Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-26/2024 01.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:28-də Şirvan şəhər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş 01 ay 08 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, bundan başqa Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmədən ibarət cinayət əməlini törətmişdir. Belə ki, o, məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi odlu silahı, 06 ədəd partonu və 01 ədəd silah üçün nəzərdə tutulmuş darağı üzərində saxlamaqla daşıyıb gəzdirmiş, 16 sentyabr 2023-cü il tarixdə saat 17:00-da Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri Xəqani küçəsində saxlanaraq PŞ-nə gətirilib, üzərində şəxsi axtarış və götürmə aparılan zaman 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı, yivli, odlu, texniki cəhətdən saz və atəşə yararlı silah, 06 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli, Makarov və Steçkin (APS) konstruksiyalı atəş aşmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı patron və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahın komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxılanılması üçün nəzərdə tutulmuş daraq aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, 15 sentyabr 2023-cü il tarixdə axşam vaxtlarında Bakı şəhəri Qaradağ rayonunda yolun kənarında taksi gözləyən zaman yerdə bir sellofan torba görmüş, həmin sellofan torba diqqətini çəkdiyindən yerdən götürmüş və açıb içərisinə baxdıqda sellofan torbanın içərisində 1 ədəd tapança olduğunu, tapançanı götürüb, darağına baxdıqda, darağında 06 ədəd patron olduğunu görmüşdür. Həmin vaxt tapançanı belinə qoymuş, darağını isə əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. 16 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində şəhərin Xəqani küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt üzərində silah olduğu üçün əvvəlcə getmək istəməmiş, lakin sonra razılaşaraq polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən ona hüquqlarının müdafiəçi üçün vəkillərin siyahısı təqdim olunmuş, o da, həmin siyahıdan müdafiəçi X1, müdafiəçi Ulduzə Əhmədova gəldikdən sonra ona hüquq və vəzifələri izah olunaraq, üzərində şəxsi axtarış aparılacağı, axtarışın video müşahidə vasitəsi ilə aparılacağı və buna etirazının olub olmadığı soruşulduqda o, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi və və polis əməkdaşlarının iştirakı ilə polis əməkdaşı tərəfindən üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa onları könüllü təqdim etməyini təklif edilmiş, o da, üzərində olan bir ədəd silahı belindən və 06 ədəd patronu daraqla birlikdə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb, təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, hazırda Şirvan şəhər PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımışdır. 16 sentyabr 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində odlu silah və onun patronlarını saxlamaqla və gəzdirməklə məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 16 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində o, Şirvan şəhər PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Şirvan şəhəri, Xəqani küçəsinə getmişlər. Həmin küçədə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüşlər və onun barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər PŞ-nə dəvət etsinlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb Şirvan şəhər PŞ-nin əməkdaşı olduqlarını bildirdikdə, sonuncu onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar onu Şirvan şəhər PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların təkliflərini qəbul etmiş və onlarla birlikdə Şirvan şəhər PŞ-nə gəlmişdir. PŞ-də Təqsirləndirilən şəxs Şirvan şəhər PŞ-nin TB-də vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1, vəkil Ulduzə Əhmədova gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da bel nahiyyəsindəki kəmərin arxa tərəfində olan 1 ədəd “Makarov PM” markalı odlu silahı və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd içərisində 06 ədəd patron olan darağı təqdim etmiş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd Makarov PM markalı odlu silahı və 06 ədəd patronu Bakı şəhəri Qaradağ rayonunda yolun kənarından tapmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən qanunla qadağan olunmuş başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd “Makarov PM” markalı odlu silah və 1 ədəd içərisində 06 ədəd patron olan daraq qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da bel nahiyyəsindəki kəmərin arxa tərəfində olan 1 ədəd “Makarov PM” markalı odlu silahı və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd içərisində 06 ədəd patron olan darağı təqdim etmiş, Qaradağ rayonunda, Lökbatan dairəsində taksi gözləyərkən tapdığını bildirmişdir. İş materiallarında olan 16 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərindən aşkar edilmiş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı, yivli, odlu, texniki cəhətdən saz və atəşə yararlı silah, 06 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli, Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibirli silahlardan atəş aşmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş patron və Makarov konstruksiyalı silahların komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçü nəzərdə tutulmuş 01 ədəd daraq aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsininin 17 sentyabr 2023-cü il tarixli 3-13-11/2-11200/2023 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircəgəlidir və 08 ədəd 9x18 mm kalibirli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Təqdim edilmiş 06 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İş materiallarında olan əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, X5 16 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Şirvan şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərarı ilə əvvəli 16 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 02 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı şəhər Suraxanı rayon məhkəməsinin qərarı ilə 01 ay 08 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. Şirvan şəhər PŞ-nin İstintaq bölməsində barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi 11 sentyabr 2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 1(032)-223/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək olan dövr üzrə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-97/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 1(032)-223/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X10 30 oktyabr 2023-cü il tarixli 18-1-35/2- 925/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər X2 kabinetdə “opiodlərin sui-istifadəsi nəticəsində yaranan narkomaniya” xəstəliyi ilə qeydiyyatdadır və ruhi əsəb kabinetində qeydiyyatda yoxdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı şəhər Suraxanı rayon məhkəməsinin qərarı ilə 01 ay 08 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. Həmin hökmlə olan məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunduğu kimi Şirvan şəhər Məhkəməsinin 1(032)-223/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırki cinayəti həmin hökmlə məhkum edilməzdən əvvəl törətmişdir. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası həddi daxilində həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.5-ci və 66.2-ci maddələrinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı, yivli, odlu, texniki cəhətdən saz və atəşə yararlı silah, 06 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli, Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibirli silahlardan atəş aşmaq üçün nəzərdə tutulmuş, istifadə və atəşə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş patronun ekspertiza tədqiqatından sonra qalıq qalan 03 ədəd qalığı və Makarov konstruksiyalı silahın komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçü nəzərdə tutulmuş 01 ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 66.2-ci maddələrinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı, yivli, odlu, texniki cəhətdən saz və atəşə yararlı silah, 06 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli, Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibirli silahlardan atəş aşmaq üçün nəzərdə tutulmuş, istifadə və atəşə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş patronun ekspertiza tədqiqatından sonra qalıq qalan 03 ədəd qalığı və Makarov konstruksiyalı silahın komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçü nəzərdə tutulmuş 01 ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-26/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-26/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver