Məhkəmə qərarları › İş №1(032)-38/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-38/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-38/2025 02.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:19-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkilləri Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, Şahid1 küçəsi, ev 1A, mənzil 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmiş və fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün təkrar mənzil sahəsi vermişdir. Belə ki, o, tamah niyyəti ilə nənəsi X3 yaşamış olduğu Şirvan şəhəri, L-nt İbrahimov küçəsi 13A ev 17-də yerləşən fərdi yaşayış evinin otaqlarını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq və müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi və bu məqsədlər üçün mənzil sahəsi verilməsi ilə bağlı əxlaqsız yuva təşkil edib saxlamış, eyni zamanda tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs1 kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra gəlir əldə etmək məqsədi ilə sonuncunu fahişəliyə cəlb edib onun həmin ünvanda kişi müştəriləri ilə cinsi əlaqədə olması üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş otağında müştərilərə intim xidmətlər göstərməsinə şərait yaradıb bunun müqabilində 01 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Şahid1 Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olmaq üçün 40 manat, sonuncunu fahişəliyə cəlb etdiyinə və mənzil sahəsi təşkil etdiyinə görə 20 manat həmin günü saat 21:05-də özünə məxsus 523915******3121 nömrəli bank kartlına 10 manat yüklənilməsinə nail olmaqla, ümumilikdə 70 manat pul almışdır. Bundan başqa o, tamah niyyəti ilə nənəsi Cəfərova Nobat qızının yaşamış olduğu Şirvan şəhəri, L-nt İbrahimov küçəsi 13A ev 17-də yerləşən fərdi yaşayış evinin otaqlarını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq və müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi və bu məqsədlər üçün mənzil sahəsi verilməsi ilə bağlı təkrar əxlaqsız yuva təşkil edib saxlamış, eyni zamanda tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs2 kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra gəlir əldə etmək məqsədi ilə sonuncunu fahişəliyə cəlb edib onun həmin ünvanda kişi müştəriləri ilə cinsi əlaqədə olması üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş otağında müştərilərə intim xidmətlər göstərməsinə şərait yaradıb bunun müqabilində 30 noyabr 2024-cü il tarixdə saat 21 radələrində X2 Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olmaq üçün 30 manat, sonuncunu fahişəliyə cəlb etdiyinə və mənzil sahəsi təşkil etdiyinə görə 25 manat olmaqla, ümumilikdə 55 manat pul almışdır. Bundan başqa o, tamah niyyəti ilə nənəsi Cəfərova Nobat qızının yaşamış olduğu Şirvan şəhəri, L-nt İbrahimov küçəsi 13A ev 17-də yerləşən fərdi yaşayış evinin otaqlarını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq və müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi və bu məqsədlər üçün mənzil sahəsi verilməsi ilə bağlı təkrar əxlaqsız yuva təşkil edib saxlamış, eyni zamanda tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs2 kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra gəlir əldə etmək məqsədi ilə sonuncunu fahişəliyə cəlb edib onun həmin ünvanda kişi müştəriləri ilə cinsi əlaqədə olması üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş otağında müştərilərə intim xidmətlər göstərməsinə şərait yaradıb bunun müqabilində 01 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Şahid3 Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olmaq üçün 40 manat, sonuncunu fahişəliyə cəlb etdiyinə və mənzil sahəsi təşkil etdiyinə görə 20 manat olmaqla, ümumilikdə 60 manat pul almışdır. Bundan başqa o, tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs2 kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra gəlir əldə etmək məqsədi ilə sonuncunu fahişəliyə cəlb edib 02 dekabr 2024-cü il tarixdə saat 23 radələrində Şahid6 Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olmaq üçün və sonuncunu fahişəliyə cəlb etdiyinə görə 10 manat pul almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 244.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilsə də, CM-nin 243.1 ci maddəsi ilə təqsirli bilmir. Belə ki, X1 təqribən 8-9 ildir ki, tanıyır. Aylanı tanıdığı ilk vaxtlarda sonuncunun azyaşlı uşaqları ilə birlikdə yaşamağa yeri olmamış, o da Aylaya yaşamaq üçün öz evində yer vermiş,o, ailə üzvləri və Ayla ilə birlikdə bir evdə yaşamışlar. Təxminən 3 il onunla birlikdə yaşadıqdan sonra Ayla evdən çıxıb başqa yerdə qalmağa başlamışdır. Sonradan isə Ayla ilə münasibəti qalmış və daimi olaraq ünsiyyətdə olmuşlar. 29 noyabr 2024-cü il tarixdə Ayla onunla əlaqə saxlayıb onun yanında bir qız olmasını, görüş üçün onlara ev lazım olduğunu bildirmişdir. Nənəsinin evinin yaxınlığında Ayla ilə görüşmüş, görüş zamanı Aylanın yanında bir nəfər tanımadığı qız olmuş, Ayla həmin qızı onunla tanış edib adının Aybəniz olduğunu demişdir. Sonra isə Ayla, bir saat ərzində qonaqlarının gələcəyini, həmin qonağının su filteri satışı ilə məşğul olduğunu və adının da Heydər olduğunu, həmin şəxslə Aybənizin görüşməsi üçün yəni cinsi əlaqədə olması üçün ev lazım olduğunu demişdir. Ayla, nənəsinin yaşadığı evdə cinsi əlaqədə olmaq üçün 20 manat pul verəcəyini demişdir. O da Ayla ilə razılaşmışdır. Bundan sonra Aylanın dediyi tanışı olan iki nəfər tanımadığı Heydər və Murad adlı oğlan mərhum nənəsinə məxsus evin yanına gəlmişlər. Evə girən kimi Ayla tanışından ümumilikdə 70 manat pul almış və həmin pulu saxlamaq üçün ona vermişdir. Daha sonra Ayla və Aybəniz nənəsinin evində hərəsi ayrı-ayrı otaqlarda görüşdükdən sonra oğlanlar çıxıb getmişlər. Ayla da ona saxlamaq üçün verdiyi 70 manat pulun 50 manatını özlərinə götürmüş, 20 manatı isə ev pulu kimi ona vermişdir. Heydərin ona məxsus karta atdığı 10 manat pul Aylaya verməli olduğu pul olmuş, Aylanın üzərində kart olmadığından o özünə məxsus kartı Heydərə vermişdir. O, Ayladan ev pulundan başqa görüşməyə görə pul almamışdır. Daha sonra Aybənizin Emin adlı şəxslə görüşməsinə görə 55 manat pul almışdır. Həmin puldan 20 manat evi təşkil etməsinə, 5 manat isə taksi pulu üçün almışdır. Sonra isə Ayla və tanışı Aybənizi Şirvan şəhərində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsinin yanında olan “Al” marketi qarşısında avtomobildən endirmişdir. Ayla və Aybənizi avtomobilindən düşürtdükdən sonra isə yaşadığı evə getmişdir. Bundan sonra 02 dekabr 2024-cü il tarixdə qızına ad günü şənliyi təşkil etmiş, Ayla da qızının ad gününü bildiyindən Aybəniz və başqa Sevinc adında tanışını da ad gününə gətirəcəyini demişdir. Həmin günü saat 18 radələrində Şirvan şəhərində Sərvət şadlıq sarayında qızına ad günü şənliyi təşkil etmiş və Ayla, Aybəniz və sonradan tanıdığı Sevinc də həmin məclisdə iştirak etmişlər. Sevinci ilk dəfə həmin məclisdə tanımışdır. Həmin günü saat 23 radələrində məclis yekunlaşmışdır. Məclis bitdikdən sonra Ayla Vetrok adlı kafeyə getməyini istəmişdir. Daha doğrusu Ayla telefonda kiminləsə danışmış və danışdığı şəxs həmin kafeyə gələcəyini demişdir. Kafeyə çatdıqdan sonra o, Ayla, Aybəniz və Sevinc kabinetdə əyləşmişlər. Bir qədər sonra Ayla ilə danışan həmin tanımadığı müştəri kafeyə gəlib kabinetdə onlarla əyləşmişdir. Bir neçə dəqiqə sonra həmin gələn müştəri ilk öncə Ayla ilə görüşmək istədiyini demişdir. Ayla isə ona “həmişə məni görürsən, yanımda olan iki qızdan birini götür apar” demişdir. Bundan sonra həmin müştəri Aybəniz ilə razılaşmış və müştərinin avtomobili ilə çıxıb getmişlər. Təxminən 15-20 dəqiqə keçdikdən sonra həmin müştəri Aylaya zəng edib Aybənizlə birlikdə Nur kafesinin qarşısında olduğunu və Aybənizi gəlib götürmələrini istəmişdir. O da yenidən öz avtomobili ilə Ayla və Sevinclə birlikdə gedib Nur kafesinin qarşısında Aybənizi götürmüş və 001 adlı kafenin qarşısında Aybəniz, Sevinc və Aylanı düşürmüşdür. Aybəniz də onu avtomobillə apardığından ona yanacaq pulu üçün 10 manat pul vermişdir. O da yaşadığı evə qayıtmışdır. O, yalnız Ayla və Aybənizin fahişəliklə məşğul olmaları üçün ev təşkil etmiş, onların görüşdüyü kişiləri isə tanımamışdır, onlardan əlavə pul almamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. Həmin vaxtlarda Sabirabad rayonu ərazisində hazırda adını tanımadığı kafedə çalışmışdır. Elnarə də çalışdığı kafeyə gəlib getmişdir. Həmin vaxtdan Elnarə ilə münasibəti yaranmışdır. Elnarə ilə münasibəti yarandıqdan sonra mütəmadi olaraq bir-birlərinin yaşadığı ünvanlara gedib gəlmişlər. Münasibətləri yarandıqdan sonra Elnarə, ətrafında pullu adamlar olduğunu və ona da həmin adamlarla görüşüb intim əlaqədə olmağı təklif eləmişdir. Elnarə ilə bu formada tanış olmuş və hər dəfə müştəri olduqda Elnarə onunla əlaqə saxlayaraq öz evinə aparmış və evində tanımadığı şəxslərlə görüşdürüb ona müxtəlif məbləğlərdə pul vermişdir. Zərərçəkmiş şəxs2 ilə 2024-cü ilin noyabr ayının sonlarında tanış olmuşdur. Həmin vaxtı Şirvan şəhərində 001 adlı kafedə oturub çay içmişdir. Bu zaman təsadüfən Aybənizlə həmin kafedə tanış olmuşdur. Aybəniz onunla söhbət edən zaman maddi vəziyyətinin yaxşı olmadığını, ona görə də iş axtardığını demişdir. O da münasib iş olduqda bu barədə Aybənizə məlumat verəcəyini demişdir. Beləliklə Aybəniz ilə münasibəti yaranmışdır. Bundan bir gün sonra o, Aybəniz ilə Zeynəb adlı restoranda görüşmüşdür. Görüş zamanı təsadüfən Elnarə də onların yanına gəlmiş və Elnarənin Aybənizlə münasibət yaratdığını görmüşdür. 30 noyabr 2024-cü il tarixdə axşam saat 20 radələrində tanışı Emin whatsapp ani mesajlaşma sistemində ona ismarıc yazaraq cinsi əlaqədə olmaq istədiyini demişdir. O da Eminə “gəl mənimlə görüş” demişdir. Emin isə cavabında “yox sən köhnəlmisən, təzə qız istəyirəm” demişdir. O da Aybənizin şəklini Eminə göndərmiş, görüş üçün Elnarə ilə danışmalı olduğunu demiş və Elnarənin nömrəsini də Eminə atmışdır. Emin, Aybənizlə çöldə görüşmək istədiyini və Aybənizin nömrəsini ona verməyini istəmişdir. O da Aybənizin nömrəsini verə bilməyəcəyini, evə görə də Elnarə ilə danışmalı olduğunu demişdir. Eminə “Elnarə 21 nömrəli məktəb tərəfdə qalır, get qapısını döy görüş” demişdir. Emin də gələcəyini demişdir. Bundan sonra Aybəniz onunla əlaqə saxlayıb Elnarənin ona müştəri tapdığını və Aybənizlə onu yaşadığı evə dəvət elədiyini demişdir. Bundan sonra Aybənizlə Şirvan şəhəri ərazisində görüşmüş və Elnarə onları öz idarə etdiyi Chevrolet markalı avtomobil ilə Şirvan şəhəri Xəqani küçəsindən götürüb 21 nömrəli məktəbin yanında avtomobilindən endirmişdir. Həmin məktəbin yanında Elnarə Aybənizlə ilə onu öz qohumuna məxsus evə aparmışdır. Evdə olan zaman Eminin evə gəldiyini görmüşdür. Emin evin qonaq otağında onunla Aybənizə baxdıqdan sonra Aybənizlə görüşmək istədiyini demişdir. Bu zaman Elnarə də Eminin yanında olmuşdur. Hətta danışıq zamanı Elnarə Eminə “başqa qızlar da istəsən xəbər elə istədiyin formada qız çıxardım” demişdir. Bundan sonra Elnarə ilə o, qonaq otağından çıxmış və Eminlə Aybəniz qonaq otağında qalmışlar. O da digər otaqda oturub Elnarə ilə söhbət etmişdir. Aybəniz Eminlə görüşdükdən sonra Elnarə Eminlə görüşmüş və pul aldıqdan sonra Aybənizə 30 manat pul vermişdir. 01 dekabr 2024-cü il tarixdə səhər saatlarında Heydər adlı tanışı ona ismarıc yazıb Murad adlı dostu ilə birlikdə olduğunu və ikisinin də intim münasibətdə olmaq istədiklərini demişdir. O da görüş üçün Elnarə ilə danışmalı olduğunu, yalnız Elnarənin evində görüşə biləcəyini demişdir. Heydər, polis tərəfdən problem olubolmamasını soruşmuşdur. O da Elnarənin anası Cəmilənin evdə olduğunu və kənar şəxs gəldikdə xəbərdarlıq etdiyini demişdir. Elnarə də yenidən onları öz idarə etdiyi Chevrolet markalı avtomobil ilə Şirvan şəhəri Xəqani küçəsindən götürüb 21 nömrəli məktəbin yanında avtomobilindən endirmişdir. Əvvəlki qaydada Elnarənin qohumunun yaşadığı evə daxil olmuşlar. Bir qədər keçdikdən sonra Heydər və dostu Murad evə daxil olmuşdur. O və Aybəniz hərəsi ayrı-ayrı otaqlara keçmişlər, ikisi də cinsi əlaqədə olmuşlar. İntim münasibətləri qurtardıqdan sonra Elnarə hərəsinə 30 manat pul vermişdir. Sonra da Elnarə onları öz avtomobilinə əyləşdirib Şirvan şəhəri ərazisində düşürmüşdür. Ümulikdə 60 manat pul verilmiş, 10 manat isə onun yanında kart olmadığından Elnarənin kartına göndərilmişdir. 02 dekabr 2024-cü il tarixdə Elnarə yenə Aybənizlə onu çağırdığından Aybənizə də məlumat vermişdir. Yenə də Aybənizlə görüşmüş və Elnarə də öz avtomobili gəlib onları götürmüşdür. Həmin günü də Elnarənin qızının ad günü olduğundan birlikdə Sərvət şadlıq sarayına getmişlər. Aybəniz öz tanışı Sevinc adında qızla gəlmişdir. Həmin şadlıq sarayında o, Aybəniz və Sevinc əylənən zaman Şirvan şəhərindən tanıdığı Taleh adında şəxs onunla əlaqə saxlayıb harada olduğunu soruşmuşdur. O da Talehi Sərvət şadlıq sarayına dəvət etmişdir. Elnarə isə şadlıq sarayında uşaqların olduğunu görüşün alınmayacağını demişdir. Ad günü məclisi qurtarandan sonra Elnarə öz anası və uşağını yaşadığı evə düşürtdükdən sonra Aybəniz, Sevinc və onu “Vetrok” adlı kafeyə aparmışdır. Aybəniz, o, Elnarə və Sevinc bir qədər oturduqdan sonra Talehin gəldiyini görmüşdür. Taleh onlara baxıb Aybənizlə görüşmək istədiyini demişdir. Bundan sonra Elnarə Talehə də evə getməyi təklif eləmişdir. Lakin Taleh evə getmək istəmədiyini demiş və kafedə Aybənizlə cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Lakin kafenin yaxınlığında polis əməkdaşları olduğundan Taleh ehtiyat eləmiş və Elnarəyə avtomobilin içərisində cinsi əlaqədə olacağını demişdir. Elnarə də Talehi tanıdığını və heç bir problem olmayacağını demişdir. Bundan sonra Aybəniz Talehin avtomobilinə əyləşmiş avtomobildə Talehlə cinsi əlaqədə olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyanın ödənilmişdir. Heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Ayla ilə Şirvan şəhərində 001 adlı kafedə oturub çay içən zaman tanış olmuşdur. Ayla ilə söhbət edən zaman maddi vəziyyətinin yaxşı olmadığını ona görə də iş axtardığını demişdir. Bundan bir gün sonra o, Ayla ilə Zeynəb adlı restoranda görüşmüşdür. Görüş zamanı Elnarə də onların yanına gəlmiş və Elnarə ilə tanış olmuşdur. Elnarə onun mobil nömrəsini götürmüş və onunla yaxın münasibət qurmaq istədiyini demişdir. Elnarə vəziyyəti ilə maraqlanmış və pula ehtiyacı olduğunu öyrəndikdən sonra tanıdığı insanlarla onu görüşdürməyi təklif eləmişdir. Bu zaman Ayla da Elnarə vasitəsi ilə tanımadığı şəxslərlə görüşdüyünü, narahat olmamasını bildirmişdir. 30 noyabr 2024-cü il tarixdə Elnarə onunla əlaqə saxlayıb müştəri olduğunu demiş və Ayla ilə onu yaşadığı evə dəvət etmişdir. O da Ayla ilə əlaqə saxlayıb Şirvan şəhəri ərazisində görüşmüş və Elnarə onları öz idarə etdiyi Chevrolet markalı avtomobil ilə Şirvan şəhəri Xəqani küçəsindən götürüb 21 nömrəli məktəbin yanında avtomobilindən endirmişdir. Həmin məktəbin yanında Elnarə Ayla ilə onu öz qohumuna məxsus evə aparmışdır. Evdə olan zaman bir nəfər tanımadığı oğlan evə gəlmiş və evin qonaq otağında həmin oğlan onunla Aylaya baxdıqdan sonra onunla görüşmək istədiyini demişdir. Bu zaman Elnarə də həmin oğlanın yanında olmuşdur. Hətta danışıq zamanı Elnarə həmin oğlana “başqa qızlar da istəsən xəbər elə istədiyin formada qız çıxardım” demişdir. Bundan sonra Elnarə ilə Ayla qonaq otağından çıxmış və həmin tanımadığı oğlanla o, qonaq otağında cinsi əlaqədə olmuşlar. Oğlanla münasibəti bitdikdən sonra Elnarə ona yaxınlaşıb 30 manat pul vermişdir. 01 dekabr 2024-cü il tarixdə axşam saatlarında Aylanın mobil telefonuna zəng edildiyini görmüş, Ayla, Elnarənin onunla əlaqə saxladığını, müştəri olduğunu və ikisini də fahişə kimi çağırdığını demişdir. O da yenidən Ayla ilə razılaşmışdır. 01 dekabr 2024-cü il tarixdə Ayla ilə yenidən görüşmüşdür. Elnarə də yenidən onları öz idarə etdiyi Chevrolet markalı avtomobil ilə Şirvan şəhəri Xəqani küçəsindən götürüb 21 nömrəli məktəbin yanında avtomobilindən endirmişdir. Əvvəlki qaydada Elnarənin qohumunun yaşadığı evə daxil olmuşlar. Bir qədər keçdikdən sonra Elnarə yanında iki nəfər oğlanla evə daxil olmuşdur. O və Ayla hərəsi ayrı-ayrı otaqlara keçmişlər. İkisi də tanımadıqları oğlanlarla cinsi əlaqədə olmuşdur. Oğlanlarla intim münasibəti qurtardıqdan sonra Elnarə hərəsinə 30 manat pul vermişdir. Sonra da Elnarə onları öz avtomobilinə əyləşdirib Şirvan şəhəri ərazisində düşürmüşdür. 02 dekabr 2024-cü il tarixdə tanışı Şahid5 da Bakı şəhərindən Şirvan şəhərinə gəlmişdir. Sevinclə birlikdə olan zaman Ayla yenidən onunla əlaqə saxlayıb Elnarənin onları müştəri kimi çağırdığını demişdir. Yenə də Ayla ilə görüşmüş və Elnarə də öz avtomobili gəlib onları götürmüşdür. Həmin günü də Elnarənin qızının ad günü olduğundan birlikdə Sərvət şadlıq sarayına getmişlər. Həmin şadlıq sarayında o, Ayla və Sevinc əyləndikdən sonra restoranda tanımadığı bir oğlan Elnarəyə yaxınlaşıb onu bəyəndiyini və onunla görüşmək istədiyini demişdir. Elnarə də ona həmin oğlanın daimi müştərisi olduğunu, həmin oğlanın görüş üçün 50-60 manat pul verəcəyini demişdir. Ad günü məclisi qurtarandan sonra Elnarə öz anası və uşağını yaşadığı evə düşürtdükdən sonra Ayla, Sevinc və onu “Vetrok” adlı kafeyə aparmışdır. Ayla o, Elnarə və Sevinc bir qədər oturduqdan sonra tanımadığı bir nəfər oğlan da onların əyləşdiyi kafeyə yaxınlaşmışdır. Həmin oğlan gəlməmişdən əvvəl Elnarə onlara “öz adınızı heçkimə deməyin, adınızı soruşsalar başqa ad deyin” demişdir. Elnarə ona öz adını “Lalə” kimi təqdim etməyini demişdir. Görüş üçün gələn oğlan onlara baxıb onunla görüşmək istədiyini demişdir. Bundan sonra Elnarə həmin oğlana da evə getməyi təklif eləmiş, lakin görüşmək istəyən oğlan evə getmək istəmədiyini demiş və kafedə onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Lakin kafenin yaxınlığında polis əməkdaşları olduğundan oğlan ehtiyat eləmiş və Elnarəyə avtomobilin içərisində cinsi əlaqədə olacaqlarını demişdir. Elnarə də həmin oğlanı tanıdığını və heç bir problem olmayacağını demişdir. Bundan sonra həmin tanımadığı oğlanın avtomobilinə əyləşmiş avtomobildə oğlanla cinsi əlaqədə olmuşdur. Bunun da qarşılığında Taleh Elnarəyə 30 manat pul vermiş, Elnarə həmin puldan 10 manat özünə götürmüş, 20 manat isə ona vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyanın ödənilmişdir. Heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 5 il müddətdir ki, tanıyır. 5 il əvvəl Elnarənin nənəsinə baxmaq üçün xadimə kimi onların yaşadığı evə gəlmişdir. Həmin vaxtdan etibarən Elnarə ilə münasibəti yaranmışdır. Elnarənin nənəsi Nabat xanım rəhmətə getdikdən sonra Elnarə həmin evə mütəmadi olaraq gəlib getməyə başlamışdır. Elnarənin özü ilə birlikdə mərhum nənəsinə məxsus evinə tanımadığı qadın və kişilərin gəlib getdiyini görsə də, onların nə məqsədlə evə gəlib getmələri ilə maraqlanmamış, Elnarənin həmin evi əxlaqsız yuva kimi istifadə etməsindən məlumatı olmamışdır. 04 dekabr 2024-cü il tarixdə də polis əməkdaşları evə gəlib baxış keçirmiş və onun qaldığı otağa bitişik otaqdan çoxlu sayda qoruyucu aşkar olunaraq götürülmüşdür. Onun həmin qoruyuculardan məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 müxtəlif ifadələr verdiyindən və onun verdiyi ifadələr ziddiyyətli olmaqla biri digərinə uyğun olmadığından onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 5 il müddətdir ki, tanıyır. 5 il əvvəl Elnarənin nənəsinə baxmaq üçün xadimə kimi onların yaşadığı evə gəlmişdir. Həmin vaxtdan etibarən Elnarə ilə münasibəti yaranmışdır. Elnarənin nənəsi Nabat xanım rəhmətə getdikdən sonra Elnarə həmin evə mütəmadi olaraq gəlib getməyə başlamışdır. Həmçinin Elnarə gəldiyi vaxtlarda özü ilə tanımadığı qız və oğlanları da evə gətirmişdir. O, evdə ayrı otaqda qaldığından Elnarə gətirən qız və oğlanların digər otaqda hansı işlə məşğul olmaları barədə məlumatı olmamışdır. Həmin tanımadığı adamlar həmişə günün qaranlıq vaxtlarında Elnarə ilə birlikdə evə gəlir və bir qədər otaqda qaldıqdan sonra isə Elnarə ilə birlikdə çıxıb getmişlər. Sonradan isə Elnarənin nənəsinə məxsus evi əxlaqsız yuva kimi istifadə etdiyini və qızları həmin evdə müştərilərlə görüşdürdüyünü öyrənmişdir. 04 dekabr 2024-cü il tarixdə də polis əməkdaşları evə gəlib baxış keçirmiş və onun qaldığı otağa bitişik otaqdan çoxlu sayda qoruyucu aşkar olunaraq götürülmüşdür. Onun həmin qoruyuculardan məlumatı olmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra həmin ifadəsində göstərdiklərini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Elnarəni əvvəllər tanımamışdır. 30 noyabr 2024-cü il tarixdə cinsi əlaqədə olmaq istəmişdir. Ayla adında tanışı olduğundan, həmçinin Aylanın da fahişə kimi görüşdüyünü bildiyindən Ayla ilə əlaqə saxlamış, Elnarənin evini təxmini bildiyindən axşam vaxtı gələcəyini demişdir. Bundan sonra həmin günü axşam saatlarında Elnarənin yaşadığı evə getmiş, evin qonaq otağında Ayla və başqa qız da əyləşmişdir. Həmin qızın şəklini Ayla ona “whatsap” da göndərmişdir. O, həmin vaxt nə qədər pul verməsini xatırlamır, o pulu Elnarəyə verdikdən sonra Aybənizlə otağa keçmişdir. Aybəniz ilə görüşüb qurtardıqdan sonra Elnarə başqa qızlar təşkil edəcəyini ona təklif eləyib mobil nömrəni götürmüşdür. O, Elnarəyə zəng eləmiş və nömrəsi Elnarənin telefonuna düşmüşdür. Elnarə ona “2-3 günə başqa qızlar olacaq, istəsən əlaqə saxla yenə görüşdürüm” demişdir. Elnarə ondan əlavə olaraq 5 manat pul istəmiş, qızları taksi ilə yola salacağını bildirmiş, o da Elnarə əlavə 5 manat pul vermişdir. Sonra isə oradan çıxıb uzaqlaşmışdır. Əlavə olaraq bildirdi ki, Şirvan şəhər Polis Şöbəsində ona qarşı fiziki və ya psixi zorakılıq olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 müxtəlif ifadələr verdiyindən və onun verdiyi ifadələr ziddiyyətli olmaqla biri digərinə uyğun olmadığından onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, 30 noyabr 2024-cü il tarixdə cinsi əlaqədə olmaq istəmişdir. Ayla adında tanışı olduğundan həmçinin Aylanın da fahişə kimi görüşdüyünü bildiyindən Ayla ilə əlaqə saxlamışdır. X15 adında mamaroza olduğunu, Elnarənin qız təşkil elədiyini bilmişdir. Ayladan Elnarə ilə necə əlaqə qura biləcəyini soruşmuşdur. Ayla, tanışının olduğunu, lakin həmin tanışının Elnarənin evində görüşdüyünü demişdir. O da Elnarənin evini təxmini bildiyindən axşam vaxtı gələcəyini demişdir. Bundan sonra həmin günü axşam saatlarında Elnarənin yaşadığı evin qarşısına getmişdir. Qapını döymüş, Elnarə qapının arxasından səslənmiş və kim olduğunu soruşmuşdur. O da “qonağam” deyə cavab vermişdir. Bundan sonra Elnarə qapını açmış və içəri daxil olmuşdur. Evin qonaq otağında Ayla və başqa qız da əyləşmişdir. Həmin qızın şəklini Ayla ona whatsapda göndərib Elnarənin evində görüşdüyün demişdir. Elnarədən nə qədər pul verməli olduğunu soruşmuşdur. Elnarə ondan 55 manat pul almışdır. 20 manat otaq pulu olduğunu, 30 manat qızın pulu 5 manat da taksi pulu kimi özünə aldığını demişdir. O da pulu Elnarəyə verib sonradan tanıdığı Aybənizlə otağa keçmişdir. İşi bitdikdən sonra hətta Elnarə mobil nömrəmi götürmüş, daha doğrusu öz nömrəsini ona vermişdir. O, Elnarəyə zəng eləmiş və nömrəsi Elnarənin telefonuna düşmüşdür. Elnarə ona “2-3 günə başqa qızlar olacaq, istəsən əlaqə saxla yenə görüşdürüm” demişdir. Sonra isə oradan çıxıb uzaqlaşmışdır. O, Aylanı uzun müddətdir ki, tanıyır. Aylanın da fahişə olduğunu bilmişdir. Ayla ilə görüşmək istəməmişdir. Digər qızla görüşməyini də Elnarə ilə danışmışdır. Daha doğrusu qızın şəkillərini Ayla ona göndərmişdir. Həmin qızla cinsi əlaqədə olmaq üçün Elnarənin evinə getmiş və Elnarə ilə danışıb pulu Elnarəyə verdikdən sonra qızla cinsi əlaqədə olmuşdur. Elnarəni əvvəllər tanımamışdır. Daha doğrusu Elnarənin mamaroza kimi çalışdığını eşitsə də Elnarə vasitəsi ilə əvvəllər hansısa qızla görüşməmişdir. Aybəniz ilə görüşüb qurtardıqdan sonra Elnarə başqa qızlar təşkil edəcəyini ona təklif eləyib mobil nömrəni götürmüşdür. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra həmin ifadəsində göstərdiklərini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Elnarəni əvvəllər tanımamış, O, Aylanı uzun müddətdir ki, tanımışdır. O, Ayla ilə telefonla əlaqə saxlamış,daha sonra dostu Muradla birlikdə Ayla xanımın dediyi evə getmişdir. Qapını döymüş, qapının arxasından qadın səslənmiş və kim olduqlarını soruşmuşdur. O da Ayla xanımın əvvəldən ona dediyi kimi “qonağıq” deyə cavab vermişdir. Onlar Elnarə ilə əvvəlcədən danışmışlar ki, hər biri ev üçün 20 manat , 50 manat isə xanımlar üçün pul verəcəklər. Çıxanda pulu stolun üstünə atıb çıxmışdır . Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 müxtəlif ifadələr verdiyindən və onun verdiyi ifadələr ziddiyyətli olmaqla biri digərinə uyğun olmadığından onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, Şirvan şəhəri ərazisində səyyar şəkildə su filterlərinin satışını həyata keçirir. 01 dekabr 2024-cü il tarixdə günorta vaxtlarında dostu Şahid3lə Şirvan şəhərində Sultan hamamında görüşmüşdür. Bir qədər söhbət etdikdən sonra onlar fahişələrlə cinsi əlaqədə olmaq istəmişdir. O, Ayla adında tanışı olduğunu, Aylanın da fahişə kimi görüşdüyünü demişdir. Bundan sonra Ayla ilə danışıb dostu olduğunu və dostu ilə birlikdə gələcəyini demişdir. Ayla isə qıraqda görüşə bilməyəcəyini, Elnarə adlı qadınla danışıb razılaşmalı olduğunu demişdir. Ayladan görüşün qiyməti barədə soruşmuş, Ayla yenə də pul barədə Elnarə ilə danışmalı olduqlarını, Elnarədən xəbərsiz görüşə bilməyəcəklərini demişdir. Bundan sonra Ayla yolu onlara başa salmış və Elnarənin yaşadığı evin qarşısına getmişdir. Qapını döydükdən sonra Elnarə qapının arxasından səslənmiş və kim olduqlarını soruşmuşdur. Onlar da “qonağıq” deyə cavab vermişdir. Bundan sonra Elnarə qapını açmış və içəri daxil olmuşlar. Evin qonaq otağında Ayla və başqa qzı da əyləşmişdir. O, Aylanı tanıdığından Aylanı seçmiş, dostu Murad isə digər qızı seçmişdir. Elnarədən nə qədər pul verməli olduqlarını soruşmuşdur. Elnarə, Murad və ondan ayrı-ayrılıqda 60 manat pul almışdır. İkisi Elnarəyə 120 manat pul vermişlər. Sonra isə Ayla ilə birlikdə otaqların birinə keçib bir dəfə cinsi əlaqədə olmuşlar. İşləri bitdikdən sonra isə Muradla birlikdə oradan çıxıb uzaqlaşmışdır. O, Aylanı uzun müddətdir ki, tanıyır. Aylanın da fahişə olduğunu bilmişdir. Ayla ilə görüşmək istəmiş, lakin Ayla, Elnarə icazə verməsə görüşə bilməyəcəyini, yalnız Elnarənin evində görüşə biləcəyini demişdir. Hətta evdə görüş zamanı otağa keçdikdə otaq xoşuna gəlməmiş, bir qədər də evdə ehtiyyat etmişdir. Bu zaman Elnarə onların otağa daxil olub “narahat olma, burda mən varam heçnə ola bilməz, rahat işinizi görün” demişdir. Sonradan isə onları başqa otağa keçirmiş və orada cinsi əlaqədə olmağını istəmişdir. Ayla ilə intim münasibətdə olduqdan sonra Elnarə görüş barədə razı qalıb-qalmadığını da soruşmuşdur. Əgər istəsə Bakı şəhərindən də qızlar gəldiyini, həmin qızların qiymətinin baha olduğunu demişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra həmin ifadəsində göstərdiklərini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Şahid3 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şahid6 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Şahid6 ifadəsində göstərmişdir ki, 02 dekabr 2024-cü il tarixdə axşam saatlarında tanışı Aylaya zəng edib cinsi əlaqədə olmaq istədiyini demişdir. Ayla isə ad günü məclisində olduqlarını, vetrok adlı kafeyə gələcəklərini demişdir. Bir müddət keçdikdən sonra həmin kafeyə getmişdir. Kafenin kabinetində Ayla o, sonradan tanıdığı Aybəniz, Sevinc adlı qız olmuşdur. Onların da yanında Arzu adı ilə tanıdığı Elnarə də əyləşmişdir. Elnarə ona Aybənizlə görüşmək üçün öz evinin olduğunu, həmin evdə heç bir problem olmayacağını demişdir. Lakin evdə cinsi əlaqədə olmaqdan ehtiyyat etdiyindən razılaşmamışdır. Bundan sonra Elnarə ona “sən bizim özümüzsən, narahat olma, biraz sərbəst ol” demişdir. Sonra isə Elnarə, Aybənizlə avtomobildə cinsi əlaqədə olmağına etiraz etməmişdir. Görüşdən əvvəl kafedə Elnarəyə 30 manat pul vermişdir. Pulu verdikdən sonra Şirvan şəhəri ərazisində avtomobilində hərəkətdə olan zaman Aybənizlə cinsi əlaqədə olmuşdur. İşi qurtardıqdan sonra Aybənizi “sever” yolu adlanan yerdə Elnarənin avtomobilinin yanında düşürdüb öz evinə getmişdir. Bundan sonra Aybəniz və Elnarənin hara getməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Şahid5 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 2024-cü ilin may ayından tanıyır. 02 dekabr 2024-cü il tarixdə Aybənizlə əlaqə saxlayıb harada olduğunu soruşmuşdur. Aybəniz Şirvan şəhərində olduğundan o da Bakı şəhərindən Şirvan şəhərinə gəlmişdir. Şirvana gəldikdən sonra Aybənizlə birlikdə Sərvət şadlıq sarayına getmişdir. Orada Elnarə adlı qadınla tanış olmuşdur. Elnarə ilə danışıq zamanı Elnarə onu bəyəndiyini demiş və mobil nömrəsini götürmüşdür. Elnarə özünün tanışlarının olduğunu, məsləhətli adam olduqda onu həmin şəxslərlə görüşdürüb pul qazandıracağını demişdir. Məclis qurtarandan sonra Elnarə öz anası və uşağını yaşadığı evə düşürtdükdən sonra Aybənizin tanışı Ayla adlı qızı, Aybəniz və onu “Vetrok” adlı kafeyə aparmışdır. Ayla o, Elnarə və Aybəniz bir qədər oturduqdan sonra tanımadığı bir nəfər oğlan da onların əyləşdiyi kafeyə yaxınlaşmışdır. Həmin oğlan gəlməmişdən əvvəl Elnarə onlara “öz adınızı heçkimə deməyin, adınızı soruşsalar başqa ad deyin” demişdir. Görüş üçün gələn oğlan onlara baxıb bir qədər ehtiyyatla davranmağa başlamışdır. Bundan sonra Elnarə həmin oğlana “narahat olma, biz birbimizi çoxdan tanıyırıq, rahat ol” demişdir. Bundan sonra oğlan sərbəst danışmağa başlamışdır. Həmin oğlan gəlməmişdən əvvəl Elnarə onlara “məndən xəbərsiz heçhara getməyin, məndən xəbərsiz getsəniz başınıza iş gələr, hara getmək lazımdı mən özüm deyəcəm” demişdir. Oğlan danışıb rahatlaşdıqdan sonra Aybənizi bəyəndiyini demişdir. Və Elnarə razılıq verdikdən sonra Aybəniz avtomobildə həmin oğlanla cinsi əlaqədə olmuşdur. Daha doğrusu görüşdən əvvəl Elnarə ilk öncə pulun verilməsini tələb eləmiş, pulu aldıqdan sonra isə görüşməyə icazə vermişdir. Elnarə həmin oğlandan 40 manat pul istəsə də sonradan 30 manata razılaşmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə şahid X7 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 dekabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbiri, binaya, o cümlədən yaşayış yerinə daxil olma və baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, 04 dekabr 2024-cü il tarixdə saat 00:11 dəqiqədən saat 00:17 dəqiqəyə qədər keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs əxlaqsız yuva kimi istifadəyə verdiyi Şirvan şəhəri L-nt İbrahimov küçəsi 13 A ev 17-də yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinin otağında televizor altlığının rəfindən 16 ədəd kişi qoruyucusu (prezervativ) aşkar olunaraq götürülmüşdür. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nın 234.1 və 244.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(032)-219/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və Şirvan şəhər Məhkəməsinin 1(032)-326/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 1(032)-326/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 243.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 244.2.2-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməklə, Təqsirləndirilən şəxs üzərində 01(bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilmişdir. xx.xx.2024-cü ildə sınaq müddəti bitmiş və qeydiyyatdan çıxarılmışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişiklik etməklə, o, Azərbaycan Respublikası CM-nın 234.1 və 244.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini və ərizəni nəzərə alınmasını xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini və ərizəni nəzərə alınmasını xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyana görə 500 manat məbləğində pul vəkil Müdafiəçi tərəfindən ödənilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2011-ci il təvəllüdlü X10 adlı 2 övladı var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM-nin 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsinə əsasən Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə təkrar törədildikdə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü yalnız Ayla və Aybənizin fahişəliklə məşğul olmaları üçün ev təşkil etməsi, onların görüşdüyü kişiləri isə tanımaması, onlardan əlavə pul almaması, yəni özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 243.1ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CMnin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslərlə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci, əməlindən səmimi peşmançılıq çəkməsini, ona qarşı şikayət və tələbin olmamasını, bir yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 243.1 və 244.2.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1 -ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli,təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM- 56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, iş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 16 ədəd qoruyucu (prezervativ) məhv edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 55-ci bəndində göstərilmişdir ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17- 3/2-8765/2025 saylı məktubun surətindən görünür ki, Şirvan Şəhər İcra Hakimiyyətindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə daxil olan xx.xx.2025-ci il tarixli 5-8/2-233/2025 nömrəli Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyinə görə nəzarətsiz qalan övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X8 uşaq müəssisələrinin birinə yerləşdirilməsi xahiş olunmuşdur. Ailə Məcəlləsinin 116.1-ci maddəsinə uyğun olaraq uşaqların və onların ailələrini, valideyn himayəsindən məhrum olma səbəblərini müəyyən etmək məqsədilə qiymətləndirmə həyata keçirilmişdir. Qiymətləndirmə zamanı X6 və X11 faktiki olaraq nənələri (analarının anası) X9 tərəfindən qayğı göstərildiyi və uşaqların həyat və sağlamlığına birbaşa təhlükə olmadığı müşahidə olunmuşdur. Uşaqlar nənələri ilə birgə yaşamaq istədikləri və müəssisəyə yerləşmək istəmədiklərini bildirmişlər. X5 uşaqların üzərində qanuni nümayəndə olması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Uşaqların ailə qayğısı ilə əhatə edilməsini nəzərə alaraq onların ailədə qalmasının mümkünlüyü müəyyən edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17- 3/2-8765/2025 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs nəzarətsiz qalan övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X8 X9 ilə birgə yaşamaqla onun himayəsində olmaları və sonuncuya uşaqların üzərində qanuni nümayəndə olması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməsinin tövsiyə olunması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 243.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 244.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən əsasən təyin edilmiş cəzalar cinayətlərin məcmusu qaydasında qismən toplanılmaqla qəti olaraq ona 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 16 ədəd qoruyucu (prezervativ) məhv edilsin. İş üzrə ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-3/2-8765/2025 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs nəzarətsiz qalan övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X8 nənələri X9 ilə birgə yaşamaqla onun himayəsində olmaları və sonuncuya uşaqların üzərində qanuni nümayəndə olması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməsinin tövsiyə olunması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar