Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-4/2024 30.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1964-cü il tarixdə Sabirabad rayonu, Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Axtaçı-Muğan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 27 mart 2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respblikası CM-nin 234.2-ci maddəsi ilə iittiham olunur ondan ötrü ki, o, qəsdən, satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi - 445 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki gödəkçəsinin sol qoltuq hissəsində daşıyaraq saxlamış, 25 mart 2023-cü il tarixdə, saat 16:15 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri 1 May küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək həmin tarixdə saat 17:10-dan 17:25-dək müddətdə müdafiəçinin iştirakı ilə və videoçəkiliş ilə keçirilmiş üzərində olan həmin 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi - 445 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ilkin olaraq ifadə verməkdən imtina etmiş və iş üzrə şahidlər dindirildikdən sonra ifadə verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 25 mart 2023-cü il tarixdə polis şöbəsində olan zaman xx.xx.1964-cü il tarixdə Sabirabad rayonunda doğulmuş, Sabirabad rayonu, Axtaçı-Muğan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində olması və üzərində narkotik vasitə olduğu, həmçinin narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra Şirvan ŞPŞ-nin ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə təxminən saat 16:15 radələrində Şirvan şəhəri 1 May küçəsinə getmiş, Mirzağanı həmin küçədə hərəkətdə olarkən görmüş, ona yaxınlaşıb özlərini təqdim etmiş, Mirzağaya onlarla polis şöbəsinə getməsini bildirmiş, Mirzağa da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkil dəvət edilmiş, Mirzağaya hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Mirzağanın əynindəki gödəkçəsinin sol qoltuqaltı hissəsindən 01 ədəd torba və həmin torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, sorğu-sual zamanı Mirzağa özü həmin 01 ədəd torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı Kür çayının sahilindən tapdığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı ilə və videoçəkilişlə qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir təsir olunmamış, həmçinin özü tərəfindən də etiraz daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmənin 21 dekabr 2023-cü il tarixdə keçirilmiş baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək 25 mart 2023-cü il tarixdə Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri 1 May küçəsində deyil, yaşadığı Sabirabad rayonu, Axtaçı-Muğan kəndində yerləşən marketin qarşısında saxlanılaraq Şirvan şəhər Polis şöbəsinə gətirildiyini, gətirilərkən üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmadığını, Şirvan şəhər Polis şöbəsində ona qarşı təzyiq olunaraq etirafedici ifadə verməyə məcbur olunduğunu, lakin qeyd etdikləri ilə bağlı heç yerə şikayət etmədiyini bildirmişdir. Həmçinin, məhkəmənin həmin tarixdə keçirilmiş baxış iclasında Təqsirləndirilən şəxs müdafiəçisi, Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyə “CD” disk təqdim edərək həmin diskdəki görüntülərdə Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid1 tərəfindən Sabirabad rayonu, Axtaçı-Muğan kəndində saxlanılmasının təsdiq olunduğunu bildirmiş, qeyd edilən videogörüntüyə baxılması, anten məlumatlarının əldə edilməsi və əlavə şahidin çağırılması barədə vəsatət vermiş, Təqsirləndirilən şəxs müdafiəçisi, Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi vəsatəti qismən təmin edilmiş, məhkəməyə təqdim edilmiş “CD” diskə baxış keçirilmiş, anten məlumatlarının əldə edilməsi (Şirvan şəhər Məhkəməsinin 1(032)-4/2024 saylı, 11 yanvar 2024-cü il tarixli qərarı ilə vəsatət qismən təmin edilmiş, 25 mart 2023-cü il tarixdə saat 12:00-dan 18:00-dək olan müddət ərzində Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin əhatə dairələrinin müəyyənləşdirilməsi üçün müvafiq anten məlumatlarının məhkəməyə təqdim edilməsi qərara alınmışdır) və əlavə şahidin çağırılması qərara alınmışdır. Məhkəmənin 11 yanvar 2024-cü il tarixdə keçirilmiş baxış iclasında Dövlət ittihamçısı şifahi vəsatətlə məhkəməyə müraciət edərək cinayət işi üzrə şahidlər, yəni Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 yenidən dindirilməsini xahiş etmiş və vəsatət təmin edilmişdir. Məhkəmənin 29 fevral 2024-cü il tarixdə keçirilmiş baxış iclasında Şahid2, 28 mart 2024-cü il tarixdə keçirilmiş baxış iclasında isə Şahid1 ünvanlanmış suallara cavab olaraq videogörüntüdə olan şəxslərin onlar olmadığını bildirib, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdə Şirvan şəhəri 1 May küçəsində saxlanılaraq şəhər polis şöbəsinə gətirilməsinə dair ilkin vermiş olduqları ifadələrini təsdiq etmişlər. Habelə, təkrarən məhkəmə iclasında iştirak etmiş Şahid1 ona ünvanlanmış suala cavab olaraq istifadəsində olan mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs saxlanıldığı an Şirvan şəhərinin anten dairəsində olduğunu, hadisədən əvvəl günün bəzi saatlarında Sabirabad rayonu ərazisində yerləşən "xxxx" MMC-yə məxsus texniki qurğularda ona məxsus mobil telefon nömrəsinə aid anten məlumatının olmasının normal hal olduğunu, Sabirabad rayonu ərazisində qohumlarının yaşamasını, Sabirabad rayonuna tez-tez getməsini, həmin rayonda özünə məxsus evin olmasını bildirmişdir. Məhkəmə iclasında şahid (əlavə) qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, qonşu kənddə yaşayır. Hadisə vaxtı mağazada olmuş, mağazanın qapısının qarşısında mübahisə olmasını görmüşdür. Mağazadan çölə çıxan zaman biri polis geyimində, digəri isə mülki geyimdə olmaqla iki nəfər şəxsin Təqsirləndirilən şəxs məcburi şəkildə “Polis avtomobilinə” əyləşdirib aparmasını görmüşdür. Həmin şəxslərdən biri cavan, digəri isə orta yaşlı olmuş, cavan olan şəxs polis geyimində, orta yaşlı şəxs mülki geyimdə olmuşdur. Polis geyimində olan şəxs Təqsirləndirilən şəxs ayağından, mülki geyimdə olan şəxs isə boğazından yapışaraq avtomobilə əyləşdirməyə çalışmışdır. Orta yaşlı şəxsi əvvəllər tanıdığı üçün polis əməkdaşı olmasını bilmişdir. Sonradan Təqsirləndirilən şəxs Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmasını eşitmişdir. Qeyd edilənlərlə bağlı, yəni cinayət işi üzrə yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə Şirvan şəhər Məhkəməsinin 1(032)-4/2024 saylı, 28 mart 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(032)-4/2024 saylı cinayət işi üzrə kompleks məhkəmə-portret və audio və videoyazıların məhkəmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2024-cü il tarixli, 3-16/16/2-3/753-4/686 rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş və üzərində “Ekspertiza portret” yazısı olan “CD-R” tipli diskdəki 01 ədəd “O- **********30001” qovluqdakı videogörüntüdə əks olunmuş şəxslərin xarici görünüşünün anatomik elementləri - sifət cizgiləri, alnı, qaşları, gözlərin, göz qapaqları, qulaq seyvanı əks olunmadığından, sifətin ümumi konfiqurasiyası, dodaqları, ağzı, burnu, burun-dodaq süzgəci, çənəsi, burun sonluğu, burun əsası, burunüstü hissəsi, yanaqları isə tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş “O-**********30001” adlı videoyazıda əks olunmuş “Chevrolet Niva” markalı avtomobilə oxşar avtomobil xarici görünüşünə, formasına və həndəsi ölçülərinə görə “Lada travel” markalı avtomobilə uyğundur. Avtomobilin dövlət qeydiyyat nişanını tədqiqi hissədə göstərilən səbəbdən müəyyən etmək mümkün olmadı; Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır, onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin deyil, CM-nin 234.1-ci maddəsinin tərkibi vardır və CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsində təqsiri, özünün ibtidai istintaqda müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində bir ədəd sellofan torbanın içərisində narkotik vasitə olan marixuana var. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol qoltuqaltı hissəsinə yerləşdirdiyi 1 sellofan torbanı çıxarıb masanın üzərinə qoymuş və həmin torbanın içərisində narkotik vasitə olan marixuananın olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan torbaya baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Eyni zamanda cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 16:45-də tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 18/349 nömrəli, 26 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər maddə.” sözləri yazılmış və imzalar olan kağız paketin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi - 445,0 qram olan bitki mənşəli kütlə təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Marixuananın çəkisi - 445,0 qram, tədqiqata istifadə olundu - 0,10 qram, qalıq 444,9 qram təşkil edir; 26 mart 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İB-yə verilmişdir; 26 mart 2023-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X3 icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir; 27 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; 27 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 mart 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; “Sabirabad rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 19 aprel 2023-cü il tarixli, PHŞ-6-70/2-270/2023 nömrəli məktubunda göstərilmişdir ki, Sabirabad rayonu, Axtaçı-Muğan kənd sakini, xx.xx.1694-cü il təvəllüdlü Əliyev X1 RMX-nın Poliklinika şöbəsinin “Əsəb-ruhi” kabinetində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən Sabirabad RMX-nın Polikilinika şöbəsinin “Narkoloji” kabinetində “F12.1-ND” diaqnozu ilə qeydiyyatdadır; Sabirabad RİHB-nin Güdəcühür kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, son hadisəyə qədər Güdəcühür kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində hər hansı bir şikayət daxil olmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6-narkoloji tibbi yoxlamanın 19 aprel 2023-cü il tarixli, 2346 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; 15 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2023-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilmişdir; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Tərtər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sabirabad rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Tərtər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 il 19 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2019cu il tarixdə cəza müddəti başa çatmışdır; Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ilkin ziddiyyətli ifadəsinə, yəni Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə ilkin olaraq bildirdiklərinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələlərində onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, etirafedici izahat və ifadələr vermiş, yalnız ibtidai araşdırmanın sonunda özünü təqsirli bilməyib, istintaqa ilkin vermiş olduğu ifadələrini təkzib etmiş və ifadə verməkdən imtina etmişdir. Belə ki, ibtidai araşdırma zamanı ilkin olaraq təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman ifadəsində bildirmişdir ki, narkotik vasitə olan marixuananı yandırıb tüstüsünün ciyərə çəkilməsi vasitəsilə istifadə edir. Sonuncu dəfə 23 mart 2023-cü il tarixdə və ya 24 mart 2023-cü il tarixdə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 25 mart 2023-cü il tarixdə saat 15 radələrində balıq tutmaq üçün Kür çayının sahilinə getmiş, həmin vaxt Kür çayının sahilində sellofan torba görmüş, həmin sellofan torbanı açıb içərisinə baxdıqda torbada narkotik vasitə olan marixuana olduğunu görüb həmin torbanın içərisində olan marixuanadan istifadə etmək üçün gödəkçəsinin sol qoltuqaltı hissəsinə qoyub saxlamış, 25 mart 2023-cü il tarixdə saat 16 radələrində o Şirvan şəhəri 1 May küçəsində gəzən zaman özünü şübhəli apardığına görə polis əməkdaşları ona yaxınlaşıb ona onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmiş, o polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə üstünə şəxsiaxtarış keçirilmiş, şəxsi-axtarış zamanı əynindəki gödəkçəsinin sol qoltuqaltı hissəsində özü qəbul etmək üçün saxladığı 01 ədəd sellofan torbanın içərisində marixuana narkotik narkotik vasitəsi aşkar edilib götürülmüş, sorğu zamanı o üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan qurudulmuş marixuananı 25 mart 2023-cü il tarixdə saat 15 radələrində Kür çayının sahilindən tapdığını bildirmiş, polis əməkdaşları vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş içərisində narkotik vasitə marixuana olan torbanı qutularını zərfə qoyaraq möhürləmiş, sonra isə polis əməkdaşları bu barədə protokol tərtib etmiş, həmin protokolla tanış olmiş, düzgün tərtib olunduğuna görə o da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması, üzərində heç bir narkotik vasitə və ya psixotrop maddənin olmaması barədə bildirdikləri işin obyektiv halları ilə tam təkzib olunur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti əsasında dindirilmiş, cinayət işi üzrə əlavə şahidin vermiş olduğu ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin ifadə ilə Təqsirləndirilən şəxs bildirdikləri arasında ziddiyyətlər mövcuddur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində Təqsirləndirilən şəxs saxlanılan zaman ətrafda polis avtomobili və polis geyimində olan bir şəxs görməsini bildirmiş, halbuki iş materialları və təqsirləndirilən şəxsin özünün ifadəsi ilə deyilənlər tam təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan torbada təmiz çəkisi 445 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlaması və onun həmin əməli törətməkdə təqsirli olması şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 12-ci bəndinin “a” yarımbəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətdir. Göründüyü kimi qanunun mənasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satmaq üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddələrlə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. İş materiallarından görünür ki, onun məqsədi məhz tapdığı narkotik vasitənin şəxsi istifadəsinə yönəlmişdir. Bu hal həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 X8-Narkoloji tibbi müayinənin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 2346 nömrəli rəyi ilə də təsdiq olunur. Belə ki, həmin rəydə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq orqanı isə narkotik vasitələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılmasını təsdiq edən sübutları əldə etmədən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı satmaq niyyəti ilə (bir ədəd sellofan torbada təmiz çəkisi 445,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın miqdarına görə) üzərində saxlamasını həmin narkotik vasitəni satmaq niyyətində olması kimi qiymətləndirmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş sənədlərə baxdıqda və məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan aydın olur ki, Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə məhz xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş bir ədəd sellofan torbada təmiz çəkisi 445,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın miqdarı əsas olmuşdur. İş üzrə dindirilmiş şahidlər - polis əməkdaşları Şahid1 və Şahid2 aşkar olunmuş narkotik vasitənin satış niyyəti ilə əldə edilməsi haqqında deyil, müstəsna olaraq əməliyyat axtarış tədbirinin gedişində baş verənlər və narkotik vasitənin üzərində saxlaması faktını aşkar etmələri barədə məlumat verən şəxslərdir (Şahidlər məhkəmə iclasında vermiş olduğu ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olan məlumatın təsdiq olunmadığını bildirmişlər). İbtidai istintaqı aparan orqan təqsirləndirilən şəxsin yaşadığı evə baxış keçirmədən, narkotik vasitələrin bükümlərə hazırlanması üçün avadanlığın olmasını müəyyən etmədən, ittihamın sübut olunmasında yaranan, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verməyən şübhələr olmasına baxmayaraq bu şübhələrin aradan qaldırılması üçün qanunda nəzərdə tutulan tədbirləri görmədən, sübutlar arasında ziddiyyətləri aradan qaldırmadan, sırf bir ədəd sellofan torbada təmiz çəkisi 445,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın olmasını nəzərə alaraq ona qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət törətməsi ittihamı irəli sürmüşdür. Halbuki şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə və ehtimallara əsaslana bilməz, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət işinin məhkəmədə baxılması zamanı isə Təqsirləndirilən şəxs tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması, yəni təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, ümumi 445,0 qram çəkidə narkotik vasitə hesab olunan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması nə təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri ilə, nə də işdə olan digər sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi cinayət qanunvericiliyinə münasibətdə əsaslı və qanuni sayıla bilməz, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, yaşının 60-dan yuxarı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir, həmin Məcəllənin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Şirvan şəhər Polis şöbəsində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 444,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik və 155 (bir yüz əlli beş) manat, ümumilikdə 190 (bir yüz doxsan) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci (köhnə redaksiyada) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (gün) gün çıxılıb üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 444,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik və 155 (bir yüz əlli beş) manat, ümumilikdə 190 (bir yüz doxsan) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-4/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-4/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver