Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-35/2025 01.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1969-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 17 may 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilmiş, 19 iyul 2024-cü il tarixdə Rusiya Federasiyası ərazisində tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs1 iş qurmaqla Sabirabad rayonunda topdan satış bazası açdıracağı barədə yalan vəd verib inandırmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2022-ci ilin aprel ayından həmin ilin avqust ayına qədər olan müddət ərzində, yəni 2022-ci ilin aprel ayında cinayətdən xəbəri olmayan Sabirabad şəhər sakini Şahid vasitəsi ilə Şirvan şəhəri, 1 May küçəsində 4500 manat, həmin ilin aprel ayının sonunda Sabirabad-Saatlı avtomobil yolunun kənarında 13500 manat, 2022-ci ilin may ayında Qaradağ rayonunun Lökbatan-Xocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında, Meyvəli bazarının qarşısında 3000 manat və 2022-ci ilin avqust ayının sonunda 1000 manat pulu Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsinin qarşısında əlbəəl almaqla ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 22000 (iyirmi iki min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Sabirabad rayon sakini Zərərçəkmiş şəxs2 Şirvan şəhəri, X11 küçəsində yerləşən məcburi köçkünlər üçün tikilən binalardan 3 otaqlı ev almağı barədə yalan vəd verib inandırmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2023-cü ilin avqust ayının əvvəlindən 25 noyabr 2023-cü il tarixədək olan müddət ərzində, yəni 22 avqust 2023-cü il tarixdə saat 19:42-də ünvan 3 ünvanda yerləşən ödəmə terminalından istintaqa məlum olmayan 416973******44 saylı bank kartına 2160 manat, 29 avqust 2023-cü il tarixdə saat 21:21-də Şirvan şəhəri ərazisində 416973******9971 saylı bank hesabından göndərilmiş istintaqa məlum olmayan 416973****5058 saylı bank kartına 500 manat, 06 oktyabr 2023-cü il tarixdə saat 21:37-də Şirvan şəhəri ərazisində 416973******9971 saylı bank hesabından göndərilmiş istintaqa məlum olmayan 523915****1543 saylı bank kartına 1300 manat və 2023-cü oktyabr ayından 25 noyabr 2023-cü il tarixədək olan müddət ərzində 4040 manat pulu Şirvan şəhəri ərazisində yerləşən istintaqa məlum olmayan ödəmə terminallarından kart hesablarına göndərtməsinə nail olmaqla ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 8000 (səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Sabirabad rayon sakini Zərərçəkmiş şəxs2 Şirvan şəhər Mərkəzi xəstəxanasının Acil şöbəsinə xadimə işinə düzəldəcəyi barədə yalan vəd verib inandırmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2024-cü ilin yanvar ayının sonundan 25 mart 2024-cü il tarixədək olan müddət ərzində 3000 manat pulu Şirvan şəhəri ərazisində yerləşən istintaqa məlum olmayan ödəmə terminallarından kart hesablarına göndərtməsinə nail olmaqla ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Hacıqabul şəhər sakini Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu, X9 212 ünvanda yerləşən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına uşaq bələkçisi işinə düzəldəcəyi barədə yalan vəd verib inandırmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə sonuncu tərəfindən Zərərçəkmiş şəxs3 adına olan "xxxx" ASC-yə məxsus, “Leobank”a aid 4098-5844-9719-6269 saylı kart hesabından göndərilmiş xx.xx.2024-cü il tarixdə saat 18:46 dəqiqədə 400 manat pulu özünə məxsus "xxxx" ASC-yə məxsus 5239-1517-2159-9523 saylı bank kartından, xx.xx.2024-cü il tarixdə saat 09:17 dəqiqədə sonuncu tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, “Bravo Supermarket3” adlı ərzaq mağazasının daxilində yerləşən ödəmə terminalından göndərilmiş 100 manat məbləğində pulu özünə məxsus "xxxx" ASCyə məxsus 5239-1517-2159-9523 saylı bank kartından, Zərərçəkmiş şəxs3 adına olan "xxxx" ASC-yə məxsus, “Leo Bank”a aid 4098-5844-9719-6269 saylı kart hesabından göndərilmiş xx.xx.2024-cü il tarixdə saat 17:16 dəqiqədə 100 manat, həmin tarixdə 17:35 dəqiqədə 100 manat və xx.xx.2024-cü il tarixdə saat 11:09 dəqiqədə 100 manat pulu nağdlaşdırmaqla ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib məhkəməyə vermiş olduğu ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanıyır. Əfsanə ilə Şirvan şəhərində yerləşən qeydiyyat-imtahan mərkəzində olarkən tanış olmuş, orada ona köməklik etmiş, bundan sonra Əfsanə onun mobil nömrəsini götürmüşdür. Az müddət sonra Əfsanə ona zəng gedib pul müqabilində sosial yardım və müxtəlif şəxsləri işə düzəltməkdə adamlarının olub-olmasını soruşduqda Əfsanəyə özü belə işləri gördüyünü yalandan demişdir. 2023-cü ilin avqust ayının əvvəlində ona mobil telefonda özünə sosial yardım almaq istədiyini dedikdə ona 500 manat pulun müqabilində sosial yardım düzəldə biləcəyini demiş, danışıqlarından sonra Əfsanə əri ilə birlikdə 2023-cü ilin avqust ayının əvvəlində onunla Şirvan şəhəri ərazisində “Rabitəbank”ın inzibati binasının qarşısında görüşmüş, Əfsanə nağd 500 manat pulu ona vermişdir. Bundan başqa Əfsanə ona özünün, ərinin və iki azyaşlı uşaqlarının şəxsiyyyət vəsiqələrinin surətlərini vermişdir. Əfsanəyə sosial yardımı 2023-cü ilin sentyabr ayının 20-də alacağı barədə yalandan vəd vermişdir. 2023-cü ilin təxminən avqust-sentyabr aylarında Əfsanəyə zəng edib onun üçün Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlər üçün tikilən binalardan 8000 manat pulun müqabilində 3 otaqlı ev almağı barədə yalandan vəd vermiş, Əfsanə ilkin olaraq 2160 manat pulu xx.xx.2023-cü il tarixdə hazırda xatırlamağı bank kartına göndərmiş, həmin pulu nağdlaşdırıb özünə götürmüş, öz xeyrinə xərcləmişdir. xx.xx.2023-cü il tarixdə Əfsanəyə göndərdiyi bank kartına 500 manat pul göndərmiş, hər dəfə Əfsanəyə müxtəlif bank kartları göndərmiş, belə ki, çayxanalarda və yaxud başqa yerlərdə olarkən kimlərdənsə bank kartı alıb onların nömrəsini Əfsanəyə atıb həmin bank kartına pul göndərməsini demiş, Əfsanə də həmin bank kartlarına müxtəlif məbləğlərdə pullar göndərmişdir. 2023-cü ilin sentyabr ayından 2023-cü ilin noyabr ayının 25-nə qədər olan müddət ərzində Əfsanə onun göndərdiyi kart hesablarına ümumilikdə 5340 manat pul göndərmişdir. Ümumilikdə isə 2023-cü ilin avqust ayının 22-dən 2023-cü ilin noyabr ayının 25-nə qədər olan müddət ərzində Əfsanə ona 8000 manat məbləğində pul göndərmişdir. Həmin pulları o, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs2 ilə barışmış, dəymiş ziyan qardaşı tərəfindən tam olaraq ödənilmiş, Zərərçəkmiş şəxs2 ondan heç bir şikayət və ya tələbi yoxdur. Bundan başqa, Sabirabad rayon sakini Zərərçəkmiş şəxs1 2020-ci il tarixdən tanıyır, həmin ərəfələrdə tez-tez Sabirabad şəhərində gedib gəlmiş, tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs1lə münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs1 topdan satış bazası açmaq məqsədi ilə pul almamış, aralarında borc məsələsi olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda və məbləğlərdə, ümumilikdə iki min manat borc almışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımış, belə ki, Əfsanə onun mobil nömrəsini Zümrüdə vermiş, sonuncudan ümumilikdə 800 manat pulu bank kartı vasitəsi ilə müxtəlif vaxtlarda almış və ona yalandan vəd vermişdir ki, Bakı şəhərində yerləşən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına xadimə işinə düzəldəcəkdir. Sonradan isə yalandan Zümrüd xanıma Bakı şəhərində yerləşən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında uşaq bələkçisi işinə düzəldəcəyimi demiş, pulları aldıqdan sonra, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda Zümrüdə dəymiş ziyandan ödəniş etmək istəsə də, qardaşı əməliyyat olunduğundan zərərin ödənilməsi mümkün olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs 2020-ci il tarixdən tanıyır, tez-tez Sabirabad şəhərinə gəlib getmiş, onunla münasibəti elə həmin ildə Şirvan şəhər sakini Rabil kimi tanıdığı şəxslə birlikdə Sabirabad şəhərinə gələrkən yaranmışdır. Həmin vaxtdan bəri onun mobil nömrəsini götürmüş və bir-birləri ilə hal-əhval etmyə başlamışlar. Vahid hər dəfə onunla söhbət edərkən respublikanın yuxarı səlahiyyətli orqanlarının rəhbərlərinin qohumu olduğunu demişdir. 2022-ci ilin mart ayında Vahidlə Sabirabad rayonunda yerləşən kafelərin birində əyləşib söhbət zaman ona uzun müddətdir ki, işsiz olduğunu və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiyini demiş, Vahid bu işlərin onun üçün sadə bir şey olduğunu, Sabirabad rayonunda topdan satış bazası açdıracağı barədə vəd vermiş, lakin həmin topdan satış bazasının yaradılması üçün xeyli miqdarda pul lazım olmasını demişdir. Onun nə iş görəcəyini konkret olaraq dedikdə Vahid ona Gəncə şəhərində yerləşən “Gəncə-araq” şirkətinin Sabirabad rayonu ərazisində filialını onun üçün pul müqbilində açacağını və onun da, həmin bazanın müdiri olacağını, həmin araqları ətraf rayonlara satacağını bildirmişdir. Vahid ona ümumilikdə 50.000 manat pulun müqabilində bu işi edə biləcəyini bildirmiş, o da Vahidin fikri ilə razılaşmışdır. Vahid ondan 2022-ci ilin aprel ayının ortalarında işin həlli üçün pul istəmişdir. O, 2022-ci ilin aprel ayında Sabirabad-Bakı taksisi işləyən taksi sürücüsü Nadim adlı şəxsə 4500 manat pul vermiş və həmin pulu Şirvan şəhərində olan Vahidə verəcəyini söyləmişdir. Vahidin mobil nömrəsinə zəng edib bu barədə məlumat vermiş, Vahid pulu Şirvan şəhərində qəbul etdikdən sonra ona zəng edib bu barədə demiş və yaxın zamanlarda arağın lisenziyası ilə bağlı ondan pul alacağını söyləmişdir. Təxminən 10 gün keçmiş ki, həmin ilin aprel ayının sonunda Vahid ona zəng edərək təcili olaraq araq bazasının yaradılması ilə bağlı 20.000 manat pul lazım olduğunu dedidə Vahidə o qədər pul tapa bilməyəcəyini söyləmiş, sonra pul axtarmağa başlamış, həmçinin Vahid onunla dəfələrlə danışıb inandırdığına görə dost-tanışlarından borc alaraq ümumilikdə 13500 manat pul düzəltmiş və Vahidə zəng edib həmin miqdarda pul tapdığını demişdir. 2022-ci ilin aprel ayının sonunda Vahidlə Sabirabad rayonu ərazisində Sabirabad dairəsindən qarşıda Saatlı rayonu istiqamətində asfalt yolun kənarında mağazanın yaxınlığında görüşmüş, 13500 manat pulu əlbəəl Vahidə vermişdir. Daha sonra Vahid işlə bağlı ona Bakı şəhərində olduğunu və araqların daşınması üçün 3 ədəd “Fiat” markalı avtomobilləri alacağını söyləmişdir. Bu məqsədlə 2022-ci ilin may ayının sonunda Vahidin ona deməsinə görə 3000 manat pul tapmış və Vahidin deməsinə görə Şirvan şəhərinə gəlmişdir. Vahidlə birlikdə idarə etdiyi avtomobillə Bakı şəhərinə, “Meyvəli” deyilən yerin qarşısına getmişlər, Vahid ona avtomobillərin “Meyvəli”nin qarşısına gələcəyini söyləmiş, Vahid onda özünə qarşı inam yaratmış, ona görə də elə orada 3000 manat pulu əlbəəl Vahidə vermişdir. Bir neçə saat gözlədikdən sonra avtomobillər gəlməmiş, ona yalandan avtomobillərin Gəncə şəhərinə gələcəyinə demiş və oradan çıxıb birlikdə geri qayıtmışlar. Vahidə zəng edib işə nə vaxt başlayacağını dedikdə hər dəfəsində onu aldatmış, 2022-ci ilin avqust ayının sonunda Vahid ona zəng edib artıq işlərin həll olduğunu, lisenziyanın qüvvəyə minməsi ilə bağlı ondan 1000 manat pul istəmişdir. Həmçinin onunla birlikdə Gəncə şəhərinə gedib Gəncə-Araq şirkətinin baş icraçı direktoru ilə görüşəcəklərini söyləmiş, Vahidlə birlikdə Gəncə şəhərinə getmiş, Gəncə şəhərində Vəkil və Tolik adlı şəxslə görüşmüşlər, həmin şəxsləri ona dostları kimi təqdim etmiş, lakin araq barədə heç bir söz deməmişdir. Elə-belə Gəncə şəhərinə getmişlər və Şirvan şəhərinə qayıtmışlar. Vahiddən niyə görə baş icraçı direktorla görüşə bilmədiklərini soruşduqda özü həmin şəxslə artıq görüşdüyünü demişdir. O da həmin vaxt aldadıldığını başa düşmüş, lakin Vahidə artıq pulları verdiyindən istəyə bilməmişdir. Gəncə şəhərindən Şirvan şəhərinə qayıtdıqdan sonra yuxarıda qeyd etdiyi lisenziyanın qüvvəyə minməsi ilə bağlı ondan 1000 manat pulu istəmiş, 1000 manat pulu Şirvan şəhərində “Azpetrol” YDM-nin qarşısında Vahidə əlbəəl vermişdir. Həmin gündən sonra Vahidi axtarsa da, tapa bilməmişdir. Müxtəlif vaxtlarda aylarla Vahidin yaşadığı Şirvan şəhərinə gedib onu axtarmış, lakin tapa bilməmişdir. Sonuncu dəfə Vahidi gecə vaxtı yaşadığı binanın qarşısında yaxalamış, ondan onu niyə görə aldatdığını soruşmuş və ona verdiyi ümumilikdə 22000 manat pulu tələb etdikdə Vahid ondan bir neçə gün vaxt istəmiş, pulunu geri qaytaracağını söyləmişdir. Hazıradək isə Vahid ona heç bir məbləğdə pul qaytarmamışdır. Konkret olaraq Şirvan şəhər sakini Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının ortalarından 2022-ci ilin avqust ayının sonuna qədər olan müddət ərzində Sabirabad rayonunda onun üçün topdan satış bazası yaradacağı adı ilə 22000 manat pul vermiş, lakin Vahid onu aldatmışdır. Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş ziyanı ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 2023cü ilin avqust ayının əvvəlində Şirvan şəhəri ərazisində yerləşən qeydiyyat-imtahan mərkəzində olarkən orada Şirvan şəhər sakini Vahid adlı şəxslə söhbət əsnasında tanış olmuş, onunla heç bir qohumluğu, ədavəti və düşmənçiliyi olmamışdır. Vahid ona kiməsə lazım olsa müxtəlif şəxslərə pul müqabilində sosial yardım və pul müqabilində işə düzəldə biləcəyini demişdir. Vahidin mobil nömrəsini götürmüş, Vahidin mobil nömrəsi ***-***-**-**dir, təxminən 53-55 yaşı olmuşdur. 2023-cü ilin avqust ayının əvvəlində Vahid ilə istifadəsinə olan ***-***-**-** mobil telefonla Vahidin qeyd etdiyi mobil nömrəsi ilə əlaqə saxlayıb özünə sosial yardım almaq istədiyini və ona dediyi üçün bunu edə biləcəyini soruşduqda Vahid ona 500 manat pulun müqabilində sosial yardım düzəldəcəyi barədə yalandan vəd vermiş, bundan başqa Vahid özündə ona qarşı inam yaratmış, belə ki, ona bir neçə şəxsləri pul müqabilində işə düzəltdiyini və sosial yardım düzəltdiyini demişdir. O da Vahidə inanmış, bundan sonra 500 manat pul düzəltmiş, 2023-cü ilin avqust ayının əvvəlində əri ilə birlikdə yaşadığı evdən çıxıb Şirvan şəhərinə gəlmiş, Şirvan şəhəri ərazisində “Rabitəbank”ın inzibati binasının qarşısında Vahidlə görüşüb nağd 500 manat pulu ona vermiş, bundan başqa Vahidə özünün, ərinin və iki azyaşlı uşaqlarının şəxsiyyyət vəsiqələrinin surətlərini vermiş, Vahid ondan pulu alarkən tək gəlmiş, ona sosial yardımın 2023-cü ilin sentyabr ayının 20-də alacağı barədə yalandan vəd vermişdir. Bundan sonra 2023-cü ilin avqust ayının ortalarında Vahidlə mobil telefonda danışarkən Şirvan şəhərində evinin olmadığını dedikdə onun üçün Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlər üçün tikilən binalardan 8000 manat pulun müqabilində 3 otaqlı ev almağı barədə yalandan vəd vermiş, Vahidə inanmış, belə ki, Vahid ona mobil telefonda “sizi kimsəsiz kimi yazdıracam” demiş, lakin konkret olaraq kimin vasitəsi ilə iş görəcəyi barədə bir söz deməmişdir. Ailə üzvləri və valideynləri ilə bu barədə danışmış, razılıq olduqdan sonra Vahidə zəng edib razılaşmışdır. İlkin olaraq 2160 manat pulu xx.xx.2023cü il tarixdə Vahidin ona göndərdiyi bank kartına göndərmiş, Vahid ondan qalan pulu istəmiş, xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində olarkən Vahidin ona göndərdiyi kart hesabına pul göndərməyini demişdir. Şirvan şəhərində olarkən bank kartına 500 manat pul göndərmişdir. Vahid hər dəfə ona bir başqa plastik kart şəkli göndərmiş, o isə ondan səbəbini soruşmamış və bank kartlarına pul göndərmişdir. Həmin pullar qeyd etdiyi kimi Vahidin ona yalandan deməsinə görə Şirvan şəhərində 3 otaqlı ev almağına görə olmuşdur. 2023-cü ilin oktyabr ayının əvvəlində Vahid ona zəng edib artıq işlərin həll olunduğunu, noyabr ayı üçün evin ona təhvil verəcəyini demiş və qalan pulu istəmişdir. xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində olarkən Vahidn ona göndərdiyi bank kartına 1300 manat pul göndərmiş, qalan 4040 manat pulu isə 2023-cü ilin oktyabr ayından həmin ilin noyabr ayının 25-nə qədər olan müddət ərzində Şirvan şəhərində yerləşən hazırda dəqiq bilmədiyi ödəmə terminalları vasitəsi ilə Vahidin ona göndərdiyi hazırda yadında qalmayan müxtəlif bank hesablarına göndərmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının 22-dən 2023-cü ilin noyabr ayının 25-nə qədər olan müddət ərzində Vahidin ona göndərdiyi müxtəlif bank kartlarına 8000 manat pul göndərmişdir. Vahidin ona deməsinə görə 2023-cü ilin noyabr ayının 25-də evi alıb ona verəcəkdir, lakin buna baxmayaraq Vahid onun etibarından sui-istifadə edib aldatmışdır. Bundan başqa qeyd etmişdir ki, 2024-cü ilin yanvar ayının sonlarında Vahidlə mobil telefondan danışarkən işləmək istədiyini dedikdə ona 3000 manat pulun müqabilində Şirvan şəhər Mərkəzi xəstəxanasının Acil şöbəsində xadimə işinə düzəldəcəyini demişdir. Vahid elə danışmış ki, özündə ona qarşı inam yaratmış, o da Vahidə həqiqətən də inanmışdır. Onun etibarından sui-istifadə edib ona verdiyi vədlərin hamısına əməl edəcəyini, işlərin yolunda getdiyini demişdir. 2024-cü ilin yanvar ayının sonundan 2024-cü ilin mart ayının 25-nə qədər olan müddət ərzində 3000 manat pulu Vahidin ona göndərdiyi hər dəfəsində bir başqa kart hesablarına Şirvan şəhərində yerləşən hazırda yadında qalmayan ödəmə terminallarından göndərmişdir. Hər dəfə Vahidə Şirvan şəhərində olarkən görüşmək istəyib pulu verməyini dedikdə ona müxtəlif bank kartlarının nömrəsini mobil telefonuna göndərib həmin bank kartlarına pul göndərməyini demiş, o da Vahidə yuxarıda qeyd etdiyi 2024-cü ilin yanvar ayının sonundan həmin ilin mart ayının 25-nə qədər olan müddət ərzində Şirvan şəhərində yerləşən müxtəlif ödəmə terminalları vasitəsi ilə ona göndərdiyi bank hesablarına ümumilikdə 3000 manat pul göndərmişdir. Bununla bağlı onda qəbzlər olmamışdır. Beləcə Vahid ondan həmin məbləğdə pullar alsa da, onu Şirvan şəhər Mərkəzi xəstəxanasının Acil şöbəsinə xadimə işinə düzəltməmiş, nə də ki, ondan pulunu geri istədikdə pullarını qaytarmamışdır. Ümumilikdə Vahidə əlbəəl və kart hesablarına göndərməklə 11500 manat pul vermişdir. Təqsirləndirilən şəxs göndərdiyi pulların qəbzlərinin bəzilərini istintaqa təqdim etmişdir. Sonradan Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs3 məhkəmə baxışı iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş ziyan ödənilməməsini, hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və səhhəti ilə bağlı məhkəmənin baxış iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs3 həmin ifadəsində bildirmişdir ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs dayısı qızı Zərərçəkmiş şəxs2 vasitəsi ilə 2024cü ilin fevral ayından tanımış, belə ki, Əfsanə ona bir nəfər şəxsin olduğunu, Şirvan şəhər sakini adının Vahid olan şəxsin müxtəlif şəxsləri pul müqabilində işə düzəltdiyini demiş, o da işsiz olduğundan Əfsanədən Vahidin mobil nömrəsini götürmüşdür. Vahidin istifadəsində olan mobil nömrə ***-***-**-** olmuşdur. İstifadəsində olan mobil nömrə ilə xx.xx.2024-cü il tarixdə Vahidə zəng edib özünü təqdim etmiş, mobil nömrəsini Əfsanədən aldığını demişdir. Bundan sonra mobil telefonda Vahidə Bakı şəhərində yerləşən xəstəxanaların birində işləmək istədiyini dedikdə Vahid ona bu işləri həll edə biləcəyini ona yalandan vəd vermiş, neçə manat pulun müqabilində onu işə düzəldəcəyini soruşduqda Vahid ona əvvəl 500 manat pulun müqabilində Bakı şəhərində yerləşən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına xadimə işinə düzəldəcəyini vəd vermişdir. O Vahidə inanmış, belə ki, Vahid ona bir neçə şəxsləri pul müqabilində işə düzəltdiyini demiş, ona görə də Vahid özündə ona qarşı inam yaratmışdır. xx.xx.2024-cü il tarixdə Vahid ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi 5239-1517-2159- 9523 saylı "xxxx" ASC-yə məxsus plastik bank kartına özünə məxsus “Leobank”a aid 4098-5844-9719-6269 saylı kart hesabından həmin tarixdə saat 18:46-da Bakı şəhəri, yaşadığı evdə olarkən 400 manat pul göndərmiş və həmin qəbzi ifadəsinə əlavə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 09:17-də isə həmin bank kartına Bakı şəhəri, Yasamal rayonunda yerləşən Bravo Supermarketin daxilində yerləşən ödəmə terminalından 100 manat pul göndərmiş və həmin qəbzi də ifadəsinə əlavə etmişdir. xx.xx.2024-cü il tarixdə Vahid ona zəng edib onu xadimə deyil, həmin xəstəxanada doğum şöbəsində uşaq bələkçisi işinə düzəldəcəyini vəd vermiş, ona görə də, 200 manat əlavə pul lazım olduğunu söyləmiş, bundan sevinmiş, sonra xx.xx.2024-cü il tarixdə saat 17:16-da Bakı şəhərində yaşadığı evdə olarkən bank kartından Vahidin bank kartına 100 manat, həmin tarixdə saat 17:35-də isə 100 manat pul göndərmiş və həmin qəbzlərin surətlərini ifadəsinə əlavə etmişdir. xx.xx.2024-cü il tarixdə yenə Vahid ona zəng edib onu işə düzəltməyinə görə 100 manat da lazım olduğunu söyləmiş, yaşadığı evdə olarkən həminki qaydada özünə məxsus bank kartından Vahidə məxsus bank kartına saat 11:09-da 100 manat pul göndərmiş və həmin qəbzi ifadəsinə əlavə etmişdir. Beləcə Vahidə onu Bakı şəhərində yerləşən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına uşaq bələkçisi işinə düzəltmək adı ilə 800 manat pul vermişdir. Vahid ondan pullardan əlavə mobil telefonla şəxsiyyət vəsiqəsinin fotoşəklini və 3x4 fotoşəklimi istəmiş, o da dediyi sənədlərin fotoşəklini Vahidə göndərmişdir. Vahid ona yalandan vəd vermişdir ki, xx.xx.2024-cü il tarixə qədər dediyi işdə işləyəcəkdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə Vahidə zəng edib işi ilə bağlı maaqlandıqda hər dəfə ona müxtəlif bəhanələr gətirərək aldatmış, nə pulunu qaytarmış, nə də ki, onu işə düzəltmişdir. Aldadıldığı başa düşüb bu barədə Şirvan şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Vahidlə yalnız mobil telefonda danışmış, əyani olaraq üzünü görməmiş, onun üzünü Əfsanənin mobil telefonunda görmüşdür. Bundan başqa Vahidlə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə yazışmış, həmin yazışmaları ifadəsinə əlavə etmiş və hazıradək Vahid ondan alıb aldatdığı 800 manat puldan qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Şahid məhkəmə baxışı iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməsini və işi ilə bağlı məhkəmənin baxış iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid həmin ifadəsində bildirmişdir ki, 2007-ci il tarixdən Sabirabad şəhərindən Bakı şəhərinə müştəriləri avtomobillə aparıb gətirir, Sabirabad şəhər sakini X1 tanıyır, münasibəti onunla normal qaydada olmuşdur. 2022-ci ilin təxminən aprel ayında Hamil onunla Sabirabad şəhərində görüşüb ona 4500 manat pul vermiş, əlavə olaraq da ona 10 manat yol pulu vermişdir. Ona həmin pulun Şirvan şəhərində olan Vahid adlı şəxsə vermək lazım olduğunu demiş, o da həmin pulu götürmüş, Vahidin mobil nömrəsini ona vermiş, həmin mobil nömrə hazırda yadında qalmamış, bundan sonra idarə etdiyi avtomobil ilə Şirvan şəhərinə gəlmiş, Şirvan şəhərinin girişində Kürmost deyilən deyilən ərazidə Vahidin mobil nömrəsinə zəng edib onunla həmin yerdə tək görüşmüş, Hamilin ona verdiyi 4500 manat pulu Vahidə vermişdir. Bundan sonra Hamilə zəng edib özünün də Vahidə zəng etməyini demiş, elə onun yanında Hamil Vahidə zəng edib pulu alıb-almadığını soruşduqda Vahid 4500 manat pulu aldığını demişdir. Həmin pulun niyə görə olduğunu və Hamilin Vahid adlı şəxsə niyə görə pulu verdiyi barədə maraqlanmamş, bundan sonra idarə etdiyi avtomobilə əyləşib Bakı şəhərinə getmişdir. Sonradan isə Hamil ona dedikdən sonra bilmiş ki, Vahid adlı şəxs Hamilə yalan vəd vermiş və ondan ümumilikdə müxtəlif məbləğlərdə pullar almışdır. Həmin hadisədən əvvəl və sonra Vahid adlı şəxsi görməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 04 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd olunmuşdur; 28 iyun 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv olunması haqqında qərardan görünür ki, Şirvan şəhər prokuroru tərəfindən Şirvan şəhər polis şöbəsi istintaq bölməsinin müstəntiqi İlqar Novruzovun xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarı ləğv edilmiş, material araşdırma aparılması üçün Şirvan şəhər polis şöbəsinin istintaq bölməsinə qaytarılmışdır; 29 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X3 icraatına qəbul edilmişdir; 29 oktyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; 05 noyabr 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, işi üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmuş və ibtidai istintaq ********* nömrə ilə davam etdirilmişdir; 22 aprel 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 icraatına qəbul edilmişdir; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 01 may 2024-cü il tarixli, 18-1-35/2-711/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü, Şirvan şəhəri, F.Eynullayev küçəsi, ev 11, mənzil 48 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin narkoloji ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur; Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən və Şirvan şəhər Məhkəməsinin 1(032)-25/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 08 iyul 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə cəzasına məhkum edilmiş, 18 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarının 1.7-ci bəndinə əsasən təyin olunmuş cərimə cəzasından azad edilmiş, bundan başqa Şirvan şəhər Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2500 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununa əsasən cəzadan azad edilmişdir. Son olaraq Şirvan şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə zərərçəkmiş şəxs ilə barışdığına, ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin icraatına xitam verilmişdir; Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. 08 may 2024-cü il tarixli materialın cinayət işinə birləşdirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında toplanmış material Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinə birləşdirilərək ibtidai istintaqı davam etdirilmişdir; 08 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; 08 may 2024-cü il tarixli şübhəli şəxs qismində tanınma, barəsində axtarış elan olunması və iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmış və barəsində axtarış elan olunmuşdur; sərhədkeçmə məlumatı haqqında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2024-cü il tarixdə, saat 13:06:46-da X7 Hava Limanından ölkə ərazisini tərk etmişdir; 16 may 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması üçün dayandırılmış icraat təzələnmişdir; 16 may 2024-cü il tarixli cinayət əməlinin tövsif olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və cinayət işinin ibtidai istintaqı davam etdirilmişdir; 16 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 16 may 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılmış Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ittiham elan edilməsi üçün tutularaq Şirvan ŞPŞ-nin MSY-yə yerləşdirilməsi qərara alınmışdır; Şirvan şəhər Məhkəməsinin 17 may 2024-cü il tarixli, 4(032)-117/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxsnın cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması qərara alınmış və həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilmişdir; 21 may 2024-cü il tarixli materialın cinayət işinə birləşdirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 şikayət ərizəsi əsasında toplanmış material Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək ibtidai istintaqı davam etdirilmişdir; 21 may 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; 21 may 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb ediləcək şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar iş üzrə icraat dayandırılmışdır; 28 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması üçün dayandırılmış icraat təzələnmişdir; 23 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərək barəsində axtarış elan olunmuş, xx.xx.1969-cu il təvəllüdlü, Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə RF DİO-nın əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə 3 saylı istintaq təcridxanasına gətirilmişdir. xx.xx.2024-cü il tarixdə RF, Çeremuşk rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır; Moskva şəhər Çeryomuşkinsk rayon Məhkəməsinin 20 iyul 2024-cü il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində 40 gün müddətinə, yəni 28 avqust 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Moskva şəhər Çeryomuşkinsk rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 04 ay 21 gün, ümumilikdə isə 06 ay 00 günə qədər, yəni 18 yanvar 2025-ci il tarixinədək uzadılmışdır; 27 noyabr 2024-cü il tarixli vəsatətin surətindən görünür ki, Şirvan şəhər polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Rusiya Federasiyasından verilməsinə qədər törətdiyi həmin cinayətlə əlaqədar verilmədiyi cinayətə görə ittiham elan edilməsi üçün razılığın verilməsi məsələsinə baxılması üçün Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X8 vəsatətlə Şirvan şəhər prokuroruna müraciət etmişdir; Şirvan şəhər prokurorluğunun 29 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhər polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əlavə ittihamın verilməsinə dair razılıq əldə edilməsi üçün Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təqdim olunacaq sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinə göndərilmişdir; Şirvan şəhər Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 4(032)-6/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay olmaqla, yəni 18 fevral 2025-ci il tarixədək uzadılmışdır; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 29 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Rusiya Federasiyası Baş Prokurorluğunun 17 yanvar 2025-ci il tarixli, 81/2-1651-24 saylı məktubundan görünür ki, Rusiya Federasiyası Baş Prokurorluğu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq vermişdir; 18 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir; 02 aprel 2025-ci il tarixli Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir iddiası, şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Onunla barışmışdır. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq cinayətini törətməkdə təqsirli olması, onun özünün qismən etirafedici, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X2 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanı ödəməklə dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, həmçinin cinayət əməli nəticəsində dəymiş ziyanın tam ödənilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasının əvvəli 19 iyul 2024-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 vurulmuş 11000 (on bir min) manat maddi ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalıdır. Digər zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs2 vurulmuş 11000 (on bir min) manat maddi ziyanın ödənilməsi nəzərə alınsın. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 maddi ziyanın tam olaraq ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-35/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-35/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver