Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-40/2023 31.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 14.25-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, N.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, 18 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində Şirvan şəhəri, Xaqani küçəsində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində, yəni, sonuncuya olan pul borcunu qaytarmaması səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifətinə başı ilə zərbə vuraraq burun yəhəri üzərinin qançırı, burun sümüyünün yerdəyişməyən sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində Şirvan şəhər Mərkəzi Xəstəxanasının qarşısında sonradan adını bildiyi taksi fəaliyyəti ilə məşğul olan Ramil adlı şəxsin avtomobilinə yaxınlaşaraq onu «Elvin» şadlıq evinə aparmasını xahiş etmiş, Ramil də onu şadlıq sarayına aparmış, orada tanışından 100 pul manat borc pul almış və gəlib yenidən Ramilin avtomobilinə əyləşmişdir. Ramildən onu, “Üçbarmaq” adlanan yerə, yəni, Xaqani küçəsinə aparmasını xahiş etmiş, Ramil onu Xaqani küçəsinə gətirmiş, o avtomobildən düşüb borc aldığı həmin 100 manat pulu Ramilə uzatmışdır ki, gediş haqqını həmin puldan çıxsın. Ramil pulu xırdalaya bilməyəcəyini demiş, həmin vaxt yaxınlıqda kimsə olmadığı üçün 100 manatlığı xırdalamağa adam tapa bilməmişdir. Ramilə öz mobil nömrəsini vermiş və onu həmin yerdə gözləməsini, yaşadığı evin yaxınlıqda olduğunu və evdən xırda pul götürüb onun pulunu verə biləcəyini demişdir. Ramil onunla razı olmamış və demişdir ki, “pulu ver gedim “Dəniz” marketdə xırdalayıb, sənin də pulunu gətirim”. O, Ramili tanımadığı üçün etibar etməmiş və evi yaxın olduğu üçün evdən pul gətirib Ramilə vermək istədiyini bir daha bildirmişdir. Bundan sonra Ramil ünvanına nalayiq sözlər işlədərək ələ saldığını demiş və avtomobildən düşərək onu vurmaq üçün üstünə gəlmişdir. O, müdafiə olunmaq üçüb onun sifətinə başı ilə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Ramil gedib avtomobilinə əyləşmişdir. O, da öz yoluna davam edərək evə getmişdir. Hadisə qısa müddətdə baş vermiş, hadisə vaxtı ətrafda kimsə olmamış, hadisə qısa müddətdə baş verdiyi üçün hadisə yerinə də kimsə gəlməmişdir. Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Hazırda zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı aradan qaldırdığını nəzərə alıb barəsində olan cinayət təqibinə verilməsini xahiş etmişdir . Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, özünə məxsus olan Vaz 2104 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsinin ehtiyaclarını qarşılayır. 18 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində idarə etdiyi Vaz 2104 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərində yerləşən mərkəzi Xəstəxananın qarşısında dayanmış, həmin vaxt üzdən tanıdığı Vüsal adlı Şirvan şəhər sakini ona yaxınlaşmış və köhnə şəhərdə yerləşən Elvin şadlıq evinin yaxınlığına getmək istədiyini bildirmişdir. O, Vüsalı idarə etdiyi avtomobillə Elvin şadlıq evinin yaxınlığına aparmış, Vüsal avtomobildən düşən zaman onu gözləməsini bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Vüsal qayıdaraq avtomobilə əyləşmiş və şəhər ərazisində yerləşən “Üç barmaq” adlanan yerə aparmasını bildirmişdir. Bundan sonra o, Vüsalı istədiyi yerə aparmış və Vüsal avtomobildən düşərək cibindən çıxardığı 100 manat pulu göstərib, xırdaladıqdan sonra onun pulunu verəcəyini bildirərək getməyə başlamışdır. Həmin vaxt o, da avtomobildən düşərək Vüsala avtomobilə əyləşməsini və birlikdə yaxınlıqda yerləşən marketə gedərək pulu xırdalaya biləcəyin demişdir. Lakin Vüsal sərt şəkildə ona pulu özünün xırdalayacağını və pulu gətirib özü verəcəyini bildirmişdir. O, Vüsaldan bir daha pulunu israrla tələb etdikdə, Vüsal ona yaxınlaşaraq baş nahiyyəsi ilə onun sifətinə zərbə vurmuş, zərbənin təsirindən geri getmişdir. Vüsal yoluna davam etməyə başlamışdır. O, əlini burnuna vuranda burnundan qan gəldiyini görmüş və Vüsaldan ehtiyyat etdiyi üçün arxasınca getməmişdir. Avtomobilinə əyləşərək müayinə olunmaq üçün Şirvan şəhər mərkəzi xəstəxanasına gəlmişdir. Xəstəxanada həkimlər onu tibbi müayinə etdikdən sonra evə buraxmışlar. Hadisə təxminən 5-6 dəqiqə müddətində baş vermiş, hadisə vaxtı ikisindən başqa başqa kimsə olmamış, hadisə qısa müddətdə olduğu üçün səs-küyə də kimsə gəlməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs hər hansı bir bədən xəsarəti yetirməmişdir. Hazırda təəqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Məhkəmə tibbi ekspertinin xx.xx.2022-ci il tarixli 288 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun yəhəri üzərinin qançırı, burun sümüyünün yerdəyişməyən sınığı küt əşya təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 15-16) Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatların müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, hadisənin baş verdiyi ərazidə işləyən şəxslərlə profilaktiki söhbətlər aparılmış və müəyyən edilmişdir ki, 21 aprel 2022-ci il tarixdə saat 19 radələrində X1 ilə X3 arasında baş vermiş mübahisə qısa müddətli olmaqla Xalid Ələsgərovun yaşadığı ünvan 2 ünvanında baş vermiş, mübahisə baş verən ərazidə yaşayan şəxslərlə aparılan profilaktiki söhbətlər zamanı, hadisəni görmüş hər hansı bir şəxs müəyyən edilməmiş, bu səbəbdən hadisə vaxtı ictimai qaydanın pozulması hallarına yol verilməsini müəyyən etmək mümkün olmamışdır. (i.v. 118) Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, 18 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə zamanı qısa müddətli olmaqla Şirvan şəhəri Xaqani küçəsində baş vermiş, mübahisə baş verən ərazidə yaşayan şəxslərlə aparılan profilaktiki söhbətlər zamanı, hadisəni görmüş hər hansı bir şəxs müəyyən edilməmiş, bu səbəbdən hadisə vaxtı ictimai qaydanın pozulması hallarına yol verilməsini müəyyən etmək mümkün olmamışdır.(i.v.46) Azərbaycan Respublikası İcbari Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən daxil olmuş 09 avqust 2022-ci tarixli 811 nömrəli məktubda göstərilmişdir ki, Orucov X4 ŞMP-nin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur.(i.v.48) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 221.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzası başa çatmış və qeydiyyatdan çıxarılmışdır.(i.v. 34-35) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasına etiraz etmədiyini bildirdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 347,356, 384-cü maddələrini rəhbər tutub, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-40/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-40/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver