Məhkəmə qərarları › İş №1(032)-34/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-34/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-34/2024 07.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 09:41-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli,işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri Nefçilər küçəsi, ev 29-da qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tədbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 13 avqust 2023-cü il tarixdə saat 21 radələrində ictimai yer hesab olunan Şirvan şəhəri, İ.Qayıbov küçəsində yerləşən “İsmət Qayıbov” adına parkda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxsla mübahisə edib, sonuncunun əvvəlcə sifətinə yumruq zərbələri vurub, sonra isə sağ və sol çiyninə və qollarına yumruq və təpik zərbələri ilə vuraraq sonuncuya “sağ bazu qurşağının ön səthində və sol bazunun yuxarı 1/3-də qançır kimi” sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, o, isə mübahisənin davamı olaraq Zərərçəkmiş şəxs təpiklə vuran zaman sonuncunun arxa cibində 1 ədəd “Samsung” markalı mobil telefonu ədəd zədələyib, sonuncuya 120 (yüz iyirmi) manat məbləğində ziyan vurmaqla özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə saat təxminən 18 radələrində o, Qaradağ rayonu Ələt qəsəbəsində işi ilə əlaqədar olduğu vaxt həyat yoldaşı Fəridə ona zəng vuraraq bildirmişdir ki, qonşuluqda yaşayan İlkin adlı şəxs məhəllələrində onun azyaşlı qızı Zəhranın qarşısını kəsərək ona qarşı nəlayiq hərəkətlər etmişdir. O, Fəridədən soruşmuşdur ki, nəlayiq hərəkətlər deyəndə yəni nə hərəkətləri edib? Fəridə cavab olaraq bildirmişdir ki, İlkin əli ilə Zəhranın başındakı hicabı açmaq istəyib. O, bundan əsəbləşərək İlkinə zəng vuraraq niyə belə hərəkət etməsini soruşmuş, İlkin ona bildirmişdir ki, elə bir şey olmayıb, Zəhraya yaxınlaşıb sadəcə olaraq demişdir ki, “qaraca qız nə istiyir ürəyin?” O, İlkinin bu sözü ilə kifayətlənməyərək telefonda İlkinə var yox söyüşü söymüş, İlkin ona bildirmişdir ki, sənin bu söyüşün sənə baha başa gələcək və Şirvanda olan ara uşaqlarına bu barədə bildirəcək. O, İlkinə bildirmişdir ki, hazırda Ələt qəsəbəsindədir, təxminən 1 saata Şirvan şəhərinə gələcək, 1 saata mərhum qayınatasına məxsus “Sünbül” kafesində olarsan. O, təxminən 1 saatdan sonra Şirvan şəhərinə çatmışdır. Sünbül kafesinə gəldikdə görmüşdür ki, İlkin orada yoxdur. O, İlkinə zəng vuraraq harada olmasını soruşmuş, İlkin ona köhnə şəhərdə olan Lenin bağına gəlməsini bildirmişdir. O, Lenin bağının qarşısına çatanda görmüşdür ki, İlkinin yanında çoxlu sayda tanımadığı adamlar vardır. O, İlkinin sinəsindən bir yumruq vurmuş, İlkin yerə çökmüşdür. Həmin vaxtı İlkinin yanında olan oğlu Sinan ağlayaraq qışqırmış və atasını səsləmişdir. Bundan sonra İlkinin arxasınca gələn şəxslərdən biri onu çağırmış, o, qorxaraq dərhal orada olan ara küçələrdən birinə keçərək qaçıb oradan uzaqlaşmışdır. Həmçinin, həmin vaxt post patrul avtomobili yol ilə gəldiyindən fikirləşmişdir ki, onu tutacaqlar. Bu səbəbdən də o, oradan qaçıb uzaqlaşmış, bundan sonra o, işlədiyi Sünbül kafesinə gəlmişdir. İşdə olduğu vaxtı polis əməkdaşları iş yerinə gəlmişlər və İlkinin anası Dürnisənin ondan şikayət etmələrini bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Yekun olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə saat təxminən 18 radələrində oğlu Sinanla məhəllərindən bacısıgilə gedərkən qonşusu Elxanın azyaşlı qızı olan Zəhranı görüb həmişə etdiyi zarafat kimi çox istədiyindən “qara qız necəsən” deyib yanından keçmişdir. Bundan sonra oğlu ilə bacısıgilə getmişlər. Bacısıgildə təxminən bir saat oturduqdan sonra evlərinə gəlmişlər. O, evdə olarkən qonşusu Elxan ona zəng vuraraq telefonda onunla aqressiv şəkildə danışaraq ona bildirmişdir ki, “sən oğlunla küçədən keçərkən azyaşlı qızıma ilişmisən və ona qara qız deyərək ələ salmısan”. O, ona bildirmişdir ki,”Zəhranı mən öz övladım kimi çox istəyirəm və bizim evdə böyüyən uşaqdır”. Elxan aqressiv şəkildə ondan harada olmağını soruşmuş və təcili olaraq onunla görüşməyini tələb edərək hazırda Ələt qəsəbəsində olduğunu, təxminən 1 saata Şirvan şəhərinə gələcəyini bildirib onunla görüşəcəyini demişdir. O, təxminən 1 saatdan sonra Şirvan şəhərində Kür çayının sahilində olan “Lenbin bağı” dedikləri parka getmişdir. O, qeyd etdiyi bağda olarkən Elxan ona zəng vuraraq harada olmağını soruşmuş, o, ona bildirmişdir ki, köhnə şəhərdə Lenin bağında oğlu ilə oturub çay içir. Təxminən 15-20 dəqiqədən sonra Elxan bağa gəlmişdir. Oğlu ilə oturduğu çayçının yaxınlığında dayanıb öz aralarında nə isə danışırmışlar. Bu vaxt Elxan onu səsləmiş və onun yanına getməyini tələb etmiş, o, oğlu ilə birlikdə oturduqları masadan qalxıb onunla park istiqamətinə getmişlər. O, Elxana yaxınlaşdıqda sonuncu onu vuraraq ünvanına nalayiq ifadələr işlədərək onu yerə yıxmışdır. Yerdə olan zaman o, üzünü əlləri ilə tutmuşdur ki, Elxanın təpikləri sifət nahiyəsinə dəyməsin. Elxan yerdə onu təpikləməyə başlamış, bu zaman arxa cibində olan özünə məxsus “Samsung” markalı mobil telefonu qırılmışdır. Hadisə vaxtı ona məxsus mobil telefonun sınması nəticəsində ona 130 manat maddi ziyan dəymişdir. İlkinlə aralarında münaqişə zamanı kənar şəxslər iştirak etməmişdir. Ona yanlız İlkin xəsarət yetirmişdir, İlkinin əlində heç bir alət, predmet olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 13 avqust 2023-cü il tarixdə saat 15 radələrində o, qardaşı Qardaşxan, dayısıoğlu Vüsal, Təqsirləndirilən şəxs və İxtiyar ilə birlikdə Ələtdə yerləşən dənizkənarına çimmək üçün getmişlər. Saat təxminən 18 radələrində Elxana evdən daha sonra isə tanımadığı şəxsdən zəng gəlmiş və Elxanla mobil telefonla danışan zaman Elxan həmin şəxsə mobil telefonda nalayiq söyüşlər söymüş, onlar Elxandan nə olduğunu soruşduqda Elxan İlkin adlı şəxsin onun qızına sataşdığını demişdir. Bu söhbətdən sonra onlar dərhal yuxarıda adlarını sadaladığı şəxslərlə birlikdə Şirvan şəhərinə qayıtmışlar. Şirvan şəhərində saat təxminən 21 radələrində İlkin ilə Elxanın əvvəlcədən görüşmək üçün müəyyənləşdirdikləri yerə, yəni Şirvan şəhəri, “Lenin bağı” adlanan əraziyə getmişlər. Həmin vaxt oraya Əhməd adlı şəxs gəlmiş, həmin vaxt ətrafa çox sayda insanlar toplaşmış, daha sonra Elxan İlkinə yaxınlaşmış və onu söyüb təhqir etmişdir. Bundan sonra isə Elxan İlkinin bədən nahiyələrinə bir neçə yumruq və təpik zərbələri vurmağa başlamış, İlkin aldığı zərbələrdən yerə yıxılmış, bu zaman Elxan yerdə İlkini təpikləməyə başlamışdır. Onlar mübahisənin daha da kəskinləşməsini görüb, onları bir birindən ayırmışlar. Bu zaman İlkinin oğlu kənarda atasının döyülməsini görüb ağlamağa və qışqırmağa başlamış, bundan sonra onlar oradan uzaqlaşıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 13 avqust 2023-cü il tarixdə saat 15 radələrində o, qardaşı Elşən, dayısıoğlu Vüsal, Təqsirləndirilən şəxs və İxtiyar ilə birlikdə Ələtdə yerləşən dənizkənarına çimmək üçün getmişlər. Saat təxminən 18 radələrində Elxana evdən daha sonra isə tanımadığı şəxsdən zəng gəlmiş və Elxanla mobil telefonla danışan zaman Elxan həmin şəxsə mobil telefonda nalayiq söyüşlər söymüş, onlar Elxandan nə olduğunu soruşduqda Elxan İlkin adlı şəxsin onun qızına sataşdığını demişdir. Bu söhbətdən sonra onlar dərhal yuxarıda adlarını sadaladığı şəxslərlə birlikdə Şirvan şəhərinə qayıtmışlar. Şirvan şəhərində saat təxminən 21 radələrində İlkin ilə Elxanın əvvəlcədən görüşmək üçün müəyyənləşdirdikləri yerə, yəni Şirvan şəhəri, “Lenin bağı” adlanan əraziyə getmişlər. Həmin vaxt oraya Əhməd adlı şəxs gəlmiş, həmin vaxt ətrafa çox sayda insanlar toplaşmış, daha sonra Elxan İlkinə yaxınlaşmış və onu söyüb təhqir etmişdir. Bundan sonra isə Elxan İlkinin bədən nahiyələrinə bir neçə yumruq və təpik zərbələri vurmağa başlamış, İlkin aldığı zərbələrdən yerə yıxılmış, bu zaman Elxan yerdə İlkini təpikləməyə başlamışdır. Bundan sonra onları bir birindən ayırmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 17 avqust 2023-cü il tarixli, 423 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlərsağ bazu qurşağının ön səthində və sol bazunun yuxarı 1/3-də qançırlar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 13 avqust 2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(032)-247/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs əməli böyük ictimai təhlükə törətməyən cinayət əməlinə tövsif edildiyindən , o dərhal həbsdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-111/2-26831/2023 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Şirvan şəhəri İ.Qayıbov küçəsində yerləşən “İ.Qayıbov” parkında Zərərçəkmiş şəxs döyülərək xəsarət alması faktı ilə bağlı müvafiq əməliyyat axtarış tədbirləri həuyata keçirilmiş , hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlər etmişdir. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə təqsirləndirlən şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə tibbiekspertizasının xx.xx.2023-cü il tarixli, 423 nömrəli rəyi, əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə ziddiyyət yaratmadığından sübut növü kimi qəbul edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan da görünür ki, Təqsirləndirilən şəxs “ Sünbül “ kafedə işləyir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, ona dəymiş zərərin tam ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdən 10 noyabr 2023-cü il tarixədək 2 ay 24 gün həbsdə saxlanılma müddəti saxlamanın bir günü islah işlərinin cəzasının dörd gününə bərabər tutularaq cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut olan “Samsung” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 17 avqust 2023-cü il tarixdən 10 noyabr 2023-cü il tarixədək 2 ay 24 gün həbsdə saxlanılma müddəti saxlamanın bir günü islah işlərinin cəzasının dörd gününə bərabər hesablanmaqla təyin edilmiş cəzadan 11 ay 06 gün çıxılmaqla qəti olaraq üzərində qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 24 gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şirvan şəhəri üzrə İcra və probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Samsung” markalı mobil telefonun zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar