Məhkəmə qərarları › İş №1(032)-31/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-31/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-31/2025 16.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat: 10:40 Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Əli-Bayramlı (indiki) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 69.3-cü maddəsinə əsasən 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtarmamış, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşımadan ibarət cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 05 noyabr 2024-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan Azad adlı şəxsdən əvvəlcədən aralarında olan razılıq əsasında Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Azpetrol” YDM-nin arxa tərəfində 25 manat pul müqabilində 0,62 qram narkotik vasitə qurudulmuş marixuananı, 0,569 qram narkotik vasitə heroini və 0,171 qram psixotrop maddə metamfetamini alaraq, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyıb, həmin tarixdə işlədiyi Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayının “Avropa” adlı zalına gəldikdən sonra həmin zalın birinci mərtəbəsində yerləşən sanitar qovşaqda həmin narkotik vasitələrdən istifadə etmək istəyərkən Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saat 15:05-dən saat 15:17-dək videoçəkiliş vasitəsi ilə keçirilmiş təxirəsalınmaz qaydada binalara, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbiri zamanı üzərində olan 1 ədəd “Kent” markalı siqaret qutusunu və 1 ədəd “Winston” markalı siqaret qutusunu unitaza atdıqdan sonra polis əməkdaşları tərəfindən həmin 2 ədəd siqaret qutusu unitazdan çıxarılmaqla hər ikisinə baxış keçirilən zaman 1 ədəd “Kent” markalı siqaret qutusunun içərisindən 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,24 qram və 0,09 qram, 1 ədəd tamlığı pozulmuş siqaretin içərisində təmiz çəkisi-0,29 qram, ümumi çəkisi-0,62 qram bitki mənşəli kütlələr tərkibində markotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, sellofan torbacıqda 1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi-0,569 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd “Winston” markalı siqaret qutusunun içərisində bir bükülü şəklində içiçə olan 2 ədəd qəbz kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-0,070 qram, 0,101 qram, ümumi çəkisi-0,171 qram olan kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, o, narkotik vasitə istifadəçidir, əvvəllər də narkotik vasitə istifadə etməsinə görə məhkum olunmuşdur. Belə ki, o adətən psixotrop maddə metamfetamin və narkotik vasitə heroin istifadə edir. Təxminən bir ildir ki, heroini damara inyeksiya edilməklə həftədə beş dəfə istifadə etmişdir. Narkotik vasitələri əsasən sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxsdən onun əvvəlcədən göndərdiyi yerdən götürmüşdür. 05 noyabr 2024-cü il tarixdə o, Yeganə şadlıq sarayında işdə olan zaman əvvəldən tanımadığı şəxslər tərəfindən paltar deyişilən otaqda narkotik vasitə olduğunu bildiyindən istifadə etmək üçün özü ilə götürüb sanitar otaqda boş olan bölmələrdən birinə keçmişdir. Orada üzərində olan sınıq şüşə qabı və narkotik vasitə heroini çıxarmış və istifadə etmək üçün hazırlayan zaman qapı döyülmüş, qapını açmağını bildirmişlər. O, qapını açmamış, sonra sağ cibində olan içərisində şpris və iynə olan “Winston” markalı siqaret qutusunu və içərisində narkotik vasitə və psixotrop maddə olan “Kent” markalı siqaret qutusunu unitaza atmışdır. Bu zaman qapı zorla açılmış, içəri girən şəxslər polis əməkdaşları olduqlarını bildirmişlər və onu bölmədən çölə çıxarmışlar. Sonra unitazdan siqaret qutuları çıxarılmış, videoçəkilişlə həmin iki ədəd siqaret qutusuna baxış keçirilmişdir. Videoçəkiliş zamanı isə polis əməkdaşı Təbriz adlı şəxs ona əvvəlcədən telefonunda tanımadığı şəxsin şəklini göstərərək narkotik vasitələri və psixotrop maddələri həmin Azad adlı şəxsdən almasını bildirməsini söyləmişlər. O, əvvəllər də cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan və üzərində məhkumluq olduğundan, həmçinin, polis əməkdaşları ona videoçəkiliş zamanı narkotik vasitəni Azad adlı şəxsdən almasını deməsə onun evindən daha ağır çəkidə narkotik vasitə çıxarılcağını və buna görə də ona daha ağır maddə ilə ittiham elan ediləcəyini bildirdiklərindən məcbur qalıb polis əməkdaşlarının dediyini etmişdir. O, qorxduğundan bu barədə ibtidai araşdırmanın bütün mərhələsində onunla bağlı olan istintaq hərəkətlərində nə vəkilinə, nə də məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən deməmişdir. Yalnız bir dəfə bu barədə müstəntiqə demiş, müstəntiq isə ona məhkəmədə olarkən deməsini bildirmişdir. Bundan başqa onun üzərində aşkar olunan narkotik vasitə və psixotrop maddənin miqdarı az olmuş, ittihamda miqdar daha çox göstərilmişdir. Buna görə özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXBnin polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 05 noyabr 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda, həmin narkotik vasitə və psixotrop maddələrin satışı, habelə istehlakı ilə məşğul olmasında şübhəli olması və Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayının “Avropa” zalının sanitar qovşağının birində narkotik vasitənin istehlakına hazırlıq görəcəyi barədə məlumat daxil olmuşdur. Bununla bağlı təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə müvafiq qərar qəbul edildikdən sonra həmin qərar əsasında şöbə rəhbərliyinin müvafiq əmri əsasında əməliyyat axtarış qrupu yaradılmışdır. Qrup üzvləri olaraq o, hazırda Şirvan şəhər Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 , Şirvan şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid4 ilə birlikdə videoçəkiliş müşaiyyəti ilə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayının həyətinə gəlmişlər və oradan bir başa şadlıq sarayının “Avropa” zalının birinci mərtəbəsində yerləşən sanitar qovşağa daxil olmuşlar. Sanitar qovşaqda olan kabinalar videoçəkiliş vasitəsi ilə qeydə alınmış, həmin vaxt sanitar qovşağın sol tərəfindən 5-ci sırada yerləşən kabinada Təqsirləndirilən şəxs unitazda oturaq vəziyyətdə şalvarının ortasında bükülülər saxlamasını və narkotik vasitəyə bənzər maddəni şpirislə qəbul etməsini görmüşlər. Kabinanın qapısı içərindən bağlı olduğundan və Təqsirləndirilən şəxs tərəfindən təklif olunarsa açmayacağına əminlik olduqdan sonra qapı tərəflərindən təpik zərbəsi ilə açılmış, Təqsirləndirilən şəxs tədbirinin gedişatına süni maneə yaratmasının qarşısının alınması üçün sonuncu kabinadan dəhlizə doğru çıxarılmış, daha sonra Təqsirləndirilən şəxs tərəfindən bəzi bükümlərin, həmçinin əynində olan şalvarın sağ və sol cibində olan siqaret qutularını unitaz istiqamətinə atdığından videoçəkiliş 30 saniyə müddətində dayandırılmış, sonra unitazdan atılan əşyalar çıxarılmış, sonra videoçəkiliş davam etdirilməklə unitazdan götürülmüş vasitələr sanitar qovşaqda olan qranitin üzərinə düzülərək baxış keçirilmiş, baxış zamanı 01 ədəd büküm açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd siqaret dənəsinin içərisindən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, digər kağız büküm açıldıqda içərisindən tünd rəngli, çürük vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, “Kent 8” markalı siqaret qutusunun içərisindən 01 ədəd kağız bükülüdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, daha sonra aşkar edilmiş kütlələr tərəflərindən qablaşdırılmış və müvafiq möhürlü kağızla bağlanmışdır. Sonra zərf oradan olan polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən Şirvan şəhər polis şöbəsinə gətirilmiş, polis şöbəsində keçirilmiş əməliyyat tədbirinə dair tərəfindən müvafiq protokol tərtib edilmiş və protokolu özü və digər iştirakçılar imzalamışlar. Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən nə videçəkilişdən öncə, nə də sonra təqsirləndirilən şəxsə qarşı fiziki və ya psixi zorakılıq halları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid2 ifadəsində göstərmişdir ki, 05 noyabr 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda, həmin narkotik vasitə və psixotrop maddələrin satışı, habelə istehlakı ilə məşğul olmasında şübhəli olması və Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayının “Avropa” zalının sanitar qovşağının birində narkotik vasitənin istehlakına hazırlıq görəcəyi barədə məlumat daxil olmuşdur. Bununla bağlı təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə Şirvan şəhər Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həmin qərar əsasında şöbə rəhbərliyinin müvafiq əmri əsasında əməliyyat axtarış qrupu yaradılmışdır. Qrup üzvləri ilə birlikdə videoçəkiliş müşaiyyəti ilə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayının həyətinə gəlmişlər və oradan bir başa şadlıq sarayının “Avropa” zalının birinci mərtəbəsində yerləşən sanitar qovşağa daxil olmuşlar. Sanitar qovşaqda olan kabinalar videoçəkiliş vasitəsi ilə qeydə alınmış, həmin vaxt sanitar qovşağın sol tərəfindən 5-ci sırada yerləşən kabinada Təqsirləndirilən şəxs unitazda oturaq vəziyyətdə şalvarının ortasında bükülülər saxlamasını və narkotik vasitəyə bənzər maddə şpirislə qəbul etməsini görmüşlər. Kabinanın qapısı içərindən bağlı olduğundan və Təqsirləndirilən şəxs tərəfindən təklif olunarsa açmayacağına əminlik olduqdan sonra qapı tərəflərindən təpik zərbəsi ilə açılmış, Təqsirləndirilən şəxs tədbirinin gedişatına süni maneə yaratmasının qarşısının alınması üçün sonuncu kabinadan dəhlizə doğru çıxarılmış, daha sonra Təqsirləndirilən şəxs tərəfindən bəzi bükümlərin, həmçinin əynində olan şalvarın sağ və sol cibində olan siqaret qutularını unitaz istiqamətinə atdığından videoçəkiliş 30 saniyə müddətində dayandırılmış, sonra unitazdan atılan əşyalar çıxarılmış, sonra videoçəkiliş davam etdirilməklə unitazdan götürülmüş vasitələr sanitar qovşaqda olan qranitin üzərinə düzülərək baxış keçirilmiş, baxış zamanı 01 ədəd büküm açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd siqaret dənəsinin içərisindən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, digər kağız büküm açıldıqda içərisindən tünd rəngli, çürük vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, “Kent 8” markalı siqaret qutusunun içərisindən 01 ədəd kağız bükülüdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, daha sonra aşkar edilmiş kütlələr tərəflərindən qablaşdırılmış və müvafiq möhürlü kağızla bağlanmışdır. Sonra zərf oradan olan polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən nə əməliyyat zamanı, nə də polis şöbəsində olarkən təqsirləndirilən şəxsə qarşı fiziki və ya psixi zorakılıq halları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər PŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 05 noyabr 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda, həmin narkotik vasitə və psixotrop maddələrin satışı, habelə istehlakı ilə məşğul olmasında şübhəli olması və Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayının “Avropa” zalının sanitar qovşağının birində narkotik vasitənin istehlakına hazırlıq görəcəyi barədə məlumat daxil olmuşdur. Bununla bağlı tərəfindən rəsmi qaydada Şirvan şəhər PŞnin rəhbərliyinə müraciət edilmişdir. Bundan sonra təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həmin qərar əsasında şöbə rəhbərliyinin müvafiq əmri əsasında əməliyyat axtarış qrupu yaradılmışdır. Qrup üzvləri olaraq o, PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, PŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və PŞ-nin PPXB-nin polis nəfəri Şahid4 təsdiq olunmuşdur. 05 noyabr 2024-cü il tarixdə saat 15 radələrində xidməti avtomobillərlə videoçəkiliş müşaiyyəti ilə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayının həyətinə gəlmişlər və oradan bir başa şadlıq sarayının “Avropa” zalının birinci mərtəbəsində yerləşən sanitar qovşağa daxil olmuşlar. Sanitar qovşaqda olan kabinalar videoçəkiliş vasitəsi ilə qeydə alınmış, həmin vaxt sanitar qovşağın sol tərəfindən 5-ci sırada yerləşən kabinada Təqsirləndirilən şəxs unitazda oturaq vəziyyətdə şalvarının ortasında bükülülər saxlamasını və narkotik vasitəyə bənzər maddə şpirislə qəbul etməsini görmüşlər. Kabinanın qapısı içərindən bağlı olduğundan və Təqsirləndirilən şəxs tərəfindən təklif olunarsa açmayacağına əminlik olduqdan sonra qapı tərəflərindən təpik zərbəsi ilə açılmış, sonra PPXB-nin polis nəfəri Şahid3 tərəfindən Təqsirləndirilən şəxs tədbirinin gedişatına süni maneə yaratmasının qarşısının alınması üçün sonuncu kabinadan dəhlizə doğru çıxarılmış, daha sonra Təqsirləndirilən şəxs tərəfindən bəzi bükümlərin, həmçinin əynində olan şalvarın sağ və sol cibində olan siqaret qutularını unitaz istiqamətinə atdığından videoçəkiliş 30 saniyə müddətində dayandırılmış, sonra unitazdan atılan əşyalar çıxarılmış, sonra videoçəkiliş davam etdirilməklə unitazdan götürülmüş vasitələr sanitar qovşaqda olan qranitin üzərinə düzülərək baxış keçirilmiş, baxış zamanı 01 ədəd büküm açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd siqaret dənəsinin içərisindən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, digər kağız büküm açıldıqda içərisindən tünd rəngli, çürük vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, “Kent 8” markalı siqaret qutusunun içərisindən 01 ədəd kağız bükülüdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, daha sonra aşkar edilmiş kütlələr tərəflərindən qablaşdırılmış və müvafiq möhürlü kağızla bağlanmışdır. Sonra zərf oradan olan polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən Şirvan şəhər polis şöbəsinə gətirilmiş, polis şöbəsində keçirilmiş əməliyyat tədbirinə dair tərəfindən müvafiq protokol tərtib edilmiş və protokolu özü və digər iştirakçılar imzalamışlar, sonra əməliyyat tədbirini özündə əks etdirən videogörüntü 1 ədəd DVD diskə köçürülmüş, bundan sonra tərəfindən raportla şöbə rəhərliyinə müraciət edilmiş, raporta maddi sübutlar, əməliyyat tədbirini özündə əks etdirən protokol və 1 ədəd DVD diskdə olan videogörüntü əlavə edilmiş, Təqsirləndirilən şəxs PŞ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı fiziki və ya psixi zorakılıq halları olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, 05 noyabr 2024-cü il tarixdə saat 15:05-dən saat 15:17-dək olan müddət ərzində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılan zaman bükümləri və əynində olan şalvarın sağ və sol yan cibində olan siqaret qutularını unitaz istiqamətində atdığından unitazdan həmin qutular götürülmüş, daha sonra həmin vasitələr sanitar qovşaqda qranit üzərində düzülərək baxış keçirilmiş, baxış zamanı 01 ədəd büküm açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması, 01 ədəd siqaret formasında içərisində qurudulmuş marixuanaya bənzər kütlə doldurulmuş vəziyyətdə olduğu halda təqdim olunmuş, 2-ci kağız bükülü açıldıqda içərisində tünd rəngli, çürük vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunur. Daha sonra “Kent 8” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükülünün içərisindən 1 ədəd kağız bükül aşkar olunmuşdur. Kağız bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Məhkəmə iclasında həmçinin, cinayət işi materiallarına əlavə edilmiş “Əməliyyat axtarış tədbirlərinn nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi” nə dair videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, 05 noyabr 2024-cü il tarixdə saat 15:05-dən saat saat 15:17-dək olan müddət ərzində PŞ-nin CABnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıldığı zaman üzərindən və həmin vaxt sanitar qovşaqda olan unitazdan çıxarılmış predmetlərə baxış keçirilmiş, baxış başlandıqdan sonra CAB-nin əməkdaşları tərəfindən qablaşdırılmış 1 ədəd zərf açılmış, zərf açılan zaman içərisindən 1 ədəd “Kent” markalı siqaret qutusu və 1 ədəd “Winston” markalı siqaret qutusu aşkar edilmiş, 1 ədəd “Kent” markalı siqaret qutusuna baxış keçirilən zaman içərisindən 1 ədəd dolu vəziyyətdə siqaret dənəsi, 4 ədəd kağız büküm və 1 ədəd siqaretin gümüşü kağızında büküm aşkar edilmiş, 2 ədəd kağız bükümün və 1 ədəd siqaret dənəsinin içərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd siqaretin gümüşü kağızında olan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, həmin kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmş, 1 ədəd kağız bükümdə olan kütlə 0,47 qr, 1 ədəd siqaret dənəsinin içərisində olan kütlə 0,97 qr, 1 ədəd kağız bükümdə olan kütlə 0,53 qr, 1 ədəd siqaretin gümüşü kağızında olan kütlə 1,08 qram olması müəyyən edilmiş, bundan sonra predmetler “Kent” markalı siqaret qutusunun içərisinə yığılmış, sonra 1 ədəd “Winston” markalı siqaret qutusunun içərisinə baxış keçirilmiş, baxış zamanı siqaret qutusunun içərisindən 1 ədəd sınıq şüşə ampula, 1 ədəd spris və iynəsi, 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdən ağ rəngli kristallik formalı kütlə aşkar edilmiş, həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş, 1 ədəd bükümdə olan kütlənin çəkisi 0,78 qram olaraq müəyyən edilmiş, sonra 1 ədəd sınıq vəziyyətdə olan şüşə ampula, 1 ədəd spris və iynəsi, 1 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə “Winston” markalı siqaret qutusunun içərisinə qoyulmuş, şifahi suallara cavab Elməddin Şabhazov bildirmişdir ki, ilkin üzərinə baxış keçirilən zaman 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə yerə düşmüş, həmin vaxt vaxt polis əməkdaşı tərəfindən 1 ədəd kağız bükümə yox, digər bükümə baxış keçirilmiş və bükümün içərisində heç bir kütlə olmamış, sonra polis əməkdaşı tərəfindən içərisində psixotrop maddəyə bənzər kütlə olan büküm içərisinə baxılmadan siqaret qutusunun içərisinə qoyulmuşdur. Həmin bükümdə olan kütlə psixotrop maddə metamfetamindir, özünə məxsusdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 18:40-da tutulmuşdur. “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya daxil olma və baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 05 noyabr 2024-cü il tarixdə saat 15:05-dən saat 15:17-dək olan müddət ərzində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılan zaman bükümləri və əynində olan şalvarın sağ və sol yan cibində olan siqaret qutularını unitaz istiqamətində atdığından unitazdan həmin qutular götürülmüş, daha sonra həmin vasitələr sanitar qovşaqda qranit üzərində düzülərək baxış keçirilmiş, baxış zamanı 01 ədəd büküm açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması, 01 ədəd siqaret formasında içərisində qurudulmuş marixuanaya bənzər kütlə doldurulmuş vəziyyətdə olduğu halda təqdim olunmuş, 2-ci kağız bükülü açıldıqda içərisində tünd rəngli, çürük vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunur. Daha sonra “Kent 8” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükülünün içərisindən 1 ədəd kağız bükül aşkar olunmuşdur. Kağız bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. “Əməliyyat axtarış tədbirlərinn nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 05 noyabr 2024-cü il tarixdə saat 15:05-dən saat saat 15:17-dək olan müddət ərzində PŞ-nin CABnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıldığı zaman üzərindən və həmin vaxt sanitar qovşaqda olan unitazdan çıxarılmış premdetlərə baxış keçirilmiş, baxış başlandıqdan sonra CAB-nin əməkdaşları tərəfindən qablaşdırılmış 1 ədəd zərf açılmış, zərf açılan zaman içərisindən 1 ədəd “Kent” markalı siqaret qutusu və 1 ədəd “Winston” markalı siqaret qutusu aşkar edilmiş, 1 ədəd “Kent” markalı siqaret qutusuna baxış keçirilən zaman içərisindən 1 ədəd dolu vəziyyətdə siqaret dənəsi, 4 ədəd kağız büküm və 1 ədəd siqaretin gümüşü kağızında büküm aşkar edilmiş, 2 ədəd kağız bükümün və 1 ədəd siqaret dənəsinin içərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd siqaretin gümüşü kağızında olan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, həmin kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmş, 1 ədəd kağız bükümdə olan kütlə 0,47 qr, 1 ədəd siqaret dənəsinin içərisində olan kütlə 0,97 qr, 1 ədəd kağız bükümdə olan kütlə 0,53 qr, 1 ədəd siqaretin gümüşü kağızında olan kütlə 1,08 qram olması müəyyən edilmiş, bundan sonra predmetler “Kent” markalı siqaret qutusunun içərisinə yığılmış, sonra 1 ədəd “Winston” markalı siqaret qutusunun içərisinə baxış keçirilmiş, baxış zamanı siqaret qutusunun içərisindən 1 ədəd sınıq şüşə ampula, 1 ədəd spris və iynəsi, 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdən ağ rəngli kristallik formalı kütlə aşkar edilmiş, həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş, 