin 3(032)-291/2022 saylı 09 mart 2022-cil il tarixli və 3(032)-676/2022 saylı 30 iyun 2022-ci il tarixli qərarlarının surətindən və xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Şirvan şəhər Məhkəməsinin 3(032)-291/2022 saylı 09 mart 2022-cil il tarixli inzibati qərarına əsasən 500 manat cərimə, 3(032)-676/2022 saylı 30 iyun 2022-ci il tarixli inzibati qərarına əsasən on gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla 11 noyabr 2022-ci il, 16yanvar 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmiş və sonuncu dəfə 03 fevral 2023-cü il tarixdə rəsmi qaydada bildiriş verilmişdir. Şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 1268/10-2 saylı 25 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şirvan şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır. Ailə üzvlərinə dair hər hansı məlumat yoxdur. Şirvan şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi Şirvan regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 3-13-16-7/2-866/2023 saylı 15 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi olması barədə Baş X12 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3-16-12/1-1117/2023 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs daha əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 xx.xx.2023-cü il tarixli 4471 sayli məktubuna əlavə edilmiş 673/KEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Mitral qapaqların ön tayının l-ll dərəcəli prolapsı. Mitral qapaq çatmamazlığı ll dərəcə” və “l dərəcə C-vari skolioz”un olduğu müəyyən edilmiş, qeyd olunanlar xroniki gedişli xəstəliklərdir. Təqsirləndirilən şəxs əmək qabiliyyətli olduğu müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa 100,00 manat olmaqla cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Cəlilova (Hacıyeva) Aygün İbrahim qızına verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(032)-899/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(032)-291/2022 saylı qərarı ilə 500 manat inzibati cərimə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(032)-676/2022 saylı qərarı ilə isə səkkiz gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixinədək cəmi 4360.00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Cəlilova (Hacıyeva) Aygün İbrahim qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin tərkibini təşkil edir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 2(032)-899/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsini icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin ədalət mühakiməsi əleyhinə olan münasibətlərinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və xəstəliyinin olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsi cəzanın məqsədlərini təmin etmədiyindən ona daha ciddi cəza olan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbsə alındığı andan hesablanmalıdır. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 344- 347, 349, 351-353,356, 358, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-25/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-25/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver