Məhkəmə qərarları › İş №1(032)-3/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-3/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-3/2025 16.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 13:04-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs MMC -nin nümayəndəsi Nümayəndə , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Salyan rayonu Şatrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 179.2.3-cü və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgənin ona etibar edilmiş əmlakını mənimsəmə yolu ilə talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) xx.xx.2021-ci il tarixli, 58 nömrəli əmrlə satış təmsilçisi vəzifəsinə qəbul edilib. xx.xx.2023-cü il tarixədək işləyərkən, MMC ilə onun arasında bağlanmış həmin tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə və satış təmsilçisinin vəzifə təlimatına əsasən, müəssisənin anbarından o cümlədən Şirvan şəhəri, Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində yerləşən mağazalara və apteklərə satılması üçün təhvil verilmiş malların və məhsulların həmin mağazalardan dəyərlərinin qəbul edib müəssisənin xəzinəsinə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək və tam maddi məsuliyyət daşıması haqqında müqavilənin şərtlərinə əsasən, ona həvalə edilmiş bölgədə müəssisəyə məxsus ərzaq mallarının topdan və pərakəndə satışını təşkil etmək, rəhbərlik tərəfindən təyin edilmiş aylıq planın ödənilməsini təmin etmək, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, idarəyə müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübarizə aparmaq, müəssisə rəhbərliyi tərəfindən onun üçün ayrılmış ünvanlarda yerləşən satış nöqtələrindən vaxtlı-vaxtında sifarişləri qəbul etmək, satış nöqtələrindən Cəmiyyətə məxsus, ödəmə vaxtı çatmış pulların, müəssisənin hesabına ödənilməsini təmin etmək, işlədiyi satış nöqtələrindən hər hansı birinin bağlanması və ya işləməməsi barədə vaxtında xəbər tutmaq, orada olan satılmış malların pullarının ödənişini həyata keçirmək, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, bu və ya başqa səbəbdən işdən azad olunarkən işlədiyi ərazidə üzərində olan mal, pul və digər maddi sərvətlərin hesablaşmasını sonlandırmaq və digər səlahiyyətlərin yerinə yetirməsinə, satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək, ərazidəki satış məntəqələrində inventarlar üzrə qalıq çıxarmaq, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada və bu vəzifə təlimatının üzərinə qoyduğu vəzifələrin icra edilməsinə, habelə vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə, həmçinin maddi məsuliyyət müqaviləsində müəyyən edilmiş qaydada vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şirkətə maddi ziyanın vurulmasına görə məsuliyyət daşımağı öhdəliyinə götürmüş olsa da ona etibar edilmiş və qulluq mövqeyinə görə öhdəsində olan əmlaklara - maddi məsul vəzifəli şəxs qismində qaimə-fakturalar əsasında müxtəlif növ şirniyyat məhsulları və uşaq yeməklərinin satışını həyata keçirməklə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “ELİT” TM-də “Özbək quru meyvələri” marketin sahibkarı X20 367,73 manat, Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Güvən” marketin sahibkarı X14 1.378,75 manat, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” TM-də “Şirvan” marketin sahibkarı X1 355,06 manat, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” TM-də “Vasif” marketin sahibkarı X15 1.031,11 manat, Şirvan şəhəri, T.Ələkbərov küçəsində yerləşən “Dəniz” marketin sahibkarı X6 11,45 manat, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Anar” marketin sahibkarı X31 1.245,21 manat, Şirvan şəhəri, Xəqani küçəsində yerləşən “Cavad” marketin sahibkarı X21 352,78 manat, Şirvan şəhərində səyyar sahibkarlıq fəaliyyəti ilə məşğul olan X7 400,0 manat, ünvan 3 ünvanında yerləşən “Belinay” aptekin sahibkarı X16 226,93 manat, Salyan rayonu, Y.Qasımov küçəsində yerləşən “Emin” aptekin idarəçisi X17 400,0 manat, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Sarımsaq” aptekin sahibkarı X29 400,0 manat, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən adsız aptekin idarəçisi X5 223,71 manat, Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən “Uğur” aptekin idarəçisi X8 628,61 manat, Salyan rayonu, Qaraqaşlı kəndində yerləşən “Zeytun” aptekin idarəçisi X9 72,88 manat, Salyan rayonu, Qarabağlı kəndində yerləşən “Seymur” marketin sahibkarı X18 51,61 manat, Salyan rayonu, Qarabağlı kəndində yerləşən “Dəniz” marketin sahibkarı X22 142,76 manat, Salyan rayonu, Ələt-Astara magistral şössesində yerləşən “Ay işığı” marketin idarəçisi X23 1.312,77 manat, Salyan rayonu, Kərimbəyli kəndində yerləşən “Sizin” marketin sahibkarı X10 48,96 manat, Salyan rayonu, Çadırlı kəndində yerləşən “Salyan” marketin sahibkarı X24 2.117,96 manat, Salyan rayonu, Qarabağlı kəndində yerləşən adsız marketin idarəçisi X32 134,12 manat, Salyan rayonu, Ələt-Astara magistral şössesində yerləşən “Əhmədağaoğlu” marketin sahibkarı X19 216,48 manat, Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən adsız marketin sahibkarı X25 3.401,22 manat, Salyan rayonu, Yolüstü kəndində yerləşən “Toğrul” marketin sahibkarı X11 260,52 manat, Hacıqabul rayonu, H.Həmidov küçəsində yerləşən adsız aptekin sahibkarı X26 223,76 manat, Hacıqabul rayonu, H.Əliyev küçəsində yerləşən “Qarabağ” marketin sahibkarı X12 1.174,27 manat, Hacıqabul rayonu, H.Həmidov küçəsində yerləşən “Halal” marketin idarəçisi X13 71,50 manat, Neftçala rayonu, Bankə qəsəbəsində yerləşən “Sarıoğulları” marketin idarəçisi X3 248,36 manat, Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən “Neftçala” marketin idarəçisi X27 130,0 manat olmaqla cəmi 16.628,51 (on altı min altı yüz iyirmi səkkiz manat əlli bir qəpik) manat ona etibar edilmiş özgə əmlakı olan satışdan əldə etdiyi nağd pul vəsaitini cəmiyyətin xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına sərf etməklə qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC- yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi qismində işə qəbul olmuşdur. İşə qəbul olunan zaman onunla rəsmi olaraq yazılı əmək müqaviləsi və tam maddi-məsuliyyət haqqında müqavilələr bağlanmış, həmin müqavilələri şəxsən oxuduqdan sonra imzalamışdır. Satış təmsilçisi qismində vəzifə funksiyalarına Zərərçəkmiş şəxs MMCnin Şirvan, Salyan, Hacıqabul və Neftçala rayonunda olan müştərilərindən(marketlər və apteklər) sifarişləri qəbul etmək, həmin sifarişləri elektron qaydada terminala qeyd etmək, verilən sifarişlər üzrə bir ay müddətində müştərilərdən ödənişləri təhvil almaq, ay üzrə təhvil alınan ödənişləri şirkətin satış müdirinə hasilat vərəqələri ilə təhvil vermək və.s. aid olmuşdur. xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin tarixdən etibarən heç bir yerdə işləməmişdir. Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddət ərzində Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonunda yerləşən market və apteklərdən müxtəlif məbləğlərdə sifarişlər qəbul etmişdir. Ay ərzində sifariş götürdüyü market və apteklərə gedərək aylıq hesablaşmanı aparmış və borc məbləğini hesablamışdır. Borc məbləği hesablandıqdan sonra həmin məbləği hasilat vərəqəsinə qeyd etmiş və müştəridən pulu təhvil aldıqda öz qeydiyyatlarını aparmışlar. Onun böyük oğlu X33 anadangəlmə autizm xəstəsidir. 2022-ci ilin avqust ayından etibarən oğlunun xəstəliyi ağırlaşmış, həmçinin oğlunun ayağında problemlər olduğu üçün təcili surətdə əməliyyat olunmalı olmuşdur. Buna görə də onun təcili pula ehtiyacı olduğundan 2022-ci ilin avqust ayından etibarən aylıq olaraq market və apteklərdən təhvil aldığı pullardan hissə-hissə öz xeyrinə götürərək oğlu Emilin müalicə olunmasına sərf etmişdir. Oğlunun əməliyyat olunması ilə bağlı və xəstəliyini təsdiq edən sənədlər mövcud olmuşdur. xx.xx.2023-cü il tarixdən etibarən təhkim olunduğu ərazidə bütün market və apteklərlə audit yoxlaması aparılmışdır. Audit yoxlamasında auditor Namiq və digər tanımadığı əməkdaş iştirak etmişdir. Üzləşmə və hesablaşma aktlarında adının qarşısında qeyd olunmuş imzalar onun tərəfindən icra edilmişdir. Daha sonra yoxlama zamanı izahatı alınmış, müxtəlif sənədləşmə işləri aparılmışdır. Həmin sənədləşmələrdə öz xətti ilə yazı yazmışdır. O, özünü Salyan rayonu, Ələt-Astara magistral şössesində yerləşən “Əhmədağaoğlu” marketin sahibkarı X19 216,48 manat satışdan əldə etdiyi nağd pul vəsaitini mənimsəmə hissədə təqsirli bilmir. Həmçinin bildirdi ki, onun tərəfindən mənimsənilmiş və şirkətə qaytarmalı olduğu pul 9908 manat (doqquz min doqquz yüz səkkiz) manat məbləğində olmuşdur. Bunun təsdiqi kimi, şirkətə qaytarmalı olduğu pul məbləği ilə əlaqədar Şahid3 ilə aralarında notariat qaydasında borc müqaviləsi də bağlanılmışdır. Onun şirkətə olan borc məbləği sonradan artıq göstərilmişdir. Bundan başqa, şirkətdən onun istifadəsinə Şahid2 adına rəsmiləşdirilmiş olsa da, faktiki olaraq şirkətin mülkiyyətində olan VAZ 2107 markalı avtomaşın etibarnamə əsasında verilmiş, şərt belə olmuşdur ki, həmin avtomaşının dəyəri ödənildikdən sonra avtomaşın onun adına rəsmiləşdiriləcəkdir. Həmin avtomaşına görə hər ay əmək haqqından şırkətin hesabına tutulmalar aparılmış, beləliklə işdən azad edildiyi günə kimi avtomaşına görə 4350 manat pul ödənilmişdir. Sonradan avtomaşın ondan geri alınmış, ödədiyi məbləğ isə nəzərə alınmamışdır. Şirkətə vurulmuş maddi ziyandan ibtidai istintaq dövründə 8000 manat, məhkəmə istintaqı dövründə isə hissə-hissə olmaqla 450 manat ödəmişdir. Bu halları, eləcə də ailədə yeganə qazancgətirən olmaqla himayəsində azyaşlı uşqlarının, o cümlədən 2018-ci il təvəllüdlü övladının anadangəlmə əlil, autizm xəstəsi olmasının nəzərə alınaraq barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadəsi, ekspertiza rəyləri, audit rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC -nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayından Zərərçəkmiş şəxs MMC-də hüquqşünas vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi qismində işləmiş Təqsirləndirilən şəxs rəsmi əmək müqaviləsindən və tam maddi-məsuliyyət haqqında müqavilələrdən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Elsever satış təmsilçisi qismində Aran bölgəsində yerləşən mağazalardan şirkət məhsullarının satışı ilə bağlı sifarişləri qəbul etmiş və həmin mağazalardan nisyə verilmiş məhsulların ödənişlərini qəbul edərək mühasibatlığa təhvil vermişdir. Bu Elseverin vəzifə öhdəliyi olmuş, lakin Elsever vəzifə səlahiyyətlərindən istifadə edərək müştərilərdən təhvil aldığı pulları şirkətin mühasibatlığına təhvil verməyərək mənimsəmişdir. Bununla bağlı Təqsirləndirilən şəxsla bağlı daxili araşdırma başlanmış, Elsever öz təqsirini könüllü surətdə boynuna alaraq mənimsədiyi pulları geri qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs MMC-nin auditoru Şahid1 və Təqsirləndirilən şəxs iştirakı ilə Aran regionu üzrə Elseverin mal təhvil verdiyi satış nöqtələrində audit yoxlaması aparılmışdır. Audit yoxlaması zamanı bütün satış nöqtələrində sahibkarlarla üzləşdirilmə aparılmış və akt tərtib edilmişdir. Aktda bütün sahibkarların özlərində son qalıq məbləğ və şirkətin hesabında görünən son qalıq məbləğ qarşılaşdırılmışdır. Bütün müahisabtlıq sənədləri, üzləşdirmə aktları və digər toplanmış materiallar daxili araşdırma aparıldıqdan sonra direktor tərəfindən müstəqil auditor ilə müqavilə bağlanmışdır. Bütün toplanmış material auditora təhvil verilmişdir. Müstəqil auditor tərəfindən audit yoxlaması aparılmış və bununla bağlı rəy tərtib olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən 8000 (səkkiz min) manat ödəniş edilmişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanı tam həcmdə qaytarılmadığı halda şikayətçi olduğunu bildirdi. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs MMC -nin nümayəndəsinə məhkəmə bildirişi verilməsinə baxmayaraq, zərərçəkmiş şəxsin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Zərərçəkmiş şəxs MMC-dən təftişçi vəzifəsində işləmişdir. Təftişçi qismində aylıq hesablaşmaları həyata keçirmişdir. Əsasən şirkət tərəfindən mal satılan böyük marketlər və ya ticarət obyektlərində hər ayın sonunda üzləşdirmələr aparmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi qismində işlədiyi dövr ərzində şirkətin ona etibar etdiyi pulları mənimsəməsi barədə rəhbərlik tərəfindən ona məlumat verilmişdir. O da öz xidməti vəzifəsi üzrə müvafiq materialları toplayaraq Aran regionu üzrə audit yoxlamasına başlamışdır. xx.xx.2023-cü il tarixdə Şirvan şəhərinə gəlmiş, həmin zaman Təqsirləndirilən şəxsla şəhər ərazisində tanımadığı bir kafedə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs tam səmimi şəkildə işlədiyi dövr ərzində müxtəlif mağazalardan pulları təhvil aldığını, təhvil aldığı pullardan bir qismini şirkətin maliyyə şöbəsinə təhvil vermədiyini etiraf etmişdir. Həmin zaman Elsever ona özünün dəftərindəki qeydlərini göstərərək təxmini hesablamalarla 9-10 min manat məbləğində pul mənimsədiyini, bunu övladının xəstəliyi ilə əlaqədar etdiyini bildirmişdir. O, hər bir halda vəzifəsi üzrə yoxlanış aparmalı olduğu üçün Elseverlə birlikdə yoxlanışlara başlamışdır. Şirvan şəhərindən başlayaraq Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində bütün satış nöqtələri yoxlanılmışdır. Həmin satış nöqtələri Təqsirləndirilən şəxs mal sifarişi qəbul etdiyi mağazalar və apteklər olmuşdur. Bütün mağazalarla bir-bir hesablaşmalar yoxlanılmış, hesablaşmalar aparıldıqdan sonra mağaza sahibkarları cədvəldə öz adlarının qarşısından imza çəkmişlər. Hesablaşmalar yoxlanıldıqdan sonra yekun üzləşdirmə aktı tərtib edilmişdir. Üzləşdirmə aktı tərtib edildikdən sonra həmin aktda müştərilərin adları qeyd edilmiş, hər bir fərq yaranan müştərinin adının qarşısında yaranmış fərqin miqdarı qeyd olunmuşdur. Aktın aşağı hissəsində Təqsirləndirilən şəxs və o imza çəkərək aktın doğruluğunu təsdiq etmişlər. Bütün üzləşdirmələrdə və hesablaşmaların yoxlanılmasında Təqsirləndirilən şəxs şəxsən özü iştirak etmiş və sənədləri imzalamışdır. Yoxlama zamanı digər bütün hüquqi və mühasibatlıq sənədləri toplanmış və daxili araşdırma yekunlaşdırılmışdır. Daxili araşdırma yekunlaşdıqdan sonra şirkətin direktoru ilə müstəqil auditor arasında audit yoxlamasının keçirilməsi haqqında müqavilə bağlanmışdır. Daxili araşdırma zamanı toplanmış bütün sənədlər və materiallar auditora təqdim edilmişdir. Auditor öz yoxlamasını bitirdikdən sonra rəy tərtib edərək şirkətə təhvil vermişdir. Həm daxili həm kənar auditin yoxlaması zamanı Təqsirləndirilən şəxs şirkətlə olan hesablaşmalarında 16.628,51 manat məbləğində maddi çatışmazlığının olması müəyyən edilmişdir. Üzləşdirmələr zamanı Təqsirləndirilən şəxs ümumilikdə 16.607 manat məbləğində pulu mənimsədiyi məlum olmuşdur. Bütün mühasibatlıq sənədlərində maddi çatışmazlığın 16.628,51 manat olması tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminı 3 il müddətində Zərərçəkmiş şəxs MMC-də mühasib vəzifəsində işləmiş, hazırda orada işləmir. Regionlar üzrə satış təmsilçiləri müştərilərdən sifarişləri qəbul etmiş, ay ərzində müştərilərdən sifariş etdiyi malların müqabilində ödənişləri nəğd formada qəbul etmişdir. Müştərilərdən yığılan ödənişlər hasilat vərəqələrində rəsmiləşdirilmişdir. Ay ərzində satış təmsilçiləri müştərilərdən qəbul etdiyi ödənişləri hasilat vərəqələri ilə birlikdə bölgə müdirinə təhvil vermişdir. Bölgə müdiri satış təmsilçilərindən qəbul etdiyi hasilat vərəqələri və pulları Lənkəran şəhərində gətirib ona təhvil vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin işçisi qismində tanımışdır. X50 regionu üzrə 4 rayonun satış təmsilçisi qismində işləmiş, həmin bölgənin müdiri Elvin Tağıyev olmuşdur. Elsəvər İbrahimov ay ərzində müştərilərdən qəbul etdiyi ödənişləri hasilat vərəqələri ilə birlikdə Şirvan şəhərində bölgə müdiri Elvin Tağıyevə təhvil vermişdir. Elvin Tağıyev də Təqsirləndirilən şəxs qəbul etdiyi ödənişləri və hasilat vərəqlərini Lənkəran şəhərində ona təhvil vermişdir. Hər ayın sonunda satış təmsilçiləri ilə üzləşdirmə həyata keçirilmiş, üzləşdirmə ilə satış təmsilçilərinin ay ərzində təhvil verdiyi pullar yoxlanılmışdır. Satış təmsilçisinin ay ərzində ödədiyi pulların doğruluğu təsdiqləndikdə həmin pulları şirkətin Bakı şəhərində yerləşən kassasına köçürmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də işlədiyi dövr ərzində öhdəliyində olan maddi vəsaitləri mənimsəməsi barədə məlumatı olmuşdur. 2023-cü ilin may ayında daxili audit yoxlaması aparılmışdır. Audit zamanı bütün hesablaşmalar yoxlanılmış və hesablaşmalarda çatışmazlıq müəyyən edilmişdir. Daxili audit zamanı müştərilərlə üzləşdirmələr keçirilmiş və aktlar tərtib olunmuşdur. Lakin həmin yoxlamalarda o iştirak etməmişdir. Ona məxsus olan avtomobili Elsever həmin şirkətin rəsmi işçisi olduğundan avtomobili ona etibar edərək onun istifadəsinə vermişdir. Elseverlə olan danışıqlarına əsasən Elsever aylıq 150-200 manat ödəmkələ avtomobilin pulunu ödədikdən sonra avtomobili ona verəcəkdir. Bundan başqa Elseverə övladı xəstə olduğundan 1000 (bir min) manat borc pul vermişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC anbardar vəzifəsində işləmiş, hazırda sektor müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi tanımış, münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs ondan 20000 (iyirmi min) manat məbləğindək pul istəmiş, o da ona təqribən 160000 (on altı min) və ya 17000 (on yeddi min ) manat məbləğində borc vermiş, aralarında notariat ofisində borc müqaviləsi bağlanmışdır. Elsever ona işlədiyi MMC-yə borcu olduğunu pulu da ona görə istədiyini bildirmişdir. Pulu verdikdən sonra Elseverin işi alınmadığından ondan aldığı pulu tam şəkildə geri qaytarmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2021-ci il tarixli 058 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən bağlanmış Əmək Müqaviləsinin şərtlərinə uyğun ekspeditor vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 14 saylı əmrdən görünür ki, “ofis” bölməsində “ekspeditor” vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “ Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70.ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilmişdir. xx.xx.2023-cü il tarixli müstəqil auditor rəyindən görünür ki, aparılmış yoxlama nəticəsində satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək olan hesabında 16.628,51 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/2085 saylı rəyindən görünür ki,ekspertizaya təqdim edilmiş, araşdırma materiallarının 1-ci cildində olan: xx.xx.2021-ci il tarixli işə qəbul olunma ilə bağlı ərizədə “Təqsirləndirilən şəxs” əlyazması qarşısındakı imza; xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin sonuncu vərəqində sağ hissədəki “imza” qrafasındakı imza; xx.xx.2021-ci il tarixli “Ticarət nümayəndəsinin vəzifə təlimatında” Ticarət nümayəndəsi” qrafasındakı imza; Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə ünvanlanmış 02 vərəqdən ibarət xx.xx.2023-cü il tarixli izahatındakı əlyazmalar (“Sual” hissələrindəki əlyazmalardan başqa) və həmin izahatın 1-ci vərəqinin üz tərəfində “İzahat verənin imzası” qrafasındakı, arxa tərəfində və 2-ci vərəqində “Təqsirləndirilən şəxs” əlyazmalarından əvvəl yerləşən imzalar; xx.xx.2023-cü il tarixli Xəbərdarlıqda “Xəbərdarlıqla tanış oldum” qrafasındakı imza; xx.xx.2023-cü il tarixli Aktda “Təqsirləndirilən şəxs” əlyazmalarından əvvəl yerləşən imza; xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktında “Təhvil verən” qrafasında “Təqsirləndirilən şəxs əlyazmaları qarşısındakı imza; xx.xx.2023-cü il tarixli Üzləşmə aktında “təmsilçinin imzası” qrafalarındakı imzalar (38 ədəd) və “satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs oğ” əlyazmaları qarşısındakı imza; xx.xx.2023-cü il tarixli Aktda “Təqsirləndirilən şəxs” əlyazmalarından əvvəl yerləşən imza; xx.xx.2023-cü il tarixli Bildirişdə “Bildirişin mətni ilə tanış oldum” qrafasındakı imza; xx.xx.2023-cü il tarixli İltizamdakı əlyazmalar və “Təqsirləndirilən şəxs” əlyazmalarından əvvəl yerləşən imza; xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021 -ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021 ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli Hasilat vərəqələrində “İmzası" qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, araşdırma materiallarının birinci cildində olan xx.xx.2022-ci il tarixli Hasilat vərəqində “İmzası” qrafasındakı imza; 2-ci cildində olan xx.xx.2021-ci il tarixli (2 ədəd), xx.xx.2021-ci il tarixli (2 ədəd) ; xx.xx.2021-ci il tarixli (6 ədəd); xx.xx.2021-ci il tarixli (4 ədəd); xx.xx.2021-ci il tarixli (5 ədəd); xx.xx.2021-ci il tarixli (7 ədəd); xx.xx.2021-ci il tarixli; xx.xx.2021-ci il tarixli (9 ədəd); xx.xx.2021-ci il tarixli; xx.xx.2021ci il tarixli (5 ədəd); xx.xx.2021-ci il tarixli (3 ədəd); xx.xx.2021-ci il tarixli (8 ədəd); xx.xx.2021-ci il tarixli (4 ədəd); xx.xx.2021-ci il tarixli (7 ədəd); xx.xx.2021-ci il tarixli (9 ədəd); xx.xx.2021-ci il tarixli (22 ədəd); xx.xx.2021-ci il tarixli (9 ədəd); xx.xx.2021-ci il tarixli (1081, 32); xx.xx.2021-ci il tarixli (17 ədəd); xx.xx.2021-ci il tarixli (3 ədəd); xx.xx.2021-ci il tarixli (9 ədəd); xx.xx.2022-ci il tarixli (9 ədəd); xx.xx.2022-ci il tarixli (4 ədəd); xx.xx.2022-ci il tarixli; xx.xx.2022-ci il tarixli (22 ədəd); xx.xx.2022-ci il tarixli (4 ədəd); xx.xx.2022-ci il tarixli (5 ədəd); xx.xx.2022-ci il tarixli (7 ədəd); xx.xx.2022-ci il tarixli (2 ədəd); xx.xx.2022-ci il tarixli (6 ədəd); xx.xx.2022-ci il tarixli; xx.xx.2022-ci il tarixli (16 ədəd); xx.xx.2022-ci il tarixli (3 ədəd); xx.xx.2022-ci il tarixli (9 ədəd); xx.xx.2022-ci il tarixli (4 ədəd); xx.xx.2022-ci il tarixli (9 ədəd); xx.xx.2022-ci il tarixli (4 ədəd); xx.xx.2022-ci il tarixli (2 ədəd); xx.xx.2022-ci il tarixli (2 ədəd); xx.xx.2022-ci il tarixli (2 ədəd); xx.xx.2022-ci il tarixli (15 ədəd); xx.xx.2022-ci il tarixli (8 ədəd); xx.xx.2022-ci il tarixli; xx.xx.2022-ci il tarixli (5 ədəd); xx.xx.2022-ci il tarixli (13 ədəd); xx.xx.2022-ci il tarixli; xx.xx.2022-ci il tarixli (8 ədəd); xx.xx.2022-ci il tarixli (2 ədəd); xx.xx.2022-ci il tarixli; xx.xx.2022-ci il tarixli (16 ədəd); xx.xx.2022-ci il tarixli (14 ədəd); xx.xx.2022-ci il tarixli (17 ədəd); xx.xx.2022-ci il tarixli; xx.xx.2022-ci il tarixli (8 ədəd); xx.xx.2022-ci il tarixli; xx.xx.2023-cü il tarixli (15 ədəd); xx.xx.2023-cü il tarixli (12 ədəd); xx.xx.2023-cü il tarixli (2 ədəd); xx.xx.2023-cü il tarixli (8 ədəd); xx.xx.2023-cü il tarixli (10 ədəd); xx.xx.2023-cü il tarixli (2 ədəd); xx.xx.2023-cü il tarixli (2 ədəd); xx.xx.2023-cü il tarixli (10 ədəd); xx.xx.2023-cü il tarixli (12 ədəd); xx.xx.2023-cü il tarixli (7 ədəd); xx.xx.2023-cü il tarixli (2 ədəd); xx.xx.2023-cü il tarixli; xx.xx.2023-cü il tarixli (2 ədəd); xx.xx.2023-cü il tarixli (2 ədəd); xx.xx.2023-cü il tarixli (9 ədəd); xx.xx.2023-cü il tarixli (2 ədəd); xx.xx.2023-cü il tarixli (14 ədəd); xx.xx.2023-cü il tarixli (14 ədəd); xx.xx.2022-ci il tarixli (24 ədəd); xx.xx.2022-ci il tarixli (10 ədəd); xx.xx.2022-ci il tarixli (8 ədəd); xx.xx.2022-ci il tarixli (12 ədəd); xx.xx.2022-ci il tarixli (12 ədəd); xx.xx.2022-ci il tarixli (3 ədəd); xx.xx.2022-ci il tarixli (13 ədəd); xx.xx.2022ci il tarixli (16 ədəd); xx.xx.2022-ci il tarixli; xx.xx.2022-ci il tarixli (8 ədəd); xx.xx.2022ci il tarixli (22 ədəd); xx.xx.2022-ci il tarixli (7 ədəd); xx.xx.2022-ci il tarixli (3 ədəd); xx.xx.2022-ci il tarixli (20 ədəd); xx.xx.2022-ci il tarixli (4 ədəd); xx.xx.2022-ci il tarixli (15 ədəd); xx.xx.2022-ci il tarixli (9 ədəd); “Malların satışı qaimə-fakturalarında” “Təhvil verdi” qrafalarındakı imzalar-Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/101 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında öz əksini tapmış yuxarıda qeyd olunan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə Təqsirləndirilən şəxs hesabı üzrə yaranan çatışmazlıq 16.628,51 manat məbləğində müəyyən olunur. Həmçinin qeyd olunur ki, Zərərçəkmiş şəxs MMC-nin hesabında yaranmış 16.628,51 manat məbləğində çatışmazlığa görə maddi məsuliyyət məsələsi hüquqi xarakter olduğundan istintaq orqanı tərəfindən qiymət verilməlidir. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X58 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X58 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X58 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177,178,179.2.1,308 və 313-cü maddələri ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsinə rədd edilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun “ İşin təşkili Qaydaları” nın 346.13-cü bəndinə əsasən icraatına bu hissələrinə aid olan materiallar cinayət işindən ayrıca icraata ayrılaraq müəyyən edilmiş qaydada qeydiyyata alınmaqla şəhər prokurorluğunun arxivinə təhvil verilməsi, Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim edilmiş mal satışı qaimə-fakturaları və hasilat vərəqləri maddi sübut kimi tanınması, sənədlərin iş materiallarına əlavə edilməsi nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan rayonlararası psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli müayinə sənədindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 rayonlararası psixiatriya xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdə Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur. X28 F 84.0 uşaq autizmi, F 98.0 qeyri-üzvi gecə enurezi diaqnozu qoyulmuşdur. Kənar şəxsin nəzarətinə ehtiyacı var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi TQS № 027 saylı epikrizdən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X28 pəncələrin anadangəlmə ekvinus deformasiyası diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2018ci il təvəllüdlü X34 F 84.0 uşaq autizmi, kanner sindromu diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcəli (orqanizmin funksiyalarının 50% pozulması) əlildir. xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən mənimsədiyi puldan 8000 (səkkiz min) manat Zərərçəkmiş şəxs MMCyə ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Şahid3 borc alan Təqsirləndirilən şəxs 9908 manat 00 qəpik məbləğində borc verir. Borc alan krediti xx.xx.2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Elekton məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X34 adlı övladı vardır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X30 adlı övladı vardır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini göstərsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair hissədə özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən audit rəyi, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, iş materiallarında olan mühasibatlıq sənədləri digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama təkrar törədildikdə və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, habelə yuxarıda şərh olunan qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir ; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində olan bir azyşalı uşağın uşaq autizmi xəstəliyindən əziyyət çəkməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, yüngülləşdirici hallar, o cümlədən himayəsində F 84.0 uşaq autizmi, F 98.0 qeyri-üzvi gecə enurezi diaqnozu qoyulmaqla kənar şəxsin nəzarətinə ehtiyacı olması təsdiq edilmiş üçüncü dərəcəli əlil olan azyaşlı övladının olması nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin maddi vəziyyətini və hazırda rəsmi olaraq işləməməsini və formal olaraq hər hansı qazan əldə edəcəyi fəaliyyətlə məşğul olmamasını, yəni gəlir əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzasının təyin edilməsi qanunverciliyin tələbləri baxımından qanunsuzdur və eyni zamanda gələcəkdə icrası təmin edilə bilməyəcək cəza olacaqdır. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim edilmiş mal satışı qaimə-fakturaları və hasilat vərəqələrinin əsilləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri – 100 (bir yüz) manat və 200 (iki yüz) manat, cəmi 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. İş üzrə Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (bir yüz) manat və 200 (iki yüz) manat, cəmi 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim edilmiş mal satışı qaimə-fakturaları və hasilat vərəqələrinin əsilləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar