Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-39/2025 21.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:01-də Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtarmamış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayət əməlini törəmişdir. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq xeyli miqdarda, 3 (üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,548 qram eyni tərkibli psixotrop maddə olan metamfetamini əldə edib əynindəki şalvarının cibində daşıyaraq saxlamış, 12 noyabr 2024-cü il tarixdə saat 11:13-də Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Nəriman Nərimanov küçəsində qanunsuz olaraq üzərində psixotrop maddə saxlamaqda şübhəli şəxs kimi saxlanılıb, üzəri yoxlanılan zaman əynində olan boz rəngli şalvarının cibində olan “Winiston” markalı siqaret qutusunun içərsindən 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,226 qram, 0,198 qram və 0,124 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, o, narkotik vasitə və psixotrop maddə istifadə edir, lakin onların satışı ilə məşğul deyil. 12 noyabr 2024-cü il tarixdə saat 08 radələrində Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində piyada gəzən zamanı yolda 3 ədəd kağız büküm olduğunu görmüş, həmin bükümlər onun diqqətini cəlb etdiyindən yerdən götürərək bükümlərin içərsinə baxan zaman psixotrop maddə olan metamfetaminin olduğunu görmüş, həmin bükümləri sonra istifadə etmək məqsədi ilə cibində olan “Winston” markalı siqaret qutusunun içərsinə qoymuşdur. Tapıdğı bükümlərdə olan psixotrop maddə metamfetamindən istifadə etməmiş, 12 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Şirvan şəhəri, Nəriman Nərimanov küçəsində piyada hərəktdə olduğu zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək ona üzərində narkotik və psixotrop maddə olması barədə onlara məlumat daxil olduğunu bildirib, üzərini yoxlamışlar. Əynində olan boz rəngli şalvarının cibindən “Winston” markalı siqaret qutusu aşkar olunmuş, həmin siqaret qutusunun içərsində 03 ədəd bükümdə psixotrop maddə olan metamfetamin olmuşdur. Həmin bükümlər zərfə qoyulmuş, zərfin üzərini imza etmiş, sonra polis əməkdaşları onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Onların təklifini qəbul etmiş, polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə getmişlər. Polis şöbəsində olarkən müdafiəçisinin iştirakı ilə üzərindən aşkar olunaraq zərfə qoyulmuş 3 ədəd psixotrop maddə olan metamfetaminə baxış keçirilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, daha sonra üzərindən aşkar olunmuş 03 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamin 01 ədəd zərfdə qablaşdırılmış, zərfin ağzı möhürlənmişdir. O və digər iştirakçılar zərfin üzərini imzalamışlar. Üzrəindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini bükümlərə o ayırmamışdır, tapdığı zaman həmin psixotrop maddə bükümlər halında olmuşdur. Əməlindən peşmandır. Ailənin yeganə övladı olduğunu, atasının vəfat etdiyini, anasının isə onkoloji xəstəlikdən əziyyət çəkdiyini nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi və şahid ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, iş üzrə keçirilmiş ekspertiza rəyləri, videoçəkiliş və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin rəisi vəzifəsində xidmət edir. 12 noyabr 2024-cü il tarixdə xidmətdə olarkən icraatına Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi, ev 2, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri daşımaqla saxlamasına dair məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın icrası ilə əlaqədar o, Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis sıravisi Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 12 noyabr 2024-cü il tarixdə saat 11 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Nəriman Nərimanov küçəsinə getmişlər. Saat 11:13 radələrində Təqsirləndirilən şəxs həmin küçədə hərəkət etdiyini görmüşlər və barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə üzərini yoxlasınlar. Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirərək onun üzərini yoxlamışlar. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman əynində olan boz rəngli şalvarının cibindən “Winston” markalı siqaret qutusu aşkar olunmuş, həmin qutunun içərisinə baxan zaman 3 ədəd büküm olduğunu müəyyən etmişlər. Onun üzərindən aşkar olunmuş həmin bükümlər açılmış, bükümlərin içərsində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olduğu soruşulduqda o, həmin bükümlərdə psixotrop maddə olan metamfetamin olmasını bildirmiş, tərəfindən həmin bükümlər qablaşdırılmış, bükümləri qablaşdırdığı zərfin ağzı 55 nömrəli möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçilar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olsa da məlumat təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Şirvan şəhər polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 12 noyabr 2024-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhər polis şöbəsinin CAB-nin rəisi Şahid1 icraatına Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi, ev 2, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri və və psixotrop maddələri daşımaqla saxlamasına dair məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə Şirvan şəhər polis şöbəsinin CAB-nin rəisi Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın icrası ilə əlaqədar o, Şirvan şəhər polis şöbəsinin CAB-nin rəisi Şahid1, Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis sıravisi Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 12 noyabr 2024-cü il tarixdə saat 11 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Nəriman Nərimanov küçəsinə getmişlər. Həmin küçədə saat 11:13 radələrində Təqsirləndirilən şəxs küçədə hərəkət etdiyini görmüşlər və barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə üzərini yoxlasınlar. Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirərək onun üzərini yoxlamışlar. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman əynində olan boz rəngli şalvarının cibindən “Winston” markalı siqaret qutusu aşkar olunmuş, həmin qutunun içərisinə baxan zaman orada 3 ədəd büküm olmuşdur. Onun üzərindən aşakr olunmuş həmin bükümlər açılmış, bükümlərin içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olduğu soruşulduqda o, həmin bükümlərdə psixotrop maddə olan metamfetamin olmasını bildirmiş, tərəfindən həmin bükümlər qablaşdırılmış, bükümləri qablaşdırdığı zərfin ağzı möhürlənmiş, zərfin üzəri iştirakçilar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın cibində olan “Winiston” markalı siqaret qutusunun içərsindən 03 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini haqqında” protokoldan görünür ki, Şirvan şəhər polis şöbəsinin CAB-nin rəisi Şahid1, Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis sıravisi Şahid3 ibarət əməliyyat qrupu xx.xx.2024-cü il tarixdə saat 11:13-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Şirvan şəhəri Nəriman Nərimanov küçəsində yaxınlaşıb şübhəli şəxs qismində saxlanılaraq fazktiki azadlığı məhdudlaşdırılmış Təqsirləndirilən şəxs üzrəində hər hansı qanunsuz əşya, narkotik vasitənin olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzrəinə baxış keçirilməsini bildirmiş, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın cibində olan “Winiston” markalı siqaret qutusunun içərsindən 03 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd kağıza bükülümüş bükümdə psixotrop maddə metanfetaminin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükülülərə baxış keçirilmişdir. Həmin bükülülərin qızılı rəngli kağız bükülüdə olduğu müəyyən olmuşdur. Bükümlər açıldıqda içərisində kristallik formada psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman aşkar edilərək götürülmüş 3 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələrin çəkisi elektron tərəzidə ölçülmüş və psixotrop maddə metanfetaminə bənzər kütlənin çəkilərin 0,22 qram, 0,12 qram və 0,19 qram olmuşdur. Sonra isə həmin 3 ədəd büküm qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı sorğu edilərkən Təqsirləndirilən şəxs həmin psixotrop maddəyə oxşar maddələri 12 noyabr 2024-cü il tarixdə Şirvan şəhəri, Leytenant İbrahimov küçəsindən yerdən tapdığını bildirmişdir. xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixdə saat 11:13-də Şirvan şəhər Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış , həmin gün saat 15:50-də polis şöbəsində azad edilməklə azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin xx.xx.2024-cü il tarixli, 18/909 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən..psixotrop maddəyə bənzər...” sözləri yazılmış kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi- 0,226 qram, 0,198 qram, 0,124 qram, ümumi təmiz çəkisi-0,548 qram olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponetlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi - 0,15 qram (hər obyektdən 0,05 qram) , qalıq -0,398 qram. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul olunması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 7973 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsinin 548 nömrəli,xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)- 229/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış, cəzasının sonu isə xx.xx.2026-cı il tarixdə bitəcəkdir, hazırki günədək, yəni xx.xx.2025-ci il tarixə məhkumun cəzasının çəkilməmiş qalan cəza müddəti 01 (bir) il 02 (iki) ay 01 (bir) gün təşkil edir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli, 18-1-35/2-133/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının PHŞnin Poliklinika şöbəsinin psixoloji-nevroliji kabinetlərində qeydiyyatda yoxdur. Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 34 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İİ siyahısının 118-ci bəndinə görə metamfetaminin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə psixotrop maddə metamfetaminin ümumi çəkisi 0,548 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər qəsdən eyni xarakterli cinayət törətməyə görə məhkum edilməsini, hazırki cinayət əməlini cəza çəkdiyi müddətdə törətməsini, məhkumluğunun ödənilməməsini və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzadan çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 01 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə saat 11:13-də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış, həmin gün saat 15:50-də azad edilməklə faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməklə həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,398 qram psixotrop maddə metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Ekspertiza tədqiqatının dəyəri – 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 349, 351-353, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş cəzadan çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 01 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CMnin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq ona 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 may 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,398 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş materiallarında olan 02 (iki) ədəd DVD disk cinayət işinin saxlama müddəti ərzində iş materillarında saxlanılsın Ekspertiza tədqiqatının dəyəri – 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-39/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-39/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver