Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-30/2025 09.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:20-də Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Şahbala oğlu, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1984-cü ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Şıxsalahlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 qızı Xədicə Allahverdiyevanı tibb kollecinə tələbə qismində düzəldəcəyinə dair imkanının olmasına inandıraraq, bununla bağlı yalan vədlər verib, etibarından sui-istifadə etməklə, aldadaraq, Zərərçəkmiş şəxs4 2023-cü ilin avqust ayında Şirvan şəhəri, Bayramlı qəsəbəsi, Sabir küçəsində 5000 manat pul alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs4 həmin məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 hər hansı bir şəxsi TƏBİB-nin Şirvan şəhər X6 Hüquqi Şəxsə xadimə qismində işinə düzətmək kimi imkanın olmasına inandıraraq, sonuncunu TƏBİB-nin Şirvan şəhər X6 Hüquqi Şəxsə 1800 manat müqabilində işə düzəldəcəyinə dair yalan vədlər verərək, Zərərçəkmiş şəxs1 2023-cü ilin oktyabr ayında Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Cənnət Bağı” yeməkxanasının qarşısında 1800 manat pul alıb, ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 hər hansı bir şəxsi Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-yə işə düzətmək kimi imkanın olmasına inandıraraq, sonuncunu "xxxx" MMC-yə 4000 manat müqabilində işə düzəldəcəyinə dair yalan vədlər verərək, Zərərçəkmiş şəxs2 2024-cü ilin fevral ayında Şirvan şəhəri, X13 prospektində yerləşən “Kür” marketin qarşısında 4000 manat pul alıb, ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 hər hansı bir şəxsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan “N” saylı hərbi hissəyə xidmətə bərpa etdirmək kimi imkanın olmasına inandıraraq, sonuncunu Müdafiə Nazirliyinin tabeliyində olan “N” saylı hərbi hissəyə N manat müqabilində xidmətə bərpa edəcəyinə dair yalan vədlər verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 16 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs8 Şirvan şəhəri, Namiq Xəlilov küçəsi, mənzil 326-da olduğu zaman “Birbank” mobil tətbiqi vastəsilə kart hesabından Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid “**********855231” nömrəli bank kartı hesabına mədaxil edilmiş 2000 manat, 17 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs8 ilə Şirvan şəhəri, Namiq Xəlilov küçəsində görüşüb 2000 manat, 11 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs8 Şirvan şəhəri, Namiq Xəlilov küçəsi, mənzil 326-da olduğu zaman “Birbank” mobil tətbiqi vasitəsilə kart hesabından Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid “**********855231” nömrəli bank kartı hesabına mədaxil edilmiş 500 manat olmaqla, ümumilikdə 4500 pulu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs8 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 hər hansı bir şəxsi TƏBİB-nin Şirvan şəhər X6 Hüquqi Şəxsə xadimə qismində işə düzətmək kimi imkanın olmasına inandıraraq, sonuncunun arvadı Şahid4 TƏBİB-nin Şirvan şəhər X6 Hüquqi Şəxsə 3600 manat müqabilində işə düzəldəcəyinə dair yalan vədlər verərək, Zərərçəkmiş şəxs5 arvadı Şahid4 vasitəsilə 2024-cü ilin may ayında Şirvan şəhəri, Xudu Məmmədov küçəsində 3600 manat pul alıb, ələ keçirərək Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 hər hansı bir şəxsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan “N” saylı hərbi hissəyə işə düzətmək kimi imkanın olmasına inandıraraq, sonuncunun oğlunu Müdafiə Nazirliyinin tabeliyində olan “N” saylı hərbi hissəyə N manat müqabilində işə düzəldəcəyinə dair yalan vədlər verərək, Zərərçəkmiş şəxs6 oğlu Şahid7 vasitəsilə 26 iyul 2024-cü il tarixdə Hacıqabul rayonu, Heydər Əliyev prospektində yerləşən “Hacıqabul” marketin qarşısında N manat pulu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 hər hansı bir şəxsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin növbəti çağrışından möhlət hüququ əldə etmək kimi imkanın olmasına inandıraraq, sonuncununun tanışı X7 Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin növbəti çağrışından 2900 manat müqabilində möhlət hüququ əldə edəcəyinə dair yalan vədlər verərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 ilə 01 avqust 2024-cü il tarixdə Şirvan şəhəri,1 May küçəsində görüşüb 2300 manat, 01 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 Şirvan şəhəri, Heydər Əliyev prospekti, Naxçıvan küçəsi, ev 437-də olduğu zaman “Birbank” mobil tətbiqi vasitəsilə kart hesabından Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid “**********855231” nömrəli bank kartı hesabına mədaxil edilmiş 300 manat, 2024-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs3 ilə Şirvan şəhəri, Heydər Əliyev prospektində görüşüb 300 manat olmaqla, ümumilikdə 2900 pulu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 hər hansı bir şəxsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyin tabeliyində olan “N” saylı hərbi hissədən xəstəliklə təqaüdə çıxarmaq kimi imkanın olmasına inandıraraq, sonuncu 15000 manat müqabilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyin tabeliyində olan “N” saylı hərbi hissədən xəstəliklə təqaüdə çıxaracağına dair yalan vədlər verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 13 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3-də olduğu zaman Azərbaycan Respublikası Beynəlxalq Bank ASC-yə məxsus plastik kartından “ABB” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs məxsus olan "xxxx" ASC-yə aid “**********855231” nömrəli bank kartı hesabına mədaxil edilmiş 4000 manat, 16 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs9 Şahid8 vasitəsilə Abşeron rayonu, Rafiq Dünyamalıyev küçəsində yerləşən “Abşeron” yeməkxanasında 11000 manat pulu alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs9 ümumilikdə xeyli miqdar təşkil edən 15000 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 məxsus olan evi sonuncunun adına rəsmiləşdirərək çıxarış almaq kimi imkanın olmasına inandıraraq, Zərərçəkmiş şəxs5 sonuncuya məxsus olan Şirvan şəhəri, Niyazi küçəsində yerləşən evini 1500 manat müqabilində adına rəsmiləşdirərək çıxarış almağa dair yalan vədlər verərək, etibarından sui-istifadə etməklə aldadıb Zərərçəkmiş şəxs5 Şahid6 vasitəsilə 2024-cü ilin avqust ayında Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı İdarəsinin qarşısında 1500 manat pulu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 hər hansı bir şəxsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin növbəti çağrışından möhlət hüququ əldə etmək kimi imkanın olmasına inandıraraq, sonuncuya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin çağrışından 5100 manat müqabilində möhlət hüququ əldə edəcəyinə dair yalan vədlər verərək, Zərərçəkmiş şəxs7 2024-cü ilin sentyabr ayının əvvələrində Şirvan şəhəri, X13 küçəsində 5100 pul alıb, ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə edilmiş ittiham üzrə özünü təqsirli bildi və ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 qızı Xədicə Allahverdiyevanı tibb kollecinə tələbə qismində düzəldəcəyinə dair imkanının olmasına inandıraraq, bununla bağlı yalan vəd verib Zərərçəkmiş şəxs4 2023cü ilin avqust ayında Şirvan şəhəri, Bayramlı qəsəbəsi, Sabir küçəsində 5000 manat pul almış, sonradan verdiyi vədə əməl etməyib, həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Eləcə də Zərərçəkmiş şəxs1 TƏBİB-nin Şirvan şəhər X6 Hüquqi Şəxsə 1800 manat müqabilində işə düzəldəcəyinə dair yalan vədlər verərək, Zərərçəkmiş şəxs1 2023cü ilin oktyabr ayında Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Cənnət Bağı” yeməkxanasının qarşısında 1800 manat pul alıb həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs2 "xxxx" MMC-yə 4000 manat müqabilində işə düzəldəcəyinə dair yalan vədlər verərək, Zərərçəkmiş şəxs2 2024-cü ilin fevral ayında Şirvan şəhəri, X13 prospektində yerləşən “Kür” marketin qarşısında 4000 manat pul alıb, vədinə əməl etməyərək həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs8 Müdafiə Nazirliyinin tabeliyində olan “N” saylı hərbi hissəyə N manat müqabilində xidmətə bərpa edəcəyinə dair yalan vədlər verərək, 16 aprel 2024-cü il tarixdə “Birbank” mobil tətbiqi vastəsilə Zərərçəkmiş şəxs8 hesabından özünə məxsus olan "xxxx" ASC-yə aid bank kartı hesabına mədaxil edilmiş 2000 manat, 17 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs8 ilə Şirvan şəhəri, Namiq Xəlilov küçəsində görüşüb 2000 manat, 11 avqust 2024-cü il tarixdə “Birbank” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs8 kart hesabından özünə məxsus məxsus olan "xxxx" ASC-yə aid bank kartı hesabına mədaxil edilmiş 500 manat olmaqla, ümumilikdə 4500 pulu alıb həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs5 arvadı Şahid4 TƏBİB-nin Şirvan şəhər X6 Hüquqi Şəxsə 3600 manat müqabilində işə düzəldəcəyinə dair yalan vədlər verərək, Zərərçəkmiş şəxs5 arvadı Şahid4 vasitəsilə 2024-cü ilin may ayında Şirvan şəhəri, Xudu Məmmədov küçəsində 3600 manat pul almış, Zərərçəkmiş şəxs5 məxsus olan Şirvan şəhəri, Niyazi küçəsində yerləşən evini 1500 manat müqabilində adına rəsmiləşdirərək çıxarış almağa dair yalan vədlər verərək Zərərçəkmiş şəxs5 Şahid6 vasitəsilə 2024-cü ilin avqust ayında Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı İdarəsinin qarşısında 1500 manat pulu almış və Zərərçəkmiş şəxs5 ümumilikdə 5100 manat məbləğdə pulu alıb, həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs6 oğlunu Müdafiə Nazirliyinin tabeliyində olan “N” saylı hərbi hissəyə N manat müqabilində işə düzəldəcəyinə dair yalan vədlər verərək, Zərərçəkmiş şəxs6 oğlu Şahid7 vasitəsilə 26 iyul 2024-cü il tarixdə Hacıqabul rayonu, Heydər Əliyev prospektində yerləşən “Hacıqabul” marketin qarşısında N manat pulu alıb həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs3 tanışı X7 Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin növbəti çağrışından 2900 manat müqabilində möhlət hüququ əldə edəcəyinə dair yalan vədlər verərək, Zərərçəkmiş şəxs3 ilə 01 avqust 2024-cü il tarixdə Şirvan şəhəri,1 May küçəsində görüşüb 2300 manat, 01 avqust 2024-cü il tarixdə “Birbank” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs3 kart hesabından özünə məxsus olan "xxxx" ASC-yə aid bank kartı hesabına mədaxil edilmiş 300 manat, 2024-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs3 ilə Şirvan şəhəri, Heydər Əliyev prospektində görüşüb 300 manat olmaqla, ümumilikdə 2900 pulu alıb sonradan vədinə əməl etməyərək həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs9 15000 manat müqabilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyin tabeliyində olan “N” saylı hərbi hissədən xəstəliklə təqaüdə çıxaracağına dair yalan vədlər verərək, 13 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs9 Azərbaycan Respublikası Beynəlxalq Bank ASC-yə məxsus plastik kartından “ABB” mobil tətbiqi vasitəsilə özünə məxsus olan "xxxx" ASC-yə aid bank kartı hesabına mədaxil edilmiş 4000 manat, 16 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs9 Şahid8 vasitəsilə Abşeron rayonu, Rafiq Dünyamalıyev küçəsində yerləşən “Abşeron” yeməkxanasında 10000 manat pulu alıb, vədinə əməl etməyərək həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin çağrışından 5100 manat müqabilində möhlət hüququ əldə edəcəyinə dair yalan vədlər verərək, Zərərçəkmiş şəxs7 2024-cü ilin sentyabr ayının əvvələrində Şirvan şəhəri, X13 küçəsində 5100 pul alıb, həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs9 dəymiş 14000 manat maddi ziyandan 9000 manatını, Zərərçəkmiş şəxs1 dəymiş 1800 manat maddi ziyandan 1400 manatını qaytarmış, sonuncu ilə qalan 400 manat pulu yaxın zamanda ödəyəcəyi barədə razılaşmışlar. Digər zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı isə tamamilə ödəmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, qızı Xədicə Allahverdiyeva 2021-ci ildə orta məktəbi bitirmiş, ali məktəbə qəbul olmaq üçün X14 keçirdiyi imtahanda iştirak etmiş, imtahanda az bal toplamış, universitetə qəbul ola bilməmişdir. Qızının universitetə qəbul olunması üçün vasitələr axtarmağa başlamış, 2023-cü ilin avqust ayında tanışlarına qızını universitetə düzətmək istədiyini və bunun üçün adam axtardığını bildirmişdir. Tanışları ona Sabirabad rayonunda Təqsirləndirilən şəxs adlı şəxs olduğunu, universitetə və kollecə tələbə düzəldə bildiyini bildirmişlər. Təqsirləndirilən şəxs mobil nömrəsini tapmış, ona zəng vurmuş və onunla görüşmək istədiyini bildirmişdir. 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs avtomobili ilə yaşadığı Şirvan şəhəri, Bayramlı qəsəbəsinə gəlmiş, Təqsirləndirilən şəxs avtomobilinə əyləşmiş, Təqsirləndirilən şəxs qızı Xədicə Allahverdiyevanı tibb kollecinə düzətmək istədiyini bildirmiş, o da qızını tibb kollecinə düzəldə biləcəyini, bunun üçün 7000 manat pul lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla 5000 manat pul müqabilində razılaşmışlar. Yaşadığı evə getmiş, evdən 5000 manat pul götürmüş, 2023-cü ilin avuqst ayında Şirvan şəhəri, Bayramlı qəsbəsi, Sabir küçəsində Təqsirləndirilən şəxs nağd şəkildə 5000 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan almış və onun qızını tezliklə Tibb kollecinə düzəldəcəyini bildirmişdir. 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs zəng vurmuş, qızını nə zaman kollecə düzəldəcəyini soruşmuş, sonuncu ona səbirli olmasını bildirmişdir. Bundan sonra hər dəfə Təqsirləndirilən şəxs zəng vurub ondan qızını kollecə nə zaman düzəldəcəyini soruşsa da o, hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Fərhadın yaşadığı evə getmiş, ondan pulunu istəmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamış, bundan sonra polis şöbəsinə müraciət etmək qərarına gəlmişdir. Hazırda isə ona dəymiş ziyan tamamilə ödənilmiş, heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs8 bildirmişdir ki, 2024-ü ilin aprel ayında tanışı Şahid2 bildirmişdir ki, ona iş lazımdır. Ramil ona bildirmişdir ki, “Fərhad adlı şəxs var. Həmin şəxs işə adam düzəldə bilir. Səni onunla tanış edərəm.” O, Ramil ilə razılaşmış, sonuncu onu Fərhad ilə tanış etmişdir. Fərhad və Ramil ilə ilk dəfə Şirvan şəhəri, Namiq Xəlilov küçəsində görüşmüşlər. Fərhada bildirmişdir ki, Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə işə düzəlmək istəyir. Fərhad ona bildirmişdir ki, çox adamı işə düzəldib. Onu Müdafiə Nazirliyinin Xüsusi Təyinatlılar olan bölməsinə işə düzəldə bilər. İşə düzəlmək üçün isə 5000 manat pul lazımdır. Fərhad ilə razılaşmış, bundan sonra Fərhad yaşadığı evin küçəsindən getmişdir. 16 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurmuş, pulu hazır edib-etmədiyini soruşmuşdur. Fərhada bildirmişdir ki, 2000 manat pul düzətmişdir. Fərhad pulu onun kart hesabına göndərməsini bildirmiş və kartın şəklini ona göndərmişdir. 16 aprel 2024-cü il tarixdə saat 17:05-də “Birbank” mobil tətbiqi vastəsilə Təqsirləndirilən şəxs məxsus olan "xxxx"-a aid “**********855231” saylı kart hesabına 2000 manat pul göndərmiş, pulu göndərdikdən sonra Fərhada zəng vurmuş, kart hesabına 2000 manat pul göndərdiyini bildirmişdir. Fərhad da ona qalan pulu sabah nağd şəkildə gəlib alacağını bildirmişdir. 17 aprel 2024cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs ona zəng vurmuş, yaşadığı evin küçəsində olduğunu bildirmişdir. Evdən 2000 manat pul götürüb küçəyə çıxmış, küçədə Təqsirləndirilən şəxs 2000 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan aldıqdan sonra onu Müdafiə Nazirliyinə aparacağını, orada qəbuldan keçəcəyini, sonra işə düzələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə razılaşmış, 11 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurmuş, kart hesabına 500 manat pul göndərməsini, onun üçün xəstəxanadan sənəd almalı olduğunu demişdir. Həmin tarixdə Şirvan şəhərində yerləşən yaşadığı evdə olan zaman “Birbank” proqramı vastəsilə Təqsirləndirilən şəxs məxsus olan kart hesabına 500 manat pul göndərmiş, sonra Təqsirləndirilən şəxs zəng vurmuş, ona pulu göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan xəbər gözləməsini, onun sənədlərini hazırladığını bildirmişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının sonlarında zəng vurmuş, ondan nə zaman işə düzələcəyini soruşmuş, o isə hər dəfə müxtəlif bəhanələr gətirərək nə pulunu qaytarmış, nə də ki, onu işə düzəltmişdir. Təqsirləndirilən şəxs onu aldatması nəticəsində ona N manat maddi zərər dəymişdir. Hazırda isə ona dəymiş ziyan tamamilə ödənilmiş, heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs5 bildirmişdir ki, 2024-cü ilin may ayında arvadı Şahid4 ona Sabirabad rayon sakini Fərhad adlı şəxsin Şirvan ŞMX-yə işə adam düzəldə bildiyini demişdir. Arvadına Təqsirləndirilən şəxs ilə danışmasını, əgər onu işə düzəldə bilirsə düzəltməsini bildirmişdir. 2-3 gündən sonra aravadı ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ona bildirib ki, onu Şirvan ŞMX-yə xadiməçi işinə düzəldə bilər. Bunun üçün 3600 manat pul lazımdır. Evdən 3600 manat pul götürüb arvadına vermişdir ki, Təqsirləndirilən şəxs versin. 2024-cü ilin may ayında arvadı Təqsirləndirilən şəxs 3600 manat pul verdiyini, Təqsirləndirilən şəxs ona 3 aydan sonra işə çıxacağını dediyini bildirmişdir. Bundan başqa Şirvan şəhəri, Niyazi küçəsində evinin vardır və həmin evi adına sənədləşdirməmişdir. 2024-cü ilin avqust ayında arvadı ona bildirmişdir ki, Təqsirləndirilən şəxs evi sənədləşdirmək istədiklərini bildirmiş, sonuncu da həmin evi adına sənədləşdirə biləcəyini, bunun üçün 1500 manat pul lazım olduğunu demişdir. 2024-cü ilin avqust ayında Təqsirləndirilən şəxs ona zəng vurmuş, bildirmişdir ki, Şirvan şəhəri, Niyazi küçəsində yerləşən evini adına sənədləşdirə bilər. Bunun üçün 1500 manat pul lazımdır. Təqsirləndirilən şəxs ilə razılaşmış, sonuncu ona 1500 manat pulu verməsini bildirmişdir. Həmin vaxt evdə olmamış, qonşusu Şahid6 zəng vuraraq yaşadığı evə getməsini, arvadından 1500 manat pul alıb Təqsirləndirilən şəxs verməsini bildirmişdir. Samir yaşadığı evə gedib, arvadından 1500 manat pul alıb Təqsirləndirilən şəxs vermişdir. 2024-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs dəfələrlə zəng vurub arvadının nə zaman işə düzələcəyini və evinin adına nə zaman sənədləşəcəyini soruşmuş, o isə hər dəfə müxtəlif bəhanələr gətirərək, nə arvadını işə düzətmiş, nə də ki, yaşadığı evi adına sənədləşdirmişdir. Hazırda isə ona dəymiş ziyan tamamilə ödənilmiş, heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs6 bildirmişdir ki, oğlu 2024-cü ilin iyul ayında hərbi xidmətdən qayıtmış, oğlu üçün iş axtarmağa başlamışdır. Ona tanışları bildirmişdir ki, Sabirabad rayonu, Şıxsalahlı kəndində Təqsirləndirilən şəxs adlı şəxs var, həmin şəxs işə adam düzəldə bilir. Təqsirləndirilən şəxs zəng vurmuş, bildirmişdir ki, oğlunu işə düzətmək istəyir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, oğlunu Müdafiə Nazirliyinin hərbi hissəsinə işə düzəldə bilər, bunun üçün oğlu ilə görüşmək istəyir. Təqsirləndirilən şəxs mobil nömrəsini oğlu Şahid7 vermiş, oğlu Təqsirləndirilən şəxs zəng vurmuş, Təqsirləndirilən şəxs oğluna bildirmişdir ki, onunla Bakı şəhərinə gedəcəklər, orada onun işini danışacaqdır. 2024-cü ilin iyul ayında Təqsirləndirilən şəxs oğluna görüşmələri üçün zəng vurmuşdur. Oğlu Təqsirləndirilən şəxs ilə görüşmək üçün getmiş, həmin günü oğlu ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə görüşüb, sonuncu onu Bakı şəhərinə aparıb. Ona bildirdib ki, onu Müdafiə Nazirliyinin hərbi hissəsinə işə düzəldə bilər. Bunun üçün N manat pul lazımdır. Evdən N manat pul götürüb oğluna vermiş, oğlu 2024-cü ilin iyul ayında Təqsirləndirilən şəxs ilə görüşüb həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onu aldatması nəticəsində ona N manat maddi zərər dəymişdir. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmiş, heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs7 bildirmişdir ki, 2021-ci ildə ali məktəbi bitirmiş, 2021-ci ildə ona Səfərbərlik xidmətinin Şirvan şöbəsindən çağrış vəsiqəsi gəlmiş, Səfərbərlik xidmətinin Şirvan şöbəsinə getmiş, oradan onu həkim komissiyasına göndərmişlər. Həkimlər rəy vermişdir ki, hərbi xidmətə yararsızdır. Həmin vaxt ona bildirmişlər ki, 3 ildən sonra yenidən həkim komissiyasından keçəcəksən. 2024-cü ilin oktyabr ayında Səfərbərlik xidmətinin Şirvan şöbəsinin həkim komissiyasından çağırılacağı üçün vasitələr axtarmağa başlamış, tanışları ona bildirmişlər ki, Sabirabad rayonu Şıxsalahlı kəndində Təqsirləndirilən şəxs var, həmin şəxs onu hərbi xidmətdən saxlatdıra bilər. Təqsirləndirilən şəxs mobil nömrəsini tapmış, 2024-cü ilin avqust ayında Təqsirləndirilən şəxs zəng vurmuş, Təqsirləndirilən şəxs ona Şirvan şəhəri, Nəriman Nərimanov parkında yerləşən çay evində görüşmələrini bildirmişdir. 2024-cü ilin avqust ayında Təqsirləndirilən şəxs ilə Şirvan şəhəri, Nəriman Nərimanov parkında yerləşən çay evində görüşmüşlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, Səfərbərlik xidmətinin Şirvan şöbəsi onu oktyabr ayında həkim komissiyasına göndərəcək. Hərbi xidmətə getmək istəmir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həkim komissiyasında işləyən həkimlər tanışlarıdır. Onlara pul verib onu hərbi xidmətə növbəti çağrışdan saxlatdıra bilər. Bunun üçün 6000 manat pul lazımdır. Fərhada 6000 manat pulu olmadığını, 5100 manat pulu olduğunu bildirmiş və razılaşmışlar. 2024-cü ilin sentyabr ayının əvvələrində Təqsirləndirilən şəxs ona zəng vurmuş, bildirmişdir ki, pulu versin, həkimlər ilə görüşməyə gedir. Evdən 5100 manat pul götürmüş, Şirvan şəhəri, X13 küçəsində yerləşən binalarının qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs nağd şəkildə 5100 manat pul vermiş, sonuncu pulu ondan almış, bildirmişdir ki, onu Səfərbərlik Xidmətinin növbəti çağırşından saxlatdıracaqdır. Təqsirləndirilən şəxs ilə razılaşmış, 2024-cü ilin oktyabr ayında Səfərbərlik xidmətindən həkim komissiyasına göndərilmişdir. Təqsirləndirilən şəxs zəng vurub bu barədə məlumat vermiş, Təqsirləndirilən şəxs isə hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. 2024-cü ilin oktyabr ayında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən həbs edilmişdir. Təqsirləndirilən şəxs onu aldatması nəticəsində ona 5100 manat maddi zərər dəymişdir. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmiş, heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, dostu Hafiz Əsgərov 2024-cü ilin iyul ayında hərbi xidmətə çağırılmışdır. Hafiz Əsgərov ona müraciət edərək tanıdığı şəxs varsa onunla danışmasını və onu hərbi xidmətə növbəti çağrışdan saxlatdırmasını xahiş etmişdir. Tanışlarına hərbi xidmətə növbəti çağrışdan saxlatdıra bilən adam axtarırdığını bildirmiş və tanışları ona Təqsirləndirilən şəxs adlı şəxsi məsləhət görmüşlər. Təqsirləndirilən şəxs mobil nömrəsini tapmış, 01 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng vurmuş, onunla görüşmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə Şirvan şəhəri, 1 May küçəsində görüşmüş, ona bildirmişdir ki, dostu Hafiz Əsgərovu hərbi xidmətdən saxlatmaq istəyir. Təqsirləndirilən şəxs 2300 manat pulun müqabilində Hafiz Əsgərovu hərbi xidmətdən saxlatdıra biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Şirvan şəhəri, 1 May küçəsində 2300 manat pul vermişdir. 01 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq işin düzəlməsi üçün 300 manat da pul lazım olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona özünə məxsus olan "xxxx"-a aid “**********855231 nömrəli kartın şəklini atmış, 01 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs kart hesabına 300 manat pul göndərmişdir. 2024-cü ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng vurmuş və bildirmişdir ki, sənədləri düzətmək üçün Bakı şəhərinə gedir, bunun üçün 300 manat pul lazımdır. 2024-cü ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs ilə Şirvan şəhəri, Heydər Əliyev prospektində görüşmüş, Təqsirləndirilən şəxs 300 manat pul vermişdir. 2024-cü ilin oktyabr ayının əvvələrində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs pulunu istəyən zaman o, hər dəfə müxtəlif bəhanələr gətirərək, nə pulunu geri qaytarmış, nə də ki, dostu Hafiz Əsgərovu hərbi xidmətdən saxlatdırmışdır. Hazırda isə ona dəymiş ziyan tamamilə ödənilmiş, heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs9 bildirmişdir ki, 2021-ci ilin mart ayından Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Əməliyyat bölmə rəisinin baş köməkçisi vəzifəsində xidmət edir. xx.xx.2024-cü ildə böyrəyi ağrıdığından müalicə almaq üçün Müdafiə Nazirliyinin Hospitalına getmiş, hospitalda əvvələr birlikdə işlədiyi Şahid8 görmüş, Şahid8 ilə görüşmüş, ona bildirmişdir ki, hazırda səhhəti yaxşı deyildir. Günel bundan sonra ona bildirmişdir ki, Fərhad adlı şəxs var, həmin şəxs hərbidə işləyən şəxsləri xəstəliklə təqaüdə çıxara bilir. Güneldən Təqsirləndirilən şəxs mobil nömrəsini almış, 12 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng vurmuş, ona mobil nömrəsini iş yoldaşı Güneldən aldığını, xəstəliklə təqaüdə çıxmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona 15000 manat pul müqabilində onu xəstəliklə təqaüdə çıxara biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə razşılaşmış, bundan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 4000 manat pulu kart hesabıma göndərsin, onun işini həll etmək üçün tanışları ilə əlaqə saxlayacaqdır. Sonra Təqsirləndirilən şəxs ona özünə məxsus olan "xxxx"-a aid “**********855231” saylı kart hesabının şəklini göndərmiş, pulu həmin karta göndərməsini bildirmişdir. 13 avqust 2024cü il tarixdə Müdafiə Nazirliyinin Hospitalının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov 3-də olduğu zaman özünə məxsus olan “**********932212” saylı “ABB” kart hesabından Təqsirləndirilən şəxs məxsus olan “**********855231” saylı kart hesabına 4000 manat pul göndərmiş, sonra Təqsirləndirilən şəxs zəng vurmuş, kart hesabına 4000 manat pul göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona tanışları olduğunu, onlarla görüşüb işini həll edəcəyini bildirmişdir. 14 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona məxsus olan mobil nömrəyə zəng vurmuş, pulun qalan hissəsini də istəmişdir. Ona bildirmişdir ki, qalan 11000 manat pulu da verəcəkdir. 16 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng vurmuş, pul hazır olduğunu, hazırda hospitalda olduğunu oradan çıxa bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, hospitala gəlib pulu ondan alacaqdır. Həmin gün Təqsirləndirilən şəxs ona yenidən zəng vurmuş, bildirmişdir ki, hospitala gələ bilmir, pulu Şahid8 versin, pulu Güneldən götürəcək. Təqsirləndirilən şəxs ilə razılaşmış, bundan sonra Şahid8 zəng vurmuş, bildirmişdir ki, Təqsirləndirilən şəxs ona bildirib ki, pulu ona versin. Günel həmin günü hospitala gəlmiş, Şahid8 11000 manat pul vermiş, Şahid8 pulu ondan alıb getmişdir. 16 avqust 2024-cü il tarixdə Şahid8 ona “Whatsapp” mobil tətbiqi vastəsilə görüntülü zəng vurmuş, sonra Təqsirləndirilən şəxs göstərmiş, Günel Təqsirləndirilən şəxs 11000 manat pul vermiş, Fərhad pulu Güneldən aldıqdan sonra bildirmişdir ki, onun işini həll edəcək. Sonra Şahid8 mobil telefonu söndürmüşdür. 17 avqust 2024-cü il tarixdə Şahid8 hospitala gəlmiş, Şahid8 ona 1000 manat pul vermiş, bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə danışıb. Puldan 1000 manat aşağı salıb. Bundan sonra Təqsirləndirilən şəxs ilə mütəmadi olaraq əlaqə saxlamışdır. O, hər dəfə ona bildirmişdir ki, onun işini tezliklə həll edəcəkdir. Lakin onu nə xəstəliklə təqaüdə çıxarmış, nə də ki, pulunu geri qaytarmamışdır. Məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxs həbsdən azad olunmaq məqsədilə onu yenidən aldadaraq ziyanın ödənilməsinə dair ərizə verməsinə nail olmuşdur. Təqsirləndirilən şəxs azadlığına qovuşacağı təqdirdə ona vurduğu ziyanı ödəmək imkanı olacağını bildirmiş, lakin azadlığa çıxdıqdan sonra ona dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Hazırda ona dəymiş 14000 manat maddi ziyan ödənilməmişdir. Ziyanın ödənilməsi ilə bağlı verdiyi ərizənin nəzərə alınmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmişlər. Onların ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai istintaqda Zərərçəkmiş şəxs1 ifadə verib göstərmişdir ki, 2021-ci ildə Şirvan şəhərində yerləşən su filtri satışı ilə məşğul olan şirkətdə Gülnar adlı qadın işləmişdir. Gülnar və Təqsirləndirilən şəxs tanış olduqlarını, Təqsirləndirilən şəxs həmin şirkətə teztez gəldiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında ona bildirmişdir ki, onu Şirvan ŞMX-yə xadimə işinə düzəldə bilər. Ona bildirmişdir ki, düzəldə bilirsə onu işə düzəltsin. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Şirvan ŞMX-yə xadimə işinə düzəlmək üçün 1800 manat pul lazımdır. Təqsirləndirilən şəxs ilə razılaşmış, 1800 manat pul tapmış, 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs ilə Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Cənnət Bağı” restoranında görüşmüş, Təqsirləndirilən şəxs 1800 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan almış, bildirmişdir ki, bir aydan sonra Şirvan ŞMX-yə işə çıxacaq. Fərhad ilə razılaşmış, 2023-cü ilin noyabr ayında Fərhada zəng vurub nə zaman işə çıxacağını soruşmuş, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 2023-cü ilin dekabr ayında işə çıxacaq. Təqsirləndirilən şəxs onu işə düzətməmiş, hər dəfə ondan nə zaman işə çıxacağını soruşsa da o, hər dəfə müxtəlif bəhanlər gətirməyə başlamışdır. 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onu Şirvan şəhərində yerləşən “Araz” silah zavoduna işə düzəldəcək. Təqsirləndirilən şəxs ilə razılaşmış, Təqsirləndirilən şəxs onu nə zaman işə düzəldəcəyini soruşduqda o, hər dəfə müxtəlif bahənlər gətirməyə başlamışdır. 2024-cü ilin mart ayında Təqsirləndirilən şəxs bildirmişdir ki, pulunu geri qaytarsın. Təqsirləndirilən şəxs mobil nömrəsini atası Şahid3 vermiş, atası Təqsirləndirilən şəxs zəng vurmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, qızından aldığı pulu geri qaytarsın. 2024-cü ilin mart ayında evdə olmadığı zaman Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlib atasına 1000 manat pul vermiş, Təqsirləndirilən şəxs bundan sonra zəng vurmuş, ona bildirmişdir ki, 800 manat pulunu da geri qaytarsın. Təqsirləndirilən şəxs isə ona bildirmişdir ki, ondan pul almamışdır. Təqsirləndirilən şəxs onu aldatması nəticəsində ona 1800 manat maddi zərər dəymişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs2 ifadə verib göstərmişdir ki, Sabirabad rayon sakini Təqsirləndirilən şəxs ilə 2022-ci ildə tanış olmuşdur. Həmin vaxt su filtri şirkətində işləmişdir. 2022-ci ildə yeməkxanada olduğu zaman Təqsirləndirilən şəxs da orada olmuş, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, su filtri xarab olub. Təqsirləndirilən şəxs yaşadığı evə su filtri ustası aparmış, usta Təqsirləndirilən şəxs su filtrini təmir etmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında ona bildirmişdir ki, onun “Vita” markalı avtomobili var. Həmin avtomobili su filtri şirkətinə icarəyə vermək istəyir. Həmin avtomobili idarə edərsən. Təqsirləndirilən şəxs ilə razılaşmış, Təqsirləndirilən şəxs “Vita” markalı avtomobili su filtri şirkətinə icarəyə vermiş, həmin avtomobili bir il idarə etmiş, sonradan su filtri şirkətindən işdən çıxmış, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs bildirmişdir ki, onu Müdafiə Sənayesi Nazirliyinin Araz zavoduna mühafizəçi işinə düzəldə bilər. Bunun üçün 4000 manat pul lazımdır. Hər ay 600-700 manat maaş alacaqdır. Təqsirləndirilən şəxs ilə razılaşmış, 2024-cü ilin fevral ayında Şirvan şəhəri, X13 prospektində yerləşən “Kür” marketin qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüş, Təqsirləndirilən şəxs 4000 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan almış, bildirmişdir ki, tezliklə işə çıxacaq. Bir neçə ay keçdikdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, nə vaxt işə çıxacaqdır. Təqsirləndirilən şəxs isə hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamış, sonra Təqsirləndirilən şəxs pulunu istəmişdir. Təqsirləndirilən şəxs onu aldatması nəticəsində ona 4000 manat maddi zərər dəydiyini, Təqsirləndirilən şəxs Pambuq zavoda qaraj müdiri vəzifəsinə işə düzətmək adı ilə ondan N manat pul almadığını, Şahid9 ilə birlikdə Təqsirləndirilən şəxs hədə-qorxu gələrək ondan pul tələb etmədiklərini, Salmandan Fərhaddan pulu almaqda ona köməklik göstərməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxs8 Fövqaladə Hallar Nazirliyinin hərbi hissəsində xidmət etmişdir. Oğlu hərbi xidmətdən 2023-cü ildə təxris olmuş, oğlu təxris olduqdan sonra özünə iş axtarmışdır. 2024-cü ilin aprel ayında oğlu Azər ona bildirmişdir ki, qonşuda yaşayan Şahid2 Fərhad adlı şəxsi tanıyır. Həmin şəxs onu hərbi xidmətə bərpa etdirə bilər. 2024cü ilin aprel ayında Ramil oğlu ilə birlikdə yaşadığı evə gəlmiş, Azər bildirmişdir ki, Ramil ilə danışmış, sonuncu ona bildirmişdir ki, tanışlarından eşidib ki, Fərhad adlı şəxs hərbi xidmətə adam düzəldə bilir. Azər Təqsirləndirilən şəxs mobil nömrəsini tapmış, zəng vurmuş, Fəhrad Xəlilov yaşadıqları evə gəlmiş, Azərə bildirmişdir ki, onu hərbi xidmətə bərpa etdirə bilər, bunun üçün N manat pul lazımdır. Oğlu Təqsirləndirilən şəxs ilə razılaşmış, 16 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs kart hesabına 2000 manat pul göndərmişdir. 17 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadıqları evin qapsına gəlmiş, oğlu evdən 2000 manat pul götürüb Şirvan şəhəri, Namiq Xəlilov küçəsində Təqsirləndirilən şəxs vermişdir. Fərhad pulu alıb getmişdir. 11 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs oğluna zəng vurmuş, bildirmişdir ki, 500 manat pulu kart hesabına göndərsin. Oğlu Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs kart hesabına 500 manat pul göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. Qızı 2023-cü ilin oktyabr ayında işsiz olmuş və iş axtarmışdır. Qızı evdə bir dəfə ona bildirmişdir ki, Sabirabad rayon sakini Təqsirləndirilən şəxs adlı şəxs var, onu Şirvan ŞMX-yə işə düzəldəcək. Bunun üçün Təqsirləndirilən şəxs 1800 manat pul verib. 2024-cü ilin mart ayında qızı onun yaşadığı evdə olmuş, yaşadığı evin qapısı döyülmüş, qapını açmış, Təqsirləndirilən şəxs ona 1000 manat pul vermiş, bildirmişdir ki, pulu qızı Bəsdiyə versin. Fərhaddan 1000 manat pulu almış, sonra Təqsirləndirilən şəxs avtomobilinə əyləşib getmişdir. Təqsirləndirilən şəxs ona verdiyi 1000 manat pulu qızı Bəsdiyə vermiş, qızı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul verən zaman onun yanında olmamışdır. Məhkəmə iclasında Müdafiəçi2 vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs atası ona zəng vuraraq Bakı şəhərinə getmək lazım olduğunu bildirmişdir. Onun təklifinə razılaşdıqdan sonra Zərərçəkmiş şəxs9 olduğu yerin yerləşdiyi məkanı telefon vasitəsi ilə onlara göndərmişdir. Bundan sonra o Fədai Xəlilovla birlikdə Bakı şəhərinə gedərək Gənclikdə, Koroğlu parkında yerləşən hazırda adını xatırlmadığı kafelərin birində onunla görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs atası, yəni Fədai Xəlilov Zərərçəkmiş şəxs9 onun yanında 9000 manat pulu sayaraq ona vermiş, qalan pulu da Fərhad həbsdən çıxdıqdan sonra verəcəyini demişdir. Aralarında olan razılıqdan sonra Zərərçəkmiş şəxs9 9000 manat pulu almasının ardınca həmin məbləğdə pulun ödənilməsi barədə ərizə vermişdir. Aralarında olan razılaşmadan sonra ərizəni Fədai Xəlilov ondan almış və onunla birlikdə Şirvan şəhərinə qayıtmışdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq şahidlər Şahid2, Şahid9, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8 məhkəmə iclasına gəlməmiş, onların ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid9 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaqda Şahid2 ifadə verib göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Tanışlarından Sabirabad rayon sakini Təqsirləndirilən şəxs işə adam düzətməsini eşitmişdir. 2024-cü ilin aprel ayında qonşusu Zərərçəkmiş şəxs8 ona bildirmişdir ki, hərbi xidmətdən təxris olub. Yenidən hərbi xidmətə getmək istəyir. Ondan onu Müdafiə Nazirliyinin hərbi hissəsinə xidmətə bərpa etmək üçün tanışlarının olub-olmamasını soruşmuş, ona bildirmişdir ki, Fərhad adlı şəxs eşitmişəm. Onun mobil nömrəsini tapıb sənə verərəm. Özün danışarsan. Təqsirləndirilən şəxs mobil nömrəsini tapmış, Fərhadın mobil nömrəsini Azərə vermiş, Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs zəng vurmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, səninlə görüşmək istəyirəm. 2024-cü ilin aprel ayında Fərhad, o və Azər Şirvan şəhəri, Namiq Xəlilov küçəsində görüşmüşlər. Fərhad Azərə bildirmişdir ki, səni hərbi xidmətə bərpa etdirə bilərəm. Bunun üçün 5000 manat pul lazımdır. Həmin pulun 2000 manatını indi verməlisən. Bundan sonra Azər bildirmişdir ki, hazırda 2000 manat pulu yoxdur. Sonra Təqsirləndirilən şəxs onlardan ayrılıb getmişdir. Zərərçəkmiş şəxs8 bildirmişdir ki, Fərhada pul vermə. Sənin işini həll etmədən səndən pul istəyir. Sonra yaşadığı evə getmiş, təqribən 20 gün sonra Zərərçəkmiş şəxs8 ona zəng vurmuş, bildirmişdir ki, Fərhada N manat pul verib. Ona bildirmişdir ki, gərək işin düzələndən sonra pulu verərdin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 aldadaraq N manat pulunu ələ keçirəcəyindən əvvəlcədən məlumatının olmadığını və həmin puldan Təqsirləndirilən şəxs ona vermədiyini bildirmişdir. İbtidai istintaqda Şahid9 ifadə verib göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 tanıyır. Həmin şəxslərlə münasibəti normaldır. Onlarla heç bir düşmənçilik və ədavəti yoxdur. Zərərçəkmiş şəxs2 2024-cü ilin aprel ayında ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ona borcu var. Bundan başqa Təqsirləndirilən şəxs onu işə düzətmək üçün ondan 4000 manat pul almışdır. Hazırda borcunu qaytarmır. Ona bildirmişdir ki, buna görə polisə müraciət etmək istəyir. Təqsirləndirilən şəxs tanıdığı üçün ona zəng vurmuş və mesaj yazmışdır ki, Zərərçəkmiş şəxs2 sənin barəndə polisə müraciət etmək istəyir. Təqsirləndirilən şəxs isə onu təhqir və təhdid etmişdir. Məqsədi Gülnar və Təqsirləndirilən şəxs barışdırmaq olduğunu, Təqsirləndirilən şəxs hədə-qorxu gəlmədiyini, ondan pul tələb etmədiyini, Təqsirləndirilən şəxs barəsində əsasız olaraq polisə müraciət etdiyini, Təqsirləndirilən şəxs heç bir vaxt pul istəmədiyini, Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ona borcu var. Həmçin onu işə düzətmək üçün ondan 4000 manat pul almışdır. Bundan sonra Təqsirləndirilən şəxs zəng vuraraq və mesaj yazaraq ondan Gülnara olan borcunu qaytarmasını və barışmalarını təklif etdiyini, Fərhatdan Zərərçəkmiş şəxs2 olan borcunu ödəməsini xahiş etdiyini, çünki onların əvvələr dost olduqlarını, onları 2-3 aydır ki, tanıdığını, Təqsirləndirilən şəxs ona borcunun olmadığını, ondan heç vaxt özü üçün pul istəmədiyini bildirmişdir. İbtidai istintaqda Şahid4 ifadə verib göstərmişdir ki, qaynatasigilin qonşuluğunda Solmaz adlı şəxs yaşayır. 2024- cü ilin may ayında qaynatasıgilə getmiş, qaynatasigilin qonşusu Solmaz adlı qadınla söhbət edən zaman ona bildirmişdir ki, hazırda işsizəm. İşləmək istəyirəm. Solmaz bundan sonra ona bildirmişdir ki, onun qohumu Təqsirləndirilən şəxs adlı şəxs var. Fərhad işə adam düzəldə bilir. Solmaz adlı qadına bildirmişdir ki, Təqsirləndirilən şəxs mobil nömrəsini mənə ver. Onunla danışım. Solmaz Təqsirləndirilən şəxs mobil nömrəsini ona vermiş, Təqsirləndirilən şəxs zəng vurmuş, bildirmişdir ki, mobil nömrəni qohumun Solmazdan almışam. İşə düzəlmək istəyirəm. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, səni Şirvan ŞMX-na işə düzəldə bilərəm. Təqsirləndirilən şəxs ilə razılaşmış, Təqsirləndirilən şəxs ilə mobil telefon ilə danışdıqdan 2-3 gün sonra Təqsirləndirilən şəxs ona zəng vurmuş, bildirmişdir ki, Solmazgilə gəl. Solmazın yaşadığı Şirvan şəhəri, Xudu Məmmədov küçəsində yerləşən evə getmiş, Təqsirləndirilən şəxs Solmazın yaşadığı evin həyətində olmuş, Təqsirləndirilən şəxs ilə söhbət etmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, işə düzəlmək istəyirəm. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, səni Şirvan ŞMX-na xadiməçi işinə düzəldə bilərəm. Bunun üçün 3600 manat pul lazımdır. Təqsirləndirilən şəxs ilə razılaşmış, yaşadığı evə getmiş, əri Zərərçəkmiş şəxs5 3600 manat pul almış, 2024-cü ilin may ayında Solmazın yaşadığı evə getmiş, Solmazın yanında 2024-cü ilin may ayında Şirvan şəhəri, Xudu Məmmədov küçəsində Təqsirləndirilən şəxs 3600 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan almış, bildirmişdir ki, 3 aydan sonra işə çıxacaqsan. Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Bundan başqa 2024-cü ilin avqust ayında Təqsirləndirilən şəxs bildirmişdir ki, Şirvan şəhəri, Niyazi küçəsindən ev almışıq. Həmin evi ərim adına sənədləşdirmək istəyir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 1500 manat müqabilində həmin evi ərinin adına sənədləşdirə bilərəm. Ərinin mobil nömrəsini Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs ərinə zəng vurmuş, 2024-cü ilin avqust ayında əri ona zəng vurmuş, bildirmişdir ki, qonşumuz Samirə 1500 manat pul ver. Samir həmin pulu Təqsirləndirilən şəxs verəcək. Həmin günü Samir yaşadıqları evə gəlmiş, evdən 1500 manat pul götürüb Samirə vermişdir. Təqsirləndirilən şəxs onu Şirvan ŞMX-na işə düzətmək üçün verdiyi 3600 manat pul və ərinin qonşuları Samir vasitəsilə Fərhada göndəriyi 1500 manat pul ərinə məxsus olduğunu bildirmişdir. İbtidai istintaqda Şahid5 ifadə verib göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşının kürəkənidir. Tanışlardan eşitmişdir ki, Təqsirləndirilən şəxs işə adam düzəldə bilir. 2024-ci ilin may ayında qonşusu Şahbabagildə olmuş, həmin vaxt Şahbabanın gəlini Şahid4 da evdə olmuşdur. Şahid4 bildirmişdir ki, iş axtarır. Ona bildirmişdir ki, Fərhad adlı şəxs var. O, işə adam düzəldə bilir. Fərhadın arvadına zəng vurmuş, ondan Fərhadın işə adam düzəldə bildiyini soruşmuş, o, isə bildirmişdir ki, bilmir. Bir müddət sonra Təqsirləndirilən şəxs Şahbabanın yaşadığı evin qapsına gəlmiş, Şəfəq və Fərhadı tanış etmiş, Fərhad və Şəfəq aralarında söhbət aparmışlar. Bir neçə gün sonra Şəfəq yaşadığı evin küçəsində Təqsirləndirilən şəxs pul vermişdir. Həmin pulun nə qədər olmasından heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs Şahid4 aldığı puldan ona vermədiyini, Təqsirləndirilən şəxs Şahid4 aldadaraq 3600 manat pulunu ələ keçirməsindən əvvəlcədən məlumatının olmadığını bildirmişdir. İbtidai istintaqda Şahid6 ifadə verib göstərmişdir ki, 2024-cü ilin avqust ayında qonşusu Zərərçəkmiş şəxs5 ona zəng vurub bildirmişdir ki, evdə yoxdur. Fərhad adlı şəxsə 1500 manat pul verməlidir. Ondan xahiş etmişdir ki, arvadı Şəfəqdən 1500 manat pul alıb Təqsirləndirilən şəxs versin. Zərərçəkmiş şəxs5 yaşadığı evə getmiş, Şahid4 ona 1500 manat pul vermiş, həmin pulu Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətin qarşısında Təqsirləndirilən şəxs vermiş, Fərhad pulu ondan alıb getmişdir. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs nə üçün pul verməsindən heç bir məlumatının olmadığını bildirmişdir. İbtidai istintaqda Şahid7 ifadə verib göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə hərbi xidmətə getmiş, 13 iyul 2024-cü il tarixdə hərbi xidmətdən geri qayıtmış, hərbi xidmətdən geri qayıtdıqdan sonra iş axtarmağa başlamış, anası Svetlana ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs var. Həmin şəxs işə adam düzəldə bilir. Bundan sonra anası Təqsirləndirilən şəxs mobil nömrəsini ona vermiş, Təqsirləndirilən şəxs zəng vurmuş, bildirmişdir ki, Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə işə düzəlmək istəyir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narhat olma, səni işə düzəldəcəm. Bunun üçün N manat pul lazımdır. 26 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurmuş, pulun hazır olub-olmadığını soruşmuş, ona bildirmişdir ki, anam Svetlana N manat pul hazırlayıb. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Hacıqabul rayonuna gəlib pulu səndən gəlib götürüəcəm. Təqsirləndirilən şəxs ilə razılaşmış, Təqsirləndirilən şəxs ilə 26 iyul 2024-cü il tarixdə Hacıqabul rayonunda yerləşən “Hacıqabul” marketin qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs idarə etdiyi avromobilə əyləşmiş, avtomobildə Təqsirləndirilən şəxs N manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan almış, bildirmişdir ki, Bakı şəhərinə gedək. Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhərinə getmişlər. Təqsirləndirilən şəxs onu Bakı şəhərində yerləşən bir xəstəxanaya aparmış, özü xəstəxananın həyətində gözləmiş, ona bildirmişdir ki, gedib boyunu ölçdür. Xəstəxanada boyunu ölçdürmüş, sonra Təqsirləndirilən şəxs yanına getmiş, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, narhata olma səni işə düzəldəcəm. Həmin müddətdən sonra hər dəfə Təqsirləndirilən şəxs zəng vurub nə zaman onu işə düzəldəcəyini soruşmuş, o isə hər dəfə müxtəlif bəhanələr gətirərək onu nə işə düzətmiş, nə də ki, pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs verdiyi N manat pulun anasına məxsus olduğunu bildirmişdir İbtidai istintaqda Şahid8 ifadə verib göstərmişdir ki, hazırda Müdafiə Nazirliyin “N” saylı hərbi hissəsində xidmət edir. Təqsirləndirilən şəxs 2 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs ilə münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, işə adam düzəldə bilir. Həmçinin hərbidən xəstəliklə təqaüdə adam çıxara bilir. 12 avqust 2024-cü il tarixdə Müdafiə Nazirliyin Hospitalında müalicə alan əvvələr iş yoldaşı olan Zərərçəkmiş şəxs9 yanına getmiş, Zərərçəkmiş şəxs9 ona bildirmişdir ki, böyrəkləri ağrıyır. Anara bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs var. Mən eşitmişəm ki, həmin şəxs hərbidən xəstəliklə təqüdə adam çıxara bilir. Zərərçəkmiş şəxs9 bildirmişdir ki, Fərhadın mobil nömrəsini sənə verim. Sən Fərhad ilə danış. Təqaüdə çıxmaq istəyirsənsə sənə köməklik etsin. Zərərçəkmiş şəxs9 Fərhadın mobil nömrəsini ondan almış, 16 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs9 ona zəng vurmuş, bildirmişdir ki, hazırda hospitaldadır. Təqsirləndirilən şəxs 11000 manat pul verməlidir. Lakin hospitaldan çıxa bilmir. Həmin pulu Təqsirləndirilən şəxs vermək lazımdır. Bundan sonra Müdafiə Nazirliyin Hospitalına getmiş, hospitalda Zərərçəkmiş şəxs9 ona sellofana bükülmüş halda pul vermiş, bildirmişdir ki, sellofanda pul var. Həmin pulu Fərhada ver. Həmin pulu Anardan alıb hospitaldan çıxmış, sonra Fərhada zəng vurmuş, Fərhatdan harada olduğunu soruşmuş, Fərhad ona bildirmişdir ki, hazırda Abşeron Gənclər şəhərciyində yerləşən “Abşeron” restoranındadır. Təqsirləndirilən şəxs dediyi restorana getmiş, orada Təqsirləndirilən şəxs ilə görüşmüş, Zərərçəkmiş şəxs9 ona verdiyi sellofan bükümdəki pulu Təqsirləndirilən şəxs vermiş, sonra “Whatcapp” mobil tətbiqi ilə görüntülü olaraq Zərərçəkmiş şəxs9 zəng vurmuş, Zərərçəkmiş şəxs9 mobil telefonu açmış, Təqsirləndirilən şəxs sellofan bükümü ondan alıb açmışdır. Bükümdə 11000 manat pul olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 bildirmişdir ki, sənin işini həll edəcəm. Bundan sonra Təqsirləndirilən şəxs ona 1000 manat pul vermiş, bildirmişdir ki, pulu götür. Həmin pulu götürmüş, sonra restorandan çıxmış, restorandan çıxdıqdan sonra Zərərçəkmiş şəxs9 zəng vurmuş, bildirmişdir ki, Fərhad mənə 1000 manat pul verdi. Həmin pulu 17 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs9 qaytarmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 aldatmasından əvvəlcədən məlumatının olmadığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 pulunu ondan götürdükdən sonra ona 1000 manat pul verdiyini, həmin pulu Zərərçəkmiş şəxs9 geri qaytardığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli, 4(032)-202/2024 saylı Şirvan Şəhər Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli Sabirabad Rayon İcra Hakimiyyəti Şıx Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəlik ərazisində yaşadığı müddətdə özünü işgüzar və nümunəvi bir şəxs kimi aparmışdır. Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs8 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pulu verməsini əyani göstərmişdir. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pulu verməsini əyani göstərmişdir. xx.xx.2025-ci il tarixli, 1(032)-30/2025 saylı Şirvan Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri dəyişdirilmiş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli, 4(032)-144/2025 saylı Şirvan Şəhər Məhkəməsinin qərarından görünür ki, Şirvan şəhər polis şöbəsinin icraatında ibtidai istintaqı aparılan digər cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müdddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. X1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 800 manat ziyandan 400 manatı ödənilmişdir. Qalan məbləğin ödənilməsi ilə bağlı razılığa gəlinmişdir. Hal-hazırda şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 4000 manat məbləğində ziyan tam şəkildə ödənilmişdir. Hal-hazırda şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs8 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs6 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs5 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 2900 manat məbləğində maddi ziyan atası X17 tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs7 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs4 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs9 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 14000 manat məbləğində ziyanın 9000 manatı Təqsirləndirilən şəxs atası Xəlilov Fədai tərəfindən ödənilmişdir. Vurulmuş ziyanın qalan hissəsi olan 5000 manat pulun ödənilməsi ilə bağlı razılığa gəlinmişdir. Hal-hazırda şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs9 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs və atası Xəlilov Fədainin onu növbəti dəfə aldatdığını, dəymiş ziyanı ödəmədiklərini bildirmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X8 xx.xx.2012ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı iki azyaşlı, xx.xx.2010-cu il təvəllüdlü X11 adlı bir yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 337.1-ci maddəsinə istinad edərək vəsatət qaldırmış, ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət etdiyini, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı əməlini etiraf etdiyini, dindirilməmiş şahidlərin və zərərçəkmiş şəxslərin dindirilməsinin sübutların məcmusuna yeni, əhəmiyyətli məlumat gətirməyəcəyini bildirmişdir. AR CMP-in 337.1.1-ci maddəsinə əsasən, məhkəmə cinayət prosesi tərəflərinin hər birini dinlədikdən sonra ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiqinin məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatəti təmin edə bilər. İş materiallarının araşdırılmasından müəyyən olunur ki: • Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə əməlini tam etiraf etmişdir; • Məhkəmədə dindirilmiş şəxslərin ifadəsi ilə istintaq zamanı ifadə vermiş, lakin məhkəmə iclasına gəlməyən şahidlərin və zərərçəkmiş şəxslərin ifadəsi mahiyyətcə üst-üstə düşür, hadisənin eyni faktiki halları təsdiqlənir; Məhkəmə hesab edir ki, mövcud sübutlar ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılması üçün kifayətlidir və əlavə şahidlərin və zərərçəkmiş şəxslərin dindirilməsi sübutların məcmusuna yeni, əhəmiyyətli məlumat gətirməyəcəkdir. Bu səbəbdən, CMP-nin 337.1 və 337.1.1-ci maddələrinin tələblərinə uyğun olaraq, dövlət ittihamçısının verdiyi vəsatət təmin edilmiş, sübutların tədqiqi məhkəmə istintaqında baxılmış materiallarla məhdudlaşdırılmışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalətvə humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. AR Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq məhkəmələrə izah edilsin ki, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CMnin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Bu baxımdan, talama cinayətlərinin predmetini istehlak dəyərinə malik olan istənilən maddi-əmtəə dəyəri, habelə istənilən maddi dəyərlərin ümumi ekvivalenti olan pul təşkil edə bilər. Talama cinayətləri fəal hərəkətlə törədilir. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakını götürmədən və (və ya) özünün, yaxud başqa şəxslərin xeyrinə keçirmədən ibarətdir. Talamanın istənilən forması subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında təqsirlə xarakterizə olunur. Təqsirkar özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü və (və ya) özünün və ya başqa şəxsin xeyrinə keçirdiyini dərk edir, bunun əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə) real maddi ziyan vuracağını qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir. Talamanın subyektiv cəhətinin daha bir zəruri əlaməti tamah məqsədinin olmasıdır. Dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.( Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair) Məhkəmənin mövqeyi-əmələ hüquqi qiymətlə bağlı Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsləri yalan vədlər verməklə özünə inandırmaqla müxtəlif vaxtlarda və müxtəlif üsullarla onların xeyli miqdarda pul vəsaitini ələ keçirmişdir. O, həmin vəsaitlərin heç bir hissəsini təyinatı üzrə xərcləmədiyini, şəxsi ehtiyaclarına sərf etdiyini etiraf etmişdir. Zərərçəkmiş şəxslər məhkəmədə verdiyi ifadələrində bu halları təsdiqləmiş, qeyd etmişlər ki, təqsirləndirilən şəxs etimad doğuran davranışları və ardıcıl yalan vədləri nəticəsində onların iradəsinə təsir göstərmişdir. Məhkəmə baxışı zamanı göstərilən məbləğlərin təqsirləndirilən şəxs tərəfindən alınması cinayət işinin materialları və məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri ilə sübut edilmişdir. Məhkəmə hesab edir ki, təqdim edilən sübutlar təqsirləndirilən şəxsin ittihamda göstərilən cinayət əməlini törətdiyini təsdiq edən, CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun etibarlı, mənbə baxımından etiraza səbəb olmayan, bir-birini tamamlayan və məntiqi ardıcıllıqla ümumi mənzərəni yaradan sübutlar sistemidir. Sübutların məcmusu əsasında cinayət əməli tam sübut olunmuş hesab edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin ehtiyac və arzularından xəbərdar olaraq, əvvəlcədən formalaşmış niyyətlə onlara qarşı inam və etibar yaratmış, əsassız və gerçəkliyi olmayan vədlər verməklə, bu yalan vədlər əsasında zərərçəkmiş şəxsləri aldadaraq və onların etibarından sui-istifadə etməklə xeyli miqdarda əmlakını ələ keçirmiş, sonradan verdiyi öhdəlikləri yerinə yetirməmiş, əmlakı şəxsi məqsədlərinə xərcləmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində göstərildiyi kimi, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədilmiş cinayət hesab olunur. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə tərəfindən ələ keçirilmiş müvafiq məbləğlərin bu maddədə nəzərdə tutulmuş maddi meyarın mövcudluğunu göstərir. Məhkəmə, eyni zamanda, nəzərə alır ki, bu cinayət özgənin mülkiyyət hüququna qəsd olmaqla bərabər, həm də cəmiyyətin hüquqi etimad münasibətlərinə, şəffaflığa və qarşılıqlı güvən mühitinə zərbə vurur. Belə əməllərin ictimai təhlükəlilik dərəcəsi yalnız maddi ziyanın miqdarı ilə deyil, həm də cəmiyyətin hüquqi təhlükəsizliyinə vurduğu zərərin dərinliyi ilə ölçülür. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs öz cinayət əməllərini yalnız aldatma və etibar istismarı yolu ilə deyil, həm də bu vədləri çoxsaylı təkrar müraciətlərlə, psixoloji təzyiq elementi daşıyan təcili pul tələbləri ilə müşayiət etmiş, nəticədə zərərçəkmiş şəxslərin iradəsini zəiflətmiş və onu qeyri-obyektiv vəziyyətə salaraq öz niyyətlərini həyata keçirmişdir. Bu hallar təqsirləndirilən şəxsin hərəkətlərində xüsusilə planlılıq və manipulyasiya elementlərinin olduğunu göstərir. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə və digər aidiyyəti hüquqi normalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun təqsirli bilinməsi üçün zəruri olan bütün hüquqi və faktiki əsasları təşkil edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə gəldiyi nəticələrlə yuxarıda təsvir olunan hüquq normalarının dispozitiv şərtlərini qarşılıqlı təhlil edərək qənaətə gəlir ki, Təqsirləndirilən şəxs subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında özgə əmlakını ələ keçirmək niyyətində olaraq bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və həqiqi məlumatların gizlədilməsi üsuli kimi aldadaraq və əmlakı ələ keçirmək məqsədi güdən şəxs olaraq əmlaka sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə etməklə özgələrinin nin əmlaklarını ələ keçirib təkrarən dələduzluq etmişdir. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Cəza məsələsinə dair məhkəmənin istinad etdiyi hüquq normaları: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir; CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Aparılmış məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsi CM-nin 59.1.14-cü, törətdiyi əməldən peşmanlıq hissi keçirməsi, yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmənin mövqeyi: Araşdırma zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs öz şəxsi tamah niyyəti ilə, ictimai münasibətlərdə etibar və inam mühitindən sui-istifadə etməklə, ardıcıl və planlı hərəkətlərlə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmiş, cəmiyyətin hüquqi təhlükəsizliyinə, fərdlərarası qarşılıqlı etimad münasibətlərinə ciddi zərbə vurmuşdur. Məhkəmə bu halları nəzərə alaraq qeyd edir ki, cinayət əməlində ictimai təhlükəlilik sadəcə vurulmuş maddi ziyanla ölçülmür, həm də hüquqi münasibətlər sistemində etimadın zədələnməsi ilə, cəmiyyətin hüquqi mühitinə olan inamın sarsıdılması ilə ölçülür. Belə cinayətlər hüquqi dövlətin fundamental dayaqlarından biri olan vətəndaşlar arasında hüquqi təhlükəsizlik və qarşılıqlı inam prinsipinə zərbə vurur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədləri sırasında yalnız sosial ədalətin bərpası deyil, həmçinin təqsirkar şəxsin islah olunması və başqaları tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması da durur. Bu baxımdan, cəzanın ictimai profilaktik təsiri, gələcəkdə bu növ əməllərin qarşısının alınması baxımından ictimai siqnal və preventiv funksiya daşıması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ağırlaşdırıcı hallar müəyyən etməmiş, lakin planlı və uzunmüddətli niyyətin mövcudluğu, vəsaitin tam şəkildə mənimsənilməsi, zərərin bir qisminin- Zərərçəkmiş şəxs9 qarşı hissədə tam ödənilməməsi və sonuncunun hazırda da şikayətçi olması, əməllərin çox epizodlu olması və zərərçəkmiş şəxslərin sayının çoxluğu, eləcə də cəmiyyət üçün nüfuzlu etibar mühitindən sui-istifadə edilməsi hallarını nəzərə alaraq, ictimai təhlükəliliyin yüksək səviyyədə olduğunu müəyyən etmiş və bu baxımdan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini zəruri hesab etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına və 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarına əsasən məhkəmələr cəza təyin edərkən fərdi yanaşma, ədalətlilik, cinayət və şəxsiyyətin təhlili, cəmiyyətin və zərərçəkmişin maraqlarının qorunması prinsiplərini rəhbər tutmalıdır. Cəzanın növü və miqdarı cəmiyyətə ötürüləcək hüquqi siqnal baxımından da mühüm əhəmiyyət daşıyır. Bu iş üzrə, azadlıqdan məhrum etmədən fərqli cəza təyin edilməsinin nə təqsirləndirilən şəxsin islahına, nə də gələcəkdə bu cür cinayətlərin qarşısının alınmasına yönəlik təsir gücü olmadığı qənaətinə gəlinmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 24 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Zərərçəkmiş şəxs(lər)ə maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı məhkəmədə ayrıca mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübutun və məhkəmə ekspertiza xərclərinin olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs(lər)ə maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı məhkəmədə ayrıca mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilsin. İş üzrə maddi sübutun və məhkəmə ekspertiza xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Əli İmanov
Məhkəmə qərarları › İş №1(032)-30/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-30/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver