Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-28/2025 26.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:22 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “Xeberglobaltv.az” xəbər saytının rəhbəri və jurnalisti işləmiş, əvvəllər Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-ci və 178.1-ci maddələri ilə təqsirli bilinərək aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 01 il 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 01 il 11 ay 24 gün müddətə islah işləri və 4500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CMnin 67.1-ci maddəsinə əsasən 04 il 01 ay müddətə azadlıqdan məhrum etmə və 4500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 04 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmış, təyin edilmiş cərimə cəzasından 3100 manat ödənilməmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Ramana-Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 01 ay azadlıqdan məhrum etmə və 4500 manat cərimə cəzasına məhkum edilməsinə, xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 02 il 10 ay azadlıqdan məhrum etmə və 4500 manat cərimə cəzasına məhkum edilməsinə, xx.xx.2021-ci il tarixdə Ali Məhkəmənin qərarı ilə xx.xx.2021-ci il tarixli qərar ləğv edilərək işin apellyasiya baxışına təyin edilməsinə, xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökmün qüvvəsində saxlanılmasına, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 04 ay 06 gün vaxtından əvvəl şərti azad edilməsinə və xx.xx.2023-cü il tarixdə cəza müddətinin başa çatmasına baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakının ələ keçirmək məqsədi ilə 17 oktyabr 2024-cü il tarixdə saat 11:35-dən etibarən öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Tovuz Rayon X10 Hüquqi Şəxsin direktorunun inzibati məsələlər üzrə müavini X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ünvan 3 ünvanında yerləşən “Əkbər İnşaat”ın yanından zəng edərək özünü “Xeberglobaltv.az” xəbər saytının rəhbəri və jurnalisti kimi təqdim edib onun və işlədiyi Tovuz Rayon X10 Hüquqi Şəxsin haqqında sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məzmunda paylaşımlar edərək onun və xəstəxananın haqqında rüsvayedici xarakter daşıyan məlumatların rəhbərlik etdiyi “Xeberglobaltv.az” saytında yayıb ictimailəşdirəcəyi barədə hədə-qorxu gəlib Cəmaləddin Abdullayevdən 300 manat pul tələb etmiş, lakin nəticə olaraq həmin tarixdə Cəmaləddin Abdullayev özünün istifadəsində olan Azərbaycan Beynəlxalq Bankına məxsus 4127 2107 1233 1656 nömrəli kart hesabından 150 manat məbləğində pulu Təqsirləndirilən şəxs adına olan Kapital Banka məxsus 4169 7388 2038 8902 nömrəli kart hesabına köçürmə yolu ilə göndərdiyindən sonuncu həmin pulu hədə-qorxu yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü əvvəlcə Cəmaləddin Abdullayevi tanımasına, ondan 150 manat pulu borc kimi almasına görə qismən təqsirli bildiyini bildirsə də, daha sonra ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2024-cü ilin fevral ayından etibarən özü yaratdığı “Xeberglobaltv.az” saytının direktorudur, həm də jurnalistidir. 17 oktyabr 2024-cü il tarixdə “Xeberglobaltv.az” saytının qaynar xəttinə zəng edərək Tovuz rayon Mərkəzi xəstəxanasında bufetçi işləyən Yeganə adlı qadın Tovuz rayon Mərkəzi xəstəxanasının rəhbərliyi tərəfindən xəstəxanaya aid vərəm xəstəliyi əleyhinə olan təmizləyici və yuyucu vasitələrin işçilərə verilmədiyini, həmçinin xəstələrə yemək verilmədiyini bildirmişdir. Yeganə ona dəfələrlə zəng etdiyindən Tovuz rayon X10 Hüquqi şəxsin inzibati binasına zəng edərək Paşa müəllimin köməkçisi ilə danışmış, bu barədə məlumat vermiş, ona bildirilmişdir ki, Tovuz rayon X10 Hüquqi şəxsin direktorunun inzibati məsələlər üzrə müavini Zərərçəkmiş şəxs ilə telefonla danışsın. Bundan sonra Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək özünü “Xeberglobaltv.az” xəbər saytının direktoru və jurnalisti kimi təqdim edib Yeganə Sadıqova adlı qadınla olan telefon danışığı barədə, yəni xəstəxanada olan təmizlik vasitələrinin, yeməklərinin satılmasını bildirmişdir. Cəmaləddin ona bildirimişdir ki, Yeganə xəstədir, nə dediyini bilmir, bu söhbəti bağlasın, o da onunla razılaşmış, ona demişdir ki, Yeganəni sakitləşdirsin ki, bir də onu yığmasın. Onunla mobil telefonda sağollaşdıqdan 2 dəqiqə sonra Cəmaləddin onun istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi Whatsapp nömrəsinə zəng etmişdir. Cəmaləddin ona kart nömrəsini atmasını deyib, ona oturub yemək yeməsi üçün pul atmaq istədiyini bildirmiş, o əvvəllcə razılaşmamış, qorxduğunu bildirsə də Cəmaləddin ona “qardaşın sənə nahar pulunu ödəmək istəyir” dedikdən sonra razılşamış, kart nömrəsini Cəmaləddinə göndərmişdir. Cəmaləddin də həmin kart hesabına 150 manat pul göndərmişdir. Bundan sonra Cəmaləddinlə heç bir danışıqları olmamışdır. Səhəri gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən ona zəng edib idarəyə gəlməli olduğunu demişlər.Ora getdikdən sonra ona bildirmişlər ki, Zərərçəkmiş şəxs adlı şəxs ondan şikayət etmişdir. O, Cəmaləddindən hədə-qorxu ilə pul tələb etməmiş, ümumiyyətlə Cəmaləddindən pul istəməmişdir. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində törətdiyi cinayət əməlini etiraf edərək bildirmişdir ki, 2024-cü ilin fevral ayından etibarən özü yaratdığı “Xeberglobaltv.az” saytının direktorudur, həm də jurnalistidir. 17 oktyabr 2024-cü il tarixdə əvvəllər tanıdığı və Tovuz Rayon Mərkəzi xəstəxanasında bufetçi işləyən Yeganə adlı qadın onunla telefon əlaqəsi saxlayaraq Tovuz Rayon Mərkəzi xəstəxanasının rəhbərliyi tərəfindən xəstəxanaya aid vərəm xəstəliyi əleyhinə olan təmizləyici və yuyucu vasitələr işçilərə verilməyərək ayrı-ayrı vətəndaşlara satıldığını bildirmişdir. Yeganə ilə olan telefon danışığını qeydə alaraq Tovuz Rayon X10 Hüquqi şəxsin direktorunun inzibati məsələlər üzrə müavini Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə zəng etmişdir. Zərərçəkmiş şəxs özünü “Xeberglobaltv.az” xəbər saytının direktoru və jurnalisti kimi təqdim edib Yeganə adlı qadınla olan telefon danışığı barədə ona məlumat vermiş və ondan təmizlik vasitələrinin hara olmasını soruşmuşdur. Daha sonra demişdir ki, Yeganə adlı qadının dediklərini saytda yazmalıdır və Təbibə sorğu ünvanlamalıdır. Daha sonra isə Yeganə adlı qadının dedikləri əsasında xəstəxanada çəkiliş apararaq Yeganə adlı qadının dediklərini TƏBİB-ə göndərəcəkdir. Çünki onun rəhbərlik etdiyi saytla TƏBİB arasında əməkdaşlıq məktubu vardır. Bunları işıqlandırmaqla xəstəxananın nüfuzuna xələl yetirmək qabiliyyətində olmuşdur. Bunları Cəmaləddinə bildirdikdən sonra demişdir ki, ancaq bunları etmək istəmir, çünki xəstəxananın müdirini tanıyır, heç vaxt oradan şikayət etməmişdir. Cəmaləddin də ona demişdir ki, əgər şikayət emək istəmirsənsə niyə zəng etmisən? Cəmaləddinə demişdir ki, Yeganənin səs yazısı ondadır, həmin səs yazısını göndərə bilər. Bundan sonra Cəmaləddin ona vatsaplı nömrəsinin olubolmadığını soruşmuşdur. Zəng etdiyi nömrədə vatsap nömrəsinin olduğunu bildirmişdir. Onunla mobil telefonda sağollaşdıqdan 2 dəqiqə sonra Cəmaləddin onun istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi Vatsap nömrəsinə zəng etmişdir. Vatsapda danışdıqdan sonra Yeganə Sadıqovanın səs yazısını Cəmaləddinə Whatsappda göndərmişdir. Həmin səs yazısında Yeganənin danışığı vardır və həmin səs yazıda o təmizlik vasitələrinin onlara verilməməsindən şikayət etmişdir. Daha sonra Cəmaləddini Vatsap ani mesajlaşma proqramında yığaraq qeyd edilən səs yazısını özünün rəhbərlik etdiyi saytda işıqlandıracağını, bununla da Cəmaləddini və Tovuz Rayon Mərkəzi Xəstəxanasını rüsvay edəcəyini bildirmişdir. Bunu etməməyinin qarşılığında isə Cəmaləddindən 300 manat pul tələb etmişdir. Cəmaləddin isə 300 manat pulunun olmadığını, əvəzində 100 manat pul verəcəyini bildirmişdir. Bununla razılaşmamış və 150 manat verməsini tələb etmişdir. Bilmişdir ki, dediyi informasiyanı saytda paylaşacağı təqdirdə xəstəxananın və Cəmaləddinin nüfuzuna xələl gələcəkdir və verdiyi məlumatı daha da qabardaraq onları rüsvay edəcəkdir. Cəmaləddin isə 150 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra Whatsapp ani mesajlaşma proqramında Kapital Banka məxsus olan adına açılmış 4169 7388 2038 8902 nömrəli kart nömrəsini Cəmaləddinə göndərmişdir. Cəmaləddin də həmin kart hesabına 150 manat pul göndərərək elektron qəbzi ona göndərmişdir. Bundan sonra Cəmaləddinə yazmamış, ya da yığmamışdır. Cəmaləddin ona pul göndərəndə Şirvan şəhərində olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Tovuz rayon X10 Hüquqi şəxsin direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsində işləyir. 17 oktyabr 2024-cü il tarixdə saat 11:35-də istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə zəng gəlmişdir. Zəng edən şəxs özünü “Xeberglobaltv.az” xəbər saytının direktoru kimi təqdim edərək adının Təqsirləndirilən şəxs olduğunu və Tovuz rayon Xəstəxanasında bufetçi işləyən Yeganə adlı qadının Tovuz Rayon Xəstəxanasında təmizlik vasitələrinin verilməməsindən şikayət etdiyini, təmizlik vasitələrinin verilməməsinin rəhbərlik etdiyi saytda yazılmasını istəməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yoxlayıcı orqan olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə demişdir ki, Yeganə adlı qadının dediklərini saytda yazmalıdır və TƏBİB-ə sorğu ünvanlamalıdır. Daha sonra isə demişdir ki, bunu saytda qeyd etməklə xəstəxanının nüfuzunu aşağı salacaqdır, özündən əlavə şər-böhtan xarakterli ifadələr işlədib saytda işıqlandıracaqdır, bununla da xəstəxananın işgüzar faəliyyətinə kölgə salacaqdır, ancaq bunu istəmir, çünki xəstəxananın müdirini tanıyır, heç vaxt oradan şikayət etməmişdir. Orxana demişdir ki, əgər şikayət olmağını istəmirsənsə niyə zəng etmisən? Təqsirləndirilən şəxs isə ona Whatsapp ani mesajlaşma proqramında olan mobil nömrəsini verməyini və həmin nömrəyə səs atacağını bildirmişdir. Buna görə Whatsapp ani mesajlaşma proqramında olan ***-***-**-** nömrəsini Təqsirləndirilən şəxs demiş, təxminən 1-2 dəqiqə sonra Təqsirləndirilən şəxs istifadəsində olan Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə istifadəsində olan ani mesajlaşma proqramına zəng etmişdir. Onunla danışdıqdan sonra Whatsapp ani mesajlaşma proqramına səs göndərmişdir. Həmin səs xəstəxananın işçisi Yeganə adlı qadının səsi olmuşdur. Həmin səsdə Yeganə adlı qadınla kimsə danışmışdır. Lakin kim olmasını dəqiq bilməmişdir. Həmin səsdə xəstəxanada təmizlik vasitələrinin verilməməsindən Yeganə adlı qadın şikayətçi olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs onu Whatsapp ani mesajlaşma proqramında yığaraq qeyd edilən səs yazısını saytda işıqlandıracağını, onun və xəstəxananın işgüzar nüfuzuna xələl yetirəcəyini, onun qanunsuz əməllərlə məşğul olduğunu bildirəcəyini və onun və xəstəxanın barəsində şər-böhtan xarakterli ifadələr işlədəcəyini deyərək ona hədə-qorxu gəlmişdir. Hədə-qorxudan təsirlənib xəstəxana barədə yalan məlumatlar yayılmasından ehtiyat edib ondan həmin səs yazını paylaşmamağını, rəhbərlik etdiyi saytda heçnə yazmamağını xahiş etmişdir. Onun xahişindən sonra Təqsirləndirilən şəxs qeyd edilən səs yazısını saytda işıqlandırmamaq, onun və xəstəxananın işgüzar nüfuzuna xələl yetirməmək və barəsində şər-böhtan xarakterli məlumatlar yaymamaq üçün ondan 300 manat pul tələb etmişdir. O isə 300 manat pulunun olmadığını və həmin pulu düzəldə bilməyəcəyini və ona 100 manat pul verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs isə ən son 150 manat pul alacağını, əgər 150 manat pulu almasa paylaşımlar edəcəyini bildirmişdir. Narahatçılıq keçirdiyi üçün və Təqsirləndirilən şəxs müxtəlif sosial şəbəkələrdə onun çalışdığı Tovuz rayon Mərkəzi Xəstəxanasının iş fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən, şər və böhtan xarakterli məlumatları paylaşmasından ehtiyat etdiyi üçün ona 150 manat verməyə razılıq vermiş və kart vasitəsi ilə həmin pulu ona göndərə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Vatsap ani mesajlaşma proqramında ona Kapital Banka məxsus olan 4169 7388 2038 8902 nömrəli kart nömrəsi atmışdır. Həmin kart hesabına 4127 2107 1233 1656 nömrəli öz kart hesabından 150 manat pul göndərmiş və göndərdiyi pulun elektron çekini ona Whatsapp-la göndərmişdir. Hazırda təqsirləndirilən şəxs ona pulu qaytarmasa da, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş X2 məhkəmə bildirişi verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə teleqram göndərərək iş və ailə vəziyyət ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini bildirmiş, təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:20-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki , Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli N1426 saylı üzləşdirmə protokolundan görünür ki, X4 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1287/2024 saylı qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan «Tecno Spark 20 Pro» markalı mobil telefon aparatının telefon işarəsi olan bölməsinə daxil olduqda istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** saylı mobil nömrəyə zəng etdiyi müəyyən edilmişdir. Çıxan zəng kimi qeydə alınmış zəng 17 oktyabr 2024-cü il tarixdə saat 11:35-də edilmişdir. 1 dəq 25 saniyə müddətində davam etmişdir. Bundan sonra Whatsapp ani mesajlaşma proqramına daxil olduqda “.Tovuz Xesdexanasi” adı altında qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə ilə mesajlaşması müəyyən edilmişdir. Belə ki, 17 oktyabr 2024-cü il tarixdə saat 11:37-də 10 saniyəlik zəng Təqsirləndirilən şəxs tərəfindən, saat 11:38-də 8 saniyəlik zəng “.Tovuz Xesdexanasi” adı altında qeyd edilmiş ***-***-**-** saylı mobil nömrədən edilmiş, saat 11:39-da həmin nömrədən Təqsirləndirilən şəxs səs yazısı göndərilmişdir. Həmin səs yazısında Təqsirləndirilən şəxs səs yazısına oxşar səsli şəxs “xəstənin yeməyi nə olur?”, qadın səsinə bənzər şəxs “xəstənin yeməyi qabağa qoyulub yeyilir”, Təqsirləndirilən şəxs səs yazısına oxşar səsli şəxs “nə danışırsan”, qadın isə ona görə deyirəm özünüzü gələrdiz, özünün çəkiliş edərsiz, oğlan dərmanlar nə iolur bəs dərmanlar, qadın, təmizləyici vasitələr sabunudu domestosudu, tualet kağızıdı yoxdur, birinidə görmüşrəm, noyabrın 23-dən gəlmişəm bir ildir ki, bir dənə şey görmürəm, baş həkim orda nə gəzir, neynir orda, qadın məni də dünən Rasim müəllim çağırıb Yeganə ordan şikayət gəlib vərəm xəstəxanasından orda müdriyyətlik eləmə, qadın xeyr müdiyətlik eləmirəm. İndi otur mən sənə dərs keçəyəm, dedi yeməyi başına tökərdin, dedim itin qabağına tökdüm, Teymur müəllimdə əlbirdir, dövlət verdiyi siyahını çıxart, hanı domestos, hanl tualet kağızı, hanı sabun, hanı maçalka, görmürəm mən onu bir ildir burdayam görmürəm. Təqsirləndirilən şəxs səs yazısına oxşar səsli şəxs “Dəhşətdi”. Qadın məndə bilirsən nağarmaq istəyirəm, indi gedirəm bunlar bir birinin ayağını basmırlar, məndə gedirəm polislər bilirsən nəyi incidir? Polislər burda elə bir şeyin üstünə düşübki dərman satılırsa, dövlətin verdiyi şey ortaya çıxmırsa, ondan izahat versə birbaşa onların beli qırılır. Təqsirləndirilən şəxs səs yazısına oxşar səsli şəxs “Bir dəyqə qulaq onların tənbehini edəcəyəm səbrli ol” ifadəsini işlətmişdir. Daha sonra həmin gün müxtəlif saatlarda zənglər, həmin gün saat 11:58-də Təqsirləndirilən şəxs həmin nömrəyə 4169-7388-2038-8902 nömrəli Kapital banka məxsus olan öz adına açılmış plastik bank kartının nömrəsini göndərmişdir. “.Tovuz Xesdexanasi” adı altında qeyd edilmiş ***-***-**-** saylı mobil nömrənin sahibi isə 17 oktyabr 2024-cü il tarixdə saat 12:31-də 150 manatın Təqsirləndirilən şəxs hesabına köçürülməsi ilə bağlı çekin şəklini çəkərək Təqsirləndirilən şəxs göndərmişdir. “.Tovuz Xesdexanasi” adı altında qeyd edilmiş ***-***-**-** saylı mobil nömrənin sahibi isə X3r. Qeyd edilən hissələrlə bağlı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli anten məlumatlarına baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:35:39-də ünvan 3 ünvanında yerləşən Əkbər İnşaatın yanından ***- ***-**-** nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng etdiyi müəyyən edilmişdir. ***-***-**-** saylı nömrə X2 məxsus nömrədir. Baxış zamanı sübut əhəmiyyəti kəsb edən başqa heçnə aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-ci və 178.1ci maddələri ilə təqsirli bilinərək aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 01 il 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 01 il 11 ay 24 gün müddətə islah işləri və 4500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CMnin 67.1-ci maddəsinə əsasən 04 il 01 ay müddətə azadlıqdan məhrum etmə və 4500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci ildə qərarı ilə 02 il 10 ay azadlıqdan məhrum etmə və 4500 manat cərimə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin xx.xx.2021-ci ildə qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərar ləğv edilərək iş apelyasiya baxışına təyin edilmiş, Bakı Apellyasia Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm qüvvəsində saxlanılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 04 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-111/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 4500 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixə (barəsində həbs qətimkan tədbiri seçildiyi günədək) ona təyin edilmiş cərimə məbləğindən 1400 manat ödəmiş, ödənilməmiş qalan cərimə məbləği 3100 manat təşkil edir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 106 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 215 saylı xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində 106 saylı Mənzil- Kommunal İstismar Sahəsində heç bir məlumat yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2008-ci il təvəllüdlü X15, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı 5 övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə- üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədəqorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir.Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədəqorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olubolmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs X2 hədə-qorxu gələrək ondan pul istəmədiyini, əvvəlcə X1 həmin pul məbləğini ona borc kimi verməsini, daha sonra isə ifadəsini dəyişərək X1 ona nahar etməsi üçün pul verməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 182.1 -ci maddəsi ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-ci və 178.1-ci maddələri ilə təqsirli bilinərək aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 01 il 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 01 il 11 ay 24 gün müddətə islah işləri və 4500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 04 il 01 ay müddətə azadlıqdan məhrum etmə və 4500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci ildə qərarı ilə 02 il 10 ay azadlıqdan məhrum etmə və 4500 manat cərimə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin xx.xx.2021-ci ildə qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərar ləğv edilərək iş apelyasiya baxışına təyin edilmiş, Bakı Apellyasia Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm qüvvəsində saxlanılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 04 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 4500 manat cərimə cəzasının çəkilməmiş qalan 3100 manat hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə ona qəti cəza təyin edilməli, cərimə cəzası müstəqil icra olunmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X7 CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddianın, ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır . Qeyd olunanlara əsasən və CPM-nin 41, 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 3100 (üç min yüz) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3100 (üç min yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınsın . Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-28/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-28/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver