Məhkəmə qərarları › İş №1(032)-29/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-29/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-29/2025 11.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:26-da Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, K1 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Yardımlı rayonu, Yolocaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ″099RENTECAR″ Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Yolocaq kəndində qeydiyyatda olan, ünvan 5-da yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə və əmlak hüquqlarını əldə etmədən ibarət dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirmək məqsədi ilə tanışı Şirvan şəhər sakini Zərərçəkmiş şəxs məxsus “Toyota Land-Cruıser Prado” minik markalı, 2006-cı il buraxılışlı, mühərrik nömrəsi 2TR0288282, ban nömrəsi JTFBL29J265041177, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ona məxsus rəhbəri olduğu "xxxx" MMC-yə icarəyə verəcəyi halda günlük qazanc əldə edəcəyi barədə yalan vəd verib aldadaraq həmin nəqliyyat vasitəsini 30 avqust 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ünvan 2sitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında ələ keçirib, mülkiyyət hüquqlarını əldə etdikdən sonra Zərərçəkmiş şəxs 30.000 (otuz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş və həmin nəqliyyat vasitəsini sonuncunun razılığı olmadan həmin tarixdə Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi 4 ünvanında yerləşən Baş Dövlət Yol Polisi İdarəsində Bakı şəhər sakini Şahid adına BA418585 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında rəsmiləşdirilməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə və əmlak hüquqlarını əldə etmədən ibarət dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, Şirvan şəhəri, H.Əliyev prospektində ona məxsus "xxxx" MMC mövcuddur, həmin MMC-nin direktorudur. Həmin MMC-də müxtəlif markalı avtomobilləri pul müqabilində günlük, həftəlik və yaxud aylıq icarəyə verir. Şirvan şəhər sakini Zərərçəkmiş şəxs 2024-cü ilin yay aylarından tanımış, dostluq münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs məxsus “Toyota Land-Cruiser Prado” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu bilmiş, 2024-cü ilin avqust ayının sonunda Samir ilə söhbət edərkən ona avtomobili nə üçün sürmədiyini, həmin avtomobildən icarə əsasında müxtəlif şəxslərə verib birgə pul qazanacaqlarını təklif etmiş, Samir də onunla razılaşmışdır. Samirə günlük olaraq həmin avtomobili müxtəlif şəxslərə 100 manata icarəyə verəcəyini, həmin puldan isə ona 80 manat pul verəcəyini, özünə isə 20 manat qazanc götürəcəyini demişdir. 30 avqust 2024-cü il tarixdə Samirə məxsus avtomobili baş etibarnamə əsasında ona verməyini söyləmiş, Samir ondan bunun səbəbini soruşduqda yalandan Samirə Bakı şəhərində yerləşən baş ofisə avtomobili qeydiyyata salacağını, 6 aydan sonra həmin avtomobili geri qaytaracağını bildirmişdir. Samir ona inanıb 30 avqust 2024-cü il tarixdə Şirvan şəhərindəki notariat ofisində ona həmin avtomobilə dair baş etibarnamə verib, çıxıb getmişdir. Həmin gün Bakı şəhərində avtomobil alğı-satqısı ilə məşğul olan əvvəldən tanıdığı Şahid yaşadığı Bakı şəhərinə Samirin avtomobili ilə getmiş, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 4-cü mikrorayon dairəsinin yanında ofisdə görüşmüş, Rövşənə həmin avtomobili tanışından aldığını demiş və öz aralarında 6 aylıq həmin avtomobili Rövşənə verməyi müqabilində Rövşəndən 18700 manat pul almış və həmin avtomobili faktiki olaraq Rövşənə satmışdır. Həmin gün avtomobili Rövşənin adına rəsmiləşdirmiş, bundan sonra Rövşənlə danışığı zamanı ona hər ay 3895 manat pul verəcəyi barədə razılaşmış, lakin bu barədə Samirə heç bir söz deməmişdir. Bundan sonra həmin avtomobilə əyləşib Bakı şəhərindən Şirvan şəhərinə qayıtmışdır. Həmin vaxtdan təxminən 01 ay müddətində avtomobil Şirvan şəhərində olmuş, avtomobili Şirvan şəhər sakinlərinə gündəlik 55-80 manat arasında icarəyə vermişdir. 1 ay müddətində Samirə 400 və 150 manat olmaqla 550 manat pul vermiş, avtomobildən özü də qazanc götürmüşdür. Avtomobilə dair Samirə 700 manat pula kasko sığorta etdirdiyini demiş, özü üçün qazancdan 672 manat götürmüş, 150 manat pulu isə Samirə Bakı şəhərində firmaya verdiyini demiş, 100 manat pulu avtomobilə “GPS” qoydurduğunu söyləmiş, özünə götürdüyü qazanc kimi pulları Samirə birgə qazancdan götürdüyünü söyləmişdir. Sonradan işlədiyi yerdə qazanc əldə edə və krediti verə bilmədiyi üçün həmin avtomobili Bakı şəhərinə, Rövşənin yanına aparmışdır. Başqa avtomobillərini də elə onun yanına aparıb satışa çıxarmış, lakin adıçəkilən avtomobili satışa çıxarmasına icazə verməmişdir. Fikirləşmişdir ki, başqa avtomobillər satılsın, onlardan pul düzəltsin və 18700 manat pulu Rövşənə qaytarsın, sonra da Samirin avtomobilini Rövşəndən alsın və Samirin özünə qaytarsın. Samirə avtomobilini kiməsə verib ondan pul alacağını deməmiş, özünə kredit götürəcəyini deməmiş, yəni Samirin bunlardan heç bir xəbəri olmamış, həmçinin həmin avtomobili özündən başqa heç kimin adına baş etibarnamə verəcəyini də deməmişdir. Maddi cəhətdən sıxıntısı olduğundan bunu etmiş və etdiyi əməldən çox peşman olmuşdur. Rövşəndən aldığı 18700 manat pulu isə, müxtəlif şəxslərdən avtomobillər aldığına görə borcu olmuş, həmin pulları ödəmişdir. Sonradan Samir avtomobilini Şirvan şəhərində görməmiş, Samir avtomobilin kimin adına olmasını yoxlatdırmış və özünün adına olmadığını görüb, gəlib ondan avtomobilini geri istəmiş, o isə Samirə olanları danışmış, digər avtomobillərini satışa çıxardığını, onların da satılacağı təqdirdə pulu ödəyib Samirin avtomobilini geri qaytaracağını demiş, lakin Samir onunla razılaşmamış və ondan şikayət etmişdir. Hazırda valideyni Şahid olan borcunu ödəməklə bağlı razılığa gəlinmiş və Samirə məxsus olmuş avtomobili geri almaqla yenidən sonuncunun adına rəsmiləşdirmiş, vurulmuş maddi ziyanı aradan qaldıraraq Samirlə barışıq əldə etmişdir. Bu halların, eləcə də himayəsində azyaşlı uşaqlarının olmasının məhkəmə tərəfindən nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, özünə məxsus Toyota Land-Cruıser Prado minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, təxminən 13 ilə yaxındır ki, həmin avtomobili özü idarə etmişdir. Şirvan şəhər sakini Cavidan adlı şəxsi 2024-cü ilin yay aylarından tanıyır belə ki, Cavidan adlı şəxsi Şirvan şəhəri, H.Əliyev prospektində 099 “Rent a Car” şirkəti işlədərkən görmüş və oradan tanımış, münasibətləri yaranmışdır. 2024-cü ilin avqust ayının sonunda Cavidan ilə söhbət edərkən sonuncu ona avtomobili nə üçün sürmədiyini, həmin avtomobildən icarə əsasında müxtəlif şəxslərə verib birgə pul qazanacaqlarını təklif etmiş, o da maddi cəhətdən sıxıntısı olduğundan bu fikirlə razılaşmışdır. Cavidan ona günlük olaraq həmin avtomobili müxtəlif şəxslərə 100 manata icarəyə verəcəyini, həmin puldan isə ona 80 manat pul verəcəyini demiş, Cavidan ona həmin avtomobildən əlavə özündə çoxlu avtomobillərin olduğunu və bu minvalla müxtəlif şəxslərlə birlikdə pul qazandığını söyləmişdir. Cavidan onda özünə qarşı inam yaratmışdır. O da Cavidana inanmış və razılaşmışdır. Bundan sonra 30 avqust 2024-cü il tarixdə Cavidan ona həmin avtomobili baş etibarnamə əsasında ona verməyini demiş, bunu nə üçün edəcəyini soruşduqda Bakı şəhərində yerləşən baş ofisə avtomobili qeydiyyata salacağını demişdir. Cavidana inanmış, 30 avqust 2024-cü il tarixdə Şirvan şəhərindəki notariat ofisində həmin avtomobilə dair baş etibarnamə vermişdir. Həmin vaxtdan təxminən 10-15 gün müddətində avtomobilini Şirvan şəhəri ərazisində görmüş, 10 gün müddətində Cavidan ona 400 manat, sonra 150 manat pul vermişdir. Daha sonra ona avtomobilə dair 700 manat pulu kasko sığortaya görə verdiyini və 150 manat pulu da Bakı şəhərində firmaya verdiyini, bundan əlavə avtomobilə 100 manat pula “GPS” qoydurduğunu söyləmiş, lakin həmin pulu ondan almamış, günlük qazanclardan çıxacağını söyləmişdir. Bir neçə gündən sonra avtomobili Şirvan şəhəri ərazisində görə bilməmiş, Cavidandan bunun səbəbini soruşduqda sonuncu yalandan ona avtomobilin Bakı şəhərində sürüldüyünü demişdir. Bir neçə gündən sonra Cavidana yalan danışmamağını deyib, avtomobilinin konkret olaraq harada olduğunu soruşmuş, lakin Cavidan yenə də ona heç bir cavab verməmişdir. Avtomobilinin kimin adına olmasını yoxlatdırdıqda Rövşən adlı şəxsin adına olduğunu bilmiş, dərhal Cavidanı tapıb onunla söhbət etdikdə və bunun açıqlamasını soruşduqda Cavidan ona Bakı şəhərində yaşayan Rövşən adlı şəxsə borcu olduğunu, ona görə də avtomobili onun adına keçirtdiyini söyləmişdir. O da aldadıldığını başa düşmüş və Şirvan şəhər Polis Şöbəsinə gəlib bu barədə ərizə vermişdir. Bundan sonra Cavidandan dəfələrlə avtomobilini tələb etsə də, Rövşənə əvvəlki avtomobillərdən borcu olduğunu və borcu qaytardıqdan sonra onun avtomobilini Rövşəndən alacağını söyləmişdir. Cavidan ona avtomobilini kiminsə adına rəsmiləşdirəcəyi barədə heç bir şey deməmişdir. Hadisə nəticəsində ona 30.000 manat maddi ziyan dəymişdir. Hal-hazırda avtomobili qaytarılmaqla yenidən adına rəsmiləşdirilmiş, ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Verdiyi mülki iddiadan imtina edir. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verib göstərdi ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs təxminən 1 ildən çoxdur ki, tanıyır, onunla münasibəti normal qaydada olmuşdur. Cavidanın Şirvan şəhəri ərazisində "xxxx" MMC işlətdiyini bilmiş, ondan hazıradək bir neçə avtomobil almış, belə ki, avtomobili öz adına rəsmiləşdirib həmin avtomobilin dəyərindən aşağı məbləğdə öz aralarında kredit müqaviləsi bağlamışlar, qrafik əsasında həmin pulu 6 aylıq müddətə bölmüşlər, həmin müddət ərzində, Cavidan həmin puldan aylıq ödənişlər etmiş, sonra o həmin avtomobili geri qaytarmışdır. 30 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərinə gəlmiş, “Toyota Land-Cruıser Prado” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olduğunu, avtomobili onun adına rəsmiləşdirib 6 ay müqabilində pul götürəcəyini demişdir. Onunla birlikdə işləyən Bakı şəhəri, Nəsimi rayonu ərazisində, 4-cü mikrorayon dairəsinin yaxınlığında olan ofisdə olan işçilərlə birlikdə avtomobilin dəyərini müəyyən etmişlər, 18.700 manat pulun Cavidana veriləcəyi barədə razılaşdırılmış, bundan başqa 18.700 manat pulun faizi ilə birlikdə 6 aylıq, hər ay 3895,83 manat olmaqla ödəmək şərti ilə Cavidanın həmin avtomobili Şirvan şəhərinə aparıb günlük və ya aylıq kirayəyə veriləcəyi barədə danışmışlar. Bundan sonra Cavidan ilə birlikdə Bakı şəhəri, Xırdalan- Binəqədi şossesi 4 ünvanında yerləşən Baş Dövlət Yol Polisi İdarəsinə getmişlər, orada həmin avtomobili onun adına sənədləşdirmişlər, qeyd etdiyi pulu da Cavidana vermişdir. Onun adından 6 aylıq qrafik tərtib olunmuş, Cavidan isə həmin qrafikə imza etmişdir. O, avtomobili Cavidana vermiş, Cavidan isə həmin avtomobili Şirvan şəhərində kimlərəsə günlük və ya aylıq kirayəyə verib, pul qazanıb aylıq kreditdən ödəyəcəyini bildirmişdir. Həmin ay müddətində, yəni 2024-cü ilin sentyabr ayı ərzində Cavidan kreditdən verə bilməmiş və həmin avtomobili Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisinə aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ona olan 18.700 manat borcunun ödənilməsinə dair aralarında razılığa gəlmişlər, “Toyota Land-Cruıser Prado” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsə qaytarılmasına razıdır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdə, saat 20:35-də şübhəli şəxs qismində tutulmuşdur İş materiallarında olan 01 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin həmin maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan 01 noyabr 2024-cü il tarixli, 4(032)-207/2024 saylı, Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İstehsalat Birliyi “Avtomotoservis” Şirvan Avtomotoservis və Ticarət müəssisənin mütəxəssisi Famil Ələkbərovun təqdim etdiyi 14 noyabr 2024-cü il tarixli rəy aktından görünür ki, “Toyota Land-Cruıser Prado” minik markalı, qara rəngli, mühərrik həcmi 2700, qəza keçirməmiş, rənglənməmiş, istismara tam yararlı vəziyyətdə olan 2006-cı il buraxılışlı avtomobilin 30 avqust 2024-cü il tarixə orta bazar qiyməti təqribən 30.000 manat dəyərindədir. İş materiallarında olan 01 noyabr 2024-cü il tarixli, 5(032)-347/2024 saylı, Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Şahid mülkiyyətində olan “Toyota Land- Cruıser Prado” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı (2006-cı il buraxılışlı, mühərrik nömrəsi 2TR0288282, ban nömrəsi JTFBL29J2********) nəqliyyat vasitəsinin üzərinə 4 (dörd) ay müddətində həbs qoyulmuşdur. İş materiallarında olan 06 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Şirvan Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin məktublarından görünür ki, Yardımlı rayonu, Yolocaq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs mülkiyyətində hər hansı nəqliyyat vasitəsinin olması barədə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud olmamış və “Toyota Land-Cruıser Prado” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 30 avqust 2024-cü il tarixdən BA418585 nömrəli şəhadətnamə ilə Şahid adında olmuşdur. İş materiallarında olan 21 noyabr 2024-cü il tarixli mülki iddiaçı qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs rəsmi qaydada Şirvan ŞPŞ-nin İstintaq bölməsinə ərizə ilə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirmiş və mülki iddiaçı qismində tanınmasını xahiş etmiş, həmin tarixdə Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 noyabr 2024-cü il tarixdə verilmiş 6116 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan 06 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2- 4097/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına respublika üzrə daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Vermiş olduğu mülki iddiadan imtina edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən ittiham düzgün irəli sürülmüş, məhkəmə istintaqı zamanı həmin ittiham onun özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işinə əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdən 11 mart 2025-ci il tarixədək həbsdə olduğu 04 ay 13 gün müddət 08 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiadan imtinası qəbul edilməli və mülki iddia hissədə xitam verilməlidir. “X9 Prado” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı (2006-cı il buraxılışlı, mühərrik nömrəsi 2TR0288282, ban nömrəsi JFBL29J2********) nəqliyyat vasitəsinin zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdən 11 mart 2025-ci il tarixədək həbsdə olduğu 04 ay 13 gün müddət 08 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiadan imtinası qəbul edilsin və mülki iddia hissədə xitam verilsin. “X9 Prado” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı (2006-cı il buraxılışlı, mühərrik nömrəsi 2TR0288282, ban nömrəsi JFBL29J2********) nəqliyyat vasitəsinin zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar