Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-39/2023 01.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:55-də Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs gəlir əldə etmək üçün şifahi razılaşma ilə icarə əsasında ünvan 3 ünvanda yerləşən çay evi kimi işlətdiyi obyektdə 2022-ci ilin mart ayından başlayaraq pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunu keçirilməsi üçün xüsusi otaq hazırlamaqla, həmin otaqda ayrı-ayrı şəxslərin qumar oyunları oynamaları üçün şərait yaradıb, 2022-ci ilin sentyabr ayına kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda keçirilən qumar oyununun hər saatına 6-7 manat məbləğində pul almış və 30 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində icarə əsasında işlətdiyi həmin obyektdə Şahid5, Şahid4, Şahid3, Şahid1 və Şahid2 təkrarən qumar oynadıqları zaman Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar olunaraq oynadıqları 36 ədəd kart və masa üzərində olan 41 manat məbləğində pul ilə birlikdə saxlanılıb Şirvan şəhər Polis şöbəsinə gətirilməklə təkrarən qumar oyunlarının keçirilməsi üçün yer saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, təxminən 10 ilə yaxındır ki, Şirvan şəhəri, F.Eynullayev küçəsində yerləşən Xanbaba Quliyevə məxsus kafeni icarə əsasında işlədir və orada çay satır. Xanbaba Quliyev təxminən 1 il yarımdır ki, vəfat etmiş, bundan sonra həmin kafeyə oğlu Şahid8 nəzarət edir. O, Xanbaba Quliyevlə icarə müqaviləsi bağlamamış, lakin öz adına VÖEN vardır və hər ay vergi ödəyicisi kimi vergi ödəyir. O, kafeni işlətməyinə görə hər ay 300 manat icarə haqqı verir. Həmin kafedə işçi yoxdur, oranı özü işlədir, hərdən isə oğlu ona köməklik göstərir. 2022-ci ilin mart ayından Şirvan şəhər sakini Rauf, Elşən, Elxan, Fuad, Elman adlı şəxslər onun işlətdiyi kafeyə gələrək, kafedə olan otaqda çay içməklə qumar oynamağa başlamışlar. Onların oyun kartı ilə qumar oynamaları ilə bağlı o, hər bir saatdan bir 6 və ya 7 manat pul almışdır. Adlarını çəkdiyi şəxslər təxminən 3-4 aydır ki, ayda 2-3 dəfə olmaqla gəlib otaqda qumar oynayırlar. Sonuncu dəfə isə 29 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Rauf, Elşən, Elxan, Fuad, Elman adlı şəxslər kafeyə gələrək orada qumar oynmağa başlamışlar. Onlar qumar oynamağa başladıqdan təxminən yarımsaat sonra kafeyə polis əməkdaşları gələrək videoçəkiliş aparmaqla adlarını çəkdiyi şəxslərin qumar oynamalarını aşkar etmişlər və onları və onu polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyib polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olarkən onlardan izahat almışlar, növbəti gün isə yəni 30 sentyabr 2022-ci il tarixdə o, şübhəli şəxs qismində tutulmuşdur. Qumar oyunu təşkil etməyi ilə bağlı ona heç kim göstəriş verməmişdir. O, özü Rauf, Elşən, Elxan, Fuad, Elman adlı şəxslər ona qumar oynamaq istəmələrini dedikdə buna icazə vermiş, çünki pula ehtiyacı olmuşdur. Adları göstərilən şəxslərdən başqa kafedə heç kim qumar oynamamışdır. Adları çəkilən şəxslər əvvəllər dominonu 50 qəpikdən oynamışlar, sonradan isə kartla qumar oynamağa başlamışlar. Kafe sahibinin onun qumar oyunları təşkil etməyindən məlumatı olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, sonuncu Şirvan şəhəri, F.Eynullayev küçəsində yerləşən obyekti çayxana kimi işlədir. Onunla aralarında düşmənçilik və ya ədavətləri yoxdur. Şirvan şəhər sakinləri Elman, Elxan və Elşəni uzun illərdir ki, tanıyır, aralarında düşmənçilik və ya ədavət olmamışdır, münasibətləri həmişə yaxşı olmuşdur. Fuad adlı şəxs isə Sabirabad rayonu Həşimxanlı kənd sakinidir, onu da az müddətdir ki, tanıyır. Adlarını qeyd etdiyi şəxslərlə hər dəfə Təqsirləndirilən şəxs işlətdiyi çayxanada oturub çay içmişlər. Təxminən 5 ay əvvəl adlarını göstərdiyi şəxslərlə oturub çay içən zaman qumar oynamağı qərara almışlar və həmin vaxt oyun kartı almaqla Təqsirləndirilən şəxs işlətdiyi çayxanadakı otaqda qumar oynamağa başlamışlar. Oynadıqları qumar ilə bağlı hər 1 saatdan bir Təqsirləndirilən şəxs 6-7 manat pul vermişlər. Bu minvalla ayda 2-3 dəfə olmaqla Təqsirləndirilən şəxs işlətdiyi çayxanada qumar oynamağa davam etmişlər. Sonuncu dəfə 29 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Yaşarın çayxanasına gəldikdə, orada artıq Elxan və Fuad qumar oynamışlar, o da onların yanında oturub qumar oynamağa başlamışdır. Bir neçə dəqiqə sonra isə Elşən və Elman da yanlarına gəlmiş və onlar oyunlarına davam etmişlər. Həmin vaxt yer pulu 1 manat olmuş, oyunda kim nə qədər istəyir gediş edə bilərdi. Həmişəki kimi də Təqsirləndirilən şəxs hər 1 saatdan bir 6-7 manat pul vermişlər. Onlar kafedə qumar oynadıqları zaman kafeyə polis əməkdaşları gəlmişlər və qumar oynadıqlarını aşkar edib onları Şirvan şəhər Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən onlardan izahat almışlar, sonradan isə qumar oynadıqlarına görə Şirvan şəhər Məhkəməsi tərəfindən hər biri İXM-nin 525-ci maddəsi ilə 3000 manat cərimə edilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4, Şahid5 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verib göstərdi ki, Şirvan şəhər X13-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 29 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanda yerləşən çay evində xüsusi otaq hazırlayıb orada qumar oyunlarının keçirilməsi üçün yer təşkil etməsi barədə məlumat almışlar. Həmin vaxt PPXB-nin polis nəfəri Şahid7la birlikdə xidmətdə olmuşlar. Onlar məlumatı aldıqdan sonra həmin çay evinə yollanmışlar, içəri daxil olaraq içəridə yerləşən otağa keçmişlər və orada adlarını sonradan bildikləri Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid1 kartla qumar oynadıqlarını və həmin vaxt masanın üzərində müəyyən məbləğdə müxtəlif əskinaslardan ibarət pulların olmasını görmüşlər. Həmin vaxt o, istifadəsində olan mobil telefonla qısa videoçəkiliş aparmışdır. Orada onlar həmin şəxsləri saxlayıb polis nəfəri Şahid7la birlikdə onları və kafeni icra əsasında işlədən Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra isə raportla rəhbərliyə müraciət etmişlər. Təqsirləndirilən şəxs həmin çay evində qumar oyunları üçün yer təşkil etməsi barədə Şirvan şəhər sakinlərindən dəfələrlə eşitmişlər və bu səbəbdən də sonuncu dəfə məlumat alıb həmin çay evinə getmişlər və qumar oyunun keçirilməsi aşkar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər X13-patrul xidməti bölüyünün polis nəfəri Şahid7 Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Xanbaba oğlu ifadə verib göstərdi ki, hazırda «X10 Company LTD» MMC-də operator işləyir. ünvan 3 ünvanda yerləşən torpaq sahəsi onun adınadır, lakin həmin torpaq sahəsində tikinti aparılması ilə bağlı olan sənədlər mərhum atası X2 adınadır. Həmin torpaq sahəsində atası 10 il əvvəl qeyri-yaşayış obyekti tikmiş və orada ilk əvvəl ərzaq mağazası fəaliyyət göstərmiş, sonradan isə həmin obyekt çay evi kimi fəaliyyət göstərməyə başlamışdır. X12 2020-ci ilin dekabr ayında vəfat etmişdir. Atası vəfat etməmişdən əvvəl çay evini özü işlətmiş və orada Təqsirləndirilən şəxs işçisi olmuşdur. Atası vəfat etdikdən sonra həmin çay evi bir neçə ay işləməmiş və 2021-ci ilin fevral ayından etibarən həmin çay evini Təqsirləndirilən şəxs aylıq 200 manat ödəniş etməklə icarəyə vermişdir. Təxminən 3 ay əvvəl icarə haqqını 300 manata qaldırmış və 3 aydır ki, Təqsirləndirilən şəxs icarə haqqı olaraq 300 manat alır. Təqsirləndirilən şəxs həmin obyektdə çay satmaqla məşğul olur. O, hadisə baş verənə kimi Təqsirləndirilən şəxs obyektdə qumar oyunları təşkil etməsi barədə məlumatlı olmamışdır. Bu barədə yalnız 02 oktyabr 2022-ci il tarixdə bilmişdir. Belə ki, həmin tarixdə Təqsirləndirilən şəxs bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən obyektdə qumar oyunları təşkil etməsi səbəbindən başqa şəxslərlə saxlanılaraq polis şöbəsinə aparılmasını eşitmişdir. 02 oktyabr 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs özü ilə mobil telefonla danışan zaman sonuncuya öz iradını bildirmişdir. Onun Təqsirləndirilən şəxs obyektdə qumar oyunları təşkil etməsi barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan və videoçəkilişdən görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskə baxış keçirilən zaman diskdə 1 ədəd videofaylın olması müşahidə olunmuşdur. Həmin videofayl xüsusi proqram vasitəsilə açıldıqda 11 saniyə müddətində olması müəyyən olunmuşdur. Videofaylda 5 nəfər şəxsin masa arxasında oturub pul ilə qumar oynamaları müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüyə baxıb, həmin videogörüntüdə olan şəxslərin Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid1 olmasını, həmin şəxslərin onun icarə əsasında işlətdiyi kafedə qumar oynamalarını və bundan məlumatının olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 3(032)-1153/2022, 3(032)-1154/2022, 3(032)-1155/2022, 3(032)-1156/2022, 3(032)-1157/2022 nömrəli qərarlarının surətlərindən görünür ki, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid1 Şirvan şəhər Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən təqsirli bilinərək 3000 manat cərimə edilmişlər və 36 ədəd oyun kartı ilə qumara qoyulmuş 41 manat məbləğində pul vəsaiti müsadirə edilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 oktyabr 2022-ci il tarixdə verilmiş 6160 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan AZ-İV № 062303 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuş, 02 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 244-1.2.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdən 02 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdən, 02 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 36 ədəd oyun kartı ilə qumara qoyulmuş 41 manat məbləğində pul vəsaitinin müsadirə edilməsi nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-39/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-39/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver