Məhkəmə qərarları › İş №1(032)-37/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-37/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-37/2023 01.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:20-də Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində atasına məxsus və etibarnamə olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Vaz-2106 minik» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərinin Heydər Əliyev prospekti ilə Şirvan şəhərinin «köhnə şəhər» adlı ərazi istiqamətində hərəkət edib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt qarşısında, piyada keçidi qarşısında, digər yolayrıcında isə svetofor qarşısında dayanmalı olduğu halda, buna riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, Şirvan şəhəri, Heydər Əliyev prospektində svetoforun qadağanedici siqnalında svetofora çatmadan idarə etdiyi avtomobili dayandırmayıb, hərəkətini davam etdirərək, hərəkət üçün təhlükə yaratmaqla həmin vaxt svetoforun qırmızı işığının yanması ilə bağlı piyada keçidi ilə avtomobil yolunu yolun sol hissəsindən sağ hissəsinə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin sağ hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sol qamış sümüyünün aşağı 1/3-nin, incik sümüyünün yuxarı-orta 1/3-nin qapalı qəlpəli yerdəyişmiş sınığı, sol dizaltı çuxurda əzilmişcırılmış yara kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya xarakterik xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, atası Ələddin Əhmədovun özünə məxsus “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili idarə etmək üçün atası ona etibarnamə verməmişdir. O, həmin avtomobili idarə edir. 21 oktyabr 2022-ci il tarixdə o, yaşadığı evdə olmuş, saat 18 radələrində avtomobil ilə yaşadığı Şirvan şəhəri, Nigar Rəfibəyli küçəsindən çıxıb Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən bazara getmişdir. Bazardan alışveriş etdikdən sonra Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Çıraq” petrol yanacaq doldurma məntəqəsinə getmiş, avtomobilə benzin vurmuşdur. Şirvan şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətə başlamışdır. Həmin prospektdə sürət həddi 50 km/saat olmasına baxmayaraq o, avtomobili 80 km/saat sürətlə hərəkət etmişdir. Avtomobildə olan maqnitafona yüksək səs vermişdir. Şirvan şəhəri, Heydər Əliyev prospektində işıqforun qırmızı işığında o, avtomobilini saxlamamışdır. Həmin vaxt yolun sol hissəsindən sağ hissəsinə keçən piyadanı avtomobili ilə vurmuşdur. Həmin qadın hadisədən sonra yerə yıxılmışdır. O, qorxduğu üçün və məsuliyyətdən boyun qaçırmaq üçün avtomobilini saxlamamışdır. Yüksək sürətlə hərəkət edərək Şirvan şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Şirvan şəhər mərkəzi xəstəxanasının qarşısına getmişdir. Avtomobili orada saxlamışdır. Həmin küçədə yerləşən “Rafael” marketə getmişdir. Marketdən siqaret almış, avtomobilinə əyləşmişdir. Şirvan şəhəri Leytenant İbrahimov küçəsində yerləşən mağazadan çörək almışdır. Mağazada əmisi oğlu Elməddin Əhmədovu görmüşdür. Elməddindən hara getdiyini soruşmuş, sonuncu yaşadığı evə getmək istədiyini bildirmişdir. Elməddin ilə avtomobilinə yaxınlaşmışdır. Elməddin avtomobilinin ön oturacağında oturmuş, sonuncunu Şirvan şəhəri kənd evləri massivində yerləşən evlərinə aparmışdır. Elməddin Əhmədov yaşadıqları evin küçəsində avtomobilindən düşmüşdür. O da yaşadığı evə getmişdir. Avtomobilini yaşadığı evin həyətində saxlamışdır. O, avtomobili ilə piyadanı vurmağı barədə heç bir şəxsə məlumat verməmişdir. Avtomobili yüksək sürətlə idarə etmiş, ona görə də piyadanı vurduqdan sonra görmüşdür. Hadisə zamanı onun sürət həddi 80 km/saat olmuşdur. O, hadisədən əvvəl spirtli içki və narkotik vasitə istifadə etməmişdir. Hadisə zamanı avtomobildə heç kim olmamışdır. Hadisənin qarşısını almaq üçün heç bir tədbir görməmiş, işıqforun qadağanedici işiğında keçmiş, həmin vaxt piyada keçidi ilə keçən piyadanı avtomobilinin sağ tərəfi ilə vurmuşdur. Zərərçəkmiş şəxsə dəymiş zərəri aradan qaldırmış və onunla barışmışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, hazırda «X1 LTD» MMC-də dəftərxana üzrə iş icraçısı işləyir. 21 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Şirvan şəhərində yerləşən gözəllik salonundan çıxıb yaşadığı evə getmək üçün yola düşmüşdür. Şirvan şəhəri, Heydər Əliyev prospektində işıqforun qırmızı işığında yolun sol hissəsindən sağ hissəsinə piyada keçidi ilə yolu keçməyə başlamışdır. Piyada keçidi ilə yolu keçən zaman «Vaz-2106» markalı avtomobil yüksək sürətlə hərəkət edərək işıqforun qırmızı işığında onu ayaq nahiyəsindən vurmuşdur. O, zərbədən yerə yıxılmış və avtomobili idarə edən şəxs avtomobili saxlamadan oradan uzaqlaşıb getmişdir. Həmin vaxt yaxınlıqda olan şəxslər onu Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Hadisə «Vaz-2106» markalı sürücünün günahı səbəbindən baş vermiş, həmin sürücü avtomobili işıqforun qırmızı işığında sürətlə idarə edib onu piyada keçidinin üzərində vurmuş və ona yardım etmədən oradan uzaqlaşıb getmişdir. 24 oktyabr 2022-ci il tarixdə isə onu avtomobil ilə vuran sürücünün Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. O, «Vaz-2106» markalı avtomobili hansı məsafədən gördüyünü tam xatırlamır. Lakin avtomobil yolunu keçən zaman o, işıqforun qırmızı işığı yandığı üçün hansısa avtomobilin həmin işıqda yolu keçməsini gözləməmişdir. Təqsirlənirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam ödənilmiş, nəzərə alınmaısını xahiş etdi. Cinayət işinə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhərinin H.Əliyev prospekti olmaqla həmin yerdə yolun örtüyü asfaltbetondur, yolun eni 18 metrdir. Avtomobil yolunun ortası ilə 80 sm enində qoşa-xətt çəkilmiş, həmin qoşaxəttin eni nəzərə alınmaqla hər bir hərəkət hissəsi 8,6 metr (hər bir hissə üçün) təşkil etməklə yolda 4 hərəkət zolağı (hər hissədə 2 zolaq) var. Hərəkət hissəyə sağdan şəhər tipli tikililər birləşir, hərəkət hissəyə soldan yol çiyni birləşir. Küçə şəhər elektrik işığı ilə işıqlandırılır. Hadisə Hacıqabul rayonu istiqamətindən Şirvan şəhər istiqamətinə gəldikdə yolun avtomobilə nisbətən sağ hissəsində piyada keçidində baş vermişdir. Piyadanın vurulma yerindən yoln sağ hissəsində yerləşən avtobus dayanacağına kimi olan məsafə 18 metr, piyada vurulan yerdən yolun sağ kənarına 3,7 metr, qoşa xəttə kimi 4,5 metr, yolun sol kənarına kimi 14,3 metr təşkil edir. Hadisə işıqforu keçdikdə piyada zolağında baş vermişdir. Cinayət işinə əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin Şirvan RQİ və TBŞ-nin 12 dekabr 2022-ci il tarixli, 306-7268-1222 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə «BC» dərəcəli AC-856726 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun adı sürücülük hüququndan məhrum olunmuş şəxslərin siyahısında yoxdur. Cinayət işinə əlavə edilmiş Məhkəmə yol-nəqliyyat ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 8/3371 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz-2106 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərər çəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqana xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinə əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının 10 dekabr 2022-ci il tarixli 629 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – sol qamış sümüyünün aşağı 1/3-nin, incik sümüyünün yuxarı-orta 1/3-nin qapalı qəlpəli yerdəyişmiş sınığı, sol dizaltı çuxurda əzilmiş-cırılmış yara küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 21 oktyabr 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirlən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, barışmışlar, nəzərə alınmasını xahiş edir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində atasına məxsus və etibarnamə olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Vaz-2106 minik» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərinin Heydər Əliyev prospekti ilə Şirvan şəhərinin «köhnə şəhər» adlı ərazi istiqamətində hərəkət edib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt qarşısında, piyada keçidi qarşısında, digər yolayrıcında isə svetofor qarşısında dayanmalı olduğu halda, buna riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, Şirvan şəhəri, Heydər Əliyev prospektində svetoforun qadağanedici siqnalında svetofora çatmadan idarə etdiyi avtomobili dayandırmayıb, hərəkətini davam etdirərək, hərəkət üçün təhlükə yaratmaqla həmin vaxt svetoforun qırmızı işığının yanması ilə bağlı piyada keçidi ilə avtomobil yolunu yolun sol hissəsindən sağ hissəsinə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin sağ hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sol qamış sümüyünün aşağı 1/3-nin, incik sümüyünün yuxarı-orta 1/3-nin qapalı qəlpəli yerdəyişmiş sınığı, sol dizaltı çuxurda əzilmişcırılmış yara kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya xarakterik xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, həmin əməl isə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibini təşkil edir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi və Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək dəymiş ziyanı ödədiyi və barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı materialın Şirvan şəhər polis şöbəsinə göndərilməsini məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, həmin maddə ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı material Şirvan şəhər polis şöbəsinə göndərilsin. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar