Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-256/2023 20.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:00 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1980-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan , ünvan 2aşqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq 01 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 0,270 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, 04 sentyabr 2023-cü il tarixdə saat 17:05 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, 1 May küçəsində hərəkətdə olarkən saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli falqa kəsiyi bükümdə təmiz çəkisi 0,270 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 04 sentyabr 2023-cü il tarixdə təxminən saat 14 radələrində yaşadığı Şirvan şəhər 1 May küçəsində gəzən zaman yerdə bir ədəd gümüşü rəngli büküm görüb marağını cəlb etdiyi üçün yerdən götürüb açmış və əvvəl də istifadə etdiyindən içərisində “patı” kimi tanınan metamfetamin olduğunu bilərək əynindəki göy rəngli gödəkçənin sağ yan cibinə istifadə məqsədi üçün qoymuşdur. Həmin gün 17:05 radələrində yaşadığı küçədə yolun kənarında piyada hərəkətdə olan zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda və istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Həmin vaxt üzərində metamfetamin olduğundan və ətrafda insanların olduğunu görüb şəxsi axtarış aparılmasına etiraz etmiş, polis şöbəsinə dəvət edildikdə isə etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində ona vəkillərin siyahısı təqdim olunmuş, o həmin siyahıdan hüquqlarının müdafiəsi üçün vəkil X1. Vəkil Müdafiəçi1 gəldikdən sonra polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılan zaman onun üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz predmet əşya olub-olmaması soruşulmuş, olduğu halda könüllü təqdim etməyi təklif edilmişdir. O, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd gümüşü rəngli bükümdə olan metamfetamini masanın üzərinə qoymuş və həmin bükümün içərisində “patı” olmasını söyləmişdir. Üzərindən aşkar edilmiş gümüşü rəngli bükümün içərisi açılıb baxıldıqda içərisində metamfetamin olması müəyyən edilmiş, bundan sonra xanım polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Polis əməkdaşı ondan həmin bükümdə olan psixotrop maddə metamfetamini hardan əldə etdiyini soruşduqda yaşadığı küçədən tapdığını demişdir. Daha sonra Polis əməkdaşlarına təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, 01 ədəd ağ zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokolda qeyd edilənlər doğru olduğundan vəkil, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Ekspertiza rəyi ilə tanış olduqdan sonra ona məlum olmuş ki, üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminin çəkisi 0.270 qramdır. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamış, yalnız istifadə etmiş, narkotik vasitədən və psixotrop maddədən istifadə etməyindən heç kimin xəbəri olmamışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis şöbəsinin Uçot- Qeydiyyat və Statistik Qrupunun kiçik inspektoru Şahid3 göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 icraatına Şirvan şəhəri, 1 May küçəsi ev 138-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti yaranmışdır. Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, PPXB-nin polis nəfəri Şahid2 və Təhqiqat bölməsinin təhqiqatçısı İsmail Qasımov tərəfindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 17.05 radələrində Şirvan şəhəri, 1 May küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. ŞPŞ-nın inzibati binasının otaqlarının birində saat 17:45-dən 18:00a qədər olan videoçəkiliş vasitəsi ilə vəkilin, onun, CAB-nin əməliyyat müvəkkili Şahid1, PPXB-nin polis nəfəri Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd büküm aşkar olunmuşdur. Həmin bükümün açılıb içərisinə baxış keçirildikdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir, şəxsi axtarış zamanı başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Həmin protokol polis əməkdaşları, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videogörüntü Şirvan ŞPŞ-ninPPXB-nin polis nəfəri, polis serjantı X7 tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili Şahid1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə icraatına, 1 May küçəsi, ev 138-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün raportla Şirvan ŞPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qəbul edilmiş qərar əsasında ŞPŞ-nin CAB-nin rəisi Seyfi Tağızadə, Şirvan ŞPŞ-nin PPXB-nın polis nəfəri Şahid2, Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı X5 və ondan ibarət əməliyyat qrupu yaradlılmış, tərəflərindən Təqsirləndirilən şəxs yeri müəyyyən olunaraq sonuncu xx.xx.2023-cü il tarixdə saat 17:05 radələrində Şirvan şəhəri, 1 May küçəsində hərəkətdə olarkən saxlanılıb ŞPŞ-yə gətirilmişdir. Şəhər Polis Şöbəsinin inzibati binasının otaqlarının birində videoçəkiliş vasitəsi ilə vəkilin və Polis əməkdaşları Şahid2 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd büküm aşkar olunmuş, həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddəni yaşadığı küçədən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə çəkilərək ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Həmin protokol onun, digər polis əməkdaşları, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlənin barəsində ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional ekspertizası mərkəzinə təqdim edilmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir.Videoçəkilişdən görünür ki, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd falqaya bükülmüş büküm aşkar olunmuş, sorğu-sual zamanı Günelin özü həmin 1 ədəd falqaya bükülmüş bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli “şübhəli şəxsi tutma haqqında protokoldan və qərardan” görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdə, saat 17:05-də Şirvan şəhəri 1 May küçəsində saxlanılaraq Polis Şöbəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 06 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli 18/879 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 bükümdə təmiz çəkisi- 0,270 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0.270-qramdır, tədqiqatda sərf edildi - 0,05 qram, qalıq – 0,220 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 X8-Narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 5906 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodilərin və psixotrop maddə olan metamfetamini birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD formatındakı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin kimdən, haradan əldə etməsi barədə dəqiq məlumatın olmaması, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, yanlız psixotrop maddədən istifadə etməsi müəyyən edilmişdir. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 13 sentyabr 2023-cü il tarixli, 18-1-35/2-691/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMP-nın narkoloji kabinetində “opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi ” diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 sentyabr 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda qeydiyyatsız yaşayır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli 511 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı (təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0.270 qram təşkil etmişdir) Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını,qəsdin obyektinin psixotrop maddələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdən, 06 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə olduğu 2 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdir. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,220 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdən, 06 sentyabr 2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın . Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,220 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-256/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-256/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver