Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-25/2025 24.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1983-cu il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şirvan şəhər sakini Zərərçəkmiş şəxs ünvan 2nda yerləşən fərdi yaşayış evini satacağına dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə, sonuncudan 2023-cü ilin may ayının əvvəlində yaşadığı evdə 1000 manat pulu əlbəəl, Şirvan şəhəri ərazisində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərilmiş 32170 manat məbləğində, yəni xx.xx.2023-cü il tarixdə saat 18:27-də ünvan 6, E-Manat ödəmə terminalından 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 10:55-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, E-manat ödəmə terminalından 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 11:02-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, E-manat ödəmə terminalından 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 18:37-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Elit market E-Manat ödəmə terminalından 1000 manat, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri ərazisində E-manat ödəmə terminalından 1000 manat, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri ərazisində E-manat ödəmə terminalından 2500 manat, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, Ş.Şükürov küçəsi, E-Manat ödəmə terminalından 1500 manat, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, Ş.Şükürov küçəsi, E-Manat ödəmə terminalından 2500 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, E-Manat ödəmə terminalından 1300 manat, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, H.Əliyev prospekti, E-Manat ödəmə terminalından 1500 manat, xx.xx.2023-cü il tarixdə saat 12:47-də Şirvan Ticarət Mərkəzi, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, E-manat ödəmə terminalından 200 manat, xx.xx.2023-cü il tarixdə saat 10:52-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Elit market E-Manat ödəmə terminalından 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 20:33-də Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, E-Manat ödəmə terminalından 730 manat, xx.xx.2023-cü il tarixdə saat 11:00-da Şirvan Ticarət Mərkəzi, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, E-manat ödəmə terminalından 3000 manat, xx.xx.2023-cü il tarixdə saat 10:07-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Elit market E-Manat ödəmə terminalından 2300 manat, xx.xx.2023-cü il tarixdə saat 11:28-də Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, E-Manat ödəmə terminalından 1500 manat, xx.xx.2023-cü il tarixdə saat 10:17-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Elit market E- Manat ödəmə terminalından 1500 manat, xx.xx.2023-cü il tarixdə müvafiq olaraq saat 10:17 və saat 15:47-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Elit market E-Manat ödəmə terminalından 800 və 840 manat, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri ərazisində E- Manat ödəmə terminalından 1000 manat və xx.xx.2023-cü il tarixdə saat 15:12-də Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi, OBA market E-Manat ödəmə terminalından 3000 manat pulu cinayətdən xəbəri olmayan arvadı Şahid2 Murğuz qızının adına olan "xxxx" ASC-yə məxsus bank tərəfindən verilmiş “4169-7388-2314-0813” və “4169-7388****1029” nömrəli Birbank Cashback debet kartına göndərtməsinə nail olmaqla ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 33170 (otuz üç min səkkiz yüz yetmiş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şirvan şəhər sakini Zərərçəkmiş şəxs ünvan 2nda yerləşən fərdi yaşayış evini satmaq üçün sonuncuya bankların birindən adına ipoteka rəsmiləşdirilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə, sonuncudan Şirvan şəhəri ərazisində yerləşən ödəmə terminalları vasitəsi ilə göndərilmiş 5500 manat məbləğində, yəni 2023-cü ilin avqust ayından həmin ilin noyabr ayına qədər olan müddət ərzində istintaqa məlum olmayan ödəmə terminallarından kart hesabına göndərilmiş 3000 və 1800 manat, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 12:18-də Şirvan şəhəri, Z.Hacıyev küçəsi, 1/26 OBA market- 16 E-Manat ödəmə terminalından göndərilmiş 700 manat pulu cinayətdən xəbəri olmayan arvadı Şahid2 Murğuz qızının adına olan "xxxx" ASC-yə məxsus bank tərəfindən verilmiş “4169-7388-2314-0813” nömrəli Birbank Cashback debet kartına göndərtməsinə nail olmaqla ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib məhkəməyə vermiş olduğu ifadəsində bildirdi ki, Şahid1 və Zərərçəkmiş şəxs tanıyır, onlar ondan hazırda yaşadığı evi almaq istəmişlər. 2023-cü ilin təxminən may ayında Kəmalə və Rüfət yaşadığı evə gəlib bəyənmişlər, həmin gün beh olaraq o, Rüfətdən yaşadığı evin həyətində 1000 manat pul almış, evi isə ümumilikdə 115.000 manata alacaqları barədə razılaşmışlar. Onların əvvəl aralarında danışıq olmuşdur ki, onlar həmin evi ipoteka ilə alacaqlar, həmin vaxtdan təxminən bir neçə gün sonra Rüfətə zəng edib ipoteka ilə bağlı nə işlər gördüyünü soruşduqda ona bu gün sabah demiş, bundan sonra Rüfətə evin sənədlərinin torpaq sənədi olduğunu və çıxarışı olmadığını, həmin 3 sot torpaq sahəsinə çıxarış alınmasına görə 2000 manat pul verməli olduğunu demişdir. Arvadı Şahid2 Murğuz qızının adına olan "xxxx" ASC-yə məxsus 4169-7388-2314-0813 saylı plastik bank kartının nömrəsini Rüfətə “WhatsApp” proqramı vasitəsi ilə göndərmiş, xx.xx.2023-cü il tarixdə Rüfət həmin bank kartına 2000 manat pul göndərmiş, həmin pul ilə oğlu X1 təhsil aldığı universitetə təhsil haqqını ödəmişdir. Həmin vaxtdan bir neçə gün sonra xx.xx.2023-cü il tarixdə Rüfətə zəng edib sənədlərlə bağlı əlavə pul lazım olduğunu demiş, həmçinin ona əlavə öz ehtiyacları üçün pul lazım olmuş, ona görə də, fikirləşmişdir ki, öz evinin puludur, nə qədər pul alsa, qalanını ipotekaya salıb ümumi məbləğdən çıxacaqdır. Həmçinin qabaqcadan vəd vermişdir ki, yaşadığı evi Rüfətə satacaqdır. Bu minvalla xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1.000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 1300 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 730 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 2300 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 800 manat və 840 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 3.000 manat və xx.xx.2023-cü il tarixdə isə 700 manat, ümumilikdə plastik bank kartına 32870 manat, əlbəəl nağd isə 1000 manat olmaqla ümumilikdə 33.870 manat pul Rüfətdən almış, həmin pulları öz ehtiyaclarına xərcləmiş, belə ki, özünə torpaq almaq üçün beh vermiş, oğlunun təhsil haqqını ödəmiş, özünə ev tikmək üçün materiallar almış və öz xeyrinə xərcləmişdir. Bundan başqa, Rüfət və Kəmalənin hazırda yaşadığı evin ipoteka ilə bağlı bank sənədlərində problemlər olmuş, bunu ona Rüfət demiş və ona verdiyi pulları geri tələb etmişdir. Həmçinin ona hazırda yaşadığı evi satıb onun pulunu geri qaytarmağını demişdir. Bir qədər fikirləşmiş, pulu qaytara bilmədiyi üçün yalandan Rüfətə ipoteka rəsmiləşdirilməsində köməklik edəcəyini demiş, heç kimə zəng edib maraqlanmamış, həmçinin maddi cəhətdən sıxıntısı olduğundan Rüfətə zəng edib özü ağlına gələn qiyməti yəni 3000 manat pulun müqabilində ipoteka ilə bağlı işlərini guya əmisi oğlu kimi təqdim etdiyi Kamran Qasımov adlı şəxsin vasitəsi ilə görə biləcəyini demiş, həmin pulun da bank tərəfindən “şapka” kimi alınacağını söyləmişdir. Həmin gün 3000 manat pulu Rüfət arvadının adına olan kart hesabına göndərmiş, onlarla birlikdə heç yerə getməmiş, heç kimlə mobil telefonla danışmamışdır. Rüfətin ona inanmasından ötrü digər mobil nömrəsini ona verib guya ki, həmin mobil nömrə Kamranın olduğunu demiş, sonradan isə Rüfətdən ipoteka rəsmiləşdirilməsində köməklik göstərəcəyi adı ilə 1800 və 700 manat pul almışdır. 2023-cü ilin sentyabr ayının əvvəlində Abşeron rayon polis idarəsində onun cinayət işi olduğundan polis tərəfindən tutulmuş, 2023-cü ilin oktyabr ayının sonunda təcridxanadan çıxmışdır. Barəsində Abşeron rayon polis idarəsində istintaq edilən həmin cinayət işi üzrə maddi ziyanı tam ödəmiş və cinayət məsuliyyətindən azad olunmuşdur. Evdə olduqdan sonra Rüfət və Kəmalə yaşadığı evə gəlmişlər, pulu tələb etmişlər. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyandan qismən ödəmiş, 28.000 manata yaxın borcu qalmışdır. O, evini satışa çıxarmış, hələ ki, müştəri olmadığına görə evi satıb Rüfətə olan borcunun qalan hissəsini ödəyə bilməmişdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ünvan 3 ünvanında qeydiyyatdadır, lakin hazırda faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhərində ailə üzvləri ilə birlikdə yaşayır, Şahid1 onun arvadıdır. Şirvan şəhəri, N.Tusi küçəsində onlara məxsus evi olmuş, həmin evi 2023-cü ilin may ayında 48.000 manata satmışlar. Fikirləri də olmuşdur ki, Bakı şəhərindən ipoteka ilə ev alsınlar. Bu məqsədlə özü və arvadı sosial şəbəkədə ev alqı-satqısı ilə məşğul olan Röyal adlı şəxsin mobil nömrəsini götürüb zəng etmiş, həmin şəxs onlara ipoteka ilə evlərin olduğunu və onların Bakı şəhərinə getməli olduğunu demiş, həmin şəxsin istifadəsində ***- ***-**-** saylı mobil nömrə olmuşdur. 2023-cü ilin may ayında avradı ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində Röyal adlı şəxslə görüşmüşlər, Röyal adlı şəxs onlara bir neçə evi göstərmiş, lakin bəyənməmişlər. Bundan sonra Röyal adlı şəxs onlara sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evini göstərmişdir. Onlar həmin evi bəyənmişlər, həmin ev ünvan 5 ünvanında yerləşmişdir. Onlar həmin evi görüb bəyənərkən evin sahibi Təqsirləndirilən şəxs da orada olmuşdur. 2023-cü ilin may ayının sonunda orada beh olaraq Təqsirləndirilən şəxs 1000 manat pul vermiş, ümumilikdə 115.000 manata alacaqları barədə razılaşmışlar. Həmçinin onlar həmin evi ipoteka ilə alacaqları barədə razılaşmışlar. Bundan sonra arvadı ilə birlikdə Şirvan şəhərinə qayıtmışlar. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng etmiş, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Rövşən ona sənədlərinin torpaq sənədi olduğunu və çıxarışı olmadığını, bunun üçün, yəni həmin 3 sot torpaq sahəsinə görə 2.000 manat pul verməli olduğunu demiş, belə razılaşmışlar ki, onlar həmin 2.000 manat pulu Rövşənə verəcəklər, Rövşən isə gələcəkdə alqı-satqı olduqdan sonra həmin pulu onlara qaytaracaqdır. Rövşən ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi 4169-7388-2314-0813 saylı plastik bank kartına xx.xx.2023-cü il tarixdə saat 18:27-də ünvan 6 ünvanında yerləşən ödəmə terminalından 2.000 manat pul göndərmişdir. Həmin vaxtdan bir neçə gün sonra xx.xx.2023-cü il tarixdə Rövşən ona zəng edib sənədlərlə bağlı əlavə pul lazım olduğunu söyləmiş, Rövşən həmişə demiş ki, nə qədər pul lazım olsa ona versinlər, gələcəkdə alqısatqı olduğu təqdirdə ilkin ödənişdə onlar pul verməyəc, həmin pulları Rövşən çıxacaqdır. Bu minvalla qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə saat 10:55-də yuxarıda qeyd etdiyi bank kartına Şirvan şəhəri ərazisindən Rövşənə ödəmə terminalı vasitəsi ilə 2.000 manat pul göndərmişdir. Rövşən onlarda özünə qarşı inam yaratmış, belə ki, evi satacağını vəd vermiş, bu minvalla hər dəfə müxtəlif bəhanələr gətirərək, gah atasının xəstə olduğunu, gah avtomobilini vurduğunu, gah evini təmir etdirdiyini, gah oğlunun universiteti üçün pul lazım olduğunu, gah da ki, müxtəlif sənədlər düzəldəcəyi adı ilə ondan xx.xx.2023-cü il tarixdə saat 11:02-də həmin bank kartına 1.000 manat, xx.xx.2023-cü il tarixdə 1.000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 2.500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 1300 manat, xx.xx.2023-cü il tarixdə 1.500 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 730 manat, xx.xx.2023-cü il tarixdə 3.000 manat, xx.xx.2023-cü il tarixdə 2300 manat, xx.xx.2023-cü il tarixdə 1.500 manat, xx.xx.2023-cü il tarixdə 1.500 manat, xx.xx.2023-cü il tarixdə 800 manat və 840 manat, xx.xx.2023-cü il tarixdə 1.000 manat, xx.xx.2023-cü il tarixdə 3.000 manat və xx.xx.2023-cü il tarixdə isə 700 manat, ümumilikdə plastik bank kartına 32.870 manat, əlbəəl nağd isə 1.000 manat, 33.870 manat pul vermişdir. Həmin qəbzləri arvadı izahatına əlavə etmişdir. Bundan başqa 2023-cü ilin may ayında ipoteka ilə bağlı “Azərbaycan Beynəlxalq” bankına müraciət etmiş, qiymətləndirilmə olmuş, bank həmin qeyd etdiyi evə baxış keçirmiş, lakin bank həmin evi 76.000 manat dəyərində qiymətləndirmiş, bank az pul ayırdığına görə həmin bankdan imtina etmişdir. Bundan sonra başqa bir “BTB” bankına ipoteka üçün müraciət etmiş, həmin bankdan onlara bildirilmişdir ki, fərdi yaşayış evinə pul ayırmaq dayandırılıb. Bundan sonra Rövşənin yaşadığı evə arvadı ilə birlikdə getmiş, olanları Rövşənə demişlər. Rövşənə verdiyi pulları geri istəmiş, Rövşən əvvəl razılaşmış, həmin vaxtdan təxminən 2 saat keçdikdən sonra Rövşən ona mobil telefonla zəng edib əmisi oğlu Kamran Qasımovun “Beynəlxalq Bank”da işlədiyini, ipoteka ilə bağlı işləri görə biləcəyini, lakin bunun müqabilində “şapka” kimi, 3.000 və 1.800 manat pul lazım olduğunu demişdir. Bundan başqa Rövşən onlara həmin bankdan ipoteka ilə bağlı 140.000 manat pul çıxaracağını vəd vermişdir. Həmin gün Rövşənlə Bakı şəhərində görüşmüş, onunla birlikdə əmisi oğlu dediyi Kamran adlı şəxsin iş yerinə getməyini təklif etmiş, Rövşən onlarla birlikdə Bakı şəhəri, Yasamal rayonuna tanımadığı bir ünvana getmiş, həmin yerdə bank yerləşməmiş, orada bankın olmadığını Rövşənə dedikdə sonuncu bankın elə buralarda yerləşdiyini, az sonra əmisi oğlunun gəlib onlarla görüşəcəyini demişdir. Həmin vaxt təxminən 2023-cü ilin iyul ayının sonu olmuş, orada birlikdə təxminən 1-2 saata yaxın gözləmişlər, Rövşən mobil telefonla kimləsə danışmış, telefonda danışdığı guya əmisi oğlu olan şəxs Rövşənə demişdir ki, məni heç kimə göstərmə, onlar da Rövşənə inanmışlar, bir az da gözlədikdən sonra Rövşən onları müxtəlif bəhanələrlə aldatmış, əmisi oğlu Kamran adlı şəxsin onlarla görüşmək istəmədiyini demiş və sonradan oradan ayrılmışlar. 2023-cü ilin avqust ayının əvvəlində əmisi oğlunun artıq ipoteka işlərini həll etdiyini, bunun üçün əvvəl dediyi 3.000 manat pulun lazım olduğunu demiş, 3.000 manat pulu Kamranın onlara göndərdiyi hazırda yadında qalmayan kart hesabına Şirvan şəhəri ərazisində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərmiş, sonra isə həmin qaydada həmin vaxtdan təxminən 1 həftə sonra, tarixi dəqiq yadında qalmayan vaxt Rövşənin onlara dediyi kart hesabına 1.800 manat pul göndərmişdir. Bir neçə gün sonra Rövşəndən xəbər çıxmadığını görmüş, ona zəng edib əmisi oğlu Kamranın mobil nömrəsini istəmiş, əvvəl Rövşən, Kamran dediyi şəxsin mobil nömrəsini verməmiş, sonradan Kamranın ***-***-**-** mobil nömrəsini vermişdir. Həmin mobil nömrəyə zəng etdikdə cavab verən olmamış, bunu Rövşənə dedikdə Rövşən Kamranın iclasda olması və yaxud müxtəlif bəhanələr gətirərək telefona cavab verəcəyini demişdir. Arvadı sonradan həmin mobil nömrəyə başqa nömrə ilə zəng etdikdə bir dəfə həmin mobil nömrə cavab vermiş, ona özünü təqdim etdikdə Kamran olmadığını, Rövşəni tanımadığını, Qazax rayonundan olduğunu demişdir. 2023-cü ilin sentyabr ayında Rövşənin mobil nömrəsinə zəng çatmamış, ona görə də, arvadı ilə birlikdə onları əvvəl Rövşənlə tanış edən Röyal adlı şəxslə əlaqə saxlayıb onunla birlikdə Rövşənin yaşadığı evə getmişdir. Evdə arvadı dediyi Elnarə adlı qadın qapını açıb Rövşənin polis tərəfindən saxlanıldığını, kiminləsə savaşdığını demiş, Rövşənə müxtəlif məbləğlərdə pullar verdiyini dedikdə Elnarə adlı qadın ondan pul istəmiş, Rövşəni çıxardıb pullarını qaytaracağını demişdir. Çıxılmaz vəziyyətdə qalıb 2023-cü ilin sentyabr ayının əvvəlində 4700 manat pul tapıb Rövşənin valideynlərinin yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən evinə gedib orada onlara vermişdir. Valideynləri də, ona Rövşənin təcridxanadan çıxıb evi adına sənədləşdirəcəyini və yaxud pulu qaytaracağını demişdir. 2023-cü ilin oktyabr ayının sonunda Rövşən təcridxanadan çıxmış, onun yaşadığı evinə getmiş, Rövşən orada ona yaxın günlərdə işi həll edəcəyini, əmisi oğlu dediyi Kamranın vasitəsi ilə ipoteka işini özü düzəldəcəyini yenə də yalandan vəd vermişdir. Həmin ipoteka məsələsinə görə xx.xx.2023-cü il tarixdə yuxarıda qeyd etdiyi kimi Rövşənin ona göndərdiyi bank kartına Şirvan şəhəri, “Kənd evləri” adlanan ərazidə yerləşən “Oba” marketində daxilində quraşdırılmış ödəmə terminalından sonuncu dəfə 700 manat pul göndərmiş, bundan sonra Rövşən ona zəng edib artıq hər şeyi hazır etdiyini, sadəcə Bakı şəhərinə gedib imza edəcəyini və Şirvan şəhərində olan ev əşyaları götürüb yaşadığı evə köçməyini, evi də boşaltdığını yalandan demişdir. Onlar da, xx.xx.2023-cü il tarixdə Şirvan şəhərindən ev əşyalarını götürüb ünvan 5 ünvanına getmişlər, Rövşən onları qarşılamış, evdə arvadı Elnarə olmuş, lakin evdən çıxmamışdır. Özü və arvadı bunu görüb təcəccüblənmiş, Rövşəndən niyə görə evdən çıxmadığnı soruşduqda Rövşən tələm-tələsik evdə olan sənədləri götürüb çıxıb getmiş, onlar da ev əşyalarını həyətə boşaltmışlar, Rövşənin arvadı Elnarədən də niyə görə evdən çıxmadığnı soruşduqda arvadının bundan heç bir xəbəri olmadığını söyləmişdir. Bir neçə saat sonra Rövşən gəlmiş, onlara bir az da səbrli olmaqlarını, müxtəlif bəhanələr gətirərək onlara Bakı şəhərində kirayə ev tutacağını demişdir. Sonra onlar oradan çıxmışlar, ev əşyaları isə həyətdə qalmışdır. Bir neçə ay kirayədə yaşamışlar, kirayə pulunu da özləri vermişlər, Rövşənin onu aldatdığını başa düşmüş, Rövşəndən evi deyil, pulu tələb etmiş, Rövşən arvadı Kəmalənin adına olan "xxxx" ASC-yə məxsus 5239-1517-5909-3357 saylı bank kartıma xx.xx.2024-cü il tarixdə 2.000 manat, sonraki tarixlərdə hazırda yadında qalmayan vaxt isə ümumilikdə 3.000 manat pul göndərmişdir. Beləcə Rövşən onlardan aldıqları pulların müqabilində heç bir iş görməmiş, yalandan vəd vermiş, həmin pullardan 5.000 manat pulu qaytarmış, qalan 28.000 manata yaxın pulu isə hazıradək qaytarmamışdır. Kamranın şəxsiyyəti barədə heçnə bilməmiş, üzünü görməmiş, Röyalın şəxsiyyəti barədə heçnə bilməmiş, işlədiyi yer Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, Xırdalan şəhər İcra Hakimiyyətinin yaxınlığında yerləşən Gold əmlak agentliyi olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ümumilikdə 38370 manat puldan ona hazıradək, arvadı Şahid1 adına olan bank kartına xx.xx.2023-cü il tarixdə 2800 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat və xx.xx.2024-cü il tarixdə isə 1500 manat, ümumilikdə 10400 manat pulu ödəmişdir. İbtidai istintaq zamanı dəymiş ziyanın tam ödənilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş ərizə vermiş, lakin əslində ziyan ona tam ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən ev dustaqlığına buraxıldıqdan sonra dəymiş ziyanın ödənilməsi ilə bağlı ona vəd verilmiş, ancaq pul ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş ziyanı ödənilməsini tələb edir. Məhkəmə iclasında Şahid1 şahid qismində vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq etməklə onun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Murğuz qızı ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əridir. Şahid1 və Zərərçəkmiş şəxs tanıyır, həmin şəxslər onlardan hazırda yaşadığı evi almaq istəmişlər və onların Şirvan şəhər polis şöbəsinə etdikləri şikayət ilə tanış olmuşdur. Rövşən hazırda yaşadıqları evi Rüfət və Kəmaləyə satmaq istəmiş, lakin o razı olmamışdır. Xırdalan şəhərində yaşayan ev alqı-satqısı ilə məşğul olan Röyal adlı şəxs 2023-cü ilin təxminən may ayında Kəmalə və Rüfətlə birlikdə yaşadığı evə gəlmişlər, orada beh olaraq Rüfət Rövşənə 1000 manat pul vermiş, evi isə ümumilikdə 115.000 manata ipoteka ilə alacaqları barədə razılaşmışlar. X5 həmin evin sənədlərinin torpaq sənədi olduğunu və çıxarışı olmadığını, bunun üçün 2.000 manat pul verməli olduğunu demiş və onun adına olan 4169-7388-2314-0813 saylı "xxxx" ASC-yə məxsus plastik bank kartına xx.xx.2023-cü il tarixdə 2.000 manat pul göndərmiş, həmin pul ilə Rövşən sənədləşmə işi görmüş, lakin nə işi gördüyünü bilməmişdir. Pulların bir qismini isə Rövşən öz ehtiyaclarlarına xərcləmiş, əlavə pul lazım olduğundan xx.xx.2023cü il tarixdən ilin sonuna qədər olan müddət ərzində ümumilikdə kart vasitəsi ilə 32.870 manat, əlbəəl nağd 1000 manat, ümumilikdə 33870 manat Rövşənə vermişlər. Rövşən isə həmin pullarla oğlu Türkiyədə təhsil adlığından təhsil haqqını ödəmiş, orada kirayəsini qarşılamış, özlərinə torpaq sahəsi almışlar, pulların bir hissəsini isə Rövşənin ona deməsinə görə evin sənəd işlərinə xərcləmiş, konkret olaraq hansı sənədlərə pul verdiyi barədə dəqiq məlumatı olmamışdır. Bundan sonra Kəmalə və Rüfətin onlara deməsinə görə ipoteka işləri alınmamış, Rüfət pulu geri istəmiş, Rövşən onlarla razılaşmışdır. X2 ərinin əmisi oğludur, əvvəl “Accesbank”da işləmiş, lakin sonra işdən çıxmışdır. Rövşən onunla telefon əlaqəsi yaratmış, bu işlərdə yəni ipoteka ilə bağlı köməklik edəcəyini demiş, lakin bunun müqabilində 3000 və 1800 manat pul lazım olduğunu demişdir. 2023-cü ilin avqust ayının əvvəlində onun kart hesabına həmin pulu Rüfət göndərmiş, Kamranın isə həmin pulu onun kartına göndərilməsindən xəbəri olmamışdır. Rövşən həmin pulları götürmüşdür. 2023-cü ilin sentyabr ayının əvvəlində Rövşənin Abşeron rayon polis idarəsində cinayət işi olduğu üçün məhkəmə tərəfindən həbs olunmuş, makler olan Röyal və Rüfət yaşadığı evə gəlmiş, Rövşəni soruşduqda onlara Rövşənin polis tərəfindən saxlanıldığını, kiminləsə savaşdığını demişdir. Rövşənin polisdən çıxmağına görə 4700 manat Rüfətdən pul istəmiş və çıxdıqdan sonra həmin pulu qaytaracağını demişdir. Rüfət bir neçə gündən sonra həmin pulu, yəni 4700 manat pulu gətirib ona vermiş, Abşeron rayon Polis idarəsində olan Rövşənin cinayət işi ilə bağlı gedib maddi ziyanları ödəmiş və Rövşən 2023-cü ilin oktyabr ayının sonunda azadlığa çıxmışdır. Rövşən xx.xx.2023-cü il tarixdə yenə də, evi satmaq barədə deyib onların adına sənədləşdirəciyini deyib 700 manat pulu Rüfətdən istəmiş, Rüfət həmin pulu onun bank kartına göndərmiş, Rövşən həmin pulu da götürmüşdür. xx.xx.2023-cü il tarixdə Kəmalə və Rüfət ev əşyalarını götürüb avtomobillə onların yaşadığı evə gəlmişlər, bunu görüb məəttəl qalmış, Rövşəndən bunu soruşduqda ona çöldə qaldıqlarını, onun deməsinə görə onlar ev əşyalarını götürüb həyətlərinə gəldiyini demiş, nə iş olduğunu, Rövşənin konkret olaraq nə iş gördüyünü və onlara nə vəd verdiyini başa düşə bilməmişdir. Az sonra Rüfət və Kəmalə evdən çıxıb getmişlər O isə heç bir şeyi başa düşməmişdir. Bir müddət sonra Rüfət və Kəmalə onun bank kartına göndərdikləri pulları istəmişlər, Rövşən isə onlara pullardan bir qismini hazıradək Kəmalənin bank kartına göndərmişdir. Hazırda Kəmalə və Rüfət ondan və ərindən qalan pulları tam olaraq qaytarmalarını tələb etmiş, lakin hazırda buna maddi cəhətdən imkanları olmadığından həmin pulu qaytara bilməmişlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 27 avqust 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X4 icraatına qəbul edilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən və Sumqayıt şəhər Probasiya şöbəsinin 23 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Abşeron rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 70-ci maddəsi tətbiq edilməklə üzərində 02 il şərti sınaq müddəti müəyyən edilərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon Məhkəməsinin 7(012)-209/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş 08 ay 09 gün hissəsindən azad edildiyi üçün barəsində olan şəxsi iş xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa onun barəsində Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən CPM-nin 40.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla cinayət təqibinə xitam verilmişdir; Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. 05 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; 07 sentyabr 2024-cü il tarixli məcburi gətirilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkətinin yerinə yetirilməsi üçün məcburi olaraq Şirvan şəhər polis şöbəsinin İstintaq bölməsinə gətirilməsi qərara alınmışdır; 01 oktyabr 2024-cü il tarixli şəxsin şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan olunması və iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs (Ş/V AA 0544473) şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan olunması, şübhəli şəxs Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək tutulub Şirvan ŞPŞ-nin MSY-nə təhvil verilməsi və Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır; 16 oktyabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu ərazisində tutularaq Şirvan şəhər polis şöbəsinin MSY-nə təhvil verilmişdir; 16 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması üçün dayandırılmış icraat təzələnmişdir; 18 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və cinayət işinin ibtidai istintaqı davam etdirilmişdir; 18 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Şirvan şəhər Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 4(032)-201/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Şahid2 Murğuz qızının adına olan "xxxx" ASC-yə məxsus “4169-7388-2314-0813” nömrəli kartın çıxarışından görünür ki, kart hesabına xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1300 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 2300 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 700 manat məbləğlərində pul daxil olmuşdur; Eyni zamanda Şahid2 Murğuz qızının adına olan "xxxx" ASC-yə məxsus “4169- 7388****1029” nömrəli kartın çıxarışından görünür ki, kart hesabına xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 200 manat məbləğlərində pul daxil olmuşdur; Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 37 saylı Mənzil-Kommunal İstismarı sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 37/162 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ünvanda qeydiyyatda olduğu müddət ərzində onun haqqında 37 saylı MKİS-ə heç bir şikayət ərizəsi daxil olmamışdır; Şirvan şəhər Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 4(032)-216/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından azad olunmuşdur; 02 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 1(032)-25/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək yeri müəyyən olunduqda həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməsi və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır; Şirvan şəhər Polis şöbəsinin 24 mart 2025-ci il tarixli, 3-13111/2-7414/25 saylı məktubundan və ona əlavə edilmiş 19 mart tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli, 1(032)-25/2025 nömrəli cinayət işi üzrə verilmiş axtarış qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2025-ci il tarixdə Şirvan ŞPŞ-nin CAB-də 260077/25 nömrəli axtarış işi açılmış xx.xx.1983-cü il təvəllüdlü, Bakı şəhər Nərimanov rayon F.Məmmədov kücəsi ev 717-də qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər ərazisində yeri müəyyən edilərək tutulmuş və aidiyyəti üzrə göndərilməsi ücün Şirvan şəhər PŞ-nin MSY-nə təhvil verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 01 aprel 2025-ci il tarixli, 3-16-17/42/2-1706/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq cinayətini törətməkdə təqsirli olması, onun özünün etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X3 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf etdiyini və əməlindən peşman olduğunu, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, həmçinin cinayət əməli nəticəsində dəymiş ziyanın tam ödənilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxsə maddi ziyanın tam ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 18 (on səkkiz) gün müddət nəzərə alınıb cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə maddi ziyanın tam olaraq ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-25/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-25/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver