Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-30/2024 30.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 12:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Nümayəndə2, Yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - Şirvan şəhər İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X4, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X6 Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 2006-cı il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n, barəsində 14 noyabr 2023-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 175-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sair alçaq niyyətlə 2023-cü ilin fevral ayının ortalarında Şirvan şəhərində Zərərçəkmiş şəxs1 və Nümayəndə2 iradəsi əleyhinə sonuncular tərəfindən Şirvan şəhər Məhkəməsinin 26 aprel 2006-cı il tarixli qətnaməsi ilə övladlığa götürülən Şahid4 övladlığa götürülməsi faktını anası Şahid1 öyrəndikdən sonra Şahid4 şifahi formada deməklə övladlığa götürmə faktını yaymışdır. Məhkəmə baxışında qanuni nümayəndəsi Şirvan şəhər İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X4 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 175-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən iki ildir Şahid4 tanıyır, aralarında münasibətləri normal olmuşdur. Münasibətləri davam edən zaman onunla çox yaxın rəfiqə olduğundan Cəmilə ona ailə problemlərini həmçinin başına gələn hər şeyi danışmış, həmin vaxtlarda, yəni təxminən bir il əvvəl anası Samirə ona Cəmilənin övladlığa götürüldüyü və hal-hazırda hazırki ana və atasının ögey olduğunu demişdir. 2023-cü ilin fevral ayının ortalarında, günorta saat 16 radələrində halhazırda bitirdiyi Şirvan şəhəri 21 nömrəli tam orta məktəbin 11 b sinfində sinif yoldaşı Cəmilə hazırlığa bir yerdə getmələri üçün yaşadığı evə gəlmiş, bir az sonra onlar birlikdə azərbaycan dili hazırlığına getmişlər. Hazırlıqda olan zaman Cəmilənin anası Mehparə Şəbnəm adlı müəlliməyə zəng edərək, Cəmilənin evə gəlməsini bildirmişdir. Cəmilə də evə getməkdən qorxmuş, daha sonra Mehparə dəfələrlə Şəbnəm müəlliməyə zəng edərək qızına hədə-qorxu gəlmiş və təcili olaraq evə gəlməsini demişdir. O, Cəmilə ilə bir neçə saat müəllimin yanında gözləmiş, Cəmilə ilə danışan zaman sonuncu ona evdən qaçmaq istədiyini və özünü öldürmək istədiyini bildirmişdir. Şəbnəm adlı müəllimə də onun və Cəmilənin bir müddət orada qalmasına icazə vermiş, Cəmilə ilə danışan zaman onun anasından qorxması səbəbi ilə ağlamasının və qorxu içində olmasının qarşısını almaq məqsədi ilə “sən ögey övladsan, doğma anan və atan başqadır və övladlığa götürülmüsən” sözlərini demişdir. Cəmilə də onun bu sözündən sonra sevinmiş və yaxşı ki bu sözü ona dediyini bildirmişdir. Onun Cəmiləyə dediyi bu sözdən sonra Cəmilə ağlamağı dayandırmış, daha sonra Şəbnəm müəllimə onların yanlarına gəlmiş, Cəmilə övladlığa götürülməsi barədə Şəbnəm müəlliməyə məlumat vermiş və ona bu barədə onun dediyini bildirmişdir. Şəbnəm müəllimə bunu haradan öyrəndiyini soruşan zaman, müəlliməyə anası Samirənin bunu ona dediyini bildirmişdir. Şəbnəm müəllimə bunu eşitdikdən sonra anası Samirəyə zəng etmiş, Cəmilədən eşitdiklərini anası Samirəyə danışmış və onun hazırlıq keçdiyi yerə gələrək onu aparmaqlarını xahiş etmiş, təxminən bir saat sonra anası Samirə qohumları Əli ilə birlikdə avtomobil ilə Şəbnəm müəllimənin evinin qarşısına gəlmiş, ilk əvvəl Cəmilə evə getmək istəməsə də anasının təkidi ilə evlərinə getməyə razılaşmışdır. Onlar birlikdə onu aparıb evinin qarşısına qoymuşlar. Cəmilə evlərinə getmiş, qeyd edilən məsələlərə dair, yəni Cəmilənin övladlığa götürülməsi ilə bağlı ailələrində söz-söhbətlər olduğuna görə Cəmilənin Gəncə şəhərində yaşayan xalası onu Gəncə şəhərinə aparmış, Gəncə şəhərindən gəldikdən sonra Cəmilənin valideynləri şikayət etdiyinə görə anası ilə birlikdə Cəmilənin yaşadığı evə getmişlər. Cəmiləgilə gedən zaman anası Mehparə də evdə olmuş, həmin vaxt X18 anası Mehparə ilə söhbət etmiş, onların arasında olan söhbətin nə olduğunu bilməmişdir. Səhəri gün onlar yenidən Cəmiləgilin yaşadığı evə getmişlər. X18 atası İlqarla söhbət etməyə başlamış, söhbət qurtardıqdan sonra Cəmilənin atası İlqar onunla təklikdə söhbət etmək istədiyini demiş, İlqarla kənara keçmiş, onlar təklikdə söhbət edən zaman İlqar ondan qızı Cəmiləyə niyə ögey olduğunu dediyini soruşmuş, İlqara qızı Cəmilənin valideynlərinin ona qarşı aqressiv olduğunu və ona əzab verdiyini dediyini demiş və bu səbəbdən onun ögey olduğunu Cəmiləyə dediyini bildirmiş, İlqar ondan bunu haradan öyrəndiyi soruşduqda bunu anası Samirədən öyrəndiyi barədə məlumat vermiş, bundan sonra söhbət yekunlaşmış və onlar evə getmişlər. Cəmilənin övladlığa götürülməsini təxminən bir il əvvəl anası Samirə ona demiş, 2023-cü ilin fevral ayının ortalarından əvvəl aralarında Cəmilə ilə övladığa götürülməsi ilə bağlı söhbətlər olmamış, Cəmiləyə onun ögey övlad olduğunu və övladlığa götürüldüyünü deyən zaman hər-hansı məqsədi olmamış, Cəmilənin doğma anasının xalası, doğma atasının isə xalasının əri olduğunu bilirmiş, bunu da ona anası demiş, lakin Cəmilənin doğma anası və atasının adlarını bilməmişdir. Törətdiyi əməldən peşmandır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 175-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş, özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 1996-cı ildə Nümayəndə2 ilə ailə həyatı qurmuşdur. 2006-cı ildə baldızı X2 yeni doğulmuş qızını övladığa götürmək qənaətinə gəldikdən sonra valideynlərinin razılığı ilə bu barədə Şirvan şəhər Məhkəməsinə müraciət etmiş və qanuni əsaslarla Şahid4 övladlığa götürmüşdür. Cəmiləni övladlığa götürdükdən sonra Cəmiləyə ad onun tərəfindən qoyulmuşdur. Həmin vaxtdan etibarən Cəmilə onunla və yoldaşı ilə birlikdə Şirvan şəhəri, Şirvan küçəsi, ev 13-də yaşayır. Ailə münasibətləri həmişə normal olmuşdur. Belə ki, Cəmilənin qeyd edilən hadisə baş verənə qədər anası Mehparə və onunla arasında hər-hansı narazılıq olmamışdır. Hadisə baş verən zaman qızı Cəmilə Şirvan şəhəri 21 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olmuşdur. 2023-cü ilin fevral ayının ortalarında saat təxminən 15-16 radələrində o, həyat yoldaşı ilə birlikdə Şirvan şəhəri, “Köhnə bazar” adlanan əraziyə piyada gedərkən həyat yoldaşı Mehparə Cəmilənin özündən başqa Aygün adlı sinif yoldaşı və əlavə olaraq 2 nəfər oğlanla birlikdə getdiyini görmüş, həmin vaxt Mehparə bu barədə ona heç bir söz deməmişdir. Həmin gün evə getdikdən sonra həyat yoldaşı istifadəsində olan mobil telefon ilə qızı Cəmiləyə zəng edərək yanında olan 2 nəfər oğlanın kim olduğunu Cəmilədən soruşmuş, Cəmilə cavabında həmin 2 nəfər oğlanın hazırlıq yoldaşları olduqlarını və birlikdə hazırlığa getdiklərini bildirmişdir. Həyat yoldaşı Cəmiləyə oğlanlarla hazırlığa getməsi barədə ciddi irad bildirmiş və belə halın bir də təkrarlanmamasını demişdir. Cəmilə anasının ona irad tutması barədə sinif yoldaşı Aygünə demiş, Aygün Cəmiləyə “anan və atan sənə heç bir şey edə bilməz. Əgər səni danlasalar onları polisə şikayət et. Onlar sənin doğma anan və doğma atan deyildir. Onların sənin üzərində heç bir hüququ yoxdur” sözlərini demişdir. Cəmilə Aygündən bu məlumatları haradan əldə etməsi barədə soruşanda Aygün anası Samirənin bu barədə ona məlumat verdiyini və doğma anasının əslində xalası Mətanət olduğunu bildirmişdir. Cəmilə Aygündən əlavə olaraq anası Samirənin bu məlumatı hardan əldə etdiyini soruşduqda Aygün Cəmiləyə anası Samirənin işlədiyi gözəllik salonunda Gülşən adlı şəxsin onun anasına dediyini bildirmişdir. Həmin gün saat təxminən 19-20 radələrində o və yoldaşı həyətdən səs gəldiyini eşidib həyətə düşmüş, həyətdə Cəmilənin evin tinində ağladığını və pis vəziyyətdə olduğunu görmüş, Cəmilədən nə hadisəsi olduğunu soruşan zaman Cəmilə onlara heç bir şey deməmiş, o və həyat yoldaşı Cəmilənin pis vəziyyətdə olduğunu görüb Cəmilənin xalası Aybənizə zəng vurmuş, sabahısı gün Aybəniz onlara gəlmiş və Cəmiləni öz yanına Gəncə şəhərinə aparmışdır. Bir müddət sonra Aybəniz onlara Cəmilənin onların övladı olmadığını öyrəndiyini demiş, həmin gün o yoldaşı ilə birlikdə Samirənin işlədiyi gözəllik salonuna gedərək, Samirədən hansı səbəbə görə belə bir məlumatı qızı Aygünə dediyini və evlərinə dava-dalaş saldığını soruşmuş, Samirə ümumiyyətlə Cəmilənin onlar tərəfindən övladlığa götürüldüyünü bilmədiyini demiş, həmin gün axşam saatlarında Samirə yoldaşına zəng etmiş, daha sonra telefonu Hacıqabul rayon polis şöbəsində işləyən Ağayev Əli adlı şəxsə vermiş, Samirə telefonu Əliyə verdikdən sonra yoldaşı da telefonu ona vermiş, Əli telefonda onunla yüksək tonda danışaraq hansı səbəbə görə Samirənin iş yerinə getdiyini soruşmuş, o da məsələni öyrənmək üçün Samirənin iş yerinə getdiyini bildirmişdir. Həmin gün Gülşən də yoldaşına zəng etmiş, telefonda yoldaşının üstünə qışqıraraq “siz kimsiz ki salona gedirsiz? İlqar kimdir ki, mənim işçimə hədə-qorxu gəlir” sözlərini demiş, yoldaşı Gülşəndən Cəmilənin övladlığa götürülməsi barədə məlumatı kiməsə deyib-demədiyini soruşmuş, Gülşən də bu məlumatı kiməsə demədiyini bildirmişdir. Həmin gün Gülşənin qaynatası və həmçinin onun bibisioğlu olan Arif Şahbazov ona zəng etmiş və Gülşənin sahibi olduğu gözəllik salonuna bir də getməməyini bildirmiş, o da salona getməyəcəyimi Arifə demişdir. Təxminən 1 həftə sonra Gülşən ona zəng edərək məsələnin nə yerdə qaldığını soruşmuş, o da Gülşənə Samirənin onun adını çəkdiyini bildirmiş, Gülşən Samirəyə belə bir söz deməsini təkzib etmiş, o Gülşənə şikayət edəcəklərini bildirdikdə Gülşən “sən dadiba mənimlə birlikdə gedə biləcəksən?” sualını vermiş və “get hara istəyirsən şikayət et” deyərək danışığı bitirmişdir. Təxminən 1 həftə sonra sonra Aybəniz Cəmiləni yenidən qaytarıb evlərinə qoymuş, həmin müddət ərzində o və anası Mehparə Cəmiləyə ona yalan deyildiyini, həqiqətən də əsl valideynlərinin onlar olduğunu bildirsələr də, Cəmilə onların sözlərinə inanmamış və hər dəfə onu aldatdıqlarını deyərək özünü öldürəcəyini bildirmişdir. Bir müddət sonra aralarındakı münasibətlər normallaşmışdır. Halhazırda Cəmilə onlarla birlikdə yaşayır. Ailə münasibətləri normal şəkildə davam edir. xx.xx.2023-cü il tarixdə o, Şirvan şəhər prokurorluğuna ərizə yazdıqdan sonra ərizə araşdırılması üçün Şirvan ŞPŞ-yə göndərilmiş, Şirvan ŞPŞ-nin təhqiqatçısı onu izahat verməsi üçün çağırmış, o, yoldaşı ilə birlikdə polis şöbəsinə gəlmiş, izahat verdikdən bir neçə gün sonra Samirə o evdə olmayan zaman zaman onlara gəlmiş və yoldaşına pul vermək istədiyini deyib yalvarmış və bu işdən əl çəkməklərini xahiş etmişdir. Yoldaşı da ona zəng etmiş, o 2 gün sonra evə gələcəyini və əgər məsələni aydınlaşdırmaq mövzusunda söhbət etmək istəyirsə buna etiraz etmədiyini demişdir. 2 gün sonra o yaşadığı evə gəlmiş, Samirə axşam saatlarında qızı ilə birlikdə onlara gələrək, Samirə ilə danışığı zamanı o Samirəyə həqiqəti deməsini bildirmiş, Samirə Cəmilənin övladığa götürülməsi ilə bağlı məlumatının olduğunu, bu məlumatı ona Şirvan şəhər məhkəməsində işləyən Gülşən adlı şəxsin verdiyini, lakin qorxduğu üçün polis şöbəsində bu deməyəcəyini demişdir. Bundan sonra Samirənin qızı Aygün onunla təklikdə söhbət etmək istədiyini bildirmiş, Aygünlə arasında olan söhbət zamanı Aygün anasının Gülşəndən qorxduğunu, Gülşənin ona təzyiqlər etdiyini və düzgün izahat verməsi üçün ona 2 gün vaxt verməsini xahiş etmiş, əlavə olaraq Gülşən anasına “bu işdə heç bir cinayət tərkibi yoxdur. Ən pis halda məhkəməyə gələcək mən burda işi həll edəcəm” sözlərini dediyini bildirmişdir. Bu söhbətdən sonra Samirə və qızı evlərinə getmişdir. Təqsirləndirilən şəxs ilə barışmamış, şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Nümayəndə2 ifadəsində bildirdi ki, 1996-cı ildə həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurmuşdur. 2006-cı ildə baldızı X2 yeni doğulmuş qızını övladığa götürmək qənaətinə gəldikdən sonra valideynlərinin razılığı ilə bu barədə Şirvan şəhər Məhkəməsinə müraciət etmiş və qanuni əsaslarla Şahid4 övladlığa götürmüşlər. Həmin vaxtdan etibarən Cəmilə onunla və yoldaşı ilə birlikdə Şirvan şəhəri, Şirvan küçəsi ev 13-də yaşayır. Ailə münasibətləri həmişə normal olmuşdur. Belə ki, Cəmilənin qeyd edilən hadisə baş verənə qədər atası İlqar və onunla arasında hər-hansı narazılıq olmamışdır. Hadisə baş verən zaman qızı Cəmilə Şirvan şəhəri 21 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olmuşdur. 2023-cü ilin fevral ayının ortalarında saat təxminən 15-16 radələrində həyat yoldaşı ilə birlikdə Şirvan şəhəri, “Köhnə bazar” adlanan əraziyə piyada gedərkən Cəmilənin özündən başqa Aygün adlı sinif yoldaşı və əlavə olaraq 2 nəfər oğlanla birlikdə hazırlığa getdiyini görmüş, həmin vaxt həyat yoldaşına bu barədə heç bir söz deməmiş, həmin gün evə getdikdən sonra istifadəsində olan mobil telefon ilə qızı Cəmiləyə zəng edərək yanında olan iki nəfər oğlanın kim olduğunu Cəmilədən soruşmuş, Cəmilə cavabında hazırlıq yoldaşları olduğunu bildirmiş, Cəmiləyə oğlanlarla hazırlığa getməsi barədə ciddi irad bildirmiş və belə halın bir də təkrarlanmamasını bildirmişdir. Cəmilə anasının ona irad tutması barədə sinif yoldaşı Aygünə demiş, Aygün Cəmiləyə “anan və atan sənə heç bir şey edə bilməz. Əgər səni danlasalar onları polisə şikayət et. Onlar sənin doğma anan və doğma atan deyil. Onların sənin üzərində heç bir hüququ yoxdur” sözlərini demişdir. Cəmilə Aygündən bu məlumatları haradan əldə etməsi barədə soruşanda Aygün anası Samirənin bu barədə ona məlumat verdiyini və doğma anasının əslində xalası Mətanət olduğunu bildirmişdir. Cəmilə Aygündən əlavə olaraq anası Samirənin bu məlumatı hardan əldə etdiyini soruşduqda Aygün Cəmiləyə anası Samirənin işlədiyi gözəllik salonunun sahibi həmçinin Şirvan şəhər Məhkəməsində dəftərxana müdiri işləyən Gülşən adlı şəxsin onun anasına dediyini bildirmişdir. Bütün bu məlumatları Cəmilə onlara sonradan demişdir. Həmin gün, saat təxminən 19-20 radələrində yoldaşı ilə həyətdən səs gəldiyini eşidib həyətə düşmüş, həyətdə Cəmilənin evin tinində ağladığını və pis vəziyyətdə olduğunu görmüş, Cəmilədən nə hadisəsi olduğunu soruşan zaman Cəmilə onlara heç bir şey deməmiş, Cəmilənin pis vəziyyətdə olduğunu görüb Cəmilənin xalası Aybənizə zəng vurmuş, səhəri gün Aybəniz onlara gəlmiş və Cəmiləni öz yanına, Gəncə şəhərinə aparmışdır. Bir müddət sonra Aybəniz onlara Cəmilənin onların övladı olmadığını öyrəndiyini demiş, həmin gün yoldaşı ilə birlikdə Samirənin işlədiyi gözəllik salonuna getmiş, Samirədən hansı səbəbə görə belə bir məlumatı qızı Aygünə dediyini və evlərinə dava-dalaş saldığını soruşmuş, Samirə ümumiyyətlə Cəmilənin onlar tərəfindən övladlığa götürüldüyünü bilmədiyini demiş, həmin gün axşam saatlarında Samirə ona zəng etmiş, daha sonra telefonu Hacıqabul rayon polis şöbəsində işləyən Əli Ağayev adlı şəxsə vermiş, Samirə telefonu Əliyə verdikdən sonra o da telefonu yoldaşına vermiş, Əli telefonda yüksək tonda danışaraq hansı səbəbə görə Samirənin iş yerinə getdiklərini soruşmuşdur. Yoldaşı da məsələni öyrənmək üçün Samirənin iş yerinə getdiyini bildirmiş, həmin gün Gülşən ona zəng etmiş, telefonda onun üstünə qışqıraraq “siz kimsiz ki salona gedirsiz? İlqar kimdir ki, mənim işçimə hədə-qorxu gəlir” sözlərini demiş, o Gülşəndən Cəmilənin övladlığa götürülməsi barədə məlumatı kiməsə deyib-demədiyini soruşmuş, Gülşən də bu məlumatı kiməsə demədiyini demişdir. Həmin gün Gülşənin qaynatası və həmçinin onun bibisioğlu olan Arif Şahbazov yoldaşına zəng etmiş və Gülşənin sahibi olduğu gözəllik salonuna bir də getməməklərini bildirmiş, yoldaşı da salona getməyəcəyini demişdir. Təxminən bir həftə sonra Gülşən yoldaşına zəng edərək məsələnin nə yerdə qaldığını soruşmuş, yoldaşı da Gülşənə Samirənin onun adını çəkdiyini bildirmiş, Gülşən Samirə belə bir söz deməsini təkzib etmiş, yoldaşı Gülşənə şikayət edəcəyini bildirdikdə Gülşən “sən dadiba mənimlə birlikdə gedə biləcəksən?” sualını vermiş və “get hara istəyirsən şikayət et” deyərək danışığı bitirmişdir. Təxminən bir həftə sonra sonra Aybəniz Cəmiləni yenidən qaytarıb evlərinə gətirmiş, həmin müddət ərzində o və atası İlqar Cəmiləyə ona yalan deyildiyini, həqiqətən də əsl valideynlərinin onlar olduğunu bildirsələr də, Cəmilə onların sözlərinə inanmamış və hər dəfə onu aldatdıqlarını deyərək özünü öldürəcəyini bildirmişdir. Bir müddət sonra aralarında münasibətlər normallaşmışdır. Hal-hazırda Cəmilə onlarla birlikdə yaşayır. Ailə münasibətləri normal şəkildə davam edir. xx.xx.2023-cü il tarixdə Şirvan şəhər ərizə yazdıqdan sonra ərizə araşdırılması üçün Şirvan ŞPŞ-yə göndərilmiş, Şirvan ŞPŞ-nin təhqiqatçısı onu izahat verməsi üçün çağırmış, yoldaşı ilə birlikdə polis şöbəsinə gəlmiş, izahat verdikdən bir neçə gün sonra Samirə yoldaşı evdə olmayan zaman onlara gəlmiş, pul vermək istədiyini demiş və bu işdən əl çəkmələrini xahiş etmişdir. İki gün sonra Samirə də axşam saatlarında qızı ilə birlikdə onlara gəlmiş, Samirə ilə danışdıqları zaman onlar Samirəyə həqiqəti deməsini bildirmiş, Samirə Cəmilənin övladığa götürülməsi ilə bağlı məlumatının olduğunu, bu məlumatı ona Şirvan şəhər məhkəməsində işləyən Gülşən adlı şəxsin verdiyini, lakin qorxduğu üçün polis şöbəsində bu deməyəcəyini bildirmiş, bundan sonra Samirənin qızı Aygün yoldaşı ilə təklikdə söhbət etmək istədiyini demiş, Aygün yoldaşı ilə söhbət etdikdən sonra Samirə və qızı evlərinə getmişdir. Təqsirləndirilən şəxs ilə barışmamış, şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şirvan şəhərində 21 saylı tam orta məktəblə üzbəüz “Lazer Beaty” gözəllik salonunda işləyirdi. Həmin vaxt ondan başqa gözəllik salonunda təxminən 5 nəfər qadın işləyirdi. 2022-ci ilin sonlarında o, gözəllik salonunda işləyən zaman hal-hazırda adını xatırlamadığı müştəridən Şirvan şəhəri 21 saylı tam orta məktəbdə oxuyan Cəmilə adlı qızın övladlığa götürülməsini eşitmiş, həmçinin həmin şəxslər Cəmilənin övladlığa götürən anası və atası tərəfindən mütəmadi olaraq zoraklığa məruz qalmasını demişlər. Həmin şəxslər ona Cəmilənin Şirvan şəhəri, 21 saylı tam orta məktəbdə oxuduğunu deyən zaman, qızı Təqsirləndirilən şəxs Cəmilə ilə yaxından münasibətinin olduğunu bildiyi üçün Cəmilənin məhz qızı Aygünün rəfiqəsi olduğunu bilmiş, həmin vaxtdan sonra qızı Aygünlə evdə söhbət edən zaman ona Cəmilənin atası və anası tərəfindən zorakılğa məruz qalmasını demişdir. Həmin vaxtlarda, yəni təxminən 2023-cü ilin əvvəllərində qızı Aygün ona yenidən Cəmilənin ögey valideynləri tərəfindən döyülməsi barədə məlumat verən zaman, Aygünə Cəmilənin övladlığa götürüldüyünü və hal-hazırda birlikdə yaşadığı anası və atasının doğma olmadığını demişdir. Qızı Aygünə bunu deyən zaman Cəmilənin övladlığa götürülməsi barədə şübhələndiyini demişdir. Aygünlə danışan zaman, Aygünə bu məlumatı heç kimə verməməsini və sözün onlardan çıxmaması barədə məlumat vermişdir. 2023-cü ilin fevral ayının ortalarında qızı Aygün Cəmilə ilə birlikdə Şəbnəm adlı müəllimənin yanında hazırlıq keçən zaman Şəbnəm xanım ona zəng etmiş və ondan təcili olaraq ora gəlməyini xahiş etmişdir. O da, qohumu Əli ilə birlikdə Şəbnəm müəllimin evinin qarşısına getmiş. Şəbnəm müəllimə ona Cəmilənin övladlığa götürülməsini qızı Aygündən öyrəndiyini, bu səbəbdən Cəmilənin evə getmək istəmədiyini və özünü pis hiss etdiyini demişdir. O da, Cəmiləni və qızını hazırlıqdan götürüb evdən çıxmışdır. İlk əvvəl Cəmilə evə getmək istəməsə də, onun təkidi ilə Cəmilə evə getməyə razılaşmışdır. Onlar birlikdə Cəmiləni yaşadığı evin qarşısına aparmışlar. Səhəri gün Aygündən Cəmilə barədə xəbər alarkən X15 xalasıgilə getdiyini demişdir. Bir müddət sonra İlqarın şikayət etdiyini bildikdə qızı Aygün ilə birlikdə İlqargilə getmişdir. Cəmilə və Mehparə həmin vaxt evdə olmuş, Mehparə ilə olub-keçənlər barədə söhbət edən zaman Mehparə ondan qızı Cəmiləninin övladlığa götürülməsi barədə haradan eşitdiyini soruşmuşdur. O da, Mehparəyə Cəmilənin övladlığa götürülməsi barədə işlədiyi gözəllik salonunda tanımadığı şəxslərdən eşitdiyini bildirmişdir. Səhəri gün yenidən qızı Aygünlə birlikdə İlqarın dəvəti ilə onlara getmişdir. İlqarla söhbət edən zaman, X16 övladlığa götürülməsi barədə dediyini və bu məsələni işlədiyi gözəllik salonunda tanımadığı şəxslərdən eşitdiyini bildirmişdir. İlqar ona övladlığa götürülmə ilə bağlı məlumatı gözəllik salonunu işlədən Gülşənin ona dediyini demişdir. O isə bunu təkzib edərək Gülşənin belə bir məlumatı ona demədiyini bildirmişdir. İlqar ona Gülşənin adını çəkməsə onları tutduracağını demiş və onları hədələmişdir. Bundan sonra onlar yaşadıqları evə getmişlər. Cəmilənin övladlığa götürülməsini təxminən 2022-ci ilin sonlarında işlədiyi gözəllik salonunda tanımadığı müştəridən eşitmiş, qızı Aygünə Cəmilənin ögey övlad olduğunu və övladlığa götürüldüyünü deyən zaman hər-hansı məqsədi olmamış, Cəmilənin doğma anasının xalası doğma atasının isə xalasının əri olduğunu eşitmiş, lakin Cəmilənin doğma anası və atasının adlarını bilməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Nümayəndə2 iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, 2023-cü ilin fevral ayının ortalarında, günorta saat 16 radələrində evdən çıxıb oxumuş olduğu və hal-hazırda bitirdiyi Şirvan şəhəri, 21 nömrəli tam orta məktəbin 11 b sinfində sinif yoldaşı həmçinin hazırlıqlara bir yerdə getdikləri Aygün adlı qızla Şirvan şəhərində görüşmüş, hazırlıq saat 17 radələrində başladığından onlar Aygünlə birlikdə Şirvan şəhəri, Fizuli adına olan parkda gəzmək məqsədilə həmin parka getmişlər. Parkda gəzən zaman hazırlıq yoldaşları olan halhazırda adları yadında qalmayan oğlanlar onları görmüş və onların yanında gəlmişlər. Onlar eyni hazırlığa gedəcəkləri üçün saat 17 radələrində Şirvan şəhəri, “Köhnə bazar” adlanan ərazinin yolu ilə hazırlığa gedən zaman anası Mehparə onu görmüş, bir qədər getdikdən sonra yanlarında olan oğlanlar çıxıb getmiş, daha sonra Aygünlə birlikdə hazırlığa getmişdir. O, hazırlıqda olan zaman anası Şəbnəm adlı müəlliməyə zəng edərək telefonu ona verməsini demişdir. Şəbnəm müəllimə də telefonu ona uzatmış, telefonu Şəbnəm müəllimədən alıb anası ilə danışmağa başlamış, Anası telefonda ona “tez ol evə gəl, atan sizi görüb” sözlərini demişdir. Qorxduğu üçün anasının sözünə qulaq asmayaraq hazırlıqda oturmağa davam etmişdir. Hazırlıqda olan zaman, Aygünün və Şəbnəm müəllimənin yanında ağlamağa başlamışdır. Onlar nəyə görə ağladığını soruşmuşlar. Aygünə və müəlliməyə olanları izah etmiş, təxminən beş dəqiqə sonra Şəbnəm müəllimə mətbəxə getmiş, mətbəxə gedən zaman Aygün ona bir söz demək istədiyini bildirmiş, müəllimə də, ona onu eşitdiyini demişdir. Aygün sözünü hazırlıqdan evə gedən zaman deyəcəyini bildirmişdir. Müəllimə isə Aygünə “nə sözün var burda de” sözlərini demişdir. Bu zaman Aygün ona “narahat olma anan və atan sənin doğma anan və atan deyillər. Onlar sənə heç bir şey edə bilməzlər. Onların sənin üzərində haqqları yoxdur. Sənin əslində qardaşın da var. Bu məsələ ilə əlaqədar sənə nəyisə desələr, danlasalar get ananı və atanı polisə ver” sözlərini demişdir. Aygündən bunu haradan bildiyini soruşmuş, Aygün ona cavabında bunu, yəni anasının və atasının doğma anası və atası olmadığını, onu övladlığa götürdüklərini çoxdan bildiyini və anası Samirəyə onun qohumu olan Gülşənin dediyini bildirmişdir. O, bərk həyəcan hissi keçirmiş və anasının və atasının bu hadisəni ondan gizlətdikləri üçün özünü çox pis hiss edərək yenidən ağlamağa başlamışdır. Aygün onun ağladığını görüb onu qucaqlamış, Şəbnəm müəllimə bütün olanları eşitdiyi üçün Aygünün anası Samirəyə zəng etmiş, Şəbnəm müəllimə Samirədən onun ailəsinin necə ailə olduğunu soruşmuş, Samirə də Şəbnəmə yaxşı ailə olduqlarını demişdir. Daha sonra Şəbnəm müəllimə onun pis halda olduğunu gördüyü üçün Samirəyə “mən nə edim bilmirəm uşağı evə göndərim yoxsa bura qalsın” sözlərini demiş və Samirəyə “dur gəl bizə” sözlərini demişdir. Aygün müəllimənin anası Samirəni çağırdığını görüb ona “mənim bu sözləri sənə dediyimi anama demə” sözlərini demişdir. Biraz sonra Samirə Şəbnəm müəlliməgilə gəlmiş, onun ağladığını görüb ondan nə olduğunu soruşmuş, Şəbnəm müəllimə də bütün hadisəni ona danışmışdır. Lakin Aygünün ona dediklərini Samirəyə deməmişdir. Samirə onu pis vəziyyətdə olduğunu görüb onu evə aparmaq istədiyini demişdir. Evə getmək istəmədiyini bildirmişdir. Şəbnəm müəllimə də onu saxlaya bilməyəcəyini bildirmişdir. Bundan sonra Samirə bir neçə dəfə Aygüngilin evində olan zaman görmüş olduğu və Aygünün ona ailəvi tanışları kimi təqdim etdiyi Əliyə zəng etmişdir. Əli də onların yanlarına gəlmişdir. Gəldikdən sonra onlar Əlinin idarə etdiyi qara rəngli “Vaz 2107” markalı avtomobilə əyləşmişlər. Əli onu öz evlərinin qarşısına aparmışdır. O, avtomobildən düşüb evə getmiş, Samirəgildə avtomobil ilə oradan uzaqlaşmışdır. Həyət evinin arxasına keçən zaman anası onun yanına gəlmiş, anası ondan hazırlığa gedən zaman yanlarında gördüyü oğlanların kim olduğunu soruşmuşdur. Anasının sualına cavab verməmişdir. Bundan sonra evə getmiş, atasına onlarla qalmaq istəmədiyini və onlara nifrət etdiyini demişdir. Həmin gün, axşam saatlarında xalası Aybəniz Gəncə şəhərindən onlara gəlmiş və həmin gün onu Gəncə şəhərinə aparmışdır. Gəncə şəhərində xalası ona nə qədər izah etsə də o, onunla razılaşmamışdır. Özünü Gəncə şəhərində pəncərədən atmaq istəyəndə xalasının yoldaşı onu tutub saxlamışdır. Həmin vaxt, Firuzəyə olanları danışmışdır. Təxminən 15 gün sonra Şirvan şəhərinə qayıtmışdır. Şirvan şəhərinə qayıdan zaman artıq sakitləşmişdir. Hal-hazırda ailə münasibətləri normal şəkildə davam edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış şahid X5 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid X3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. X5 həmin ifadəsində bildirmişdir ki, 2023-cü ilin fevral ayının sonlarında bacısı Nümayəndə2 səhər saatlarında onun istifadəsində olan mobil nömrəyə zəng edərək övladlığa götürdüyü Şahid4 onun övladlığa götürülməsi barədə məlumat verdildiyini, Cəmilənin hal-hazırda özünü pis hiss etdiyini, özünü öldürmək istədiyini və təcili olaraq onlara gəlməklərini xahiş etmiş, Mehparənin ona zəng etdiyi gün, vəziyyətin qəliz olduğunu bildiyi üçün qızı Şahid2 ilə birlikdə Şirvan şəhərinə bacısıgilin yaşadığı ünvana gəlmişdir. Evə daxil olan zaman Cəmilənin ağladığını, özünü pis hiss etdiyini görmüşlər. Cəmiləyə yaxınlaşdıqda Cəmilə ona özünü öldürəcəyini demişdir. Cəmilədən onun övladlığa götürülməsini kimin dediyi soruşan zaman Cəmilə bu barədə məlumatı onlara deməyəcəyini bildirmişdir. Cəmiləyə onun sakitləşməsi üçün Gəncə şəhərinə onlarla birlikdə getməyini təklif etmişdir. Lakin Cəmilə onunla birlikdə Gəncə şəhərinə getməyəcəyini demişdir. Daha sonra qızı Firuzəyə Cəmilənin onlara getməsinə razı etməsini demişdir. Firuzə Cəmilə ilə bir qədər söhbət etdikdən sonra Cəmilə onlarla birlikdə Gəncə şəhərinə getməyə razı olmuşdur. Axşam saatlarında qızı Firuzə və Cəmilə ilə birlikdə Gəncə şəhərinə qayıtmışdır. Cəmilə onların evdə olduğu müddətdə də daim ağlayıb özünü öldürmək istədiyini demişdir. Cəmilə bu xəbəri eşitdiyi və bildiyi üçün dəfələrlə evdə binanın balkonundan özünü atmaq istəsə də onlar buna mane olmuşlar. Cəmilə ilə onlara getdikləri ikinci gündən sonra dəfələrlə övladlığa götürülməsi ilə əlaqədar məlumatı kimin ona deməsi barədə soruşsa da Cəmilə onlara bu barədə heç bir şey deməmişdir. Təxminən beş gün sonra qızı Firuzə ilə söhbət edən zaman Firuzə ona Cəmilə ilə söhbət etdiyini, söhbət zamanı Cəmilənin ona hərşeyi açıb danışdığını demişdir. Cəmilə qızı Firuzəyə övladlığa götürülməsi barədə məlumatı ona rəfiqəsi Aygünün dediyini, Aygünün bu məlumatı anası Samirədən öyrəndiyini, Aygünün anası Samirənin isə bu məlumatı Gülşən adlı şəxsdən əldə etdiyini bildirmişdir. Qızı Firuzə bu məlumatı ona dedikdən sonra bacısı Mehparəyə bu barədə məlumat vermişdir. Daha sonra isə Cəmilə ilə söhbət etmiş, Cəmilə ilə söhbət edən zaman Cəmilə Firuzəyə dediklərinin doğru olduğunu bildirmişdir. Onlar yaşadıqları evdə olan zaman o və qızı Firuzə etdiyi hərəkətin düz olmadığı barədə tövsiyyələr vermiş və ona atasının və anasının yanına qayıtmasını demişlər. Təxminən ümumilikdə on beş gün Cəmilə onların evdə qaldıqdan sonra onlar Cəmiləni Şirvan şəhərində yaşadıqları evə gətirib geri qayıtmışlar. Həmin vaxt artıq Cəmilə özünü yaxşı hiss etmişdir. Hal-hazırda Cəmilə və valideynləri arasında münasibətlər normal şəkildə davam edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində bildirmişdir ki, 2023cü ilin fevral ayının sonlarında xalası Nümayəndə2 səhər saatlarında anası Şahid3 istifadəsində olan mobil nömrəyə zəng edərək övladlığa götürdüyü Şahid4 onun övladlığa götürülməsi barədə məlumat verildiyini, Cəmilənin hal-hazırda özünü pis hiss etdiyini, özünü öldürmək istədiyini və təcili olaraq onlara gəlmələrini xahiş etmiş, Mehparənin anasına zəng etdiyi gün onlar vəziyyətin qəliz olduğunu bildiklərini üçün anası Şahid3 ilə birlikdə Şirvan şəhərinə xalasıgilin yaşadığı ünvana gəlmişlər. Evə daxil olan zaman Cəmilənin ağladığını, özünü piss hiss etdiyini görmüşlər. Onlar Cəmiləyə yaxınlaşdıqda Cəmilə onlara özünü öldürəcəyini demişdir. Cəmilədən onun övladlığa götürülməsini kimin dediyi soruşan zaman Cəmilə bu barədə məlumatı onlara deməyəcəyini bildirmişdir. İlk əvvəl anası Cəmiləyə onun sakitləşməsi üçün Gəncə şəhərinə onlarla birlikdə getməyini təklif etmiş, lakin Cəmilə anasına onlarla birlikdə Gəncə şəhərinə getməyəcəyini demişdir. Daha sonra Cəmiləni onlarla Gəncə şəhərinə getməsinə razı salmışdır. Axşam saatlarında anası Aybəniz və Cəmilə ilə birlikdə Gəncə şəhərinə qayıtmışdır. Cəmilə onların evdə olduğu müddətdə də daim ağlayıb özünü öldürmək istədiyini demişdir. Cəmilə bu xəbəri eşitdiyi və bildiyi üçün dəfələrlə evdə binanın balkonundan özünü atmaq istəsə də onlar buna mane olmuşlar. Cəmilə ilə onlara getdiklərini ikinci gündən sonra dəfələrlə övladlığa götürülməsi ilə əlaqədar məlumatı kimin ona deməsi barədə soruşsaq da Cəmilə onlara bu barədə heç bir şey deməmiş, təxminən beş gün sonra Cəmilə ilə ikilikdə söhbət etmiş, söhbət zamanı Cəmilə qızı Firuzəyə övladlığa götürülməsi barədə məlumatı ona rəfiqəsi Aygünün dediyini, Aygünün bu məlumatı anası Samirədən öyrəndiyini, Aygünün anası Samirənin isə bu məlumatı Gülşən adlı şəxsdən əldə etdiyini bildirmişdir. Bu məlumatı bildikdən sonra, bunu anası Aybənizə demiş, anası Cəmilə ilə söhbət etmiş və Cəmilə anasına ona dediklərinin doğru olduğunu təsdiqləmişdir. Onlar yaşadıqları evdə olan zaman o və anası Aybəniz Cəmiləyə etdiyi hərəkətin düz olmadığı barədə tövsiyyələr vermiş, ona atasının və anasının yanına qayıtmasını demişlər. Təxminən ümumilikdə on beş gün Cəmilə onların evdə qaldıqdan sonra anası Cəmiləni Şirvan şəhərində yaşadıqları evə gətirib geri qayıtmışdır. Həmin vaxt artıq Cəmilə özünü yaxşı hiss etmiş, hal-hazırda Cəmilə və valideynləri arasında münasibətlər normal şəkildə davam edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş,məhkəmə istintaqında tədqiq edilən: Əli Bayramlı (indiki Şirvan) şəhər Məhkəməsinin 26 aprel 2006-cı il tarixli 2-144- 2006 nömrəli qətnaməsindən görünür ki, 08 mart 2006-cı ildə doğulmuş, X1 İlqar Xanoğan oğlunun və Nümayəndə2 Məhəmmədəli qızının övladlığına verilməsi və doğum aktı qeydində müvafiq dəyişikliklər edilərək övladığa götürülən adı Cəmilə, soyadı Qədirova və atasının adı Zərərçəkmiş şəxs1, anasının adı Nümayəndə2 Məhəmmədəli qızı olaraq yazılması göstərilmişdir; Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X20 Ərazi Bölmələri İdarəetmə Birliyi “Şirvan şəhər mərkəzi xəstəxanası” Publik Hüquqi şəxsin 15 sentyabr 2023-cü il tarixli, 692 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nin ruhi əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 513 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X10 icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır; zərərçəkmiş şəxs kimi tanımaq haqqında 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; zərərçəkmiş şəxs kimi tanımaq haqqında 12 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Nümayəndə2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 175-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; qətimkan tədbirinin seçilməsinə dair 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 noyabr 2023-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X11 və Şahid1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsinin tərkibi olmadığından həmin hissə üzrə cinayət təqibinin aparılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə tövsif olunmuşdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını sair alçaq niyyətlə yaymadan ibarət cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Ailə Məcəlləsinin 130.3-cü maddəsində təsbit edilmişdir ki, övladlığa götürənin razılığı olmadan övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının CM-nin 175-ci maddəsində isə müəyyən edilmişdir ki, övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yayılması belə şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X8 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olduğundan cəza təyin edilərkən həmçinin aşağıdakılar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəzanın təyin olunmasının ümumi əsasları ilə, yəni törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, yeniyetmənin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin oluna bilər. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 175-ci maddəsinin sanksiyasında min beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ münasibətdə ona ictimai işlər cəzası təyin edilməsi ilə şəxsin islah olunması mümkündür. Belə ki, Cinayət Məcəlləsinin tələblərindən göründüyü kimi cərimə cəzası yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönələ bilən əmlakı olan yetkinlik yaşına çatmayana altı yüz manatadək miqdarda təyin edilir. Hazrkı cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönələ bilən əmlakı olması halı aşkar edilməmişdir. Bu səbəbdən də şəxsə cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. İslah işləri cəzasına münasibətdə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. İslah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər məhkum edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar. Bu şəxslər başqa vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və ümumi əsaslarla keçirilə bilərlər (Cəzaların İcrası Məcəlləsinin 40 və 41.1-ci maddələri). Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən islah işləri cəzası məhkumun əsas iş yeri üzrə çəkilir. Hazrkı cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iş yerinin olması və işləməsi halı aşkar edilməmişdir. Bu səbəbdən şəxsə islah işləri cəzasının təyin edilməsi də məqsədəmüvafiq deyildir. Azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 28 iyul tarixli 652 nömrəli Qərarı ilə ölkəmiz BMT Baş Məclisinin 1985-ci il noyabrın 29-da qəbul etdiyi “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”na (Pekin Qaydaları) qoşulmuş, milli qanunvericilik bu sənəddən irəli gələrək təkmilləşdirilmişdir. Pekin Qaydalarına əsasən, yuvenal ədliyyə sistemində yetkinlik yaşına çatmayanın əmin-amanlığının təmin edilməsi ön planda olmalıdır. Bundan əlavə, Pekin Qaydalarının 17-ci maddəsində yetkinlik yaşına çatmayanlarla bağlı ədalət mühakiməsinin prinsipləri sadalanır:
1. Veriləcək cəza təkcə cinayətin törədilməsi və ağırlıq dərəcəsindən deyil, eyni zamanda azyaşlının şərait və ehtiyacları, həmçinin cəmiyyətin ehtiyaclarına uyğun olmalıdır.
2. Azyaşlının şəxsi azadlığına qoyulacaq məhdudiyyətlər diqqətlə yoxlanıldıqdan sonra tətbiq olunmalı, belə məhdudiyyətlər mümkün qədər az tətbiq olunmalıdır.
3. Azadlıqdan məhrum etmə cəzası azyaşlının ağır cinayət törətməsi və ya zor tətbiq etməklə cinayət törətməsi hallarından başqa tətbiq edilməməlidir.
4. Yetkinlik yaşına çatmayanlarla bağlı işlərdə azyaşlıların reabilitasiyası rəhbər prinsip olmalıdır. Pekin Qaydaları tələb edir ki, kiçik xətalar istisna olmaqla bütün hallarda cəzanın təyin edilməsindən öncə sosial sorğu haqqında hesabat mövcud olmalıdır. Sosial sorğu haqqında hesabata uşağın ailə vəziyyəti, uşağın harada, kiminlə yaşaması, təhsil və sağlamlıq vəziyyəti də daxil olmaqla uşağın hazırki vəziyyəti və uşağın cinayəti törətməsi və anlaması halları daxil edilməlidir. Göründüyü kimi yetkinlik yaşına çatmayanalara münasibətdə azadlıqdan məhrum etmə ağır cinayət törətməsi və ya zor tətbiq etməklə cinayət törətməsi halları olduğu təqdirdə təyin edilə biləcək cəza olaraq nəzərə alınmışdır. Hazırki halda təqsirləndirilən şəxs tərəfindən törədilmiş olan əməl böyük icitmai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “ ... cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların islah olunması, daha ağır cəzaların tətbiqinin qarşısının alınması, onlar tərəfindən törədilən cinayətlərin residiv müəyyən edilərkən nəzərə alınmaması, yetkinlik yaşına çatmamanın cəzanı yüngülləşdirən hal olması kimi qaydalara əsaslanır. Yetkinlik yaşına çatmayan şəxsə təyin edilən cəzanın əsas məqsədi onun cəzalandırılması deyil, günahını dərk etməsi və gələcəkdə hüquqazidd əməllər törətməsinin qarşısının alınması, uşağın olduğu mühitdən çıxarılaraq qorunması, cinayət törətmənin həyat tərzinə çevrilməsinin qarşısının alınması, yəni uşağın sağlamlaşdırılmasıdır. Bu cür cəzalandırma hüquq və qanuni maraqlarının maksimum müdafiəsi və cəmiyyətə yenidən qazandırmaq məqsədi ilə onların fərdi profilaktik tərbiyəsinə yönəlmişdir. Belə vəziyyətdə dövlət, inancları tam formalaşmamış yetkinlik yaşına çatmayanların inkişafı və əməllərini vaxtında dərk etməsi, düzgün seçim etməsi və gələcəkdə düşünülməmiş hərəkət etməməsi üçün müvafiq tədbirlərdən istifadə edir. Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından da irəli gəlir”. Göründüyü kimi yetkinlik yaşına çatmayanalara cəza təyin edilməsinin məqsədi cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. CM-nin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətmiş olduğu cinayəti etiraf etməsini, əməlindən peşman olduğunu, ilk dəfə cinayət əməli törətməsini CM-nin 59.2-ci, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini 59.1.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, yuxarıda sadalananları nəzərə alaraq, eləcə də onun daha ağır cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs daha ağır cəzaya məhkum edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində ictimai işlər növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikasının CM-nin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikasının CM-nin 85.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində ictimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz. Azərbaycan Respublikasının CM-nin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzasının əvvəli işlərin yerinə yetirildiyi vaxtdan hesablanmalı, cəzasını cəzanı icra edən orqanının müəyyən etdiyi yerdə çəkməli və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “İctimai işlər cəzasına məhkum olunmuş və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 4-cü bəndində barəsində ictimai işlər tətbiq edilən yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlərin və belə işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsinin xüsusiyyətləri göstərilmişdir. Bu bəndə görə, barəsində ictimai işlər tətbiq edilən yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin keçiriləcəyi yerlər müəyyənləşdirilən zaman onların təhsilindən və ya əsas işindən sonra asudə vaxtlarında yerinə yetirə biləcəyi işlər əsas götürülməli, onların yaş dövrünə uyğun psixoloji cəhətləri nəzərə alınmalıdır. Yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyənləşdirilərkən onların təhsili və ya əsas işi, cinsi mənsubiyyəti, yaş dövrünə uyğun fiziki sağlamlığı və psixoloji cəhətləri, həyatı qavrama baxışları nəzərə alınır. İctimai işlərin növləri və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyən edilən zaman kənardan hamının sərbəst şəkildə görə bilmədiyi, həmçinin belə işlərin icrasının digər şəxslər tərəfindən foto və video çəkilişlərinin aparılması mümkün olmadığı işlərə və iş yerlərinə üstünlük verilməlidir. Məhkəmə hesab edir ki, təyin edilmiş cəzanın icrası zamanı İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “İctimai işlər cəzasına məhkum olunmuş və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 4-cü bəndinin tələblərinə riayət edilməlidir. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 175-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 320 (üç yüz iyirmi) saat müddətinə ictimai işlər növündə cəza təyin edilsin. Cəzasının əvvəli işlərin yerinə yetirildiyi vaxtdan hesablansın. Cəzasını cəzanı icra edən orqanının müəyyən etdiyi yerdə çəksin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Ceyhun Mustafayev