1 ədəd bükümdə olan kütlənin çəkisi 0,78 qram olaraq müəyyən edilmiş, sonra 1 ədəd sınıq vəziyyətdə olan şüşə ampula, 1 ədəd spris və iynəsi, 1 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə “Winston” markalı siqaret qutusunun içərisinə qoyulmuş, şifahi suallara cavab Elməddin Şabhazov bildirmişdir ki, ilkin üzərinə baxış keçirilən zaman 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə yerə düşmüş, həmin vaxt vaxt polis əməkdaşı tərəfindən 1 ədəd kağız bükümə yox, digər bükümə baxış keçirilmiş və bükümün içərisində heç bir kütlə olmamış, sonra polis əməkdaşı tərəfindən içərisində psixotrop maddəyə bənzər kütlə olan büküm içərisinə baxılmadan siqaret qutusunun içərisinə qoyulmuşdur. Həmin bükümdə olan kütlə psixotrop maddə metamfetamindir, özünə məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2024-cü il tarixli 18/897-18/898 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd “Kent” markalı siqaret qutusunun içərisində 2 ədəd kağız bükümdən birində təmiz çəkisi-0,24 qram, digər kağız bükümdə təmiz çəkisi-0,09 qram, 1 ədəd tamlığı pozulmuş siqaretin içərisində təmiz çəkisi-0,29 qram, ümumi çəkisi-0.62 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və həmin marixuanalar tərkiblərinə görə eynidir, sellofan torbacıqda 1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi-0,569 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd “Winston” markalı siqaret qutusunun içərisində bir bükülü şəklində iç-içə olan 2 ədəd qəbz kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-0,070 qram, 0,101 qram, ümumi çəkisi- 0,171 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir, 1 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampula və 1 ədəd 2 m-lik şpris və onun iynəsinin içərisində narkotik vasitə heroinin izləri və psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin plçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. Marixuananın ümumi çəkisi-0,62 qram, cəmi tədqiqata sərf olundu-0,06 qr (hər ob-0,02 qr), qalıq-0,56 qr. Heroinin təmiz çəkisi-0,569 qr, tədqiqata sərf olundu-0,05 qr, qalıq-0,519 qr. Metamfetaminin ümumi çəkisi-0,171 qr, cəmi tədqiqata sərf edildi-0,06 qr (hər ob-0,03 qr), qalıq-0,111 qr. xx.xx.2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(032)-210/2024 saylı qərarın surətindən görünür ki, vəsatət təmin edilmiş, xx.xx.1998-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şirvan şəhəri, Xəqani küçəsi ev 17, mənzil 25-də qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin tutulduğu andan, yəni 05 noyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5 ” X9 xx.xx.2024-cü il tarixli , 541 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. «Şirvan şəhər mərkəzi xəstəxanası» X9 xx.xx.2024-cü il tarixli, 18-1-35/2-1609/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın narkoloji kabinetində qeydiyyatda yoxdur. Ruhi-əsəb kabinetində “postravmatik stres pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 259173/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilən 01 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı hökmü xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinə daxil olmuş və məhkum xx.xx.2023-cü il tarixdə qeydiyyata düşmüşdür. xx.xx.2024-cü il tarixə kimi Təqsirləndirilən şəxs cəzasından 01 il 06 günü çəkilmiş, 09 ay 20 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X1 xx.xx.2024-cü il tarixli 7551 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2024-cü il tarixli 3589 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə edib qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)- 217/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 il 09 ay 26 gün azadlığından məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli 538 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç şikayət daxil olmamışdır. Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” İ-11311 nömrəli medalla, Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” İ-8400 nömrəli medalla, Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” İ-5235 nömrəli medalla, Azərbaycan Respublikasının 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” İ-68239 nömrəli medalla təltif edilmişdir; Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” olmaqla 80 manat pensiya alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərindən aşkar edilib götürülmüş narkotik vasiləri və psixotrop maddəni satış məqsədi ilə əldə etməməsi, həmçinin həmin narkotik vasitələrin və psixotrop maddənin miqdarının az olması, daha sonra polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddənin miqdarının artırılması, həmçinin, videoçəkiliş aparılmazdan öncə ona polis əməkdaşı tərəfindən ona daha ağır maddə ilə ittiham olunacağı barədə təzyiq olunmaqla narkotik vasitələri və psixotrop maddəni aldığı şəxsin məhz “Azad” adlı şəxs olmasını deməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarında qeyd olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində onunla bağlı olan istintaq hərəkətlərində vəkil iştirak edib, o bu barədə nə vəkilinə, nə də videoçəkilişdə narazılığını və ya etirazını bildirməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələr qurudulmuş marixuana və heroinin, eləcə də psixotrop maddə metamfetaminin ayrı-ayrı xırda bükümlərdə olmaqla ayrı-ayrı növlərdən olmasını, şahidlərin Təqsirləndirilən şəxs narkotik vasitələrin həmçinin satışı ilə məşğul olması barədə dəfələrlə Şirvan şəhər polis şöbəsinə əməliyyat məlumatının daxil olması barədə ifadələrini, ekspertiza rəylərini diqqətə alır, daxili inamını və yuxarıda sadalanan qanunvericilik normalarını, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarını rəhbər tutaraq təqsirləndirilən şəxsə qarşı düzgün ittihamın irəli sürülməsi qənaətinə gəlir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(032)-217/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 259173/2023 saylı məktubundan görünür ki, məhkum xx.xx.2023-cü il tarixdə qeydiyyata düşmüş, xx.xx.2024-cü il tarixə kimi Təqsirləndirilən şəxs cəzasından 01 il 06 günü çəkilmiş, 09 ay 20 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 18:40-da tutulmuşdur. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin ona törətdiyi əmələ münasibətdə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” İ-11311 nömrəli medalla, Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” İ-8400 nömrəli medalla, Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” İ-5235 nömrəli medalla, Azərbaycan Respublikasının 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” İ-68239 nömrəli medalla təltif edilməsi, yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən (“Vətən müharibəsi iştirakçısı” olmaqla medallarla təltif edilməsi, yaşayış yerindən müsbət xarakterizə olunması) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,56 qram olan narkotik vasitə qurudulmuş marixuana, 0,519 qram olan narkotik vasitə heroin, 0,111 qram olan psixotrop maddə metamfetamin , içərisində narkotik vasitə və psixotrop maddə izləri olan 1 ədəd şüşə ampula, 1 ədəd 2 m-lik şpris və iynəsi məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(032)-217/2023 saylı hökmü ilə təyin olunmuş və tutulduğu günə, yəni 05 noyabr 2024-cü il tarixə kimi çəkilməmiş 09 (doqquz) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəzalara qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia yoxdur. Ekspertiza tədqiqatının dəyəri – 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və çəkilməmiş qalan 09 (doqquz) ay 20 (iyirmi) gün müddəti CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 04 (dörd) ay 25 (iyirmi beş) müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,56 qram olan narkotik vasitə qurudulmuş marixuana, 0,519 qram olan narkotik vasitə heroin, 0,111 qram olan psixotrop maddə metamfetamin , içərisində narkotik vasitə və psixotrop maddə izləri olan 1 ədəd şüşə ampula, 1 ədəd 2 m-lik şpris və iynəsi məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş materiallarında olan 02 ədəd DVD disk cinayət işinin saxlama müddəti ərzində iş materillarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar