Məhkəmə qərarları › İş №1(032)-38/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-38/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-38/2023 16.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:20-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X2 Ginekologiya və doğum şöbəsində həkim mama-ginekoloq işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs səhlənkarlıq edib, yəni öz işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs tərəfindən yeni doğulmuş uşağın ölümünə səbəb olmuşdur. Beləki, o, xx.xx.2022-ci il tarixdə, saat 11:45-də “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X2 Ginekologiya və doğum şöbəsinə “38-39 həftəlik hamiləlik, baş gəlişi, doğuşun İ dövrü şəkərli diabed, fəsadlaşmış mamalıq amnezi, iri döl” diaqnozu ilə müraciət etmiş xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs doğuş prosesinə rəhbərlik etdiyi zaman Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə Təlimatı”na əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara, standartlara uyğun olaraq tibbi yardım taktikasınını, diaqnozunu müəyyən etməli, zərurət yarandığı halda aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirməli, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etməli, əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməli, doğuş prosesinin başa çatdırılma üsulu ona təyin edilmiş diaqnoza uyğun düzgün seçilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli, 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş üzrə Klinik Protokol”-a əsasən doğuş prosesinin gedişinə, dölün vəziyyətinə, doğuşdan sonra yenidoğulmuşun vəziyyətinə diqqətlə nəzarət etməli, risk amillərini dəyərləndirməli, fəsadları müəyyən etməli, vəzifə öhdəliklərini, fəaliyyəti üzrə normativhüquqi aktların tələblərini vaxtında, keyfiyyətlə icra etməli olduğu halda həmin tələblərə əməl etməyərək səhlənkarlıq edib öz işinə laqeyd münasibət göstərməklə xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib Zərərçəkmiş şəxs doğuş prosesində konservativ doğuş taktikasını düzgün idarə etməmiş, doğuş prosesinin başa çatdırılma üsulunun ona təyin edilmiş diaqnoza uyğun düzgün seçməməsi, şəkərli diabetlə bağlı iri dölə əsasən tibbi göstəriş əsasında doğuşu cərrahi yolla başa çatdırmaması nəticəsində Zərərçəkmiş şəxs tərəfindən doğulmuş yenidoğulmuş uşaq İ-li ocaqlı atelektaz, cift toxumasında geniş qansızmalar, hematoma fonunda baş vermiş intranatal hipoksiya ilə əlaqədar dölün asfiksiyası, doğuşun taktiki cəhətdən düzgün seçilməməsi nəticəsində hipoksiya səbəbindən ölmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2006-ci ildən Şirvan ŞMX PHŞ-in Ginekologiya və doğum şöbəsində mama-ginekoloq həkim işləyir. X2 rəhbərliyi tərəfindən tərtib olunmuş cədvələ uyğun olaraq Ginekologiya və doğum şöbəsində növbədə olur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla qohumluğu və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs ona müraciət etdiyi vaxtdan, yəni 22-23 həftəlik hamiləliklə müraciət etdiyi vaxtdan tanımışdır. Zərərçəkmiş şəxs müayinə etdikdən sonra onun şəkərli diabet xətəsi olaraq insulin vurduğunu, böyrəkdə xroniki piolonefrik xəstəlik olduğunu, birinci doğuşdan sidik kisəsi və uşaqlıq yolu fistilası olduğunu, daima pamperslə gəzdiyini, abdomenoplastika əməliyyatı keçirdiyini, 22-23 həftəlik hamilə olduğunu müəyyən etmiş, hamilə olduğunu müəyyən etdikdən sonra kliniki protokola uyğun olaraq hər ay qəbuluna olmuş və ona tibbi yardımlar göstərilmişdir. Həmin yoxlanışlar dövründə Aytaca böyrək patologoyası ilə əlaqədar bitki tərkibli uraseptik müalicə 2-3 dəfə təyin edilmiş, döldə isə heç bir problemin olmadığını müəyyən etmişdir. Sonuncu dəfə qəbulunda olan zaman Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə gəlməsini təyin etmiş, bu onun sonuncu gəlişi olacaqmış, çünki 34 həftəsində uşağın tərs gəldiyini müəyyən etmiş, bunun üçün ona gimnastika təyin etmişdir ki, uşaq fırlansın. xx.xx.2022-ci il tarixdə evdə olan zaman Zərərçəkmiş şəxs PHŞ-ə gəlmiş, təxminən saat 01:30 radələrində müraciət etmişlər, o xəstəxanaya gəlmiş, Aytacı müayinə etmiş, onun aktiv doğuşda olmadığını təyin etmişdir. Onu doğuş suyu açılmamış, uşaqlıq boyu bağlı olmuşdur. Buna baxmayaraq ona nəzarət etmiş, Aytac PHŞ-də yatmış, səhər açıldıqdan sonra Aytac US müayinəsi olunmuş, dölün çəkisi 4100 qram, çox sululuq olduğu, dölün ürək döyüntüsünün eşidildiyi müəyyən edilmişdir. Bundan sonra Aytaca gözləməsini doğuşun yaxın müddət ərzində baş verəcəyini bildirmiş, onu nəzarətə götürmüş, özü də xəstəxanada qalmışdır. Aytaca sancı zəifliyini götürmək üçün “Saltates” tabletkasının 1/4 hissəsini vermişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Aytacı doğuşa almış, Aytac gücənməyə başlamış, 30 dəqiqə Aytac gücənmiş, uşaq tənəffüs etməyə cəht etmiş, ağzını və burunun yüngül şəkildə titrəyiş etməyə başlamışdır. Aytaca güc verməyini bildirmiş, ancaq dölün başı çıxıdıqdan sonra güc dayanmış, çox keyfiyyətsiz zəif güclər olmuşdur. Aytacın dirsək venasına 0,9% li natrium xlor, 200 ml 5 təsir vahidi okistasın məhlulu vurulmuş, intranazal oksigen qoşulmuşdur. Aytaca gücənməsi üçün praflaktik tədbirlər görülmüş, 15 dəqiqədən sonra gücənməyə başlamışdır. Həmin vaxtı Aytacın anası da doğuşda iştirak etmişdir. Uşağın başı çıxdıqdan sonra çiyinləri çanaq sümüyünün çıxacağına ilişmişdir. Aytac 15 dəqiqə dincələn zaman əl doplerində dölün ürək döyüntüsü olmamış, Aytac ölü döl doğmuşdur. Göbək ciyəsində pulsasiya olmamışdır. Neanotoloqlar İradə və Rəna ilkin yardımlar göstərmələrinə baxmayaraq heç bir nəticəsi olmamış, döl ayılmamışdır. Bunu Aytacın anasıda müşahidə etmişdir. Zərərçəkmiş şəxs hamilə olduğu vaxtdan doğuşa qədər olan müddət ərzində dörd dəfə qəbulunda olmuşdur. Ona etdiyi bütün tibbi yardımları hamiləlik kartasında qeyd etmişdir. Zərərçəkmiş şəxs Ginekologiya və doğum şöbəsinə müraciət edən zamanı özü gəlmiş, Aytacı müayinə etmiş, onun doğuş suyu açılmamışdır. Zərərçəkmiş şəxs keysəriyyə yolu ilə doğmasına ehtiyac olmamış, o xəstəxanaya gələn zaman artıq doğuş prosesi başlamış, doğuş sancıları olmuş, doğuş suyu açılmışdır. Bununla bağlı Ginekologiya və doğum şöbəsinin müdiri Sevda həkimlə konsilium etmişdir. Zərərçəkmiş şəxs doğuşdan əvvəl onun gücünün artması üçün yardımlar göstərmiş, bu barədə doğum tarixində qeyd etmiş, Aytaca doğuşdan sonra heç bir yardım göstərilməmişdir. Zərərçəkmiş şəxs ölü döl doğmasının səbəbi güc verməməsi, uşaqla ananı birləşdirən ciftin uşağı sıxması olmuşdur. Bundan əlavə ana şəkər xəstəsi olduğundan bətindəki dölün deabetik fetopatiya sindiromlu uşaq olması, uşağın keyfiyyətsiz şəkildə inkişaf etməsinə təsir etməsi istisna edilmir. Şahid3 qeyd etdikləri yalandır. X1 Sığorta sisteminə keçdiyi üçün heç bir xəstədən pul alınmır. Şahid3 150 manat və əlavə olaraq 300 manat almamışdır. Aytəkinin qızı Zərərçəkmiş şəxs xəstəxanada ölü uşaq doğduğu üçün onun anası ona şikayət edəcəyini bildirmiş, həmçinin qoluna xəsarət yetirmiş, onun ünvanına nalayiq ifadələr işlətmiş və DİN-nin 102 xidmətinə məlumat vermişdir.Daha sonra Aytəkinin Müşfiq adlı tanışı ona yaxınlaşaraq Aytəkin sakitləşdirəciyini və onu xəstəxanadan uzaqlaşdıracağını bildirmişdir. Həmçinin Aytəkinin sözünü ona çatdıraraq 600 manat pul istədiyini bildirmişdir. O da razılaşaraq Müşfiqə əvvəlcə 600 manat pul vermiş, səhəri gün isə Müşfiqə 100 manat pul vermişdir. Daha sonra Aytəkin şəhər prokurorluğuna gələrək ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə hamilə olduğunu bilmiş və 2022-ci il aprel ayında “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X2 Ginekologiya və doğum şöbəsinə müraciət etmiş, orada mama-ginekoloq həkim işləyən Təqsirləndirilən şəxs tərəfindən müayinə olunmuş və müvafiq analizlər vermişdir. Ona konkret olaraq altı aylıq hamilə olduğunu bildirmişlər. Hamiləliyi tam qaydasında keçmiş, altı aydan uşaq doğulana kimi Sevinc həkimin təyin etdiyi vaxtlarda PHŞ-ə gələrək müayinə olunmuş və müvafiq analizlər vermişdir. Sevinc həkim 2022-ci ilin avqust ayının əvvəlində doğuş vaxtını xx.xx.2022-ci ilə təyin etmiş, şəkər xəstəsi olduğundan, əvvəllər cərrahiyyə əməliyyatı olduğu üçün uşağın cərrahiyyə əməliyyatı ilə götürülməsinin Sevinc həkim mümkün olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə gecə təxminən saat 00:10 radələrində ağrıları başlamış, təxminin saat 02:00 radələrində xəstəxanaya gəlmiş, onların zəngləri əsasında Sevinc həkim də xəstəxnaya gəlmişdir. Həmin vaxtı uşaq qarnında tərpənirmiş, bunu hiss edirmiş. O xəstəxanaya gələndə doğuş sancıları şiddətlənmiş, doğuş suyu açılmışdır. Sevinc həkim müayinə edərək uşağın səhərə yaxın doğulacağını bildirmiş, xəstəxanada yatmağını demişdir. Sevinc həkim təxminən saat 08 radələrində adını bilmədiyi ağ rəngli doğuşu surətləndirmək üçün dilinin altına qoymaq üçün tabletka vermişdir. Həmin dərmanı dilinin altına qoymuşdur. xx.xx.2022-ci il tarixdə onu doğuş stoluna qaldırmışlar, həmin vaxtı Sevinc həkim uşağın ürək döyüntülərini eşitdiyini bildirmiş, o da uşağın hərəkət etdiyini hiss etmişdir. Günortadan sonra ölü uşaq doğmuş, həmin vaxtı uşaq ağlamamış, nəfəs almamış. Bundan sonra həkim uşağa tibbi yardımlar göstərməyə çalışmış, ancaq heç bir nəticəsi olmamışdır. xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi xəstəxanada qalmış, ona tibbi yardım göstərilmişdir. Şirvan ŞMX PHŞ-ə çatan zaman doğuş prosesi başlamamış, ancaq doğuş sancıları şiddətlənmiş və doğuş suyu açılmışdır. Hamilə olduğu vaxtdan doğuşa qədər olan müddətdə Sevinc həkimin nəzarətində olmuşdur. Doğduğu uşaq ölü doğulmuş, uşaq ağlamamış, ürək döyüntüləri eşidilməmiş. Uşaq ölü doğulduqdan sonra Sevinc həkim tərəfindən tibbi yardım göstərilmiş, konkret olaraq həmin tibbi yardımın nədən ibarət olması barədə heç bir söz deyə bilməmişdir. Doğuşa görə Sevinc həkimə 500 manat pul vermişlər, uşaq ölü doğulduğuna görə həmin pulu Sevinc həkimdən geri almışdır. Ölü döl doğmağının səbəbi barədə heç bir söz deyə bilməmişdir. Həmin vaxt o doğum şöbəsində olmuşdur. Uşaq ölü doğulduqdan sonra isə Sevinc həkim anasına 500 manat pulu qaytarmışdır. Onun bu məslədən sonradan xəbəri olmuşdur. Anası Sevinc həkimə pul verərkən, həmçinin o pullarıı geri qaytararkən həmin vaxt orada olmamışdır.Həmçinin hamiləlik dövründə və hamiləlikdən sonrakı dövrdə müayinə və müalicələrinə anası 6 min manat pul xərcləmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, pna vurulmuş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində Şahid3 Tofiq qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə hamilə olduğunu bilmişdir. 2022-ci ilin aprel ayında qızını Şirvan şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müayinə üçün gətirmiş, orada mama-ginekoloq həkim işləyən Təqsirləndirilən şəxs tərəfindən qızı müayinə olunmuş və müvafiq analizlər vermiş, Aytacın altı aylıq hamilə olduğunu bilmişlər. Hamiləliyi tam qaydasında keçirmiş, altı aydan uşaq doğulana kimi Sevinc həkimin təyin etdiyi vaxtlarda onunla birikdə PHŞ-ə gələrək qızı müayinə olunmuş və müvafiq analizlər vermişdir. Sevinc həkim 2022-ci ilin avqust ayının əvvəlində doğuş vaxtını xx.xx.2022-ci ilə təyin etmişdir. Qızı şəkər xəstəsi olduğundan, əvvəllər cərrahiyyə əməliyyatı olduğundan uşağın cərrahiyyə əməliyyatı ilə götürülməsinin Sevinc həkim mümkün olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə gecə təxminən saat 00:10 radələrində qızı Aytacın ağrıları başlamış, təxminin saat 02:00 radələrində xəstəxanaya gəlmişlər, onların zəngi əsasında Sevinc həkim də xəstəxnaya gəlmişdir. Onlar xəstəxanaya gələndə qızı Aytacın doğuş sancıları şiddətlənmiş, doğuş suyu açılmışdır. Sevinc həkim qızını müayinə edərək uşağın səhərə yaxın doğulacağını bildirmiş, xəstəxanada yatmağını demişdir. xx.xx.2022-ci il tarixdə qızını doğuş stoluna qaldırmışlar, həmin vaxtı Sevinc həkim uşağın ürək döyündülərini eşitdiyini bildirmiş, özü də doğuşda iştirak etmişdir. O, qızının əllərindən tutmuşdur. 26 avqust 2022-ci il tarixdə günortadan sonra, qızı ölü uşaq doğmuş, həmin vaxtı uşaq ağlamamış, nəfəs almamışdır. Bundan sonra həkim uşağa tibbi yardımlar göstərməyə çalışmış, ancaq heç bir nəticəsi olmamışdır. Sevinc həkimə zəng edib onu Doğum şöbəsinə gəlməsini xahiş etmişdir. Sevinc həkim ona qaranlıq olduğunu, qaranlıqda qorxduğu üçün gəlib onu xəstəxnaya gətirməyini bildirmişdir. Onun evi xəstəxananın yaxınlığında yerləşir. O dərhal təxminən 02:20 radələrində Sevinc həkimin Şirvan şəhərində Apteklərin yaxınlığında yaşadığı binanın qarşısına gəlmişdir. Bir neçə dəqiqə sonra Sevinc həkim yaşadığı mənzildən onun yanıma gəlmiş və onunla piyada yeriyə-yeriyə xəstəxanaya doğru gəlmişlər. Sevinc həkim ona yolda olarkən növbəsi olmadığını bunun üçün150 manat ona pul verməyini, doğuş üçündə əlavə olaraq 300 manat pul verməyini demişdir. O da Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığında 450 manat pulu onun əyinində olan paltarın cibinə qoymuşdur. Həmçinin xəstəxanada olarkən əlavə 50 manat xərci çıxmışdır. Uşaq ölü doğulduqdan sonra isə Sevinc həkimə verdiyi pulu tələb etmişdir. O, Müşfiq adlı tanışının vasitəsi ilə 500 manat pulu Təqsirləndirilən şəxs geri qaytarmışdır. Qızı Aytacın hamiləlik dövründə və ondan sonra müayinə və müalicələrinə 6 min manat pul xərcləmişdir. Hazırda təqsirləndirilən şəxs dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə istintaqında şahid qismində Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci ildən “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X2 Ginekologiya və doğum şöbəsində mama işləyir. PHŞ-in rəhbərliyi tərəfindən tərtib olunmuş cədvələ uyğun olaraq Ginekologiya və doğum şöbəsində növbədə olur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla qohumluğu və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs 26 avqust 2022-ci il tarixdə səhər vaxtı növbəyə gələndən sonra görmüş, Aytac həmin vaxtı şöbəyə gəlmişdir. Aytacın hamiləliyinin neçənci həftəsində olmasını bilməmiş, ancaq bildiyinə görə onun doğuş vaxtı olmuşdur. Təxminən saat 15 radələrində Aytacı doğuş stoluna çıxarmışlar, doğuş otağında vəzifəsi Aytaca sistem, burnuna oksigen aparatını qoşmaq olmuş, doğuşu Sevinc həkim idarə etmişdir. Ondan başqa doğuşda xadimə Sitarə olmuşdur. Soradan isə neanotoloq Rəna həkim də doğuş otağına gəlmiş, normal doğuş prosesi getmiş, dölün başı ananın xarici cinsiyyət orqanından bayıra çıxmışdır. Təxminən saat 15:30 radələrində dölün başı çıxdıqdan sonra ana güc verməmiş, Sevinc həkim anaya güc verməsini bildirmiş, hətta Aytacın doğuşda iştirak edən anasına da qızına güc verməsini bildirməsini demiş, ancaq Aytac güc verməmişdir. Sevinc həkim güc verməsə uşağı ölü doğa biləcəyini bildirmişdir. Sevinc həkim əlində olan doplerlə müayinə etmiş, uşağın ürək döyüntülərinin olmadığını bildirmişdir. Dölün ağız və burununu tərpətməsi hiss olunmuş, Aytac güc vermədiyindən təxminən 15 dəqiqə sonra ölü döl doğulmuş, döl ağlamamış, dölün başı göy rəngli, bədəni isə avazımış, göbək ciyəsində nəbz olmamışdır, göbək ciyəsində həqiqi düyün olmuşdur, əzələ tonusu, refleksləri, tənəffüs, ürək döyüntüləri olmamışdır, Sevinc həkim tərəfindən ölü dölün göbəyi kəsildikdən sonra yardım göstərilməsi üçün Rəna həkimə təhvil verilmişdir. Göbək ciyəsində həqiqi düyünün yaranmasının səbəbi barədə heç bir söz deyə bilmir. Rəna həkim tərəfindən dölə hansı yardımın edilməsi barədə heç bir məlumatı olmamışdır. Miriyeva Ginekologiya və doğum şöbəsinə müraciət edən zamanı onu görmədiyndən bu barədə heç bir söz deyə bilməmişdir. Zərərçəkmiş şəxs doğuşdan əvvəl onun gücünün artması üçün yardımlar göstərilmiş, bu barədə doğum tarixində qeyd edilmişdir. Zərərçəkmiş şəxs ölü döl doğmasının səbəbini bilmir. Məhkəmə istintaqında şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, 2011-ci ildən “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X2 həkim neanotoluq işləyir. PHŞ-in rəhbərliyi tərəfindən tərtib olunmuş cədvələ uyğun olaraq Ginekologiya və doğum şöbəsində növbədə olur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla qohumluğu və düşmənçiliyi olmamışdır. 26 avqust 2022-ci il tarixdə, təxminən saat 15:20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi doğuş prosesinə onu çağırmışlar, doğuş otağına daxil olmuş, orada ana Zərərçəkmiş şəxs burnunda oksigen, qol nahiyəsində sistem olmuş, o doğuş stolunda güc vermə mərhələsində olmuş, dölün başı ananın xarici cinsiyyət orqanlarından çıxmışdır. Dölün bədəni ananın bətnindən çıxmamış, çünki ana güc verməmişdir. Döl ana bətnindən təxminən 15 dəqiqə sonra tam şəkildə azad olmuşdur. Döl ana bətnindən tam azad olmamışdan əvvəl Sevinc həkim əlində olan dopler ilə müayinə etdikdən sonra dölün ürək döyüntülərini eşitmədiyini, anaya güc verməsini, əks halda uşağın ana bətnində öləcəyini və dölün ölü doğulacağını bildirmişdir. Döl ölü şəkildə doğulmuş, döl ağlamamış, dölün başı göy rəngli, bədəni isə avazımış, göbək ciyəsində nəbz olmamış, göbək ciyəsində həqiqi düyün ollmuşdur, əzələ tonusu, refleksləri, tənəffüs, ürək döyüntüləri yolmlamış, Sevinc həkim tərəfindən ölü dölün göbəyi kəsildikdən sonra yardım göstərilməsi üçün ona təhvil verilmişdir. Göbək ciyəsində həqiqi düyünün yaranmasının səbəbi barədə heç bir söz deyə bilmir. “Yeni doğulmuşların reanimasiya protokoluna” uyğun olaraq dölü anbu kisəsi vasitəsi oksigen ilə 30 saniyə ərzində süni vintilyasiya etmiş, bir nəticə almadığına görə ürəyinin xarici masajı edilmiş, bununda effekti olmadığına görə dölün ürək döyüntülərini yaratmaq üçün göbək ciyəsinin venasina adırnalin məhlulunu natixlorla qarşığını vurmuş, lakin heç bir nəticəsi olammış, döl heç bir reaksiya verməmişdir. 10 dəqiqədən sonra, uşağın göbək ciyəsi kəsilmiş, ölü döl bükülmüş və digər otağa qoyulmuşdur. Dölün çəkisi 5 kq, boyu 60 sm, başının çevrəsi 42 sm, döşünün çevrəsi isə 40 sm olmuşdur. Ondan başqa digər heç bir neanotoloq ölü dölə yardım etməmişdir. Aytac Miryevanın keysəriyə yolu ilə doğmasına ehtiyac olub-olmamasını qiymətləndirmək səlahiyyətinə aid olmamışdır. Zərərçəkmiş şəxs ölü döl doğmasının səbəbi barədə heç bir fikiri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Meyitə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təşrih masası üzərində mavi rəngli mələfəyə bükülmüş kişi cinsli yeni doğulmuşun meyiti vardır. Meyitin boyu 60 sm, çəkisi 4,700 kg, başının dairəsinin uzunluğu 43 sm, döş qəfəsi dairəsinin uzunluğu 39 sm, kürəyin eni 23 sm-dır. Meyit qacıması bütün qrup əzələlərində zəif inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa səthində yerləşir, qırmızımtıl-bənövşəyidir, zəif intensizvlikdədir, barmaqla təzyiq etdikdə rəngi avazıyır, 1,5-2 dəqiqəyə əvvəlki rəngi bərpa olunur. Kəllə tağı sümüklərində sümük-destruktiv dəyişikliklər hiss olunmur. Başının tükləri qaradır, uzunluğu 2-3 sm-ə qədərdir. Gözləri qapalıdır, bəbəklər bərabər genəlib, diametri 0,2 sm-dır. Konyuktiv qansızmasıdır. Burun və üz skleti sümüklərini ələdikdə sümük-destruktiv dəyişiklik hiss olunmur. Hər iki burun keçəcəklərində selikli axıntı müəyyən edilir. Hər iki qulaq keçəcəkləri sərbəst keçiricidir. Ağzı qapalıdır, dişləri çıxmayıb. Boyunu bədənə mütənasibdir. Məhdud hərəkətlidir. Döş qəfəsi çəlləkvaridir, simmetrikdir, əllədikdə qabırğa sınığı hiss olunmur. Qarnı döş qəfəsi səviyyəsindədir, əllədikdə yumşaqdır. Göbək ciyəsi göbək həlqəsi səviyyəsində kəsilmiş, liqatura ilə bağlanmışdır. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmiş, kişi tiplidir, xəstəlik və zədə əlamətləri yoxdur. Arxa keçəcək qapalıdır, ətrafı təmizdir. Ətraf sümüklərini əllədikdə tamdır. Meyitin bədən səthinin əsas büküşlər olan hissələrində pendirəbənzər madə nəzərə çarpır. Xarici müayinə zamanı meyitin bədən səthində heç bir xəsarət aşkar olunmadı. (cild 1, i.v. 6-10) Məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli, 498 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-hər iki saidin orta-aşağı 1/3-də və orta qasıq nahiyəsində hamar çapıq izləri-iti xassəyə malik alət təsirindən törənmiş, hər iki saiddəki xəsarətlər səthi dəri kəsiklərinin sağalmasından sonra qalan çapıq izləridir, müddəti müayinədən xeyli əvvəl uyğun gəlir və qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Xəsarətlərin müayinə olunan əli çatan nahiyəsində yerləşməsi, bir-birinə paralel olması, onu deməyə əsas verir ki, həmin xəsarətlər müayinə olunanın özü tərəfindən yetirilə bilərdi. Qasıq nahiyəsində olan kəsilmiş yara isə tibbi manipulyasiya zamanı yetirilmiş, müayinədən 1,5 il və artıq müddətə uyğun gəlir. Tibbi manipulyasiya zamanı yetirilən xəsarətlərə dərəcə verilmir. (cild 1, i.v 69- 71) Məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli, 28 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs yeni doğulmuş uşağının bədən səthində hər hansı bir xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs yenidoğulmuş uşağının ölümünə səbəb İ-li ocaqlı atelektaz, cift toxumasında geniş qansızmalar, hematoma fonunda baş vermiş intranatal hipoksiya ilə əlaqədar dölün asfikasiyası olmuşdur. Ölüm meyit müayinə olunmadan 4-6 saat əvvəl baş vermişdir. (cild 1, i.v 72-77 ) Məhkəmə komisyon ekspertizasının xx.xx.2022-ci il tarixli, 541/KEŞ nömrəli rəyində göstərilmişdir ki, Aytac Miryevanın adına antenatal qulluq barədə tibbi sənədlər olmadığından antenatal qulluq barədə fikir söylənilməsi mümkün deyildir. Antenatal qulluq sahə üzrə qadınməsləhətxanasının həkim mama-ginekoloqları tərəfindən icra edilməlidir. Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-də Zərərçəkmiş şəxs adına tərtib edilmiş doğum tarixindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 11:45-də “38-39 həftəlik hamiləlik. Baş gəlişi. Doğuşun İ dövrü şəhkərli diabed. Fəsadlaşmış mamalıq amnezi. İri döl” diaqnozu ilə Şirvan şəhər doğum evinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələr əsasında diaqnoz düzgün təyin edilmişdir. Zərərçəkmiş şəxs doğuş prosesinin başa çatrdılma üsulu ona təyin edilmiş diaqnoza uyğun düzgün seçilməmişdir. Zərərçəkmiş şəxs təyin edilmiş diaqnoza əsasən fəsadlaşmış mamalıq amnezini, şəkərli diabetlə bağlı iri dölə əsasən tibbi göstəriş əsasında onun doğuşunu cərrahi yolla başa çatrdılmalı idi. Buna məsul şəxs doğuşu idarə edən həkim mama-ginekolqdur. Zərərçəkmiş şəxs yenidoğulmuş uşağının meyiti müayinə olunmuş və yenidoğulmuşun ölümünə səbəb İ-ci ocaqlı atlektaz, cift toxumasında geniş qansızmalar, hematoma fonunda baş vermiş intranatal hipokasiya ilə əlaqədar dölün asfikasiyasının olduğu müəyyən edilmişdir ki, bununlada aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Belə ki, doğuşun taktiki cəhətdən düzgün seçilməməsi döldə hipoksiyaya səbəb olmuş və yenidoğulmuşun ölümünə gətirib çıxarmışdır. Buna məsul şəxs həkim mama-ginekoloqdur, bununla əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin tələbləri pozulmuşdur. (cild 1, i.v 86-94) Məhkəmə komisyon ekspertizasının xx.xx.2022-ci il tarixli, 625/KEŞ nömrəli rəyində göstərilmişdir ki, Aytac Miryevanın adına antenatal qulluq barədə tibbi sənədlər olmadığından antenatal qulluq barədə fikir söylənilməsi mümkün deyildir. Antenatal qulluq sahə üzrə qadınməsləhətxanasının həkim mama-ginekoloqları tərəfindən icra edilməlidir. Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-də Zərərçəkmiş şəxs adına tərtib edilmiş doğum tarixindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 11:45-də “38-39 həftəlik hamiləlik. Baş gəlişi. Doğuşun İ dövrü şəhkərli diabed. Fəsadlaşmış mamalıq amnezi. İri döl” diaqnozu ilə Şirvan şəhər doğum evinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələr əsasında diaqnoz düzgün təyin edilmişdir. Zərərçəkmiş şəxs doğuş prosesinin başa çatrdılma üsulu ona təyin edilmiş diaqnoza uyğun düzgün seçilməmişdir. Zərərçəkmiş şəxs təyin edilmiş diaqnoza əsasən fəsadlaşmış mamalıq amnezini, şəkərli diabetlə bağlı iri dölə əsasən tibbi göstəriş əsasında onun doğuşunu cərrahi yolla başa çatrdılmalı idi. Buna məsul şəxs doğuşu idarə edən həkim mama-ginekolqdur. Zərərçəkmiş şəxs yenidoğulmuş uşağının meyiti müayinə olunmuş və yenidoğulmuşun ölümünə səbəb İ-ci ocaqlı atlektaz, cift toxumasında geniş qansızmalar, hematoma fonunda baş vermiş intranatal hipokasiya ilə əlaqədar dölün asfikasiyasının olduğu müəyyən edilmişdir ki, bununlada aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Belə ki, doğuşun taktiki cəhətdən düzgün seçilməməsi döldə hipoksiyaya səbəb olmuş və yenidoğulmuşun ölümünə gətirib çıxarmışdır. Buna məsul şəxs həkim mama-ginekoloqdur, bununla əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrinin 50.1 bəndi ( ona həvalə edilmiş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətlə həyata keçirilməməsi) pozulmuşdur. (cild 1, i.v.181-190) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, i.v.170-173) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Bundan əlavə məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini isə özünümüdafiə və məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin cəzanın şərti tədbiq edilməsini, üzərində 01 il sınaq müddəti təyin edilməklə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzası şərti təyin edilməklə üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar