Məhkəmə qərarları › İş №1(032)-32/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-32/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-32/2023 02.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:00-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şahid1 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü Balayev Tunar Təqsirləndirilən şəxs oğlunun və xx.xx.2015-ci il təvəllüdlü Balayev Ümid Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Məlikova (Balayeva) Aynur Tahir qızına verilməsinə dair Şirvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(032)-801/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(032)-616/2021 saylı qərarı ilə səkkiz gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci il, xx.xx.2021-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən, xx.xx.2022-ci il tarixədək cəmi 6623 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Məlikova (Balayeva) Aynur Tahir qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Şahid1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Məlikova (Balayeva) Aynur Tahir qızı ilə ilə rəsmi ailə qurmuş, xx.xx.2013-cü il təvəllüdlü Balayev Tunar Təqsirləndirilən şəxs oğlu və xx.xx.2015-ci il təvəllüdlü Balayev Ümid Təqsirləndirilən şəxs oğlu adında övladları anadan olmuşdur. Bir müddət mehriban yaşalar da sonradan münasibətləri korlanmış və ayrılmaq qərarına gəlmişlər. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixl qətnaməsinə əsasən ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Məlikova (Balayeva) Aynur Tahir qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilməklə izahatlarım alınaraq məsuliyyətim izah edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təqsirli bilinərək səkkiz gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də Zərərçəkmiş şəxs (Balayeva) uşaqları ona göstərmədiyindən, həmçinin imkanı kifayət qədər yaxşı olmadığından ödəməli olduğu aylıq alimenti hər ay vaxtında ödəməmiş və nəticədə təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 6623 manat aliment borcu yaranmışdır. Övladlarına baxmalı olduğunu dərk edir, qətnamədə qeyd edilən aylıq aliment məbləği çox olduğundan və əvvəllər işləmədiyindən qeyd edilən qətnaməni icra edə bilməmişdir. Borcundan indiyədək zərərçəkmişə 490 manat pul vermişdir. Hazırda özünə Meyvəli ticarət mərkəzində iş tapmışdır və söz verir ki, işləyib bütün borcunu qaytaracaq. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs Şahid1 təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərdi ki, Şahid1 ilə rəsmi ailə qurmuş, xx.xx.2013-cü il təvəllüdlü Balayev Tunar Təqsirləndirilən şəxs oğlu və xx.xx.2015-ci il təvəllüdlü Balayev Ümid Təqsirləndirilən şəxs oğlu adında övladları anadan olmuşdur. Birlikdə yaşadıqları müddətlərdə ailəsinə və uşaqlarına baxmadığından Şahid1 ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da övladları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Ayrılandan sonra Şahid1 uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərmədiyindən ona qarşı məhkəmədə boşanma və aliment tələbinə dair iddia qaldırmış, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixl qətnaməsinə əsasən Şahid1 xx.xx.2018-ci il tarixdən hesablanmaqla, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Şahid1 dəfələrlə qətnamənin icrasından boyun qaçırmış, nəticədə xx.xx.2022-ci il tarixədək 6623 manat aliment borcu yaranmışdır. Şahid1 bir müddət icra məmuru işə düzəltmiş, həmin müddətlərdə aliment onun əmək haqqısına yönəldilmişdir. Şahid1 aliment borcundan 490 manat ödəmişdir. Hazırda Şahid1 azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini istəyir, belə hesab edir ki, təqsirləndirilən şəxs azadlıqda qalaraq aliment borcunu işləyib ödəyəcək. Məhkəmə istintaqında şahid qismində Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 801/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il il təvəllüdlü Balayev Tunar Təqsirləndirilən şəxs oğlunun və xx.xx.2015-ci il təvəllüdlü Balayev Ümid Təqsirləndirilən şəxs oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq borclu Şahid1 hər ay hər bir uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Məlikova (Balayeva) Aynur Tahir qızına verilməlidi. Göstərilən icra sənədi xx.xx.2018-ci il tarixdə Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Şahid1 qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirlərinin tətbiq olunması məqsədi ilə Şahid1 mülkiyyətində tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin müəyyən edilməsi məqsədi ilə icra tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu şöbəyə dəvət olunmuş, ona hüquq və vəzifələri izah olunmuş, izahatı alınmış və icra sənədi üzrə tələbi icra etməyəcəyi halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Alimentin ödənilməsi üçün Şahid1 dəfələrlə şifahi və rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq, üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şirvan Şəhər Məhkəməsinə təqdim edilmiş və məhkəmənin 3(032)-476/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Şahid1 təqsirli bilinərək on gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, məsuliyyəti Şahid1 elan olunmaqla bir daha xəbərdarlıq edilmiş, tələb yenə icra olunmamışdır. Şirvan şəhər Məhkəməsinin 3(032)-616/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Şahid1 təqsirli bilinərək yenidən səkkiz gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İcra sənədinin icrasının təmin olunması məqsədilə Şirvan şəhər Məhkəməsinin 8(032)-122/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Şahid1 ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Şahid1 öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tələbkara ödəməmiş, üzərinə düşən öhdəliyi icra etməyərək, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində X2 ifadəsində göstərmişdir ki, Şahid1 onun qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs Məlikova (Balayeva) Aynur Tahir qızı ilə rəsmi ailə qurmuş, xx.xx.2013-cü il təvəllüdlü Balayev Tunar Təqsirləndirilən şəxs oğlu və xx.xx.2015-ci il təvəllüdlü Balayev Ümid Təqsirləndirilən şəxs oğlu adında övladları anadan olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən qardaşı Şahid1 xx.xx.2018-ci il tarixdən hesablanmaqla, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Məlikova (Balayeva) Aynur Tahir qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş, qardaşı qətnaməni icra etmədiyindən səkkiz gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qardaşı Təqsirləndirilən şəxs 6623 manat aliment borcu yaranmışdır. Qardaşı Təqsirləndirilən şəxs qeyd edilən qətnamə qəbul edildikdən sonrakı müddət ərzində fəhlə və ya arabaçı kimi işləmiş, hazırda da bazarda işə düzəlmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Şahid1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v.62) Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şahid1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v 76-77) Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 13 saylı Ərazi Məşğullu filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Şahid1 xx.xx.2020-ci il tarixdən işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdadır. (i.v.88) Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının surətindən görünür ki, Şahid1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (i.v 92-93 ) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Şahid1 əvvəllər məhkum olunmamışdır (i.v.115) 26 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında qərardan görünür ki, Şahid1 barəsində axtarış elan edilmişdir.(i.v.125) 23 noyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid1 Gülhseyn oğlu xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində tutularaq Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. (i.v.131) 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin MSY-dən dərhal azad edilmişdir. (i.v.158) Cinayət işinə əlavə edilən xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Şahid1 tərəfindən istintaq zamanı Zərərçəkmiş şəxs xeyrinə aliment borcundan 400 manat ödənilmişdir (i.v 85 ) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Şahid1 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə, təqsirləndirilən şəxs Şahid1 oğlunun əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir, həmçinin zərərçəkmiş şəxsin onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə xahişini, təqsirləndirilən şəxsin yeni işə düzələrək aliment borcunu ödəməyə səy göstərməsini, yetkinlik yaşına çatmayan uşaqların mövqeyini, təqsirləndirilən şəxsin gənc olmasını, onun azadıqdan məhrum edildiyi təqdirdə mövcud maddi öhdəliyinin də icrasız qalacağını diqqətdən qaçırmır. Şahid1 oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmalı, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanlara yaşayış yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istinaq zamanı tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 04 (dörd) gün çıxılsın və qəti olaraq barəsində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Şahid1 yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 17 saylı evin 28 nömrəli mənzilini hər gün saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar